Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-423/2024 11.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X6 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2, X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “onun 52 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2017ci ildən, lakin pensiya ödənişlərinin 10 avqust 2019-cu ildən ödənilməsi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2-1(118)-207/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1965-ci il təvəllüdlüdür.
2. X11 Təhsili Komitəsi Sumqayıt şəhəri, 41 nömrəli Texniki məktəb tərəfindən verilmiş Д N-458570 nömrəli diplomun surətindən görünür ki, iddiaçı xx.xx.1981xx.xx.1984-cü il tarixləri arasında Azərbaycan SSR X11 Təhsili Komitəsinin Sumqayıt 41 saylı orta texniki peşə məktəbinin elektrik-qaz qaynaqçısı ixtisasını əyani bitirmişdir.
3. H3 ******* nömrəli hərbi biletin təsdiqlənmiş surətindən görünür ki, iddiaçı xx.xx.1984- xx.xx.1986-cı illərdə hərbi xidmətdə olmuşdur.
4. ИТ-İ № ******* seriyalı əmək kitabçasından görünür ki, xx.xx.1984- xx.xx.2019-cu il tarixləri arasında müxtəlif peşələrdə işləmişdir.
5. “Sumqayıt “Azərkimya” İB Etilen-Polietilen zavodu tərəfindən verilmiş xx.xx.2017ci il tarixli 493,494,495,496 nömrəli arayışlara əsasən iddiaçı xx.xx.1995-xx.xx.1998-ci il tarixlərdə Sumqayıt “Sintez Kauçuk” MTC-də quraşdıncı çilingər, xx.xx.1998-xx.xx.1999-cu il tarixlərdə həmin müəssisədə qaz qaynaqçısı, xx.xx.1999-xx.xx.2005-ci il tarixlərdə təmir quraşdırma sahəsində spirt, butadien və kauçuk istehsalı avadanlıqların quraşdırılması üzrə çilingər, xx.xx.2006-xx.xx.2010-cu il tarixlərdə mexaniki təmir və quraşdırma sexinin quraşdırma sahəsində spirt, butadien və kauçuk istehsalı avadanlıqların quraşdırılması üzrə çilingər işləmişdir
6. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 10 nömrəli, xx.xx.2023-cü il tarixli 01 nömrəli arayışlarına əsasən iddiaçı xx.xx.1987-ci ildə keçmiş "Azərəlvanmetaltəmirtikinti" trestinin Sumqayıt İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsinin "Üzvü Sintez" İB-nin texnoloji avadanlıqların təmiri üzrə quraşdırıcı-çilingər peşəsinə işə qəbul olunmuşdur (Əmr № 70-k xx.xx.1987-ci il). xx.xx.1993-cü ilə qədər (Əmr N9 122-k xx.xx.1993-cü il) həmin vəzifədə işləmişdir. Xüsusi şərtlərlə pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları liə tənzimlənir. Ona görə də qeyd edilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısına aiddir. Bölmə Vİİİ. Kimya istehsalatı. Peşənin şifri 1080A010
7. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2022-ci il tarixdə güzəştli şərtlə pensiya təyin olunması ilə bağlı müraciət etmiş, cavabdehin **********8 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubu ilə müraciətindən imtina olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib cavabdehin üzərinə mövcud və qüvvədən düşmüş qanunvericiliyə əsasən 52 yaşdan pensiya hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə ona əmək pensiyası təyin edilməsi və qərar çıxarılan günə kimi ötən ayların pensiya məbləğinin hesalanaraq verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, “onun 52 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2017-ci ildən, lakin pensiya ödənişlərinin 10 avqust 2019-cu ildən ödənilməsi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni məhkəmədən xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxxx 1965-ci ildə Sumqayıt şəhərində anadan olmuş, əmək fəaliyyəti ilə əlaqədar olaraq bildirir ki, xx.xx.1981-xx.xx.1984-cü il tarixləri arasında Azərbaycan SSR X11 Təhsili Komitəsinin Sumqayıt 41 saylı orta texniki peşə məktəbinin elektrik-qaz qaynaqçısı ixtisasını əyani bitirmişdir (təhsil müddəti 2 il 10 ay 13 gün). xx.xx.1984-xx.xx.1984-cü il tarixləri arasında Sumqayıt “Sintetik Kauçuk” Zavodunda KİPİA sexində çilingər (əmək stajı 1 ay 23 gün) peşəsində işləmiş, xx.xx.1984-xx.xx.1986-ci illərdə keşmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, (xidmət müddəti 2 il 1 ay 8 gün). xx.xx.1984-xx.xx.1987-cü il tarixləri arasında Sumqayıt “Sintetik Kauçuk” Zavodunun “П-7” sexində çilingər (əmək stajı 3 il 3 ay 20 gün), xx.xx.1987-xx.xx.1993-cü il tarixləri arasında (keçmiş “Azərəlvanmetaltəmirtikinti” trestinin Sumqayıt İxtisaslaşdınlımış Təmir-Tikinti İdarəsində) “Üzvi Sintez” İB-də texnoloji avadanlıqların təmiri üzrə quraşdıncı çilingər (əmək stajı 6 il 2 ay 14 gün), xx.xx.1993-xx.xx.1995-ci il tarixləri arasında Sumqayıt “Azmetəmir” İstehsalat Birliyində quraşdıncı çilingər (əmək stajı 2 il 26 gün), xx.xx.1995-xx.xx.1998-ci il tarixləri arasında Sumqayıt “Sintez Kauçuk” MTC-də quraşdıncı çilingər (əmək stajı 3 il 7 gün), xx.xx.1998-xx.xx.1999-cu il tarixləri arasında həmin müəssisədə qaz qaynaqçısı (əmək stajı 6 ay 28 gün), xx.xx.1999-xx.xx.2010-cu il tarixləri arasında təmir quraşdırma sahəsində spirt, butadien və kauçuk istehsalı avadanlıqların quraşdırılması üzrə çilingər (əmək stajı 11 il 2 ay 13 gün), xx.xx.2010-xx.xx.2011-ci il tarixləri arasında 1 saylı Təmir Tikinti Sahəsində quraşdırıcı çilingər (əmək stajı 6 ay 6 gün), xx.xx.2011-xx.xx.2013-cü il tarixləri arasında 1 saylı X4raşdıncı çilingər və qaz kəsicisi peşəsində işləmiş, (əmək stajı 1 il 11 ay 26 gün), xx.xx.2011-xx.xx.2013-cü il tarixləri arasında 1 saylı X4raşdırıcı çilingər və qaz kəsicisi peşəsində işləmiş, (əmək stajı 1 il 11 ay 26 gün), xx.xx.2013-xx.xx.2019-cu il tarixləri arasında 1 saylı X1 (əmək stajı 6 il 4 ay 27 gün) peşəsində işləmişdir. İşlədiyi “Sintetik Kauçuk” müəssisəsi bir neçə dəfə tabeliyi dəyişsə də, onun işlədiyi sahədə heç bir dəyişiklik olmamışdır. (1997-ci ildə “Azərkimya Dövlət Şirkətinin əmri ilə “Sintetik kauçuk zavodu” və AR Prezidentinin xx.xx.2010-cu il tarixli 829 saylı Fərmanı ilə Azərkimya Dövlət Şirkəti və daxil olan bütün müəssisə və zavodlar Dövlət Neft Şirkətinə daxil edilmişdir). xx.xx.2006-cı ilə qədər təhsil və hərbi xidmət müddətləri daxil olmaqla 27 ildən artıq ümumi əmək stajı vardır, onun 15 ildən çox hissəsi zərərli işlərdə işlədiyi müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarının 1 nömrəli siyahısına əsasən 52 yaşının tamam olması ilə əlaqədar olaraq xx.xx.2017-ci ildən güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ vardır. Ona görə 52 yaşının tamam olması ilə əlaqədar xx.xx.2017-ci ildən güzəştli şərtlərlə əmək pensiyasına çıxarılmağı barədə cavabdeh təşkilata müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
11. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Kimya istehsalatı bölməsində (Vİİİ) xüsusi istehsalat (çənlərin, tutumların təmizlənməsi, yuyulması xüsusi istehsal üzrə toksik taraların təmiri, düzəldilməsi) və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər (1080A010) nəzərdə tutulmuşdur. "xxxx" ASC-nin iddiaçıya məxsus 08 avqust 2022ci il tarixli 10 nömrəli arayışında İddiaçı xx.xx.1987-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində Sumqayıt İxtisaslaşdırılmış Təmir-Tikinti idarəsində quraşdırıcı-çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad edilən Kimya istehsalatı sahəsinə uyğun deyil. Bu səbəbdən də, İddiaçı yuxarıda qeyd olunan 1 N-li siyahı üzrə 01 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən az (9 il 8 ay 15 gün (xx.xx.1995xx.xx.1998-ci il, xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan güzəştli sosial sığorta stajı tamamlanmadığına görə, ona yaşa görə pensiyanın əyin edilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
12. Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2-1(118)-207/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 23 oktyabr 2017-ci ildən (lakin pensiya ödənişləri 10 avqust 2019-cu ildən ödənilməsi nəzərə alınmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının Sumqayıt İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsində xx.xx.1987-xx.xx.1993-cü il tarixləri arasındakı dövrdə işlədiyi quraşdırıcı-çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda “Vİİİ. Bölmə, kod 1080A010 Kimya istehsalatı sahəsində kommunikasiyaların, deqazlaşdırma, istehsalat kanalizasiyası və tunellərin yuxarıda sadalanan istehsalatlarında və bölmələrində texnoloji avadanlığın və elektrik avadanlığının (nəzarət-ölçü cihazları və ventilyasiyadan başqa) təmiri, profilaktikası və xidmətilə məşğul olan sexlərin fəhlələri, ustaları və böyük ustaları, mexanikləri və energetikləri” peşələrinə uyğundur. Beləliklə də, iddiaçının təhsil, hərbi xidmət və əmək fəaliyyəti ilə məşğul olduğu illəri hesablandıqda xx.xx.2006-cı ilə qədər onun ümumi əmək stajı 20 ildən çox və xüsusi stajı 10 ildən çox təşkil edir.
14. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətlərinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclaslarında cavabdehinin nümayəndələri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər, əlavə olaraq bildirmişlər ki, mübahisələndirilən dövr iddiaçının xx.xx.1987-xx.xx.1993-cü illər ərzində quraşdırıcı çilingər vəzifəsində işlədiyi dördür. Qeyd edilən dövr sahə uyğunsuzluğu səbəbi ilə qəbul edilmir. Belə ki, iddiaçının mübahisələndirilən dövrdə işlədiyi vəzifə təqdim edilmiş arayışda istinad edilən kimya istehsalatı sahəsinə uyğun deyildir. Arxiv arayışı vardır, lakin qeyd edilən vəzifə kimya sahəsi ilə uyğun deyildir. İddiaçı mübahisələndirilən dövrdə "xxxx" ATSC-də işləmişdir. Müəssisə hal-hazırda fəaliyyət göstərir. Məhkəmə kollegiyasının iclasında iddiaçı cavabdehin apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi, məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirdi ki, “Üzvi Sintez” İB və keçmiş “Azərəlvanmetaltəmirtikinti” trestinin Sumqayıt İxtisaslaşdınlımış Təmir-Tikinti İdarəsi fərqlidir. İdarə həmin müəssisənin işlərini görürdü. Cavabdeh inzibati orqanın qəbul etdiyi 9 il 8 ay 15 gün ərzində də eyni idarədə, eyni işləri görmüşdür. Texnoloji avadanlığının təmiri üzrə quraşdırıcı çilingər vəzifəsində işləmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
17. “Əmək pensiyaları haqqında” Qanun: (01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) Maddə 1.0.1. əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
18. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısı”.
20. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
21. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
23. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.
25. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-cı il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır).
26. xx.xx.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən iki meyar mövcud idi: yaş (kişilərdə 50, qadınlarda 45 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 52, qadınlarda 47) və iş stajı (kişilərdə azı 20 il, bu müddətin azı 10 ilini əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 15 il iş stajı, bu müddətin azı 07 il 06 ayını əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır);
27. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli, 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.
29. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir.
30. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 1 yanvar 2006-cı il tarixədək azı 20 il ümumi iş stajının mövcud olması 2) 1 yanvar 2006-cı il tarixədək azı 10 il güzəştli iş stajının mövcud olması.
31. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” (bundan sonra 1 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 1 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir.
33. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahının Vİİİ Bölməsinin 108A010 şifrlərinə uyğun olmaqla xx.xx.2006-cı ilə qədər 10 ildən çox güzəştli iş stajına və 20 ildən çox ümumi staja malikdir.
34. Cavabdehin apellyasiya şikayətinin dəlili, yəni iddiaçının xx.xx.1987-xx.xx.1993cü il tarixləri arasındakı dövr ərzində Sumqayıt İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsində quraşdırıcı-çilingər vəzifəsinin Kimya istehsalatı sahəsinə uyğun olmaması ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. Nəzərə almaq lazımdır ki, Kimya istehsalatı sahəsində əmək fəaliyyəti ilə məşğul olan iddiaçıya münasibətdə işçilərin mənsubiyyəti prinsip olaraq həmin sahədə çalışan Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş siyahıda qeyd olunan peşələrin funksional təyinatını və işin xarakterini dəyişdirmir və dəyişdirmək imkanına da malik deyildir.
36. Başqa sözlə, kimya istehsalında işləyən şəxslərin hamısı adları siyahıda nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq zərərli sahədə çalışmışlar. Həmin vəzifələrin siyahıda nəzərdə tutulmaması adları siyahıda nəzərdə tutulmuş vəzifələrə yaxın vəzifələrdə işləyən şəxslərin güzəştli şərtlərlə pensiya alımaq hüququndan məhrum edilməsi üçün əsas sayıla bilməz.
37. Qeyd etmək lazımdır ki, bu kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Burada həlledici məqam onların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır.
38. Hazırkı mübahisəyə münasibətdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda quraşdırıcı çilingər peşələrinin Kimya İstehsalatı bölməsində nəzərdə tutulması həmin bölmənin adları keçməmiş peşələrə münasibətdə tətbiq olunmasını istisna edən hal kimi təfsir oluna bilməz.
39. Məhkəmə kollegiyası tərəfindən "xxxx" ATSC-yə sorğu göndərilərək iddiaçının xx.xx.1987-xx.xx.1993-cü il tarixləri arasında işlədiyi (keçmiş “Azərəlvanmetaltəmirtikinti” trestinin Sumqayıt İxtisaslaşdınlımış Təmir-Tikinti İdarəsində) “Üzvi Sintez” İB-nin texnoloji avadanlığının təmiri üzrə quraşdırıcı çilingər vəzifəsinə dair vəzifə təlimatının təsdiq edilmiş surətinin və iddiaçının işlədiyi istehsalat sahəsi barədə izahlı arayışın məhkəməyə göndərilməsi xahiş olunmuşdur.
40. "Sumqayıt Tikinti Servis" ATSC-nin xx.xx.2024-cü il tarixli cavab məktubu ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1987-ci ildə keçmiş "Azərəlvanmetaltəmirtikinti" trestinin Sumqayıt İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsinin "Üzvü Sintez" İB-nin texnoloji avadanlıqların təmiri üzrə quraşdırıcı-çilingər peşəsinə işə qəbul olunmuşdur (Əmr № 70-k xx.xx.1987-ci il). xx.xx.1993-cü ilə qədər (Əmr N9 122-k xx.xx.1993-cü il) həmin vəzifədə işləmişdir. Xüsusi şərtlərlə pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları liə tənzimlənir. Ona görə də qeyd edilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısına aiddir. Bölmə Vİİİ. Kimya istehsalatı. Peşənin şifri 1080A010. Bura aiddir:kommunikasiyaların, deqazlaşdırma, istehsalat kanalizasiyası və tunellərin 1080A010 şifrəsində sadalanan istehsalatlarında və bölmələrində texnoloji avadanlıqların və elektrik avadanlığının (nəzarət-ölçü cihazları və ventilyasiyadan başqa) təmiri, profilaktikası və xidmətilə məşğul olan sexlərin fəhlələri, ustalar və böyük ustaları, mexanikləri və energetikləri. Göstərilən sahələrin işçiləri xüsusi zərərli şəraitdə işlədiklərindən, xüsusi qida vasitəsi-südlə, xüsusi geyim vasitələri-dəbilqə, qoruyucu eynəklər, xüsusi nəfəsliklər, əlcəklərlə təmin olunurdular. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 29 iyun 1998-ci il tarixli 987 saylı Sərəncamı ilə "Azərəlvanmetaltəmirtikinti" trestinin Sumqayıt İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsi "Sumqayıt Tikinti Servis" ATSC-nə çevrilmişdir.
41. Göründüyü kimi, iddiaçının Sumqayıt İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsində xx.xx.1987-xx.xx.1993-cü il tarixləri arasındakı dövrdə işlədiyi quraşdırıcı-çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda “Vİİİ. Bölmə, kod 1080A010 Kimya istehsalatı sahəsində kommunikasiyaların, deqazlaşdırma, istehsalat kanalizasiyası və tunellərin yuxarıda sadalanan istehsalatlarında və bölmələrində texnoloji avadanlığın və elektrik avadanlığının (nəzarət-ölçü cihazları və ventilyasiyadan başqa) təmiri, profilaktikası və xidmətilə məşğul olan sexlərin fəhlələri, ustaları və böyük ustaları, mexanikləri və energetikləri” peşələrinə uyğundur.
42. Beləliklə kollegiya qeyd olunan qanunvericilik normalarını ümumiləşdirərək hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlər ödənilmişdir. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar iddiaçıya güzəştli şərtlə əmək pensiyasının təyin olunmasından imtina üçün əsas ola bilməz.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2-1(118)-207/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.