Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-415/2022 22.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “üçüncü şəxs X7 adına verilmiş çıxarışın verilməsi üşün əsas olmuş ilkin sənədlərin və çıxarışın ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2-1(118)-135/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Heydər Əliyev prospekti, 10-cu məhəllə, ev 21 ünvanında yerləşən qeyriyaşayış binasının 3-cü və 4-cü mərtəbələrinə verilmiş çıxarışın ləğv edilməsi ilə bağlı DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, müraciətə baxılmış və iddiaçının müraciətinə cavab olaraq cavabdehin 05 may 2021-ci il tarixli, **********51 nömrəli məktubu ilə bildirilmişdir ki, ərizədə qeyd edilən qeyri-yaşayış binasının 3-cü və 4cü mərtəbəsi qanunla müəyyən edilmiş qaydada hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və sözügedən daşınmaz əmlaka dövlət reyestrindən çıxarış verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3 və 2.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Sözügedən daşınmaz əmlaka dair verilmiş çıxarışın ləğv edilməsilə bağlı məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda 3-cü və 4-cü mərtəbədə yerləşən ünvan 2 ünvana aid olan üçüncü şəxs X7 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olmuş ilkin sənədlərin və çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasının 1-ci və 2-ci mərtəbəsi İddiaçı mülkiyyətindədir. Araşdırma nəticəsində iddiaçıya məlum olmuşdur ki, həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 3-cü və 4-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə üçüncü şəxs Nazilə Yolçiyevanın adına çıxarış verilmişdir. Hesab edir ki, həmin çıxarış əslində Heydər Əliyev prospekti, 10-cu məhəllə, 21 saylı ünvana aid olmaqla düzgün olmayaraq Heydər Əliyev prospekti, 10-cu məhəllə, 23 saylı ünvana verilmişdir. Qeyd edir ki, mülkiyyətində olan qeyri-yaşayış binasının 1-ci və 2-ci mərtəbəsinin üzərində, 3-cü və 4-cü mərtəbədə yerləşən qeyriyaşayış sahəsinin olması ona maneə yaratmaqla mülkiyyət hüququnu pozur. Həmin məsələ ilə bağlı DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh orqan tərəfindən məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək, etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, hazırkı iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də, iddia mümkün sayılmamalıdır. Sumqayıt İnzibati Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2-1(118)-135/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim V.Əzizova). İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Hesab edir ki, məhkəmə tərəfindən məhkəmə iclasında təqdim etdikləri və tədqiq edilmiş sübutlara əhəmiyyət və qiymət verilməmişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-193/2018 nömrəli hökmündə və Sumqayıt Apellyasiya Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli, 1(105)-405-2018 nömrəli qərarında qeyd olunanlardan görünür ki, AR Cinayət Məcəlləsinin 178.23-cü maddəsi ilə məhkum edilmiş Quliyev Əhməd Feyruz oğlu İddiaçı və onun bacısı X8 etibarından sui-istifadə edərək onlardan 303.970 manat pul əldə edərək aldatmış, Sumqayıt şəhəri, H.Əliyev prospekti, 10-cu məhəllə, ev 23 ünvanında yerləşən iki mərtəbədən ibarət 300 kv.m qeyri-yaşayış binasını tikinti başa çatdırıldıqdan sonra onların adına sənədləşdirəcəyinə söz versə də verdiyi sözə əməl etməmiş və sonradan onların razılığı olmadan 3-cü və 4-cü mərtəbələri inşa etdirmiş və X6 alqı-satqı müqaviləsi ilə satmış və o da qızı üçüncü şəxs X7 adına sənədləşdirmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi və izahatında əlavə olaraq bildirdi ki, Heydər Əliyev prospekti, 10-cu məhəllə, 21 saylı ünvanda yerləşən qeyri-yaşayış binasını satın alarkən həmin tikilinin 3-cü və 4-cü mərtəbələrindən məlumatı olmuş, ona həmin mərtəbələrin onun tərəfindən sökülə və ya üzərində mülkiyyət hüququnu qeydə ala biləcəyi imkanı olduğu deyilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdirlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə, yəni subyektiv hüquqa malik olmasıdır. Kollegiya hesab edir ki, iddiaçının üçüncü şəxsin adına qeydə alınmış qeyri-yaşayış sahəsi ilə bağlı hüququnun pozulmasına əsaslanmaqla çıxarışı və onun verilməsinə əsas olmuş sənədləri mübahisələndirmək tələbi o halda yaranmış hesab oluna bilər ki, əgər həmin qeyri yaşayış sahəsi ilə bağlı iddiaçının hüququ publik hüquqdan irəli gəlmiş olsun. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməmiş və qərardadını onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, üçüncü şəxs Nazilə Yolçiyevanın adına mübahisələndirilən çıxarışın verilməsi üçün əsas olmuş sənədlər bələdiyyənin torpaq sahəsinin ayrılmasına dair qərarı, məhkəmə qərarı, alqı-satqı və bağışlama müqavilələri olmuşdur. ünvan 4 ünvanda yerləşən obyektlərin hər ikisi ilkin olaraq Quliyev Əhməd Feyruz oğluna məxsus olmuşdur. Daha sonra o, 21 saylı ünvanda yerləşən obyektin 1-ci və 2-ci mərtəbəsini (315 kv.m) "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü etmiş, sonra tutma ipoteka predmetinə yönəldilmiş və həmin əmlak bank tərəfindən İddiaçı satılmışdır. 23 saylı ünvanda yerləşən obyekt və 21 saylı ünvanda yerləşən obyektin 3-cü və 4-cü (mansard) mərtəbəsi alqı-satqı müqaviləsi əsasında Fatma Yolçiyevaya satılmış və daha sonra onun tərəfindən Nazilə Yolçiyevaya bağışlanmışdır. Həmin obyektlər bir-birinə bitişik yerləşsə də, bir-birindən asılı olmamışlar, 21 saylı ünvanda yerləşən 3-cü və 4-cü mərtəbələrin 23 saylı ünvan ilə Nazilə Yolçiyevanın mülkiyyətinə verilməsi iddiaçının hər hansı hüququna toxunmur. İddiaçının həmin mərtəbələrə dair hər hansı hüquqmüəyyənedici sənədi olmamışdır. O, özünə məxsus obyekti (1-ci və 2-ci mərtəbələri) əldə edərkən artıq üzərində 3-cü və 4-cü mərtəbələr mövcud olmuş, yəni sonradan inşa edilməmişdir və o, həmin tikililərin ona məxsus olmadığını bilmişdir. İddiaçı "xxxx" ASC-dən yalnız 315,1 kv.m qeyri-yaşayış sahəsini əldə etmişdir. Bu baxımdan, iddiaçının hazırkı iddia tələbinə münasibətdə subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddia ərizəsindən görünür ki, iddiaçı ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasının üçüncü şəxs X7 adına xx.xx.2020-ci il tarixdə mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı mübahisələndirir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq, AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 02 dekabr 2021-ci il tarixli, **********50 nömrəli məktubundan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 03 iyun 2014-cü il tarixli, 2(060)- 3539/2014 nömrəli qətnaməsi ilə Sumqayıt şəhəri, 10-cu məhəllə, Dostluq küçəsində yerləşən 0,02 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 315 kv.m qeyri-yaşayış binası üzərində Quliyev Əhməd Feyruz oğlunun mülkiyyət hüququnun yaranma faktı müəyyən edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 03 iyun 2014-cü il tarixli, 2(060)-3539/2014 nömrəli qətnaməsi əsasında 0,02 ha torpaq sahəsi üzərində icarə hüququ, ümumi sahəsi 315,10 kv.m qeyri-yaşayış sahəsi mülkiyyət hüququ üzrə Quliyev Əhməd Feyruz oğlunun adına qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Sumqayıt şəhər 3 saylı dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2014-cü il tarixli 3M-926 reyestr nömrəli ipoteka müqaviləsi əsasında sözügedən daşınmaz əmlak üzərində "xxxx" ASC-nin xeyrinə ipoteka yüklülüyünün qeydiyyatı aparılmış, sonradan xx.xx.2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi və xx.xx.2019-cu il tarixli 47/02 nömrəli hərracın yekun protokolu əsasında qeyri-yaşayış binası üzərində "xxxx" ASC-nin mülkiyyət hüququ qeydə alınmışdır. Bakı şəhəri 14 saylı notariat kontorunun təsdiq etdiyi xx.xx.2019-cu il tarixli, 4Ə-796 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında həmin qeyri-yaşayış sahəsi "xxxx" ASC tərəfindən İddiaçı satılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 3 ünvanda yerləşən 0,02 ha torpaq sahəsi üzərində 315.10 kv.m qeyri-yaşayış binası mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmçinin, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(85)- 804/2015 nömrəli qərarı ilə Sumqayıt şəhəri, 10-cu məhəllə, Heydər Əliyev prospekti 21 ünvanında yerləşən Quliyev Əhməd Feyruz oğlunun mülkiyyətində olan 315.10 kv.m qeyriyaşayış obyektinə bitişik inşa etdirdiyi tikili üzərində üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 7 ünvanda yerləşən 0,015 ha torpaq sahəsi üzərində 825.10 kv.m qeyri-yaşayış binası mülkiyyət hüququ üzrə Quliyev Əhməd Feyruz oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 07 noyabr 2015-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Quliyev Əhməd Feyruz oğlu ünvan 7 ünvanda yerləşən 825.10 kv.m qeyri-yaşayış binasını X1. xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 7 ünvanda yerləşən 825.10 kv.m qeyri-yaşayış binası mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 22 iyun 2020-ci il tarixli 4Ə-352 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən X2 825.10 kv.m qeyri-yaşayış binasını X10 bağışlamışdır. xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən hazırda, ünvan 7 ünvanda yerləşən 825.10 kv.m qeyri-yaşayış binası mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli 825.10 kv.m qeyri-yaşayış sahəsi əvvəllər Quliyev Əhməd Feyruz oğlunun mülkiyyətində olmuş, daha sonra o, həmin qeyri-yaşayış sahəsini alqı-satqı müqaviləsi ilə X3, ondan sonra Fatma Yolçiyeva onu bağışlama müqaviləsi ilə üçüncü şəxs X10 bağışlamış və üçüncü şəxsin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Sözügedən 825.10 kv.m qeyri-yaşayış sahəsi hazırda X7 mülkiyyətindədir. Həmçinin, müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 315 kv.m qeyri-yaşayış binası ilə üçüncü şəxsin mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 825.10 kv.m qeyri-yaşayış sahəsi ayrı-ayrı obyektlərdir. Belə ki, iddiaçının mülkiyyətində olan 315 kv.m qeyri-yaşayış binası 2 mərtəbədən, üçüncü şəxsin mülkiyyətində olan 825.10 kv.m qeyri-yaşayış sahəsi isə 4 mərtəbədən ibarət olmaqla, 825.10 kv.m obyektin bir hissəsi 315 kv.m obyektin üzərində 3 və 4-cü mərtəbələrdə yerləşir. Həmçinin, yuxarıda qeyd olunan sənədlərdən də görünür ki, həmin qeyri-yaşayış sahələri ayrı-ayrı sənədlər əsasında iddiaçı və üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Belə olan təqdirdə kollegiya hesab edir ki, 825.10 kv.m qeyri-yaşayış sahəsinə dair cavabdeh tərəfindən daşnmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış qeydiyyat nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halına yol verilməmişdir. Bu isə o deməkdir ki, İddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. Bu baxımdan, işə baxan birinci instansiya məhkəməsi işin qeyd edilən xüsusatını nəzərə alaraq iddianı mümkün saymayarkən haqlı olmuşdur. Bundan əlavə kollegiya qeyd edir ki, hətta iddiaçının subyektiv hüququnun mövcudluğu qəbul edilsəydi belə, iddiaçı düzgün hüquqi müdafiə vasitəsindən istifadə etmədiyinə görə hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməzdi. Belə ki, yuxarıda sadalanan sənədlərdən göründüyü kimi, üçüncü şəxsin adına qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas mülki hüquqi əqd, yəni bağışlama müqaviləsi əsas olmuşdur. Bundan əlavə həmin qeyri-yaşayış sahəsinə dair Quliyev Əhməd Feyruz oğlunun adına ilkin qeydiyyatın aparılmasına əsas isə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hazırda qanuni qüvvədə olan xx.xx.2015-ci il tarixli, 2-1(85)-804/2015 nömrəli qərarı olmuşdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Beləliklə, işin sadalanan xüsusatlatını ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2-1(118)-135/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 10
Məhkəmə qərarları › İş №2-1(105)-415/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-415/2022
22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver