Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-417/2025 05.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya xx.xx.2023-cü ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2-1(118)-955/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx xxxxxxx 1958-ci ildə Abşeron rayonu Sitalçay kəndində anadan olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, o xx.xx.1973-xx.xx.1976-cı illərdə, xx.xx.1976-xx.xx.1976-cı illərdə, xx.xx.1976xx.xx.1977-ci illərdə əmək fəaliyyətilə məşğul olduğu, xx.xx.1977-xx.xx.1979-cu illərdə hərbi xidmətdə olduğu, xx.xx.1979-xx.xx.1979-cu illərdə, xx.xx.1979-xx.xx.1982-ci illərdə, xx.xx.1982xx.xx.1988-ci illərdə, xx.xx.1988-xx.xx.1995-ci illərdə, xx.xx.1995xx.xx.1998-ci illərdə, xx.xx.1998-xx.xx.1998-ci illərdə, xx.xx.2003-xx.xx.2008-ci illərdə əmək fəaliyyətilə məşğul olduğu müəyyən olmuşdur. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətindən imtina edilmişdir. İmtina məktubu onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərin surətinə (xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 24 il 21 gün təşkil edir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.2003cü il tarixdən xx.xx.2008-ci il tarixədək olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. xx.xx.2023-cü il tarixdən iddiaçıya 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2023-cü ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, əmək kitabçasında qeyd olunan məlumatlar üzrə 1 yanvar 2006-cı il tarixdən iş stajının 25 ildən artıqdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialına özünə yaşa görə əmək pensiyasını təyin edilməsi üçün müraciət etmiş, lakin imtina cavab almışdır. Hesab edir ki, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövr üzrə iş stajı nəzərə alınmalı imiş. Bir sözlə, o, xx.xx.2023-cü il tarixdən pensiya hüququna malikdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə yazılı etirazında qeyd etmişdir ki, İddiaçı cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsini tələb etmişdir. Lakin iddiaçının təqdim etdiyi sənədlərə əsasən, qanunvericiliklə müəyyən edilmiş sosial sığorta stajı və ya pensiya kapitalı toplanılmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunaziddir. Belə ki, iddiaçının mübahisələndirilməyən sığorta stajı təqdim etdiyi sənədlərin surətinə (xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 24 il 21 gün təşkil edir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. Belə ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.2003-cü il tarixdən xx.xx.2008-ci il tarixədək olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. xx.xx.2023cü il tarixdən iddiaçıya 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2-1(118)-955/2025 saylı qərarı ilə iddia təmin edilmişdir (hakim İmran Burcayev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək, yəni, xx.xx.2006-cı il tarixədək iddiaçının tələb olunan iş stajı əmək kitabçası ilə təsdiq olunduğuna, həmin əmək kitabçasının mötəbərliyinin əksi cavabdeh orqan tərəfindən sübuta yetirilmədiyi üçün məhkəmə həmin müddəti – yəni, xx.xx.2006-cı il tarixədək olan müddəti əsaslı hesab edir. İddiaçının tələb olunan iş stajı (25 ildən artıq) və 65 yaşı (xx.xx.2023) tamam olduğuna görə cavabdeh orqanın imtinası əsassızdır və iddia təmin edilərək İddiaçı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmalıdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddiə ərizəsinə etirazla ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçınınmübahisələndirilməyən sığorta stajı əmək kitabçasının surəti, hərbi xidmətdə olduğu dövr, eyni zamanda əyani təhsil dövrü nəzərə alınmaqla ümumilikdə 24 il 21 gün təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı 11 il 04 ay19 gün yəni xx.xx.1998-ci il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövrlər təşkil edir. Beləki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.2003-cü il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" MMC-də olan dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdimetdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. Qeyd edirlər ki, hazırki mübahisə predmeti müəssisənin mövcudluğu deyil, iddiaçının həmin müəssisədə işləməsi və əməkhaqqı alması məsələsidir. Birinci instansiyası məhkəməsində öz qərarını əsaslandırarkən iddiaçının həmin müəssisədə işləməsinin əmək kitabşası ilə öz təsdiqi tapdığını və mötəbərliyini şübhə altına alan hər hansı halın mövcud olmadığını göstərmişdir. Hazırkı inzibati mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Hazırki iş üzrə iddiaçınınxx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmaması onun əməkhaqqı almadığını göstərir. Belə ki, məcburi dövlət sosial sığorta haqqı - sığortalamaya görə sığortaçı təşkilata ödənilən pul vəsaitidir. Əmək ödənişi və digər gəlirlərə qanunvericilikdə nəzərdə tutulmuş bütün növ əmək haqqı və əmək haqqına əlavələrin növləri (mükafat, məzuniyyət haqqı və s.), sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir və digər gəlirlər məcburi dövlət sosial sığorta haqqının tutulma obyektidir. Belə olduğu təqdirdə iddiaçının xx.xx.2003-cü il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" MMC-də işləməsi və həmin dövrlərdə əməkhaqqı alması şübhə yaradır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, iddiaçı"xxxx" MMC-də əmək müqaviləsi əsasında deyil, xidmət müqaviləsi əsasında işləmiş, əmək haqqı ona nağd şəkildə ödənilmiş, ona görə də fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamış, eyni zamanda həmin dövr ərzində onun VÖEN-i olmuş və o, vergi ödəmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) … Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası təşkil edir. İddiaçının hüquqi marağı 65 yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçıya münasibətdə qanunla tələb olunan 25 il sığorta stajına malik olmaması halına istinad edərək, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən indiki halda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərtin olması tələb olunur: a) iddiaçının 65 yaşına çatması; b) fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olması. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla, onun pensiya yaşına - 65 yaş çatması işin mübahisəsiz halıdır. İşin mübahisəli halını məhz iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına malik olub-olmaması halı təşkil edir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçının 24 il 21 gün iş stajına malik olması halını qəbul etmiş, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.2003cü il tarixdən xx.xx.2008-ci il tarixədək olan dövrü sosial sığorta stajına daxil etməmişdir. İş materiallarına əlavə olunmuş iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1973-xx.xx.1976-cı illərdə, xx.xx.1976-xx.xx.1976-cı illərdə, xx.xx.1976xx.xx.1977-ci illərdə əmək fəaliyyətilə məşğul olduğu, xx.xx.1977-xx.xx.1979-cu illərdə hərbi xidmətdə olduğu, xx.xx.1979-xx.xx.1979-cu illərdə, xx.xx.1979-xx.xx.1982-ci illərdə, xx.xx.1982-xx.xx.1988-ci illərdə, xx.xx.1988-xx.xx.1995-ci illərdə, xx.xx.1995xx.xx.1998-ci illərdə, xx.xx.1998-xx.xx.1998-ci illərdə əmək fəaliyyətilə məşğul olmuş, xx.xx.2003-xx.xx.2008-ci illərdə isə "xxxx" MMC-də müqavilə əsasında işləmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehin mübahisələndirdiyi dövrlərdə, yəni xx.xx.2003-xx.xx.2008-ci illərdə iddiaçı "xxxx" MMC-də işləmişdir. Həmçinin iş materialları ilə müəyyən olunur ki, "xxxx" MMC xx.xx.2002-ci il tarixdən dövlət qeydiyyatına alınmaqla fəaliyyətə başlamışdır. Cavabdeh inzibati orqan iddiaçının əmək haqqının almasının sübuta yetirilməməsi, həmçinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması əsası ilə mübahisə edilən dövrləri sosial sığorta stajı kimi nəzərə almamışdır. Məhkəmə kollegiyası yuxarıda sadalanan hallar əsasında belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mövcud olan sübutların tam və hərtərəfli araşdırılması təmin edilməmiş, xüsusilə də iddiaçının xx.xx.2003-cü il tarixdən xx.xx.2008ci il tarixədək olan dövr ərzində əmək fəaliyyəti ilə məşğul olub-olmaması, həmin dövrlərdə faktiki əməkhaqqı alıb-almaması və bu gəlirlər üzrə dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi məsələləri araşdırılarkən, təkcə əmək kitabçasında olan qeydlərə istinad edilməklə, maddi hüquq normalarının tələbləri nəzərə alınmamış və işin mübahisəli faktiki halları ilə bağlı əhəmiyyətli sübutlar obyektiv şəkildə qiymətləndirilməmişdir. Qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən şəxsin yaşa görə əmək pensiyası hüququna malik olması üçün yalnız yaş meyarına deyil, eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının mövcudluğuna və ya ən azı 25 il sığorta stajına malik olmasına dair tələblər irəli sürülmüşdür. Bu baxımdan, təkcə əmək kitabçasındakı qeydlərin deyil, həmçinin həmin dövrlərdə məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin müəyyən edilməsi və bu ödənişlərin mövcudluğunu təsdiqləyən vergi və sosial müdafiə orqanlarının məlumatlarının əldə olunması zəruri hesab edilir. Bununla bağlı iddiaçı məhkəmə iclasında özü etiraf etdi ki, o "xxxx" MMC-də əmək müqaviləsi əsasında deyil, xidmət müqaviləsi əsasında işləmiş, əmək haqqı ona nağd şəkildə ödənilmiş, ona görə də fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamış, eyni zamanda həmin dövr ərzində onun VÖEN-i olmuş və o, vergi ödəmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən Şahid izahatında bildirdi ki, iddiaçını 2003cü ilin noyabr ayından 2008-ci ilin fevral ayına kimi "xxxx" MMC-də işləmişdir. Lakin o, əmək müqaviləsi əsasında işləməmiş və MMC-də əmək haqqı heç bir rəsmi sənəd olmadan, nəğd qaydada verilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 22 may 2025-ci il tarixli, 3-21-2-9/2-H-6xx-xx/2025 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlər üçün bəyannamə və hesabatların saxlanma müddətləri bitdiyi üçün “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair təlimat”a və “Vergi orqanlarında arxiv işinin aparılması qaydaları”na əsasən kağız formada təqdim edilmiş sənədlər məhv edilmişdir. Göstərilən səbəbdən müvafiq dövr üçün sənədlərin və məlumatların verilməsi mümkün olmamışdır. Dövlət Vergi Xidmətinin “X1 Sistemi” xx.xx.2006-cı il tarixdən tətbiq edildiyi üçün bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək olan dövr üçün vergilər üzrə dövriyyəniz 1.900,0 manat, ödənişləriniz isə olmamışdır. Göründüyü kimi iddiaçı cavabdehin mübahisələndirdiyi dövrlərdə, yəni xx.xx.2003xx.xx.2008-ci illərdə "xxxx" MMC-də xidmət müqaviləsi əsasında işləsə də, vergi ödəməsi öz təsdiqini tapmamışdır. Belə ki, yuxarıda qeyd edilən məktubda iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək də, "xxxx" MMC-də işləməyə davam etdiyi dövr üçün vergilər ödəmədiyindən, mübahisəli dövürdə bütövlükdə vergi ödəmədiyi qənaətinə gəlməyə əsas verir. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, iddiaçının mübahisəli dövr ərzində, yəni xx.xx.2003-cü ildən xx.xx.2008-ci ilədək əmək müqaviləsi əsasında deyil, xidmət müqaviləsi əsasında fəaliyyət göstərdiyini özü etiraf etməklə, həmin dövrdə onun əmək münasibətlərinə deyil, mülki-hüquqi xarakterli müqavilə münasibətlərinə daxil olduğu müəyyən edilmişdir. Bu hal, mübahisəli dövrün sığorta stajı kimi tanınmasına birbaşa təsir göstərir və mövcud qanunvericilik baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 21.1ci maddəsininin tələbindən də göründüyü kimi yalnız əmək müqaviləsi (kontraktı) əsasında fəaliyyət göstərən şəxslərin iş müddətləri sığorta stajına daxil edilir. Xidmət müqaviləsi isə əmək münasibətlərini deyil, mülki-hüquqi münasibətləri tənzimləyən müqavilə növü olmaqla, bu cür müqavilələr əsasında fəaliyyət göstərən şəxslərin həmin dövrdə sosial sığorta stajı qazanması yalnız faktiki vergi və sığorta haqlarının ödənilməsi ilə mümkündür. İş materiallarına əlavə olunmuş rəsmi sənədlər, xüsusilə də Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin təqdim etdiyi məktub əsasında aydın olur ki, iddiaçı xidmət müqaviləsi ilə fəaliyyət göstərdiyi dövrdə nə vergi ödəyicisi kimi qeydiyyatda olub, nə də müvafiq dövrlər üzrə vergi və sosial sığorta haqları ödəmişdir. Bu isə bir daha təsdiqləyir ki, qanunvericiliklə tələb olunan sığorta kapitalı formalaşmadığından, həmçinin heç bir vergi ödənişlərinin olması müəyyən edilmədiyindən mübahisəli dövr sığorta stajı kimi nəzərə alına bilməz. Beləliklə, iddiaçının əmək müqaviləsi əsasında deyil, xidmət müqaviləsi əsasında işləməsi və bu fəaliyyətə görə nə sosial sığorta, nə də vergi ödənişlərinin həyata keçirilməməsi onun pensiya hüququnu təmin edən hüquqi əsasların formalaşmaması ilə nəticələnmişdir. Bu baxımdan, cavabdeh orqanın həmin dövrün sığorta stajına daxil edilməməsi barədə gəldiyi nəticə düzgün olmuşdur. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatları istiqamətində zəruri araşdırma aparmadan natamam sübutlar əsasında iddanı təmin etmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2-1(118)-955/2025 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya xx.xx.2023-cü ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.