Məhkəmə qərarları › İş №2-1(105)-423/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-423/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-423/2021 30.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi İsmayılova Sehran Sabir qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X3, Üçüncü şəxs “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin vəkili və nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “iddiaçının qonşuluğunda, onun qanuni istifadəsində olan torpaq sahəsinə bitişik fəaliyyət göstərən “Azəri qardaşları” özəl ticarət mərkəzi üçün texniki pasport tərtib edilməsi prosesində, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə açılan giriş-çıxış qapılarını nəzərdə tutan texniki pasportun tərtib edilməsindən çəkinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2- 1(118)-25/2021 saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Sumqayıt Apelyasiya Məhkəməsinin (ünvan: ünvan 2 qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. müəyyən etdi: İddiaçının qonşuluğunda, onun qanuni istifadəsində olan torpaq sahəsinə bitişik fəaliyyət göstərən “Azəri qardaşları” özəl ticarət mərkəzi üçün texniki pasport tərtib edilməsi prosesində, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə açılan giriş-çıxış qapılarını nəzərdə tutan texniki pasportun tərtib edilməsindən çəkinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün cavabdeh inzibati orqana müraciət etmiş, iddiaçının tələbi təmin edilməmişdir. Bununla razılaşmayan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 05 avqust 2019-cu il tarixli 2-1(085)- 1327/2019 saylı qərardadı ilə “Azəri qardaşları” Özəl Ticarət Mərkəzi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(118)-25/2021 saylı qərarı ilə iddia qismən təmin edilmişdir. (hakim İ.Quliyev) Üçüncü şəxs “Azəri Qardaşları” Ozəl Ticarət Mərkəzinin direktoru həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş şikayətin mümkünlüyü məsələsini tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili və nümayəndəsi mübahisələndirilən qərardan apelyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulan müddətin buraxılmadığını və beləliklə də buraxılmış müddətin bərpası üçün ərizə verilməsinə ehtiyac olmadığını bildirərək, şikayətin mümkün sayılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun vəkili və nümayəndəsi şikayətin mümkün sayılmamasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq apelyasiya şikayətinin mümkünlüyü məsələsinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apelyasiya şikayətinin vaxtında verilməsi, apelyasiya şikayəti verən şəxs və ya onun nümayəndəsinin belə şikayəti verməkdə səlahiyyətli olma məsələsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Həmin Məcəllənin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. İş materiallarından görünür ki, üçüncü şəxsin nümayəndəsi mübahisələndirilən qərarın surətini 17 mart 2021-ci il tarixdə qəbzə şəxsən özü imza etməklə qəbul etmişdir. Yuxarıda sadalanan inzibati prosessual normaların tələbinə əsasən üçüncü şəxs tərəfindən mübahisələndirilən məhkəmə qərarından şikayət verilmənin son müddəti 17.04.2021-ci il tarixdə bitmişdir. (iş materiallarının 267-ci vərəqi) Qərar qanuni qüvvəsini aldıqdan sonra iddiaçı “Azəri Qardaşları” Ozəl Ticarət Mərkəzinin nümayəndəsi X4 27 aprel 2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, 01 mart 2021-ci il tarixli, 2-1(118)-25/2021 saylı qərara izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin həmin qərarı ilə iddiaçı X1 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Xaçmaz 5 saylı Ərazi İdarəsinə qarşı və üçüncü şəxs “Azəri qardaşları” ÖTM-nə qarşı iddiası qismən təmin edilmişdir. Qərarın nəticə hissəsində “iddiaçının qonşuluğunda, onun qanuni istifadəsində olan torpaq sahəsinə bitişik fəaliyyət göstərən “azəri qardaşları” özəl ticarət mərkəzi üçün iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə açılan giriş-çıxış qapılarını nəzərdə tutan texniki pasportun tərtib olunması prosesinə iddiaçının iştirakı olmadan başlamaqdan çəkinmə vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri İdarəsinin üzərinə qoyulsun” tələbi tərəflərə, xüsusən də qərarı icra etməli olan cavabdehə aydın olmadığına görə cavabdeh tərəfindən icra olunmur. Daha doğrusu, cavabdeh qərarın həmin hissəsində göstərilən tələbləri hərfi mənada anlamadığından onun icrasını həyata keçirməkdə çətinlik çəkir. Halbuki. Qərarın nəticəvi hissəsindəki “iddiaçının iştirakı olmadan” ifadələrini onu ehtiva edir ki, onun icrası zamanı iştirakı təmin edilməlidir. Qərarı icra etməli olan İnzibati orqan isə bunu səhvən “cavabdehin razılığı olmadan” kimi başa düşüb. Bu iki ifadələr isə ayrıayrı şeylərdir. Çünki iddiaçının icra zamanı iştirakı o demək deyil ki, o, icraya mane ola bilər. Qətiyyən ola bilməz. Əgər qərar icra zamanı iddiaçının razılığının olmasını tələb etsəydi yalnız o zaman icra dayandırıla bilərdi. Sumqayıt İnzibati Məhkəməsinin 24 may 2021-ci il tarixli, 8-1(118)-5/2021 saylı qərardadı ilə izahla bağlı ərizə təmin edilməmişdir. Bundan sonra üçüncü şəxs birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş, apelyasiya şikayəti 31.05.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə daxil olmuşdur. Halbuki, onun həmin qərardan şikayət verməsinin son müddəti 17.04.2021-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Üçüncü şəxsin mübahisələndirdiyi qərarın nəticə hissəsində şikayət vermənin qaydası (veriləcək şikayətin Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ilə verilməsi), (müddəti şikayətin 30 gün müddətində verilməsi), şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı (yurisdiksiya qaydalarına uyğun olaraq şikayətin Sumqayıt Apelyasiya Məhkəməsinə ünvanlanmalı olması və həmin məhkəmənin ünvan 4məsi) dəqiq və konkret qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Lakin iş materiallarından göründüyü kimi, hazırki iş üzrə üçüncü şəxs tərəfindən məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair hər hansı ərizə məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası xidməti vəzifəsindən istifadə etməklə apelyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün 30 iyun 2021-ci il tarixə məhkəmə iclasının təyin edilməsi barədə üçüncü şəxs “Azəri qardaşları” Özəl Ticarət Mərkəzinə göndərilmiş 07 iyun 2021-ci il tarixli məhkəmə bildirişində hüquqi yardım göstərərək, apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürüldüyünü qeyd etmiş və ötürülmüş prosessual müddətin bərpasına dair müvafiq ərizənin verilməsini təklif etmişdir. Lakin üçüncü şəxs apelyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair hər hansı ərizə də məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxs tərəfindən 01 mart 2021-ci il tarixli qərardan apelyasiya şikayəti onun verilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük prosessual müddət ötürülməklə verildiyindən, məhkəmə tərəfindən təklif edilməsinə baxmayaraq bu müddətin bərpası ilə bağlı hər hansı ərizə məhkəməyə təqdim olunmadığından, başqa sözlə, ötürülmüş müddətin üzrlü səbəblərdən buraxılması xahiş edilmədiyindən, verilmiş apelyasiya şikayətinin mümkün sayılması üçün hər hansı əsas mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(118)-25/2021 saylı qərarından üçüncü şəxs Azəri qardaşları” Özəl Ticarət Mərkəzi tərəfindən verilmiş apelyasiya şikayəti mümkün sayılmasın. Apelyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 6ibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 7 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar