Məhkəmə qərarları › İş №2-1(105)-415/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-415/2024

10.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-415/2024 10.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X9 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Torpaq sahəsinə dair mülkiyyət hüququnun verilməsinə dair şəhadətnamənin ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2-1(118)-1101/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ Azərbaycan Respublikası X40 filialının 09 aprel 2021-ci il tarixli arxiv arayışında Quba rayon Xucbala kənd sovetinin Digah kəndi üzrə 1986-1990-cı illərə aid 04 saylı təsərrüfat başına kitabında X25 306 saylı təsərrüfatın başçısı olub, onun şəxsi mülkiyyətində 1945-ci ildə tikilmiş yaşayış evi və şəxsi istifadəsində 1986-1987-ci illərdə 0,09 ha, 1988-1990-cı illərdə 0,20 ha, 1990-cı ildə 0,20 ha torpaq sahəsi olduğu qeyd edilmişdir. Həmin kitabda Mirzəxanov Bəyin xx.xx.1986-cı ildə vəfat etməsi qeyd edilmiş, təsərrüfat başçısı X14 qeyd edilmişdir. Quba rayon İcra Hakimiyyəti başçısının Xucbala İƏV üzrə nümayəndəliyinin Digah kəndi üzrə 1991-2000-ci illərə aid 04 saylı təsərrüfat başına kitabda 305 saylı təsərrüfatın başçısı X5 olduğu qeyd edilmişdir. X5 şəxsi mülkiyyətində ümumi sahəsi 40 kv.m olan yaşayış evi və 1991-1992-ci illərdə 0,20 ha, 1993-1995-ci illərdə 0,21 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. Həmin kitabda Mirzəxanov Zeydullanın xx.xx.1990-cı ildə vəfat etdiyi qeyd edilmişdir. Təsərrüfat başçısı kimi X31 yazılmışdır. Kitabın əlavə məlumatlar qrafasında təsərrüfat başçısının dəyişməsi haqqında heç bir məlumat yoxdur. AZ-İ 003442 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X14 15 dekabr 1990cı ildə ölmüşdür. Quba rayon xalq məhkəməsinin 2-182 saylı, 1991-ci il tarixli qətnaməsindən görünür ki, xx xxxx 1990-cı il tarixdə anadan olmuş X4 atasının X14 olması faktı təsdiq edilmiş və müvafiq qeydiyyatın aparılması Quba rayon VVAQ şöbəsinə həvalə edilmişdir. AZ-İ 348977 saylı “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamədən görünür ki, X1 Elnur Zeydulla oğlunun atasıdır. Azərbaycan Respublikası X40 filialının 13 aprel 2021-ci il tarixli arxiv arayışında Quba Aqrar-İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 04 saylı iclas protokolunda 0,21 ha torpaq sahəsinin verilməsi haqqında məlumat aşkar edilməmişdir. JN-399F KOD 30327028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli 04 saylı qərarı ilə verilmiş 0, 21 ha torpaq sahəsi X21 adına qeydiyyata alınmalıdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X21 vərəsəsi X10r və o miras əmlakdan tam irs almalıdır. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Quba rayonu Digah kəndində yerləşən 0,21 ha torpaq sahəsi və onun üzərindəki tikili daşınmaz əmlakın dövlət reyestrində X6 adına qeydiyyata alınmışdır. Quba rayon Digah-Xucbala bələdiyyəsinin 16 aprel 2021-ci il tarixli 165 saylı arayışından görünür ki, X35 tərəfindən Digah-Xucbala bələdiyyəsinə xx.xx.2022-ci il tarixinədək həyətyanı torpaq vergisi ödənilmişdir. Quba RİHB-nın Xucbala kənd İƏD üzrə xx.xx.2021-ci il tarixli arayışında qeyd olunmuşdur ki, Quba RİHB-nın Xucbala kənd İƏD üzrə nümayəndəliyinin 03 saylı Təsərrüfat başına kitabının 92-ci səhifəsinin 229 saylı şəxsi hesabına əsasən İddiaçı həmin təsərrüfatda adı var. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidməti "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, aparılmış araşdırma zamanı Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 04 saylı qərarı arxivdə aşkar edilməmişdir. Quba rayonu Digah kəndinin həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında (əlyazma) X21 adı qeyd edilmiş hissədən çıxarış məhkəməyə təqdim edilir. Quba rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş 1999-cu il tarixli Quba rayonunun Digah kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə X21 adı və onun qanuni istifadəsində olan 0,21 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X40 filialının 22 fevral 2022-ci il tarixli 153 saylı arxiv arayışında qeyd olunmuşdur ki, Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli 04 saylı iclas protokolunda X26 aid heç bir məsələ müzakirə olunmamışdır. Ümumiyyətlə həmin iclas protokolunda Quba rayonunun Digah kəndinə aid heç bir məsələ müzakirə olunmamışdır. X15, X16 və X22 tərəfindən tərtib edilmiş və Quba rayonu İcra Hakimiyyəti Xucbala inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktda qeyd olunmuşdur ki, xx.xx.1990-cı ildə Azərbaycan Respublikasının Quba rayonunda anadan olmuş İddiaçı atası X14 ilə birlikdə Quba rayonu, Digah kəndində yaşamışdır. Qonşuluqda yaşamış, yeniyetmə dövrünü onların yanında keçirmiş və halhazırda da mütəmadi ata yurdunu ziyarət edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin İddiaçı ünvanladığı 16 iyun 2021-ci il tarixli məktubdan görünür ki, iddiaçının JN-399F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsinə dair müraciəti təmin edilməmişdir. "xxxx" MMC tərəfindən məhkəməyə 14 dekabr 2021-ci il tarixli, **********10 saylı məktubla təqdim edilmiş sənəddən görünür ki, Quba rayon Aqrar İslahatı Komissiyasının sədri tərəfindən təsdiq edilmiş Quba rayonunun Digah kəndində vətəndaşların mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin 399-cu bəndində X21 adı qeyd edilmiş və ona 0,21 ha torpaq sahəsi ayrıldığı göstərilmişdir. "xxxx" MMC xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirmişdir ki, Mərkəzin arxivində aparılmış araşdırma nəticəsində Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 04 saylı qərarı aşkar edilməmişdir; Quba rayonu Digah kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahılarından (əlyazma və elektron) X21 adı qeyd edilmiş hissədən çıxarış təqdim edilmişdir. Həmin cədvəldən çıxarışda “X28 – həyətyanı torpaq sahəsi 0.21 ha” və cədvəlin yuxarı hissəsində əlyazma ilə “03 May 1997ci il tarixli 04 N-li” qeyd edilmişdir. X40 filialı Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli 04 saylı iclas protokolunda Quba rayonu Digah kəndində X17 adına 0.21 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair hər hansı məlumatın olmamasını və protokola heç bir sənədin əlavə edilmədiyini bildirmişdir. X40 filialı Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli 04 saylı iclas protokolunun tam mətnini məhkəməyə təqdim etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsində birinci icraat İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsi və Quba rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 04 saylı qərarının, həmin qərar əsasında mərhum X21 adına Quba rayonu Digah kəndində yerləşən 0,21 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD 30327028 saylı şəhadətnamənin, axırıncının vəfatından sonra Hüseynzadə Leyla Afət qızının adına verilmiş xx.xx.2011-ci il tarixli vərəsəlik şəhadətnaməsinin, həmin şəhadətnamə əsasında reyestr xidməti idarəsi tərəfindən verilmiş ümumi sahəsi 127,6 kv.m olan evə və 0,21 ha torpaq sahəsinə dair xx.xx.2012-ci il tarixli RX seriyalı ******* qeydiyyat nömrəli çıxarışın, Hüseynzadə Leyla Afət qızı ilə X18 aralarında bağlanmış xx.xx.2017-ci il tarixli, AN1 ******* saylı alqı-satqı müqaviləsinin və istinad edilmiş müqavilə əsasında reyestr xidməti orqanı tərəfindən verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il tarixli ********** nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı bir neçə dəfə iddia tələbinin dəqiqləşdirmiş, sonuncu tələbində mərhum X21 adına verilmiş Quba rayonu Digah kəndində yerləşən 0,21 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD 30327028 saylı şəhadətnamənin ləğv edilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, AR X40 Filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışından göründüyü kimi, Quba rayonu Xucbala kənd Sovetinin Digah kəndi üzrə təsərrüfat başına kitabında babası X11 təsərrüfat başçısı olması və şəxsi mülkiyyətində 1945-ci ildə tikilmiş yaşayış sahəsi və xüsusi istifadəsində 0,20 ha həyətyanı torpaq sahəsinin olması göstərilmiş, axırıncının xx.xx.1986-cı ildə vəfatından sonra və 1991-2000-ci illlərə aid təsərrüfat başına kitabında atası X5 təsərrüfat başçısı kimi göstərilərək onun şəxsi mülkiyyətində ümumi sahəsi 40 kv.m olan yaşayış evi və 0,21 ha həyətyanı torpaq sahəsinin olduğu göstərilmiş, eyni zamanda xx.xx.1990-cı ildə X5 vəfatından sonra həmin kitabda təsərrüfat başçısı kimi əmisi X21 adının yazıldığı göstərilmişdir. Göründüyü kimi, qeyd edilmiş rəsmi arxiv arayışı ilə mübahisə edilən yaşadığı evin və torpaq sahəsinin atası X5 şəxsi mülkiyyətində olması müəyyən edilmiş, lakin atasının vəfatından sonra təsərrüfat başçısı kitabında əvəllər RF-nın Surqut şəhərində, 1980-ci ildən isə vəfat edən günədək, yəni 2011-ci ilədək, Bakı şəhərində qeydiyyatda olmuş və yaşamış əmisi X21 adının qeyd edilməsi göstərilmişdir. Baxmayaraq ki, əmisi Afət Mirzəxanov mərhum atasının mülkiyyətində olan evdə bir gün də yaşamamış, qeydiyyatda olmamış, əvvəl Rusiyanın Surqut şəhərində, daha sonra isə 1980-ci ildən ailəsi ilə birlikdə Bakı şəhərində yaşamış, 2011-ci ildə də Bakı şəhərində vəfat etmişdir. X3 məxsus olmuş Quba rayonu Digah kəndində yerləşən evdə özü yaşamış, atasının vəfatından sonra da o, anasının himayəsində həmin evdə yaşamışdır. 2 yaşında olarkən yəni 1992-ci ildə anası onu atasının evində goyub getmiş, Bakı şəhəri Binəqədi rayon İHB-nın xx.xx.1994-cü il tarixli, 898 saylı qərarı ilə bibisi X36 ona qəyyum təyin edilmiş və o vaxtdan da o yetkinlik yaşına çatanadək bibisi Rübabə Saidovanın himayəsində yaşamış, yetkinlik yaşına çatanadək bibisi atasından ona miras qalmış əmlakı, o cümlədən, sözügedən 40 kv.m olan fərdi yaşayış evi və 0,21 ha həyətyanı torpaq sahəsini, rəsmi qəyyumu olaraq faktiki qəbul edib idarə etmiş, onun tərəfindən mütəmadi olaraq evin və həyətyanı torpaq sahəsinin vergisi ödənilmiş, təmir və evə qulluq işləri aparılmışdır. Bu günədək ona və atasına məxsus avadanlıqların və əşyaların yerləşdiyi həmin ev onun sərəncamında və istifadəsindədir. 2018-ci ilin mart ayının əvəllərində həmin evə gələn və ondan evin açarlarını tələb edən üçüncü şəxs X12 ona məlum olmuşdur ki, o, iddiaçının yaşadığı evi və evin yerləşdiyi torpaq sahəsini xx.xx.2011-ci il tarixdə vəfat etmiş əmisi X21 qızı Hüseynzadə Leyla Afət qızı ilə aralarında xx.xx.2017-ci il tarixdə bağladıqları alqı-satqı müqaviləsi əsasında almışdır. Faktla bağlı Quba rayon məhkəməsində Hüseynzadə Leyla Afət qızına, X23 və qeyrilərinə qarşı qaldırdığı tələb əsasında müvafiq rəsmi orqanlardan tələb edilmiş sənədlərdən ona məlum olmuşdur ki, X21 adına xx.xx.2002-ci il tarixdə həmin evə və torpaq sahəsinə mülkiyyət hüququ verən şəhadətnamə verilmiş və onun vəfatından sonra həmin əmlak qızı cavabdeh Hüseynzadə Leyla Afət qızının adına xx.xx.2011-ci il tarixdə vərəsəlik qaydasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməklə rəsmiləşdirilmiş, həmin şəhadətnamə əsasında axırıncının adına xx.xx.2012-ci il tarixli reyestrdən çıxarış verilmiş, həmin çıxarış əsasında da o, evi və torpaq sahəsini xx.xx.2017-ci il tarixdə X2. Aparılmış araşdırmalar nəticəsində Quba rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-1253/2018 saylı qətnaməsi ilə cavabdehlər Hüseynzadə Leyla Afət qızına və qeyrilərinə qarşı əmisi X21 adına Quba rayonu Digah kəndində yerləşən 0,21 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD 30327028 saylı şəhadətnamənin, axırıncının vəfatından sonra Hüseynzadə Leyla Afət qızının adına verilmiş xx.xx.2011-cİ il tarixli vərəsəlik şəhadətnaməsinin, həmin şəhadətnamə əsasında reyestr xidməti idarəsi tərəfindən ümumi sahəsi 127,6 kv.m olan evə və 0,21 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2012-ci il tarixli RX seriyalı ******* qeydiyyat tarixli çıxarışın, Hüseynzadə Leyla Afət qızı ilə X18 aralarında bağlanmış xx.xx.2017-ci il tarixli AN-l ******* saylı alqı-satqı müqaviləsinin və istinad edilmiş müqavilə əsasında reyestr xidməti orqanı tərəfindən verilmiş RX seriyalı,1236167 saylı, xx.xx.2018-ci il tarixli ********** nömrəli çıxarış etibarsız hesab edilmiş, həmin qətnamədən X18 verdiyi apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)- 773/2019 saylı qətnaməsi ilə təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir. Lakin apellyasiya instansiya məhkəməsinin qətnaməsindən Hüseynzadə Leyla Afət qızının xx.xx.2020-ci il tarixdə verdiyi kassasiya şikayəti əsasında qəbul edilmiş Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-469/2021 saylı qərarı ilə Hüseynzadə Leyla Afət qızının kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-773/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiya məhkəməsi belə bir nəticəyə gələrkən, apellyasiya instansiya məhkəməsində işə baxarkən mübahisəli torpaq sahəsinə dair X26 şəhadətnamənin Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 04 saylı saylı qərarı əsasında verildiyini, həmin qərarın ləğv olunması (etibarsız hesab edilməsi) barədə iddia tələbi qaldırılmadığını, qeyd edilmiş qərarın qanuniliyinin mülki məhkəmə icraatı qaydasında yoxlanılmasının qeyri-mümkün olduğunu, inzibati orqan tərəfindən qəbul edilmiş həmin qərarın mübahisələndirilməsi "İnzibati icraat haqqında" qanunun 1.2ci, İPM-nin 1.1 və 1.2-ci maddələrinə uyğun olaraq inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilməsi nəzərdə tutulduğunu əsas olaraq göstərmişdir. Kassasiya instansiyası məhkəməsinin istinad edilmiş göstərişlərinə uyğun olaraq mərhum X26 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olmuş Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 04 saylı saylı qərarı və həmin qərarın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsinə dair aidiyyatı orqanlara müraciət edilmiş, müraciətlərə cavab olaraq Quba rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubu ilə bu haqda X40 Filialına müraciət edilməsi tövsiyə edilmiş, X40 Filialının xx.xx.2021-ci il tarixli məktubu ilə Quba rayon AİK-nin xx.xx.1997-ci il tarixli, 04 saylı iclas protokolunun 0,21 ha torpaq sahəsinin verilməsi haqda məlumat aşkar edilməməsi bildirilmişdir. DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə Quba rayon AİK-nin sözügedən qərarının və həmin qərarın verilməsinə əsas olmuş sənədlərin DTXK tərəfindən 5 saylı Xaçmaz ərazi idarəsinə təhvil verilmədiyi və nəhayət "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli məktubu ilə həmin qərarın və qərarın verilməsinə əsas olmuş sənədlər barədə Mərkəzin arxivində heç bir məlumat aşkar edilmədiyi bildirilmişdir. Daha sonra DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin xx.xx.2021-ci tarixli və xx.xx.2021-ci tarixli məktubları ilə həmin sənədlərin məhkəmə qaydasında ləğv edilməsinin mümkün olduğu bildirilmişdir. Həmin qərarla bağlı Kənd Təsərrüfatı Nazirliyinə etdiyi müraciət mahiyyəti üzrə baxılması üçün AR Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə göndərilmiş, axırıncının xx.xx.2021-ci il tarixli, **********34 saylı məktubu ilə bir daha təsdiq edilmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 04 saylı qərarı və həmin qərarın verilməsinə əsas olmuş sənədlər barədə Xidmətin tabeliyində olan Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin arxivində heç bir məlumat aşkar edilməmişdir. Qeyd edilmiş rəsmi sənədlərdən məlum olur ki, mərhum Afət Mirzəxanovun adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olmuş Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 04 saylı qərarı və həmin qərarın əsasını təşkil edən sənədlər müəyyən edilmədiyindən həmin qərar əsasında axırıncının adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, həmin şəhadətnamə əsasında cavabdeh Leyla Hüseynzadənin adına verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi və reyestrdən çıxarış, o cümlədən axırıncı ilə cavabdeh Vüsalə Cəfərovanın aralarında bağlanmış alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş reyestrdən çıxarış qanuni və əsaslı sayıla bilməz. Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2002-ci il tarixli şəhadətnamənin qeyriqanuniliyi eyni zamanda onunla sübuta yetirilir ki, X43 rayonu, Digah kəndində ümumiyyətlə qeydiyyatda olmamış, yaşamamış, əvəllər RF-nın Surqut şəhərində, daha sonra isə xx.xx.1980-ci ildən xx.xx.2003-cü ilədək olan müddət ərzində ünvan 2 ünvandan qeydiyyatdan çıxaraq ünvan 3kr, Məmmədov küçəsi, ev 209, mənzil 60-a qeydiyyata düşmüş və xx.xx.2011-ci ildə ölüm səbəbi ilə həmin ünvandan qeydiyyatdan çıxarılmışdır. Respublika üzrə rayonlarda 2005-ci ilədək fəaliyyət göstərmiş X20 yalnız ərazi üzrə qeydiyyatda olmaqla yaşayan sakinlərin qanuni əsaslarla istifadələrində olan torpaq sahələrinə dair şəhadətnamələrin verilməsinə dair qərarlar qəbul etdiyindən, ümumiyyətlə, Quba rayonu Digah kəndində qeydiyyatda olmamış, yaşamamış, 1980-cı ildən vəfat edən günədək Bakı şəhərində qeydiyyatda olmaqla yaşamış X21 adına torpaq şəhadətnaməsinin verilməsinə dair Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 04 saylı qərarın aşkar edilməməsi həmin qərarın etibarsız olması və qeyd edilmiş qərar əsasında verilmiş digər hüquqmüəyyənedici sənədlərinin etibarsız olmasına dair qərar qəbul edilməsi üçün əsas kimi qəbul edilməlidir. Digər tərəfdən X8 rayonunun Digah kəndində qeydiyyatda olmaqla yaşamış olsa belə, vəfat edən günədək atası X5 şəxsi mülkiyyətində olan yaşayış sahəsi 40 kv.m olan yaşayış evinə və həmin evin yerləşdiyi 0,21 ha həyətyanı torpaq sahəsinə atasının birinci növbəli vərəsəsi ola-ola əmisi X21 adına torpağın mülkiyyətə verilməsinə dair qərarın qəbul edilməsi qanunla yolverilməzdir. Cavabdeh orqan iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarix, 04 saylı qərarı, həmin qərar əsasında mərhum X21 adına Quba rayonu Digah kəndində yerləşən 0.21 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD 30327028 saylı şəhadətnamənin, axırıncının vəfatından sonra Hüseynzadə Leyla Afət qızının adına verilmiş xx.xx.2011-ci il tarixli vərəsəlik şəhadətnaməsinin, həmin şəhadətnamə əsasında reyestr xidməti idarəsi tərəfindən ümumi sahəsi 217,6 kv.m olan evə və 0,21 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2012-ci il tarixli RX seriyalı ******* qeydiyyat nömrəli çıxarışın, Hüseynzadə Leyla Afət qızı ilə X18 aralarında bağlanmış və Sumqayıt ASAN Xidmət mərkəzində notariat kontorunda təsdiq edilmiş xx.xx.2017-ci il tarixli AN-1 ******* saylı alqı-satqı müqaviləsi və istinad edilmiş müqavilə əsasında reyestr xidməti orqanı tərəfindən verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2008-ci il tarixli ********** nömrəli çıxarış Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105) 773/2019 saylı qətnaməsi ilə etibarsız hesab edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2-1(118)-159/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, mərhum X21 adına verilmiş Quba rayonu Digah kəndində yerləşən 0,21 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD 30327028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ləğv edilmişdir (hakim L.Mirzəyeva). Üçüncü şəxs Hüseynzadə Leyla Afət qızının nümayəndəsi və vəkili həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(105)- 527/2022 nömrəli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2-1(118)-159/2022 nömrəli qərarı ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinə qarşı “torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi” tələbinə dair inzibati mübahisə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamışdır. Birinci instansiya məhkəməsində ikinci icraat Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə etmiş və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi Vəkil2 bildirmişdir ki, iddiaçının Quba Rayon Məhkəməsinə təqdim etdiyi X40 filialının xx.xx.2018-ci il tarixli arxiv arayışında iddiaçı X4 adı olmamışdır. Bundan əlavə, həmin arxiv arayışında Zeydulla Mirzəxanovun mülkiyyətində olmuş evin ümumi sahəsi 40 kv.m göstərilmişdir, vərəsəliklə onun mülkiyyətinə keçmiş və satdığı evin ümumi sahəsi isə 127,7 kv.m-dir. Birinci instansiya məhkəməsinin qərarı ilə ləğv edilən “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamə Afət Mirzəxanovun adına Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 04 nömrəli qərarı əsasında tərtib olunmuşdur. AİK-nın həmin qərarı qüvvədə olduğu halda onun əsasında verilmiş şəhadətnamənin ləğv edilməsinin qanuni əsası yoxdur. 30 ildən sonra – saxlama müddəti bitəndən sonra arxivdə həmin qərarın surətinin aşkar olunmaması həmin qərarın ümumiyyətlə mövcud olmaması və ya onun əsasında verilmiş sənədlərin qanunsuz sayılması üçün əsas ola bilməz. İddiaçı tərəf yaxın qohumları olmaqlarına baxmayaraq bilərəkdən məhkəmə prosesində iştirakına maneələr yaradaraq, məhkəmə prosesində iştirakını təmin etməmişlər və bir sıra sübutları məhkəməyə təqdim etməmişlər və bu səbəbdən məhkəmə əsassız və qanunsuz qərar qəbul etmişdir. İddiaçı 0,21 ha torpaq sahəsinin Afət Mirzəxanovun mülkiyyətinə verilməsi barədə Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 04 nömrəli qərarından qanunda nəzərdə tutulmuş qaydada və müddətlərdə şikayət verməmişdir, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı qüvvədə olduğu halda iddiaçı həmin qərarı mübahisələndirmədən müddət keçdikdən sonra onun nəticəsi olaraq JN-399F kod 30327028 nömrəli mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsini tələb etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1101/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim V.Əzizova). Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri. Məhkəmənin qeyd edilmiş nəticəsi işin həqiqi halları, məhkəmə sorğuları əsasında tələb edilərək araşdırılmış sübutlarla tam təkzib olunur. İnzibati işin ş materiallarından göründüyü kimi, hazırda mübahisənin predmeti X21 adına Quba rayonu Digah kəndində yerləşən 0,21 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD 30327028 saylı şəhadətnamənin ləğv edilməsi tələbi ilə bağlıdır. Həmin şəhadətnamə Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 04 saylı qərarı əsasında verildiyindən iddiaçı ilk öncə cavabdehlər DƏDRX 5 saylı Xaçmaz ərazi idarəsinə və Quba rayon İcra Hakimiyyətinə qarşı Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 04 saylı qərarın mərhum X26 aid olan hissəsinin ləğv edilməsinə dair tələb irəli sürmüşdur. Məhkəmə araşdırmaları zamanı Quba Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 564/2 saylı, X40 Filialının xx.xx.2021-ci il tarixli, 290 saylı məktubları ilə Quba rayon AİKnın xx.xx.1997-ci il tarixli, 04 saylı qərarı aşkar edilməməsi, DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə həmin qərarın və qərarın verilməsinə əsas olmuş sənədlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz ərazi idarəsinə təhvil verilməməsi, AR Əmlak Məsələri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nın xx.xx.2021-ci il tarixli, **********60 saylı məktubu ilə isə həmin qərarın və qərarın verilməsinə əsas olmuş sənədlər barədə Mərkəzin arxivində heç bir məlumat aşkar olunmaması və X40 rayon filialının xx.xx.2022-ci il tarixli,153 saylı arxiv arayışı ilə məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(118)-159/2022 saylı sorgusuna cavab olaraq Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli,04 saylı iclas protokolunda vətəndaş X26 aid heç bir məsələ müzakirə edilməməsi, ümümilikdə həmin iclas protokolunda Quba rayonun Digah kəndinə aid heç bir məsələ müzakirə edilmədiyi bildirilməsi səbəbi ilə iddiaçı iddia tələblərini dəqiqləşdirərək məhkəmədən mövcud olmayan AİK-nın qərarı əsasında verilmiş torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD 30327028 saylı şəhadətnamənin ləğv edilməsi haqda qərar qəbul etməyi xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadında iş materiallarında olan "xxxx"MMC-nin xx.xx.2021-ci il tarixli **********10 saylı məktuba əlavə edilmiş sənəddə Quba rayon AİK-nın sədri tərəfindən təsdiq edilmiş Quba rayonu Digah kəndində vətəndaşların mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin 399-cü bəndində X21 adı qeyd edildiyi və ona 0,21 ha torpaq sahəsi ayrıldığı göstərildiyini, lakin bu istiqamətdə əlavə araşdırmalar aparılmadığı göstərilmiş, birinci instansiya məhkəməsindən işə təkrar baxılarkən qeyd edilən halları araşdırmaq məqsədi ilə Kadast və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi” MMC-yə sorğu ilə müraciət edilməklə Quba rayonu Digah kəndinin həyətyanı torpaq sahəsinə dair subyektlərin adlı siyahısının tam mətni və həmin siyahının tərtib edilməsinə əsas olan AİK-nın qərarı tələb edilməli, Dövlət Arxivinə sorğu edilərək 1997-ci il tarixdə Quba rayonu Digah kəndində Aqrar İslahat Komissiyasının qərarı və islahat zamanı torpaq payı alan subyektlərin adlı siyahısı, o cümlədən Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 04 saylı qərarın tam mətninin arxiv surəti tələb edilməsinin vacib olduğuna istinad edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin istinad edilmiş qərardadında qeyd olunan göstərişlərə əsasən məhkəmə Kadast və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi”MMC-nə və AR X40 filialına sorğular vermişdir. Məhkəmə sorğusuna cavab olaraq "xxxx"MMC-nin xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Mərkəzin Arxivində aparılmış araşdırma nəticəsində Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli,04 saylı qərarı aşkar edilməmiş, Quba rayon Digah kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahılarından 399-cü nömrə ilə X21 adı qeyd edilmiş cədvəldən çıxarışın surəti təqdim edilmiş, həmin cədvəlin ikinci vərəqəsində X24 həyətyanı torpaq sahəsi 0,21 ha “və cədvəlin yuxarı hissəsidə əlyazma ilə “03 may 1997-ci il tarixli 04 nömrəli” qeyd aparıldığı göstərilmişdir. Məhkəmə sorğusuna cavab olaraq AR X40 filialın xx.xx.2023-cü il tarixli 3-48 DA67/2-158-3a/2023 saylı məktubu ilə bildirilmişdir ki, Arxivdə saxlanılan Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 4 saylı iclas protokolunda Quba rayonu Digah kəndində X21 mülkiyyətinə 0,21 ha torpaq sahəsinin verilməsinə dair heç bir məlumat yoxdur, həmin protokola heç bir sənəd əlavə edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq AR X40 filialının xx.xx.2023-cü il tarixli, 3-48-DA-67/2-4xx-xx/2023 saylı arayışla bildirilmişdir ki, Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 4 saylı iclas protokolunda Quba rayonu Digah kəndində X26 aid heç bir məsələ müzakirə edilməmiş, Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 04 saylı protokolu 55 A4 vərəqədən ibarətdir və həmin protokola heç bir protokol əlavə edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq AR X40 filialın xx.xx.2023-cü il tarixli,3-48-DA-61/2-7xx-xx/2023 saylı məktuba əlavə edilmiş 55 səhifədən ibarət Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 4 saylı iclas protokolun tam mətni məhkəməyə təqdim edilmiş, məhkəmə heç bir əsas göstərmədən AİK-nın həmin qərarı ayrı-ayrı sovxozların və təsərufatların qərarlarının təsdiq olunması barədə olmaqla vətəndaşların adlı siyahısı əlavə edilmədiyini, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-dən təqdim edilmiş cədvəl AİK-nın qərarına əsasən aparıldığına və şəhadətnamədən əvvəl həmin qərar mübahisələndirilməli olduğuna dair absurd və əsassız bir nəticəyə gəlmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş və elektron məhkəmə sisteminə yüklənilmiş AR X40 filialın xx.xx.2023-cü il tarixli, 3-48-DA-61/2-7xx-xx/2023 saylı məktuba əlavə edilmiş 55 səhifədən ibarət Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 4 saylı iclas protokolun tam mətni ilə tanış olarkən məlum olur ki, həmin protokolun 21-ci səhifəyədək rayonun ayrı-ayrı sovxozların və təsərufatların qərarları təsdiq edilmiş olsa da, 21-ci səhifədə Mirzəmməd və Aqbil kənd sakinlərin, 29-cü səhifədə Xucbala kənd sakinlərin, 30-31-ci səhifəsində Aşağı Xuc kənd sakinlərin, 33-də Vəlvələ kənd sakinlərin, 36-39-cu səhifələrində Aşağı Atuc kənd sakinlərin, 40-cı səhifəsində 2-ci Nüqədi kənd sakinlərin, 53-cü səhifədə Vladimirovka kənd sakinlərin(sakinlərin hər birinin adı,soyası və ata adı göstərilməklə) mülkiyyətlərinə əmlak və pay torpaqların verilməsi haqda yerli kənd nümayəndəliklərin AİK qərarları təsdiq edilmişdir. Lakin istinad edilmiş 55 səhifədən ibarət Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 04 saylı protokolda X21 mülkiyyətinə Quba rayonu Digah kəndində 0,21 ha torpaq sahəsinin verilməsi haqda hər hansı bir məlumat və ya qərar təsdiq edilməmişdir. Edilə də bilməzdi, çünki X31 1980-ci ildən Quba rayonu Digah kənd sakini olmamış, həmin kənddə qeydiyyatda olmamış, yaşamış, daimi qeydiyyatda olmaqla Bakı şəhərində yaşamışdır. Belə olduğu halda, iddia tərəfi tamamilə əsaslı olaraq X26 münasibətdə Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 04 saylı protokolda Quba rayonu Digah kəndində 0,21 ha torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair məlumat və qeyd öz təsdiqini tapmadığından, həmin qərarı mübahisələndirməyə lüzum görməmiş və ona münasibətdə mövcud olmayan qərara istinad edilərək verilmiş Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD 30327028 saylı şəhadətnamənin ləğv edilməsini tələb etməkdə haqlı olmuşdir. Məhkəmənin "xxxx"MMC-nin xx.xx.2022-ci il tarixli məktubu və həmin məktuba əlavə edilmiş sənədlərlə Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 04 saylı qərarı aşkar edilməsə də, qərardadda Quba rayon Digah kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahılarında 399-cü nömrə ilə X21 adı qeyd edilməsi, həmin cədvəlin ikinci vərəqəsində X24-həyətyanı torpaq sahəsi 0,21 ha “və cədvəlin yuxarı hissəsidə əlyazma ilə “03 may 1997-ci il tarixli 04 nömrəli” qeyd aparıldığını əsas götürməklə həmin qeydin Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 04 saylı qərarı əsasında aparılmasına dair gəldiyi nəticə əsaslı və qanunun tələblərinə uyğun hesab edilə bilməz. İlk növbədə ona görə ki, AİK-ın sədri tərəfindən təsdiq edilmiş siyahılar və cədvəllər hüquqverici və ya hüquqmüəyyənedici aktlar hesab edilmədiyindən, həmin sənədlər əsasında vətəndaşların mülkiyyətinə torpaq sahələrin verilməsi qanunla nəzərdə tutulmamışdır. Belə bir siyahıda X21 adının mövcud olması, bu hal AİK-nın qərarında öz əksini tapmaması birmənalı olaraq axırıncının adına verilmiş Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD 30327028 saylı şəhadətnamənin əsassızlığına dəlalət edir. Digər tərəfdən "xxxx"MMC-nin xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş 1-ci sənədə diqqət yetirsək məlum olur ki, X21 adı qeyd edilmiş cədvəl Quba rayon AİK-nın sədrinin adı, soyadı və ata adı göstərilməmiş, yalnız imzası icra edilmiş, günü, ayı göstərilməmiş, yalnız 1999-cu ili qeyd edilmiş cədvəlin surəti iş üzrə sübut kimi qəbul edilməməlidir. Məlum məsələdir ki, X21 adına 1999-cu ildə tərtib edilmiş cədvəl axırıncıya iki il əvvəl Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 04 saylı qərarı əsasında mülkiyyətə torpaq sahəsinin verilməsi üçün əsas kimi qəbul edilə bilməz. Həmin məktuba əlavə edilmiş xx.xx.2002-ci ildə tərtib edilmiş 2-ci sənədə gəldikdə isə həmin sənəddə həyətyanı torpaq sahəsi 0,21 ha torpaq sahəsinin X24 ayrılması və cədvəlin yuxarı hissəsidə əlyazma ilə Qacar –Qonaqkənd, əkin-6.4430,cox.ək2.0626, “03 may 1997-ci il tarixli 04 nömrəli” qeyd aparıldığı müəyyən edilir. Belə olduğu halda, X19 adına xx.xx.2002-ci ildə tərtib edilmiş, cədvəlin yuxarı hissəsidə əlyazma ilə Qacar –Qonaqkənd, əkin-6.4430,cox.ək-2.0626, “03 may 1997-ci il tarixli 04 nömrəli” qeyd aparılmış sənədin X26 heç bir aidiyyatının olmaması müəyyən edilir. Ən başlıcası isə odur ki, məhkəməyə təqdim edilmiş rəsmi sənədlərlə də təsdiq olunmuşdur ki, X8 rayonu, Digah kəndindən qeydiyyatdan çıxmaqla 1980-ci ildən Rusiyanın Surqut şəhərində yaşamış, daha sonra isə Bakı şəhərinə qayıdaraq 2011-ci ildə vəfat edənədək əvvəl Bakı şəhəri, Vəzirov küçəsi 29da, daha sonra isə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr-n, İ.Məmmədov küçəsi, ev 209, 60 saylı mənzildə qeydiyyatda olmaqla yaşamış, mübahisə edilən 0,21 ha torpaq sahəsi o vaxtdan bu günədək iddiaçının istifadəsində və sahibliyindədir, 2019-cu ilədək bütün əmlak vergiləri onun tərəfindən ödənilmişdir. Bakı şəhərində qeydiyyatda olmaqla yaşayan X26 AİK-nın qərarı ilə həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsi qanunauyğun sayıla bilməz. Odur ki, birinci instansiya məhkəməsinin AR İPM-nin 2.2.1,32.1, 35.1-ci maddələrinin tələblərinə düzgün istinad edilmədən gəldiyi nəticə əsaslı və qanuni sayıla bilməz. Bu əsasla da qəbul edilmiş qərardad qanunsuz və əsassız hesab edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi və bildirdi ki, apellyasiya məhkəməsi tərəfindən islahat zamanı torpaq payı alan subyektlərin adlı siyahısının tələb edilməsi barədə göstəriş verilsə də, birinci instansiya məhkəməsi tərəfindən müvafiq siyahı tələb edilməmişdir. Müvafiq şəhadətnamənin verilməsinə dair AİK-nin qərarı, adlı siyahısı, cədvəli mövcud deyildirsə, həmin qərarı mübahisələndirə bilməzlər. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxslər və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə üçüncü şəxslər və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək hazırki iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərardadını onunla əsaslandırmışdır ki, istinad olunan Aqrar İslahat Komissiyasının qərarı ayrı-ayrı sovxozlar, təsərrüfatlar və s.X20nın qərarlarıın təsdiq edilməsi barədə olmaqla vətəndaşların adlı siyahısı həmin qərara əlavə edilməmişdir. Bununla yanaşı "xxxx" MMC-nin təqdim etdiyi cədvəllə əlaqədar məhkəmə belə qənaətə gəlir ki, həmin qeyd AİK-nın qərarına əsasən aparılmışdır və şəhadətnamədən əvvəl həmin qərar mübahisələndirilməlidir. Bununla bağlı məhkəmə Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçının nümayəndəsinə hüquqi yardım göstərərək iddia tələbinin dəqiqləşdirilməsi, yəni Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli 4 saylı qərarını həmin hissədə mübahisələndirməyi təklif etmişdir. Lakin iddiaçının nümayəndəsi həmin qərarda A.Mirzəxanov barəsində hər hansı məlumatın, qeydin olmamasına istinad edərək həmin qərarın mübahisələndirilməsinin əhəmiyyətsiz olduğunu bildirmiş və torpağa mülkiyyət hüququna dair şəhadətnamənin ləğv edilməsinə dair iddia tələbində israrlı olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: İddia tələbi X21 adına tərtib edilmiş Quba rayonu Digah kəndində yerləşən 0,21 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD 30327028 saylı şəhadətnamənin ləğv edilməsi barədədir. İş materiallarında olan JN-399FA seriyalı KOD 30327028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 04 saylı, 03 may 1997-ci il tarixli qərarına əsasən 0,21 ha torpaq sahəsi X21 mülkiyyətinə verilmişdir. "xxxx" MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 14 dekabr 2021-ci il tarixli, **********10 saylı məktubla təqdim edilmiş sənəddən görünür ki, Quba rayon Aqrar İslahatı Komissiyasının sədri tərəfindən təsdiq edilmiş Quba rayonunun Digah kəndində vətəndaşların mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin 399-cu bəndində X21 adı qeyd edilmiş və ona 0,21 ha torpaq sahəsi ayrıldığı göstərilmişdir. Apellyasiya instansiyasında birinci icraat zamanı məhkəmə Quba rayonunun Digah kəndində vətəndaşların mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvələ əsasən, X26 islahat zamanı 0,21 ha torpaq sahəsinin ayrıldığının qeyd edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən bu istiqamətdə əlavə araşdırma aparılmamasına istinad etmiş və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan halları araşdırılmaq məqsədilə "xxxx" MMC-yə təkrar sorğu ilə müraciət edilməklə Quba rayonu Digah kəndinin həyətyanı torpaq sahəsinə dair subyektlərin adlı siyahısının tam mətni və həmin siyahının tərtib edilməsinə əsas olan Aqrar İslahat Komissiyasının qərarı tələb edilməli, Dövlət Arxivinə sorğu edilərək, 1997-ci il tarixdə Quba rayonu Digah kəndində aqrar islahatın aparılması ilə bağlı yerli aqrar islahat komissiyasının qərarı və islahat zamanı torpaq payı alan subyektlərin adlı siyahısı, o cümlədən Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 04 saylı qərarının tam mətninin arxiv surəti tələb edilməlidir. Bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən müvafiq sorğular verilmiş və aşağıdakılar müəyyən edilmişdir: -"xxxx" MMC xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirmişdir ki, Mərkəzin arxivində aparılmış araşdırma nəticəsində Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 04 saylı qərarı aşkar edilməmişdir; Quba rayonu Digah kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahılarından (əlyazma və elektron) X21 adı qeyd edilmiş hissədən çıxarış təqdim edilmişdir. Həmin cədvəldən çıxarışda “X28– həyətyanı torpaq sahəsi 0.21 ha” və cədvəlin yuxarı hissəsində əlyazma ilə “03 May 1997ci il tarixli 04 N-li” qeyd edilmişdir. -X40 filialı Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli 04 saylı iclas protokolunda Quba rayonu Digah kəndində X21 adına 0.21 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair hər hansı məlumatın olmamasını və protokola heç bir sənədin əlavə edilmədiyini bildirmişdir. -X40 filialı Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli 04 saylı iclas protokolunun tam mətnini məhkəməyə təqdim etmişdir. Məhkəmə adı çəkliən sənədləri sadalamaqla qeyd etmişdir ki, istinad olunan Aqrar İslahat Komissiyasının qərarı ayrı-ayrı sovxozlar, təsərrüfatlar və s.X20nın qərarlarının təsdiq edilməsi barədə olmaqla vətəndaşların adlı siyahısı həmin qərara əlavə edilməmişdir. Məhkəmə "xxxx" MMC-nin təqdim etdiyi cədvəllə əlaqədar belə qənaətə gəlmişdir ki, həmin qeyd AİK-nın qərarına əsasən aparılmışdır və şəhadətnamədən əvvəl həmin qərar mübahisələndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin müvafiq sənədlərinə istinad olunsa da, məhkəmə iddianı mümkün saymamaqla səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə qeyd etmişdir ki, Aqrar İslahat Komissiyasının qərarı ayrı-ayrı sovxozlar, təsərrüfatlar və s.X20nın qərarlarının təsdiq edilməsi barədə olmuşdur. Belə olan halda, X26 Quba rayonu Digah kənd sovxozunda torpaq sahəsinin ayrılması halı araşdırılmalı, müvafiq sovxozda şəxsə torpaq sahəsinin ayrılması, sovxozun qərarı ilə ayrılmış torpaq sahələri ilə bağlı adlı siyahıda üçüncü şəxsin adının olması müəyyən olunarsa, bu hal AİK-nın qərarının mübahisələndirilməsi üçün əsas ola bilər. Məhkəmə kollegiyası hesab edir ki, bu hal birinci instansiya məhkəməsi tərəfindən bir daha araşdırılmalı, işin həmin halına bir daha qiymət verilməlidir. Belə ki, yalnız bu halda birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü məsələsinə baxıla bilər. Bundan başqa, kollegiya qeyd edir ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş cədvəldə üçüncü şəxsin adının olması onu deməyə əsas verir ki, həmin siyahıda adına şəhadətnamə verilmiş vətəndaşların adları qeyd olunmuşdur. Yəni həmin siyahı hansı vətəndaşlara şəhadətnamə verilməsini təsdiq etmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən aidiyyəti inzibati orqanlara və arxiv idarəsinə müvafiq sorğular ünvanlanmış, həmçinin tərəflərin izahatları alınmış və X26 şəhadətnamənin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarında Digah kənd sovxozu, üçüncü şəxs barədə məlumatlar aşkarlanmamışdır. Kollegiya qeyd edir ki, bu halın araşdırılaraq təsdiqlənməsi, yəni Aqrar İslahat Komissiyasının Digah kənd sovxozu ilə bağlı qərarının olmaması isə şəhadətnamənin mübahisələndirilməsi üçün əsas ola bilər. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (maddə 12.2). Həmin Məcəllənin tələblərinə sasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM-nin 58.7 və 68.2-ci maddələri). Göründüyü kimi, məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. Qeyd olunmalıdır ki, obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə məhkəmə sənədlərin, faktların və digər mübahisəli halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. Beləliklə, kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların xidməti vəzifəsinə görə araşdırılmaması, məhkəmə qərarının məhkəmə icraatında tədqiq olunmamış faktlar və sübutlarla əsaslandırılması iş üzrə məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu ciddi prosessual pozuntular kimi qiymətləndirilməli və İPM-nin 87.7, 87.7.1-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmənin qərarı ləğv edilərək iş həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2-1(118)-1101/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Torpaq sahəsinə dair mülkiyyət hüququnun verilməsinə dair şəhadətnamənin ləğv edilməsi” tələbinə dair inzibati mübahisə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar