Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-417/2021 22.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin N6 avqust N0N0-ci il tarixli, N-1(118)-187/N0N0 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin hallari Hərbi biletə və Qeydiyyat kartasına əsasən iddiaçı N5.10.N3-31.01.N4-cü il tarixlərdə N nömrəli hərbi hissədə atıcı, 04.06.N5-N1.07.N5-ci il tarixlərdə isə N nömrəli hərbi hissədə atıcı olmuş, 04.06.N5-N1.07.N5-ci il tarixlərdə N nömrəli hərbi hissənin tərkibində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş, cavabdehin N7.06.N5-ci il tarixli 109 saylı əmri ilə N1.07.N5-ci il tarixdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin N5.07.N019- cu il tarixli məktubuna əsasən N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, Sumqayıt ŞHK-nin çağırışçısı, 1959-cu il təvəllüdlü, sıravi iddiaçı N №-li hərbi hissə komandirinin 04.06.N5-ci il tarixli 155 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilmiş, bütün növ təminatlarla təmin edilərək 4-cü MAT-a təyin olunmuşdur. Cavabdehin N7.06.N5-ci il tarixli müvafiq əmrinə əsasən yuxarı yaş hədli, 1959-cu il təvəllüdlü, iddiaçı N №-li hərbi hissə komandirinin N1.07.N5-ci il tarixli N0N №-li əmrilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Sumqayıt ŞHK-na göndərilmişdir. N saylı hərbi hissənin tibb rotasının “ilkin tibbi kartoçkası”na əsasən iddiaçı N.01.N4cü ildə yaralanaraq “Sol çiyin körpücük sümüyünün qapalı sınığı“ xəsarəti almışdır. Qarabağ Hərbi Prokurorluğunun N8.04.N0N0-ci il tarixli məktubuna əsasən iddiaçı barəsində Qarabağ hərbi prokurorluqda cinayət işi istintaqı olunmamış və təqsirləndirici material araşdırılmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin 04.1N.N0N0-ci il tarixli məktubundan görünür ki, xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş Sumqayıt ŞHK-dan çağırılmış iddiaçı N №-li hərbi hissə komandirinin 31.1N.N3-cü il tarixli N4 №-li əmrilə N1.1N.N3-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Bir aydan artıq hərbi hissəni özbaşına tərk etdiyi üçün ŞHK-dan çağırılmış iddiaçı N №-li hərbi hissə komandirinin N8.04.N4-cü il tarixli 101 №-li əmrilə şəxsi heyətin sıralarından və bütün növ təminatlardan çıxarılmışdır. Cavabdehin N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabının arxiv çıxarışından və həmin hərbi hissə komandirinin 31.1N.N3-cü il tarixli N4 №-li əmrin arxiv çıxarışından görünür ki, N №-li hərbi hissədən gəlmiş iddiaçı N1.1N.N3-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Hərbi hissə komandirinin N8.04.N4-cü il tarixli 101 №-li əmrin arxiv çıxarışından isə görünür ki, iddiaçı N gün hərbi hissəni özbaşına tərk etdiyi üçün 01.04.N4-cü il tarixdən şəxsi heyətin sıralarından və bütün növ təminatlardan çıxarılmışdır. Sumqayıt şəhər 1 saylı şəhər poliklinikasının 8095 №-li müayinəsindən görünür ki, rentgen təsvirinə əsasən 1959-cu il təvəllüdlü iddiaçının sol körpücük sümüyünün orta 1/3 hissəsində düz bitişməyən köhnə sınıq izlənildi. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsi almaq məqsədilə cavabdehə müraciət etmiş, cavabdehin 10.09.N019 saylı məktubu ilə xahişi təmin olunmamışdır. Məktubda qeyd edilmişdir ki, N saylı hərbi hissənin arxiv sənədləri Mərkəzi Arxivə daxil olmadığına görə və iddiaçının hərbi xidməti tam təsdiqlənmədiyindən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı N sentyabr N019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu ildə anadan olmuş, 1977– 1979-cu illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Sumqayıt Hərbi Komissarlığı tərəfindən N7 iyul N3-cü ildə könüllü olaraq hərbi xidmətə çağırılmış və N saylı Hərbi Hissəyə göndərilmişdir. N5 oktyabr N3-cü ildə N saylı hərbi hissədə atıcı kimi Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş, N.01.N4-cü ildə yaralanaraq “Sol çiyin körpücük sümüyünün qapalı sınığı“ xəsarəti almışdır. Bunu Müdafiə Nazirliyinin N saylı hərbi hissənin tibb rotasının “ilkin tibbi kartoçkası“ təsdiq edir. Müdafiə Nazirliyinin N7.06.N5-ci il tarixli 109 saylı əmri ilə ehtiyata buraxılmışdır. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməyi faktı Müdafiə Nazirliyi N saylı hərbi hissə tibb rotasının “ilkin tibbi kartoçkası" ilə ona məxsus hərbi biletin notariat təsdiqi ilə, Müdafiə Nazirliyinin İşlər idarəsi Mərkəzi Arxivinin N5.07.N019-cu il tarixli arayışı və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin 01.11.N5-ci il tarixində verdiyi 64N saylı vəsiqəsi ilə təsdiq edilir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdehin iddiaya qarşı etirazının əsaslarına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr N5-ci il tarixli N16 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N8-ci ilin fevralın 1-dən N4-cü ilin mayın 1N-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu , Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 1N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. İddiaçı N yanvar N4-cü ildən 0N iyun N5-ci ilə qədər hərbi hissədə olmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X4) N-1(118)-187/N0N0 saylı, N6 avqust N0N0-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X5-məruzəçi, X6 və XN, N-1(105)-73/N0N1 saylı, 15 fevral N0N1-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin N6 avqust N0N0-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 10 mart N0N1-ci il tarixdə qərarın surətini almış, 19 mart N0N1-ci tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının N-1(10N)- 794/N0N1 saylı, 05 may N0N1-ci il tarixli Qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası N-1(105)-73/N0N1 saylı, 15 fevral N0N1-ci il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının ilkin tibbi kartından da görünür ki o, N.01.N4-cü ildə N nömrəli hərbi hissənin əsgəri olmuşdur. İddiaçının N.01.N4-cü ildən 0N iyun N5-ci ilə qədər olan dövr üçün xidməti barədə məlumat yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin N5.07.N019- cu il tarixli 9/N-10414 №-li məktubunda göstərilir ki, Sumqayıt ŞHK-nın çağırışçısı, 1959-cu il təvəllüdlü, siravi İddiaçı N №-li hərbi hissə komandirinin 0N iyun N5ci il tarixli 155 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilmiş, N iyul N5-ci il tarixli N0N №-li əmrilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Sumqayıt ŞHK-na göndərilmişdir. İddiaya münasibətin sonunda iddiaçının N yanvar N4-cü ildən 0N iyun N5-ci ilə qədər hərbi hissədə olmamasına görə məhkəmədən iddianın təmin olunmaması barədə qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə qərarında göstərir ki, “Cavabdeh təşkilatın iddia tələbinin təmin edilməməsinə dair gətirdiyi əsas arqument ondan ibarətdir ki, İddiaçı N yanvar N4-cü ildən 0N iyun N5-ci ilədək N saylı hərbi hissədə olmaması səbəbindən ona müharibə veteranı statusu verilə bilməz”. Məhkəmə qərarında daha sonra qeyd edir ki, İddiaçı qeyd olunan tarixlərdə N nömrəli hərbi hissədə olmamışdır. Lakin məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, göstərilən müddətlərdə iddiaçının N saylı hərbi hissədə olmamasına səbəb onun yaralanaraq müalicədə olması ilə əlaqədar olmuşdur. İddiaçının ilkin tibbi kartından başqa onun xəsarət almasını və müalicə olunmasını təsdiq edən hər hansı sübut yoxdur. Məhkəmə N yanvar N4-cü ildən 0N iyun N5-ci ilədək, yəni bir il dörd ay iddiaçının hərbi qulluqçu olduğu halda harada, hansı şəraitdə müalicə almasını araşdırmadan onun müalicə olunması qənaətinə gəlmişdir. Cavabdeh iddiaçının N nömrəli hərbi hissədə yox, N yanvar N4-cü ildən 0N iyun N5-ci ilə qədər hərbi hissədə olmamasını göstərmişdir. ’’Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışla çağırıldıqları gündən hərbi qulluqçu statusu əldə edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. İddiaçının N və N nömrəli hərbi hissələrin şəxsi heyətinin siyahısına daxil edilməsi və siyahıdan çıxarılması barədə sübutlar yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin N5.07.N019- cu il tarixli 9/N-10414 №-li məktubunda göstərilir ki, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmamışdır. İddiaçının hərbi biletində isə onun N nömrəli hərbi hissədə N5.10.93-31.01.94-cü il tarixlərdə atıcı olması barədə qeyd vardır. Həmin qeyd iddiaçının N nömrəli hərbi hissədəki xidməti ilə bağlı məlumatdan əvvəl aparılmışdır. Hərbi biletin həmin səhifəsində kifayət qədər yer olmasına baxmayaraq nədənsə N nömrəli hərbi hissədə xidmətlə bağlı qeydlər məlumatların doldurulmasını müəyyən edən rekvizitlərin üstündəki qrafalarda yazılmışdır. Həmin qeydlər hərbi hissə tərəfindən aparılmamışdır. İddiaçının ancaq ilkin tibbi kartında onun N nömrəli hərbi hissənin əsgəri olması göstərilib. Onun N nömrəli hərbi hissəyə aidiyyətini müəyyən edən başqa sübut yoxdur. İddiaçının hərbi biletində isə onun N nömrəli hərbi hissənin tərkibində Füzuli rayonunda 04.06.95-ci ildən N1.07.95-ci ilə kimi döyüş əməliyyatlarında iştirak etməsi barədə qeyd vardır. Halbuki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə N4-cü il mayın 1N-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müharibə veteranı adının verilməsi nəzərdə tutulur. Məhkəmə qərarında göstərir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəyə qanuni əsaslarla daxil olmuş və qanuni əsaslarla həmin hərbi hissədən N nömrəli hərbi hissəyə köçürülmüş, həmin hərbi hissədən qanuni əsaslarla hərbi xidmətdən tərxis olunub. Həmin nəticə yanlışdır. Belə ki, iddiaçı N saylı hərbi hissədən N nömrəli hərbi hissəyə köçürülməmişdir. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Prezidentinin N5 aprel N006- cı il tarixli 396 №-li Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il NN sentyabr tarixli N16 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin müvafiq normalarının tələblərini nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, bunun nəticəsində isə prosessual normalar pozulmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, N7 iyul N3-cü il tarixdə könüllü olaraq hərbi xidmətə çağırılmış, N saylı hərbi hissədə Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. N.01.N4-cü ildə aldığı xidmət zamanı ayağı sürüşüb yıxıldığından sol çiyin körpücük sümüyünün sınığı diaqnozu ilə xəsarət almışdır. Bunu Müdafiə Nazirliyinin N saylı hərbi hissənin tibb rotasının “ilkin tibbi kartoçkası“ təsdiq edir. aldığı xəsarət ilə bağlı N5-ci ilin iyun ayınadək evdə müalicə almışdır. Cavabdehin imtinasını qanunsuz hesab edir. Qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb və Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. İPM-in 1N-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (1N.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (1N.N). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Birinci instansiya məhkəməsi qərarda qeyd etmişdir ki, cavabdeh təşkilatın iddia tələbinin təmin edilməməsinə dair gətirdiyi əsas arqument ondan ibarətdir ki, iddiaçının N yanvar N4-cü ildən N iyun N5-ci ilədək N saylı hərbi hissədə olmaması səbəbindən ona müharibə veteranı statusu verilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı qeyd olunan tarixlərdə N saylı hərbi hissədə olmamışdır. Lakin göstərilən müddətlərdə iddiaçının N saylı hərbi hissədə olmamasına səbəb onun yaralanaraq müalicədə olması ilə əlaqədar olmuşdur. Sonradan iddiaçı N saylı hərbi hissə komandirinin N iyun N5-ci il tarixli əmri ilə şəxsi heyətin sıralarına daxil edilərək, qanuni əsaslarla N saylı hərbi hissə komandirinin N iyul N5-ci ildə N0N saylı əmrinə əsasən ordu sıralarından tərxis olunmuşdur. Məhkəmə iddiaçının hərbi hissəni özbaşına tərk etməsi ilə gətirilən arqumentə münasibətdə hesab etmişdir ki, iddiaçı bu əməlinə görə cinayət təqibinə cəlb edilmədiyindən görə “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin qeyd hissəsinin bu mübahisəyə tətbiq edilməsi düzgün deyil. Çünki “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin qeyd hissəndə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş şəxslərə müharibə veteranı statusu verilə bilməz. Göründüyü kimi iddiaçı döyüş əməliyyatlarında iştirak edən zaman yuxarıda qeyd olunan qanunun qeyd hissəsində göstərilən əməllərə görə məsuliyyətə cəlb edilməyib, əksinə xidmətini digər döyüşən hərbi hissədə davam etdirməklə Müdafiə nazirinin N7.06.N5-ci il tarixli əmrinə əsasən ordu sıralarından tərxis olunub. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı N7.06.N3-N7.06.N5-ci illərdə hərbi xidmətdə olduğunu, N4-cü ilin yanvarında döyüş zamanı xəsarət almasını və N5-ci ilin iyul ayında qanuni əsasla ehtiyata buraxıldığını bildirib “Müharibə veteranı” adı və vəsiqəsi verilməsini xahiş etmişdir Cavabdehin mövqeyinə görə N saylı hərbi hissənin arxiv sənədləri mərkəzi arxivə təhvil verilmədiyinə və hərbi xidməti tam təsdiqlənmədiyinə görə iddiaçıya “Müharibə veteranı” adı verilə bilməz. Tarixi ardıcıllıqla iddiaçının ayrı-ayrı hərbi hissələrin şəxsi heyətinin siyahısında olma dövrü aşağıdakı kimi olmuşdur. 1) N5 oktyabr N3-cü ildən 31 yanvar N4-cü ilə qədər N saylı hərbi hissə (əsas: hərbi bilet); N) 31 yanvar N4-cü ildə xəsarət alması və müalicə olunması barədə məlumat (əsas: arayış); 3) N1 dekabr N3-cü ildən N8 aprel N4-cü ilə qədər N saylı hərbi hissə (əsas: arxiv sənədləri); 4) N iyun N5-ci ildən N iyul N5-ci ilə qədər N saylı hərbi hissə (əsas: hərbi bilet və arxiv sənədləri). Ali Məhkəmənin qərarında deyilir ki ki, apelyasiya məhkəməsi iddiaçının N1 dekabr N3-cü ildən 31 yanvar N4-cü ilə qədər eyni vaxtda həm N saylı, həm də N saylı hərbi hissənin şəxsi heyətinin siyahısında olmasının səbəbini, həmçinin iddiaçının hərbi biletində qeyd edilən N5 oktyabr N3-cü ildən 31 yanvar N4-cü ilə qədər N saylı hərbi hissədə xidmət etməsi barədə məlumatın hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv sənədləri ilə təsdiq olunmasını araşdırmamışdır İddiaçının N1 dekabr N3-cü ildən 31 yanvar N4-cü ilə qədər eyni vaxtda həm N saylı, həm də N saylı hərbi hissənin şəxsi heyətinin siyahısında olmasının səbəbini aydınlaşdırmaq məqsədilə məhkəmə kollegiyası tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə sorğu verilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsi məhkəmə kollegiyasının sorğusuna cavab olaraq 03 noyabr N0N1-ci il tarixli N5N8 saylı məktubla bildirmişdir ki, əsgər İddiaçı qeydiyyat kartasından göründüyü kimi 10.11.1977-ci il tarixdən N1.11.1979-cu il tarixədək keçmiş Sovet Ordusu sıralarında, N5.10.N3-cü il tarixdən 31.01.N4-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Ordusu sıralarında hərbi xidmət keçmişdir. Bu qeydiyyatlar İddiaçı hərbi bileti və qeydiyyat xidmət kartası əsasında aparılmışdır. İddiaçı Azərbaycan Ordusu sıralarında hərbi xidməti barədə hərbi hissənin nizami hissə üzrə əmrləri və digər arxiv sənədləri hərbi hissə Müdafiə Nazirliyinin tabeliyində olduğu üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivində saxlanılır. Odur ki, təqdim olunmuş qeydiyyat xidmət kartasında aparılmış qeydlərin təsdiq edilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinə sorğu göndərilməsi məqsədəuyğundur. İddiaçının hərbi biletində N5 oktyabr N3-cü ildən 31 yanvar N4-cü ilə qədər N saylı hərbi hissənin şəxsi heyətinin siyahısında olduğu qeyd edilsə də, Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, N saylı hərbi hissə üzrə əmrlər X3 Arxivinə daxil olmadığı üçün hərbi biletdəki qeydin hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv sənədləri ilə təsdiq olunmasını müəyyən etmək mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydasını müəyyən edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il NN sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 1N-dək erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin tələbinə görə iddiaçının hərbi biletində olan N5 oktyabr N3- cü ildən 31 yanvar N4-cü ilə qədər N saylı hərbi hissədə xidmət etməsi barədə məlumat hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda ona müharibə veteranı adı və vəsiqəsi verilə bilər. İddiaçının N saylı hərbi hissənin tərkibində olarkən N.01.N4-cü ildə yaralanaraq “Sol çiyin körpücük sümüyünün qapalı sınığı“ xəsarəti almasına dair ilkin tibbi kartoçkada qeyd edilən məlumatla bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş arxiv arayışlarından görünür ki, N saylı hərbi hissənin yanvar-N7.04.N4-cü il tarixli əmrlərində iddiaçının yaralanması barədə məlumat aşkar edilməmişdir. Bundan əlavə tibbi kartoçkadan və eləcə də, iddiaçının məhkəmə iclasında verdiyi izahatı ilə təsdiq edilir ki, iddiaçı N.01.N4-cü il tarixdə döyüş əməliyyatı ilə əlaqədar xəsarət almamış, xidmətdə olarkən ayağı sürüşüb yıxıldığından sol çiyin körpücük sümüyü sınmış və 0N iyun N5-ci il tarixədək evdə müalicə almışdır. İşdən görünür ki, iddiaçının N iyun N5-ci ildən N iyul N5-ci ilə qədər N saylı hərbi hissədə xidmət etməsi həm hərbi bilet, həm də hərbi hissələrin nizami hissə üzrə əmrləri və arxiv arayışları ilə birgə təsdiq edilir. İddiaçının hərbi biletində olan məlumata görə o, N iyun N5-ci ildən N iyul N5-ci ilə qədər N saylı hərbi hissədə xidmət edən zaman Füzulu rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Ali Məhkəmə bu hissədə qərarda qeyd etmişdir ki, 1N may N4-cü ildə atəşkəs razılaşması əldə olunduqdan sonra N iyun N5-ci ildən N iyul N5-ci ilə qədər olan dövrdə N saylı hərbi hissənin həqiqətən aktiv döyüşlərdə iştirak etməsi apelyasiya məhkəməsi tərəfindən araşdırılmamış, iddiaçının bu dövrdə döyüş zamanı xəsarət alması müəyyən edilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş 0N.1N.N0N0-ci il tarixli 1/H-1583N saylı ayarışına əsasən, 70N nömrli hərbi hissə 01.05.NN-ci ildən 1N may N4-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. Beləliklə müəyyən olunur ki, iddiaçı N iyun N5-ci ildən N iyul N5-ci ilə qədər N saylı hərbi hissədə xidmət edən zaman həmin hərbi hissə və müvafiq olaraq iddiaçı döyüşlərdə iştirak etməmişdir. Məhkəmə iclasında da verilən izahatında iddiaçı N saylı hərbi hissənin tərkibində xidmət edərkən döyüş zamanı xəsarət almadığını bildirmişdir. Yuxarıda adı çəkilən Əsasnamənin tələbinə görə 1N may N4-cü ildən sonra döyüş əməliyyatları aparan hərbi hissələrdə xidmət etmiş hərbi qulluqçuya döyüş zamanı xəsarət aldığı halda müharibə veteranı adı və vəsiqəsi verilə bilər. Belə ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə N4-cü il 1N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayış əsasında müharibə veteranı adı və vəsiqəsi verilir. Beləliklə məhkəmə kollegiyası işin yuxarıda sadalanan xüsusatlarını ümumiləşdirərərk hesab edir ki, iddiaçının N5 oktyabr N3- cü ildən 31 yanvar N4-cü ilə qədər N saylı hərbi hissədə xidmət etməsi hərbi hissənin nizami hissə üzrə əmrləri ilə təsdiq edilmədiyindən, N №-li hərbi hissə komandirinin N8.04.N4-cü il tarixli 101 №-li əmrilə iddiaçı bir aydan artıq, yəni iddiaçının özünün də bildirdiyi kimi N yanvar N4-cü ildən etibarən hərbi hissəni özbaşına tərk etdiyi üçün şəxsi heyətin sıralarından və bütün növ təminatlardan çıxarıldığından, eləcə də N iyun N5-ci ildən N iyul N5-ci ilə qədər xidmətdə olduğu N saylı hərbi hissə həmin ərəfədə döyüş əməliyatlarında iştirak etmədiyindən və iddiaçı N saylı hərbi hissədə xidmətdə olduğu müddət ərzində döyüş əməliyyatları ilə əlaqədar xəsarət almadığından cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir və cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Lakin birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan iddianın təmin edilməsi nəticəsinə gəlmiş, bununla da maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu hal isə qərarın ləğvi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin N6 avqust N0N0-ci il tarixli, N-1(118)-187/N0N0 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 10N5, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-417/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-417/2021
22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver