Məhkəmə qərarları › İş №2-1(105)-425/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-425/2022

09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-425/2022 09.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(85)-404/2018 nömrəli qərardadından Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Sumqayıt şəhər şöbəsinə qarşı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1 sentyabr 1977-ci ildən 17 fevral 1978-ci ilədək Bakı şəhəri 88 saylı Texniki Peşə Məktəbində aldığı təhsil müddətinin və "xxxx" MMC-də 1 aprel 2015-ci il tarixdən 5 avqust 2016-cı il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək pensiya hüququnun yarandığı vaxtdan başlayaraq ona yaşa görə güzəştli şərtlə pensiya təyin edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun 01.09.1977-ci ildən 10.07.1978-ci il tarixədək Bakı şəhər 88№li Texniki Məktəbdə təhsil aldığı və 01.04.2015-ci il tarixdən 05.08.2016-cı ilədək "xxxx" MMC-də işlədiyi müddətin onun iş stajına daxil edilməsi və ona 03.11.2013-cü il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq olunan siyahı üzrə nəzərdə tutulmuş ağır və zərərli şərtlərlə işləmiş və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdlr. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan onun ərizəsini təmin etməmiş və ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Belə ki, imtina cavabında bildirilmişdir ki, ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajına qarşı 24 il 09 ay stajı olduğundan və 01.04.2015-ci il tarixdən 05.08.2016-cı ilədək “”Delta-Qrup C.O” MMC-dəişlədiyi dövrlə əlaqədar "xxxx" MMC tərəfindən 2015-ci il üzrə təqdim edilmiş “məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”da uyğunsuzluq aşkar olunduğu üçün ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-404/2018 nömrəli, 09 fevral 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, tələb edilən dövrün iddiaçının iş stajına daxil edilməsi, 3 noyabr 2013-cü il tarixdən yaşa görə ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(105)-277 nömrəli, 07 may 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin olunmayaraq birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(105)-277 nömrəli, 07 may 2018-ci il tarixli qərarından narazı qalan cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Eləcə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Sumqayıt şəhər şöbəsi vəsatətlə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasına 16 avqust 2018-ci il tarixdə yazılı vəsatətlə müraciət edərək Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin 07.05.2018-ci il tarixli qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilməsi müddətin ötürülməsinin üzürlü səbəblər ilə əlaqədar olaraq baş verməsini nəzərə alaraq müddətin bərpası barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2039/2018 nömrəli iş üzrə 23.10.2018-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(105)-277 nömrəli, 07 may 2018-ci il tarixli qərarından verilən şikayət üzrə kassasiya mümkün sayılmamış, kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. 06 avqust 2019-cu il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)- 404/2018 nömrəli, 09 fevral 2018-ci il tarixli qərarına əsasən verilmiş icra vərəqəsi icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 03 may 2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə müraciət edərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(85)-404/2018 nömrəli, 09 fevral 2018-ci il tarixli qərarının ləğv edilib, məhkəmə icraatının təzələnməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1956-cı ildə Sumqayıt şəhərində doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, 26.11.1980-ci ildən 16.06.1993-cü ilədək, 25.06.1993-cü ildən 20.02.1995-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, iddiaçının əmək kitabçasından məlum olur ki, iddiaçının ümumi stajına aid edilən dövrlər cəmi 20 il 7 ay 4 gün təşkil edir. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını, həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Lakin məhkəmə tərəfindən işə baxılarkən iddiaçının ümumi iş stajının düzgün riyazi hesablanması aparılmamış və bu səbəbdən də əslində pensiya hüququ olmayan şəxsə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilmişdir. Bununla da maddi və prosessual hüquq norması pozulmuşdur. Şöbə tərəfindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-404/2018 nömrəli, 09 fevral 2018-ci il tarixli qərarına qarşı apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 07.05.2018-ci il tarixli, 2-1(105)-277/2018 nömrəli qərarı ilə şikayət təmin edilməmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələ bilər. Qeyd olunanlara əsasən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(85)-404/2018 nömrəli, 09 fevral 2018-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli 2-1(85)-404/2018 saylı qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəsi təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilərək iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Şikayətin dəlilləri ərizənin dəlilləri ilə eynilik təşkil edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iş üzrə icraatın təzələnməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, hazırki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Sözügedən normanın təhlili göstərir ki, qanunverici qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilməsi üçün iki əsas müəyyən etmişdir: 1) sonradan yeni sübutların və ya halların aşkar olunması; 2) həmin sübut və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması. İPM-nin 102-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Həmin Məcəllənin 106.2-ci maddəsinə görə icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edilir. Birinci instansiya məhkəməsi öz qərardadında qeyd etmişdir ki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın ərizəsi 08 may 2021-ci il tarixdə, yəni məhkəmə qərarının qanuni qüvvəyə minməsi və icraya yönəldilməsindən 3 ilə yaxın müddət keçdikdən sonra məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 8 fevral 2019-cu il tarixli ********** nömrəli əmri ilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) yaradılmış və idarənin Əsasnaməsi təsdiq edilmişdir. Əsasnaməyə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9-cu və 20-ci maddələrinə əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi idarənin səlahiyyətlərinə aid edilmişdir. Eyni zamanda Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 30 aprel 2019-cu il tarixli **********7 nömrəli məktubuna əsasən 2019-cu ilin 10 may tarixinədək Fondun rayon (şəhər) şöbələri tərəfindən qeyd olunan maddələrinə əsasən pensiya təyin edilmiş şəxslərin pensiya işlərinin idarəyə təhvil verilməsi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın iddiaçıya hansı əsaslarla və nə vaxtdan əmək pensiyasının təyin edilməsindən məlumatsız olması və ya gec xəbər tutması barədə dəlilləri ağlabatan hesab edilə bilməz. Məhkəmə qeyd etmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizəsində iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin dispozisiya şərtlərindən biri olan 25 il ümumi iş stajına malik olmadığına istinad etmişdir. Lakin, işə baxan apellyasiya instansiya məhkəməsi öz qərarında mübahisənin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələbinə uyğun olaraq həll olunmalı olduğunu vurğulamış və iddiaçının tələb olunan sığorta stajına malik olduğu qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, yeni açılmış hallar dedikdə işə məhkəmədə baxılması zamanı mövcud olan, lakin həmin vaxt mövcudluğu haqqında ərizəçidə məlumat olmayan və işin hallarına görə məlum ola bilməyən. Məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra məlum olan, işin həlli üçün həlledici təsirə malik olan hallar başa düşülür. İşə əvvəllər baxılarkən məlum olmayan həlledici hallar məhkəmə aktı çıxarılarkən tərəflərin hüquq və vəzifələri barədə məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli dərəcədə təsir edə bilən faktlardır. Eyni zamanda iş materiallardınan görünür ki, yeni açılmış hallarla bağlı ərizədə qeyd edilən hallar ilkin məhkəmə araşdırmalarının predmeti olmuş və onlara məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. Bu baxımdan həmin hallar (iddiaçının ümumi stajına aid edilən dövrlər cəmi 20 il 7 ay 4 gün olması) qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi təfsir oluna və qiymətləndirilə bilməz. Nəzərə almaq lazımdır ki, yeni sübutlar və hallar qismində başa çatmış məhkəmə icraatı zamanı təqdim edilməmiş və araşdırılmamış sübutlar və ya hallar nəzərdə tutulur. Həmçinin nəzərə alınmalıdır ki, həmin sübut və ya hallar mübahisəyə baxıldığı dövrdə mövcud olmalı, ancaq tərəflərə məlum olmamalı və onların məhkəməyə təqdim olunmaması obyektiv səbəblərə, yəni proses iştirakçılarının iradəsindən asılı olmayan səbəblərə bağlı olmalıdır. Sonradan yaranmış sübutlar və hallar da məhkəmə icraatının təzələnməsi üçün əsas qismində çıxış edə bilməz. Göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən icraatın təzələnməsi üçün qanunun müddəalarından irəli gələn hallar ilə əlaqədar hər hansı bir əsas gətirməmişdir. İPM-in 106.3-cü maddəsinə görə icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki,ərizəçinin istinad etdiyi hallar yeni açılmış hal kimi qiymətləndirilə bilməz, habelə həmin hallara istinad edilməklə məhkəmə qərarı ləğv edilə bilməz. Beləliklə, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(85)-404/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: AZ 1025, ünvan 3ə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar