Məhkəmə qərarları › İş №2-1(105)-42/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-42/2022

01.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-42/2022 01.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “199N-ci ilin mart ayının 3-dən 1993-cü ilin dekabr ayının N4-ə kimi döyüş bölgələrində döyüş tapşırıqlarını yerinə yetirməsi ilə bağlı xidmətini xidməti vəsiqəsinə daxil edilməsi öhdəliyinin” cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə açar sözlər: döyüş tapşırıqlarını yerinə yetirməsi ilə bağlı xidmətin nəzərə xidməti vəsiqəyə daxil edilməsi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı onun “199N-ci ilin mart ayının 3-dən 1993-cü ilin dekabr ayının N4-ə kimi döyüş bölgələrində döyüş tapşırıqlarını yerinə yetirməsi ilə bağlı xidmətini xidməti vəsiqəsinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin N-1(118)-15N/NNN1 saylı N6.N5.NNN1-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı Cavabdehnə qarşı onun 199N-ci ilin mart ayının 3-dən 1993-cü ilin dekabr ayının N4-ə kimi qaynar döyüş bölgələrində döyüş tapşırıqlarını yerinə yetirməsi ilə bağlı qeydlərin xidməti vərəqəsinə daxil edilməsi və həmin xidmətlərinin əsasında ona təyin edilmiş pensiyanın yenidən hesablanması vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. N. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 199N-ci ilin mart ayının 3-dən 1993-cü ilin dekabr ayının N4-ə kimi döyüş bölgələrində döyüş tapşırıqlarını yerinə yetirməsi ilə bağlı xidmətini xidməti vəsiqəsinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

İddiaçının əsaslandırması:

3. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.1969-cu ildə Zəngilan rayonunda anadan olmuş və Zəngilan rayon Hərbi Komissarlığı tərəfindən 199N-ci ilin mart ayının 3də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətə göndərilmiş və N4 dekabr 1993-cü ilə qədər həmin hərbi hissənin tərkibində bir sıra döyüş əməliyyatlarında iştirak etmişdir. O, xidmətləri ilə bağlı ona arxiv arayışının verilməsi barədə Cavabdeh Arxiv İdarəsinə müraciət etmiş, lakin ona ünvanlanan 3N.N7.NN19-cu il, N4.1N.NN19-cu il tarixli və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N3.1N.NN19-cu il tarixli məktubu ilə ona bildirilmişdir ki, arxiv məlumatlarında onun N3.N3.1993-cu ildə Zəngilan rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılması və N saylı hərbi hissənin əmrinə əsasən şəxsi heyətin siyahısına qəbul edilməsi barədə məlumat olsa da, 199N-ci ilin mart ayından 1993-cü ilin dekabr ayına kimi xidmətlərlə bağlı nizami hissə üzrə əmrlərdə heç bir məlumat yoxdur. Bu barədə qeydlər onun adına olan hərbi biletdə qeyd olunsa da, arxiv məlumatlarına daxil edilməmişdir. O, hesab edir ki, xidmətlərlə bağlı onun hərbi biletinə daxil edilmiş qeyd həmin qeydlərin xidməti vərəqəyə daxil edilməsi və həmin qeydlər əsasında ona təyin edilmiş pensiyanın yenidən hesablanması üçün əsas verir.

Cavabdehin etirazları:

4. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz daxil olmamışdır.

Birinci instansiya məhkəməsində icraat:

5. Sumqayıt İnzibati Məhkəməsinin N-1(118)-15N/NNN1 saylı N6.N5.NNN1-ci il tarixli qərarı (hakim V.E.Əzizova) ilə iddianın rədd edilməsi qərara alınmışdır.

6. Qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin N-1(118)-15N/NNN1 saylı N6.N5.NNN1-ci il tarixli qərarının ləğv edilməklə onun 199N-ci ilin mart ayının 3-dən 1993-cü ilin dekabr ayının N4-ə kimi döyüş bölgələrində döyüş tapşırıqlarını yerinə yetirməsi ilə bağlı xidmətini xidməti vəsiqəsinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiasının təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) apellyasiya şikayətinin dəlilləri:

7. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.1969-cu ildə Zəngilan rayonunda anadan olmuş və Sumqayıt şəhər hərbi Komissarlığı tərəfindən 199Nci ilin mart ayının 3-də AR MN-nin N saylı hərbi hissəsində xidmətə başlamış, N4 dekabr 1993-cü ilə qədər həmin hərbi hissənin tərkibində bir sıra döyüş əməliyyatlarında iştirak etmişdir. Xidmətləri ilə bağlı ona arxiv arayışının verilməsi barədə AR Müdafiə Nazirliyinin Arxiv İdarəsinə müraciət etmiş, lakin ona ünvanlanan cavab məktublarında mənə bildirilmişdir ki, arxiv məlumatlarında mənim N3.N3.1993-cü ildə Sumqayıt şəhər hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılması və N saylı hərbi hissənin əmrinə əsasən şəxsi heyətin tərkibinə qəbul edilməsi barədə məlumat vardır, lakin 199N-ci ilin mart ayından 1993-cü ilin dekabr ayına kimi xidmətləri ilə bağlı nizami hissə üzrə əmrlərdə heç bir məlumat yoxdur. Halbuki bu barədə qeydlər onun adına olan hərbi biletdə qeyd olunsa da, arxiv məlumatlarına daxil edilməmişdir. Hesab edir ki, xidmətləri ilə bağlı onun hərbi biletinə daxil edilmiş qeyd həmin qeydlərin xidməti vərəqəsinə daxil edilməsi və həmin qeydlər əsasında ona təyin edilmiş pensiyasının yenidən hesablanması üçün əsas olmuş, ona görə də məhkəmədə iddia qaldırmış, lakin məhkəmə iddiasını təmin etməmiş və bunu qəbul etdiyi qərarında onunla əsaslandırmışdır ki, guya məhkəmə araşdırması zamanı qeyd edilən dövrdə xidmətləri ilə bağlı sübutlar müəyyən olunmamışdır. Halbuki məhkəmə özü də qəbul etdiyi qərarında bu dövrlər ərzində həmin hərbi hissə üzrə pul təminatının hesablanması ilə bağlı qovluqda olan qeydlərə istinad etmiş və həmin qovluqda olan sənədlərlə də təsdiq olunur ki, noyabr 1993-cü il tarixə onun adı da pul təminatı ilə təmin edilməli olan şəxslər siyahısına daxil edilmiş, lakin onun həmin siyahıda imzasının olmaması həmin müddətdə xidmət etməyi ilə bağlı faktı inkar etmir, əksinə bu qeyd o anlama gəlir ki, həmin vaxtda hərbi hissənin tərkibində olmuş, xidmət etmiş və bu səbəbdən də adı pul təminatı ilə təmin edilməli olan hərbi qulluqçular siyahısına salınmışdır. Eyni zamanda hərbi biletində də bu barədə qeydlər aparılmışdır. Məhkəmənin bu faktlar qarşısında hazırki mübahisəyə bu cür yanaşması və bütün faktları qarşı tərəfin xeyrinə təhrif etməsi ona dəlalət edir ki, qəbul edilmiş qərar qanunsuzdur və ləğv olunmalıdır.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iş üzrə iddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi naməlum səbəblərdən məhkəmə iclasında iştirak etməmişlər. 1N. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 6N.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədbiq edilən hüquq

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1N.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 1N. Həmin Məcəllənin 1N.N-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

13. Həmin Məcəllənin 1N.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

14. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

15. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

16. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

17. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

18. Həmin Məcəllənin 8N-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 1N-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

19. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NN. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. N1. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 3N gün, məhkəmə qərardadı isə 1N gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. NN. Həmin Məcəllənin 9N.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. N3. Həmin Məcəllənin 9N.N-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. N4. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 13N.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1N gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. N5. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir. N6. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” 1N.N6.199N-ci il tarixli Qanun: Maddə N4. Səfərbərlik elan olunarkən həqiqi hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, hərbi vəzifəlilər isə hərbi xidmətə çağırılır. Maddə N6. Səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə həyata keçirilir. N7. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 16. Xidmət illərinin hesablanması Bu Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ili iki xidmət ili kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ilinin iki xidmət ili kimi hesablanması müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. Maddə 47. Pensiya ödəyən orqanlar Hərbi qulluqçulara və onların ailə üzvlərinə pensiyaları qeydiyyat yerindən asılı olmayaraq pensiyaçının faktik yaşayış yerindəki əmanət bankı idarələri müvafiq icra hakimiyyəti orqanları tərəfindən tərtib edilmiş müvafiq sənədlər əsasında ödəyirlər. N8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NNN7-ci il N7 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”

1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun NN.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.N.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.N.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. (-)

3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 1N iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. (-).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

N9. Məhkəmə kollegiyası hazırkı qərarın 11-NN-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq və apellyasiya şikayətinin dəlillərini işdəki sənədlərlə əlaqəli şəkildə araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 3N. Belə ki, birinci instansiya məhkəməsi qərarını onunla əasalandırmışdır ki, İddiaçı N3.N3.199N-ci il tarixdən N4.1N.1993-cü il tarixədək döyüş bölgələrində iştirak etməsi barədə kifayət qədər sübut mövcud deyildir. Belə ki, onun şəxsi işinə əlavə edilmiş Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş arxiv arayışına görə N3.N3.1993-cü il tarixdə N nömrəli hərbi hissəyə pulemyotçu vəzifəsinə daxil edilməsi barədə əmr aşkar eidlsə də, onun N4.1N.1993-cü il tarixdə təxris edilməsi barədə əmr, həmin dövrdə məvacib alması barədə məlumatlar aşkar edilməmişdir.

31. İddiaçı tələbinin əsası kimi aşağıdakı sübutlara istinad etmişdir: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N3.1N.NN19-cu il tarixli 1N/366N saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, ona təyin olunmuş pensiyanın düzgünlüyünü yoxlamaq məqsədilə şəxsi (pensiya) işə yenidən baxılmış və məlum olmuşdur ki, pensiyanın hesablanmasında heç bir səhvə yol verilməmişdir. Şəxsi işə baxış keçirilən zaman iddiaçının N nömrəli hərbi hissəyə 199N-ci ilin mart ayında daxil olması, habelə həmin hərbi hissədən tərxis olunması barədə hər hansı bir məlumat aşkar edilməmişdir. Qeyd olunan məlumatlar Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə təqdim edildikdən sonra iddiaçıya pensiya hesablanmasına yenidən baxılacağı bildirilmişdir. Qeyd olunan sənədləri əldə etmək məqsədilə iddiaçıya aidiyyəti üzrə Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinə müraciət etməsi tövsiyyə olunmuşdur. - N saylı hərbi hissə tərəfindən verilmiş buraxılış vəsiqəsinə əsasən sıravi İddiaçı N1.11.199N-ci il saat N-dən N9.11.199N-ci il saat NN-dək buraxılmışdır. - Azərbaycan Respublikası Silahlı Qüvvələri 4N1 saylı hərbi hissə tərəfindən verilmiş MV N17479 saylı 15.NN.NNNN-ci il vəsiqə ilə müəyyən olunur ki, İddiaçı müharibə veteranıdır və müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. - НЗ № ******* saylı hərbi biletin 7-ci səhifəsində olan qeydə əsasən İddiaçı 199N-ci ilin mart ayının 3-dən 1993-cü ilin dekabr ayının N4-ə kimi döyüş əməliyyatlarında iştirak etməsi N saylı hərbi hissənin komandiri tərəfindən imzalanmaqla möhürlə təsdiq edilmişdir. 3N. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən əldə edilən sənədlər: - İddiaçı şəxsi işinin məhkəməyə təqdim edilmiş surətindən müəyyən olunur ki: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin N3.N1.NNNN-ci il tarixli 9/N944 saylı məktubunda Zəngilan RHK-dan çağırılmış sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N3.N3.1993-cü il tarixli 55 №-li əmrilə (əsas: səh 6N, § 5, sıra N) 1-ci taburun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək pulemyotçu vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissənin şəxsi heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: kitab; № 5, “N8 dekabr 1993”, səh 1N8, məlumatda atasının adı yazılmamışdır) sentyabr 1993-cü il tarixi üçün pul təminatı ilə təmin olunmuş 1-ci taburun N-ci bölüyünün şəxsi heyətinin siyahısında 1969-cu il təvəllüdlü, tağım komandirinin müavini sıravi İddiaçı adı qeyd edilmiş, lakin məvacib alması barədə imzası qeyd edilməmişdir. N №-li hərbi hissənin şəxsi heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: kitab; № 5, “N8 dekabr 1993”, səh 1NN, məlumatda atasının adı yazılmamışdır) oktyabr 1993-cü il tarixi üçün pul təminatı ilə təmin olunmuş 1-ci taburun Nci bölüyünün şəxsi heyətinin siyahısında 1969cu il təvəllüdlü, tağım komandirinin müavini sıravi İddiaçı adı qeyd edilmiş, lakin məvacib alması barədə imzası qeyd edilməmişdir. N №-ii hərbi hissənin şəxsi heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: kitab; № 5, “N8 dekabr 1993”, səh 1N6, məlumatda atasının adı yazılmamışdır) noyabr 1993-cü il tarixi üçün pul təminatı ilə təmin olunmuş 1-ci taburun Nci bölüyünün şəxsi heyətinin siyahısında 1969-cu il təvəllüdlü, tağım komandirinin müavini sıravi İddiaçı adı qeyd edilmiş, lakin məvacib alması barədə imzası qeyd edilməmişdir. N №-li hərbi hissə komandirinin mart 199N-ci il, dekabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və N №-li hərbi hissənin şəxsi heyətinin pul təminatı ilə təmin olunması cədvəlləri qovluğunda dekabr 1993-cü il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat aşkar edilməmişdir. - İddiaçı xidməti siyahısından görünür ki, o, 1987-1989-cu illərdə həqiqi hərbi xidmətdə olmuş, N1.N9.1986-cı ildən-N5.NN.1991-ci ilədək Sumqayıt Politexnikumunda oxumuş, 16.N1.1995-ci ildən - 1N.N6.1996-cı ilədək hərbi sursat anbarının rəisi, 1N.N6.1996-cı ildən - 31.N7.1998-ci ilədək HQİ-713 hərbi sursat anbarının rəisi, 31.N7.1998-ci ildən - N8.N3.NNN7-ci ilədək Aviasiya sursatları və artileriya silahları anbarının rəisi, N8.N3.NNN7-ci ildən - N8.NN.NN14-cü ilədək 4N8 saylı h/h bölüyün silah anbarının rəisi, N8.NN.NN14-cü ildən 4N8 saylı h/h taborunun silah anbarının rəisi işləmiş və 11.NN.NN16-cı ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissənin siyahısından çıxarılaraq qeydiyyata durmaq üçün SHXÇÜDX-nin Sumqayıt şəhər İdarəsinə göndərilmişdir. - İddiaçı tərəfindən N5.1N.1994-cü ildə yazılaraq imzası Sumqayıt şəhər Hərbi Komissarı tərəfindən möhürlə təsdiq edilən tərcümeyi-halından görünür ki, o, 1969-cu ildə Zəngilan rayonunda anadan olmuş, 1986-cı ildən Sumqayıt şəhərində yaşamaqla Sumqayıt Politexnikumda oxumuş, 1987-1989-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən veriilmiş N5.N4.NNN1-ci il tarixli 1/İ-8544 saylı məktubla müəyyən olunur ki, N nömrəli hərbi hissə N1.1N.199N-1N.11.1993-cü il tarixlərdə döyüş əməliyyatlarında iştirak edib.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab edərək qeyd edir ki, hazırki qərarın N6-N8-ci bəndlərində istinad edilən qanun normalarının, eləcə də 31-3N-ci bəndlərində istinad edilən rəsmi sənədlərdə əksini tapan hallara uyğun olaraq iddiçının iddiasının rədd edilməsi barədə məhkəmənin gəldiyi nəticə düzgündür.

34. Hazırki qərarın 7-ci bəndində qeyd edilən iddiaçının apellyasiya şikayətinin dəlillərilə bağlı kollegiya qeyd edir ki, həmin dəlillər əsassızdır ona görə ki, iddiaçının 199N-ci ilin mart ayının 3-dən - 1993-cü ilin dekabr ayının N4-nə qədər könüllü və ya səfərbərlik üzrə hərbi xidmətdə olması və bu xidmətdən qanuni əsaslarla tərxis edilməsinə dair nə arxiv sənədlərində, nə də ki, iddiaçının yuxarıda qeyd edilən şəxsi işindəki sənədlərdə müvafiq əmrlər müəyyən edilməmiş, hətta iddiaçı tərəfindən N5.1N.1994-cü ildə şəxsən yazılmış tərcümeyi-halında da bu barədə göstərilməməsi, bu və ya iddia tələbindəki göstərilən hallar barədə məhkəməyə heç bir məlumat verilməməsi, yəni məhkəmə iclaslarına dəfələrlə dəvət olunmasına baxmayaraq iddiaçı üzürlü səbəblər olmadan iştirak etməməklə hazırkı qərarın 15-cü bəndində istinad edilən prosessual hüquq normasının tələbləri baxımından iddia üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, iddiaçı bunu etməmişdir.

35. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin rədd edilməsi üçün hüquqi əsasları təşkil edən hüquq normalarına uyğun hesab edir. Apellyasiya şikayətində irəli sürülmüş dəlillər birinci instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt İnzibati Məhkəməsinin N6 may NNN1-ci il tarixli, N-1(118)-15N/NNN1 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 9N və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin N6.N5.NNN1-ci il tarixli, N-1(118)-15N/NNN1 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1NN5, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 7N) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar