Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-420/2022 29.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “cavabdehin 21 avqust 2020-ci il tarixli əmrin ləğv edilməsi və öz təşəbbüsü ilə işdən çıxarılması barədə əmrin verilməsinə” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2-1(118)-626/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iddia ərizəsi daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində Həbsxana rəisinin müavini (tərbiyə işləri üzrə) vəzifəsindən çıxarılması barədə 21 avqust 2020-ci il tarixli əmrin ləğv edilməsi və öz təşəbbüsü ilə işdən çıxarılması barədə əmrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(112)-9376/2021 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 09 noyabr 2007-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qulluğa qəbul edilmiş, 2017-ci ildən həbsxananın rəis müavini vəzifəsində işləmişdir. 29 iyun 2020-ci il tarixdə cavabdeh quruma ərizə ilə müraciət edərək işdən azad olunmağını xahiş etmişdir. İşdən çıxdıqdan sonra səhhəti ilə bağlı müalicə olunmaq üçün Rusiya Federasiayasına getmişdir. Rusiya Federasiyasından qayıtdıqdan sonra ona məlum olmuşdur ki, o öz ərizəsi ilə deyil, işəgötürənin təşəbbüsü ilə işdən çıxarılmışdır. Onun öz arzusu ilə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilməsinə dair müraciəti nəzərə alınmayaraq o, “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın tələblərini kobud və mütəmadi pozduğuna görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu, 31.1.8-ci və 40.1.11-ci maddələrinə əsasən xx.xx.2020-ci il tarixindən ədliyyə orqanlarından xaric edilmişdir. Həmçinin qulluq müddətində ona vəzifəsinə səhlənkar yanaşaraq kobud nöqsanlara yol verdiyinə görə xx.xx.2008-ci il tarixində “töhmət”, xidməti fəaliyyətində ciddi nöqsanlara yol verdiyinə görə xx.xx.2011-ci il tarixdə “tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” olunmuşdur. İddiaçı göstərilən əmri qanunsuz və əsassız hesab edir. Bildirir ki, o, səhhəti ilə bağlı işdən çıxma barədə xx.xx.2020-ci il tarixində ərizə ilə cavabdehə müraciət edərək işdən öz xahişi ilə çıxarılmağını xahiş etmiş, işdən çıxma barədə ərizə ilə yanaşı xidməti vəsiqəsini də təqdim etmişdir. O, işə bərpa olunmaq fikrində deyil, lakin, gələcək karyerası üçün öz təşəbbüsü ilə işdən çıxarılmağının əmrdə göstərilməsi vacibdir. Hesab edir ki, onun işəgötürənin təşəbbüsü ilə işdən çıxarılmağı tam əsassızdır. Qeyd edir ki, ərizənin nəticələri barədə cavabdeh ona heç bir məlumat verməmişdir. Habelə, onu işdən çıxarmaları barədə də məlumat verilməmişdir. Halbuki, cavabdeh ərizəni qəbul etmədiyini və iddiaçını işəgötürənin təşəbbüsü ilə işdən çıxarmalarını dərhal bildirməli idi. Həmin vaxt ona məlumat verilsəydi hüquqlarının bərpa edilməsi istiqamətində müvafiq addımlar atardı. Digər tərəfdən o, ərizə ilə cavabdehə müraciət etdikdən sonra xidməti vəsiqəsini təqdim edərək işə çıxmamışdır. Həmin tarixdən sonra, yəni xx.xx.2020-ci il tarixdə “tutduğu vəzifəyə tam uyğun olmama barədə xəbərdarlıq” elan olunmuşdur. İşdə olmayan şəxsə necə “xəbərdarlıq” edilmişdir, halbuki işçiyə xəbərdarlıq edilərsə onun özünə “xəbərdarlıq” elan edilərək təqdim edilməlidir. Əks təqdirdə o məhkəmə müdafiəsindən məhrum olunur. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı həbsxananın rəis müavini vəzifəsində işləyərkən raportla müraciət edərək xx.xx.2020-ci il tarixdən öz arzusu ilə tutduğu vəzifədən azad olunaraq ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilməsini xahiş etmiş və həmin tarixdən xidmətə çıxmamışdır. Lakin, R. Umudovun öz arzusu ilə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilməsinə dair müraciəti “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın tələblərini kobud və mütəmadi pozduğuna görə nəzərə alınmamış və o, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu, 31.1.8-ci, 32.1-ci və 40.1.11-ci maddələrinə əsasən xx.xx.2020-ci il tarixli əmrlə ədliyyə orqanlarından xaric edilmişdir. Qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən “Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. Mübahisələndirilən əmr xx.xx.2020-ci il tarixli olduğu halda, İddiaçı hazırki iddiası ilə 2021-ci ilin avqust ayında məhkəməyə müraciət etmişdir, bununla da qanunla müəyyən edilmiş iddia müddətini buraxmışdır. İddiaçı məhkəməyə buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təqdim edərək qeyd etmişdir ki, iddia ərizəsindən və iş materiallarından da görünür ki, tərəfindən verilmiş iddia ərizəsi qanunla müəyyən edilmiş müddətdə verilməmişdir. Lakin, iddia müddəti üzürlü səbəbdən buraxılmışdır. İddiaçı 05 avqust 2021-ci il tarixində, əmrin surətini əldə etdikdən dərhal sonra məhkəməyə müraciət etmişdir. Həmin tarixdən müddətin axımı dayandırılmışdır. Müddətin axımının başlanması ilə bağlı bildirir ki, iddiaçı 09 noyabr 2007-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə qulluğa qəbul edilmiş, 2017-ci ildən həbsxananın rəis müavini vəzifəsində işləmişdir. 29 iyun 2020-ci il tarixdə cavabdeh quruma ərizə ilə müraciət edərək səhhəti ilə əlaqədar işdən azad olunmağını xahiş etmiş və 21 avqust 2020-ci il tarixdə işdən çıxarılmışdır. İşdən çıxma barədə ərizə yazdıqdan sonra səhhəti ilə bağlı müalicə olunmaq üçün Rusiya Federasiyasına getmişdir. Belə ki, 01 avqust 2020-ci il tarixdən 25 may 2021ci il tarixədək olan müddət ərzində Rusiyada xroniki hepatoxolesistit, xroniki pankreatit dioqnuzu ilə müalicə olunmuşdur. Ona verilmiş xarici pasportdan da görünür ki, iddiaçı 26 iyul 2020-ci il tarixdə Rusiya Federasiyasına, 01 iyun 2021-ci il tarixdə Rusiya Federasiyasından Azərbaycana qayıtmışdır. Azərbaycana qayıtdıqdan sonra cavabdeh quruma müraciət edərək hansı əsaslarla işdən çıxardıqları ilə maraqlandıqda ona məlum olmuşdur ki, öz ərizəsi ilə deyil, işəgötürənin təşəbbüsü ilə işdən çıxarılmışdır. Bununla bağlı cavabdehə müraciət edərək əmrin surətinin ona təqdim etmələrini xahiş etmiş, iddiaçıya bildirilmişdir ki, əmrin surəti yalnız vəkil sorğusu əsasında verilə bilər. Bundan sonra Abşeron rayon Vəkil Bürosu vasitəsilə cavabdeh quruma sorğu ilə müraciət edilmiş, cavabdeh qurumdan 14 iyul 2021-ci il tarixdə Abşeron rayon Vəkil Bürosuna 12465 saylı cavab məktubu verilmişdir. Cavab məktubu alındıqdan sonra iddiaçıya məlum olmuşdur ki, işəgötürənin təşəbbüsü ilə işdən çıxarılmışdır. Hesab edir ki, ona görə də pozulmuş hüquqlarının bərpa edilməsi barədə iddia müddəti məhz həmin tarixdən hesablanmalıdır. Cavab aldıqdan sonra qanunun tələblərinə əsasən 1 ay ərzində məhkəməyə müraciət etmişdir. Göründüyü kimi müddət onun təqsiri olmadan buraxılmışdır. Ona görə də buraxılmış müddət bərpa edilməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2-1(118)-626/2022 nömrəli qərardadı ilə müddətin bərpa olunmasına dair ərizə təmin edilməmiş, müddətin ötürülməsi səbəbi ilə iddia mümkün sayılmamışdır (hakim İ.Quliyev) Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini müddətin bərpa olunmasına dair ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin dinlənilmə hüququnu təmin edib və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməmiş və qərardadı onunla əsaslandırmışdır ki, iddiaçının Rusiya Federasiyasında olduğu müddətdə mübahisələndirilən qərardan məlumatının olmaması qəbul edilsə belə, iş materiallarından görünür ki, iddiaçı xx.xx.2021-ci ildə müvafiq qəbzə imza etməklə əmək kitabçasını təhvil almışdır. Bu isə həmin vaxtdan iddiaçının mübahisələndirilən qərardan məlumatlı olmasını göstərir. Bu halda iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş hesab olunur və həmin ötürülmüş müddətin bərpası üçün əsaslar mövcud deyil. Bu baxımdan, məhkəmə iddianı mümkün hesab etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 358 K nömrəli əmri ilə Penitensiar xidmətin Həbsxanasının rəis müavini (tərbiyə işləri üzrə) ədliyyə mayoru İddiaçı xidməti intizamı və “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın tələblərini kobud və mütəmadi pozduğuna “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu, 31.1.8-ci, 32.1-ci və 40.1.11-ci maddələrinə əsasən xx.xx.2020-ci il tarixindən ədliyyə orqanlarından xaric edilmişdir. İddiaçının apellyasiya şikayətinin mübahisələndirilən əmrdən cavabdeh tərəfindən Abşeron rayon Vəkil Bürosuna verilən 14 iyul 2021-ci il tarixli, 12465 saylı cavab məktubundan sonra məlumatı olması dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Kadrlar İdarəsi tərəfindən verilən qəbzdən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixində ona məxsus ******* nömrəli əmək kitabçasını təhvil almış və öz imzası ilə təsdiq etmişdir. Əmək kitabçasından görünür ki, kitabçanın 2-5-ci səhifələrində iddiaçının xx.xx.2020ci il tarixli əmrə əsasən, “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın tələblərini kobud və mütəmadi pozduğuna “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu, 31.1.8-ci, 32.1-ci və 40.1.11-ci maddələrinə əsasən ədliyyə orqanlarından xaric edilməsi barədə xx.xx.2020-ci il tarixdə qeydiyyat aparılmışdır. Beləliklə, iddiaçı mübahisələndirilən əmrdən ən azından əmək kitabçasını təhvil aldığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən məlumatlı olmuşdur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratsa, sonuncu tərəfindən onun ləğvi (dəyişdirilməsi) ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. İddiaçı mübahisələndirilən əmrdən xx.xx.2021-ci il tarixindən məlumatlı olsa da məhkəməyə iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixində müraciət etmişdir. Beləlklə, iddiaçı qanunvericiliyin müddəalarına əməl etməyərək qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etməmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddəti buraxmışdır. Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müddətin bərpasına dair ərizəni təmin etməyərək, iddianı mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1, 38.1, 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2-1(118)-626/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-420/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-420/2022
29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver