Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-414/2025 23.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizmin funskiyalarının pozulması faizinə uyğun olaraq əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2-1(118)-709/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İddiaçı xx.xx.1971-ci il təvəllüdlüdür. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli qiymətləndirilmədə kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri, (posttravmatik ensefalopatiya, xroniki kranialgiya sindromu, qıcolma sindromu), üzvi mənşəli şəxsiyyət pozuntusu, davranış pozuntuları və nəzərəçarpan yaddaş funksiyaların enməsi ilə, ikitərəfli qarışıq konduktiv və neyrosensor tipli agır eşitmə, ikitərəfli orta ağır (İİİ-İV) dərəcəli sensonevral tip eşitmə azlığı diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan xx.xx.2023 cü tarixli №027 çıxarışdan görünür ki, İddiaçı XBT-10 üzrə əsas xəstəlik baş-beyin üzvi xəstəliyi ( İ Qarabağ müharibəsi zamanı alınmış), əsas xəstəliyin ağırlaşması şəxsiyyər dəyişikliyi, kobud davranış, yanaşı xəstəliklər isə pozuntular, nəzərəçarpan yaddaş və intellektual geriliyi ilə tez-tez təkrarlanan qıcolma tutmaları ilə diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tabeliyində Sumqayıt şəhər X4 xx.xx.2021-ci il tarixli, 929 nömrəli xəstəlik tarixindən çıxarışdan görünür ki, İddiaçı baş beyin travmatik xestelik keçirilmiş, KBT-nin davamlı qalıq əlamətləri, tez-tez baş verən generalizə olunmuş epileptik qıcolma tutmaları ilə hərəkəti-koordinator funksiya pozulmalar və pirami çatışmazlıqlaqla, qabarıq astenonevrotik sindrom, arterial hipertenziya ıı dərəcə diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tabeliyində Sumqayıt Tibb Mərkəzi publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli Ambulator kitabçadan çıxarışından görünür ki, İddiaçı xbt 10 üzrə əsas xəstəlik keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri, əsas xəstəliyin ağırlaşması postravmatik ensefalopapiya, sağ tərəfli piramid çatışmamazlıq və vestibulo-beyincik ataksiyası ilə tez-tez (ayda 8-10 dəfə) təkrarlanan genaralizə olunmuş qıcolma tutmaları kəllə daxilində hipertenziya,hipertenzion angiopatiya qabarıq asteno-nevrotik sindrom, təkrarlanan vegatativ damar parovsizmləri ilə 0,6 iki tərəfli koxlear nevrit, neyrosensor ağıreşitmə ııı-ıv dərəcə, yanaşı xəstəlik isə aterial hipertenziya ıı dərəcə, risk 4, xroniki dəqiqləşdirilməmiş anemiya yüngül dərəcə diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin 11 aprel 2023-cü il № 241 arayışından görünür ki, İddiaçı üzvi mənşəli ( İ Qarabağ müharibəsi zamanı alınmış KBT nəticəsində) şəxsiyyət pozuntusu, davarnış pozuntuları və nəzərəçarpan yaddaş funksiyalarının enməsi ilə F07.0 diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli Ambulator kitabçadan çıxarışından görünür ki, İddiaçı F07.0 üzrə əsass xəstəlik üzvi mənşəli (İ Qarabağ müharibəsi zamanı alınmış KBT nəticəsində) şəxsiyyət pozuntusu, davarnış pozuntuları və nəzərəçarpan yaddaş funksiyalarının enməsi diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 928 saylı qərarına əsasən Laçın RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, Füzuli Hərbi Prokurorluğunun xx.xx.2017-ci il tarixli 17/1751 saylı məktubuna əsasən barəsində heç bir cinayət işi təqsirləndirici materialın olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ilin fevral ayında aldığı və xx.xx.2017-ci ildə Müdafiə Nazirliyinin Məhəmə-Tibbi Ekspertiza və Patoloji Anotomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz “Odlu silah yaralanmalarından sonra başın sağ təpə nahiyyəsində bir ədəd, sağ gözüstü nahiyyədə, qaçın tüklü hissəsində bir ədəd, sol qulaq seyvanın böyük qıvrımında bir ədəd, sifətin sol yarısında sol yan səthində bir ədəd, sol budun yuxarı 1/3-nin bayır səthində bir ədəd, sağ budun 1/3-nin ön səthində bir ədəd, sağ ayaq pəncəsinin arxa səthində bir ədəd köhnə çapıq toxumalar” (Azərbaycan Respublikası SHXÇDX-nın Laçın rayon bölməsinin xx.xx.2017-ci il tarixli 699 nömrəli göndərişi, xx.xx.2017-ci tarixli 140 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Espertiza və Patoloji Anotomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2017-ci il tarixli 181 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, Füzuli Hərbi Prokurorluğunun xx.xx.2017-ci il tarixli 17/1751 saylı məktubu, MNMHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsi tərəfindən məhkəmə-tibbi ekpertizasının T 326/2024 saylı rəyindən görünür ki, 1.Vətəndaş İddiaçı məhkəmə tibbi müayinəsi zamanı başın sağ təpə nahiyəsində, sağ gözün üst qapağında, sol qaşın tüklü hissəsində, sol qulaq seyvanının böyük qıvrımında, sifətin sol yarısında, sol ağız bucağından 2,0 sm arxada, sol qalça tinində, döş qəfəsinin sol yan səthində, sağ budun orta 1/3-nin ön səthində, sağ ayaq pəncəsinin arxa səthində hərəsində bir ədəd olmaqla 10 ədəd köhnə çapıq toxumalar aşkar edildi. Qeyd edilənlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli, 928 nömrəli Qərarla qoyulan “Odlu silahın yaralanmasından sonra başın sağ təpə nahiyəsində bir ədəd, sağ gözüstü nahiyyədə, qaşın tüklü hissəsində bir ədəd, sol qulaq seyvanının böyük qıvrımında bir ədəd, sifətin sol yarısında, sol ağız bucağından 2,0 sm arxaya bir ədəd, sol qalça tinində bir ədəd, döş qəfəsinin sol yan səthində bir ədəd, sağ budun orta 1\3-nin ön səthində bir ədəd, sağ ayaq pəncəsinin arxa səthində bir ədəd köhnə çapıq toxumalar diaqnozu ilə eynilik təşkil edir. 2.3.Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” PHŞ müalicə müəssisəsi olmadığından onun hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı, lakin əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş diaqnoz qarardadda ekspertiza qarşısında qoyulmuş suallarda olan diaqnozlarla eynilik təşkil etdiyindən və diaqnozlar ona stasionarda müayinə və müalicəsi zamanı qoyulsa da, əyani müayinədə öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyinin müəyyənləşdirilməsinin qanunsuz hesab edilməsi və əlilliyinin düzgün müəyyənləşdirilməsinin cavabdehin üzərinə vəzifə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı döyüş zonasında hərbi xidmətdə olarkən 1994-cü ildə yaralanmışdır, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən qiymətləndirilməsi nəticəsində “Odlu silahın yaralanmasından sonra başın sağ təpə nahiyyəsində bir ədəd, sağ gözüstü nahiyyədə, qaşın tüklü hissəsində bir ədəd, sol qulaq seyvanının böyük qıvrımında bir ədəd, sifətin sol yarısında, sol ağız bucağından 2.0 sm arxaya bir ədəd, sağ qalça tinində bir ədəd, döş qəfəsinin sol yan səthində bir ədəd, sol budun yuxarı 1/3-nin bayır səthində bir ədəd, sağ budun orta 1/3-nin ön səthində bir ədəd, sağ ayaq pəncəsinin arxa səthində bir ədəd köhnə çapıq toxumalar” diaqnozu təyin edilmiş və həmin komissiyanın qərarına əsasən, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma olması müəyyən edilmişdir. Forma 88 nömrəli göndərişdə ona “kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə-beyin travmalasınını qalıq əlamətləri (posttravmatik ensefalopatiya, xroniki kranialgiya sindromu, qıcolma sindromu), üzvü mənşəli şəxsiyyət pozuntusu, davranış pozuntuları və nəzərəçarpan yaddaş funskiyalarının enməsi ilə, ikitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, iki tərəfli orta ağır (llllV) dərəcəli sensonevral tip eşitmə azlığı” diaqnozu göstərilmişdir, lakin cavabdeh ona “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina cavabı vermişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı yazılı etirazında qeyd edilmişdir ki, Sumqayıt şəhər sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin N00021339QRQ nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən edilmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 928 nömrəli qərar verilmişdir. Həmin qərarda “Odlu silah yaralanmalarından sonra başın sağ təpə nahiyəsində bir ədəd, sağ gözüstü nahiyədə, qaşın tüklü hissəsində bir ədəd, sol qulaq seyvanının böyük qıvrımında bir ədəd, sifətin sol yarısında, sol ağız bucağından 2,0 sm arxaya bir ədəd, sağ qalça tinində bir ədəd, döş qəfəsinin sol yan səthində bir ədəd, sol budun yuxarı 1/3-nin bayır səthində bir ədəd, sağ budun orta 1/3-nin ön səthində bir ədəd, sağ ayaq pəncəsinin arxa səthində bir ədəd köhnə çapıq toxumalar” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, xəstə hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı xəstə təlaş hissi keçirdikdən sonra, baş verən bayılmalardan şikayət etmişdir. Müayinə zamanı hər iki budun yuxarı 1/3-də, hər iki baldırın orta 1/3-də, sağ pəncədə, sağ kürəkdə, sağ yanaqda çapıqlar izlənmiş, heç bir hərəkət pozğunluğu aşkar edilməmişdir. Xəstənin təsvir etdiyi tutmalar epilepsiyaya xarakterik olmamışdır” kimi qeyd olunmuş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı zəif eşitmə, qıcolma tutmaları, əsəbilikdən şikayətlənmişdir. Əsəbilik zamanı bədənində qara səpkilərin olmasından şikayətlənmişdir. Anamnestik məlumatlarında 1994cü ildə travma aldıqdan sonra şikayətlərinin başladığını, əsəbləşən zaman bədənində qara səpkilərin yarandığını, başağrıları şiddətli olduğu zaman qıcolma tutmalarının olduğunu, tutma zamanı anlaqsız, halsız vəziyyətdə olduğunu, güclü başağrıları səbəbindən özünə qəsd etmək istədiyini bildirmiş, medikamentoz preparatlardan "Stimulaton", "Finlepsin" (sadə vərəqə yazılmış) qəbul etdiyini qeyd etmişdir. Müayinə zamanı sağ ayaqarxasında, hər iki baldırın orta 1/3-də, sağ budun orta 1/3-də sol budun yuxarı 1/3-də, sol kürək, sol təpə nahiyələrində çapıqlar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Psixi statusunda ünsiyyətə süst, retardik başlasa da, gedişatda aktivləşmiş, adaptiv olmuş, özü xəstəliyi barədə ətraflı məlumat vermişdir. Mühakimə qabiliyyəti saxlanılmış, affektiv və emosional reaksiyaları adaptiv olmuş, üzvi emosional-labil pozuntusu, asteno-nevrotik əlamətlərin üstünlüyü ilə, şəxsiyyət dəyişikliyi əlamətləri dekompensasiya halında izlənilməmişdir. Müayinə gedişatında vətəndaşın tam normal eşitməsi müşahidə edilmişdir. Təqdim olunmuş başbeynin instrumental müayinə nəticələrində (2 ədəd MRT, KT) fərqli məlumatlar qeyd olunmuş, Medistyle Hospitalın MRT, Berlin Ailə və Uşaq Klinikasının KT müayinələrinin nəticələrinə əsasən, kəllə-beyin travması təsdiqlənməmişdir. Anamnestik məlumatlarında epitutmanı təsvir edə bilməmiş, EEQ dalğalarında epiaktiv ocaq aşkarlanmamışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023xx.xx.2023-cü il tarixli, 36/2023 nömrəli Çıxarışında diaqnoz "Üzvi şəxsiyyət pozuntusu (İ Qarabağ müharibəsi zamanı alınmış KBT nəticəsində, nəzərəçarpan yaddaş funksiyaların enməsi /7ə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli, 24655108 nömrəli Çıxarışında diaqnoz “Üzvi (qapalı kəllə beyin travması) şəxsiyyət pozuntusu’’ kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X9 Mərkəzinin xx.xx.2023-cü il tarixli Kranial MRT müayinəsinin nəticəsi "Hər iki beyin yarımkürəsində çoxsaylı gliotik ocaqlar aşkar olundu kimi qeyd edilmişdir. X9 Mərkəzinin xx.xx.2023-cü il tarixli Elektroensofaloqrafiya müayinəsinin nəticəsi "Ensefalopatiya fonunda sağ yarımkürə aksenti ilə “iti+vavas’’ dalğaların qalınlığı epiaktivlik qeyd olunur. Qıcolma həddi enib. Antikonvulsiv müayinələr etməsi məsləhətdir. Generalizə olunmuş qıcolma hazırlığı'' kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamış, sənədin doğruluğuna şübhə yaranmışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il tarixli Elektroensofaloqrafiya müayinəsinin nəticəsi “Müayinə antikonyulsant fonunda aparıldı. Nəticə-rezudal orqanik tipli EEQ irritasiya ləngdir. Bisinxron, xüsusən də, solda generalizə olunmuş epileptik fəaliyyəti (iti-lən dalğa kompleksi) aşkar edildi. Ocaq aktivdir, ocaqda sönmə yoxdur, təyinat davam etdirilsin” kimi qeyd olunmuşdur. Fonus Tibb Mərkəzinin xx.xx.2023-cü il tarixli BERA test müayinəsinin nəticəsi “İkitərəfli orta ağır (lll-İV) dərəcəli sensonevral tip eşitmə azlığı" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamış, sənədin doğruluğuna şübhə yaranmışdır. 2 saylı X1 xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz "Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi zamanı alınmış QKBT) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, nəzərəçarpan yaddaş və intelektqerilivi ilə tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 8-10 dəfə)’’ kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Medistyle Hospitalın xx.xx.2023-cü il tarixli Beyin MR müayinəsinin nəticəsi "Hər iki beyin yarımkürəsində hər iki oariatrial nahiyədə 2-3 mm ölçüdə bir neçə ədəd T2, FLAİR hiperintens ocaq (Daha çoxunun spesifik ocaq leyhinə dəyərləndirir)” kimi qeyd olunmuşdur. X8 xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Hipoksik vəziyyət. Alın payında tək-tək paroksizmal işarələr. Veqetativ strukturların paroksizmi. Beta-lənq dalğaların paroksizmi” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Berlin Ailə və Uşaq Klinikasının xx.xx.2023-cü il tarixli Kəllənin nativ KT müayinəsinin nəticəsi “İntraparenximatoz həcmli proses qeyd olunmur. İnvolvutiv-atrofik dəyişikliklər. Hər iki yarımkürənin serebelyarağ maddəsində millimetrik ölçülü xroniki anqiooatik gliotik ocaqlar. Lor həkiminin müayinəsi məsləhətdir kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaqda normal eşitmə (15 db), sol qulaqda İV dərəcəli (90 db) eşitmə azlığı” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2-1(118)-709/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq əlilliyi olan şəxs statusunun verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə alınmış məhkəmə-tibb ekspertizasının rəyi ilə də iddiaçıda tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklər mövcudluğu öz təsdiqini tapmışdır. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 6-cı bənd - Sinir sistemi xəstəlikləri - 6.6.2-ci bənd - digər ekstrapiramid və hərəki pozuntular, 6.7-ci bənd – Epilepsiya, 7-ci bənd - Psixi və davranış pozuntuları - 7.6.2-ci bənd - üzvi mənşəli şəxsiyyət pozuntusu əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur. Odur ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmiş, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində işin hallarını sadalamış, əlavə olaraq qeyd etmişdir ki, diaqnoz şəxsin hazırki vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, iddiaçıya 13 may 2022-ci il tarixli 187 saylı Qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər hansı bir bəndini aid etmək mümkün olmamışdır. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahat verərək, apellyasiya şikayətini müdafiə etdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizmin funskiyalarının pozulması faizinə uyğun olaraq əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbini dəqiqləşdirilməsi barədə ərizəsi nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5.Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları” na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. ... Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 7. Psixi və davranış pozuntuları Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; - xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; - kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması. ... 7.6.2. baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular F06.0 üzvi mənşəli şəxsiyyət pozuntusu kod F07.0; postensefalit sindromu kod F07.1; postkontuzion sindrom kod F07.2; baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları kod F07.8; ... Qiymətləndirmə: 7.6.2.1 əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); 7.6.2.2 məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti; Bənd 9. Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri Qeyd : Qulağın və məməyəbənzər çıxıntının funksiyalarının xəstəlik, zədə və çatışmazlıqlara görə davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən ən yaxşı eşidən (yeganə) qulağın eşitmə funksiyasının pozulması dərəcəsinin və xarakterinin qiymətləndirilməsinə əsaslanır, patoloji prosesin digər amilləri də nəzərə alınır: xəstəliyin gedişatının forması və mərhələsi, eşitmə çatışmazlığının əmələgəlməsi vaxtı, ona qarşı adaptasiya dərəcəsi, fəsadlaşmaların növləri və xüsusiyyətləri, nitq və psixi funksiya çatışmazlıqları ilə yanaşı olması və daha dərin müayinələrə ehtiyac olduğu halda elektrofizioloji və digər morfofunksional müayinə üsullarından istifadə olunur (audiometriya, otoakustik emissiya, törədilmiş eşitmə potensialları) 9.1 Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri, kod H60-H95 9.1.3 eşitmə zəifliyi bir tərəf üzrə İİİ dərəcə, digər tərəf üzrə İV dərəcə. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat” : Bənd 3. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış hərbi qulluqçulara, hərbi xidmətdən digər əsaslara görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi qaydaları 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrıayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.3.2. arayış ştatdankənar HHK tərəfindən tərtib edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 1.6-cı bəndində göstərilən hallarda ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir; 3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı. 3.4. xəstəlik haqqında şəhadətnamədə, arayışda və ya ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarında xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi–həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun göstərilmədikdə, yaxud ştatlı HHK-nın qərarının əsli ilə düz olduğunun yoxlanılması zəruri olduqda, sənədlər baxılmaq üçün müvafiq ştatlı HHK-na göndərilir. 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. 3.5.2. Silahlı Qüvvələrdən, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarından (dövlət orqanlarının strukturuna daxil olan qurumlardan) ehtiyata və ya istefaya buraxılmış, habelə hərbi toplanış keçmiş hərbi qulluqçuların hərbi tibbi sənədləri olmadığı və ya habelə həmin sənədlər düzgün tərtib olunmadığı hallarda onlar xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin müəyyən edilməsi üçün müvafiq ştatlı HHK-ya göndərilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş electron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 52 Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və iddia təmin edilməlidir. Hazırki iş üzrə, iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizmin funskiyalarının pozulması faizinə uyğun olaraq əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdən görünür ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinasının səbəbi diaqnozda əlillik əlamətinin müəyyən edilməməsi olmuşdur. İş materiallarından müəyyən olunur ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində “2.2.11.epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.09) meyar əsasında xx.xx.2021-ci il tarixdə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirilmə tarixi xx.xx.2022 olaraq qeyd edilmişdir. xx.xx.2022-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “Kəllədəxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Eşitmənin dəqiqləşdirilmiş neyrosensor tipli itirilməsi, iki tərəfli neynrosensor ağır eşitmə” diaqnozu ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz əlillik əlaməti təyin etmir. xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “Kəllədəxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. (Posttravmatik ensefalopatiya, xroniki kranialgiya sindorumu, qıcolma sindorumu). Üzvi mənşəli şəxsiyyət pozuntusu, davranış pozuntuları və nəzərəçarpan yaddaş funksiyaların enməsi ilə, ikitərəfli qarşışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, iki tərəfli orta ağır (İİİ-İV) dərəcəli sensonerval tip eşitmə azlığı” diaqnozu ilə əlillik təyin edilməsindən imtina olunmuş və yenə də imtinanın əsası kimi “diaqnoz əlillik əlaməti təyin etmir”. İşin hallarından müəyyən edilir ki, iddiaçı 1994-cü ildə l Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak edən zaman odlu silah yaralanması zamanı xəsarətlər almış, kəllə və bədənin çox saylı qəlpə yaraları ilə müalicə müəssisnə daxil olmuşdur. Nəzərə alınmalıdır ki, tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş göndərişdə (Forma 88) qeyd edilən XBT-10- əsas xəstəlik T90.5 kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri, (posttravmatik ensefalopatiya, xroniki kranialgiya sindromu, qıcolma sindromu), ağırlaşma - F06.0 üzvü mənşəli emosional labil (astenik) pozuntu, F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış KBT nəticəsində) şəxsiyyət pozuntusu, davranış pozuntuları və nəzərəçarpan yaddaş funksiyalarının enməsi ilə, H90.6 (yanaşı xəstəlik), ikitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, ikitərəfli orta ağır (lll-lV) dərəcəli sensonevral tip eşitmə azlığı, G40 - epilepsiya, tez-tez (ayda 8-10 dəfə) təkrarlanan generalizə olunmuş qıcolma tutmaları kimi xəstəliklər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın tələbləri baxımından əlilliyin təyininə əsas verən xəstəliklərdir. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və travma alması işin mübahisələndirilməyən halıdır. İşin mübahisələndirilən halı və iddianın hüquqi əsası hazırda iddiaçıda mövcud olan xəstəliklərin diaqnozunun əlillik təyinatına əsas verib-verməməsi ilə bağlıdır. Bununla bağlı kollegiya qeyd edir ki, cavabdeh iddiaçıya əlilliyin təyin edilməsindən imtina cavabında diaqnozun əlillik əlaməti təyin etmədiyini qeyd etsə də, tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş göndərişdə (Forma-88) qeyd olunan diaqnoz iş üzrə alınmış ekspert rəyi ilə təsdiq edilmiş və həmin diaqnozun əlillik təyinatına əsas verdiyi müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 928 nömrəli qərardan görünür ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ilin fevral ayında aldığı və xx.xx.2017-ci ildə Müdafiə Nazirliyinin Məhəmə-Tibbi Ekspertiza və Patoloji Anotomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz “Odlu silah yaralanmalarından sonra başın sağ təpə nahiyyəsində bir ədəd, sağ gözüstü nahiyyədə, qaçın tüklü hissəsində bir ədəd, sol qulaq seyvanın böyük qıvrımında bir ədəd, sifətin sol yarısında sol yan səthində bir ədəd, sol budun yuxarı 1/3-nin bayır səthində bir ədəd, sağ budun 1/3-nin ön səthində bir ədəd, sağ ayaq pəncəsinin arxa səthində bir ədəd köhnə çapıq toxumalar” (Azərbaycan Respublikası SHXÇDX-nın Laçın rayon bölməsinin xx.xx.2017-ci il tarixli 699 nömrəli göndərişi, xx.xx.2017-ci tarixli 140 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Espertiza və Patoloji Anotomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2017-ci il tarixli 181 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, Füzuli Hərbi Prokurorluğunun xx.xx.2017-ci il tarixli 17/1751 saylı məktubu, MNMHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin 11 aprel 2023-cü il tarixli, 2441 nömrəli məktubundan görünür ki, İddiaçı 11 aprel 2023-cü il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə verilmiş və ona “Üzvi mənşəli (l Qarabağ müharibəsi zamanı alınmış KBT nəticəsində) şəxsiyyət pozuntusu, davranış pozuntuları və nəzərəçarpan yaddaş funksiyaların enməsi ilə” (F 07.0) diaqnozu qoyulmuşdur. Habelə, cavabdehin özü tərəfindən iddiaçının əyani müayinəsi zamanı yuxarıda göstərilən diaqnozların aşkarlığı müəyyən edilmişdir. Lakin cavabdeh həmin xəstəliklərin qiymətləndirmə əlamətlərinə görə əlillik təyinatına əsas verməməsinə istinad etmişdir. İşin hüquqi halları ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının əsas xəstliyinin ağırlaşmaları kimi qeyd edilən F06.6 və F07.0 kodlu xəstəliklər “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1 və 7.6.2.2-ci bəndlərinə müvafiq olaraq orqanizmin funksiyalarının 35-60 və 65-80 faiz, eşitmə zəifliyi bir tərəf üzrə İİİ dərəcə, digər tərəf üzrə İV dərəcə pozulmasını ehtiva edən H90.6 kodlu xəstəlik isə 40 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verir. İndiki halda cavabdeh inzibati orqan iddiaçıda əllliyin təyin edilməsi üçün əsas olan patofunksional dəyişikliklərin əlillik səviyyəsində olmadığını qeyd etsə də, ona dair heç bir sübutu məhkəməyə qədim edə bilməmiş, habelə istinad etdiyi halları iddiaçının müayinə nəticələrinə və s. aid müvafiq tibbi sənədlərə istinad edilməklə, əsaslandıra bilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan “patofunksional dəyişikliyin əlillik səviyyəsində olmaması” halına formal olaraq istinad etməklə, ümumi söz şəklində ifadə etmişdir. Nəticə etibarilə cavabdehin imtina, etiraz və şikayətin dəlili kimi istinad etdiyi hallar (patofunksional dəyişiklik əlamətlərinin əlillik səviyyəsində olmaması, ağırlaşma əlamətlərinin olmaması və s.) iş materialları əsasında təkzib olunmaqla, öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklərin mütəxəssis və ekspert rəyi, müvafiq tibbi sənədlər əsasında iddiaçıda aşkar olduğu öz təsdiqini tapdığı, habelə həmin xəstəliklərin müvafiq qanunvericilik normasının tələbinə əsasən əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etdiyi halda, cavabdeh tərəfindən heç bir əsaslandırma aparılmadan, heç bir tibbi sənədə istinad edilmədən həmin xəstəliklərin (ağırlaşmalarının) əlilliyin təyin edilməsi üçün əsas olmadığı halına istinad edilməsi əsassız və qanunvericiliyin tələbinə zidd olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı barəsində diaqnoz qoyulmuş xəstəliyin əlilliyin təyin edilməsinə əsas olması ilə bağlı hissədə işin hallarına düzgün hüquqi qiymət vermiş, iddiaçı barəsində əlilliyin təyin edilməsi barədə gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə cavabdehin şikayətinin dəlilləri əsassız olmuşdur. Eyni zamanda kollegiya əlilliyin təyinat tarixi ilə bağlı hissədə onu qeyd edir ki, əlillliyin təyin edilməsi müvafiq tibbi göndərişin tərtib edilməsi əsasında deyil, məhz həmin tibbi göndəriş rəsmiləşdirildikdən sonra, cavabdeh tərəfindən müvafiq qiymətləndirmə aparılmaqla, bu barədə qərar qəbul edilməsi əsasında həyata keçirilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, əlilliyin təyin edilməsi məhz cavabdeh tərəfindən əlilliyin təyin edilməsindən imtina barədə müvafiq qərarın qəbul edildiyi tarixdən (xx.xx.2023-cü il tarixdən) təyin edilməlidir. İddiaçının əlilliyinin səbəb əlaqəsi (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar) cavabdeh tərəfindən mübahisələndirilmir. Belə ki, cavabdeh şikayətinin dəlillərində yalnız göndərişdə qeyd edilən əsas diaqnozun ağırlaşmalarının hazırda iddiaçıda aşkar edilmədiyini bildirir. Bununla belə kollegiya qeyd edir ki, iddiaçıda aşkar edilən xəstəliklər Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış kəllə beyin travma nəticəsində yaranmışdır. Həmin xəstəliyin patofunksional əlamətlərindən göründüyü kimi iddiaçının üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyi baş beynin zədələnməsi (kəllə beyin travması) nəticəsində şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, epileptiform tutmalarla, ikitərəfli ağıreşitmə müşahidə edilir. İddiaçının hazırkı tələblə müraciət etməkdə məqsədi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi olsa da, ərizəsində bunu qeyd etmədiyindən, kollegiya iddiaçıya hüquqi yardım edərək, tələbin dəqiqləşdirilməsini təklif etmiş və iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli Qərarına əsasən, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Göründüyü kimi, hazırda qüvvədə olan qanunvericilik normasının tələbinə əsasən əlillik təyinatı məhz şəxsin orqanizminin funskiyasının pozulması faizinə uyğun olaraq müəyyən edilir ki, bu hal isə özlüyündə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən edilməsindən irəli gəlir. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə isə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir. İndiki halda iddiaçıya münasibətdə tərtib edilən müvafiq tibbi göndərişdə qeyd edilmiş və iş materialları əsasında öz təsdiqini tapmış diaqnoz xəstəliklər müraciət etdiyi vaxtda qüvvədə olan qanunvericilik normalarına əsasən əlilliyin təyininə əsas verən hal kimi qeyd edilmiş, lakin həmin xəstəliklər orqanizmin funksiyasının pozulmasının müxtəlif dərəcə məhdudlaşdırılması halında fərqli faiz və müddət göstəricisinə uyğun olmuşdur.Bu baxımından iddiaçıya hansı tip məhdydlaşdırılmaya müvafiq olaraq əlillik təyinatının aparılması üçün onun sağlamlıq vəziyyətinin qiymətləndirilməklə, orqanizmin funskiyasının pozulması faizinin müəyyən edilməsi məqsədəuyğundur. Bu hal isə cavabdeh inzibati orqanının qiymətləndirmə azadlığı ilə ehtiva olunur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının obyektiv müayinəsi aparılmaqla, onun orqanizmin funksiyasının hansı dərəcədə pozulması halı məhz cavabdeh inzibati orqanın qiymətləndirilməsi əsasında müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia müddəti ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının ərizəsinə əsasən məhkəmənin 23 aprel 2025-ci il tarixli qərardadı ilə idia müddəti üzürlü səbəbdən ötürülmüş hesab edilərək bərpa edilmişdir. Beləliklə, kollegiya işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, tələbin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2-1(118)-709/2025 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizmin funskiyalarının pozulması faizinə uyğun olaraq əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.