Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-415/2021 25.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Ağayev Rəşadət Əhməd oğlu, Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Sehran Sabir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “Sumqayıt şəhəri, Saray bağlar massivi, 3886 B nömrəli ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin müvafiq planı və ölçüsündə göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərqin aradan qaldırılaraq kadastr məlumat bazasındakı məlumatların sözügedən torpaq sahəsinin plan və ölçüsündə göstərilmiş koordinatlara uyğunlaşdırılması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2-1(118)-69/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı 07 avqust 2019-cu il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin koordinatlarının təyin edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi 23 avqust 2019-cu il tarixli, **********72 saylı məktubla ərizəyə cavab olaraq bildirmişdir ki, təqdim edilmiş sənədlərdə (20.09.2007-ci ildə tərtib edilmiş AA 00534 nömrəli texniki pasport) göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərq olduğundan müraciəti təmin edilmir. Bununla razılaşmayan iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, “Sumqayıt şəhəri, Saray bağlar massivi, 3886 B nömrəli ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin müvafiq planı və ölçüsündə göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərqin aradan qaldırılaraq kadastr məlumat bazasındakı məlumatların sözügedən torpaq sahəsinin plan və ölçüsündə göstərilmiş koordinatlara uyğunlaşdırılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbil edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı vəsatət verərək, əsl olmayan cavabdehin əsl cavabdeh – Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-395/2020 saylı, 28 sentyabr 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin əsl cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə əvəz edilməsi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, 3886 B nömrəli ünvanda yerləşən 0,06 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir və onun adına 20.09.2007-ci il tarixdə torpaq sahəsinə dair müvafiq çıxarış, torpaq sahələrinin planı və ölçüsü verilmişdir. Həmin vaxtdan torpaq sahəsi iddiaçının mülkiyyətindədir. DƏDRX-in 2 saylı Ərazi İdarəsinin 26 mart 2016-cı il tarixli arayışından müəyyən olunmuşdur ki: “... X20 və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında yerləşən 3891 nömrəli 0,12 ha ölçüsündə olan bağ sahəsinə dair 18 noyabr 2013-cü il tarixdə X10 adına verilmiş A ******* saylı torpaq sahəsinin planı və ölçüsü, eyni zamanda həmin ünvanda yerləşən B-3891 nömrəli 0,12 ha ölçüsündə olan bağ sahəsinə dair 13 noyabr 2013-cii il tarixdə X11 adına verilmiş A 470556 saylı torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlar daşınmaz əmlakın dövlət reyestrində iddiaçıların adlarına qeydiyyata alınmış torpaq sahələrinin koordinatları ilə üstüstə düşdüyündən Ərazi İdarəsi tərəfindən Sumqayıt şəhər şöbəsinə 04 dekabr 2013-cü il tarixdə sorğu göndərilmişdir. Sorğuya əsasən X20 və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən iddiaçılara məxsus torpaq sahəsinin WGS-H4 şəbəkəsi üzrə koordinatları Ərazi idarəsinə göndərilmiş və idarə tərəfindən bu koordinatlar əsasında iddiaçılara məxsus torpaq sahəsinə dair idarənin istifadəsində olan kadastr xəritəsində müvafiq düzəlişlər aparılmışdır. Bundan sonra X15 və X11 torpaq sahələrinin koordinatlarına uyğun olaraq 19 mart 2014-cü il tarixdə onlara çıxarışlar, torpaq sahəsinin planı və ölçüsü verilmişdir. ” Bu yaxınlarda iddiaçı özünə məxsus torpaq sahəsini satmaq istəyərkən ona məlum olmuşdur ki, ona məxsus torpaq sahəsinə dair verilmiş plan və ölçüdə göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərqlər vardır. Buna görə də iddiaçı torpaq sahəsini sata bilməmişdir. Bununla bağlı iddiaçı bazadakı həmin fərqlərin sənədlərə uyğun düzəldilməsi ilə bağlı AR ƏMDK yanında DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etsə də, İdarə 23 avqust 2019-cu il tarixli cavab məktubu ilə iddiaçının müraciətinin təmin edilmədiyini bildirmişdir. İddiaçıya məxsus torpaq sahəsinə dair verilmiş plan və ölçüdə göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərqlərin AR ƏMDK yanında DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən düzəldilməməsi iddiaçıya mülkiyyətində olan torpaq sahəsi ilə bağlı hər hansı hərəkətlər etməsinə mane olmaqla, onun mülkiyyət hüququnu pozur. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Sumqayıt şəhəri, Saray Bağları massivində yerləşən 0.2350 ha 3886 saylı bağ torpaq sahəsi JN-1092B KOD 30800086 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında X9 məxsus olmuşdur. Torpaq sahəsinə mülkiyyət hüququna dair sənədlərdən göründüyü kimi həmin bağ torpaq sahəsi 2007-ci ildə bölünərək sahəsi 0,115 ha olmaqla 3886 nömrəli bağ torpaq sahəsi X2, sahəsi 0,06 ha olmaqla 3886 B nömrəli bağ torpaq sahəsi İddiaçı və sahəsi 0,06 ha olmaqla 3886 A nömrəli bağ torpaq sahəsi X3 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışlarla rəsmiləşdirilmiş və torpaq sahələrinin döngə nöqtələrinin koordinatları müəyyən olunaraq Torpaq sahəsinin planı və ölçüsü sənədlərində qeyd olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunu”na uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015ci il tarixli 516 nömrəli fərmanı ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.15-ci bəndinə uyğun olaraq hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək; 23-cü bəndinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; 29-cu bəndinə uyğun olaraq vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək; 31-ci bəndinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifələrinə aid edilmişdir. Bununla da bildirirlər ki, İddiaçı məxsus Sumqayıt şəhəri Saray bağlar massivi, 3886 B nömrəli ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququ rəsmiləşdirilərkən həmin torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş koordinatlarla kadastr məlumat bazasında yaranmış uyğunsuzluğun aradan qaldırılması Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin səlahiyyətlərinə daxil deyildir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-69/2021 saylı, 18.02.2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, Sumqayıt şəhəri, Saray bağlar massivi, 3886B nömrəli ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin müvafiq planı və ölçüsündə göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərqin aradan qaldırılaraq kadastr məlumat bazasındakı məlumatların sözügedən torpaq sahəsinin plan və ölçüsündə göstərilmiş koordinatlara uyğunlaşdırılması vəzifəsinin Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilməsi qərara alınmışdır. (hakim İ.Quliyev) Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırılmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edib hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Azərbaycan Respublikası İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Kollegiya hesab edir ki, hazırkı inzibati mübahisəyə baxılarkən birinci instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 26 mart 2016-cı il tarixli, **********16 saylı məktubdan görünür ki: - Sumqayıt şəhəri, Saray bağları massivi ünvanında yerləşən 3886 nömrəli 0,2350 ha ölçüsündə olan bağ sahəsinə dair X8 adına JN-1092B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir; - Həmin torpaq sahəsinin 0,1150 ha hissəsi X5, 0,06 ha hissəsi İddiaçı, 0,06 ha hissəsi X1 və onların adlarına 20 sentyabr 2007-ci il tarixdə çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir; - Sumqayıt şəhəri, Saray bağları massivi ünvanında yerləşən 3891 nömrəli 0,1173 ha ölçüsündə olan bağ torpaq sahəsinin X7 adına, eyni zamanda Sumqayıt şəhəri, Saray bağları massivi ünvanında yerləşən B-3891 nömrəli 0,1197 ha ölçüsündə olan bağ sahəsinin öz adına qeydiyyata alınması üçün X17 22 noyabr 2013-cü il tarixdə ərizə ilə idarəyə müraciət etmişdir; - Ərizəyə aşağıdakı sənədlər əlavə edilmişdir: 1)Sumqayıt şəhəri, Saray bağları massivi ünvanında yerləşən 3891 nömrəli 0,12 ha ölçüsündə olan bağ sahəsinə dair X7 adına 26 dekabr 1992-ci il tarixli 3757 saylı icarə müqaviləsi verilmişdir. 2)Həmin icarə müqaviləsi əsasında X20 və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən 18 noyabr 2013-cü il tarixdə, dövlət torpaq kadastrı kitabında 6654 nömrə ilə qeydiyyata alınmış A 470558 saylı torpaq sahəsinin planı və ölçüsü verilmişdir. 3)Sumqayıt şəhəri, Saray bağları massivi ünvanında yerləşən B-3891 nömrəli 0,12 ha ölçüsündə olan bağ sahəsinə dair X11 adına 26 dekabr 1992-ci il tarixli 3759 saylı icarə müqaviləsi verilmişdir. 4)Həmin icarə müqaviləsi əsasında X20 və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən 13 noyabr 2013-cü il tarixdə, dövlət torpaq kadastrı kitabında 6633 nömrə ilə qeydiyyata alınmış A 470556 saylı torpaq sahəsinin planı və ölçüsü verilmişdir; - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş A 470556 və 470558 saylı, torpaq sahəsinin planı və ölçülərində göstərilən koordinatlar daşınmaz əmlakın dövlət reyestrində X2, İddiaçı və X3 adlarına qeydiyyata alınmış torpaq sahələrinin koordinatları ilə üst-üstə düşdüyünə görə tərəflərindən X20 və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinə 04 dekabr 2013-cü il tarixdə **********6 saylı sorğu ünvanlanmışdır; - X19 və Xəritəçəkmə Komitəsinin 09.03.2005-ci il tarixli JN-1092B kod 30800086 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə X8 mülkiyyətinə verilmiş 0.235 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının WGS-84 koordinat sistemində idarəyə təqdim olunmasına müvafiq köməklik göstərilməsi xahiş edilmişdir; - X20 və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin 26 fevral 2014-cü il tarixli 02/153 saylı məktubu ilə X8 adına verilmiş JN- 1092B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin WGS-84 şəbəkəsi üzrə koordinatları idarəyə göndərilmişdir. Bu koordinatlar əsasında Sumqayıt şəhəri, Saray bağları massivi ünvanında yerləşən 3886 nömrəli 0,2350 ha ölçüsündə olan bağ sahəsinə dair idarənin istifadəsində olan kadastr xəritəsində müvafiq düzəlişlər aparılmışdır; - Bundan sonra, Sumqayıt şəhəri, Saray bağları massivi ünvanında yerləşən 3891 nömrəli 0,1173 ha ölçüsündə olan bağ torpaq sahəsinin X7 adına, eyni zamanda Sumqayıt şəhəri, Saray bağları massivi ünvanında yerləşən B-3891 nömrəli 0,1197 ha ölçüsündə olan bağ sahəsinin öz adına qeydiyyata alınması üçün X17 15 mart 2014-cü il tarixdə yenidən ərizə ilə idarəyə müraciət etmişdir; - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş A 470556 və 470558 saylı torpaq sahəsinin planı və ölçülərində göstərilən koordinatlara uyğun olaraq X7 və X11 adlarına 19 mart 2014-cü il tarixdə çıxarışlar və torpaq sahəsinin planı və ölçüsü verilmişdir; - X7 adına olan 3891 nömrəli bağ torpaq sahəsi daha sonra vərəsəlik qaydasında X11 adına rəsmiləşdirilmiş və 22 aprel 2014- cü il tarixdə qeydiyyata alınmışdır. Beləliklə, müəyyən olunur ki, X8 adına JN-1092B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında qeydə alınmış Saray bağları massivi ünvanında yerləşən 3886 nömrəli 0,2350 ha ölçüsündə olan bağ sahəsinin 0,06 ha hissəsinə dair İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 20 sentyabr 2007-ci il tarixdə çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verildikdən 6 il sonra X20 və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin 26 fevral 2014-cü il tarixli 02/153 saylı məktubu ilə X8 adına verilmiş JN- 1092B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin WGS-84 şəbəkəsi üzrə göndərilmiş koordinatlar əsasında Sumqayıt şəhəri, Saray bağları massivi ünvanında yerləşən 3886 nömrəli 0,2350 ha ölçüsündə olan bağ sahəsinə dair , o cümlədən iddiaçının mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə dair idarənin istifadəsində olan kadastr xəritəsində müvafiq düzəlişlər edilsə də, iddiaçıya 2007-ci il tarixdə verilmiş plan-ölçü sənədində dəyişiklik edilməmiş, bu barədə iddiaçı məlumatlandırılmamışdır. Belə olan təqdirdə kollegiya hesab edir ki, iddiaya cavab verməli orqan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti deyil, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, məhz həmin inzibati orqan tərəfindən aparılmış dəyişikliyə əsasən, iddiaçıya təqdim edilmiş sənədlərdə (20.09.2007-ci ildə tərtib edilmiş AA 00534 nömrəli texniki pasport) göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərq yaranmışdır. Buna baxmayaraq işə baxan məhkəmə cavabdehi əsl olmayan cavabdeh hesab edərək Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə əvəz etmişdir. Təkrar işə baxılarkən məhkəmə əsl cavabdehin prosesə cəlb edilməsi məqsədilə iddiaçıya hüquqi yardım etməlidir. Digər tərəfdən kollegiya qeyd edir ki, məhkəmə iddianı təmin etsə də, hansı koordinatların -iddiaçıya təqdim edilmiş sənədlərdə (20.09.2007-ci ildə tərtib edilmiş AA 00534 nömrəli texniki pasport) göstərilmiş koordinatların, yoxsa kadastr məlumat bazasındakı döngə nöqtələrinin koordinatlarının naturada iddiaçının istifadəsində olan torpaq sahəsinə uyğun olduğunu, həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının X7 mülkiyyətində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etməmişdir. Bunun üçün isə işə baxan məhkəmə ilk növbədə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə xidməti tapşırıq verərək mütəxəssis rəyi almalı, üst-üstə düşmə faktı müəyyən edildiyi təqdirdə üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi məsələsini müzakirə etməlidir. Yalnız qeyd edilən xüsusatlar araşdırıldıqdan sonra iddiaya qiymət vermək və iş üzrə yekun nəticəyə gəlmək mümkündür. İPM-in 87.7.1-ci maddəsinin tələbinə görə inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinin tələbinə görə inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2-1(118)-69/2021 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “Sumqayıt şəhəri, Saray bağlar massivi, 3886 B nömrəli ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin müvafiq planı və ölçüsündə göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərqin aradan qaldırılaraq kadastr məlumat bazasındakı məlumatların sözügedən torpaq sahəsinin plan və ölçüsündə göstərilmiş koordinatlara uyğunlaşdırılması” tələbinə dair iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 10ibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 11 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-415/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-415/2021
25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver