Məhkəmə qərarları › İş №2-1(105)-425/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-425/2024

16.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-425/2024 16.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X5 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X13, X6, X8, Üçüncü şəxs X20, X9 nümayəndəsi Nümayəndə1, X14 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “üçüncü şəxslər X7 adına qeydə alınmış RX seriyalı ******* nömrəli, 14 oktyabr 2016-cı il tarixli, X20 adına qeydə alınmış RX seriyalı ******* nömrəli, 15 may 2018-ci il tarixli, X15 adına qeydə alınmış 30 iyun 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və X9 adına qeydə alınmış xx.xx.2022-ci il tarixli, ********** reyestr nömrəli çıxarışların iddiaçının torpaq sahəsi ilə (0.1250 ha) üst-üstə düşən hissədə ləğv edilməsi, eyni zamanda həmin şəxslərin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarına dair qeydlərin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2- 1(118)-3064/2023 nömrəli qərarından üçüncü şəxslər X16 və X21 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: JN 1772A, KOD 30800086 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 16 nömrəli, 10 may 1998-ci il tarixli qərarı əsasında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi X17 mülkiyyətinə ayrılmışdır. AN-İ № ******* saylı, 11 oktyabr 2016-cı il tarixli, 4Ə-866 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi X26 tərəfindən X1. RX seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışla Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində X7 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. RX seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışla Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində X20 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Seriya RX № ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən X27 məxsus olmuş 0.10 ha torpaq sahəsi (daha sonra alqı-satqı əsasında həmin torpaq sahəsinin 0.04 ha hissəsi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X18, 0.06 ha hissəsi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X2) ilə İddiaçı ayrılmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.1250 ha torpaq sahəsinin koordinatları tam olaraq üst-üstə düşür. ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışla Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi üzərində X15 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, **********56 reyestr nömrəli çıxarışla X7 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 0.0975 ha təşkil edir. DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin İddiaçı ünvanladığı 28 mart 2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “X15 adına 0.04 ha torpaq sahəsinə dair verilmiş **********29 reyestr nömrəli çıxarışın və X9 adına 0.06 ha torpaq sahəsinə dair verilmiş ********** reyestr nömrəli çıxarışın plan və ölçü sənədlərinin ləğv edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, üçüncü şəxslər X7 adına qeydə alınmış RX seriyalı ******* nömrəli, 14 oktyabr 2016-cı il tarixli, X20 adına qeydə alınmış RX seriyalı ******* nömrəli, 15 may 2018-ci il tarixli, X15 adına qeydə alınmış 30 iyun 2022ci il tarixli, ********** qeydiyyat nömrəli və X9 adına qeydə alınmış xx.xx.2022-ci il tarixli, ********** reyestr nömrəli çıxarışların iddiaçının torpaq sahəsi ilə (0.1250 ha) üst-üstə düşən hissədə ləğv edilməsi, eyni zamanda həmin şəxslərin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarına dair qeydlərin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(85)-729/2018 saylı qərarı ilə Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1998-ci il tarixli 20 saylı sərəncamı ilə İddiaçı ayrılmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.1250 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və plan və ölçüsünün verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(85)-729/2018 saylı qərarından 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1 (105)-284/2018 saylı qərarı ilə İdarənin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(85)-729/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1 (105)-284/2018 saylı qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, lakin Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli, 2-1(102)-1909/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(105)284/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(85)-729/2018 saylı qərarı icra olunması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmışdır. Məhkəmə qərarı 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən icra edilməmiş, bunun səbəbi kimi adına qeydə alınması tələb olunan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində RX seriyalı, ******* blank nömrəli, **********56 reyestr nömrəli çıxarışa əsasən X20 adına qeydə alındığı və mülkiyyət hüququnun dövlət qeydiyyatının qüvvədə olduğu, məhkəmə qərarına əsasən X20 mülkiyyət hüququnun qeydiyyatının ləğv edilmədiyi, məhkəmə prosesi zamanı məhkəməyə həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində RX seriyalı, ******* blank nömrəli, **********56 reyestr nömrəli çıxarışa əsasən X20 adına qeydə alındığı məlum olsa da, müvafiq münasibətin bildirilməməsi qeyd edilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2005-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinə dair X17 adına JN-1772A nömrəli, kod 30800086 saylı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" verilmişdir. X26 xx.xx.2016-cı il tarixli, 4Ə-866 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan 0.10 ha torpaq sahəsini X7 adına özgəninkiləşdirmişdir. X12 alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi torpaq sahəsinə dair hüquqların qeydiyyatı ilə əlaqədar xx.xx.2016-cı il tarixdə 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Ərizənin icrası zamanı torpaq sahəsinin faktiki yerləşmə koordinatları ilə elektron bazada qeyd olunmuş koordinatlar arasında 25 metr fərq olduğunu nəzərə alaraq Akt tərtib edilmiş və həmin akta əsasən X7 adına üzərində faktiki yerləşmə vəziyyətinə uyğun koordinatlar qeyd edilmiş plan və ölçü sənədi verilmişdir. Bundan sonra X12 mülkiyyətində olan 0.10 ha torpaq sahəsini xx.xx.2018-ci il tarixli 4Ə-1532 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X20 adına özgəninkiləşdirmişdir. X20 adına daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* blank nömrəli çıxarış verilmişdir. X31 mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin 0.04 ha hissəsini xx.xx.2022-ci il tarixli, 4Ə-890 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X15 adına özgəninkiləşdirmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən X15 adına 0.04 ha torpaq sahəsinə dair **********29 reyestr nömrəli çıxarış, yerdə qalan 0.06 ha torpaq sahəsinə dair isə X20 adına **********30 reyestr nömrəli çıxarış verilmişdir. X31 4Ə-2278 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X9 adına özgəninkiləşdirmişdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında 2022-ci il 8 iyun tarixində keçirilmiş qəbul zamanı Sumqayıt İnzibatı- İqtisad Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(85)-729/2018 saylı qərarının icra olunmaması ilə bağlı problemin həlli barədə müraciəti qeydə alınaraq baxılması üçün İqtisadiyyat Nazirliyinə göndərilmişdir. Müraciətlə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə qərarının icrası ilə bağlı yaranmış problemin həllinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Ali Məhkəməsinə Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin adından xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Ali Məhkəməyə ünvanlanmış müraciətə cavabda məhkəmə qərarının icra olunması ilə əlaqədar yaranmış faktiki və hüquqi səbəblərdən icranın mümkünsüzlüyünə dair məsələnin həlli ilə bağlı müvafiq birinci instansiya məhkəməsinə müraciət olunması tövsiyyə olunmuşdur. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28 02.2018-ci il tarixli, 2-1(85)- 729/2018 saylı qərarının icrasının təmin edilməsi məqsədi ilə 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Sumqayıt İnzibati Məhkəməsinə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(85)-729/2018 saylı qərarının izah edilməsi barədə ərizə ünvanlanmışdır. 4 saylı Abşeron Ərazi İdarəsinin Sumqayıt İnzibatı Məhkəməsinə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(85)- 729/2018 saylı qərarının izah edilməsi barədə ərizəsi Sumqayıt İnzibati Məhkəməsi tərəfindən icraata qəbul edilmiş (hakim - Leyla Mirzəyeva), lakin mütəxəssis rəyinin alınması məqsədi ilə inzibati işin icraatı dayandırılmışdır. X15 adına 0.04 ha torpaq sahəsinə dair verilmiş **********29 reyestr nömrəli çıxarışın və X9 adına 0.06 ha torpaq sahəsinə dair verilmiş ********** reyestr nömrəli çıxarışın plan və ölçü sənədlərinin ləğv edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etsə də xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-Ə-00xx-xx/2023 saylı bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Cavbadehin imtinasının əsassız olduğunu hesab edir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək bildirmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən, X22 və X9 adına olan torpaq sahələrinə dair planölçü sənədlərinin ləğv edilməsi ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 06 mart 2023-cü il tarixli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı: 1.Qeydiyyat orqanı tərəfindən verilmiş müvafiq plan-ölçü sənədlərinin ləğvi tələb olunmasına baxmayaraq, mübahisə predmeti olan sənədlərin qanunsuz və əsassız verilməsinin iddia ərizəsində əsaslandırılmadığı, buna dair hər hansı mötəbər sübutun isə əlavə edilmədiyi; 2.Ləğv edilməsi xahiş edilmiş daşınmaz əmlakın dövlət reyestrindən X15 adına Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.04 ha torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli, **********29 reyestr nömrəli plan-ölçü sənədinin xx.xx.2022-ci il tarixli, 4Ə-890 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında verildiyi; 3.Ləğv edilməsi xahiş edilmiş daşınmaz əmlakın dövlət reyestrindən X9 adına Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.06 ha torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli, ********** reyestr nömrəli plan-ölçü sənədinin xx.xx.2022-ci il tarixli, 4Ə-2278 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında verildiyi; 4.Sözügedən sənədlərin verilməsinin qanuni əsaslarla aparıldığı və qeydə alma zaman hər hansı yanlışlığa yol verilmədiyi müəyyən olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 2(118)-3064/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X31, X26, X12, X16, X28 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində (zəruri) cəlb edilmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2-1(118)-3064/2023 nömrəli qərarı ilə iddia təmin edilərək, üçüncü şəxslər X7 adına qeydə alınmış RX seriyalı ******* nömrəli, 14 oktyabr 2016-cı il tarixli, X20 adına qeydə alınmış RX seriyalı ******* nömrəli, 15 may 2018-ci il tarixli, X15 adına qeydə alınmış 30 iyun 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və X9 adına qeydə alınmış xx.xx.2022-ci il tarixli, ********** reyestr nömrəli çıxarışların iddiaçının torpaq sahəsi ilə (0.1250 ha) üst-üstə düşən hissədə ləğv edilməsi, eyni zamanda həmin şəxslərin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarına dair qeydlərin ləğv edilməsi qərara alınmışdır. (hakim Leyla Mirzəyeva) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olduğundan, üçüncü şəxslər X7 adına qeydə alınmış RX seriyalı ******* nömrəli, 14 oktyabr 2016-cı il tarixli, X20 adına qeydə alınmış RX seriyalı ******* nömrəli, 15 may 2018-ci il tarixli, X15 adına qeydə alınmış 30 iyun 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, X9 adına qeydə alınmış 28 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar iddiaçının torpaq sahəsi ilə (0.1250 ha) üst-üstə düşən hissədə ləğv edilməlidir. İddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqları cavabdeh orqan tərəfindən torpaq sahəsinin digər şəxslərlə üst-üstə düşməsi səbəbindən dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Üçüncü şəxslər X16 və X21 həmin qərardan apellyasiya şikayəti verərək, birinci intansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişlər. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətlərinin dəlilləri Üçüncü şəxs X16 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona məhkəmə iclası ilə bağlı bildiriş göndərilməmişdir. Qərardan iddiaçının mülkiyyət hüququnun olmadığı açıq-aydın görünür, yalnız istifadəsində olan torpaq sahəsi kimi görünür. Torpaq sahəsi ilk dəfə 1998-ci ildə şəxsi mülkiyyətə verilmişdir və sonra 3 dəfə özgəninkiləşdirilmişdir. Bu siyahıda iddiaçı yer almayıb. Torpaq sahəsi üzərində heç bir daşınmaz əmlak mövcud deyildir. Üçüncü şəxs X21 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona məhkəmə iclası ilə bağlı bildiriş göndərilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X9 nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X14 nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətlərinin dəlillərini qəbul etməyərək iddia ərizəsi və apellyasiya şikayətinə etirazla eyni məzmunda izahat verərək şikayətlərin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı üçüncü şəxs X7 adına qeydə alınmış RX seriyalı ******* nömrəli, 14 oktyabr 2016-cı il tarixli çıxarışın iddiaçının torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, eyni zamanda daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarına dair qeydin ləğv edilməsi üzrə iddianın təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri isə bu hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 16 iyul 2024cü il tarixli, 2-1(105)-425/2024 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2-1(118)-3064/2023 nömrəli qərarı qismən- X20 adına qeydə alınmış RX seriyalı ******* nömrəli, 15 may 2018-ci il tarixli, X15 adına qeydə alınmış 30 iyun 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və X9 adına qeydə alınmış xx.xx.2022-ci il tarixli, ********** reyestr nömrəli çıxarışların iddiaçının torpaq sahəsi ilə (0.1250 ha) üstüstə düşən hissədə ləğv edilməsi, eyni zamanda həmin şəxslərin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarına dair qeydlərin ləğv edilməsinə dair iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia mümkün sayılmamış, apellyasiya şikayətləri isə qismən təmin edilmişdir. Hazırki iddia tələbi ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi **********56 reyestr nömrəli çıxarışla X7 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin 0.0975 ha hissəsinin üst-üstə düşdüyünün müəyyən edildiyini qeyd edərək bu hissədə iddianın təmin edilməsi qəanətinə gəlmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmənin bu hissədə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İşdən görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2- 1(85)-729/2018 saylı qərarı ilə Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1998-ci il tarixli 20 saylı sərəncamı ilə İddiaçı ayrılmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.1250 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və plan və ölçüsünün verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1 (105)-284/2018 saylı qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarı dəyişdirilmədən saxlanılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından cavabdeh tərəfindən verrilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(85)-729/2018 saylı qərarı icra olunması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmışdır. Məhkəmə qərarı 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən icra edilməmişdir. Belə ki, qeydə alınması tələb olunan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində RX seriyalı, ******* blank nömrəli, **********56 reyestr nömrəli çıxarışa əsasən X20 adına qeydə alındığı və mülkiyyət hüququnun dövlət qeydiyyatının qüvvədə olduğu, məhkəmə qərarına əsasən X20 mülkiyyət hüququnun qeydiyyatının ləğv edilmədiyi qeyd edilmişdir. JN 1772A, KOD 30800086 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən Abşeron rayon Aqrar İslahat Komissiyasının 16 nömrəli, 10 may 1998-ci il tarixli qərarı əsasında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi X17 mülkiyyətinə ayrılmışdır. AN-İ № ******* saylı, 11 oktyabr 2016-cı il tarixli, 4Ə-866 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi X26 tərəfindən X1. RX seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışla Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində X7 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Hazırda iddiaçı həmin çıxarışı və daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarına dair qeydi mübahisələndirir.

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, **********56 reyestr nömrəli çıxarışla X7 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin üst-üstə düşən hissəsi 0.0975 ha təşkil edir. İddiaçının torpaq sahəsinin bir hissəsinin üst-üstə düşdüyü Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi AN-İ № ******* saylı, 11 oktyabr 2016-cı il tarixli, 4Ə-866 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə X26 tərəfindən X4 və X7 mülkiyyət hüququ RX seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarış ilə rəsmiləşdirilmişdir. Sorğuya cavab məktublarından və ortofoto xəritədən çıxarışdan görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 16 nömrəli, 10 may 1998-ci il tarixli qərarı əsasında X17 mülkiyyətinə ayrılmış və adına JN 1772A, KOD 30800086 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmiş Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinin yeri müəyyən edilmişdir. Həmin torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 25 iyun 1998-ci il tarixli 20 saylı sərəncamı ilə İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ünvanında ayrılmış 0.1250 ha torpaq sahəsi ilə eyni torpaq sahəsi deyildir. Belə ki, JN 1772A, KOD 30800086 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə X19 məxsus torpaq sahəsi sonuncu tərəfindən digər şəxsə, X3 həmin torpaq sahəsinin koordinatları cavabdeh orqan tərəfindən İddiaçı məxsus torpaq sahəsinin üzərinə qeyd edilmiş və nəticədə mübahisə predmeti olan Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 25 iyun 1998-ci il tarixli 20 saylı sərəncamı ilə İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ünvanında ayrılmış 0.1250 ha torpaq sahəsi X4, daha sonra təkrarən, bir neçə dəfə alqı-satqı müqavilələri əsasında özgəninkiləşdirilmişdir. Yəni, üçüncü şəxs X7 adına RX seriyalı ******* nömrəli 14 oktyabr 2016-cı il tarixli çıxarış əsasında qeydiyyat inzibati orqanın səhvi nəticəsində iddiaçıya məxsus torpaq sahəsi üzərində aparılmışdır. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş həmin xüsusatları birgə nəzərə alındığında aydın olur ki, inzibati orqanın səhvi nəticəsində iddiaçıya məxsus torpaq sahəsi üzərində aparıldığından, üçüncü şəxs X7 adına tərtib edilmiş RX seriyalı ******* nömrəli 14 oktyabr 2016-cı il tarixli çıxarış mötəbər sənəd deyildir. Beləliklə, kollegiya sadalananları ümumiləşdirərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən iddiaçıya məxsus torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qeydə alınmalı olmasına baxmayaraq, 11 oktyabr 2016-cı il tarixli, 4Ə- 866 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə X26 tərəfindən X10 torpaq sahəsi satıldıqdan sonra, X7 mülkiyyət hüququ 14 oktyabr 2016-cı il tarixli RX seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışla iddiaçıya məxsus torpaq sahəsinə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.... Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1 və 139.3-cü maddələrinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra-hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - 16.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər qanunla müəyyən olunmuş tələblərə cavab vermədikdə hüquqların dövlət qeydiyyatından imtina kimi hüquqi nəticəyə səbəb olur. Bu cür imtinanın konkret əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsində göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən 0.1250 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına iddiaçının qanuni gözləntisi yaranmış, lakin iddiaçı müvafiq səbəblərdən torpaq üzərində mülkiyyət hüququnu qeydə aldırmamışdır. AR Konstitusiya Məhkəməsinin Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair“ 15 yanvar 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər.” İddiaçı ona məxsus torpaq sahəsi üzərində hüquqlarını qeydə aldırmasa da, yuxarıda qeyd olunan hüquqi mövqe baxımından onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına dair legitim gözləntisi olmuşdur. İşin sadalanan xüsusatlarına baxmayaraq, cavabdeh orqan həmin torpaq sahəsinin 0, 0975 ha hissəsini üçüncü şəxs X7 mülkiyyəti kimi qeydə almışdır. İşin sadalanan xüsusatlarını ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçıya məxsus 0.1250 ha torpaq sahəsinin 0.0975 ha hissəsinin üçüncü şəxsin xüsusi mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması qanunsuz olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 8.0. və 8.0.1-ci maddələrinin tələbinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır. Analoji qayda Mülki Məcəllənin 139-1.1 və 139-1.1.1-ci maddələrində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən həmin Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Məcəllənin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi üçüncü şəxs X7 adına qeydə alınmış RX seriyalı ******* nömrəli, 14 oktyabr 2016-cı il tarixli çıxarışın iddiaçının torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, eyni zamanda daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair qeydin ləğv edilməsi üzrə iddianı təmin edərkən müəyyən olunmuş faktiki hallara hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı üçüncü şəxs X7 adına qeydə alınmış RX seriyalı ******* nömrəli, 14 oktyabr 2016-cı il tarixli çıxarışın iddiaçının torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, eyni zamanda daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair qeydin ləğv edilməsi üzrə iddianın təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apelyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2-1(118)-3064/2023 nömrəli qərarı üçüncü şəxs X7 adına qeydə alınmış RX seriyalı ******* nömrəli, 14 oktyabr 2016-cı il tarixli çıxarışın iddiaçının torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, eyni zamanda daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair qeydin ləğv edilməsi üzrə iddianın təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar