Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-426/2023 20.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ona əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-147/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən verilmiş 0531003AAM2P nömrəli göndərişdən görünür ki, İddiaçı əlillik vəziyyəti ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli TSEK qiymətləndirmə nəticələrindən görünür ki, İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir. Səbəb kimi əlavə müalicəyə ehtiyac olması və göndərişin natamam doldurulması göstərilmişdir. İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X4 tərəfindən verilmiş T/466 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş 0531003AAM2P saylı göndərişlə göndərilmiş №088 saylı arayışda qeyd edilən “Miokarditdən sonrakı kardioskleroz, radiolokasiyon ablasıya əməliyyatından sonrakı vəziyyət, İİ f/s.AF=38%, Səyrıcı aritmiya, paroksizmal forma, anopsiya nəticəsində amblıopıya, VısOD-1,0, Vızus OS-0,4 (onda dörd), astenonevrotik sindrom, arterial hipertenzıya, mərhələ, risk 4 (çox yüksək)” diaqnoz nəzərə alınmaqla şəxsin əyanı müayinəsi zamanı aşkar edilmiş patofunksıonal dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona 413 nömrəli Əsasnamənin meyarlarını aid etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyinin bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1993-cü ildə anadan olmuşdur. xx.xx.2020-ci ildə kəskin nəfəsalması pozulmuş və yerimə, addımlamasında kəskin şəkildə azalma yaranmış, gecələr yata bilməmə, boğulmalar baş vermiş, səhhətində yaranmış kəskin pisləşmə nəticəsində xx.xx.2020-ci ildə o, Sumqayıt şəhər 1 saylı Ailə Sağlamlıq Poliklinikasında kardioloji xidmətinə yaxınlaşaraq ürəyini EXO və ciyərlərini rentgen etdirmişdir. EXO və rentgenin cavabında onun ürəyində genişlənmə yarandığı, ürək ritminin kəskin şəkildə aşağı düşməsi və ciyərinin sağ-sol hissəsində su aşkar edilmişdir. Sənədləşmə işləri ilə əlaqədar ailə üzvlər onu xəstəxanaya yerləşdirə bilməmişlər. Sonda xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhər Bərpa xəstəxanasının qarşısında ürəktutma və özündən getmədən sonra qəbul etdilər. Müayinə zamanı müəyyən edilmişdir ki, ürəyinin sol mədəcik sistolik və diasistolik ölçüləri böyümüş, sistolik funksiyası ciddi azalmış, LVEF 14% sol qulaqcıq dilatasiya olunmuş, A orta korarlctasiyanın olmaması, A orta kökü, A orta qapaqları açılıması, mitral qapaqlar N saf boşluqlar böyüməsi, seqmentar divar hərəkətinin qüsuru, posteriorun və anteriorun bazalı xarici bütün divarlarının akinetik olması, hər 2 plevra boşluğunda - sağda 450ml— 1000 ml maye, VD-25 mm (aşağı boş vena)-genişlənməsi müəyyən edilmişdir. 20 gün orada qaldıqdan sonra ciyərlərindən su dərmanlar vasitəsi ilə çəkilərək normal vəziyyətə gəlmişdir, buna baxmayaraq ürəyindəki yaranmış vəziyyət düzəlməmişdir. xx.xx.2020-ci ildə ürəyi ilə bağlı Bakı Sağlamlıq Mərkəzində müayinədə olmuş, 2-3 müayinədən sonra ürəyin tomoqrafiyası üçün Mərkəzi Klinikaya yönələndirilmişdir. xx.xx.2020-ci il tarixdə Mərkəzi Klinkada ürəyin MRT müayinəsi nəticəsində ürəyin funksiyasının 17% olması müəyyən edilmişdir. TSEK-ın xx.xx.2021-ci il tarixli cavabı ilə ona əlilliyin təyinindən imtina olunmuşdur. İmtinaya səbəb kimi: Dövlət Səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması göstərilmişdir. Daha sonra TSEK-in xx.xx.2021-ci il tarixli cavabı ilə ona əlilliyin təyinindən imtina olunmuşdur. İmtinaya səbəb kimi əlavə müalicəyə ehtiyacın olması, xəstənin stasionar müayinə və müalicə müddətinin əlilliyin təyin edilməsi üçün yetərli olması qeyd edilmişdir. Növbəti dəfə ona TSEK-in xx.xx.2021-ci il tarixli cavabı ilə yenidən əlilliyin təyinindən imtina olunmuş, səbəb kimi əlavə müalicəyə ehtiyacın olması, diaqnozun ağırlaşmalarının olmaması göstərilmişdir. xx.xx.2022 tarixdə əlillik təyinindən imtina olunmuşdur, səbəb kimi dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması, həkimin rəyində xəstənin diaqnozunun dəqiqləşdirilməli olması bildirilmişdir. Halbuki, iddiaçı 2020-ci il tarixdən həmin xəstəliyin daşıyıcısıdır. Hal-hazırda səhəttində müsbətə doğru heç bir irəlləyiş yoxdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-cı il tarixli 0531003AAM2P saylı göndərişi əsasında baxılmış və “X1: İX Sinif-Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25- Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Miokarditdən sonrakı kardioskleroz . Radiolokasion ablasiya əməliyyatından sonrakı vəziyyət, İİ f.s. AF=38%, Səyirici aritmiya, paroksizmal forma, Anopsiya nəticəsində ambliopiya, VİZUS OD - 1.0. VİZUS OS - 0.4 (onda dörd) , Asteno nevrotik sindrom . Arterial hipertenziya, İİ mərhələ, risk 4 (çox yüksək); Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müayinə və müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir.xx.xx.2022-ci il tarixdə aparılmış əyani müayinədə müəyyən olunmuşdur ki, əlavə müayinə və müalicəyə ehtiyac vardır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-147/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı müvafiq tibb müəssisəsi tərəfindən müayinə olunaraq onda təkrarən eyni diaqnozun qoyulmasına baxmayaraq və iddiaçı barədəsində Forma 88 saylı arayış tərtib edilərək “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsinə baxmayaraq cavabdeh tərəfindən yuxarıda qeyd edilən səbəblə iddiaçıya əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Cavabdehin imtina cavabında iddiaçıda müəyyən olunmuş əsas xəstəliyin mövcudluğu inkar edilməmişdir. İddiaçıda xəstəliklər və ağırlaşmalar cavabdeh tərəfindən formal əsaslarla ona əlliyin təyin edilməsindən imtina edilməsi qanunsuz olmuşdur. Belə ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən həmin halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərfən düzgün istifadə etməmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X4 tərəfindən verilmiş T/466 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş 0531003AAM2P saylı göndərişlə göndərilmiş №088 saylı arayışda qeyd edilən “Miokarditdən sonrakı kardioskleroz, radiolokasiyon ablasıya əməliyyatından sonrakı vəziyyət, İİ f/s.AF=38%, Səyrıcı aritmiya, paroksizmal forma, anopsiya nəticəsində amblıopıya, VısOD-1,0, Vızus OS-0,4 (onda dörd), astenonevrotik sindrom, arterial hipertenzıya, mərhələ, risk 4 (çox yüksək)” diaqnoz nəzərə alınmaqla şəxsin əyanı müayinəsi zamanı aşkar edilmiş patofunksıonal dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona 413 nömrəli Əsasnamənin meyarlarını aid etmək mümkün olmamışdır. diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat'haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. İddiaçının apellyasiya şikayətinə dair etirazının dəlillər İddiaçı apellyasiya şikayətinə qarşı etirazında qeyd etmişdir ki, ona əlilliyin təyin edilməsi üçün Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etsə də, əlilliyin təyin edilməsinə tamamilə əsassız olaraq imtina cavabı verildi. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi" Qaydasının 3.1.2- ci bəndinə əsasən reyestrə daxil edilmiş göndərişlərdə əlillik səbəbinin qeyd olunmasına baxmayaraq, göndərişin natamam doldurulması, əlavə müayinə və müalicəyə ehtiyacı olması və s.səbəblərlə cavabdeh Agentlik tərəfindən mənə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Halbuki, Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına" dair Əsasnamənin 2.2.1-ci bəndində qeyd olunan xəstəliyi olan şəxslərə ikinci dərəcə əlillik təyin edilir və Agentlik həmin Əsasnamənin tələblərini, yerinə yetirməyə borcludur. O, müvafiq tibb müəssisəsi tərəfindən müayinə olunaraq təkrarən eyni diaqnozun qoyulmasına baxmayaraq və bunun barəsində Forma 88 saylı arayış tərtib edilərək "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edilməsinə baxmayaraq Agentlik tərəfindən yuxarıda qeyd edilən səbəblə mənə əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Buna görə də bütün bu əsaslarla cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini nəhkəmədən xahiş etdi. Bunun da nəticəsində Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-147/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə mənim iddiam təmin olundu və mənə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyuldu. Məhkəmə qeyd etmişdir ki, ona yuxarıda qeyd edilən xəstəliklər və ağırlaşmalar cavabdeh tərəfindən formal əsaslarla ona əlliyin təyin edilməsindən imtina edilməsi qanunsuz olmuşdur. Belə ki, cavabdeh onun xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən həmin halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən düzgün istifadə etməmişdir. Lakin bu qərardan da sonra cavabdeh hələ də öz öhdəliyinin icrasından boyun qaçırır. Ona əlilliyin təyin edilməsi konstitision hüququdur və hal-hazırda da Konstitusiyada nəzərdə tutulmuş hüquqlarım kobud şəkildə pozulur. Məhkəmə prosesləri dövründə ürəyinin funksiyası 38% olsa da, daha sonra müalicənin olmadığı səbəbilə bu faiz daha da aşağı düşmüşdür. Belə ki, aprelə qədər 31%, aprel ayında isə 20% müəyyən edilmişdir. Bütün bu ağırlaşmalara səbəb isə yenidən ölü ilə üzləşməyi və ürəyinin getməsi olmuşdur. Bundan sonra da yenə xəstəxanaya yerləşdirildi. Lakin burada da vəziyyəti yaxşıya doğru getmədi. Məhkəmə prosesindən və qərarın qəbul edilməsindən sonra xəstəxanada qaldığı müddətdə tərtib edilən arayışları da məhkəməyə təqdim edir. Bu arayışlardan da xəstəliyinin get-gedə daha da ağırlaşdığı tam şəkildə qeyd olunmuşdur. Bu şəkillərdə də üzümün rəngindən və halımın pis olmasından xəstəliyimin günü-gündən ağırlaşdığı tam olaraq hiss olunur. Həmçinin cavabdehin verdiyi apellyasiya şikayətində tamamilə yanlış nüanslar qeyd olunmuşdur. Belə ki, ilk cavabdehin apellyasiya şikayətinin bir neçə yerində onun deyil, başqa şəxslərin adı iddiaçı kimi qeyd olunmuşdur. Həmçinin şikayətdə qeyd olunan xəstəlik haqqında və işin halları haqqında olan məlumatlar da tamamilə yanlışdır. Bəzilərinin isə heç bu işə aidliyi yoxdur. Bütün bunları nəzərə alaraq, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-147/2023 nömrəli, 17.01,2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək, öz ifadəsində iddiaçının ay yarım stasionar müalicədə olduğunu, ambulator müalicədə də olmuş, uzunmüddətli dəfələrlə bülletendə olmuş, əmək qabiliyyətini müvəqqəti olaraq itirmiş, daimi həkim nəzarətində olmuş, müalicə ilə bağlı dərmanlar yazılırdı, ev şəraitində həmin müalicəni aparırdı, həmin vaxtı ona nəzarət etdiyini, daimi ünsiyyət saxladığını, müalicə müddəti bitdikdən sonra yenidən polinikaya gələrək, müayinə olunduğunu, ambulator kartada olan vaxtların hamısında müayinə olunması ilə bağlı qeydlər edildiyini, həmin vaxtı olan müalicə ambulator müalicə hesab olunur, ona nəzarət etdiklərini, sağlamlıq vəziyyətinin ağır olduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi- həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); (-). 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bənd. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bənd. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. (-). 2.1. Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Birinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.1.1. qan dövranının üçüncü dərəcəli xroniki çatışmazlığı (İ01-İ09, İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9) 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52-H53.9) 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı olmuşdur. İddiaçının əlillik vəziyyəti sonuncu dəfə müvafiq tibb müəssisəsinin №0531003AAM2P göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndiirlmiş və əlilliyin təyin edilməsindən göndərişin natamam doldurulması, diqanozun dəqqiləşdirilməsi, əlavə müalicəyə ehtiyacı olması səbəbindən imtina olunması qərara alınmışdır. İş materiallarından görünür ki, iddiaçıya xəstəlik diaqnozu kimi Miokarditdən sonrakı kardioskleroz, radiolokasiyon ablasıya əməliyyatından sonrakı vəziyyət, İİ f/s.AF=38%, Səyrıcı aritmiya, paroksizmal forma, anopsiya nəticəsində amblıopıya, VısOD-1,0, Vızus OS-0,4 (onda dörd), astenonevrotik sindrom, arterial hipertenzıya, mərhələ, risk 4 (çox yüksək)” qoyulmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı barəsində təyin edilmiş diaqnoz qeyd edilən Əsasnamənin yuxarıda istina edilən müvafiq bəndlərində əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər kimi qeyd edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən isə bu halı təkzib edən heç bir dəlilə istinad edilməmiş, nəticə etibarilə qeyd edilən əsasla bağlı imtinası qanunvericiliyin tələbinə zidd olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan qeyd edilən diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq əlillik dərəcəsinin təyin edilməsi üçün əsas olmaması halına istinad edərək, bu halın müəyyən edilməsinin onun diskresion səlahiyyəti olması halı ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, əlilliyin təyin edilməsi meyarları məhz qanunvericilik norması əsasında müəyyən edilməklə, cavabdeh inzibati orqanın diskresion səlahiyyəti ilə əhatə olunmur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı müvafiq tibb müəssisəsi tərəfindən bir neçə dəfə müayinə olunaraq, barəsində bir neçə tibbi göndəriş tərtib edilmiş,hər dəfə ona təkrarən eyni diaqnoz qoyulmasına baxmayaraq, cavabdeh tərəfindən eyni əsasla imtina edilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 2020-2023cü illərdə mütəmadi olaraq ambulator və stasionar müalicə almış, bununla bağlı müvafiq tibb müəssisəsində onun barəsində ambulator kartada qeydlər aparılmışdır. Nəticə etibarilə iddiaçının son 12 ay ərzində ümumilikdə 6 aydan çox ambulator və stasionar müalicə alması halı iş materiallarında olan tibbi sənədlər, ambulator karta, tibb müəssisəsinin arayışı,şahid ifadəsi əsasında öz təsdiqini tapmışdır. Göründüyü kimi, hazırki iş üzrə cavabdehin imtinası qanunsuz olmuş, habelə apellyasiya şikayətinin dəlilləri iş materialları əsasında təkzib olunmaqla, əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi hazırki iş üzrə müvafiq ekspert rəyinin mötəbər sübut qismində qəbul etməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq, qeyd edir ki, indiki halda iddiaçı barəsində qeyd edilən diaqnozun olması halı işin mübahisəsiz halıdır, işin mübahisəli halı isə həmin diaqnozun müvafiq qanunvericilik normalarına əsasən əlilliyin təyini üçün əsas olmaması halı, habelə əlavə müalicəyə ehtiyacının olması halı ilə bağlı olmuşdur. Əlilliyin müəyyən olunması meyarları (hansı xəstəlik diaqnozunun əlilliyin təyini üçün əsas olması) isə məhz müvafiq qanunvericilik normalar ilə müəyyən edilir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, maddi hüquq norması düzgün tətbiq edilmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, göstərilən dəlillər qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-147/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.