Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-413/2024 15.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Fərhad oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı Fərhad oğlunun, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Fərhad oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Sumqayıt UK-da təhsil aldığı və xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixdən hərbi xidmətdə olduğu müddəti onun ümumi iş stajına daxil edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşından, yəni 2019-cu ildən təyin edilməsi və ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3968/2023 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1959-cu il təvəllüdlüdür. НЗ № ******* seriyalı hərbi biletin surətindən görünür ki, İddiaçı 1978-1980-cı illərdə hərbi xidmətdə olmuşdur. İddiaçının adına xx.xx.1976-cı il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1976-xx.xx.1978-ci illərədə və xx.xx.1980-xx.xx.1996-cı illərdə “Aztexmontaj” Tresti Santexdetal zavodunda (Az.boru zavodu), xx.xx.2013-xx.xx.2013 və xx.xx.2013- xx.xx.2015-ci illərdə “X3” MMC-də, xx.xx.2016- xx.xx.2019-cu il tarixlərdə "xxxx" MMC-də işləmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Mərkəzi Filial tərəfindən Sizə 31 oktyabr 2022-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnuzun yarandığı 29 iyun 2022-ci il tarixindən hesablanmışdır. Belə ki, pensiya hüququnuzun yarandığı tarixədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 23856,84 manat pensiya sığorta kapitalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (144 aya) bölünərək 165,67 manat (23856,84:144) məbləğində əmək pensiyası müəyyən edilib və pensiya hüququnuzun yarandığı xx.xx.2022-ci il tarixində əmək pensiyasının minimum məbləğinin 240,00 manat olması ilə əlaqədar həmin tarixdən 240,00 manata, xx.xx.2023-cü il tarixində əmək pensiyasının minimum məbləğinin 280,00 manat olması ilə əlaqədar həmin tarixdən 280,00 manata çatdırılmaqla hesablanıb. Həmçinin, əmək pensiyanız üzrə keçmiş müddət üçün sizə ödənilməli olan 975,99 manat pul vəsaiti hesablanıb. Həmin 975,99 manat pul vəsaiti xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində pensiyanızın üzərinə əlavə edilərək müvafiq kart hesabınıza köçürülüb. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 39600,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19937,63 manat təşkil edirdi. Bundan başqa həmin tarixə ümumi iş stajınız 25 ildən az (24 il 3 ay 27 gün (xx.xx.1976xx.xx.1978-ci il, xx.xx.1980-xx.xx.1996-cı il və xx.xx.2006- xx.xx.2019-cu illər üzrə 5 il 11 ay)) təşkil edirdi. Buna görə də 60 yaşınızı tamam olduğu xx.xx.2019-cu il tarixindən sizə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün deyildi. Məlumat üçün bildiririk ki, əmək pensiyanız qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 280,00 manat olmaqla sizə ödənilir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşından, yəni 2019-cu ildən təyin edilməsi və ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Sumqayıt UKda təhsil aldığı və xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixdən hərbi xidmətdə olduğu müddəti onun ümumi iş stajına daxil edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşından, yəni 2019-cu ildən təyin edilməsi və ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1959-cu il təvəllüdlüdür, orta təhsilini başa vurduqdan sonra üçün xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilədək peşə-ixtisas təhsili almışdır. xx.xx.1976-cı ildə (ƏmrN: 82/k xx.xx.1976) “Aztexmontaj” Tresti Santexdetal zavodunda 2-ci dərəcəli havalandırıcı- çilingər (fəhlə) vəzifəsinə işə qəbul edilmişdir. Hərbi xidmətlə əlaqədar işdən azad olunmuşdur (1978-1980). Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən “Aztexmontaj” Tresti Santexdetal zavoduna işə qəbul olunmuş və xx.xx.1980-cı il tarixli 299 saylı əmrlə “PMİ” boruyayma sexində 3 saylı boruyayma şöbəsinin 3-cü dərəcəli soyuq borukəsici vəzifəsinə təyin edilmişdir. PMİ boruyayma sexində 3 saylı boru yayma şöbəsinə metal çeşidləyən və təhvil verən vəzifəsinə keçirilmişdir. PPC 1 sahəsində 3-cü dərəcəli soyuq borukəsici vəzifəsinə təyin edilmişdir. PPC 1 sahəsində 3-cü dərəcəli soyuq boru kəsici metal çeşidləyən və təhvil verən keçirilmişdir. Boru yayma sexinin boru yayma şöbəsi metal istehsalatı kran maşinisti vəzifəsinə keçirilmişdir. Boruyayma sexinin boru yayma şöbəsi metal istehsalatı kranı-4-cü dərəcəli maşinist verilmişdir. xx.xx.1989-cu ildə PMİ boruyayma sexində 3 saylı boru yayma şöbəsinə metal çeşidləyən və təhvil verən peşəsinə keçirilmişdir. xx.xx.1993-cü ildə PMİ boruyayma sexində qəbul sahəsində boruların yükləmə briqadiri, xx.xx.1993-cü ildə “Azərboru” zavodunu adı dəyişdirilmişdir. xx.xx.1996-cı ildə Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad olunmuşdur. xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilə kimi “X4” MMC-də Texniki layihə şöbəsində montajçı vəzifəsində, xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilə kimi "xxxx" MMC-də Montaj quraşdırma şöbəsində montaj ustası vəzifəsində və daha sonra elektrik montyoru peşəsində işləmişdir. Beləliklə, onun ümumi iş stajı 26 ildən, xüsusi iş stajı 13 ildən çoxdur. Bununla o bağlı dəfələrlə cavabdeh orqana müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin ona imtina cavabı verilmişdir. Onun əvvəlki iddiası Sumqayıt İnzibati Məhkəməsinin qərarı ilə təmin edilməmiş, Sumqayıt Apellasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin qərar ləğv edilmiş və iddiaçının müraciətinə yenidən baxılması üçün 1 aylıq müddət təyin edilmişdir. Bundan sonra cavabdeh orqan tərəfində ona 2022-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Halbuki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 2019-cu ildə yaranmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı 02 may 2023-cü il tarixdə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona xx.xx.2019-cu il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiyanın hesablanaraq ödənilməsini xahiş etmişdir. Lakin fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, eyni zamanda həmin tarixə olan ümumi iş stajı 25 ildən az olduğundan müraciətin müsbət həlli mümkün olmamışdır. Bundan sonra, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etdiyi dövrlərin (iş,təhsil,hərbi xidmət) sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.Mərkəzi Filial tərəfindən iddiaçıya 31 oktyabr 2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı 29 iyun 2022-ci il tarixdən hesablanmışdır. Belə ki, pensiya hüququnun yarandığı tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 23856,84 manat pensiya kapitalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (144 aya) bölünərək 165,67 manat (23856,84:144) məbləğində əmək pensiyası müəyyən edilib və pensiya hüququnun yarandığı xx.xx.2022-ci il tarixdə əmək pensiyasının minimum məbləğinin 240,00 manat olması ilə əlaqədar həmin tarixdən 240,00 manata, xx.xx.2023-cü il tarixində əmək pensiyasının minimum məbləğinin 280,00 manat olması ilə əlaqədar həmin tarixdən 280,00 manata çatdırılmaqla hesablanmışdır. Həmçinin, iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün ona ödənilməli olan 975,99 manat pul vəsaiti hesablanaraq xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində pensiyasının üzərinə əlavə edilmişdir.Əlavə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 39600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19937,63 manat təşkil edirdi. Bundan başqa iddiaçının həmin tarixə ümumi iş stajı 25 ildən az (24 il 3 ay 27 gün (xx.xx.1976-xx.xx.1978-ci il, xx.xx.1980-xx.xx.1996cı il və xx.xx.2006-xx.xx.2019-cu illər üzrə 5 il 11 ay)) təşkil edirdi. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3968/2023 nömrəli qərarı ilə iddia təmin edilməmiş, İddiaçı Fərhad oğlunun xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Sumqayıt UK-da təhsil aldığı və xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixdən hərbi xidmətdə olduğu müddətin onun sosial sığorta stajına daxil edilərək 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıya verdiyi imtina cavabında və iddiaya etirazında iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Sumqayıt UK-da təhsil aldığı və xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixdən hərbi xidmətdə olduğu müddəti onun ümumi iş stajına daxil etməmişdir. Halbuki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş 1 oktyabr 1956-cı il tarixli “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) yarımbəndinə görə ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. İddiaçının ən azı 12 il 6 ay xüsusi iş stajına malik olması cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdehin imtina üçün əsas dəlili ondan ibarətdir ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əməl pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsidir. Bununla bağlı Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli qərardadında da qeyd etmişdir ki, “13 may 2022-ci il tarixli 530 nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə qeyd olunan Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilmişdir. Həmin dəyişikliyə əsasən fərdi hesabının sıöorta hissəsində qeydə alınmış pensiya kapitalının əməl pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. şin halları ilə iddiaçının 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli iş stajına malik olması təsdiq olunur”. Bununla bağlı Sumqayıt Apellyasiya Məhkəməsi iddiaçının müraciətinə yenidən baxılması üçün 1 ay müddət verilməsi barədə qərardad çıxarmışdır. Lakin cavabdeh yenidən iddiaçıya imtina cavabl verərək onun 25 ildən az ümumi iş stajına malik olmasına və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əməl pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə istinad etmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin sığorta stajının tələb olunan müddətdən az olduğu və qanunvericiliklə tələb olunan pensiya kapitalı toplanmadığı üçün müraciətinin müsbət həlli mümkün olmamışdır. Daha sonra, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində yaşa görə əmək pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini tələb etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, Mərkəzi Filial tərəfindən iddiaçıya 31 oktyabr 2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı 29 iyun 2022-ci il tarixdən hesablanmışdır. Belə ki, iddiaçının pensiya hüququnun yarandığı tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 23856,84 manat pensiya sığorta kapitalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (144 aya) bölünərək 165,67 manat (23856,84:144) məbləğində əmək pensiyası müəyyən edilib və pensiya hüququnun yarandığı xx.xx.2022-ci il tarixdə əmək pensiyasının minimum məbləğinin 240,00 manat olması ilə əlaqədar həmin tarixdən 240,00 manata, xx.xx.2023-cü il tarixdə əmək pensiyasının minimum məbləğinin 280,00 manat olması ilə əlaqədar həmin tarixdən 280,00 manata çatdırılmaqla hesablanıb. Həmçinin, əmək pensiyası üzrə keçmiş müddət üçün iddiaçıya ödənilməli olan 975,99 manat pul vəsaiti hesablanıb. Həmin 975,99 manat pul vəsaiti xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülüb. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 39600,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19937,63 manat təşkil edirdi. Bundan başqa həmin tarixə ümumi iş stajınız 25 üdən az (24 il 3 ay 27 gün (xx.xx.1976-xx.xx.1978-ci il, xx.xx.1980- xx.xx.1996-cı il və xx.xx.2006-xx.xx.2019-cu illər üzrə 5 il 11 ay)) təşkil edirdi. Buna görə də 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Birinci instansiya məhkəməsinin iddiaçının təhsil dövrünü, eyni zamanda hərbi xidmət dövrünü nəzərə alaraq ona 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən pensiya təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoyması kobud qanun pozuntusu hesab edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasında kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır, iddiaçı 01 aprel 2021-ci il tarixdə inzibati orqana müraciət etmiş, lakin 60 yaşının tamam olduğu tarixə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün müraciətinin müsbət həlli mümkün olmamışdır. İş məhkəmənin icraatında olduğu zaman inzibati orqan tərəfindən İddiaçı ’’Əmək pensiyaları haqqına” Qanuna edilmiş 29 iyun 2022-ci il tarixli dəyişikliklə güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. Qanuna edilən dəyişikliyə əsasən, şəxsə 9.1-ci maddəyə əsasən pensiyanın təyin edilməsi üçün, iki şərtdən biri mövcud olmalıdır. Belə ki, iddiaçı ya ümumi iş stajına, ya da fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmalıdır. İnzibati orqanın pensiya təyin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli qərarı qanuni və əsaslıdır. İddiaçıya 60 yaşının tamam olduğu tarixdən pensiyanın təyin edilməsinin heç bir hüquqi əsası yoxdur. Məhkəmənin hüquqi mövqeyini nəzərə alaraq, iddiaçının təhsil və hərbi xidmət illərini sığorta stajına daxil etsək belə, fərdi hesabının sığorta hissəsində pensiya kapitalı nəzərə alınmadığı üçün ona xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı Fərhad oğlu apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada) 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (yeni redaksiyada) Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; ... 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 25. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri .... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ..... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktor anturada və klinik ordinaturada təhsil müddəti .... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “ İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının Bənd 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 yerli qurumları tərəfindən aparılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ona 60 yaşından, yəni 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçıya münaisbətdə qanunla tələb olunan fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının tələb olunan məbləğdən az olması (39600 manat tələb olunduğu halda, iddiaçıya münasibətdə qeydə alınan pensiya kapitalının məbləği 19937,63 manatdır), bundan başqa qanunla tələb olunan 25 il ümumi iş stajından az sığorta stajına malik olması halına istinad edərək, iddiaçı barəsində 60 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərl yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığından, iddiaçının müraciətindən imtina etmiş, iddiaçı tərəf isə cavabdehin imtinasının qanunazidd olmasına istinad edərək, qeyd edilən iddia tələbini irəli sürmüşdür. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericilik normalarının tələbinə əsasən iddiaçıya münasibətdə 60 yaşının tamama olduğu vaxtda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan şərtlər: a) iddiaçının 60 yaşına çatması; b) azı 25 il ümumi iş stajının mövcud olması; c) azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması; d) əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalına malik olması. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla, 60 yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. İşin mübahisəsiz hallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməklə, 29 iyun 2022-ci il traixdən hesablanmaqla, ödənilir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının 60 yaşının tamam olduğu vaxta 24 il 3 ay 27 gün ümumi iş stajına malik olması halını qəbul edir. İndiki halda iddiaçı ona məhz 60 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmk pensiyasının təyin edilməsini və həmin vaxtdan ödənilməsini istəyir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı qeyd edir ki, indiki halda iddiaçıya münasibətdə 60 yaşının tamam olduğu vaxtda onun təhsil aldığı və hərbi xidmətdə olduğu dövrlər ümumi iş stajına daxil edilməklə, qanunla tələb olunan azı 25 il ümumi iş stajına malik olması şərti tamamlansa belə, qanunla tələb olunan digər şərt- əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalına malik olması şərti ödənilmir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya münasibətdə qanunla tələb olunan fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 39600 manat olduğu halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının məbləği 19937,63 manat olmuşdur. Göründüyü kimi, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının məbləği qanunla tələb olunan məbləğdən az olmuşdur. Belə olan halda isə həmin dövrdə qüvvədə olan qanunvericilik normasının dispozitiv şərtlərinə əsasən iddiaçının 60 yaşının tamam olduğu vaxtda güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmamış olur. Qeyd edilən şərti ehtiva edən qanunvericiliyin norması 29 iyun 2022-ci il tarixdən qüvvədən düşdüyündən, cavabdeh inzibati orqan tərəfindən haqlı olaraq iddiaçıya münasibətdə məhz 29 iyun 2022-ci il tarixdən yaşa görə əmək pensiya məbləği hesablanaraq, ödənilmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, qanunvericilik norması düzgün tətbiq edilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yalnış olmuş, cavabdehin imtina və şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3968/2023 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı Fərhad oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Sumqayıt UK-da təhsil aldığı və xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixdən hərbi xidmətdə olduğu müddəti onun ümumi iş stajına daxil edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşından, yəni 2019-cu ildən təyin edilməsi və ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia tələbi təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-413/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-413/2024
15.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver