Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-424/2023 02.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X3 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2- 1(118)-783/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 04 avqust 2010-cu il tarixli, 883 nömrəli qərarına əsasən Sumqayıt RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış vətəndaş X7 döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sağ çiynin dəlib keçən qəlpə yaralanması” “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilmişdir. TSEK-in elektron informasiya sistemindən çıxarışlara əsasən, iddiaçı ilk dəfə xx.xx.2011-ci il tarixdə TSEK-də müayinədən keçmiş və ona “Sağ çiyni dəlib keçən qəlpə yaralanmasından sonrakı vəziyyət, sağ çiynin qurşağının zədələnməsi sağ əlin parezi” diaqnozu ilə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar bir il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Daha sonra iddiaçıya xx.xx.2013-cü il tarixdə “Sağ ağ ciyərin infiltrativ vərəmi dağılması sola səpələnmə mərhələsində VMB(-) mənfi. Sağ çiynin dəlib keçən qəlpə yaralanmasından sonrakı vəziyyət, sağ çiynin qurşağının zədələnməsi sağ əlin parezi” diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmiş, əlillik hər dəfə 1 il müddətinə olmaqla 2016-cı il tarixədək, 2016-cı il tarixində 5 il müddətinə uzadılmışdır. Əlillik müddəti bitdikdən sonra iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Şamaxı Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixli 2574003AAMMM4 nömrəli göndəriş verilmişdir. Həmin göndəriş cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş, “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son illərdə xəstənin stasionar müalicəsi yoxdur. Əlavə müalicəyə ehtiyacı var” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixdən tibbi göndərişə imtina edilməsinin ləğv edilməsi və xx.xx.2021-ci il tarixdən ikinci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, iddiaçı iki il Sovet Ordusunda, 1993-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdə aldığı xəstəliklə bağlı xx.xx.2010-cu ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verilmişdir. xx.xx.2011-ci il tarixdən 2ci qrup əlildir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə" nin 4.2-ci maddəsinə əsasən ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Qanunvericiliyin tələbinə müvafiq olaraq onun barəsində tərtib edilmiş səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyin edilməsi üçün xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqana göndərilmişdir. Lakin cavabdeh ona əlillik təyin edilməsindən imtina etmişdir. Qeyd edir ki, xx.xx.2021-ci il tarixə kimi pensiya ilə təmin olunmuş, daha sonra pensiyası dayandırılmışdır. Hesab edir ki, xx.xx.2011-ci ildən etibarən fasiləsiz olaraq 10 il ərzində ikinci dərəcə əlil olması nəzərə alınmalı və ona ikinci qrup müddətsiz əlillik təyin edilməlidir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S60-S69 - Bilək və əlin travmaları => S69 - Bilək və əlin digər və dəqiqləşdirilməmiş travmaları -> S69.9...; Diaqnozun mətni: Sağ çiyni dəlib keçən qəlpə yaralanmasından sonrakı vəziyyət, sağ çiynin qurşağının zədələnməsi sağ əlin parezi; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Sağ çiyni dəlib keçən qəlpə yaralanmasından sonrakı vəziyyət, sağ çiynin qurşağının zədələnməsi sağ əlin parezi” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A16 - Tənəffüs orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş => A16.2 - Ağ ciyər vərəmi, bakterioloji və hi...; Diaqnozun mətni: Sağ ağ ciyərin infiltrativ vərəmi dağılması sola səpələnmə mərhələsində VMB(-) mənfi. Sağ çiynin dəlib keçən qəlpə yaralanmasından sonrakı vəziyyət, sağ çiynin qurşağının zədələnməsi sağ əlin parezi.; Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.5. Ağciyərlərin xroniki, proqressiv gedişii fibrokavernoz vərəmi, intoksikasiya əlamətləri ilə” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Daha sonra iddiaçıya yuxarıda qeyd edilən “Ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, intoksikasiya əlamətləri ilə” diaqnozu ilə 2014-cü ildən 2016-cı ilədək hər dəfə 1 il müddətinə, 2016-cı ildən 2021-ci ilədək 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A16 - Tənəffüs orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş => A16.0 - Ağ ciyər vərəmi, bakterioloji və hi...; Diaqnozun mətni: Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, sağ ağciyərin infiltrativ vərəmi; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son illərdə xəstənin stasionar müalicəsi yoxdur. Əlavə müalicəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, iddiaçının əlillik vəziyyəti Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli sonuncu göndərişi əsasında qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son illərdə xəstənin stasionar müalicəsi yoxdur. Əlavə müalicəyə ehtiyacı var” səbəbi ilə əliliyin təyin edilməsindən imtina edilmişdir. Odur ki, iddiaçının ixtisaslaşdırılmış müalicə müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Bundan əlavə, iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci ildə imtina verilsə də, o, 2022-ci ilin oktyabr ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İPM-in 39-cu maddəsinin tələbinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçdikdən sonra məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, iddiaçı 2022-ci ilin oktyabr ayında, yəni təxminən 19 ay sonra xx.xx.2021-ci il tarixli göndəriş əsasında verilən əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2-1(118)-783/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim İ.Quliyev). İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, onun təqsirindən heç bir müddət ötürülməmişdir. Onun sənədləri tibb müəssisəsinin göndərişinə əsasən elektron altsistemə daxil edilmiş və iddia qaldırılanadək qiymətləndirilməmişdir. İddiaçı cavabdeh və məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən keçmiş tarix qeyd edilməklə imtina verilmişdir. Qeyd edilən hallar məhkəmə tərəfindən araşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, məhkəmədə hazırki iddianın qanunvericiliklə tələb olunan müddət ötürülməklə qaldırıldığını qəbul edirlər. İddia tələbinin müddət ötürülməklə qaldırılmağının səbəbi odur ki, iddiaçı da daxil olmaqla, əksər vətəndaşların əmək pensiyası eyni vaxtda dayandırılmış, pensiyanın bərpa edilməsini gözləsələr də, bərpa edilməmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, iddianın mümkün sayılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi əlilliyin təyin edilməsi ilə bağlı iddia tələbi qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürməklə qaldırıldığından iddianı mümkün hesab etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçıya 2011-ci ildən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar bir il müddətinə üçüncü dərəcəli, 2013-cü ildən ikinci dərəcəli əlillik təyin edilmiş, əlillik hər dəfə 1 il müddətinə olmaqla 2016-cı il tarixədək, 2016-cı il tarixində 5 il müddətinə uzadılmışdır. Əlillik müddəti bitdikdən sonra iddiaçının əlilliyi cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə yenidən qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi hazırkı iddianın növünü mübahisələndirmə haqqında iddia kimi qiymətləndirmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdən tibbi göndərişə verilən imtina cavabının ləğv edilməsi və həmin tarixdən ona ikinci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İşə baxan məhkəmə İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə istinad edərək inzibati aktla hüquqları pozulan şəxsin bu qərarın ləğv edilməsini yalnız müəyyən müddət ərzində tələb edə biləcəyini qeyd etmiş, başqa sözlə, iddiaçının ləğvini tələb etdiyi imtina cavabını inzibati akt kimi qiymətləndirmişdir. Halbuki, hər hansı əlverişli şəraiti yaradan halın, konkret halda desək, əlilliyin təyin edilməsinin təmin edilməməsi əlverişsiz inzibati akt sayılmır, çünki belə bir imtina hüquqi vəziyyəti dəyişmir, sadəcə və yalnız hüquqların genişlənməsinin qarşısını alır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.10 və 2.0.11-ci maddələrində əlverişli və əlverişsiz inzibati aktların anlayışları verilmişdir. Belə ki, əlverişli inzibati akt maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt, əlverişsiz (yükləyici) inzibati akt isə maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Belə aktların fərqləndirilməsi isə birbaşa iddianın növlərinə təsir göstərir. Mübahisələndirmə haqqında iddianın predmetini, yalnız (ən azı qismən) əlverişsiz inzibati akt təşkil edə bilər. Bu baxımdan, iddiaçıya əlilliyin təyin edilməsindən imtina məktubu ona münasibətdə hər hansı əlverişsiz hüquqi vəziyyət yaratmadığından, mübahisələndirmə haqqında iddianın da predmeti ola bilməz. İddiaçının hazırki halda hüquqi marağı ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlillik təyin edilməsi barədədir ki, buna da məcburetmə haqqında iddia vasitəsilə nail oluna bilər. Beləliklə, kollegiya qeyd edir ki, iddiaçının hazırkı tələbi ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlilliyin təyin edilməsi barədə olmaqla, növünə görə məcburetmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2 və 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) iddialara baxılır. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Həmin qərarın 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi verildiyi vaxtdan 30 gün ərzində iddianın verilməsi ilə bağlı müddətə əməl olunması məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərtidir. İş materiallarında olan TSEK-in xx.xx.2021-ci il tarixli, xxxxxxx0007 nömrəli müayinə aktının elektron informasiya sistemindən çıxarışından görünür ki, iddiaçıya həmin tarixdə əlilliyin təyin edilməsindən imtina cavabı verilmişdir. Göründüyü kimi iddiaçı ona əlilliyin təyin edilməsindən imtina haqqında müayinə aktından ən azından xx.xx.2021-ci il tarixdən məlumatlı olmuşdur. İddiaçı imtina barədə inzibati aktdan 2021-ci ilin aprel ayından məlumatlı olsa da məhkəməyə iddia ərizəsi ilə 1 il 5 ay sonra, xx.xx.2022-ci il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Bundan başqa, birinci instansiya məhkəməsinin 19 yanvar 2023-cü il tarixli məhkəmə iclas protokolundan görünür ki, məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilərək əlillik təyinatı ilə bağlı inzibati orqana təkrar müraciət edilməsi, eləcə də bununla bağlı ona vaxt verilə biləcəyi təklif edilmişdir. Lakin növbəti 16 mart 2023-cü il tarixli məhkəmə iclasının protokolundan görünür ki, iddiaçı qeyd edilən məsələ ilə bağlı inzibati orqana müraciət etməmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasında izahatında hazırkı iddianın qanunvericiliklə tələb olunan müddət ötürülməklə qaldırıldığını qəbul etdiklərini bildirmişdir. İnzibati Prosessual Məcəllənin 24.2-ci və 24.3-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi hazırkı iddia tələbinin qaldırılması üçün qanunvericilikdə müəyyən edilən müddətin buraxılmasından 1 ildən artıq keçdiyindən, müddətin bərpasına dair ərizə verilməsi ilə bağlı hüquqi yardım etməyə də zərurət olmamışdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi əsaslı olmasa da, iddianı mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2-1(118)-783/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-424/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-424/2023
02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver