Məhkəmə qərarları › İş №2-1(105)-424/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-424/2022

23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-424/2022 23.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı JN-109F KOD 30327028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin arxiv nüsxəsində və təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında düzəliş edilməsi və Quba rayonu Digah kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2-1(118)-214/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-109F KOD 30327028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında Quba rayonu Digah kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının, şəhadətnamənin arxiv nüsxəsində və təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında düzəliş edilməsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin 03 dekabr 2021-ci il tarixli qərardadı ilə cavabdeh qismində DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi cəlb edilmiş, məhkəmənin eyni tarixli qərardadı ilə X22 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu Digah kəndində yerləşən iki mərtəbəli, iki otaqlı, ümumi sahəsi 90,3 kv.m, yaşayış sahəsi 30 kv.m olan fərdi yaşayış evi və 0,12 ha həyətyanı torpaq sahəsi iddiaçının mərhum atası X1 məxsus olmuşdur. İddiaçının mərhum atası 11 avqust 1993-cü ildə təsdiq edilən və notariat reyestrində 14 nömrə ilə qeydiyyata alınmış vəsiyyətnaməyə əsasən ona məxsus bütün əmlakı iddiaçıya vəsiyyət etmişdir. İddiaçının atası X2 1995-ci ildə vəfat etmişdir, onun birinci növbə vərəsələri iddiaçı və onun iki qardaşı - X13, X8 olmuşdur. Atasının vəfatından sonra iddiaçı mirası faktiki qəbul edərək ona sahiblik etmişdir. Digər vərəsələr olan qardaşları Azad və Çingiz 25 oktyabr 2000-ci ildə Quba rayon Dövlət notariat kontoruna ərizə ilə müraciət edərək mirasdan məcburi paylarından könüllü imtina etmişlər. Qeyd olunan vəsiyyət və qanun üzrə digər vərəsələrin mirasdan məcburi paylarından könüllü imtina ərizələri əsasında iddiaçıya 26 oktyabr 2000-ci il tarixli 2V-86 nömrəli “Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə təqdim olunmuşdur. Daha sonra Quba rayon X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən iddiaçıya qeyd olunan fərdi yaşayış evinə dair 1 noyabr 2000-ci il tarixli 685 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Həmçinin Quba rayon Aqrar İslahat Komissiyasının 3 may 1997-ci il tarixli 4 saylı qərarı ilə torpaq onun mülkiyyətinə verilmişdir və bu sənəd əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin müdiri və Dövlət Yerquruluşu Layihə İnstitutunun vəzifəli şəxsinin imzası ilə JN-109F KOD 30327028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi kimi iddiaçı göstərilmişdir. Lakin iddiaçı daşınmaz əmlakın dövət reyestrindən çıxarış almaq istədikdə ona cavab verilmişdir ki, həmin şəhadətnamənin arxiv nüsxəsində və təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında başqa şəxsin adı qeyd olunmuşdur. İddiaçı həmin texniki səhvin aradan qaldırılması üçün daşınmaz əmlak üzərindəki hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Lakin 29 iyul 2021ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, şəhadətnamənin arxiv nüsxəsində və təhvil verilmiş şəhadətnamələrin verilməsi ktabında X6 adı qeyd edilmişdir. Halbuki, iddiaçının qardaşı Azad Quliyev 25 oktyabr 2000-ci ildə Quba rayon Dövlət notariat kontoruna ərizə ilə müraciət edərək mirasdan məcburi payından könüllü imtina etmişdir. Cavabdeh heç bir hüquqi araşdırma aparmadan formal olaraq hüquqların qeydiyyatı üçün əsas olan sənədlə arxiv sənədinin məlumatlarının uzlaşmaması səbəbilə iddiaçının hüquqlarını dövlət qeydiyyatına almaqdan imtina edir. Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2-1(118)-214/2022 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia təmin edilərək, Quba rayonu Digah kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə dair tərtib edilmiş JN-109F KOD30327028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin arxiv nüsxəsində və şəhadətnamələrin verilməsi kitabında mülkiyyətçinin adının İddiaçı adına dəyişdirilməsi və həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı JN-109F KOD 30327028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin qeydiyyatdan keçib-keçməməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixli 20 aprel 2021-ci il tarixli sorğu ərizə ilə müraciət etmişdir. Müraciətə 28 aprel 2021-ci il tarixli **********65 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Bildiririk ki, JN-109F KOD 30327028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv nüsxəsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş kitabında başqa şəxsin adı qeyd olunmuşdur. Belə ki, Quba rayonu, Digah kəndində yerləşən fərdi X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı adına xx.xx.2000-ci il tarixli 085 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair təqdim edilən JN-109F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də İddiaçı adı qeyd edilməsinə baxmayaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv nüsxəsində, kitablarında və aqrar islahatı nəticəsində Quba rayonu, Digah kəndində torpaq payı almaq hüququ olan subyektlərin siyahısında X14 adı qeyd olunmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf etiraz onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsi və üzərində yerləşən ev iddiaçının atasından miras qalmışdır. İş materiallarında olan vərəsəlik işindən də bu açıq-aşkar görünür. Həmin torpaq sahəsi və ev iddiaçının atası dünyasını dəyişəndən iddiaçının fasiləsiz istifadəsindədir. Həmin torpaq sahəsi onun tərəfindən əkilib, becərilib, müvafiq hasarlanma işləri aparılmışdır və evdən də təyinatına uyğun istifadə edir. Cavabdeh təşkilat iddiaçının qardaşı Quliyev Azadın adına olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” təqdim etsə də, həmin şəhadətnamədə müvafiq qurumunun imza və möhürü yoxdur. Halbuki, cavabdehin nümayəndəsi özü məhkəmə iclasında bildirdi ki, şəhadətnamənin bir nüsxəsi vətəndaşa verilərkən hər iki qurumun məsul şəxsinin imzası və möhürü onun üzərində olur. Lakin cavabdeh təşkilatın təqdim etdiyi şəhadətnamələr fərqli olaraq, iddiaçının adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də bu imzalar və möhürlər mövcuddur. Bu fakt özlüyündə cavabdehin təqdim etdiyi şəhadətnamənin qanuniliyini şübhə altına alır. Həmçinin, iddiaçının qardaşı X27 Federasiyası vətəndaşı olmaqla 2002ci ildə Rusiya Federasiyasında vəfat etmişdir. O, 1970-ci illərin axırında hərbi xidməti başa vurduqdan sonra Rusiya Federasiyası ərazisində yaşamış, ailə qurmuş və oranın vətəndaşlığını qəbul etmişdir. Yalnız bir neçə ildən bir qohumlarını ziyarət etmək üçün Azərbaycan Respublikasına gəlirdi, sonuncu dəfə 2000-ci ildə gələrkən də notariat orqanında mirasdan imtina ilə bağlı ərizəsini özü yazmışdır. Həmçinin məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli məktubunda mərkəzin arxivində Quba rayon X12 1997-ci il üzrə islahat qovluğunda mövcud olan həyətyanı torpaq sahələri haqqında cədvəldə İddiaçı Balasoltan oğlunun adının qeyd edilməsi, X14 adının həmin siyahıda qeydə alınmaması bildirilmişdir. Bütün bu qeyd olunanlar deməyə əsas verir ki, JN-109F KOD30327028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin arxiv nüsxəsində və şəhadətnamələrin verilməsi kitabında mülkiyyətçinin adının Quliyev Azad qeyd edilməsi tam olaraq mexaniki səhvdir. Həqiqi şəhadətnamə iddiaçının məhkəməyə təqdim etdiyidir. İş materiallarına əlavə edilmiş Quba rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.2000-ci il tarixdə verimiş qeydiyyat vəsiqəsi ilə Quba rayonu Digah kəndində yerləşən iki mərtəbəli, iki otaqlı, ümumi sahəsi 90.3 kv.m, yaşayış sahəsi 30.0 kv.m olan fərdi yaşayış evinin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında iddiaçının mülkiyyətinə keçməsi sübuta yetirilir. Həmin şəhadətnamənin verilməsi üçün əsas olmuş xx.xx.1993-cü il tarixli vəsiyyətnamədən də evin və 0.12 ha həyətyanı torpaq sahəsinin iddiaçının atasına məxsus olması görünür. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İnzibati məhkəmə icraatının digər iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 157. Mülkiyyətin müdafiəsi Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (...) Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası (...) 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat (...) 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək, Quba rayonu, Digah kəndi ərazisində fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair JN-109F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də adla bağlı buraxılmış səhvin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, JN-109F KOD 30327028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” nin arxiv nüsxəsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş kitabında başqa şəxsin adı qeyd olunmuşdur. Belə ki, Quba rayonu, Digah kəndində yerləşən fərdi X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı adına xx.xx.2000-ci il tarixli 085 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair təqdim edilən JN-109F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də İddiaçı adı qeyd edilməsinə baxmayaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv nüsxəsində, kitablarında və aqrar islahatı nəticəsində Quba rayonu, Digah kəndində torpaq payı almaq hüququ olan subyektlərin siyahısında X14 adı qeyd olunmuşdur. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının qeyd edilən torpaq sahəsinə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etmişdir, lakin texniki səhv üzündən şəhadətnamənin arxivdə saxlanılan nüsxəsində və şəhadətnamələrin təhvil verilməsi kitabında onun adının əvəzinə qardaşı X14 adı göstərilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 01 noyabr 2000-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Quba rayonu, Digah kəndində yerləşən ikimərtəbəli, iki otaqlı, ümumi sahəsi 90,3 kv.m, yaşayış sahəsi 30 kv.m olan fərdi yaşayış evi İddiaçı Balasoltan oğlunun adına qeydə alınmışdır. JN-109F KOD 30327028 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1993-cü il tarixli 04 saylı qərarı əsasında İddiaçı Balasoltan oğluna 0,12 ha torpaq sahəsi ayrılmışdır. X10 tərəfindən verilmiş və Xuçbala kənd icra hakimiyyətinin nümayəndəsi X9 tərəfindən təsdiq edilmiş 11 avqust 1993-cü il tarixli vəsiyyətnamədən görünür ki, X10 0.12 ha torpaq sahəsində olan iki mərtəbəli yaşayış evini və onun içərisində ona məxsus olan bütün ev əmlakını oğlu X15 vəsiyyət etmişdir. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 11 avqust 1993-cü il tarixdə təsdiq edilən vəsiyyətnamədə göstərilən əmlakın vərəsəsi İddiaçıdur. X16 və X22 tərəfindən verilmiş razılıq ərizələrindən görünür ki, mərhum ataları X3 adına olan evin və torpaq sahəsinin qardaşları İddiaçı adına keçirilməsinə etiraz etmirlər. 1989-cu ildə tərtib edilmiş texniki pasportdan görünür ki, həmin texniki pasport X7, sonradan İddiaçı adına Quba rayonu Digah kəndində yerləşən yaşayış evinə dair tərtib edilmişdir. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubuna əlavə edilmiş JN-109 F KOD 30327028 seriyalı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1993-cü il tarixli 04 saylı qərarı əsasında X17 0.12 hektar torpaq sahəsi ayrılmışdır. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş imtina bildirişindən görünür ki, şəhadətnamənin arxiv nüsxəsində və təhvil verilmiş şəhadətnamələrin verilməsi ktabında X6 adı qeyd olunduğundan iddiaçının müraciətinin təmin edilməsi mümkün olmamışdır. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, JN-109F KOD30327028 seriyalı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin arxiv nüsxəsi və ləğv edilmiş DTXK tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında başqa şəxsin adı qeyd olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən müvafiq sorğular verilmiş və "xxxx" MMC-nin 20 sentyabr 2022-ci il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, 1997-ci il üzrə islahat qovluğunda mövcud olan həyətyanı torpaq sahələri haqqında cədvəldə İddiaçı Balasoltan oğlunun adı qeyd edilmişdir. X14 adı həmin siyahıda qeydə alınmamışdır. Quba rayonu, Digah kəndi üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında isə X14 adı mövcud olsa da, İddiaçı Balasoltan oğlunun adı həmin siyahıda aşkar edilməmişdir. Beləliklə, işdə olan sənədlərə əsasən müəyyən edilir ki, Quba rayonu Digah kəndində 0,12 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, iki otaqlı, ümumi sahəsi 90.3 kv.m, yaşayış sahəsi 30.0 kv.m olan fərdi yaşayış evi iddiaçının atasının mülkiyyətində olmuşdur və həmin əmlak iddiaçıya vəsiyyət edilmişdir. İddiaçı adına Quba rayonu Digah kəndində yerləşən yaşayış evinə dair texniki pasport tərtib edilmiş və Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1993-cü il tarixli 04 saylı qərarı əsasında 0,12 ha torpaq sahəsi ayrılmışdır. Cavabdehin imtina əsası və apellyasiya şikayətinin eyni dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılması iş materialları ilə təsdiqini tapır. X17 da “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin verilməsi ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, torpaq üzərində hüquqlara dair şəhadətnamələrin hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keçmiş DTXK tərəfindən aparılırdı. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında öz əksini tapmaması vətəndaşın təqsiri deyil və belə hallara görə vətəndaş məsuliyyət daşımamalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinasını əsaslandırdığı hallar mövcud torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb deyildir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2-1(118)-214/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar