Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-42/2024 26.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, Hakimlər Rzayev Məhəmmədəli Əsəd oğlu və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, Cavabdehin nümayəndələri Nümayəndə və X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, 35 saylı evə dair mərhum atası X4 adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2- 1(118)-938/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. May 1972-ci tarixdə X6 Azərbaycan SSR Kommunal Təsəssüfatı Nazirliyi X3 Bürosu tərəfindən mübahisə olunan fərdi yaşayış evinə şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid texniki pasport verilmişdir.
2. Azərbayn Respublikasə Ədliyyə Nazirliyi Abşeron Rayon 1 saylı notariat ofisinin xüusi notariusu X8 tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı 19 noyabr 2019-cu il tarixli 4485 saylı məktubla müraciət edilərək xx.xx.1985-ci il tarixdə vəfat etmiş X2 miras qalan torpaq sahəsinə və fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqda şəhadətnamə verilməsinə dair İddiaçı müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənədlər, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında vərəsələrin dairəsi müəyyən edilmiş və 163 nömrəli vərəsəlik işi açılmışdır.
3. "xxxx" MMC tərəfindən “ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus mövcud fərdi yaşayış evlərinin Memarlıq-planlaşdırma Bölməsi tərtib edilmişdir.
4. İddiaçı 20 noyabr 2019-ci il tarxidə cavabdeh inzibati orqana müraciət edərək Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mərhum X6 məxsus fərqi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 04 dekabr 2019-cu il tarixli **********53 nömrəli məktubla onun ərizəsinin icrasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportda göstərilən mərhum X6 məxsus fərdi yaşayış evinin baxış keçirilmiş ərazidə mövcud olmadığı müəyyənləşdirilmişdir. Həmçinin, baxış keçirilmiş ərazidə sahəsi 0.1641 ha ölçüsündə olan torpaq sahəsi və üzərində inşa edilmiş 2 (iki) ədəd 2(iki) mərtəbəli fərdi yaşayış evi aşkar edilmişdir. Həmin torpaq sahəsinə və fərdi yaşayış evinə dair hüquqmüəyyənedici və texniki sənədlər hazırkı ərizəyə əlavə edilməmişdir. Habelə, sözügedən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportun baxış keçirilmiş əraziyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, həmin sənədlərdə eyniləşdirmə aparılması üçün müvafiq məlumatlar (torpaq sahəsinin koordinatları, şərti istinad sxemi və ya qonşuluqlar) göstərilməmişdir. Əlavə olaraq bildirirlər ki, şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportunda fərdi yaşayış evinin təyinatına və hüquqi rejiminə görə, Dövlət Neft Şirkətinin istifadəsində olan torpaqlarda yerləşdiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən ərizənizin icrası mümkün olmamışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, 35 saylı evə dair mərhum atası X4 adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, 35 saylı evə dair mərhum atası X4 adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X7 xx.xx.1985-ci il tarixində vəfat etmişdir. Atasından miras-əmlak kimi Xırdalan şəhərində yerləşən fərdi yaşayış evi qalmışdır. İddiaçı bu fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün Abşeron rayonu 1 saylı Notariat ofisinə müraciət etmişdir. Notariat ofisi tərəfindən də bu fərdi yaşayış evinə dair mərhum atasının adına dövlət reyestrindən çıxarışın alınması üçün cavadeh orqana müraciət olunmuşdur. Lakin cavabdeh inzibati orqan həmin fərdi yaşayış evinə dair çıxarışın verilməsindən imtina etmişdir. İmtinanın əsası kimi də onların təqdim etdiyi texniki pasportda göstərilən evin həmin ərazidə olmadığı, həmçinin, təqdim edilmiş texniki pasportda torpaq sahəsinin koordinatlarının dəqiq göstərilmədiyi bildirilmişdir. Cavabdehin bu imtinası tamamilə əsassız və qanunsuzdur. Belə ki, cavabdeh orqana təqdim etdiyi fərdi yaşayış evinə dair texniki pasportdan da görünür ki, həmin texniki pasport 1972-ci ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X3 Bürosu tərəfindən tərtib edilmişdir. Həmin vaxt vətəndaşların daşınmaz əmlaka olan hər-hansı hüquqları bu idarə tərəfindən qeydə alınmırdı. Mərhum atasının da bu fərdi yaşayış evinə dair hüquqları həmin vaxt dövlət tərəfindən tanınmış və müvafiq texniki pasport da verilmişdir. Cavabdehin onların təqdim etdiyi texniki pasportda olan göstəricilərin dəqiq oxunmamasını bildirməsi də tamamilə əsassızdır. Belə ki, keçmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X3 Bürosunun bütün hüquqları və eyni zamanda sənədləri, arxivi bu idarənin hüquqi varisi kimi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə keçmişdir. Belə bir vəziyyətdə hər hansı bir daşınmaz əmlaka dair arxiv məlumatlarının alınması üçün cavabdehin özündə olan arxiv sənədlərinə müraciət etmək kifayət edərdi. Lakin əfsuslar olsun ki, cavabdeh orqan tərəfindən hərəkətsizlik edilmiş və heç bir hüquqi əsas olmadan onun ərizəsinin təmin olunmasından imtina olunmuşdur. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
9. Cavabdeh iddia ərizəsinə etirazı imtina ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Sumqayıt İnzibati Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2-1(118)-938/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (Ceyhun Məmmədov).
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş 14-2/2-669/2023 nömrəli, xx.xx.2023cü il tarixli məktubdan müəyyən olundu ki, Xırdalan bələdiyyəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin aerokosmik görüntüsündə yerləşən koordinatlar əsasında qeyd edilən mübahisəli torpaq sahəsi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin ərazi hüdudları daxilində yerləşir və hal-hazırda sözügedən ərazilər saziş əsasında “X13” Şirkətinin istifadəsində olan torpaq sahələrinə aiddir. Azərbaycan Respublikası “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırkı işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır.
12. İddiaçı qeyd edilən qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri:
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində və həmçinin, iddia ərizəsinə verdiyi dəqiqləşdirmədə bildirmişdir ki, torpaq sahəsi və eyni zamanda torpaq sahəsi üzərində inşa edilmiş ev tikilərkən həmin ərazi “X14”ni Şirkətinin istifadəsində olmamışdır. Belə ki, cavabdeh orqan həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin AR Dövlət Neft Şirkətinin ərazisinə düşməsi ilə əlaqədar ərizənin təmin olunmasından imtina etmişdir. Lakin bildirmək istəyir ki, bu ev inşa edilən və həmin evə dair texniki pasport verilən vaxt, yəni 1972-ci ildə bu torpaq sahəsi Neft Şirkətinin istifadəsində olmamışdır. Bildirmək istəyir ki, AR Prezidenti cənab İlham Əliyevin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanının 2-ci bəndinə görə “Müəyyən edilsin ki, bu Fərmanın 1- ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir”. Yəni, bu fərmandan da açıq-aydın görünür ki, əgər torpaq sahəsi vətəndaşa ayrılan zaman müvafiq dövlət şirkətlərinin ərazilərində yerləşməyibsə, onda həmin torpaq sahəsində tikilimiş fərdi yaşayış evinə dair Dövlət Reyestrində hüquqlar qeydə alınmalıdır. Yuxarıda qeyd etdiyi kimi 1972-ci ildə torpaq sahəsində ev tikilən zaman AR Dövlət Neft Şirkətinin istifadəsində olmadığı üçün cavabdeh tərəfindən həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair Dövlət Reyestrindən çıxarış verilməlidir. Lakin əfsuslar olsun ki, məhkəmə tərəfindən AR Prezidenti cənab İlham Əliyevin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanının tələbləri nəzərə alınmamış və əsassız olaraq iddianın təmin edilməsindən imtina edilmişdir. Eyni zamanda həmin Fərmanın 1.11-ci bəndinə görə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması üçün əsaslardan biri sayılır. İşin hallarından da görünür ki, məhkəməyə mərhum atasının adına olan 1972-ci ildə tərtib edilmiş həmin texniki pasportu təqdim etsə də, nə cavabdeh orqan, nə də məhkəmə tərəfindən bu nəzərə alınmamışdır. Ona görə də hesab edir ki, məhkəmə tərəfindən yuxarıda adları göstərilən qanunvericilik normaları kobud şəkildə pozulduğu üçün birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndələri imitnanın dəlillərinə uyğun izahat vermiş, apellyasiya şikayətinə etiraz edərək qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Cavabdehin nümayəndələri bildirmişdirlər ki, müayinə olunan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft şirkətinin kontrakt ərazisində yerləşir. Eyni zamanda araşdırma zamanı müraciət üzrə əlavə edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasivası və qiymətləndirilməsinə aid texniki pasportunda göstərilən fərdi yaşayış evinin müayinə olunan ərazidə aşkar edilmədiyi, bu səbəbdən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid texniki pasportunda göstərilən fərdi yaşayış evinin müayinə olunan əraziyə aid olub-olmamasını müəyyən etməyin mümkün olmadığı aşkar edilmişdir. Cavabdehin nümayəndələri məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirmişlər ki, köhnə texniki pasportlar təqdim olunan zaman həmin torpaq sahəsinin həqiqətən də, vətəndaşa məxsus olub-olmamasını yalnız fərdi yaşayış evin mövcud olması ilə bilirlər. Amma orada texniki pasportda göstərilən fərdi yaşayış evi yoxdur. Həmin ərazidə tikilmiş ev var, lakin sənəd ilə eyni ev deyildir. Ərazi müayinə edilən zaman qeyd olunan ev aşkar edilmədiyinə görə, sənədin oraya aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Torpağın konfiqurasiyasına əsasən və evin ölçüləri fərqli olduğuna görə texniki pasportda qeyd olunan ev olmadığını bilirlər.
15. İddiaçı məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
17. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı:
1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
18. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar..
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə 9.1 Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
20. Mülki Məcəllə: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr... Maddə 151.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir Maddə 150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir.
21. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Hazırkı mübahisənin predmetini “Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, 35 saylı evə dair mərhum atası X4 adına çıxarış verilməsi”ndən cavabdehin imtinası təşkil edir.
26. İşdən görünür ki, iddiaçı müvafiq tələblə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
27. İş materialları ilə müəyyən olunur ki, iddiaçının mərhum atası X6 may 1972-ci tarixli Azərbaycan SSR Kommunal Təsəssüfatı Nazirliyi X3 Bürosu tərəfindən mübahisə olunan fərdi yaşayış evinə şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid texniki pasport verilmişdir. Texniki pasportdan görünür ki, ümumi tikililərin sahəsi 144.5 kv.metr olan, Sulutəpə qəsəbəsi, Telman küçəsi 35 ünvanında yerləşən, mübahisə olunan fərdi yaşayış evinin ölçüləri aşağıdakı kimidir: Yaşayış sahəsi-114.8 kv.metr qaraj-15.6 kv.m tualet-3.2 kv.metr su hövzəsi (basseyn)-10.9 kv.metr
28. Birinci intansiya məhkəməsi iddianı rədd edərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci, 8.0.10.1-ci, 9-cu, 11.1-ci maddələrinə istinad etmişdir.
29. Məhkəmə kollegiyası, işin halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. Məhkəmə kollegiyasının sorğusu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsin tərəfindən verilmiş 27 avqust 2024-cü il tarixli mütəsəssis rəyi ilə müəyyən olunur ki, fərdi yaşayış evi sökülmüşdür, faktiki olaraq yerində mövcud deyildir. Vətəndaşla birgə yerində baxış keçirilmiş və köhnə texniki pasportda göstərilmiş fərdi yaşayış evi aşkar edilməmiş və faktiki olaraq torpaq üzərində sonradan inşa edilmiş 2 ədəd 2 mərtəbəli fərdi yaşayış evi müəyyən edilmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, 35 ünvanında yerləşən İddiaçı məxsus mövcud fərdi yaşayış evlərinə Memarlıq-planlaşdırma Bölməsi və mütəxəssis rəyindən aydın olur ki, texniki pasportda göstərilən evlə, hazırda mövcud olan evlər tamamilə fərqlidir. Sözügedən texniki pasport yeni inşa edilmiş evlərə aid deyildir. Hazırda mövcud olan evlərə münasibətdə iddiaçı Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu”nun 8-ci maddəsində qeyd olunan müvafiq sənədlər əsasında hüuqun qeydiyyata alınmasını tələb edə bilər. İndiki halda isə, sözügedən sənədlər məhkəməyə təqdim edilməmiş, həmin evlərə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı iddiaçıya hüquqi yardım edilməsi mümkün olmamışdır.
32. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1.11-ci maddəsinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların qeydiyyatı üçün əsas hesab edilsə də, hazırkı iş üzrə iddiaçının hüquqmüəyyənedici sənəd kimi istinad etdiyi texniki pasportda göstərilən ev yerində mövcud olmadığından iddiaçının həmin sənəd üzrə hazırkı fərdi yaşayış evi üzərində hüququnun qeydə alınmasını tələb etmək hüququ yoxdur.
33. Belə ki, AR Mülki Məcəlləsinin 150.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Normanın məzmunundan dolayısıyla məlum olur ki, daşınmaz əmlakın məhv olması, həmin əmlak üzərində hüququn qeydiyyatının aparılmamasının və ya qeydiyyat aparıldığı təqdirdə onun ləğvi üçün əsasdır.
34. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, texniki pasportda göstərilən ev hazırda mövcud olmadığından cavabehin imtinasında qeyd olunan texniki pasportdakı evin Azərbaycan Respublikası Dövlət Neft şirkətinin kontrakt ərazisində yerləşməsi ilə bağlı cavabdehin dəlilinin araşdırılmasına zərurət yoxdur.
35. Məhkəmə kollegiyası texniki pasportda göstərilən ev mövcud olmadığından, hazırda mövcud olan evlərə münasibətdə isə qanunvericilklə tələb olunan sənədlərin mövcudluğu iş materiallarından görünmədiyindən iddiaçının dəlillərini əsassız hesab edir.
36. Hazırkı mübahisənin İPM-nin 34-cü maddəsinə uyğun olaraq öhdəliyin icrası haqqında iddia olmasını nəzərə alaraq kollegiya qeyd edir ki, bu növ iddialar üzrə mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubolmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilmişdir.
37. İşin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün qanuni əsaslar olmadığından iddiaçı hazırkı tələbində haqlı olmamışdır, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri).
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2-1(118)-938/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.