Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-426/2024 23.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial X1rşı iş üzrə (Açar sözlər: iddianın mümkünlüyü) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial X1rşı “xx.xx.2021-ci il tarixindən hesablanmaqla, əlilliyin təyin və bərpa olunması (müddətsiz) və hərbi xidmət dövründə qazanılmış peşə xəstəliyi kimi qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-5738/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixindən hesablanmaqla, əlilliyin təyin və bərpa olunması (müddətsiz) və hərbi xidmət dövründə qazanılmış peşə xəstəliyi kimi qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-5738/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva ). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki işdə iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. İnzibati iş materialları ilə müəyyən edilir ki, iddiaçıya cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək “Hərbi xidmət dövrü ilə əlaqədar” ikinci dərəcəli əlillik təyin edilmişdir. Tibbi Sosial Ekspert Komissiyasının göndəriş № 0329003AANDD saylı cavab məktubu ilə müəyyən edilir ki, iddiaçıya xx.xx.2021-ci il tarixli müayinədə “dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması” səbəbindən əlilliyin təyin edilməsindən imtina edilmişdir. Məlum olur ki, iddiaçı cavabdeh orqanın ona əlillik dərəcəsinin təyin edilməsindən imtinasından ən azından 2021-ci ilin noyabr ayından məlumatlı olmuşdur. İddiaçı imtina barədə inzibati aktdan 2021-ci ilin noyabr ayından məlumatlı olsa da məhkəməyə iddia ərizəsi ilə 1 il 11 ay sonra, xx.xx.2023-cü il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, iddia tələbinin mümkün sayılaraq baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardadı əsassız və qeyri obyektiv hesab edir, işə məhkəmədə baxılarkən İnzibati Prosessual Məcəllənin tələbləri pozulmuşdur. Belə ki, əlilliyin təyin olunması ilə bağlı iddia ərizəsi rəsmi olaraq xx.xx.2023-cü tarixində Sumqayıt İnzibati Məhkəməsinin dəftərxanasına daxil olub, xx.xx.2023-cü tarixində Sumqayıt İnzibati Məhkəməsinin icraatına verilib. O mütəmadi olaraq məhkəmənin katibliyi ilə iddianın icraata qəbul olunmasının hansı səbəblərdən gecikməsini sorğulasa da, işin çoxluğunu söyləmişlər. Növbəti sorğuda bildirilib ki, iddia ərizənin geri götürülməsi qeyd edilmişdir. xx.xx.2023 tarixində Sumqayıt İnzibati Məhkəməsinə şikayət ünvanladıqdan dərhal sonra iş icraata götürülərək sistemə vurulur və xx.xx.2023-cü il tarixə məhkəmə baxışı təyin olunur. Onun hazırki iddiası da “öhdəliyin icrası haqqında” iddia növünə aiddir və bunu iddia ərizəsində əsaslandırmışdır. Lakin, işə baxan məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə istinad etmək əvəzinə səhfən İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2-ci maddələrinə istinad edərək iddianı mümkünsüz hesab etmişdir. Belə ki, cavabdeh tərəfin imtina məktubunu inzibati akt kimi qiymətləndirmək olmaz. Ortalıqda hər hansısa bir inzibati akt yoxdur. O hər hansısa inzibati aktı deyil, cavabdeh tərəfin hərəkətsizliyini mübahisələndirir. 30 günlük iddia müddəti İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən inzibati aktın mübahisələndirilməsi haqqında və məcburetmə haqqında iddialara şamil olunur. Qanunvericiliyn tələblərini əsas tutaraq məhkəmədə iddia qaldırmışdır. Göründüyü kimi məhkəmədə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinin tələbləri tətbiq edilməli idi ki, tətbiq edilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: .... 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia).... Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.2 Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.3 Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddia tələbinin predmetini “xx.xx.2021-ci il tarixindən hesablanmaqla, əlilliyin təyin və bərpa olunması (müddətsiz) və hərbi xidmət dövründə qazanılmış peşə xəstəliyi kimi qiymətləndirilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı tələb təşkil edir. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Başqa sözlə, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin, iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normalarının tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində bir neçə dəfə müvafiq tibbi müəssisəsi tərəfindən tibbi göndəriş rəsmiləşdirilmiş, cavabdeh inzibati orqan tərəfindən sonuncu dəfə 01 iyul 2022-ci il tarixdə “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə iddiaçıya əlillik təyinatının aparılmasından imtina olunmuşdur. İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia növü məcburetmə iddia növünə aid olmaqla, qanunvericiliklə müəyyən edilmiş 30 gün müddətində qeyd edilən iddia tələbini irəli sürə bilərdi. İndiki halda iş materiallarından görünür ki, iddiaçı onun barəsində əlillik təyinatının aparılmasından cavabdeh tərəfindən imtina olunması barədə məlumatlı olsa da (bu hal özü tərəfindən də mübahisələndirilməmiş) məhz qeyd edilən müddətdə iddia tələbini irəli sürməmiş, 1 ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Nəticə etibarilə hazırki iş üzrə qanunla tələb olunan müddətlə bağlı şərtə əməl edilmədiyindən, buna dair iddianın mümkünlük şərtləri ödənilməmişdir. Həmçinin, məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, indiki halda iddiaçı müddətin ötürülməməsi və ya müddətlə bağlı tələbə əməl edilməsi kimi halları mübahisələndirməmişdir. İddiaçının mübahisələndirdiyi hal ondan ibarət olmuşdur ki, cavabdehin təqdim etdiyi imtina məktubu inzibati akt olmadığından, hazırki iddia növü öhdəliyin icrası haqqında iddia növü kimi çıxış etməmiş, onun qaldırdığı iddia tələbi cavabdehin qəbul etdiyi inzibati aktla bağlı olmamış, cavabdehin hərəkətsizliyi ilə bağlı olmuş, ona görə də həmin tələbə münasibətdə müddətlə bağlı şərtin aid edilməsi qanunvericiliyin tələbinə zidd olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən iddia növü məcburetmə haqqında iddia növü olduğundan, iddiaçının bununla bağlı istinad etdiyi hallar qanunvericiliyin tələbinə uyğun olmamışdır. Bu baxımından, iddiaçının həmin hissədə də şikayətinin dəlilləri əsassız olmuşdur. Həmçinin, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İndiki halda prosessual müddətin ötürülməsi ilə bağlı qeyd olunan istisna halların olması aşkar edilmədiyindən və 1 ildən artıq müddət keçdiyindən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24-cü maddəsində nəzərdə tutulmuş hallarla bağlı hüquqi yardım göstərilməsi də mümkün olmamışdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia tələbi məcburetmə iddia növü olmaqla, iddia müddəti ötürüldüyündən, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən iddia mümkün sayılmaması üçün əsasdır. Bu baxımnından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Həmçinin, iddiaçıya izah olunmalıdır ki, iddiaçının yenidən həmin hallarla bağlı cavabdeh inzibati orqana müraciət etmək, habelə cavabdeh inzibati orqan imtina etdiyi (və ya hərəkətsizlik nümayiş etdirməklə) və bununla hüquqlarının pozulduğunu ehtimal etdiyi halda yenidən iddia tələbi ilə inzibati məhkəmə icraatı qaydasında prosessual müddətlərə əməl etməklə məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-5738/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-426/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-426/2024
23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver