Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-426/2020 21.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı İddiaçı və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-647/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 19-xx xxxxxxx 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsalandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu ildə Tovuz rayonu, Çeşməli kəndində anadan olmuş, xx xxxx 1978-ci il tarixdən xx xxxx 1980-cı il tarixə kimi SSRİ Silahlı Qüvvələrində Həqiqi hərbi xidmətdə olmuşdur. 90-cı illərdə erməni təcavüzkarlarının vətənimizə hücumu zamanı könüllü olaraq xx xxxx 1992-cü il tarixdən xx xxxxxxxx 1992-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Kəlbəcər rayonunda yerləşən N saylı hərbi hissənin tərkibində Ağdərə rayonu uğrunda gedən döyüşlərdə iştirak etmiş, bu fakt onun hərbi biletində hərbi hissənin möhürü ilə də təsdiq olunur. Uzun illərdən sonra “Müharibə veteranı” adı almaq istəyərkən Müdafiə Nazirliyinə müraciət etsə də, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin N-8719/2 saylı, xx.xx.2018-ci il tarixli məktubu ilə ona müharibə veteranı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Həmin məktubda qeyd edilmişdir ki, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyi aparatı nəzdində “Veteran adlarını və müvafiq vəsiqələrin verilməsi üzrə müvafiq komissiya”nın xx.xx.2018-ci il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi arxivin xx.xx.2018-ci il tarixli 9/2-11311 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə (xx.xx.1992-ci il) xidmət təsdiqlənmədiyindən “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyil. İddiaçı tərxis olunduqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyindən N saylı hərbi hissə komandiri tərəfindən xx.xx.1992-ci il tarixdən hərbi qulluqda olmağı barədə xx.xx.1992-ci il tarixli arayış verilmişdir. Bundan əlavə, onun Kəlbəcər rayonu N saylı hərbi hissədə xidmət etdiyi zaman Ağdərə rayonunda gedən döyüşlərdə Ağdaban, Umudlu, Aterk, Artun Aqamer və Verxnortak kəndlərində döyüş əməliyyatlarında iştirak etdiyi zaman döyüş yoldaşları hal-hazırda “Müharibə Veteranı” olan rota komandiri Saməddin Əhmədovun onun onlarla bir yerdə döyüşdə olmağı faktını təsdiq edə bilər. Həmçinin döyüşdə olması faktını onlarla bir yerdə çəkilmiş fotoşəkillər də təsdiq edir. Döyüş əməliyyatlarında iştirak etməyinə dair “Müharibə veteranı” adı almağın iddiaçı üçün hüquqi əhəmiyyəti vardır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx xxxxx 2018-ci il tarixli 9/2-11311 nömrəli arayışına əsasən İddiaçı N nömrəli hərbi hissədə xidməti təsdiq edilməmişdir. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya məhz bu əsasla iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Bununla da hesab edilir ki, Komissiyanın imtinası qanuni və əsaslı olduğundan iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd edilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul etməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-647/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim C.Məmmədov). Qərardan narazı qalan İddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-647/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsinin elan olunması xx xxxxxxx 2020-ci il tarixə, saat 10:05-ə təxirə salınmışdır. Apelyasiya şikayətinin dəlilləri. iddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə etdiyi hərbi hissənin arayışından açıq aşkar görünür ki, xx xxxx 1992-cü il tarixdən xx xxxxxxxx 1992-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Kəlbəcər rayonunda yerləşən N saylı hərbi hissənin tərkibində Ağdərə rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hətta bu sübut iddiaçının hərbi biletində də qeyd edilmişdir. Məhkəmə buna baxmayaraq sübutlara düzgün qiymət vermədən qanunsuz qərar qəbul etmişdir. Bundan başqa, məhkəmə iddiaçının qanuni əsaslarla tərxis olunması ilə bağlı sübutu inzibati orqana təqdim etmədiyi üçün cavabdeh inzibati orqanın imtinasının əsaslı olmasını bildirmişdir. Məhkəmənin bu yanaşması tam qanunsuz və əsasızdır. Belə ki, məhkəmə iclası dəfələrlə təxirə salınaraq iddiaçının tərxis olunması barədə sorğu vermiş və cavabdeh orqandan bu barədə heç bir məlumat gəlməmişdir. Məhkəmə heç bir cavab almadan qanunsuz olaraq bu qənaətə gəlmişdir. Məhkəmə iddianı tərxis sənədinin olmamasına əsaslanaraq rədd etmişdir. Ancaq hamıya məlumdur ki, müharibənin ağır dövrlərində bir çox sənədlər itib batmış və döyüş şəraitində əsgər, zabir heyətinin sənədləri tam qanunauyğun formada tərtib olunmamış, arxivə təhvil verilməmişdir. İşin halları ilə sübut olunur ki, İddiaçı N saylı hərbi hissədə qulluq etmiş hətta güllə yarası almışdır. İddiaçı əgər həmin hərbi hissədən təxris olunmamışdırsa, deməli o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-334-cü maddələri ilə cinayət məsuliyyitnə cəlb olunmalı və həmin əməlinə görə cəza almalı idi. Ancaq belə bir əməl ilə İddiaçı məsuliyyətə cəlb olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli arayışından göründüyü kimi İddiaçı məhkumluğu olmamışdır. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı iddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçını və vəkilini dinləyərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-647/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdeh imtinasında ona əsaslanmışdır ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx xxxxx 2018-ci il tarixli 9/2-11311 nömrəli arayışına əsasən İddiaçı N nömrəli hərbi hissədə xidməti təsdiq edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və ona əsaslanmışdır ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş səxslər Müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçı apelyasiya şikayətinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli arayışına əsaslanır ki, həmin arayışla İddiaçı məhkumluğunun olmaması müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Republikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən müharibə veteranı adı 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Hazırki işdə iddiaçı N nömrəli hərbi hissədə xidmət etməsini təsdiq edən hərbi biletə və arayışa istinad etsə də, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx xxxxx 2018-ci il tarixli 9/2-11311 nömrəli arayışına əsasən İddiaçı N nömrəli hərbi hissədə xidməti təsdiq edilməmişdir. Beləliklə, iddiaçının 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunması müəyyən olunmur. Göründüyü kimi, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-647/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, bununla da İddiaçı apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-647/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Hökümə Babayeva Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2-1(105)-426/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-426/2020
21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver