Məhkəmə qərarları › İş №2-1(105)-424/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-424/2020

01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-424/2020 01.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı “xxxx” firmasının vəkili və nümayəndəsi X3 və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X4 iştirakları ilə İddiaçı “xxxx” firmasının cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2019-cu il tarixli, **********195816 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-657/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “xxxx” firması cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq, xx.xx.2019-cu il tarixli **********195816 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli **********172876 nömrəli qərarına əsasən iddiaçı "xxxx" firmasında yanvar 2013-avqust 2018 hesabat dövrünü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2018-ci il tarixdə başlamış və xx.xx.2019-cu il tarixdə bitmişdir. 8 halda yoxlamanın müvəqqəti olaraq dayandırılması, 1 halda isə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2019-cu il tarixli **********176170 nömrəli aktla rəsmiləşdirilmiş və həmin akt əsasında xx.xx.2019-cu il tarixli **********195816 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul edilmişdir. Həmin Qərara əsasən iddiaçıya, mənfəət vergisi üzrə 2015-ci ilə 3767,75 manat, 2016-cı ilə 3019,16 manat, 2017-ci ilə 11710,90 manat, cəmi 18497,81 manat: ƏDV üzrə 2015-ci ilə 1790,77 manat: əmlak vergisi üzrə 2016-cı ilə 56,06 manat: torpaq vergisi üzrə 2016-cı ilə 5040,0 manat, 2017-ci ilə 50-10,0 manat və 2018-ci ilə 5040,0 manat, cəmi 15120,0 manat: mədən vergisi üzrə 2015-ci ilə 400,73 manat, 2016-cı ilə 26724,24 manat, 2017-ci ilə 39693,16 manat, 2018-ci ilə 30440,24 manat, cəmi 97258,37 manat: sadələşdirilmiş vergi üzrə 2016-cı ilə 1197,0 manat: ümumilikdə 133927,01 manat əlavə vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 52244,68 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən ƏDV (qeydiyyatsız) üzrə 126237,77 manat əlavə vergi məbləği hesablanmış və 56923,41 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı barəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********195816 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarı tamamilə əsassız va qanunsuz hesab edir. Səyyar vergi yoxlamasından göründüyü kimi, yoxlama zamanı cavabdeh vergi orqanı iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi daş karxanasında istehsal edilən mişar daşının həcmini və real satış dəyərini dəvət etdiyi ekspert və mütəxəssis tərəfindən verilmiş rəylər əsasında müəyyən etmiş və həmin rəylərin əsasında iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Mütəxəssis öz rəyində istehsal həcmini iddiaçının enerji sərfiyyatı əsasında müəyyən etmişdir. Ekspert rəyində isə mişar daşının real bazar dəyəri müəyyən edilmişdir. Cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı bazar qiymətini müəyyən edərkən vergi qanunvericiliyinin tələbini pozmuşdur. Belə ki, Vergi Məcəlləsinin 14.3 və 14.3.3-ci maddələrinə əsasən 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 44.6.1 -ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilə bilər. “xxxx” firmasına məxsus daş karxanasında mişar daşının faktiki satış dəyəri 0,20 manat olduğu halda, ekspert rəyində bazar qiyməti 0,25 manat müəyyən edilmiş və vergilər hesablanan zaman vergi orqanı bazar qiyməti qismində 0,25 manatı qəbul etmişdir. Halbuki, iddiaçının faktiki satış dəyəri bazar qiymətindən 30%-dən çox fərqlənməmiş və vergi orqanı əsassız olaraq iddiaçının öz satış dəyərini deyil, ekspert rəyində qeyd olunan dəyəri əsas götürmüşdür: (0,20 * 30 % = 0,06 : 0,20 + 0,06 = 0,26). Bundan başqa, cavabdeh vergi orqanı iddiaçıya mənfəət vergisi hesablayan zaman vergi qanunvericiliyində müəyyən edilən ardıcıllığı pozmuşdur. Belə ki, Vergi Məcəlləsinin: 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini 67.1.1-67.1.9-cu maddələrdə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarının 1-ci bəndinə əsasən, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Sadalanan normalardan aydın olduğu kimi, vergi orqanı vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi məqsədilə ödənilməli olan verginin məbləğini 67.1.1-67.1.9-cu maddələrdə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə, bu mümkün olmadıqda analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında, bu da mümkün olmadıqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa “müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına” əsasən hesablayır. Göründüyü kimi, cavabdeh vergi orqanı vergi qanunvericiliyində nəzərdə tutulan ardıcıllığı gözləmədən, yəni əlaqəli məlumatları və analoji vergi ödəyicisi barədə uçot və hesabat məlumatlarını əldə etmədən birbaşa Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaları tətbiq etmişdir. Eyni zamanda, cavabdeh vergi orqanı səyyar vergi yoxlamasının nəticəsinə dair xx.xx.2019-cu il tarixli **********195816 saylı qərarı qəbul edərkən Vergi Məcəlləsinin 49.1-ci maddəsinin tələblərini də pozmuşdur. Belə ki, Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materillarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəvicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. Həmin Məcəllənin 49.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 49.1.4-cü-49.1.6-cı maddələrinin müddəaları bu Məcəllənin 38.3-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə keçirilən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qəbul olunan qərarlara münasibətdə tətbiq edilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Göründüyü kimi, növbədənkənar səyyar vergi yoxlaması nəticəsində vergi orqanı Vergi Məcəlləsinin 49.1.4-49.1.6-cı maddələrində olan qərarlardan birini qəbul edə bilər. Lakin cavabdeh vergi orqanı əvvəlki yoxlamalarla əhatə edilən hesabat dövrləri üzrə yenidən səyyar vergi yoxlaması həyata keçirdiyi halda, Vergi Məcəlləsinin 49.1.1-ci maddəsində nəzərdə tutulan qərarı qəbul etmiş və əvvəlki yoxlamaları nəticəsində qəbul edilimiş qərarları ləğv etmədən hesablanmış əlavə vergi məbləğlərini hazırda şəxsi hesab vərəqəsində aktiv şəkildə və qüvvədə saxlamışdır. Həmçinin bildirdi ki, yoxlama zamanı verilmiş mütəxəssis rəyində istehsal həcmi enerji sərfiyyatı əsasında verilsə də, mütəxəssis bu zaman enerji itkisini 30 %, istehsal itkisini isə 25 % həddində götürmüşdür. Halbuki, enerji və istehsal itkisi faktiki olaraq ekspertin müəyyən etdiyi həddən azı 15-20 % yuxarı həddədir. Beləliklə, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyinin tələblərini və iddiaçının qanunla qorunan hüquq və maraqlarını pozaraq sonuncuya əsassız və qanunsuz əlavə vergi məbləği hesablamış və maliyyə sanksiyası tətbiq etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-657/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, xx.xx.2019-cu il tarixli **********195816 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın 18497,81 manat mənfəət vergisi, 1790,77 manat ƏDV, 126237,77 manat ƏDV (qeydiyyatsız), 97261,37 manat mədən vergisi və 1197,0 manat sadələşdirilmiş verginin hesablanması və 101578,09 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. (hakim Ceyhun Məmmədov) Qərardan iddiaçı “xxxx” firması apelyasiya şikayəti verərək, qərarın iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsinə və iddia tələbinin təmin edilməyən hisssədə təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsinə və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ İddiaçı “xxxx” firmasının apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli **********172876 nömrəli qərarına əsasən iddiaçı “xxxx” firmasında yanvar 2013-avqust 2018 hesabat dövrünü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2018-ci il tarixdə başlamış və xx.xx.2019-cu il tarixdə bitmişdir. 8 halda yoxlamanın müvəqqəti olaraq dayandırılması, 1 halda isə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2019-cu il tarixli **********176170 nömrəli aktla rəsmiləşdirilmiş və həmin aktın əsasında xx.xx.2019-cu il tarixli **********195816 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Həmin Qərara əsasən iddiaçıya - mənfəət vergisi üzrə 2015-ci ilə 3767,75 manat, 2016-cı ilə 3019,16 manat, 2017-ci ilə 11710,90 manat, cəmi 18497,81 manat, ƏDV üzrə 2015-ci ilə 1790,77 manat, əmlak vergisi üzrə 2016-cı ilə 56,06 manat, torpaq vergisi üzrə 2016-cı ilə 5040,0 manat, 2017-ci ilə 5040,0 manat və 2018-ci ilə 5040,0 manat, cəmi 15120,0 manat, mədən vergisi üzrə 2015-ci ilə 400,73 manat, 2016-cı ilə 26724,24 manat, 2017-ci ilə 39693,16 manat, 2018-ci ilə 30440,24 manat, cəmi 97258,37 manat, sadələşdirilmiş vergi üzrə 2016-cı ilə 1197,0 manat, ümumilikdə 133927,01 manat əlavə vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 52244,68 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən ƏDV (qeydiyyatsız) üzrə 126237,77 manat əlavə vergi məbləği hesablanmış və 56923,41 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə iddia ərizəsini torpaq və əmlak vergisi hissəsində də təmin etməli idi. Belə ki, qeyd edilən torpaq sahəsi yararsız olduğundan faktiki olaraq istifadə edilmir və təqdim edilmiş torpaq vergisi bəyannaməsində firmanın faktiki olaraq istifadəsində olan yararlı sahənin ölçüsü qeyd edilərək vergilər ona müvafiq olaraq hesablanmışdır. Firma faktiki olaraq daş karxanasında daş hasilatı ilə məşğuldur və həmin ərazi daş karxanası üçün yararsızdır. Yoxlama ilə əhatə olunan illərdə istifadə edilmədiyindən yararsız torpaq sahəsinə görə hesablanmış torpaq vergisi silinməlidir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanının xx.xx.2018-ci il tarixli **********172876 nömrəli qərarına əsasən iddiaçıda xx.xx.2017-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrlərini əhatə etməklə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və həmin qərar və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış iddiaçının nümayəndəsi imzalayaraq tanış olması barədə müvafiq qeydlər aparılmışdır. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi üçün iddiaçıya xx.xx.2018-ci il tarixli tələbnamə verilmişdir. Vergi yoxlaması nəticəsində vergi ödəyicisinə 270244.78 manat məbləğində əlavə vergi hesablanması, vergi hüquqpozuntusuna yol verdiyinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən 137827.31 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlamasının aparılması zamanı yaranan sualların aydınlaşdırılması üçün xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixə aylar üzrə daş karxanasında hasil olunan mişar daşının real bazar qiymətlərinə uyğun satış qiymətlərinin müəyyənləşdirilməsi sahəsində xüsusi biliklərə malik olan ekspertiza təyin edilmiş və X5 “Azərekspertiza” Birliyinin nümayəndəsi ekspert təyin edilmişdir. Ekspertizanın keçirilməsi haqqında qərarla xx.xx.2019-cu il tarixdə tanış olmanın protokolu tərtib edilmişdir. xx.xx.2019-cu il tarixdə “Azərekspertiza” Birliyi tərəfindən tərtib edilmiş rəydə 1 ədəd mişar daşının satış qiyməti 0.25 manat (ƏDV-lə birlikdə) məbləğində müəyyən edilmişdir. Səyyar vergi yoxlamasının aparılması zamanı yaranan sualların aydınlaşdırılması üçün xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixə aylar üzrə daş karxanasında hasil olunan mişar daşının istehsal həcminin müəyyənləşdirilməsi sahəsində xüsusi biliyə və təcrübəyə malik olan mütəxəssis dəvət edilmiş və X6 “Azərekspertiza” Birliyinin nümayəndəsi mütəxəssis kimi təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə “Azərekspertiza” Birliyi tərəfindən tərtib edilmiş mütəxəsis rəyinə əsasən yoxlanılan dövr üzrə ******* ədəd mişar daşı istehsal olunması müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixdə “Azərekspertiza” Birliyi tərəfindən tərtib edilmiş mütəxəsis-ekspert rəyinə əsasən yoxlanılan dövr üzrə ******* ədəd mişar daşı istehsal olunması müəyyən edilmiş və 1 daşın bazar qiyməti 0.25 manat (ƏDV-lə) qiymətləndirilmişdir. Ekspert rəyinə əsasən 2016-cı il üzrə 59850 manat əlavə dövriyyə müəyyən edilmişdir. Azaldılmış 59850.0 manat dövriyyəyə 2% dərəcə ilə 1197.0 manat vergi hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 1197.0 manat sadələşdirilmiş vergi azaldılmasına görə 50% məbləğində, yəni 1004.0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi təklif olunmuşdur. 2017-ci il tarixdə ödənilmiş 3394.0 manat və 2018 ci il tarixdə ödənilmiş 1698.20 manat artıq ödəmələr nəzərə alınmışdır. Vergi ödəyicisi 2016-cı il üzrə təqdim etdiyi bəyannamədə hesablanacaq məbləği 0 göstərmişdir. Yoxlama ilə vergi odəyicisinin 5605.67 manat dəyərində əmlakının olduğu müəyyən edildi. Vergi Məcəlləsinə uyğun olaraq vergi ödəyicisinə 56.06 manat əmlak vergisi hesablandı. Əmlak vergisi məbləğinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 56.06 manat əmlak vergisi azaldılmasına görə 50% məbləğində, yəni 28.03 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Ekspert rəyinə əsasən 2015-ci il dövrü üzrə mənfəət vergisi bəyannaməsində dövriyyə 113032.0 manat, ümümi xərci 94193.87 manat, vergiyyə cəlb olunan mənfəət 18838.77 manat, mənfəət vergisi 3767.75 manat, 2016-cı il üzrə mənfəət vergisi bəyannaməsində 90574.70 manat, ümümi xərci 75478.92 manat, vergiyyə cəlb olunan mənfəət 15095.78 manat, mənfəət vergisi 3019.16 manat və 2017-ci il üzrə mənfəət vergisi bəyannaməsində 351327.0 manat, ümümi xərci 292772.50 manat, vergiyyə cəlb olunan edilməsi təklif olunmuşdur. 2015-ci il üzrə 1790.77, 2016-ci il üzrə 16303.38 manat, 2017-ci il üzrə 63238.93 manat və 2018-ci il üzrə 46695.40 manat ümumilikdə 128028.48 manat ƏDV azaldılmışdır. Verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 128028.48 manat ƏDV azaldılmasına görə 50% məbləğində, yəni 64014.25 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçının 2018-ci ilin mart ayı üzrə təqdim etdiyi hesabatla 564.82 manat MİÖMV hesablamışdır. SVY-sı ilə 568.82 manat MİÖMV olduğu müəyyən edildi və 4.0 manat məbləğində MİÖMV azaldılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58,1 maddəsinə əsasən MİÖMV məbləğinin bəyannamədə göstərilən məbləğinin,bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 4.0 manat azaldılmasına görə 50% məbləğində, yəni 2.0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir.Vergi ödəyicisi Vergi Məccələsinin 206.3 maddəsinə əsasən 2013-cü il üçün təqdim etdiyi Torpaq vergisi bəyannaməsində X9 sahələrə aid olan Abşeron rayonu Güzdək qəsəbəsində yerləşən daş karxanası ilə bağlı 116500 kv sahə üzrə 9320.0 manat, vergi hesablamalı olduğu halda 85000 kv sahə üzrə 6800 manat, 2014-cü il üzrə 116500 kv sahə üzrə 9320.0 manat, vergi hesablamalı olduğu halda 85000 kv sahə üzrə 6800 manat, 2015-ci il üzrə 116500 kv sahə üzrə 17840.0 manat, vergi hesablamalı olduğu halda 85000 kv sahə üzrə 12800 manat, 2016-cı il üzrə 116500 kv sahə üzrə 17840.0 manat, vergi hesablamalı olduğu halda 85000 kv sahə üzrə 12800 manat, 2017-ci il üzrə 116500 kv sahə üzrə 17840.0 manat, vergi hesablamalı olduğu halda 85000 kv sahə üzrə 12800 manat və 2018-ci il üzrə 116500 kv sahə üzrə 17840.0 manat, vergi hesablamalı olduğu halda 85000 kv sahə üzrə 12800 manat, ümumilikdə 25200 manat torpaq vergisi hesablamışdır. Nəticədə 25200.0 manat vegi məbləği azaldılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən torpaq vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 25200.0 manat azaldılmasına görə 50% məbləğində, yəni 12660.0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2019-cu il tarixdə Azərekspertiza birliyi tərəfindən tərtib edilmiş Mütəxəsis, ekspert rəyinə əsasən yoxlanılan dövr üzrə ******* ədəd mişar daşı istehsal olunması müəyyən edilmiş və 1 daşın bazar qiyməti 0.25 manat (ƏDV-lə) qiymətləndirilmişdir. Vergi ödəyicisi təqdim etdiyi Mədən vergisi bəyannaməsi ilə 2015-ci il üzrə istehsal həcmini 916 kub metr göstərmiş vergi dərəcəsi 0.5 manatla 458.0 manat mədən vergisi hesablamışdır. Ekspert rəyinə əsasən yoxlama ilə istehsal həcminin 1717.46 kub metr olduğu müəyyən edilmiş 0.5 vergi dərəcəsi ilə 858.73 manat mədən vergisi hesablanmış nətisədə 858.73 kubmetr kənarlaşması aşkar edilmişdir. Aşkar edilmiş 801.46 kub metr istehsal həcmi fərqinə vergi dərəcəsi 0.5 manatla 400.72 manat əlavə vəsait və 200.37 manat maliyyə sanksiyası, Vergi ödəyicisi təqdim etdiyi mədən vergisi bəyannaməsi ilə 2016-ci il üzrə istehsal həcmini 10165 kub metr göstərmiş vergi dərəcəsi 2.x xxxxxxx 20330.0 manat mədən vergisi hesablamışdır. Ekspert rəyinə əsasən yoxlama ilə istehsal həcminin 23490.62 kub metr olduğu müəyyən edilmiş 0.5 vergi dərəcəsi ilə 46881.24 manat mədən vergisi hesablanmış nətisədə 13325.62 kub metr kənarlaşması aşkar edilmişdir. Aşkar edilmiş 13325.62 kub metr istehsal həcmi fərqinə vergi dərəcəsi 2.x xxxxxxx 26727.24 manat əlavə vəsait və 13463.02 manat maliyyə sanksiyası, Vergi ödəyicisi təqdim etdiyi mədən vergisi bəyannaməsi ilə 2018- ci il üzrə istehsal həcmini 7455 kub metr göstərmiş vergi dərəcəsi 2.x xxxxxxx 14910.0 manat mədən vergisi hesablamışdır.Ekspert rəyinə əsasən yoxlama ilə istehsal həcminin 22675.12 kub metr olduğu müəyyən edilmiş 2.0 manat vergi dərəcəsi ilə 45350 manat mədən vergisi hesablanmış nətisədə 15220.12 kub metr kənarlaşması aşkar edilmişdir. Aşkar edilmiş 15220.12 kub metr istehsal həcmi fərqinə vergi dərəcəsi 2.x xxxxxxx 30440.24 manat əlavə vəsait və 15220.12 manat maliyyə sanksiyası, ümumilikdə 97261.37 manat əlavə vəsait 48731.09 manat maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi təklif olunmuşdur. 2015-ci il üzrə 400.xx xxxxx 2016-cı il üzrə 26727.xx xxxxx 2017-ci il üzrə 39693.16 manat və 2018-ci il üzrə 30440.24 manat, ümumilikdə 97261.37 manat mədən vergisi məbləği azaldılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, mədən vergisi məbləğinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 97261.37 manat azaldılmasına görə 50% məbləğində, yəni 48731.09 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi ödəyicisi əvvəlki yoxlama ilə büdcəyə yoxlama aktına əsasən 46639.99 manat ÖMV məbləği ödəmişdir. Hal-hazırkı dövr üzrə aparılan səyyar vergi yoxlaması əvvəlki yoxlamanı əhatə etdiyindən 46639.99 manat məbləğ artıq ödəmə kimi nəzərə alınmışdır. Səyyar vergi yoxlamasının nəticələri xx.xx.2019-cu il tarixli **********176170 nömrəli aktla rəsmiləşdirilmiş və həmin akta əsasən “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********195816 nömrəli Qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması zamanı tərtib edilmiş bütün qərarlar vergi ödəyicisinin elektron və poçt ünvanına göndərilmişdir. Keçirilmiş növbədənkənar səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi üçün Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılması məqsədilə xx.xx.2019-cu il tarixli **********272400 nömrəli məktubla müəssisənin direktorunun və ya nümayəndəsinin şəxsiyyətini təsdiq edən vəsiqənin surəti səlahiyyətlərini təsdiq edən etibarnamə ilə birlikdə iştirakı üçün xx.xx.2019- cu il tarixdə vergi orqanına dəvət edilmişdir. xx.xx.2019cu il tarixdə müəssisənin direktoru heç bir səbəb göstərmədən müzakirələrdə iştirak etməmişdir. Yuxarıda göstərilənlərə əsasən yoxlamanın materiallarına və digər sənədlərə vergi ödəyicisinin nümayəndəsinin iştirakı olmadan baxılmış və baxılmış sənədlərin sürətləri xx.xx.2019-cü il tarixdə **********045900 AVİS nömrəli məktubla vergi ödəyicisinə göndərilmişdir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixli 9/1478 nömrəli ekspert rəyində “xxxx” firması üzrə faktiki istehsal edilmiş mişar daşının faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, elektrik enerjisi sərfiyyatı əsasında mişar daşının istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb edilən dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmadığı, ona görə də, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində hesablanmış 18497,81 manat mənfəət vergisinin, 128028,54 manat ƏDV-nin 97261,37 manat mədən vergisinin, 4 manat MÖMV-nın düzgünlüyü müəyyən olunmadığı qeyd olunsa ekspert rəyində qeyd olunanlar əsaslandırılmamışdır. Məhkəmə prosesində qeyd edilən ekspert rəyləri arasında qeyd edilən ziddiyətlərin aradan qaldırılması məqsədi ilə təkrar ekspertiza ilə bağlı vəsatət verilsə də bu vəsatət təmin edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin iş üzrə gəldiyi nəticə əsaslı hesab edilə bilməz və məhkəmə mübahisəli məsələyə dair qərar qəbul edərkən qanunvericiliyin tələblərini düzgün tətbiq etməmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı “xxxx” firmasının vəkili və nümayəndəsi X7 iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X8 cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətləri təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Vergi yoxlaması keçirildikdə, vergi orqanının vergi ödəyicisinin üçüncü şəxslərlə əlaqədar fəaliyyəti barədə vergi yoxlamasının predmetinə aid olan məlumat alması üçün sənədlərlə təsdiq edilmiş zərurət yarandığı halda, vergi orqanı həmin şəxslərdən yoxlanılan vergi ödəyicisinin fəaliyyətinə aid olan sənədlər ala bilər. Bu hərəkətlər üçün vergi orqanının əsaslandırılmış qərarı olmalıdır. Bu zaman tələb yönəldilən üçüncü şəxs və ya onun səlahiyyətli nümayəndəsi müvafiq sənədləri və ya məlumatları təsdiq edərək, tələbnaməni aldığı gündən 10 iş günü müddətində vergi orqanına təqdim etməyə borcludur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Hazırki işin hallarından görünür ki, xx.xx.2018-ci il **********172876 nömrəli qərara əsasən iddiaçı “xxxx” firmasında yanvar 2013 - avqust 2017 hesabat dövrünü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2019-cu il tarixli **********176170 nömrəli aktla rəsmiləşdirilmişdir. Yoxlama xx.xx.2018-ci il tarixdə başlanmış, 8 halda ümumilikdə 251 gün müddətinə müvəqqəti dayandırılmış, 1 halda 30 gün müddətinə əlavə yoxlama tədbiri həyata keçirilmiş və xx.xx.2019-cu il tarixdə bitmişdir. Səyyar vergi yoxlamasının 4-cü səhifəsində qeyd edilənlərə əsasən xx.xx.2019-cu il tarixli **********173796 nömrəli qərara əsasən dəvət edilmiş Azərekspertiza Birliyinin nümayəndəsi X2 xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən firma tərəfindən hasil edilmiş 1 ədəd mişar daşının satış qiyməti 0.25 manat (ƏDV ilə birlikdə) məbləğində müəyyən edilmişdir. Azərekspertiza Birliyinin nümayəndəsi X2 xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən yoxlanılan dövr ərzində firma tərəfindən hasil edilmiş mişar daşının həcmi ******* ədəd müəyyən edilmişdir. Səyyar vergi yoxlamasının 11-ci səhifəsində qeyd edilənlərə əsasən Azərekspertiza Birliyinin nümayəndəsi X2 xx.xx.2019-cu il tarixli ekspert və mütəxəssis rəyləri nəzərə alınmaqla “xxxx” Firmasının mənfəət vergisi məqsədləri üçün vergiyə cəlb edilən ümumi gəliri 2015ci il üzrə 113032,0 manat, 2016-cı il üzrə 90574,70 manat, 2017-ci il üzrə 351327,0 manat, ümumilikdə 554933,70 manat müəyyən edilmişdir. “xxxx” firmasının əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından, firmanın 2015-2017-ci illər üzrə mənfəət vergisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən hesablanmış və nəticədə firma tərəfindən 2015-2017-ci illər üzrə ümumilikdə 18497,81 manat mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. Səyyar vergi yoxlamasının 12-ci səhifəsində qeyd edilənlərə əsasən Azərekspertiza Birliyinin nümayəndəsi X2 xx.xx.2019cu il tarixli ekspert və mütəxəssis rəyləri nəzərə alınmaqla “xxxx” Firmasının ƏDV məqsədləri üçün vergiyə cəlb edilən ümumi dövriyyəsi 2015-ci il üzrə 19648,73 manat, 2016-cı il üzrə 268748,50 manat, 2017-ci il üzrə 351326,97 manat, 2018-ci il üzrə 259418,72 manat və nəticədə hesablanmalı və dövlət büdcəsinə ödənilməli ƏDV-nin isə 2015-ci il üzrə 1790,77 manat, 2016-cı il üzrə 16303,38 manat, 2017-ci il üzrə 63238,93 manat, 2018-ci il üzrə 46695,40 manat, ümumilikdə isə 128028,48 manat azaldılması müəyyən edilmişdir. Səyyar vergi yoxlamasının 14-cü səhifəsində qeyd edilənlərə əsasən “xxxx” firmasının 2016-cı il üzrə 5605,67 manat əmlakı (əsas vəsaiti) olduğu halda, həmin il üzrə təqdim edilən əmlak vergisi bəyannaməsində hər hansı verginin hesablanmadığı və nəticədə 2016-ci il üzrə 56,06 manat məbləğində əmlak vergisinin azaldıldığı müəyyən edilmişdir. Səyyar vergi yoxlamasının 14-cü səhifəsində qeyd edilənlərə əsasən “xxxx” firmasının Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində mülkiyyətində (və ya istifadəsində) 116500 m² torpaq sahəsi olduğu halda, 2013-2018-ci illər üzrə təqdim edilmiş vergi bəyannamələrində torpağın sahəsini əksik göstərməklə, nəticədə həmin illər üzrə ümumilikdə 25200,0 manat məbləğində torpaq vergisini az bəyan etmişdir. Səyyar vergi yoxlamasının 16-17-ci səhifələrində qeyd edilənlərə əsasən Azərekspertiza Birliyinin nümayəndəsi X2 xx.xx.2019-cu il tarixli ekspert və mütəxəssis rəyləri nəzərə alınmaqla “xxxx” firması tərəfindən 2015-ci il üzrə 400,73 manat, 2016-cı il üzrə 26727,24 manat, 2017-ci il üzrə 39693,16 manat, 2018-ci il üzrə 30440,24 manat, ümumilikdə isə 97261,37 manat azaldılması müəyyən edilmişdir. Səyyar vergi yoxlamasının 18-ci səhifəsində qeyd edilənlərə əsasən Azərekspertiza Birliyinin nümayəndəsi X2 xx.xx.2019-cu il tarixli ekspert və mütəxəssis rəyləri nəzərə alınmaqla Sadələşdirilmiş vergi məqsədləri üçün 2016-cı il üzrə 59850 manat vergiyə cəlb edilən əlavə dövriyyə müəyyən edilmiş və nəticədə 1197,0 manat əlavə vergi məbləği hesablanmışdır. Səyyar vergi yoxlamasının 19-cu səhifəsində qeyd edilənlərə əsasən “xxxx” firması tərəfindən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin 4,0 manat azaldılması müəyyən edilmişdir. Səyyar vergi yoxlamasının 19- 20-ci səhifələrində qeyd edilənlərə əsasən “xxxx” firmasına 46639,99 manat məbləğində ödəmə mənbəyində tutulan verginin əvvəlki səyyar vergi yoxlaması zamanı artıq hesablanması müəyyən edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********195816 saylı Qərara əsasən “xxxx” firmasına 2015-2017-ci illər üzrə 18497,81 manat Mənfəət vergisi, 2015-ci il üzrə 1790,77 manat ƏDV, 2016-2018-ci illər üzrə 126237,77 manat ƏDV (qeydiyyatsız), 2016-cı il üzrə 56,06 manat Əmlak vergisi, 2016-2018-ci illər üzrə 15120,0 manat torpaq vergisi, 2015-2018-ci illər üzrə 97261,37 manat Mədən vergisi, 2016-cı il üzrə 1197,0 manat Sadələşdirilmiş vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 52244,68 manat, 57.1-ci maddəsinə əsasən 1200 manat, 58.4-cü maddəsinə əsasən isə 56923,44 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması aktından görünür ki, yoxlanılan dövrdə “xxxx” firmasının Abşeron rayonu, Güzdək qəsəbsində yerləşən istehsalat obyektində vergiyə cəlb edilən dövriyyə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssis və ekspert rəylərinə əsasən müəyyən olunmuşdur. “Azərekspertiza” Birliyinin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyində istehsal həcmi sərf edilən elektrik enerjisinə əsasən müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/1478 nömrəli ekspert rəyində qeyd edilir ki, “vergitutma bazasının vergi ödəyicisinin faktiki enerji sərfiyyatı əsasında müəyyələşdirilməsi qaydası Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Bu səbəbdən həmçinin rəyin tədqiqat hissəsində qeyd edilənlərə əsasən “xxxx” firmasının fəaliyyət dövrü üzrə vergitutma bazasının Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisinin faktiki enerji sərfiyyatı əsasında apardığı hesablamalara görə müəyyənləşdirilməsi əsaslı hesab olunmur. Ekspert rəyini əsas götürən məhkəmə iddianı qismən təmin etmiş və gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyəri yalnız elektrik enerjisinin sərfiyyatından ibarət olmayıb aşağıdakı xərc elementlərindən ibarətdir: - xammal və materiallar; - qaytarılmış tullantılar; - texniki məqsədlər üçün yanacaq, enerji və su; istehsal fəhlələrinin əsas əmək haqqı; - istehsal fəhlələrinin əlavə əmək haqqı; - sosial sığorta ayırmalar; - avadanlığın saxlanması və istismarı xərcləri, o cümlədən amortizasiyası; - ümumi sex xərcləri; - ümumi zavod xərcləri; - zay məhsul və itkilər; - sair istehsalat xərcləri; - əmtəəlik məhsulun tam maya dəyəri. Məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından göründüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yalnız elektrik enerjisi xərclərindən olmayıb, yuxarıda göstərilən kompleks xərc elementrləindən ibarətdir. İş materiallarında müəssisə tərəfindən istehsal edilmiş məhsulun maya dəyəri və xərc maddələrinin kalkulyasiyası haqqında hesabat məmulatları və eləcə də, istehsalat məsrəfləri və məhsulun maya dəyəri haqqında hesabatlar olmadığına görə yuxarıda qeyd edilən xərc maddələrindən konkret olaraq maya dəyərinə daxil edilmiş xərclərin səviyyəsini müəyyən etmək mümkün deyildir. Buna baxmayaraq, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyindən mütəxəssis cəlb olunmuş və mütəxəssis tərəfindən müəssisəinin fəaliyyəti üzrə faktiki istehsal həcmi müəyyən olunmuş məhsulun faktiki maya dəyərinin yalnız sərf edilmiş elektrik enerjisindən ibarət olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi tərəfindən faktiki istehsal həcmi müəyyən olunmuş məhsulun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, faktiki enerji sərfiyyatı əsasında istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb edilən dövriyyənin belə qaydada hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Bütün yuxarıda göstərilən səbəblərdən hazırkı Azərekspertiza Birliyinin ekspertiza təqdiqatı ilə səyyar vergi yoxlaması zamanı istehsal həcmi müəyyən edilmiş mal-materiala görə hesablanmış ƏDV, mənfəət, mədən və sadələşdirilmiş vergilərin düzgünlüyü müəyyən edilmir. Belə ki, Vergi Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini 67.1.1-67.1.9-cu maddələrdə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün 67.2.1-67.2.3-cü maddələrdə göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən, vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən, vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Həmin Məcəllənin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən, vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Məhkəmə hesab etmişdir ki, Vergi Məcəlləsində nəzərdə tutulan maddələrin ardıcıllığını nəzərə alaraq “xxxx” firmasında aparılan səyyar vergi yoxlaması zamanı mənfəət vergisinin hesablanması üçün birinci növbədə Məcəllənin 67-ci maddəsində nəzərədə tutulan əlaqəli məlumatlardan, yəni hazırkı halda vergi ödəyicisinin gəlirləri barədə olan məlumatlardan və analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatlarından istifadə etməklə, Vergi Məcəlləsinin 67.3-cü maddəsinə müvafiq olaraq mənfəət vergisi hesablamalı idi. Lakin “xxxx” firmasının yoxlamasına dair tərtib edilmiş xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktından göründüyü kimi, vergi müfəttişi Vergi Məcəlləsinin 67 və 83.2-ci maddələrində nəzərdə tutulan hüquqlardan və hesablama qaydasından istifadə etmədən, birbaşa Məcəllədə son tədbir kimi nəzərdə tutulan 83.9-cu maddəsindən istifadə etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarında göstərilən üsulla, yəni şərti rentabellik səviyyəsini 20 % götürməklə mənfəət vergisini hesablamışdır ki, bu nəticədə iddiaçıya əsassız əlavə vergi məbləğinin hesablanması ilə nəticələnmişdir. “xxxx” firması tərəfindən istehsal edilmiş mişar daşının ekspert rəyi ilə müəyyən edilmiş bazar qiymətinə münasibətdə isə birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı bazar qiymətini müəyyən edərkən Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbini pozmuşdur. Belə ki, Vergi Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Həmin Məcəllənin 14.3 və 14.3.3-cü maddələrinə əsasən 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilə bilər. “xxxx” firmasına məxsus daş karxanasında mişar daşının faktiki satış dəyəri 0,20 manat olduğu halda, ekspert rəyində bazar qiyməti 0,25 manat müəyyən edilmiş və vergilər hesablanan zaman vergi orqanı bazar qiyməti qismində 0,25 manatı qəbul etmişdir. İddiaçının faktiki satış dəyəri bazar qiymətindən 30 %-dən çox (aşağı və ya yuxarı) fərqlənməmiş (0.20 + 30 % = 0.26) və vergi orqanı Vergi Məcəlləsinin 14-cü maddəsinin tələblərini pozaraq iddiaçının öz satış dəyərini (0.20 manat) deyil, “Azərekspertiza” Birliyinin ekspert rəyində qeyd olunan dəyəri (0.25 manat) bazar qiyməti kimi götürərək əlavə vergi məbləği hesablamışdır. Bundan başqa, məhkəmə hesab etmişdir ki, cavabdeh vergi orqanı iddiaçı “xxxx” firmasında həyata keçirilmiş səyyar vergi yoxlamasının sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qanunla müəyyən edilmiş qaydada və müddətdə qeydiyyata alınmasını təmin etməmişdir. Cavabdeh vergi orqanı vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlarının – “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi” haqqında xx.xx.2019-cu il tarixli qərarın qəbulundan sonra 5 iş günü ərzində yoxlamanın nəticəsi barədə məlumatların reyestrə daxil edilməsini təmin etməmiş, nəticədə iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli KY191322318 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışda yoxlamanın xx.xx.2019-cu il tarixdə başlaması, xx.xx.2019-cu il tarixdə bitməsi barədə qeydlər aparılsa da, xx.xx.2019-cu il tarixdən ümumilikdə 30 gün müddətinə əlavə vergi yoxlamalarının keçirilməsi və yoxlamanın nəticəsi barədə hər hansı qeyd aşkar edilməmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən inzibati akt qəbul edilərkən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar cavabdeh vergi orqanı tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılmadığından, vergi qanunvericiliyinin tələbləri düzgün tətbiq edilmədiyindən və məhkəmə baxışı zamanı da həmin inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmədiyindən, xx.xx.2019-cu il tarixli **********195816 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar mənfəət vergisi, ƏDV, mədən vergisi və sadələşdirilmiş verginin hesablanması və onlara müvafiq olaraq maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində qanunsuz və əsassız hesab edilərək ləğv edilməlidir. Cavabdeh qərarı o əsasla mübahisələndirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixli 9/1478 nömrəli ekspert rəyində “xxxx” firması üzrə faktiki istehsal edilmiş mişar daşının faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, elektrik enerjisi sərfiyyatı əsasında mişar daşının istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb edilən dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmadığı, ona görə də, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində hesablanmış 18497,81 manat mənfəət vergisinin, 128028,54 manat ƏDV-nin 97261,37 manat mədən vergisinin, 4 manat MÖMV-nın düzgünlüyü müəyyən olunmadığı qeyd olunsa da ekspert rəyində qeyd olunanlar əsaslandırılmamışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin qeyd edilən rəyindən görünür ki, mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyəri yalnız elektrik enerjisinin sərfiyyatından ibarət olmayıb aşağıdakı xərc elementlərindən ibarət olduğu müəyyən edilmişdir: - Xammal və materiallar; - Qaytarılmış tullantılar; - Texniki məqsədlər üçün yanacaq, enerji və su; - istehsal fəhlələrinin əsas əmək haqqı; - İstehsal fəhlələrinin əlavə əmək haqqı; - Sosial sığortaya ayırmalar; - Avadanlığın saxlanması və istismarı xərcləri, o cümlədən amortizasiya; - Ümumi sex xərcləri; - Ümumi zavod xərcləri; - Zay məhsul və itkilər; - Sair istehsalat xərcləri; - Əmtəəlik məhsulun tam maya dəyəri. Məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından göründüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yalnız elektrik enerjisi xərclərindən ibarət olmayıb, yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarətdir. Buna baxmayaraq, “Azərekspertiza” Birliyinin mütəxəssisi tərəfindən müəssisənin fəaliyyəti üzrə faktiki istehsal həcmi müəyyən olunmuş məhsulun faktiki maya dəyərinin yalnız sərf edilmiş elektrik enerjisindən ibarət olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi tərəfindən faktiki istehsal həcmi müəyyən olunmuş məhsulun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, faktiki enerji sərfiyyatı əsasında istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Hazırkı iş üzrə keçirilmiş ekspertiza tədqiqatı ilə səyyar vergi yoxlaması zamanı istehsal həcmi müəyyən edilmiş mal-materiala görə hesablanmış vergilərin düzgünlüyü müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Məhkəmə Ekspertizası Mərkəzinin hazırkı iş üzrə ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməsini əsaslı hesab edir. İddiaçının torpaq və əmlak vergisinin silinməsi barədə apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qərarında göstərmişdir ki, iddiaçı “xxxx” firmasının istifadəsində olan torpaq sahəsinin ölçüsü 116500 m² olduğu halda, sonuncu 2016-2018-ci illər üzrə təqdim etdiyi vergi bəyannamələrində həmin sahəni 9320 m² göstərmiş və bunu ümumi sahənin yalnız 9320 m² hissəsinin işlək olması ilə izah etmişdir. Vergi Məcəlləsinin 203.1-ci maddəsinə əsasən, torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Həmin Məcəllənin 205-ci maddəsinə əsasən fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Həmin Məcəllənin 208.1-ci maddəsinə əsasən torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında hər il sabit tədiyə şəklində hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı “xxxx” firması torpaq vergisinin vergi bəyannaməsində az hesablanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, əmlak vergi məbləğlərinin hesablanmasını isə cavabdeh inzibati orqan məhkəmə baxışı zamanı sübuta yetirdiyindən birinci instansiya məhkəməsi iddia tələbini həmin hissələrdə təmin etməyərək düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-657/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-657/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Məmmədov Hakimlər Zaur Məmmədov Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar