Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-415/2025 06.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə (Açar sözlər:əlavə vergi məbləğinin hesablanması barədə qərarın ləğv edilməsi) Sədrlik edən və məruzəçi hakim X6, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-817/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 14 aprel 2021-ci il tarixli, 57/21 nömrəli müqavilədən görünür ki, satıcı "xxxx" MMC müqaviləyə 1 saylı əlavədə qeyd olunan 17.700 manat dəyərində malı alıcı İddiaçı satmağı, alıcı isə həmin malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin 14 aprel 2021-ci il tarixli, GDĞ seriyalı, 186673 nömrəli “Kassa mədaxil orderi”ndən görünür ki, İddiaçı 17.700 manat məbləğində pul ödəmişdir. 10 yanvar 2022-ci il tarixli, ZB-01/22 nömrəli “Qiymətləndirmə haqqında müqavilə”dən görünür ki, sifarişçi İddiaçı sifariş verir, icraçı "xxxx" MMC isə müqavilənin şərtlərinə, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi sənədlərə uyğun olaraq VOLVO BL61 markalı ekskavatorun nizamnamə kapitalına əlavə olunması üçün qiymətlərin müəyyən edilməsi xidmətlərini göstərir. Göstərilmiş xidmətlərin dəyəri 1.500 manat məbləğində müəyyən edilmişdir. "xxxx" MMC-nin 14 yanvar 2022-ci il tarixli, ZB-01/22 nömrəli “Qiymətləndirilmə ilə bağlı rəy”indən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən İddiaçı məxsus VOLVO VL61 markalı, qeydiyyat nömrəsi 54BA081, buraxılış ili 2012-ci il, mühərrik nömrəsi 3433156, şassi nömrəsi VCE00011555, mühərrik gücü 64,0, san rəngli ekskavatorun təyinatı üzrə istismarda olması, buraxılış ili və faktiki vəziyyəti, mövcud qüsurları nəzərə alınmaqla hazırkı orta bazar qiymətləri ilə dəyərinin ümumi məbləği - 42.300 manat müəyyən edilmişdir. “Malların alqı-satqısı haqqında” 1 may 2022-ci il tarixli, 22/ZB-001 nömrəli müqavilədən görünür ki, satıcı X10 müqavilənin ayrı-ayrı sifarişlər formasında tərəflər arasında rəsmiləşdirilən əlavələrində göstərilən malları razılaşdırılmış çeşiddə, miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcı İddiaçı satmağı, alıcı isə həmin malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 1 may 2022-ci il tarixli, 22/ZB-001 saylı “Alqı-satqı müqaviləsi” üzrə 1 may 2022-ci il tarixli “Əlavə Şərtlər və X1”ndan görünür ki, həmin alqısatqı müqaviləsinə əsasən satıcının alıcıya təqdim edəcəyi malın həcmi 20.200 miqdarda, 0,10 manat vahid qiymətində, cəmi 2.020 manat dəyərində razılaşdırılmışdır. 26 may 2022-ci il tarixli, **********1 nömrəli “Satış qaiməsi”ndən görünür ki, 404 manat məbləğində mal satılmışdır. 1 may 2022-ci il tarixli, 22/ZB-001 saylı “Alqı-satqı Müqaviləsi” üzrə 1 iyun 2022-ci il tarixli “Əlavə Şərtlər və X1”ndan görünür ki, həmin alqısatqı müqaviləsinə əsasən satıcının alıcıya təqdim edəcəyi malın həcmi 18.600 miqdarda, 0,10 manat vahid qiymətində, cəmi 1.860 manat dəyərində razılaşdırılmışdır. 24 iyun 2022-ci il tarixli, **********2 nömrəli “Satış qaiməsi”ndən görünür ki, 372 manat məbləğində mal satılmışdır. 1 may 2022-ci il tarixli, 22/ZB-001 saylı “Alqı-satqı müqaviləsi” üzrə 25 iyun 2022-ci il tarixli “Əlavə Şərtlər və X1”ndan görünür ki, həmin alqı-satqı müqaviləsinə əsasən satıcının alıcıya təqdim edəcəyi malın həcmi 22.400 miqdarda, 0,10 manat vahid qiymətində, cəmi 2.240 manat dəyərində razılaşdırılmışdır. 28 iyun 2022-ci il tarixli, **********6 nömrəli “Satış qaiməsi”ndən görünür ki, 448 manat məbləğində mal satılmışdır. 1 may 2022-ci il tarixli, 22/ZB-001 saylı “Alqı-satqı müqaviləsi” üzrə 1 iyul 2022-ci il tarixli “Əlavə Şərtlər və X1”ndan görünür ki, həmin alqısatqı müqaviləsinə əsasən satıcının alıcıya təqdim edəcəyi malın həcmi 18.850 miqdarda, 0,10 manat vahid qiymətində, cəmi 1.885 manat dəyərində razılaşdırılmışdır. 21 iyul 2022-ci il tarixli, **********8 nömrəli “Satış qaiməsi”ndən görünür ki, 377 manat məbləğində mal satılmışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 19 dekabr 2023cü il tarixli, **********321300 nömrəli 2022-ci il hesabat dövrü üzrə qərardan görünür ki, təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 4.460,42 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 19.670,68 manat, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 15.210,26 manat olaraq göstərilmişdir. Uçotbaza məlumatlarına əsasən 2022-ci il ərzində 80.820,9 manat dəyərində müxtəlif adda xidmət, 13.600 manat dəyərində acid oil, 6.600,00 manat dəyərində icarə haqqı qaiməsi təqdim edilən, müvafiq dövr üzrə idxal və ya əldə etdiyi elektron qaimə-fakturanın olmadığı, təsərrüfat subyektinin olmaması və Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 130.1-ci maddəsinə əsasən, gəlir və xərclərin uçotunu bu Məcəllədə nəzərədə tutulan qaydada aparmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş 12 fevral 2024-cü il tarixli, **********376100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərardan görünür ki, iddiaçı barəsində 13.710,26 manat əlavə vergi məbləği və sığorta haqqı hesablanmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş **********321300 nömrəli, 19 dekabr 2023-cü il tarixli qərarın ləğv edilməsi və iddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh orqanın 12 fevral 2024-cü il tarixli, **********376100 nömrəli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, fiziki şəxs vergi ödəyicisi kimi, dövlət qeydiyyatına alınmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Dövlət qeydiyyatına alındığı tarixdən fəaliyyətini Azərbaycan Respublikası qanunvericiliyinin, o cümlədən vergi qanunvericiliyinin tələblərinə uyğun həyata keçirmiş, dövlət büdcəsi qarşısındakı vergi öhdəliklərini vaxtında və dəqiq yerinə yetirmişdir. Buna baxmayaraq, cavabdeh vergi orqanı tərəfindən kameral yoxlama nəticəsində 19 dekabr 2023-cü il tarixdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********321300 nömrəli qərarla iddiaçıya 2022-ci il hesabat dövrü üçün 15.210,26 manat əlavə gəlir vergisi məbləği hesablanmışdır. Qeyd edilir ki, cavabdeh vergi orqanı mübahisələndirilən qərarını əsaslandırarkən gətirdiyi dəlillər həqiqəti əks etdirmir. Belə ki, cavabdeh vergi orqanı tərəfindən vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyətlə bağlı əlavə məlumat, sənəd və izahat tələb olunduqdan sonra qanunla müəyyən edilmiş müddət ərzində uyğunsuzluğa dair sənədlər və yazılı izahat təqdim edilmişdir. Eyni zamanda, yazılı izahatda işin faktiki halları cavabdeh vergi orqanının nəzərinə çatdırılaraq bildirilmişdir ki, iddiaçı və X10 arasında bağlanmış 1 may 2022-ci il tarixli, 22/ZB-001 saylı alğı-satqı müqaviləsinə əsasən həmin şəxsdən vahidinin dəyəri 0,10 manat olmaqla, müxtəlif vaxtlarda ümumilikdə 80.050 kq Acid Oil (Sabun xammalı) almışdır. Həmin şəxsdən aldığı 80.050 kq Acid Oil (Sabun xammalı)nın 80.000 kq hissəsini vahidinin dəyəri 0,17 manat olmaqla, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 27 iyun 2022-ci il tarixli, A100-22 malların alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-yə topdansatış qaydasında, 50 kq qalıq hissəsini isə pərakəndəsatış qaydasında digər şəxsə təqdim etmişdir. 2022-ci il ərzində mülkiyyətində olan ekskavatorlar vasitəsilə vergi ödəyicilərinə 80.820,90 manat ekskavator xidməti göstərmiş və iddiaçıya məxsus konteynerin icarəyə verilməsindən 6.600 manat gəlir əldə etmişdir. Mülkiyyətində olan CAT428E markalı, 10BC179 dövlət qeydiyyat nömrəli ekskavatoru iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 14 aprel 2021-ci il tarixli, 57/21 nömrəli alğı-satqı müqaviləsinə əsasən 17.700 manat dəyərində əldə etmişdir. Mükiyyətində olan VOLVO BL markalı, 54BA081 dövlət qeydiyyat nömrəli digər ekskavator 14 yanvar 2022-ci il tarixli, ZB-01/22 saylı "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirilmə ilə bağlı rəyə əsasən 43.200 manat dəyərində qiymətləndirilmişdir. 2022-ci il ərzində sahibkarlıq fəaliyyəti məqsədilə istifadə etdiyi mülkiyyətində olan həmin ekskavatorların ümumi 60.000 manat dəyəri 2022-ci il üzrə gəlir vergisi bəyannaməsinin 1 saylı Əlavəsinin 1.1.3-cü sətrinin “daxil olmuşdur” sütununda qeyd edilmişdir. 2021-ci il ərzində əldə etdiyi 2 ədəd özügedən frontal yükləyici ekskavator, yəni, SDLG 956 L markalı, 10H784 dövlət qeydiyyat nişanlı özügedən frontal yükləyici ekskavatoru, SDLG 956 L markalı, 10D731 dövlət qeydiyyat nişanlı özügedən frontal yükləyici ekskavatoru uyğun olaraq 45.000 manat dəyərində X7, 25.000 manat dəyərində X5 təqdim etmişdir. 2022-ci il ərzində gəlir əldə etmək məqsədilə istismar etdiyi mülkiyyətində olan ekskavatorlara Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 114-cü maddəsinə əsasən amortizasiya xərcləri hesablamışam. Qeyd etdiklərinə əsasən bildirilir ki, VM-in 130.1-ci maddəsinə əsasən ona məxsus gəlir və xərclər sənədləşdirilmiş və buna görə də həmin Məcəllənin 102.1.30cu maddəsinə əsasən vergi tutulan gəlirə 75% güzəşt tətbiq edilməli və fəaliyyətini riskli vergi ödəyicisinin və riskli əməliyyatların meyarlarına uyğun olmadığı üçün riskli vergi ödəyiciləri siyahısından çıxarılmalıdır. Cavabdeh vergi orqanının kameral qaydada əlavə vergi məbləğinin hesablanması barədə mübahisələndirilən qərarı vergi qanunvericiliyinin, habelə “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulması ilə qəbul edildiyindən inzibati məhkəmə icraatı qaydasında ləğv edilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlillər Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, iddiaçının dəlillərinin əsassızlığını sübut etməkdən ötrü vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlamasına nəzər yetirmək zəruridir. Cavabdeh vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlaması zamanı müəyyən edilmiş hallardan görünür ki, iddiaçı tərəfindən (VÖEN **********) vergi orqanında 22 dekabr 2023-cü il tarixdə təqdim edilmiş 2022-ci ilin Gəlir vergisinin dəqiqləşdirilmiş bəyannaməsində, bəyannamənin 1223-cü sətrində (“ümumi gəlirlər”) dövr üzrə ümumi gəlirinin 164.429,40 manat olması, o cümlədən bəyannamənin 1200-cü sətrində həmin dövriyyənin 94.429,40 manatının “Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir”-ə, 1201-ci sətrində 70.000 manatının “Amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir”-ə aid edildiyini, bəyannamənin 1238-ci sətrində (“cəmi xərclər”) dövr üzrə ümumi xərclərinin 83.701 manat olduğunu, o cümlədən bəyannamənin 1226.3-cü sətrində bu xərclərin 8.005 manatının “Xammal və materiallar”-a aid edildiyi, 75.000 manatının 1231.3-cü sətrində “Nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya” aid edildiyini, beləliklə bəyannamənin 1241-ci sətrində “Vergiyə cəlb olunan gəlir”nin 80.728,4 manat olduğunu, 2022-ci il üzrə vergiyə cəlb olunan gəlirindən (80.728,4 manat) 60.546,3 manatını bəyannamənin 3 nömrəli Əlavəsinin (“Gəlirlər üzrə azadolmalar və güzəştlər barədə”) 34-cü sətrində “Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarın sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi”-nə daxil edərək, bəyannamənin 1245-ci sətrində (“Vergiyə cəlb olunan gəlirlər üzrə güzəştlər və keçmiş illərin zərəri çıxılmaqla vergiyə cəlb olunan gəlirlər”) vergiyə cəlb olunan gəlirinin 20.182,1 (80.728,4 – 60.546,3 = 20.182,1) manat, 1248-ci sətrində (“ödənilməli gəlir vergisi”) büdcəyə ödənilməli gəlir vergisinin 4.036,42 manat olduğunu bəyan etmişdir. Təqdim olunan 2022-ci ilin Gəlir vergisi bəyannaməsi üzrə vergi orqanı tərəfindən X3 Sistemi (bundan sonra - AVİS) vasitəsilə elektron qaydada kameral vergi yoxlaması keçirilən zaman bəyannamədə elektron uyğunsuzluq aşkar edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən bəyannamənin 1226.3-cü sətrinə (“Xammal və materiallar”) daxil edilmiş 8.005 manat xərc məbləğinin sənədlərlə (idxal, eqaimə və ya alış aktlarının olmaması) təsdiq edilmədiyi aşkar edilmişdir. Kameral vergi yoxlaması çərçivəsində aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 8.005 manat dəyərində əldə edilmiş (sənədlərlə təsdiq edilməyən) mallar (sabun xammalı) 8 iyul 2022-ci il tarixdən 5 avqust 2022-ci il tarixədək ümumilikdə 13.600 manat dəyərində “Acid oil” adlı məhsul təqdim edilmişdir. Təqdim olunan mallar vergi ödəyicisinin alışı və idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyat riskli hesab edilmiş və Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci yarımbəndinə (bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda) uyğun olaraq vergi orqanının 13 oktyabr 2022-ci il tarixli, **********851600 nömrəli qərarına əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilrərək, riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir. Vergi ödəyicisi tərəfindən aparılmış həmin əməliyyatların qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinin və riskli halların cəmiyyətin nümayəndəsinin iştirakı ilə araşdırılması üçün aparılmış əməliyyatlar barədə məlumatları və təsdiqedici sənədlərin lazımi qaydada təsdiq edilmiş surətlərini 3 iş günü ərzində qeydiyyatda olduğu vergi orqanına təqdim etməsi barədə vergi ödəyicisinə “İnzibati icraatda iştirakın təmin edilməsi haqqında” 29 avqust 2022-ci il tarixli, **********824600 nömrəli məktub (əlavə olunur) göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara dair müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyindən yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Vergi ödəyicisi VM-in tələblərinə zidd olaraq bəyannamədə 2022-ci il üzrə vergiyə cəlb olunan gəlirindən (80.728,4 manat) 60.546,3 manatını bəyannamənin 3 nömrəli Əlavəsinin (“Gəlirlər üzrə azadolmalar və güzəştlər barədə”) 34-cü sətrində “Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarın sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi”-nə daxil edərək vergiyə cəlb olunan gəlirinin 20.182,1 (80.728,4 – 60.546,3 = 20.182,1) manat olduğunu bəyan etmişdir. Qanunvericilik normalarının əlaqəli təhlilindən aydın olur ki, vergi ödəyicisi o halda VM-in 102.1.30-cu maddəsində nəzərdə tutulmuş 75 faiz güzəşt hüququndan istifadə edə bilər ki, vergi tutulan gəlirin dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında, eyni zamanda həm gəlirlərinin, həmdə xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu (Fərmanla təsdiq edilmiş uçot qaydalarına uyğun olaraq) aparsın. Lakin vergi ödəyicisi tərəfindən uçot qaydalarına zidd olaraq alınan malların bir qismi sənədləşdirilməmiş, sənədləşdirilmədiyi halda xərc kimi bəyan edilərək, əsassız olaraq VM-in 102.1.30-cu maddəsində nəzərdə tutulmuş 75 faiz güzəşt hüququ tətbiq edilərək bəyannamə təqdim edilmişdir. VM-in 109.9- cu maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Beləliklə, kameral vergi yoxlaması ilə bağlı yaranmış kənarlaşmalar haqqında vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 25 dekabr 2023-cü il tarixli, **********023300 nömrəli məktub (etiraza əlavə olunur) göndərilərək yoxlamanın başa çatdırılması üçün vergi ödəyicisindən dəqiqləşmiş “Gəlir vergisi bəyannaməsi” və təsdiqedici sənədlər əlavə olunmaqla izahat məktubunun 5 gün ərzində vergi orqanına təqdim olunması tələb olunmuş, lakin vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi və ya müvafiq izahat məktubu vergi orqanına təqdim edilmədiyindən, müvafiq dövr (2022-ci il üzrə) üçün kameral vergi yoxlaması başa çatdırılmaqla 13.710,26 manat (164.429,4 – 75.696 = 88.733,4 * 20% =17.746,68 – 4.036,42 (vergi ödəyicisi tərəfindən bəyan edilən mənfəət vergisi) = 13.710,26) əlavə gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 12 fevral 2024-cü il tarixdə **********376100 nömrəli Qərar qəbul olunaraq iddiaçıya göndərilmişdir. Vergi ödəyicisi tərəfindən vergi orqanına ünvanlanmış 2 iyun 2023-cü il tarixli, **********218300 nömrəli məktubda əvvəlcə (əlavə olunur) yağların (13.600 manat dəyərində “Acid oil” adlı məhsul) tullantı yerlərindən yığdığını, buna görə də e-qaimə və alış aktı almağının mümkün olmadığını qeyd etsə də, 13 noyabr 2023-cü il tarixli, **********346000 nömrəli izahat məktubunda isə malların alınmasına dair fiziki şəxs ilə aralarında bağlanmış müqavilə, qiymət protokolu və təhvil-təslim aktları təqdim edərək, guya ki, qeyd olunan malların həmin şəxsdən aldığını bildirmişdir. Nəticədə təqdim edilmiş məlumatlar arasında ziddiyyət yarandığı müəyyən edilmişdir. Həmçinin, vergi ödəyicisi tərəfindən məhkəməyə iddiaçı və X10 arasında bağlanmış “Malların alqı-satqısı haqqında” 1 may 2022-ci il tarixli müqavilə, müqavilə üzrə X1 və təhvil təslim aktları təqdim edilmişdir. Protokol və təhvil-təslim aktlarında X10 tərəfindən iddiaçıya 8.005 manat dəyərində “Acid olil (sabun xammalı)” adlı malların satıldığı və təhvil verildiyi qeyd olunmuşdur. Müqavilədə satıcı qismində çıxış edən X10 vergi orqanında uçotda olmayan (VÖEN-i yoxdur) şəxsdir. Beləliklə, iddiaçı və X10 arasında bağlanmış 8.005 manat dəyərində “Acid olil (sabun xammalı)” adlı malların alışına dair “Malların alqı-satqısı haqqında” 1 may 2022-ci il tarixli müqavilə, elektron alış aktları ilə rəsmiləşdirilmədiyindən gəlirdən çıxılan xərclərə aid edilə bilməz. Vergi orqanı tərəfindən iddiaçı barəsində aparılmış kameral vergi yoxlaması tam qanuni və əsaslı olmuş, iddiaçı əsaslı olaraq riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir. Bütün bu hallar vergi orqanı tərəfindən hərtərəfli araşdırılmış və işdə olan mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-817/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 12 fevral 2024-cü il tarixli, **********376100 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı topdansatış və pərakəndəsatış həyata keçirmiş, ekskavator xidməti göstərməklə ona məxsus konteynerin icarəyə verilməsindən gəlir əldə etmişdir və s. Əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. 64. Deməli, əmtəəsiz əməliyyatların iki xüsusiyyəti eyni vaxtda olmalıdır. Həm başqa əməliyyatı pərdələmək məqsədilə aparılmalı, həm də faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədi daşımalıdır. Hazırki iş üzrə cavabdeh orqan VM-in 109.9-cu maddəsinə istinad etsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 2-1(102)- 2208/2023 saylı qərarında qeyd edilən inzibati orqan tərəfindən lazımi araşdırma aparılmasını təsdiq edən materialları məhkəməyə təqdim etmədiyi üçün, “başqa əməliyyatı pərdələmək məqsədilə aparılma və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədi daşıma” halının olmasını məhkəmə araşdırması zamanı müəyyənləşdirmək mümkün olmamışdır. Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan imkanlardan istifadə etmək vergi orqanının hüququdur. Vergi ödəyicisi həmin maddənin müddəalarına uyğun özünə vergi hesablaya bilməz. Qeyd edildiyi kimi, vergi ödəyicisinin vəzifəsi gəlir və xərclərin düzgün uçotunun aparılmasıdır. Odur ki, iddiaçının 90.000 manat gəlirə şərti rentabellik norması tətbiq etməklə gəlir vergisi hesablaması düzgün olmamışdır. Bununla belə qeyd edilməlidir ki, iddiaçı hazırda mübahisələndirmə haqqında iddia qaldırmışdır. Mübahisələndirmə haqqında iddia növündə olan işlərdə isə inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul olunmasını zəruri faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Vergi orqanının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 12 fevral 2024- cü il tarixli, **********376100 nömrəli Qərar elektron üsulla Dövlət Vergi Xidmətinin elektron informasiya sistemində yaradılmış vergi ödəyicisinin elektron kabinetinə xx.xx.2024-cü il tarixdə göndərilmiş, həmin qərar elektron kabinetdə xx.xx.2024-cü il tarixdə saat 16:38:25-də oxunmuşdur (Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat əlavə olunur). Beləliklə, Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə uyğun olaraq həmin qərar 3 iş günü keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə rəsmi qaydada çatdırılmış hesab edilməlidir. Göründüyü kimi vergi orqanının qərarında şikayət verilmə müddətinin axımı xx.xx.2024-cü il tarixdə başlamış və müddətin axımı xx.xx.2024-cü il tarixdə saat 12:00-da başa çatmışdır. Beləliklə, iddia ərizəsinin dəqiqləşdirilməsi barədə vəsatətin xx.xx.2024-cü il tarixdə məhkəməyə verildiyini nəzərə alsaq iddiaçı inzibati qərar ona rəsmi təqdim edildiyi vaxtdan təxminən 3 ay 23 gün keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Tərəflərindən məhkəməyə “İddia müddətinin tətbiq edilməsi və iddianın mümkünlük məsələsinə dair” xx.xx.2024-cü il tarixli **********545100 nömrəli vəsatət təqdim edilmiş, lakin vəsatətə məhkəmə tərəfindən münasibət bildirilməyərk, məhkəmə iddiaçıdan müddətin bərpası barədə ərizə alaraq, heç bir üzürlü əsas olmadan (məhkəmə iclasda bildirdi ki, iddiaçı məhkəmə icraatının gedişində müddəti buraxmışdır və bu üzürlü hal hesab edilməldir) buraxılmış müddəti bərpa edərək bu barədə qərardad qəbul etdi. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)- 3058/2024 nömrəli qərardadını qanunsuz və əsassız hesab edirlər. Məhkəmənin bu qaydada iddianı icraata qəbul edərək mahiyyəti üzrə işə baxması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1036/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərarı və 2-1(102)- 1036/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli Qərarındada (məruzəçi hakim Nigar Rəsulbəyova) formalaşdırılmış hüquqi mövqelərə ziddir. Təqdim olunan 2022-ci ilin Gəlir vergisi bəyannaməsi üzrə vergi orqanı tərəfindən X3 Sistemi (bundan sonra - AVİS) vasitəsilə elektron qaydada kameral vergi yoxlaması keçirilən zaman Bəyannamədə elektron uyğunsuzluq aşkar edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən Bəyannamənin 1226.3-cü sətrinə (“Xammal və materiallar”) daxil edilmiş 8005 manat xərc məbləğinin sənədlərlə (idxal, e-qaimə və ya alış aktlarının olmaması) təsdiq edilmədiyi aşkar edilmişdir. Kameral vergi yoxlaması çərçivəsində aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 8005 manat dəyərində əldə edilmiş (sənədlərlə təsdiq edilməyən) mallar (sabun xammalı) xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə 13600,00 manat dəyərində “Acid oil” adlı məhsul təqdim edilmişdir. Təqdim olunanmallar vergi ödəyicisinin alışı və idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyat riskli hesab edilmiş və Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci yarımbəndinə (bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda) uyğun olaraq vergi orqanının xx.xx.2022-ci il tarixli **********851600 nömrəli Qərarına əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilərək, riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir (Qərar iş materiallarına əlavə edilmişdir). Vergi ödəyicisi Vergi Məcəlləsinin tələblərinə zidd olaraq Bəyannamədə 2022-ci il üzrə vergiyə cəlb olunan gəlirindən (80 728,4 manat) 60 546,3 manatını Bəyannamənin 3 №-li Əlavəsinin(“Gəlirlər üzrə azadolmalar və güzəştlər barədə”) 34-cü sətrində “Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarın sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi”-nə daxil edərək vergiyə cəlb olunan gəlirinin 20 182,1 (80 728,4 - 60 546,3 = 20 182,1) manat olduğunu bəyan etmişdir. Belə ki, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasənvergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Həmi Məcəllənin 130.1-1-ci maddəsinə əsasən iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yuxarıda sadalanan qanunvericilik normalarının əlaqəli təhlilindən aydın olur ki, vergi ödəyicisi o halda Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində nəzərdə tutulmuş 75 faiz güzəşt hüququndan istifadə edə bilər ki, vergi tutulan gəlirin dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında, eyni zamanda həm gəlirlərinin, həmdə xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu (Fərmanla təsdiq edilmiş uçot qaydalarına uyğun olaraq) aparsın. Lakin vergi ödəyicisi tərəfindən uçot qaydalarına zidd olaraq alınan malların bir qismi sənədləşdirlməmiş, sənədləşdirilmədiyi halda xərc kimi bəyan edilərək, əsassız olaraq Vergi Məcəlləsinin 102.1.30-cumaddəsində nəzərdə tutulmuş 75 faiz güzəşt hüququ tətbiq edilərək bəyannamə təqdim edilmişdir. Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmi Məcəllənin 3.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Beləliklə, Kameral vergi yoxlaması ilə bağlı yaranmış kənarlaşmalar haqqında vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********023300 nömrəli məktub (etiraza əlavə olunur) göndərilərək yoxlamanın başa çatdırılması üçün vergi ödəyicisindən dəqiqləşmiş “Gəlir vergisi bəyannaməsi” və təsdiqedici sənədlər əlavə olunmaqla izahat məktubunun 5 gün ərzində vergi orqanına təqdim olunması tələb olunmuş, lakin vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi və ya müvafiq izahat məktubu vergi orqanına təqdim edilmədiyindən, müvafiq dövr (2022-ci il üzrə) üçün kameral vergi yoxlaması başa çatdırılmaqla 13 710,26 manat (164 429,4 – 75 696 = 88 733,4 * 20% =17746,68 – 4 036,42 (vergi ödəyicisi tərəfindən bəyan edilən mənfəət vergisi) = 13 710,26) əlavə gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixdə **********376100 nömrəli Qərar qəbul olunaraq iddiaçıya göndərilmişdir. Vergi ödəyicisi tərəfindən vergi orqanına ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********218300 nömrəli məktubda əvvəlcə (əlavə olunur) yağların (13600,00 manat dəyərində “Acid oil” adlı məhsul) tullantı yerlərindən yığdığını, buna görə də e-qaimə və alış aktı almağının mümkün olmadığını qeyd etsə də, xx.xx.2023-cü il tarixli, **********346000 nömrəli izahat məktubunda (əlavə olunur) isə malların alınmasına dair fiziki şəxs ilə aralarında bağlanmış müqavilə, qiymət protokolu və təhvil-təslim aktları təqdim edərək, guya ki, qeyd olunan malların həmin şəxsdən aldığını bildirmişdir. Nəticədə təqdim edilmiş məlumatlar arasında ziddiyyət yarandığı müəyyən edilmişdir. Həmçinin vergi ödəyicisi tərəfindən məhkəməyə iddiaçı və X10 arasında bağlanmış “Mallarınalqı-satqısı haqqında” xx.xx.2022-ci il tarixli müqavilə, müqavilə üzrə X1 və təhvil təslim aktları təqdim edilmişdir. Protokol və təhvil-təslim aktlarında X10 tərəfindən iddiaçıya 8005 manat dəyərində “Acid olil (sabun xammalı)” adlı malların satıldığı və təhvil verildiyi qeyd olunmuşdur. Müqavilədə satıcı qismində çıxış edən X10vergi orqanında uçotda olmayan (VÖEN-i yoxdur) şəxsdir. Məhkəmənin qərarda istinad etdiyi “Hazırki iş üzrə cavabdeh orqan VM-in109.9-cu maddəsinə istinad etsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 2-1(102)- 2208/2023 saylı qərarında qeyd edilən inzibati orqan tərəfindən lazımi araşdırma aparılmasını təsdiq edən materialları məhkəməyə təqdim etmədiyi üçün, “başqa əməliyyatı pərdələmək məqsədilə aparılma və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədi daşıma” halının olmasını məhkəmə araşdırması zamanı müəyyənləşdirmək mümkün olmamışdır” dəlili ilə bağlı bildiririk ki, inzibati orqan tərəfindən lazımi araşdırma aparılmasını təsdiq edən materiallar (Gəlir vergisi bəyannamələri (həm vergi ödəyicisinin təqdim etdiyi, həmdə kameral vergi yoxlaması üzrə bəyannamə ), eqaimələr, elektron alış aktları və gömrük bəyannamələri barədə hesabatlar, vergi ödəyicisinin riskli olması barədə qərar və digər zəruri bütün sənədlər) məhkəməyə təqdim edilmişdir. Vergi orqanının təqdim etdiyi sənədlərin siyahısı Qərarın 25-34-cü bəndlərində (hərçənd ki, orada təqdim etdi yimi z bütün sənədlər əks olunmamışdır) qeyd olunmuşdur. Təqdim edilmiş inzibati araşdırma materialları, hesablamanın mexanizmi barədə məhkəməyə tam, hərtərfli izahat verilərək, inzibati aktın qəbul edilməsini zəruri edən faktik şərtlərin mövcudluğu tərəfimizdən tam sübuta yetirilmişdir. Vergi ödəyicisi yuxarıda qeyd olunduğu kimi təqdim etdiyi 2022-ci ilin Gəlir vergisinin dəqiqləşdirilmiş bəyannaməsində (Bəyannamənin 1223-cü sətri) dövr üzrə ümumi gəlirinin 164 429,40 manat olması, həmin gəlirə münasibətdə dövr üzrə ümumi xərclərinin 83 701 manat olduğunu (Bəyannamənin 1238-ci sətri), vergiyə cəlb olunan gəlirindən (80728,4 manat) 60546,3 manatını Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə uyğun olaraq 75% azadolmaya daxil edərək 4 036,42 manat gəlir vergisi bəyan etmişdir. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisinin dövr üzrə ümumi dövriyyəsi (164429,40 manat) öz təsdiqini tapdığından qəbul edilmiş, bəyan etdiyi 83701 manat xərclərdən yalnız Bəyannamənin 1226.3-cü sətrinə (“Xammal vəmateriallar”) daxil edilən 8005 manat xərc sənədlərlə təsdiq edilmədiyindən həmin xərc Kameral vergi yoxlaması Bəyannaməsindəazaldılaraq yekunda 75696 manat xərc saxlanılmış, daha sonra vergi ödəyicisi Vergi orqanının xx.xx.2022-ci il tarixli qərarı (riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir, inzibati akt qüvvədədir və etibarlıdır) ilə riskli vergi ödəyicisi olduğundan (həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır), dolayısıyla vergi ödəyicisi xərclərin uçotunu aparmadığından Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə uyğun olaraq 75%-lik güzəşt hüququ ləğv edilmiş və ümumi qaydada ((164 429,40 gəlir - 75 696 xərc) * 20% = 17 746,68) gəlir vergisi hesablanmışdır. Ali Məhkəmənin nümunəvi qərarı: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1212/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli Qərarı Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021- ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur. “İnzibati İcraat haqqında” Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Ali Məhkəmənin nümunəvi qərarı: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1462/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli Qərarında riskli vergi ödəyicisi konsepsiyası ilə bağlı qeyd edilir ki, “Riskli əməliyyatlar aparan şəxslərin iqtisadi bazarda mövcudluğu iqtisadi qeyrisabitliyə, investisiya mühitinin mənfi yöndə təsirlənməsinə, vergi ödəyiciləri arasında ədalətli rəqabətin pozulması (belə ki, onlar qanunsuz üstünlüklər əldə etdikdə, digər, hüquqi yollarla fəaliyyət göstərən şirkətlərin müvəffəqiyyətinə mane olur), vergi ödəyiciləri arasında ədalətsizliyin hiss olunmasına, insanların vergi sisteminə və dövlətə olan etimadının azalmasına səbəb ola bilər. Odur ki, riskli vergi ödəyicilərinin idarə edilməsi və onların fəaliyyətlərinin izlənməsi, iqtisadi bazar üçün vacibdir. Bu institut mütəşəkkil cinayətkarlıq və maliyyə manipulyasiyalarının aşkar olunmasında əhəmiyyətli rol oynayır. Həmçinin,riskli əməliyyatların izlənməsi, qanunsuz maliyyə axınlarını önləməyə xidmət edir. Bu, həmçinin vergi ədalətini və maliyyə sisteminin sağlamlığını qorumağa kömək edir.” Yoxlama zamanı vergi orqanı vergi ödəyicisinin sənədlə təsdiq edilməyən sadəcə 8005 manat məbləğində xərci nəzərə almamış, vergi ödəyicisinin ümumi dövriyyəsini xalis dövriyə kimi qəbul edərək (Ali Məhkəmənin baxdığı 2- 1(102)-1212/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli Qərarında qeyd olunan) həmin dövriyəyə birbaşa 20% gəlir vergisi dərəcəsi tətbiq etməklə hesabalama aparılmamışdır. Vergi orqanı tərəfindən vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş hesabalamanın aparılmasına zərurət yaranmamışdır. Məhkəmə qeyd edir ki, “bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 dekabr2022-ci il tarixli, 2-1(102)-1903/2022 saylı qərarında qeyd olunmuşdur ki, “Belə ki, Vergi Məcəlləsinin müddəalarına əsasən, rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir və mikro sahibkarlıq subyekt olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır (VM-nin 96.1 və 102.1.30-cu maddələri).” Məhkəmə Ali Məhkəmənin 13 dekabr 2022-ci il tarixli, 2- 1(102)-1903/2022 saylı qərarını hazırkı işə səf tətbiq edərək, həmin işdəki hesablamanı hazırkı işin mahiyyəti ilə oxşar iş olduğunu göstərəməyə çalışmışdır. Halbuki həmin qərarda baxılmış işin mahiyyəti hazırkı işdən tamamilə fərqlidir, həmin qərar hazırkı iş üzrə nümunəvi qərar kimi nəzərə alına bilməz. Belə ki, Ali Məhkəmənin 13 dekabr 2022-ci il tarixli, 2-1(102)-1903/2022 saylı qərarında qeyd edilir ki, cavabdeh bu hala istinadən onun gəlirini (90.000 manatı) xalis mənfəət hesab etmişdir. Halbuki, vergi ödəyicisi xərclərinin uçotunu aparmalı olsa da, vergi qanunvericiliyi uçotun aparılmadığı hallarda vergi orqanının hərəkətləri ilə bağlı məsələni də tənzimləmiş və Vergi Məcəlləsinin 67-ci maddəsində bu qayda təsbit etmişdir. Belə ki, Məcəllənin 67.1-ci maddəsinə əsasən, kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə ... mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda ... həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Göründüyü kimi, qanunverici inzibati orqana xərc sənədlərinin olmadığı hallarda verginin hesablanması qaydaları ilə bağlı imkanlar nəzərdə tutmuşdur ki, bu da vergi ödəyicisinin gəlirinin xərclər nəzərə alınmadan xalis mənfəət kimi qəbul olunması halını istisna edir. Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan imkanlardan biri də verginin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (şərti rentabellik norması) hesablanmasıdır (VM-nin 67.14;83.9-cu maddələri). Məhkəmə kollegiyası razılaşır ki, Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan imkanlardan istifadə etmək vergi orqanının hüququdur. Vergi ödəyicisi həmin maddənin müddəalarına uyğun özünə vergi hesablaya bilməz. Qeyd edildiyi kimi, vergi ödəyicisinin vəzifəsi gəlir və xərclərin düzgün uçotunun aparılmasıdır. Odur ki, iddiaçının 90.000 manat gəlirə şərti rentabellik norması tətbiq etməklə gəlir vergisi hesablaması düzgün olmamışdır. Göründüyü kimi Ali Məhkəmənin baxdığı işdə vergi ödəyicisinin gəliri xalis mənfəət kimi (xərclər olmadan) qəbul edilərək birbaşa gəlir vergisi dərəcəsi tətbiq etməklə hesablama aparılmışdır.” Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini həmin maddədə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Halbuki hazırkı işdə vergi orqanı vergi ödəyicisinin bəyan etdiyi, sadəcə olaraq 8005 manat (Bəyannamənin 1226.3-cü sətri -“Xammal və materiallar”) sənədlə (elektron alış aktı, e-qaimə və idxal) təsdiq edilmədiyindən əsaslı olaraq xərc kimi qəbul etməmiş, bunun müqabilində 164429,40 manat gəlirə münasibətdə 75696 xərci (sənədlə təsdiq olunur və həmin xərclərin uçotu aparılmışdır) nəzərə alaraq, nəticədə gəlirlə xərc arasındakı fərqdən (88733) gəlir vergisi hesablanmışdır. Beləliklə, hazırkı iş üzrə vergi orqanı tərəfindənVergi Məcəlləsinin 67-ci maddəsi ilə verginin hesablanmasına zərurət yaranmamışdır (çünki, vergi ödəyicisinin 75696 mant məbləğində sənədlərə təsdiq olunan xərci olmuşdur), aparılmış yoxlamanın və hesablamanın detalları ilə bağlı Məhkəmədə ətraflı, dolğun izahat verilməsinə baxmayaraq, Məhkəmə Vergi Məcəlləsinin müvafiq müddəalarını hazırkı işə düzgün tətbiq etməyərək, işə aidiyyəti və oxşarlığı olmayan Ali Məhkəmənin qərarlarındakı mövqelərini öz qərarına köçürməklə kifayətlənərək iddia təmin etmişdir. Vergi orqanı tərəfindən iddiaçı X2 (VÖEN: **********) barəsində aparılmış kameral vergi yoxlaması tam qanuni və əsaslı olmuş, iddiaçı X2 (VÖEN: **********) əsaslı olaraq riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir. Bütün bu hallar vergi orqanı tərəfindən hərtərəfli araşdırılmış və işdə olan mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Hazırki işdə birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan öz qərarının əsası kimi istinad etdiyi dəlillərinin heç birini məhkəmə iclasında tərəflərlə müzakirə etməmiş, ümumiyyətlə bu faktarın üzərindən məhkəmə proseslərində sükutla keçmiş və bu dəlillər yalnız qərar göndəriləndən sonra bizə məlum olmuşdur. Cavabdeh apellyasiya şikayətinə əlavə verərək, qərardan verilmiş apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi öz qərarını Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(102)-2208/2023 saylı və xx.xx.2022-ci il tarixli, 2-1(102)-1903/2022 saylı qərarlarında formalaşdırdığı hüquqi mövqelərlə əsaslandırmışdır. Hansı ki, Ali Məhkəmin həmin Qərarlarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, vergi ödəyicisinin gəlirlərini xalis mənfəət qəbul edib, xərclərini nəzərə almadan, gəlirlərinə birbaşa 20% tətbiq edərək gəlir vergisi hesablamaq olmaz, vergi orqanı bu zaman Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə uyğun olaraq şərti rentabellik norması əsasında vergini hesablamalıdır. Ona görə ki, Vergi Məcəlləsinin 97.1-ci maddəsinə əsasən gəlir vergisi gəlirlə xərc arasındakı fərqdən hesablanır. Hazırki iş üzrə vergi ödəyicisinin təqdim etdiyi 2022-ci ilin Gəlir vergisinin dəqiqləşdirilmiş bəyannaməsində (Bəyannamənin 1223-cü sətri) dövr üzrə ümumi gəlirinin 164 429,40 manat olması, həmin gəlirə münasibətdə dövr üzrə ümumi xərclərinin 83 701 manat olduğunu (Bəyannamənin 1238-ci sətri), vergiyə cəlb olunan gəlirindən (80 728,4 manat) 60 546,3 manatını Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə uyğun olaraq 75% azadolmaya daxil edərək 4 036,42 manat gəlir vergisi bəyan etmişdir. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisinin dövr üzrə ümumi dövriyyəsi (164 429,40 manat) öz təsdiqini tapdığından qəbul edilmiş, bəyan etdiyi 83701 manat xərclərdən yalnız Bəyannamənin 1226.3-cü sətrinə (“Xammal və materiallar”) daxil edilən 8005 manat xərc sənədlərlə təsdiq edilmədiyindən həmin xərc Kameral vergi yoxlaması Bəyannaməsində azaldılaraq yekunda 75 696 manat xərc saxlanılmış, daha sonra vergi ödəyicisi Vergi orqanının xx.xx.2022-ci il tarixli qərarı (riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir, inzibati akt qüvvədədir və etibarlıdır) ilə riskli vergi ödəyicisi hesab olunduğundan (həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır), dolayısıyla vergi ödəyicisi xərclərin uçotunu aparmadığından Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə uyğun olaraq 75%-lik güzəşt hüququ ləğv edilmiş və ümumi qaydada Vergi Məcəlləsinin 97.1-ci maddəsinə uyğun olaraq 17 746,68 ((164 429,40 gəlir - 75 696 xərc) * 20% = 17 746,68) gəlir vergisi, 4 036,42 manat vergi ödəyicisi tərəfindən bəyan edilmiş gəlir vergisi nəzər alınaraq, 13 710,26 manat (17 746,68 - 4 036,42) əlavə gəlir vergisi hesablanmışdır. Kameral yoxlama zamanı vergi orqanı vergi ödəyicisinin sənədlə təsdiq edilməyən, sadəcə 8005 manat məbləğində olan xərcini nəzərə almamış, vergi ödəyicisinin ümumi dövriyyəsini xalis dövriyyə kimi qəbul edərək həmin dövriyyəyə birbaşa 20% gəlir vergisi dərəcəsi tətbiq etməklə hesablama aparılmamışdır. Vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş hesabalamanın aparılmasına zərurət yaranmamışdır. Birinci instansiya məhkəməsi Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarlarını hazırkı işə səhv tətbiq edərək, həmin işdəki hesablamanı hazırkı işin mahiyyəti ilə oxşar iş olduğunu göstərməyə çalışmışdır. Halbuki, vergi orqanı 164 429,40 manat gəlirə münasibətdə 75 696 xərci (sənədlə təsdiq olunur və həmin xərclərin uçotu aparılmışdır) nəzərə alaraq, nəticədə gəlirlə xərc arasındakı fərqdən (88 733) gəlir vergisi (17 746,68) hesablanmışdır. Hazırki işin mahiyyəti ilə oxşarlıq təşkil edən Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(102) -458/2025 nömrəli nümunəvi qərarı mövcuddur. Həmin qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən əgər vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması barədə vergi orqanının qüvvədə olan qərarı varsa vergi orqanı vergi ödəyicisinin Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə uyğun olaraq 75%-lik güzəşt hüququ əsaslı olaraq nəzərə almamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 13.Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: .... 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;.... Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; ... Maddə 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; ... 24.1.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 83.7. Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. Maddə 102. Gəlir vergisindən azadolmalar və güzəştlər 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: .... 102.1.30. bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi..... Maddə 109. Gəlirdən çıxılmayan xərclər ... 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır..... 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.1-1. İqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi” Qaydası 1.2. Elektron alış aktı bu Qaydalara uyğun olaraq vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxsdən malların alışı zamanı elektron formada tərtib edilməklə hazırlanan və təsdiq edilən ilkin uçot sənədidir. 1.3. Bu Qaydalara uyğun tərtib edilməyən elektron alış aktı mal alışının rəsmiləşdirilməsinə əsas vermir. 2.1. Elektron alış aktı malı alan vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında (bundan sonra – İnternet Vergi İdarəsi) yaradılmış “elektron alış aktı” altsistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi İnternet Vergi İdarəsinə daxil olaraq elektron alış aktını hazırlayır və gücləndirilmiş elektron imza vasitəsilə imzalayaraq təsdiq edir. 3.1. Vergi ödəyicisi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktlarını və malların alışı tarixindən 5 (beş) gün müddətində elektron alış aktını tərtib edir. 3.2. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. 3.3. Çap edilmiş elektron alış aktı vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandıqdan sonra vergi ödəyicisində saxlanılır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydaları Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilmiş hissəsi mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddiaçı cavabdeh inzibati orqan tərəfindən aparılmış kameral vergi yoxlamasının nəticəsində onun barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 12 fevral 2024-cü il tarixli, **********376100 nömrəli Qərarı mübahisələndirir. Cavabdeh inzibati orqan iddiaçı barəsində qeyd edilən qərarın qəbul edilməsini onunla əsaslandırmışdır ki, 2022-ci il hesabat dövrü üzrə iddiaçı tərəfindən idxal edilmiş, elektron-qaimə faktura və alış aktları əsasında alınmış malların məbləği iə vergi orqanı məlumat bazasında olan məbləğ arasında 8005 manat fərq olduğu müəyyən edildiyindən, həmin il üzrə ödənilməli olan gəlir vergisinin məbləği 18670,68 manat olduğu halda, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə vergi məbləği 4960,42 manat kimi qeyd edilmiş, nəticə etibarilə 13710,26 manat azaldılmış vergi məbləğinin olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, 2022-ci il hesabat dövrü üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində vergi ödəyicisi olan iddiaçı tərəfindən 8005 manat dəyərində mallar (sabun xammalı), xx.xx.2022-xx.xx.2022-ci il tarixədək ümumilikdə 13600 manat dəyərində “Acid oil” adlı məhsullar təqdim edilsə də, həmin təqdim edilmiş mallar vergi ödiyicisinin alışı və idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyat riskli hesab edilmiş, müvafiq Qərarın 2.1.1-ci yarımbəndinə (riskli əməliyyatlar aparan şəxs olduqda) uyğun olaraq cavabdeh tərəfindən riskli vergi öədyicisi hesab edilərək, riskli vergi ödəyicisi siyasına daxil edilməsi barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərar hazırda qüvvədə olmaqla, mübahisələndirilməmişdir. indiki halda cavabdeh vergi orqanı məhz iddiaçının rsikli vergi ödəyicisi hesab edilməsinə əsas olan əmtəəsiz əməliyyata əsasən əlavə vergi məbləğini hesablamışdır. İddiaçı isə həmin əməliyyatalar Vergi Məcəlləsinin 130-cu maddəsinin tətbiq edilməli olduğundan, 75 faiz güzəşt tətbiq etməklə, gəlir vergi məbləğini hesablayaraq, ödəmişdir. Kollegiya onu qeyd edir ki, VM-nin 102 və 130-cu maddəsinin dispoztiv şərtlərini müqayisəli təhlil edərək, onu qeyd edir ki, iddiaçının istinad etdiyi güzəştin tətbiq edilməsi üçün zəruri olan şərt məhz vergi ödəyicisi tərəfindən qanunvericiliklə müəyyən eidlmiş qaydada gəlirlərin və xərclərin uçotunun aparılması təşkil edir. İndiki halda isə iddiaçı tərəfindən cavabdeh vergi orqanının əmtəəsiz hesab etdiyi əməliyyatın əmtəəsiz olmamasını zəruri edən heç bir sübut təqdim edilməmişdir. Əksinə iddiaçı həmin malları yağların tullantı yerlərindən yığdığını, bu səbəbdən də elektron qaimə və alış aktlarının tərtib edilməsinin mümkün olmadığını bildirmişdir. Bundan əlavə, iddiaçı həmin malların müqavilə əsasında alması halına da istinad etsə də, qeyd edilən mallara dair elektron alış aktlarını təqdim edə bilməmişdir (qeyd edilən sənədin tərtib edilmədiyini qəbul edir). Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir; 71-2.2-ci maddəsinə əsasən elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir; 71-2.3-cü maddəsinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir (qeyd edilən norma Vergi Məcəlləsinə 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə daxil edilmişdir). Qeyd edilən qanunvericilik normasının dispoztiv şərtlərindən görünür ki, həmin normanın qüvvəyə mindiyi tarixdən malların alışını təsdiq edən sənəd qismində yalnız elektron alış aktları çıxış etmiş və kağız daşıyıcıda olan aktlar qəbul edilmir. Belə ki, qanunvericiliyin tələbinə əsasən vergi ödəyicisi vergi orqanında uçotda olmayan fiziki şəxsdən mal alarkən bunu 2 formada rəsmiləşdirməlidir. Birincisi, əvvəlcə kağış daşıyıcıda alış aktı tərtib edir və 5 gün müddətində Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında yaradılmış “elektron alış aktı” altsistemində buna dair elektron alış aktı tərtib edir. İkincisi, vergi ödəyicisi Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında yaradılmış “elektron alış aktı” altsistemində elektron alış aktı tərtib edir, onu çap edib satıcı fiziki şəxsə imzaladır və kağız daşıyıcıda hər hansı alış aktı tərtib etmir. Qanunvericiliyin qeyd olunan tələblərinə uyğun tərtib edilməyən elektron alış aktları malların alışının rəsmiləşdirilməsinə əsas vermir. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi” Qaydasının 1.3, 2.1, 3.1, 3.2 və 3.3-cü bəndləri) Göründüyü kimi, indiki halda vergi ödəyicisi iddiaçı tərəfindən təqdim edilən mallara dair qanunla müəyyən edilmiş uçot sənədləri təqdim edilmədiyindən, həmin mallar üzrə aparılmış əməliyyat əmtəəsiz hesab edildiyindən, həmin əsasa görə verg ödəyicisi riskli vegri ödəyicisi hesab edildiyindən, iddiaçı vergi öədyicisinin həmin mallar üzrə qanunla müəyyən edilmiş qaydada və məbləğdə vergi öhdəliyi yaranmışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanının hərəkətləri qanunvericiliyin tələbinə uyğun olmuş, vergi ödəyicisi qismində çıxış edən iddiaçı vergi haqqında qanunvericiliyin tələbinə uyğun davranmamışdır. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Belə ki, məhz iddiaçı tərəf həmin məbləğdə xərclərə dair təsdiqedici sənədləri təqdim etmək öhdəliyi daşıyır və qeyd olunan təsdiqedici sənədlər məhz vergilər haqqında qanunvericiliyin tələbinə uyğun olmalıdır. İndiki halda vergi qanunvericiliyin tələbinə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən malların alışı ilə bağlı məhz elektron alış aktı tərtib edilməli olduğu halda, iddiaçı tərəfindən belə sənədlər təqdim edilməmiş, bu hal qanunvericiliyin tələbinə uyğun olmamışdır. Qeyd olunmalıdır ki, elektron alış aktının tətbiqi, uçotu və istifadəsinə dair qanunvericilik normalarının tələblərinə əsasən bütün hallarda vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınan mallar ilə bağlı (əvvəlcə kağız daşıyıcıda alış aktı tərtib edildiyi halda 5 gün müddətində, əvvəlcə kağız daşıyıcıda alış aktı tərtib edilmədiyi halda isə alqı-satqı anında) elektron alış aktı tərtib edilməlidir. Əks təqdirdə, alışa dair digər sənədlər, o cümlədən kağız daşıyıcıda alış aktları malların alışının rəsmiləşdirilməsinə və xərc sənədi qismində qəbul edilməsinə əsas vermir. Göründüyü kimi, indiki halda iddiaçı vergi qanunvericiliyi ilə üzərinə düşən öhdəliyi lazimi qaydada icra etməmiş, nəticə etibarilə cavabdehin hərəkətləri qanunauyğun olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, qanunvericiliyin norması düzgün tətbiq edilməmiş, gəldiyi nəticə işin hallarına və qanunvericilik normasına uyğun olmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-817/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi)gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-415/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-415/2025
06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver