Məhkəmə qərarları › İş №2-1(105)-413/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-413/2023

05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-413/2023 05.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 İsrat oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması, subyektiv hüquq) Sədrlik edən və məruzəçi hakim X12, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 İsrat oğlunun, Cavabdehin nümayəndəsi X11, Üçüncü şəxs X3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 İsrat oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 0.18 ha bağ torpaq sahəsinə dair X3 adına 13 may 2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 21 №li reyestr kitabının 68 №li vərəqində aparılmış qeydiyyatın əsassız və etibarsız hesab edilməsi, ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-310/2022 nömrəli qərardadından İddiaçı2 İsrat oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçılar İddiaçı1 və İddiaçı2 İsrat oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “cavabdehin imtinasının qanunsuz hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 0.18 ha bağ torpaq sahəsinə dair X3 adına 13 may 2010cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 21 №li reyestr kitabının 68 №li vərəqində aparılmış qeydiyyatın əsassız və etibarsız hesab edilməsi, ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən bağ torpaq sahəsini bağ torpaq sahəsi istifadəsində olan X2 xx.xx.2004-cü ildə iki dəfəyə 2900 ABŞ dolları ödəməklə almışdır. Aralarındakı razılaşmaya əsasən pulun verilməsi barədə qəbz yazılaraq, pulun alınması və verilməsi barədə sənəd imzalanmışdır. Həmin vaxtdan da bağ torpaq sahəsi və sənədləri istifadələrinə verilmişdir. Eyni vaxtda X6 və bağ sahəsinin icarə müqaviləsi üzrə istifadəçiləri X13, X15, X16 bağ torpaq sahəsini satmağa və özəlləşdirməyə icazələrini vermişlər. O artıq 2004-cü ildən bu torpaq sahəsində müvafiq eskiz layihə əsasında fərdi yaşayış evi tikib yaşayır. Belə məlum olur ki, X6 iddiaçının etibarından sui-istifadə edərək onu aldatmışdır və həmin vaxtlar məzənnəsi ilə 2900 ( iki min doqquz yüz) manat pulunu ələ keçirmişdir. Ancaq, sonradan X1 ondan götürərək bağ sahəsinin planı və ölçüsündə saxtakarlıq edərək həmin bağ sahəsini saxta plan və ölçü əsasında öz adına 13 may 2010-cu il tarixdə daşınmaz sahəsini saxta plan və ölçü əsasında öz adına 13 may 2010-cıı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 21 № li reyestr kitabının 68 № vərəqində qeydiyyata almaqla adına xüsusi mülkiyyət hüququ ilə çıxarış almışdır. Həmin plan və ölçünün saxtalaşdırılmasında bir neçə nəfər iştirak etmişdir. Bununla əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsi plan və ölçünü saxtalaşdırmış şəxslər barəsində ekspertiza rəyi əsasında Xüsusi Qərardad qəbul etmiş və cinayət işi qaldırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2015-ci il tarixli rəyindən müəyyən edilir ki, 2338 saylı bağ sahəsinin planının sol tərəfindən olan “77,0” rəqəmini, "S=700>,rəqəminin olan hissədə soldan sağa və aşağı sağ hissəsində olan sağdan sola olan kəsə xətlərinin üstündən ağardıcı maddə çəkməklə, indiki vəziyyətə dəyişdirilmişdirlər. 2338 saylı bağ sahəsinin planının sol tərəfində olan “30.4” və "46.6" rəqəmlərini əlavə etməklə indiki vəziyyətə dəyişdirilmişdirlər. Azərbäycah Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizam Mərkəzinin 28 mart” 2016-cı il tarixli rəyi ilə Sumqayıt şəhəri. Corat qəsəbəsində yerləşən MA seriyalı. ******* saylı çıxarışla xüsusi mülkiyyət hüququ əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində qeydiyyata alınmış, İddiaçı2 və İddiaçı1 Qəiəmşah qızının istifadəsində olan 18 sotdan ibarət 2338 saylı bağ torpaq sahəsinin dəqiq sərhədləri müəyyən edilərək İddiaçı2 və İddiaçı1 istifadələrində 0 1689 ha torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Sumqayıt şəhəri 4 saylı Notariat kontorunda təsdiq edilmiş xx.xx.2015- ci il tarixli ərizədən müəyyən edilir ki, G.Əliyeva. M.İbrahimxəlilova və A.Quliyev həqiqətən İddiaçı2 ailə üzvləri ilə birlikdə 2004- cü ilin iyun ayından bu günə qədər Sumqayıt şəhəri Corat bağlarında yerləşən 2338 saylı bağ evində yaşadıqlarını öz imzaları ilə təsdiq edirlər. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarlarının surətindən müəyyən edilir ki, inzibati xəta törətmiş X7 və X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38- 1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə olunmuşlar. İddiaçı artıq , 2004-cü ildən bu torpaq sahəsində müvafiq eskiz layihə əsasında fərdi yaşayış evi tikib yaşayır. Belə məlum olur ki, X6 iddiaçının etibarından sui-istifadə edərək iddiaçını aldatmışdır və həmin vaxtlar məzənnəsi ilə 2 900( iki min doqquz yüz) manat pulunu ələ keçirmişdir. Mülki işlərə bir neçə instansiyada baxılmış və sonuncu dəfə Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2020-ci il tarixli qərarı ilə mülki işin inzibati qaydada həll olunması barədə iddiaçı tərəfə tövsiyyə etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Məhkəmə kollegiyası izahı belə olmuşdur ki, hazırkı iddianın (dəqiqləşdirilmiş iddianın) mahiyyəti torpaq sahəsinin cavabdehin adına ilkin qeydiyyata alınmasına dair daşınmaz əmlakın dövlət reyestrini aparan orqanın qanunsuzluqundan ibarətdir. Belə ki, iddiaçı həmin qeydin saxta sənədlər əsasında aparıldığını, yəni hüquqların dövlət qeydiyyatını —aparan orqanın Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 9.1-ci maddəsində - göstərilən vəzifələrini icra etməməsini (o cümlədən daxil edilmiş sənədlərdə göstərilən məlumatın saxlanılan məlumata uyğunluğunun yoxlanılmasını, dövlət reyestrində ziddiyyətləri aşkar etməməsini) iddia edir. Reyestrdəkı qeydiyyat isə inzibatı orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən fəaliyyətinin nəticəsidir. Odur ki, reyestrdəkı qeydiyyat inzibatı akt əsasında aparıldığından və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdiyindən, iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana carşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibatı aktı mübahısələndırməlidir. Lakın iddiaçı reyestrdəkı qeydiyyatın etibarsızlığı ilə bağlı hazırkı iddianı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparan orqana qarşı inzibati məhkəmə icraatı qaydasında deyil, əmlak üzərində hüquqları qeydə alınmış fiziki şəxsə qarşı mülki mühakimə icraatı qaydasında irəli sürmüş, məhkəmələr isə iddiaya mahiyyəti üzrə baxaraq, yuxarıda qeyd olunan məhkəmə aktlarını qəbul etmişlər. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(060)-6886/2018 saylı qətnaməsi ilə (hakim- N.Abıyev) İddiaçı2 cavabdeh X7 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X3 adına xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində Sumqayıt şəhəri, Corat bağları ərazisi 2338 nömrəli 0.18 ha torpaq sahəsinə dair aparılmış qeydiyyatın etibarsız hesab edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(105)-2688/2019 saylı qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim- L.Məmmədova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(060)-6886/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)- 2014/2020 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim- E.Şamayev) cavabdeh X7 və vəkili X20 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(105)-2688/2019 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı2 cavabdeh X7 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməsi, daşınmaz əmlakın dövlət reeystrində olan qeydin qanunsuz olması ilə bağlı həmin reyestri aparan dövlət orqanına müraciət etmək, sonuncunun qəbul edəcəyi qərardan narazı olduğu halda isə aidiyyəti üzrə inzibati məhkəməyə iddia vermək hüququnun olduğunun iddiaçıya izah olunması qərara alınmışdır. İddiaçı2 tərəfindən Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2338 saylı, sahəsi 0.18 ha olan torpaq sahəsinin adına rəsmiləşdirilməsi barədə xx.xx.2020-ci il tarixində müraciət edilmiş və **********16 saylı, xx.xx.2020-ci tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən imtina verilmişdir. Ərizə və ona əlavə edilmiş sənədlər araşdırıldıqda müəyyən edilmişdir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri ərizəyə əlavə olunmamışdır. İddiaçı2 tərəfindən Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2338 saylı, sahəsi 0.18 ha olan mübahisəli torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət qeydiyyatı üçün əsas hesab edilən hər hansı hüquqmüəyyənedici sənəd (sənədlər) əlavə edilməmişdir. Digər İddiaçı1 tərəfindən isə ümumiyyətlə İdarəyə müraciəti daxil olmamışdır. Daşınmaz əmlak üzərində hüquqların yaranmasına əsas olan hüquq müəyyənedici sənədlərin siyahısı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 439 saylı Fərmanında göstərilmişdir Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası təmin edilməməlidir. Üçüncü şəxs iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, o, iddia tələbini qəbul etmir, iddianı əsassız hesab edərək bildirir ki, iddiaçılar hazırki iddia tələbini qaldırmağa subyektiv hüququ olmayan tərəflərdir, belə ki, iddiaçının adına verilmiş hüquqmüəyyənedici sənədin ləğvi ilə bağlı mübahisədə tərəf kimi cavabdeh və ya o çıxış edir, qarşı tərəfin həmin sənədin ləğv edilməsi ilə bağlı iddia qaldırması absurddur, çünki yalnız əqd üzrə tərəflər bağlanmış olan əqdin ləğvini mübahisələndirə bilərlər. Digər tərəfdən qarşı tərəf 13 may 2010-cu ildə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilələk ləğv olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Əvvəla «ləğv etmə» ilə «etibarsız hesab etmə» tamamilə müxtəlif anlayışlardır və bunlar müxtəlif münasibətlərə ayrı-ayrılıqda tətbiq olunur, müxtəlif hüquqi nəticələr yaradır. Bundan başqa iddiaçı iddia tələbində həmin vəzifənin cavabdeh tərəfindən hansı əsaslara görə icra edilməli olmasını əsaslandıra bilməmişdir. Cavabdeh iddiaçının iddia tələbində qoyduğu və mübahisələndirdiyi aktın etibarsızlığını sübuta yetirən məhkəmə qərarı olmadığı üçün həmin qeydin ləğv olunmasının mümkünsüzlüyü barədə məktub təqdim etmişdir. Belə hesab edir ki, iddiaçının bu iddia tələbi onun mülkiyyət hüquqlarına müdaxilədir, çünki artıq 11 ildir ki, qeyd edilən çıxarışı almış və həmin çıxarışın ləğvi üçün əsas ola bilməz və iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqları üçüncü şəxsə məxsusdur və dövlət də onun mülkiyyət hüquqlarına təminat verməlidir. Bundan başqa iddiaçı məhkəmədə üçüncü şəxsə və qeyrilərinə qarşı iddia qaldırmaqla ümumi sahəsi 0,18 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini məhkəmədən xahiş etmiş, Sumqayıt şəhər məhkəməsinin 12 fevral 2015-ci il tarixli qətnaməsi ilə cavabdehlərin iddia tələbi təmin edilməmiş, AR Sumqayıt Apellyasiya Məhkəməsi MK-mn xx.xx.2016-cı il tarixli qətnaməsi ilə də qarşı tərəfin iddiası rədd olunmuş və həmin qətnamə AR Ali Məhkəməsinin MK-nın qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Lakin buna baxmayaraq iddiaçı yenə də iddialarından əl çəkməyərək üçüncü şəxsin mülkiyyət hüquqlarına əsassız müdaxiləni davam etdirir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-310/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin mahiyyəti üzrə baxılmasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə belə nəticəyə gələrkən nəzərə almamışdır ki, onların iddiasının tərəfi cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsidir. Belə olduğu halda onların üçüncü şəxslərə qarşı bu iddiada heç bir tələbi olmamışdır. Ona görə də məhkəmə işə düzgün baxmayaraq inzibati işin araşdırılmasından imtina etmişdir. Hansiki iş materiallarında görünür ki, İddiaçı2 cavabdeh X4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X3 adına xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində Sumqayıt şəhəri, Corat bağları ərazisi 2338 nömrəli 0.18 ha torpaq sahəsinə dair aparılmış qeydiyyatın etibarsız hesab edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(105)-2688/2019 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(060)-6886/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)- 2014/2020 saylı qərarı ilə cavabdeh X7 və vəkili X20 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Kollegiyasının xx.xx.2019-cu ıl tarixli 2(105)-2688/2019 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı2 cavabdeh X7 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməsi, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin qanunsuz olması ilə bağlı həmin reyestri aparan dövlət orqanına müraciət etmək, sonuncunun qəbul edəcəyi qərardan, narazı olduğu halda isə aidiyyəti üzrə inzibati məhkəməyə iddia vermək hüququnun olduğunun iddiaçıya izah olunması qərara alınmışdır. Apellyasiya şikayətinə qarşı üçüncü şəxsin etirazı onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsi qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianı mümkünsüz hesab etmişdir. Həmin qərardaddan 1 il 2 ay sonra iddiaçı apellyasiya şikayəti vermişdir. Sumqayıt İnzibati Məhkəməsinin qəbul etdiyi qərardadın qanunsuzluğunu iddiaçı onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi üzərində (həmin torpaq sahəsi üzərində onların hər hansı bir hüquqları yoxdur) hər tikili inşa etmələri onların bu torpaq sahəsi ilə bağlı hazırki iddianı qaldırmağa subyektiv hüquqlarının olması anlamına gəlmir və mübahisə faktiki olaraq 3-cü şəxslə (onunla) iddiaçı arasında olduğu üçün iddiaçı bununla bağlı inzibati orqana qarşı deyil, 3cü şəxsə qarşı iddia qaldırmalıdır ki, fiziki şəxslər arasında yaranan mübahisələrə də mülki məhkəmələr baxır. Bundan başqa iddiaçının qaldırmış olduğu bu mübahisə mülki məhkəmənin predmeti olmuş və iş üzrə qanun qüvvəsini almış məhkəmə aktıvardır. Belə ki, AR Ali Məhkəməsinin MK-nın 28 iyun 2020-ci il tarixli, 2(102)2014/2020 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv olunmuş və iddiaçının iddia tələbi üzrə icraata xitam verilmişdir. Lakin iddiaçı məhkəmədə inzibati orqana qarşı iddia qaldırsa da onun iddia tələbinin əsasını inzibati orqanla yaranan mübahisə deyil, onunla yaranan torpaq mübahisəsi təşkil edir ki, həmin mübahisəyə də hazırda mülki qaydada apellyasiya məhkəməsində baxılır və həmin mübahisəyə nəticə verilməmişdir. Məhkəmə də həmin iddia tələbində iddiaçının qaldırdığı məsələyə qiymət verməklə iddianı mümkünsüz hesab etmişdir. Bundan başqa iddiaçı məhkəmə qərarının 2022-ci ilin yanvar ayında qəbul edilməsinə baxmayaraq 2023-cü ilin mart ayında verilmiş şikayəti qəbul etməklə işi apellyasiya məhkəməsinə göndərmişdir.Halbuki qərardaddan şikayətin verilməsi müddəti 10 gündür, iddiaçı iddia tələbində yol verilmiş nöqsanları aradan qaldırmaqla məhkəməyə yenidən iddia verə bilərdi, lakin o bunu etməmiş və 1 il 2 aydan sonra qərardaddan şikayəti təqdim etmişdir. İddiaçı qanunda nəzərdə tutulan prosessual müddəti ötürməklə hazırki apellyasiya şikayətini təqdim etmişdir, şikayətdə qoyulan dəlillər də tam əsassızdır, ona görə də apellyasiya şikayətinin təmin olunmaması və iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin qəbul etdiyi qərardadın dəyişdirilmədən saxlanılması barrədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı2 İsrat oğlu apellyasiya şikayətini müdafiə etmiş, izahat vermiş, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X14 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və hazırki inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Başqa sözlə, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin, iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normalarının tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan mümkünlük şərtlərinin yoxlanılması baxımından, ilk növbədə, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Hazırki mübahisə üzrə iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Qeyd olunmalıdır ki, hazırki inzibati iş üzrə mübahisə predmetini ünvan 1 ünvanında yerləşən 0,18 ha torpaq sahəsinə dair üçüncü şəxs X5 adına aparılmış 13 may 2010-cu il tarixli qeydiyyatın əsassız və etibarsız hesab hesab edilməsi, ləğv edilməsi təşkil edir. İddiaçı həmin torpaq sahəsinin üçüncü şəxs tərəfindən ona satıldığını, həmin torpaq sahəsinin 2004-cü il tarixdən onun istifadəsində olmasını, orada fərdi yaşayış evi tikdirdiyini, üçüncü şəxsin saxta yolla həmin torpaq sahəsinə dair sənədləri dəyişdirərək, mülkiyyət hüququnu qeydiyyata aldırdığını əsas gətirərək, həmin qeydi mübahisələndirərək, belə bir iddia tələbini irəli sürmüşdür. Həmçinin, qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi mümkün sayılmaması əsası kimi iddiaçının subyektiv hüququnun yaranması əsasının iddiaçı ilə üçüncü şəxslər arasında olan mülki hüquq münaisbətlərindən meydana gələ bildiyindən, bu hüququn yaranması ilə bağlı hüquqmüəyyənedici sənədinin təqdim edilmədiyindən, iddiaçının bununla bağlı subyektiv hüququnun olmaması halına istinad etmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, qeyd olunamılıdr ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanunqüvvəli aktlardan irəli gəlməsidir. Subyektiv mənada iddia vermək hüququ da bir tərəfdən şəxsin hüququnun pozulubpozulmamasını, digər tərəfdən iddia vermək hüququna malik olub-olmamasını özündə ehtiva edir. Həmçinin, qeyd olunmaldır ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən hazırki inzibati işin halları baxımından iddiaçının subyektiv hüququn sahibi kimi qəbul edilməsi üçün cavabdeh inzibati orqan tərəfindən onun hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilə təşkil edən qanunsuz inzibati akt qəbul edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların mövcudluğu tələb olunur. Məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə birinci instnasiya məhkəməsi iddiaçının subeyktiv hüququnun olmaması qənaətinə gələrkən, bununla bağlı işin zəruri hallarını özünün xidməti vəzifəsinə görə araşdırmamış, habelə iddianın mümkünlük məsələsini məhz tərəflərin iştirakı ilə müzakirə edilməmiş, bununla bağlı zəruri olan hallar diqqətə çatdırılmamış, nəticə etibarilə iddiaçının hazırki iddia tələbini irəli sürməsinə dair subyektiv hüququnun olubolmamasının əsasları aydınlaşdıırlmamışdır. Həmçinin,qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi iddiaçının hüquqi marağının olub-olmaması məsələsini məhz iş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında və cinayət işi üzrə icraata xitam verilməsi barədə müvafiq qərarda qeyd edilmiş hallar, habelə iddiaçının mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı əmlak hüquqlarının mövcud olub-olmaması, həmin torpaq sahəsinin hansı əsaslarla iddiaçının istiafdəsində olması (torpaq vergisinin hansı əsaslarla ödənilməsi və digər), orada fərdi yaşayış evi tikib yaşamasının əsasları kimi hallar baxımından araşdırılmamışdır. Bununla bağlı, iddiaçı tərəfindən müvafiq dəlillər təqdim edilsə də, həmin hallar məhkəmə tərəfindən İPM-in 12-ci maddəsinin tələbi baxımından araşdırılmamışdır. Bundan əlavə, üçüncü şəxs X7 tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etiraz ərizəsində iddiaçı ilə aralarında hazırda məhkəmədə mülki hüquqi mübahisənin davam etdiyini (mülki işin hazırda apellyasiya instansiya məhkəməsində olduğunu və yekunlaşmadığını qeyd edərək) bildirmişdir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlük şərtlərinin yoxalnılması zamanı qeyd edilən halı da diqqətdən qaçırtmışdır. Hlabuki həmin hallar da hazırki inzibati iş ürzə iddianın mümkünlük şərtlərinin yoxlanılması mərhələsində aydınlaşdıırlmalı olan və işin nəticəsinə təsiri mümkün ola bilən hallar olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə iddianın mümkünlük şərtlərinin yoxlanılması mərhələsində zəruri olan bütün halları araşdırmamış, iddianın mümkünlük şərtlərinə təsir edən hallar diqqətdən kənarda qalmış, iddiaçının subyektiv hüququnun olub-olmaması halı onun hüquqi marağının olub-olmaması konteksində aydınlaşıdırlmamışdır. Ona görə də həmin hallar araşdırılmaqla,hazırki inzibati iş ürzə iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılması zəruridir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, məhkəmənin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Nəticə hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-310/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 İsrat oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 0.18 ha bağ torpaq sahəsinə dair X3 adına 13 may 2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 21 №li reyestr kitabının 68 №li vərəqində aparılmış qeydiyyatın əsassız və etibarsız hesab edilməsi, ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar