Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-413/2021 18.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Ağayev Rəşadət Əhməd oğlu, Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Sehran Sabir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X8 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində onun hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2-1(118)- 82/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı Xızı rayonu, Xızı şəhəri ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 10 dekabr 2019-cu il tarixli, **********64 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi sözügedən torpaq sahəsinin sərhədləri ilə əlaqədar qonşu X18 ilə İddiaçı arasında mübahisə halının olduğu aşkar edildiyindən müraciətin icrasını təmin etməyin mümkün olmadığı qeyd edilmişdir Bundan narazı qalan iddiaçı 24 yanvar 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının qonşusu X18 ilə aralarında olan mübahisə Sumqayıt Apelyasiya Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli, 2(105)- 1189/2019 saylı qətnaməsi ilə yekun vurulmuşdur. Qətnamə 23.11.2019-cu il tarixdə qanuni qüvvəsini alsa da, cavabdeh tərəfindən 10 dekabr 2019-cu il tarixli Bildirişlə ərizəyə baxılmasından imtina edilmişdir, hansı ki, həmin tarixdə iddiaçının X18 ilə aralarında hər hansı mübahisə mövcud deyildi. Xızı rayonu X16 22 oktyabr 1998-ci il tarixli 17 saylı Qərarı ilə Xızı rayonu, Xızı şəhəri ərazisində yerləşən 0.12 ha torpaq sahəsi X19, X5, X2, İddiaçı, X9, X23, X3 və X10 mülkiyyətinə verilmişdir. Bu hüquqa dair adlarına JN- 024A, KOD 30601007 nömrəli 11 dekabr 2001-ci il tarixli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. 19 iyun 2017-ci il tarixdə torpaq sahəsinin paylı mülkiyyətçilərindən biri X19 ilə aralarında Hacıqabul rayonu Notariat Kontorunun Xüsusi notariusu X21 tərəfindən təsdiq edilmiş Daşınmaz əmlakın Bağışlanması Müqaviləsi əsasında öz payına düşən hissəni iddiaçıya bağışlamışdır. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır və müəyyən edilmişdir ki, müraciəti ilə əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, müraciətinin icrası ilə bağlı araşdırma aparılan zaman sözügedən torpaq sahəsinin sərhədləri ilə əlaqədar qonşu X18 ilə İddiaçı arasında mübahisə halının olduğu aşkar edildiyindən müraciətin icrasını təmin etmək mümkün olmamışdır. Mübahisə halı başa çatdıqdan və mövcud problem aradan qaldırıldıqdan sonra müraciətinə yenidən baxılacağı İddiaçı bildirilmiş və bu barədə ona 10 dekabr 2019-cu il tarixli **********64 qqydiyyat nömrəli bildiriş göndərilmişdir. Əlavə olaraq bildirirlər ki, iddia ərizəsində sözügedən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli 2(105)-1189/2019 saylı qətnaməsi 24 sentyabr 2019-cu il tarixdə məlumat üçün İdarəyə daxil olmuşdur. Lakin həmin qətnamənin qanuni qüvvəyə minməsi haqqında məlumat məhkəmə tərəfindən İdarəyə göndərilməmiş, iddiaçı tərəfindən də təqdim edilməmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-82/2021 saylı, 10 mart 2021-ci il tarixli Qərarı ilə iddia rədd edilmişdir (hakim İ.Quliyev). Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları özündə ehtiva edir. Qeyd edilən maddə iki qonşu arasında mübahisənin olması səbəbindən imtina edilməsi bəndi yoxdur. Hakim qanun qeyd etdiyi maddəsinə istinad etsə də imtinanı əsaslandıra bilməmişdir. Məhkəmə cavabdeh orqanın səhvini təkrarlamışdır. İki qonşu arasında münaqişənin olmasının həll edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamədə də öz əksini tapmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edib hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Azərbaycan Respublikası İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Kollegiya hesab edir ki, hazırkı inzibati mübahisəyə baxılarkən birinci instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Belə ki, iş materiallarından görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-024A, KOD 30601007 saylı şəhadətnaməyə əsasən, Xızı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli, 17 saylı Qərarı ilə 0,12 ha torpaq sahəsi X19 və onun ailə üzvləri X5, X2, İddiaçı, X9, X23, X3 və X10 birgə mülkiyyətinə verilmişdir. Hacıqabul rayon Notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 19 iyun 2017-ci il tarixli daşınmaz əmlakin bağışlanmasi müqaviləsinə əsasən, X19 birgə mülkiyyətində olan 0,12 ha torpaq sahəsindən özünə məxsus hissəni İddiaçı bağışlamışdır. Həmçinin, Torpağın Mülkiyyətə verilməsinə dair JN-028A, KOD 30601007 saylı şəhadətnaməyə əsasən, Xızı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə 0,12 ha torpaq sahəsi X6, onun ailə üzvləri X4 və X7 birgə mülkiyyətinə verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın MA Seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışa əsasən, Xızı rayonu, Xızı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin 2/3 hissəsi X1, 1/3 hissəsi isə X7 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından görünür ki, İddiaçı cavabdeh X11 qarşı məhkəmədə iddia qaldıraraq, Xızı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə mülkiyyətlərinə verilmiş və ona bağışlanılmış Xızı rayonu, Xızı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsinə müdaxilənin cavadehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xızı rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli 2(068)- 33/2018 saylı qətnaməsinə əsasən, iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti versə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10.09.2019cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə müəyyən olunur ki, qüvvədə olan Xızı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə həm iddiaçının ailəsinə, həmçinin qonşuluqda yaşayan Müslümovların ailəsinə 0,12 ha torpaq sahəsi ayrılmış və həmin qərar əsasında torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Cavabdehin imtinasının və iddiaya etirazının əsas dəlili ondan ibarət olmuşdur ki, iddiaçı ilə qonşusu X18 mülki mübahisə vardır. Həmin mülki mübahisə üzrə qüvvədə olan qərarlardan görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti mütəxəssis qismində cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş ekspertiza zamanı tərəflərin ayrı-ayrılıqda mülkiyyətində olan torpaq sahələrinin sərhədləri və ölçüləri müəyyən edilməklə, tərəflərin faktiki istifadələrində olan torpaq sahələri ilə onlara ayrılmış torpaq sahələrinin arasında konfiqurasiya fərqi olduğu müəyyən edilmişdir. Cavabdehin istifadəsində olan torpaq sahəsinin iddiaçı və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinə müdaxilə olunub-olunmamasını müəyyən etmək mümkün olmadığından iddia tələbi rədd edimişdir. Birinci instansiya məhkəməsi qərarda yalnız həmin mülki mübahisə üzrə qanuni qüvvədə olan qətnaməyə istinad edərək, heç bir araşdırma aparmadan iddia tələbini rədd etmişdir. Əvvəla kollegiya qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından göründüyü kimi, iddiaçı ilə qonşusu arasında torpaq sahəsinin zəbti ilə bağlı mülki mübahisə yaranmış, X18 tərəfindən zəbt faktı sübuta yetirilmədiyindən iddia tələbi rədd edilmişdir. Kollegiya qeyd edir ki, mülki mübahisə üzrə qəbul edilmiş qərar özü-özlüyündə iddiaçının tələbinin rədd edilməsi üçün əsas ola bilməzdi. Əvvəla yuxarıda qeyd edildiyi kimi, Xızı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə həm iddiaçının ailəsinə, həmçinin qonşuluqda yaşayan Müslümovların ailəsinə 0,12 ha torpaq sahəsi ayrılmış və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Həmin qərar və şəhadətnamə hazırda qüvvədədir, onların ləğvinə dair məhkəmə qərarına iş materiallarında rast gəlinmir. İddiaçı da məhz qüvvədə olan qərara əsasən aqrar islahat zamanı ailəsinə ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasını istəyir. Cavabdeh inzibati orqan isə yalnız qonşu ilə mülki mübahisə olması əsası ilə iddiaçıya imtina cavabı vermiş, daşınmaz əmlakın müayinəsini ümumiyyətlə həyata keçirməmiş və öz mövqeyini bildirməmişdir. Birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatlarını nəzərə almamış, cavabdeh inzibati orqanın yerinə müayinə aparılmaqla mövqeyi öyrənilmədən, mütəxəssis rəyi alınmadan iddianın rədd edilməsi barədə qərar qəbul etmiş və bununla da işin hallarının araşdırılması prinsipini pozmuşdur. Odur ki, təkrar işə baxılarkən Xızı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə iddiaçıya və ailə üzvlərinə ayrılmış 0.12 ha torpaq sahəsinin hansı hissədə faktiki olaraq iddiaçı və ailə üzvlərinin istifadəsində olduğu, qonşu ilə aralarında hansı ölçüdə torpaq sahəsi ilə bağlı mübahisə yarandığı müəyyən edilməlidir. Bunun üçün isə işə baxan məhkəmə ilk növbədə torpağın mülkiyyətə verilməsinə dair JN-024A, KOD 30601007 saylı şəhadətnaməyə əsasən, Xızı rayon AİK-nın 22 oktyabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə X19 və onun ailə üzvləri ayrılmış 0,12 ha torpaq sahəsinin sənəd üzrə koordinatlarının Torpağın Mülkiyyətə verilməsinə dair JN-028A, KOD 30601007 saylı şəhadətnaməyə əsasən, Xızı rayon AİK-nın 22 oktyabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə X6 və ailə üzvlərinə ayrılmış 0,12 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsini, düşürsə hansı hissədə düşməsini, hər iki torpaq sahəsinin faktiki istifadədə olan vəziyyətinin şəhadətnamədə qeyd edilən koordinatlara uyğunluğunu müəyyən etmək üçün X26 Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə xidməti tapşırıq verərək mütəxəssis rəyi almalı, üst-üstə düşmə faktı müəyyən edildiyi təqdirdə üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi məsələsi müzakirə etməlidir. Yalnız qeyd edilən xüsusatlar araşdırıldıqdan sonra iddiaya qiymət vermək və iş üzrə yekun nəticəyə gəlmək mümkündür. İPM-in 87.7.1-ci maddəsinin tələbinə görə inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2-1(118)-82/2021 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində onun hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2ibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-413/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-413/2021
18.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver