Məhkəmə qərarları › İş №2-1(105)-417/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-417/2022

11.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-417/2022 11.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı “X11” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçının nümayəndələri Nümayəndə, X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “X11” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixli **********9842 nömrəli qərarının ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2-1(118)-199/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, İddiaçı MMC xx.xx.2018-ci ildə vergi orqanında qeydiyyata alınmışdır (VÖEN**********).

2. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında **********260 nömrəli qərarından görünür ki, İddiaçı MMC-yə məxsus obyektdə xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, İddiaçı MMC-də növbədənkənar operativ vergi nəzarəti barədə qərar reyestrdə qeydiyyata alınmışdır.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********75298 nömrəli tələbnaməsindən görünür ki, İddiaçı MMC-dən operativ vergi nəzarətinin aparılması üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmişdir.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********9842 nömrəli qərardan görünür ki, İddiaçı MMC-yə elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 977265.89 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.

6. Operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021-ci il tarixli 001599 nömrəli aktdan görünür ki, İddiaçı MMC-yə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt yolu ünvanında yerləşən anbarda idxal olunmuş 8217268,98 manatlıq malın 117646,06 (ƏD/V_li) manatını e-qaimə ilə satdığı, qalan hissəsini isə ticarət əlavəsi və ƏDV ilə birlikdə 9772658,89 manata ayrı-ayrı vergi ödəyicilərinə topdan şəkildə sataraq Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozulması müəyyən edilmişdir. Vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi aktı imzalamaqdan imtina etmişdir.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin **********9843 nömrəli tələbnaməsindən görünür ki, İddiaçı MMC-dən büdcəyə ödənilməli olan 977265.89 manat vəsaitin xx.xx.2021-ci il tarixədək Sumqayıt YXO-nun hesabına ödənilməsi tələb edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

8. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin iddiaçı barədə tərtib etdiyi xx.xx.2021-ci il tarixli **********9842 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********9842 nömrəli qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 977265.89 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdeh orqan tərəfindən verilmiş vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********9843 nömrəli tələbnamə verilərək qərarda göstərilən məbləğin dövlət büdcəsinə ödənilməsi tələb edilmişdir. Halbuki, iddiaçının istinad olunan satışı topdansatış qaydada həyata keçirməsi sübuta yetirilməmiş, MMC tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir.

11. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Dövlət Vergi Xidmətinin İdxal- İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolu ünvanında yerləşən anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2021-ci il tarixdə saat 13:50-də Baş İdarə tərəfindən İddiaçı MMC-yə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolu ünvanında yerləşən anbarda Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq elektron qaimə tələb olunduğu halda heç bir elektron-qaimə verilmədən 9772658,89 manat məbləğində malların ayrı-ayrı vergi ödəyicilərinə topdansatış qaydasında satılması faktı aşkar olunmuş və xx.xx.2021-ci il tarixli 001599 nömrəli Akt tərtib edilmişdir. Həmin akt MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 təqdim edilsə də, nümayəndə aktı qəbul etməkdən və imzalamaqdan imtina etmişdir. Nəticədə vergi orqanı tərəfindən MMCdə keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2021-ci il tarixli 001599 nömrəli akta, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə əsasən MMCnin 977265.89 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli arayışda qeyd etmişdir ki, MMCyə məxsus olan təsərrüfat subyeki Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun üzərində yerləşən anbardan ibarətdir. Digər yerlərdə MMC-yə məxsus obyekt (anbar) yoxdur. xx.xx.2021-ci il tarixdə yoxlama keçirilən dövrdə anbarda və digər yerdə saxlancda və yolda MMC-yə məxsus mal yoxdur. Anbar boşdur, MMC-nin iş vaxtı həftənin 6 günü olmaqla saat 10:00-dan 18:00-a qədərdir. MMC-nin ticarət əlavəsi 2 (iki) faizdir. Eyni zamanda İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə xx.xx.2021-ci il tarixdə verdiyi izahatda bildirmişdir ki, idxal olunmuş mallar qabaqcadan sifariş əsasında gətirilir və həmin mallara görə ödənilən pul vəsaiti ofisdə alındığı üçün NKA (nəzarət kassa aparatı) anbarda deyil, ofisdə yerləşir. Baş İdarənin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda da Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolu ünvanında (anbarda) operativ vergi nəzarətinin həyata keçirildiyi, anbarın pərakəndə satış üçün uyğun olmayan yerdə olması və nəzarət kassa aparatının göstərilən ünvanda olmaması qeyd edilmişdir. MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 NKA-nın (nəzarət kassa aparatı) Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən qeydiyyatsız ofisdə olduğunu və bütün əməliyyatların oradan aparıldığını bildirmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.63 maddəsində topdansatışın anlayışı verilmişdir: topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Dövlət Vergi Xidmətinin məlumat bazasında da İddiaçı MMC-nin əsas fəaliyyət növü kimi ixtisaslaşdırılmamış topdansatış göstərilmişdir. Göründüyü kimi, İddiaçı MMC tərəfindən Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq heç bir elektron qaimə təqdim edilmədən 9772658,89 manat məbləğində mal müxtəlif vergi ödəyicilərinə topdan şəkildə satılmışdır.

12. Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2-1(118)-199/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin İddiaçı MMC barəsində xx.xx.2021-ci il tarixli **********9842 saylı qərarının ləğv edilməsi qərara alınmışdır.

13. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın əğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayətində işin hallarına istinad edilməklə göstərilir ki, vergi orqanının xx.xx.2021-ci il tarixli **********5260 nömrəli qərarı ilə VM-nin 58.8-ci maddəsinə əsasən operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş, yoxlamanın nəticəsinə dair xx.xx.2021-ci il tarixli DVX seriyalı 001599 nömrəli akt tərtib olunmuş, tərtib olunmuş aktın nəticəsi olaraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarla vergi ödəyicisinə 977265,89 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Maliyyə sanksiyasının tətbiq edilmə əsasları ilə bağlı bildirmişlər ki, xx.xx.2021-ci il tarixli qərar ilə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolu ünvanında yerləşən cəmiyyətə məxsus təsərrüfat subyektində (anbarında) xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti zamanı cəmiyyətə məxsus təsərrüfat subyektində mal qalığı aşkar edilməmişdir. (xx.xx.2021-ci il tarixli DVX seriyalı 001598 nömrəli akt). Araşdırma zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2019-cu il üzrə Mənfəət vergisi bəyannaməsində ilin sonuna mal qalığının olmadığı bildirilmiş, eləcə də 2020-ci ilin əvvəlindən yoxlama keçirilən dövrə kimi vergi ödəyicisi tərəfindən 8.217268,98 manat (ƏDV-siz) dəyərində idxal, elektron qaimə-faktura ilə satışı 117.646,06 manat (ƏDV və 2% ticarət əlavəsi çıxıldıqdan sonra 973.745,14 manat) olmuşdur. Tədbir nəticəsində vergi ödəyicisi tərəfindən 9.772.658,89 manat (8.217.268,98-117.646,06/1, 18/1.02)*1.02*1.18 məbləğində olan mallarının Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilmədən satışının həyata keçirildiyi və nağd vəsaitin nəzarət kassa aparatına (NKA) vurulduğu müəyyən edilmişdir. Yoxlamanın nəticəsi üzrə vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli DVX seriyalı 001599 nömrəli akt tərtib edilmişdir. Malların elektron qaimə-faktura təqdim edilmədən satışına təqvim ili ərzində belə hala birinci dəfə yol verilməsinə görə VM-nin 58.13-cü maddəsinə əsasən təqdim edilmiş malların satış qiymətinin 10 faizi miqdarında 977.265,89 (9.772.658,89 x 10%) manat maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 1.3.1 bəndinə əsasən: topdansatış-malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektləri) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olana ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Məhkəmə qəbul etdiyi qərarında dəlil olaraq ifadə edir ki, cavabdeh vergi orqanı mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsası kmi iddiaçı müəssisənin topdansatış qaydada satış həyata keçirdiyi halda malları elektron qaiməfaktura tərtib edilmədən verməsi olmuşdur. Bununla bağlı məhkəmə hesab etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının topdansatış fəaliyyəti ilə məşğul olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədi. İddiaçının yüksək məbləğdə satış etməsi faktı onun topdansatış fəaliyyətlə məşğul olması faktı kimi qiymətləndirilə bilməz. Ümumiyyətlə vergi ödəyicisinin pərakəndə və ya topdansatış fəaliyyətlə məşğuı olmasını müəyyənləşdirmək üçün hər hansı məbləğ nəzərdə tutulmamışdır. İddiaçının topdansatış fəaliyyəti ilə məşğul olması yalnız vergi orqanının ehtimalıdır. Qeyd olunan dəlillərlə bağlı bildirirlər ki, məhkəməyə təqdim edilmiş bütün sənədlərdə dəlil olaraq iddiaçının topdansatış ticarət fəaliyyəti ilə məşğul olduğu bir neçə istiqamətdə sübut olunmuş və bununla bağlı təsdiqedici sənədlər əlavə edilərək məhkəməyə təqdim edilmişdir. "xxxx" MMC-nin rəhbəri İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə xx.xx.2021-ci il tarixində təqdim etdiyi arayışda qeyd etmişdir ki, MMC-nin təsərrüfat subyekti Abşeron rayonu, Xırdalan şəhəri Bakı-Sumqayıt yolunun üzərində yerləşən anbardan (31001 kodlu) ibarətdir. Digər yerlərdə MMC-yə məxsus obyekt (anbar) yoxdur. xx.xx.2021-ci il tarixə yoxlama keçirilən dövrə anbarda və digər yerdə saxlancda və yolda olan malı yoxdur. Anbar boşdur. MMC-nin iş vaxtı həftənin 6 günü olmaqla saat 10:00-dan 18:00-a qədərdir. MMC-nin ticarət əlavəsi 2(iki)%-dir. Həmçinin MMC-nin rəhbəri xx.xx.2021-ci il tarixində təqdim etdiyi izahatda idxal olunmuş malların əvvəlcə sifariş əsasında gətirildiyini bildirmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun üzərində yerləşən anbar üzrə yoxlamanın əhatə etdiyi dövrdə fəaliyyət növü “Digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi” olmuşdur ki, bu fəaliyyət növü də pərakəndəsatış fəaliyyət növünə uyğun gəlmir. Eyni zamanda iddiaçının vergi orqanına təqdim etdiyi xx.xx.2018-ci il tarixli “Vergi” ödəyicisinin Təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı” haqqında ərizəsi (qeydiyyat nömrəsi: **********715500) əsasında cəmiyyətin təsərrüfat obyekti 96090 kod altında “Digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi” kimi qeydiyyata alınmışdır. Xüsusi olaraq qeyd edilir ki, Dövlət Vergi Xidmətinin məlumat bazasında “X11” MMC-nin əsas fəaliyyət növü məhz 46901 kod altında “İxtisaslaşdırılmamış topdansatış” olaraq qeyd edilmişdir. Qeyd olunan faktları təsdiq edən sənədlər iş materiallarında mövcud olmasına baxmayaraq, məhkəmə cavabdeh tərəfindən topdansatış fəaliyyəti ilə bağlı heç bir sübutun təqdim edilməməsini əsassız və qanunsuz olaraq dəlil kimi irəli sürür. Eyni zamanda bildirilir ki, sözügedən obyekt iddiaçının qeyd etdiyi kimi anbar şəklində vergi orqanında uçota alınmışdır ki, bu halları təsdiq edən sənədlər və şəkillər məhkəməyə təqdim edilmişdir. Bununla bağlı qeyd edilir ki, nəzər yetirilməli olan məqamlardan biri də operativ vergi nəzarəti həyata keçirilmiş obyektin, yəni təsərrüfat subyektinin “anbar” olmasıdır ki, anbardan pərakəndə satışın həyata keçirilməsi qanunvericiliklə qadağan olunmaqla yanaşı (Vergi Məcəlləsinin 58.13cü maddəsi), ümumi formalaşmış və oturuşmuş təcrübəyə əsasən ağlabatan olmamaqla pərakəndə satış fəaliyyətinin xarakterinə uyğun deyildir. İş materiallarında mövcud olan NKA-nın hesabatlarına nəzər yetirilsə, görünər ki, seçmə üsul ilə nəzarət-kassa aparatının çeklərinə əsasən (nümunə:xx.xx.2020-ci il tarixli saat 16:29-da 19.132.27 manatlıq 16 nömrəli çek, xx.xx.2020-ci il tarixli saat 16:32-də 2.517,87 manatlıq 18 nömrəli çek, xx.xx.2020-ci il tarixli saat 17:17-də 49.299,84 manatlıq 22 nömrəli çek, xx.xx.2020-ci il tarixli saat 14:58-də 22.532,79 manatlıq 27 nömrəli çek, xx.xx.2020-ci il tarixli saat 15:00da 41.704,93 manatlıq 28 nömrəli çek, xx.xx.2020-ci il tarixli saat 12:26-da 15.439,25 manatlıq 30 nömrəli çek, xx.xx.2020-ci il tarixli saat 12:27-də 18.139,64 manatlıq 31 nömrəli çek, xx.xx.2020-ci il tarixli saat 12:28-də 13.662,32 manatlıq 32 nömrəli çek, xx.xx.2020-ci il tarixli saat 12:29-da 20.623,53 manatlıq 33 nömrəli çek, xx.xx.2020-ci il tarixli saat 12:38-də 17.233,24 manatlıq 41 nömrəli çek, 10.10. 2020-ci il tarixli saat 12:39da 24801,73 manatlıq 42 nömrəli çek, xx.xx.2020-ci il tarixli saat 11:03-də 67.205,06 nömrəli 55 nömrəli çek və s.) fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi ağlabatan məbləğdən və miqdardan yuxarı həddə pul vəsaitlərinin nəzarət-kassa aparatına eyni vaxtlarda və qısa vaxt aralığında mədaxil olunduğu müəyyən olunur. Göründüyü kimi, vergi ödəyicisinin anbardan fərqli şəxslərə pərakəndə qaydada mal satması qeyrimümkündür. Reallıqda ay ərzində yalnız bir neçə halda, məsələn 3-4 halda mükündür ki, hər hansı bir şəxs anbara müraciət edərək pərakəndə qaydada öz şəxsi istehlakı üçün mal alsın, sübuta ehtiyacı olmayan haldır ki, anbardan malları yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edərək topdan alır. Beləliklə qeyd olunanları nəzərə alaraq bildirirlər ki, iş materiallarında iddiaçının topdansatış ticarət fəaliyyəti ilə məşğul olmasını təsdiq və sübut edən kifayət qədər sübut, dəlil və arqument olduğu halda məhkəmənin “məhkəmə araşdırması zamanı iddiaçının topdansatış fəaliyyəti ilə məşğul olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədi” arqumenti ümumilikdə anlaşılan deyildir. Həmçinin 2020-2021-ci il üzrə geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlara əsasən nəzarət-kassa aparatına mədaxil olunmuş 12.895,347 manat məbləğində 8056 sayda çeklərin cəmi 59 şəxslər arasında (1 şəxsə orta hesabla 136 çek) bölüşdürülməsi halları aşkar olunur ki, bu da vergi ödəyicisinin pərakəndə satışı ilə məşğul olmamasını göstərən əsas sübutlardandır. İş materiallarına əlavə olunan geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlardan görünür ki, nəzarət kassa aparatına ümumi dəyəri 1.480.282,43 manat olan 993 sayda, ümumi dəyəri 584.079,53 manat olan 396 sayda ümumi dəyəri 508.505,63 manat olan 394 sayda, ümumi dəyəri 554901,35 manat olan 333 sayda, ümumi dəyəri 461.249,40 manat olan 297 sayda, ümumi dəyəri 438.181,89 manat olan 295 sayda, ümumi dəyəri 490.644,39 manat olan 286 sayda, ümumi dəyəri 388.793,11 manat olan 240 sayda, ümumi dəyəri 424.937,43 manat olan 235 sayda, ümumi dəyəri 404.961 manat olan 232 sayda, ümumi dəyəri 378.551,39 manat olan 223 sayda və ümumi dəyəri 323501,19 manat olan 192 sayda çeklər eyni şəxslərə verilmişdir. Göründüyü kimi, iddiaçının 12.895,347 manat məbləğində 8056 sayda çeklərin cəmi 59 şəxslərə pərakəndə qaydada mal satması qeyri-mümkündür. Həmçinin o da qeyd edilir ki, yuxarıda qeyd olunan bəzi şəxslər vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyatdan keçmişdir. Sübuta ehtiyacı olmayan haldır ki, malları bu cür sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edərək topdan alır. Həmçinin, vergi ödəyicisi üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə baza məlumatlarına əsasən “X11” MMC-nin pərakəndə satış sahəsi üzrə işçisi yoxdur. Əmək müqaviləsi üzrə vergi ödəyicisinin işçilərinin tutduğu vəzifələr-inzibatçı, hüquqşünas vəkil, mal təchizatçısı, icraçı direktor, direktor, köməkçi fəhlə, yardımçı fəhlə, anbardar, xəzinədar, əməliyyatçı mühasib, mühasib kimi qruplaşdırılır. Belə ki, sözügedən hallar (vergi ödəyicisinin fəaliyyətinin iqtisadi göstəriciləri, obyektinin anbar tipli olması, fəaliyyət göstərdiyi obyektdə mal qalığının olmaması (xx.xx.2021-ci il tarixli DVX seriyalı 001598 nömrəli akt) çeklərin günün eyni vaxtlarında qısa vaxt aralığında və eyni məbləğdə kassaya vurulması hallarının aşkar olunması, geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlara əsasən nəzarət-kassa aparatına mədaxil olunmuş çeklərin eyni şəxslər arasında bölüşdürülməsi, baza məlumatlarına əsasən vergi ödəyicisinin pərakəndə satış sahəsi üzrə işçisinin olmaması və s.) faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyat rəsmiləşdirilmədən əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Həmçinin məhkəmə dəlil olaraq ifadə edir ki, vergi ödəyicisinin elektron qaimə faktura göndərmək vəzifəsi vergi ödəyicisi kimi uçotda olan şəxslərə münasibətdə aid edilməlidir. Bu halda iddiaçının pərakəndə satış nöqtəsi kimi alıcı-fiziki şəxslərin sahibkarlıq subyekti olub-olmaması və onların vergi ödəyicisi kimi uçota alınıbalınmamasını yoxlamaq kimi bir vəzifəsi yoxdur. Belə ki, iddiaçı pərakəndə qaydada satış həyata keçirdiyindən belə bir vəzifə daşımamışdır və kassa aparatının çekini verməklə kifayətlənmişdir. Qeyd olunan dəlillə bağlı bildirilir ki, NKA-na daxil edilməklə rəsmiləşdirilmiş mallar təqdim edildiyi zaman, həmin malların kimə təqdim edildiyini müəyyən etmək (NKA-dan alınmış məlumatlarda alıcıların adları qeyd olunmur) imkan xaricindədir. Həmçinin şəxslərin, yəni alıcıların kim olması barədə məlumatı yalnız iddiaçı təqdim edə bilərdi ki, iddiaçı da bu məlumatları təqdim etməmişdir. Beləliklə müəyyən olunmuşdur ki, məhkəmə sübutetmə yükü üzrə vəzifələri müəyyən edərkən işin faktiki hallarını nəzərə almamışdır. Məhkəmə inzibati məhkəmə icraatının vacib prinsipi olan və İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan işin hallarının araşdırılması prinsipinə əsasən məhkəmə vəzifəsinə görə iş üzrə obyektiv həqiqəti müəyyən etmək öhdəliyiniu daşıyır. Lakin məhkəmə cavabdehin dəlillərini təkzib edərkən satılmış malların alıcılarının kim olduğu barədə, yəni həmin alıcıların son istehlakçı, yoxsa sahibkarlıq fəaliyyətinin subyekti olması barədə heç bir araşdırma aparmamışdır. Məhkəmə heç bir sübut təqdim etmədən cavabdehin dəlillərini əsassız saymış və heç bir əsaslandırma aparmadan formal mülahizəsinə əsasən hesab etmişdir ki, mallar son istehlak məqsədləri üçün təqdim edilmişdir. Yəni, iş materiallarında iddiaçı tərəfindən təqdim edilmiş malların son istehlak məqsədləri üçün təqdim edildiyi heç bir sübutla təsdiq edilməmişdir. Həmçinin məhkəmə qərarında qeyd etmişdir ki, qanunverici topdansatış fəaliyyəti ilə məşğul olan sahibkara pərakəndə satış fəaliyyəti ilə məşğul olmağı qadağan etmir. Qeyd olunanla bağlı bildirilir ki, məhkəmə kollegiyası cavabdehin dəlillərini belə təhrif etməkdən çəkinməmişdir. Cavabdeh Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydaları”nın 5.1-ci bəndini tətbiq edilməli olan maddi hüquq norması kimi təqdim edərək ona istinad etmişdir. Həmin normaya əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Sözügedən norma topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində pərakəndə satış qadağan edir. Qeyd olunan normanın məzmunu ilə məhkəmə kollegiyasının dəlili tamamilə fərqlidir. Bu baxımdan hesab edilir ki, məhkəmə kollegiyası cavabdehin dəlillərini normanın məzmununa zidd şəkildə təhrif etmişdir. Cavabdeh hesab edir ki, ixtisaslaşdırılmamış topdansatış fəaliyyət növü üzrə qeydiyyata alınmış obyektlərdə pərakəndə satış qadağan olunduğu halda iddiaçının qadağan olunmuş fəaliyyətlə məşğul olması imkan xaricindədir. Bu baxımdan hesab olunur ki, iddiaçının dəlilləri sadəcə topdansatış fəaliyyətini pərdələmək üçün istifadə edilmişdir. Məhkəmə isə qeyd olunanların aydınlaşdırılması istiqamətində hər hansı bir addım atmadan işin formal hallarına əsasən iddianı qanunsuz və əsassız olaraq təmin etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektronqaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: Maddə 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

18. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası: Ümumi müddəalar 1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. 1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış – malların alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə onların tələbi ilə qaimə-faktura, yaxud elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə satışının (təqdim edilməsinin) həyata keçirildiyi ticarət fəaliyyəti; Pərakəndə ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi 4.1. Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POSterminaldan çıxarış verilir. 4.2. Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. 4.3. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilir.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar: kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməlidir.

25. Hazırki işdən görünür ki, tərəflər arasında yaranmış mübahisə cavabdeh tərəfindən iddiaçı barəsində həyata keçirilmiş operativ vergi nəzarəti nəticəsində tətbiq edilmiş maliyyə sanksiyası barədədir.

26. Cavabdehin “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********5260 nömrəli qərarına əsasən, iddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunda yerləşən anbarda (**********-31001) operativ vergi nəzarəti tədbiri həyata keçirilməsi qərara alınmışdır. Qərarda nəzarətin keçirilməsi müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) qeyd olunmuşdur.

27. İş materiallarında olan xx.xx.2021-ci il tarixli akta əsasən, iddiaçıya məxsus obyektdə operativ vergi nəzarətinin həyata keçirilməsinə başlanılmış və tədbirin nəticəsində ümumi dəyəri 9772658,89 manat məbləğində malların iddiaçı tərəfindən elektron-qaimə faktura tərtib edilmədən satışının həyata keçirilməsi müəyyən edilmişdir. Keçirilmiş tədbirin nəticəsi olaraq cavabdeh tərəfindən həmin akt əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********9842 nörməli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ilə iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə 977265,89 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır.

28. Hazırda iddiaçı həmin qərarı mübahisələndirir. İşə baxan birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Cavabdeh qərarla razılaşmayaraq apellyasiya şikayətində yuxarıda göstərilmiş müvafiq dəlillərə istinad etmişdir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi ilə bağlı gəldiyi hüquqi nəticəni əsaslı hesab edərək cavabdehin müvafiq dəlilləri ilə bağlı qeyd edir ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri).

30. İstinad olunan normalardan göründüyü kimi, əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Hazırki işdə cavabdeh iddiaçının göstərilən tarixlərdə 9772658,89 manat dəyərində malları elektron qaimə-faktura verilmədən təqdim edilməsini göstərməklə əslində topdansatış fəaliyyəti həyata keçirdiyini iddia edirsə bunu konkret sənədlərlə, dəlillərlə sübut etməlidir. Həmçinin, kollegiya qeyd edir ki, pərakəndə və topdansatış ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

31. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi orqanı özünün xx.xx.2021-ci il tarixli aktında vergi ödəyicisinin operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2021-ci il tarixdə vergi ödəyicisinə məxsus anbardan malların elektron qaimə faktura təqdim edilməli olduğu halda 9772658,89 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinin müəyyən olunduğunu, habelə həmin akt əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçını barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə məsuliyyətə cəlb edildiyini göstərsə də, ümumiyyətlə 16 may 2021-ci il tarixli qərarda həmin malların həqiqətən də iddiaçı tərəfindən təqdim edilməsini hansı qaydada müəyyən etdiyini göstərməmiş, sadəcə olaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 001599 nömrəli aktda yalnız anbarda idxal olunmuş 8217268,98 manatlıq malın 117646,06 (ƏDV-li) manatını e-qaimə ilə satdığını, qalan hissəsini isə ticarət əlavəsi və ƏDV ilə birlikdə 9772658,89 manata ayrı-ayrı vergi ödəyicilərinə topdan şəkildə satılması kimi qiymətləndirmiş və Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozulmasını müəyyən etmişdir. xx.xx.2021-ci il tarixli DVX seriyalı 001599 nömrəli aktın və xx.xx.2021-ci il tarixli qərarın məzmunundan isə belə görünür ki, cavabdeh inzibati orqan məhz xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək keçirilən operativ vergi nəzarəti nəticəsində, yalnız bir gün – xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən 9772658,89 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsini müəyyən etmişdir ki, bu hal da işin faktiki hallarına uyğun olmamaqla yanaşı öz təsdqini tapmır.

32. Qeyd olunmalıdır ki, vergi qanunvericiliyinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən, malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1 - 50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir.

33. Bundan əlavə, məhkəmə apellyasiya şikayətində göstərilən topdansatış fəaliyyəti göstərən iddiaçının pərakəndə satış qaydasında malları təqdim etməsi ilə bağlı dəlillərə münasibətdə qeyd edir ki, qanunverici topdansatış fəaliyyəti ilə məşğul olan sahibkara pərakəndə satış fəaliyyətini qadağan etmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”-nın 3.12-ci bəndinə əsasən vergi ödəyicisi topdansatış ticarətlə yanaşı, digər fəaliyyət növləri həyata keçirdikdə, alınmış malları təyinatına uyğun olaraq ayrıca uçota almalıdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydasının 4.2-ci bəndinə əsasən, vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. Bundan başqa, Vergi Məcəlləsinin 13.2.62ci və 13.2.63-cü maddələrinin məzmunundan aydın olur ki, qanunverici pərakəndə satış ilə topdansatış fəaliyyətinin fərqləndirici əlaməti olaraq malların alıcı tərəfindən hansı məqsədlə alınmasını müəyyən etmişdir. Belə ki, mallar alıcı tərəfindən son istehlak məqsədilə alındığı zaman həmin əməliyyat pərakəndə satış, satış məqsədilə alındığı halda isə topdansatış fəaliyyəti hesab edilir və birinci halda alıcıya qəbz və ya nəzarətkassa aparatının çeki, ikinci halda isə elektron-qaimə faktura təqdim edilir. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən, topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış zamanı malların alıcısına qəbz və ya nəzarət-kassa aparatının çeki ilə yanaşı elektron qaimə faktura yalnız alıcı tələb etdiyi halda təqdim edilir. Cavabdeh qəbul etdiyi inzibati aktda iddiaçını vergi məsuliyyətinə cəlb edərkən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad etmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbinə görə elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilə bilər. Bununla bağlı kollegiya qeyd edir ki, hətta cavabdeh vergi orqanının ehtimal etdiyi kimi, pərakəndə ticarət satışını həyata keçirən iddiaçı malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Halbuki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

34. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinə əlavə edilən ƏDV məbləğlərinə dair məlumatların (geri qaytarılan ƏDV məbləğlərinə dair məlumatlara əsasən nəzarət-kassa aparatına mədaxil olunmuş 12.895,347 manat məbləğində 8056 sayda çeklərin cəmi 59 şəxslər arasında arasında bölüşdürülməsi), habelə nəzarət-kassa aparatının çeklərinə əsasən pul vəsaitlərinin nəzarət-kassa aparatına eyni vaxtlarda, qısa vaxt aralığında və eyni məbləğdə mədaxil olunması, vergi ödəyicisinin pərakəndə satış sahəsi üzrə işçisinin olmaması da öz-özlüyündə iddiaçının müvafiq malları topdansatış qaydasında satmasını sübut edən sənədlər kimi qiymətləndirilə bilməz. Çünki, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Digər tərəfdən inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Bu baxımdan kollegiya apellyasiya şikayətinin müvafiq dəlillərini əsassız hesab edir. Belə ki, İPM-nin 14.1-ci maddəsi mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsini həmin aktı qəbul etmiş inzibati orqanın üzərinə qoyur

35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********9842 nömrəli qərar maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və vergi ödəyici kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan birinci instansiya məhkəməsinin qeyd edilən qərarın ləğv edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2-1(118)-199/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar