Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-418/2025 25.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi fililalının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi fililalına qarşı “xx.xx.2014-cü il tarixdə vəfat etmiş əri X4 xx.xx.1991ci il tarixdən xx.xx.1995-ci il tarixədək Quba rayonu Qonaqkənd Kooperativ Cəmiyyətində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək 18 mart 2024-cü il tarixdən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, 2-1(118)-1668/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi fililalına qarşı “xx.xx.2014-cü il tarixdə vəfat etmiş əri X4 xx.xx.1991ci il tarixdən xx.xx.1995-ci il tarixədək Quba rayonu Qonaqkənd Kooperativ Cəmiyyətində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək 18 mart 2024-cü il tarixdən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxxx 1960-cı ildə Quba rayonu Əlik kəndində anadan olmuşdur. 08 oktyabr 1984-cü ildə X7 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həyat yoldaşı X7 02 may 1979-cu ildən 31 may 1981-ci ilə qədər hərbi xidmətdə olmuş, 20 iyun 1981-ci ildən əmək fəaliyyətinə başlamışdır. İşlədiyi müddətlər adına tərtib edilmiş əmək kitabçasında qeyd edilmişdir. Eyni zamanda o, İ Qarabağ müharibəsində iştirak edərək müharibə veteranı olmuşdur. Həyat yoldaşı Fərrux Cabbarov 16 noyabr 2014-cü il tarixdə vəfat etmişdir. İddiaçı hal hazırda qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdığından ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi ilə bağlı tələb olunan sənədlərini də toplayaraq cavabdeh təşkilata müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından verilən imtina cavabına əsasən iddiaçıya bildirilmişdir ki, guya iddiaçının mərhum həyat yoldaşı X4 hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla sosial sığorta stajı 11 il 2 ay 27 gün təşkil edir ki, bu da qanunvericiliklə tələb olunan müddətdən (13 il 4 ay) azdır. Eyni zamanda məktubda qeyd edilmişdir ki, X4 əmək kitabçasında göstərilmiş 18 mart 1991-ci il tarixdən 01 noyabr 1995-ci il tarixinədək Quba rayonu, Qonaqkənd Kooperativ Cəmiyyətində işlədiyi dövrlərin araşdırılması zərurəti yaranmış, araşdırma zamanı Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Quba-Xaçmaz regional filialı ilə Dövlət Arxivinin birgə tərtib etdiyi 25 04.2024-cü il tarixli akta əsasən Quba rayonu, Qonaqkənd Kooperativ Cəmiyyəti ləğv olunduğundan, həmçinin sənədlər X12 rayon filialına təhvil verilmədiyindən sözügedən dövr üzrə əmək fəaliyətinin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmadığı, əmək kitabçasında qeyd edilmiş xx.xx.1991-ci il tarixdən, xx.xx.1995-ci il tarixə qədər olan dövrün doldurulma qaydası pozulduğu üçün (xx.xx.1991-ci il tarixində işə daxil olma qeydi kiril qrafikalı əlifba ilə yazılıb latın qrafikalı möhürlə təsdiqləndiyindən) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmədiyi əsas gətirilərək iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İddiaçı qeyd edilən imtina cavabı ilə razılaşmır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsinin əsasları kimi mərhum əri X4 13 il 4 aydan çox sığorta stajı olduğu iddia etməklə ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Həmin iddia tələbi üzrə iş materiallarından aydın olur ki, iddiaçı ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2024-cü il tarixdə ərizə ilə Mərkəzi Filiala müraciət etmiş, inzibati icraatın nəticəsi olaraq cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli 3-17-1/2-C-105498/2024 nömrəli imtina məktubu ünvanlanmışdır. Bundan sonra iddiaçı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, iş üzrə iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. xx.xx.2024-cü il tarixli 3-17-1/2-C-105498/2024 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, iddiaçının mərhum əri F.Cabbarova məxsus sənədlərin surəti əsasən, əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək sığorta stajı 11 il, 2 ay, 27 gün təşkil etməklə qanunvericiliklə nəzərdə tutulmuş sığorta stajından (13 il 4 ay) az olduğu üçün ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmin məktubla mərhum F.Cabbarova məxsus əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Quba rayonu Qonaqkənd Kooperativ Cəmiyyətində əmək fəaliyyəti dövrünün araşdırılması zərurətinin yarandığı qeyd edilmişdir. Aparılmış araşdırma nəticəsində Fondun 1 saylı Quba-Xaçmaz regional filialı ilə X12 filialının birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən Quba rayonu Qonaqkənd Kooperativ Cəmiyyəti ləğv olunduğu, həmçinin sözügedən müəssisənin sənədlərinin X12 rayon filialına təhvil verilmədiyi müəyyən olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalan”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu - xx.xx.1991-ci il tarixdə işə daxilolma qeydi kiril qrafikalı əlifba ilə yazılıb, latın qrafikalı möhürlə təsdiqləndiyi məlum olmuşdur. Beləliklə, yuxarıda qeyd edilən səbəblərdən müvafiq dövrlər iddiaçının mərhum əri F.Cabbarovun sığorta stajına daxil edilərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Əlavə olaraq, İddiaçı adına aktiv əmək müqaviləsi (işəgötürən: "Ran Fruit” MMC) olduğu üçün ona yaşa görə sosial müavinətin təyin edilməsinin də qanunvericiliklə mümkün hesab edilmədiyi qeyd edilmişdir. İddiaçı iddia ərizəsində mərhum ərinin sığorta stajına daxil edilməsini tələb etdiyi xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövrün sığorta stajına daxil edilərək iddiaçıya ailə başçısını itirməyə görə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə mümkün deyil. Bundan başqa, F.Cabbarovun sözügedən Cəmiyyətdə işləməsi ilə bağlı əmək kitabçasındakı qeydlərin əsaslılığı şübhə altındadır. Belə ki, Azərbaycan Respublikasında latın qrafikalı əlifba xx.xx.1992-ci il tarixdə bərpa olunaraq istifadə edilməyə başlanılsa da, F.Cabbarovun əmək kitabçasında onun Qonaqkənd Kooperativ Cəmiyyətində işə daxil olduğu xx.xx.1991-ci il tarixinə dair qeyd kiril qrafikalı əlifba ilə yazılmış, möhürün üzərindəki yazılar isə latın qrafikası ilə qeyd olunmuşdur. Həmçinin, iddiaçının mərhum ərinin həmin cəmiyyətdən işdən azad olunmasına dair xx.xx.1995-ci il tarixli qeyd də eyni qaydada kiril qrafikası ilə yazılmış, üzərinə vurulmuş möhürdə isə latın qrafikasından istifadə edilmişdir. Göründüyü kimi, əmək kitabçasında müvafiq Cəmiyyətdə xx.xx.1991-ci il tarixli işə daxilolma qeydi latın qrafikalı əlifbaya keçid edilməzdən əvvələ aid olduğu halda, möhürdə latın qrafikalı əlifbadan istifadə edilmişdir. xx.xx.1995-ci il tarixli işdən azad olunma barədə qeyd isə latın qrafikalı əlifbanın tətbiq edildiyi dövrə aid olsa da, yazılmış qeydlərdə kiril qrafikalı əlifbadan istifadə edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın tələbləri kobud surətdə pozulmuşdur. Göründüyü kimi, F.Cabbarovun əmək kitabçasının doldurulma qaydaları pozulduğu üçün, həmin əmək kitabçasındakı qeydlərin mötəbərliyi şübhə altında qalır. Bu səbəbdən də yuxarıda göstərilən normada qeyd olunduğu kimi, müvafiq dövrün F.Cabbarovun sığorta stajına daxil edilməsi dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən həyata keçirilməli idi. Lakin, üzləşdirmə nəticəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan da məlum olur ki, müəssisə ləğv edilmiş və hər hansı bir sənəd arxivə təhvil verilməmiş, bunun nəticəsində də F.X3 Cəmiyyətində işləməsini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, iddiaçının mərhum əri F.Cabbarovun Quba rayonu Qonaqkənd Kooperativ Cəmiyyətində xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək işlədiyini müəyyən etmək mümkün olmadığı üçün, həmçinin həmin dövrə dair qeydlərdə əmək kitabçasının doldurulma qaydalarının pozulması səbəbindən müvafiq dövrün F.Cabbarovun sığorta stajına daxil edərək İddiaçı ailəbaşçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə mümkün deyildir, İddiaçı iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə olunmuş 416431 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı X7 ilə 08 oktyabr 1984cü il tarixində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İ 704572 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 16 noyabr 2014-cü ildə ölmüşdür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, 2-1(118)-1668/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2014-cü il tarixdə vəfat etmiş əri X4 18 03.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Quba rayonu Qonaqkənd Kooperativ Cəmiyyətində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək 18 mart 2024-cü il tarixdən İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki inzibati işdə iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçasında müvafiq qeydlər mövcuddur. Həmin sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan mərhum X11 digər şəxsə (X10) aid pensiya işindən məlum olur ki, hazırki mübahisə üzrə cavabdehin mübahisələndirdiyi xx.xx.1991-ci il tarixdən xx.xx.1995ci il tarixədək olan dövrlər (eyni möhürlə təsdiqlənmişdir) həmin şəxsə pensiya təyin edilərkən iş stajına daxil edilmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, əmək kitabçasında qeyd olunan dövrlər iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması zamanı sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə dair etirazla eyni məzmunda əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə əmək kitabçasının doldurulma qaydalarının pozulması faktlarına - Azərbaycan Respublikasında kiril qrafikalı əlifbadan istifadə eildiyi dövrdə latın qrafikalı əlifba ilə tərtib edilmiş möhürdən istifadə edilməsi, işdən çıxma qeydində isə 1995-ci ildə kiril qrafikalı əlifbadan istifadə edilməsi faktlarını gözardı edərək qiymət verməmiş, həmçinin, müvafiq dövrə aid işdən çıxma qeydində “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməli olmasını nəzərə almamışdır. Bununla da, birinci instansiya məhkəməsi qeyd olunan maddi hüquq normalarını, həmçinin İnzibati Prosessual Məcəllənin 12-ci maddəsində təsbit edilmiş işin hallarının araşdırılması prinsipini pozmaqla iddia tələbini əsassız olaraq təmin etmişdir. Cavabdeh inzibati orqan apellyasiya şikayətinə əlavə ünvanlayaraq qeyd etmişdir ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı haqqında” Əsasnamənin 1.1-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla əhaliyə digər növ əmək pensiyalarının təyin edilməsi, bir növdən digərinə keçirilməsi və yenidən hesablanması Mərkəzi Filialın səlahiyyətindədir. Lakin Sumqayıt İnzibati Məhkəməsi xx.xx.2025-ci il tarixli 2-1(118)- 1668/2025 nömrəli qərarında iddiaçıya 18 mart 2024-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyini qanunsuz olaraq Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoymuşdur. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh və müvafiq pensiyanı təyin etmək səlahiyyətinə malik olan qurum Mərkəzi Filial olduğu halda, məhkəmə iddiaçıya müvafiq əmək pensiyasının təyin edilməsi öhdəliyini iş üzrə cavabdeh olmayan, həmçinin müvafiq pensiya təyinatını həyata keçirməyə səlahiyyəti olmayan inzibati orqanın üzərinə qoymuşdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Maddə 17. Ailə başçısını itirməyə görə əmək pensiyası təyinatının şərtləri 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “ İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları Bənd 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 yerli qurumları tərəfindən aparılır. “İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının xx.xx.2014-cü il tarixdə vəfat etmiş əri X4 xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Quba rayonu Qonaqkənd Kooperativ Cəmiyyətində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək 18 mart 2024-cü il tarixdən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtinası təşkil edir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” AR Qanunun 14-cü maddəsinin tələbinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Həmçinin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Hazırki iş üzrə X4 02 may 1979-cu il tarixindən 31 may 1981-ci il tarixinədək hərbi xidmətdə olması, 20 iyun 1981-ci il tarixdən 30 dekabr 1982-ci il tarxinədək, 30 mart 1983cü il tarixindən 24 sentyabr 1983-cü il tarixinədək, 24 noyabr 1983-cü il tarixdən 06 sentyabr 1985-ci il tarixinədək, 01 oktyabr 1985-ci il tarixindən 11 sentyabr 1986-cı il tarixinədək, 25 sentyabr 1986-cı il tarixindən 16 may 1988-ci il tarixədək, 13 iyun 1988-ci il tarixdən 14 mart 1991-ci il tarixə, 18 mart 1991-ci il tarixdən 01 dekabr 1995-ci il tarixədək, əmək fəaliyyəti ilə məşğul olması yuxarıda sadalanan İT-İ ******* nömrəli əmək kitabçası və H3 N ******* nömrəli hərbi biletdə öz əksini tapmışdır. İş materiallarına əlavə olunmuş 416431 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı X7 ilə 08 oktyabr 1984cü il tarixində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İ 704572 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 16 noyabr 2014-cü ildə ölmüşdür. İddiaçı xx xxxxxxxx 1960-cı il təvəllüdlü olmaqla, 64 yaşı 18 sentyabr 2024-cü il tarixində tamam olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının mərhum ərinin 11 il 2 ay 27 gün sosial sığorta stajına malik olması qəbul edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə etiraz və apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, aparılmış araşdırma nəticəsində Fondun 1 saylı Quba-Xaçmaz regional filialı ilə X12 filialının birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən Quba rayonu Qonaqkənd Kooperativ Cəmiyyəti ləğv olunduğu, həmçinin sözügedən müəssisənin sənədlərinin X12 rayon filialına təhvil verilmədiyi müəyyən olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu - xx.xx.1991-ci il tarixdə işə daxilolma qeydi kiril qrafikalı əlifba ilə yazılıb, latın qrafikalı möhürlə təsdiqləndiyi məlum olmuşdur. Göründüyü kimi hazırkı iş üzrə işin mübahisə olunan halı iddiaçının mərhum ərinin xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan iş stajının nəzərə alınması ilə bağlıdır. Həmin dövrlər iş stajı kimi nəzərə alınanda iddiaçının pensiya hüququnun yaranması mübahisə olunmur. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın yuxarıda qeyd edilən dəlillərini əsassız hesab etməklə aşağıdakıları qeyd edir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının mərhum ərinin əmək fəaliyyətini təsdiq edən İT-İ ******* nömrəli əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Cavabdehin iddiaçının mərhum ərinin əmək kitabçasında qeyd edilən dövrləri onun sosial sığorta stajı kimi nəzərə alınmamasının əsası kimi göstərdiyi dəlillər iddiaçının və onun mərhum ərinin təqsiri kimi qəbul oluna bilməz və iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Qeyd edilən dövrlər sosial sığorta stajı kimi nəzərə alındıqda, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur. Həmçinin “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Eyni zamanda İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Hazırki halda cavabdeh inzibati orqan mübahisələndirdiyi dövrlə bağlı verilmiş əmrin qanunsuz olduğunu sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın istinad etdiyi müəssisənin sənədlərinin X12 rayon filialına təhvil verilməməsi, işə daxilolma qeydinin kiril qrafikalı əlifba ilə yazılıb, latın qrafikalı möhürlə təsdiqlənməsi iddiaçının mərhum əri ilə onun çalışdığı müəssisə arasındakı əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. X4 qeyd olunan dövrlərdə işləməsi barədə əmək kitabçasında məlumatlar mövcud olduğundan, həmin məlumatların mötəbərliyi şübhə doğurmadığından, həmçinin cavabdeh tərəfindən X1 müəssisədə işləməsini təkzib edən sübutlar təqdim edilmədiyindən, həmin dövrlər də sosial sığorta stajına daxil edilməlidir. Bundan əlavə, birinci instansiya məhkəməsi iş materiallarında olan digər şəxsə aid pensiya işində olan sənədlərlə müəyyən etmişdir ki, cavabdehin mübahisələndirdiyi xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövrlər (eyni möhürlə təsdiqlənmişdir) həmin şəxsə pensiya təyin edilərkən iş stajına daxil edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu hal bərabərlik prinsipinin pozulması halı kimi qiymətləndirilməli, iddia tələbinin əsaslı olmasını müəyyən edən əlavə digər bir əsas kimi nəzərə alınmalıdır. Bu baxımından, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh həmin dövrləri sosial sığorta stajı kimi nəzərə almamaqda haqlı olmamışdır. Eyni zamanda, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qərarın nəticə hissəsində iddiaçının xx.xx.2014-cü il tarixdə vəfat etmiş əri X4 18 03.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Quba rayonu Qonaqkənd Kooperativ Cəmiyyətində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək 18 mart 2024-cü il tarixdən İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə qoyulmasını deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmasını qeyd etmiş, bununla da aşkar yanlışlığa yol vermişdir.Lakin, məhkəmə kollegiyası hesab edir ki, həmin yanlışlıq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin düzgünlüyünə təsir etmir və məhkəmə qərarı icra olunan zaman həmin qərarın icrası hazırkı iş üzrə cavabdeh olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına həvalə edilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, 2-1(118)-1668/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.