Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-427/2022 24.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçının vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər bələdiyyəsinə qarşı “24 aprel 2015-ci il tarixli 06 saylı qərarın ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2-1(118)-473/2022 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Sumqayıt şəhər bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər bələdiyyəsinin “Vətəndaş Amaşova Ayna Məlik qızının mülkiyyətinə torpaq sahəsinin ayrılması haqqında” 24 aprel 2015-ci il tarixli 06 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. İŞÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, o, 2000-ci illərdə faktiki istifadəsində olan Sumqayıt şəhəri, “Yaşıldərə” yaşayış massivi adlandırılan “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış massivinin ərazisində 600 kv.metr torpaq sahəsinin sənədləşdirilməsi üçün 2007-ci ildə Sumqayıt şəhər Bələdiyyəsinə müraciət etmiş, onun müraciəti bələdiyyə tərəfindən müsbət qarşılanmış və müvafiq razılaşdırmalardan sonra bələdiyyənin 07 mart 2008-ci il tarixli 07 saylı qərarına əsasən qeyd olunan ərazidə 600 kv.metr olan 362 saylı həyatyanı torpaq sahəsi fərdi ev tikintisi üçün ona ayrılmışdır. Sözügedən torpaq sahəsi həmin vaxtdan bu günə qədər onun faktiki və qanuni istifadəsindədir. Həmin sahəni hasarlayaraq çoxsaylı ağaclar əkmiş, köşk qoymuş, taxta materialları, qum, sement, daş tökmüş, maddi imkanı olmadığı üçün ev tikintisinə başlaya bilməmişdir. Bələdiyyə qərarı ilə ona verilmiş torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması üçün DƏDRX-ə müraciət edərkən məlum olmuşdur ki, bələdiyyə tərəfindən başqa bir şəxsə, üçüncü şəxs Ayna Amaşovaya ona verilmiş torpaq sahəsinin ayrılmasına dair yeni qərar verilmiş və şəxs həmin qərar əsasında torpağa dair mülkiyyət sənədi almışdır. Bundan sonra o, bələdiyyəyə qarşı ona torpaq sahəsinin ayrılması haqqında qərarın ləğv edilməsi barədə bələdiyyə qərarının və onun faktiki istifadə və sahibliyində olan torpaq sahəsinin Amaşova Ayna Məlik qızına satılmasına dair qərarının ləğv edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qərarı ilə onun iddiası təmin edilərək, bələdiyyənin 27 iyun 2008-ci il tarixli 14 saylı qərarı iddiaçıya 600 kv.metr torpaq sahəsinin satılması barədə bələdiyyənin 07 mart 2008-ci il tarixli 07 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə onun Sumqayıt Bələdiyyəsinə qarşı Amaşova Ayna Məlik qızına torpaq sahəsinin satılmasına dair 24 aprel 2015-ci il tarixli 06 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının ilkin olaraq mübahisələndirdiyi 27 iyun 2008-ci il tarixli qərarın ləğv edilməsinə dair məhkəmə qərarı qüvvəyə mindikdən sonra, yəni iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüquqları təsdiq edildikdən sonra onun belə bir tələb hüququ yaranmış olacaqdır. Hazırda məhkəmənin 30 aprel 2021-ci il tarixli qərarı qanuni qüvvəyə minmiş, icraya yönəlmiş və Bələdiyyə tərəfindən icra edilmişdir. Qeyd edir ki, belə olan halda ona torpaq sahəsinə dair sahiblik və istifadə hüququ verən qərar bərpa edilmiş və qərarın ləğv edilməsini tələb etmək hüququ yaranmışdır. Hesab edir ki, bələdiyyənin mübahisələndirilən qərarı ləğv edilməlidir. Belə ki, torpaq sahəsi ilkin olaraq ona verilmiş və onun istifadəsində olmuşdur. 27 iyun 2008-ci il tarixli qərarın 2-ci bəndində göstərilmişdir ki, Qanunun 9-cu maddəsinə edilmiş dəyişiklikliyin tətbiq edilməsi qaydaları müəyyən edildikdən sonra hazırkı qərarın 1-ci bəndi ilə ləğv edilmiş bələdiyyə qərarlarına qaydalardan irəli gələn normativ hüquqi aktlara müvafiq olaraq yenidən baxılması təmin edilsin. Hesab edir ki, bələdiyyənin öz qərarında belə bir müddəa nəzərdə tutulduğu halda, qaydalar dəqiqləşdirildikdən sonra 2000-ci ildən faktiki istifadəsində, 2007-ci ildən isə qanuni istifadəsində olan torpaq sahəsinin yenidən ona ayrılması və satılması barədə ona məlumat verilməli, həmin torpaq sahəsinə dair bələdiyyənin adına hüquqi sənədlər qeydiyyata alınmaqla onunla alqı-satqı müqaviləsi bağlanmalı idi. Lakin, bələdiyyə 2008-ci ildən torpaq sahəsinin ona ayrılması haqqında qərarı ləğv etməsinə baxmayaraq bu barədə ona məlumat verməmiş, 7 il sonra 2015-ci ildə həmin torpaq sahəsinin üçüncü şəxsə satılması barədə qərar qəbul etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(118)-473/2022 nömrəli qərardadı ilə X1 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir (hakim V.Əzizova). Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2-1(118)-473/2022 nömrəli qərarı ilə iddia təmin edilərək Sumqayıt şəhər Bələdiyyəsinin 24 aprel 2015-ci il tarixli 06 saylı qərarı ləğv edilmişdir (hakim L.Mirzəyeva). Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Sumqayıt bələdiyyəsinin 07 mart 2008-ci il tarixli 07 saylı qərarı qüvvədə olduğundan, qərarın mötəbərliliyi mübahisələndirilmədiyindən, qərarın ləğvi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyindən, qeyd edilən qərar qüvvədə ola-ola onun predmeti olan torpaq sahəsinin digər şəxsə ayrılması qanunvericiliyin tələblərinə ziddir. Qərardan narazı qalan Amaşova Ayna Məlik qızı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnziati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə Amaşova Ayna Məlik qızı zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı mübahisələndirilən torpaq sahəsi üzərində hər hansı hüququ olmadığı halda üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış torpaq sahəsi ilə bağlı verilən inzibati aktı mübahisələndirmişdir. Həmin torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olmuş və bələdiyyənin ehtiyat torpaq fondunun torpağı kimi nəzərdə tutulmuşdur. Qeyd edir ki, 24 dekabr 2013-cü il tarixdə ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək fərdi yaşayış evinin tikintisi üçün “Yaşıldərə” adlandırılan Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında yerləşən Yeni yaşayış massivinin 7-ci məhəlləsi ərazisində sahəsi 600 kv.m həyətyanı torpaq sahəsinin mülkiyyətinə ayrılmasını xahiş etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 17 oktyabr 2014-cü il tarixli, 420 saylı və ləğv olunmuş DTXK-nin Sumqayıt şəhər şöbəsi tərəfindən 11 noyabr 2014-cü il tarixli, 02/949 saylı müvafiq rəylər, torpaq sahəsinin planı (sxemi) və torpağın normativ qiyməti barədə arayış hazırlanaraq bələdiyyəyə təqdim olunmuşdur. Həmin sənədlərdə mübahisələndirilən torpaq sahəsinin ölçüsü 600 kv.m olmaqla Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olduğu, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid edilməklə 6-cı qiymət zonasında yerləşdiyi, torpaq sahəsinin alqı-satqısına etiraz edilmədiyi bildirilmişdir. Bu sənədlər əsasında Sumqayıt Bələdiyyəsinin 01 dekabr 2014-cü il tarixli, 14 saylı iclas qərarı qəbul edilərək sözügedən ünvanda yerləşən 600 kv.m həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə ayrılması haqqında müraciəti məqsədəuyğun hesab edilmişdir. Bundan sonra mübahisələndirilən torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” hazırlanmış və DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 13 fevral 2015-ci il tarixdə Sumqayıt Bələdiyyəsinin mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilərək bu barədə bələdiyyəyə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü" təqdim olunmuşdur. Həmin sənədlər əsasında Sumqayıt Bələdiyyəsinin 24 aprel 2015-ci il tarixli, 06 saylı iclas qərarı ilə sahəsi 600 kv.m olan 362 saylı həyətyanı torpaq sahəsi qanuni şəkildə onun mülkiyyətinə verilmiş, həmçinin bələdiyyə ilə üçüncü şəxsin arasında 28 aprel 2015-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı Notariat kontorunda toıpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanılmış və tərəfindən torpağın alqı-satqı haqqı olaraq 1212 manat pul məbləği Sumqayıt Bələdiyyəsinin hesabına ödənilmişdir. Bu səbəbdən, iddiaçının bələdiyyənin öz mülkiyyətində olan və hər hansı şəxsin hüququ ilə yüklü edilməmiş torpaq sahəsini alqı-satqı qaydasında ona satmasını və bununla da bələdiyyənin öz mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam vermək hüququnu mübahisələndirməsini tamamilə əsassız və hüquqazidd hesab edir. İddiaçının belə bir iddia tələbi ilə çıxış etməsi müvafiq qanunvericilik aktlarının tələbləri ilə ziddiyyət təşkil etməklə yanaşı, torpağın mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsinin həm mülkiyyət hüququnu, həm də inzibati orqan olaraq diskresion səlahiyyətlərini aşkar şəkildə pozur. Bildirir ki, məhkəmə Sumqayıt Bələdiyyəsinin 07 mart 2008-ci il tarixli, 07 saylı iclas qərarı ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, adı çəkilən qərarla 600 kv.m həyətyanı torpaq sahəsinin fərdi ev tikintisi üçün İddiaçı ayrılması nəzərdə tutulsa da, torpağın ayrılmasına dair müvafiq sənədləşmə işləri başa çatdırılmamış, İddiaçı tərəfindən torpağın hər hansı alqı- satqı məbləği Sumqayıt Bələdiyyəsinə ödənilməmiş, həmin qərar üzrə üzərinə qoyulmuş öhdəlikləri yerinə yetirməmiş və torpaq sahəsi onun mülkiyyətinə verilməmişdir. Hesab edir ki, məhkəmə adı çəkilən bələdiyyə qərarını inzibati akt kimi qiymətləndirərkən aşkar səhvə yol vermişdir. Qeyd edir ki, qanunvericiliyə uyğun olaraq bələdiyyələr öz mülkiyyət obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər. Bələdiyyənin öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlar təşkilati-hüquqi formasından asılı olmayaraq, bələdiyyənin ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər tərəfindən mütləq icra edilməlidir, bələdiyyələrin qəbul etdiyi qərarların icrası imperativ xarakter daşıyır. Yəni, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlar təşkilat-sərəncamverici xarakterli olmalıdır. Mübahisənin predmeti olan torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qərar təşkilati sərəncamverici xarakterə malik deyildir. Nəzərə alınmalıdır ki, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmadığından, bələdiyyə bu torpaq sahəsi üzərində sərəncam verə bilməzdi. Həmçinin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9-cu maddəsinə edilmiş dəyişikliklərə əsasən 01 dekabr 2007-ci il tarixdən etibarən bələdiyyə torpaqları üzərində hüquqların yalnız torpaq hərracları, yaxud müsabiqələri vasitəsilə əldə edilə biləcəyi səbəbindən Sumqayıt Bələdiyyəsinin mübahisələndirilən torpaq sahəsinin iddiaçıya ayrılmasına dair 07 mart 2008-ci il tarixli 07 saylı iclasının qərarı qanuni və əsaslı sayıla bilməz. İddiaçı tərəfindən qanunvericiliklə müəyyən olunmuş iddia müddəti də ötürülmüşdür. Belə ki, iddia ərizəsinin məzmunundan da görünür ki, irəli sürülmüş iddia tələbi mübahisələndirmə haqqında iddialara aiddir. Məlum olduğu kimi, İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı hələ 2019-cu ildə bu iddia tələbini qaldırmış, həmin iddia tələbi üzrə məhkəmənin 2-1(85)- 1137/2019 nömrəli qərardadı ilə icraata xitam verilmişdir. Həmin iddianı qaldırmamışdan əvvəl iddiaçının yazılı müraciətinə DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 13 may 2019-cu il tarixli cavab məktubunda mübahisələndirilən torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı barədə məlumat verilsə də, buna baxmayaraq iddiaçı qanunvericiliklə müəyyən olunmuş iddia müddətini ötürərək yalnız 08 avqust 2019-cu il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bələdiyyə qərarı 2015-ci ilin aprel ayında qəbul olduğu halda, iddiaçı həmin qərarı əvvəlcə 2019-cu ildə, daha sonra 2021-ci ildə məhkəmədə mübahisələndirmişdir. İddiaçı inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müvafiq iddia müddətini ötürmüş, məhkəmə bütün bu halları nəzərə almayaraq əsassız olaraq iddia tələbini təmin etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin dinlənilmə hüququnu təmin edib və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. İşin hallarından görünür ki, iddiaçının tələbi Sumqayıt Bələdiyyəsinin 24 aprel 2015-ci il tarixli 06 saylı iclasının qərarının ləğv edilməsindən ibarətdir. Sumqayıt bələdiyyəsinin 24 aprel 2015-ci il tarixli 06 saylı iclas qərarından görünür ki, Sumqayıt bələdiyyəsinin mülkiyyətində, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan «Samur-Abşeron» kanalının şimalında, Sumqayıt şəhərinin cənubunda yerləşən Yeni yaşayış massivinin 7-ci məhəlləsində sahəsi 600 kv.m olan 362 saylı həyətyanı torpaq sahəsi Amaşova Ayna Məlik qızına ayrılmışdır. İş materiallarından görünür ki, İddiaçı 23 sentyabr 2020-ci il tarixdə Sumqayıt bələdiyyəsinə qarşı “Sumqayıt bələdiyyəsinin 07 mart 2008-ci il tarixli 07 saylı qərarının ləğv edilməsinə dair Bələdiyyənin 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarının və bələdiyyənin “Vətəndaş Amaşova Ayna Məlik qızının mülkiyyətinə torpaq sahəsinin ayrılması haqqında” 24 aprel 2015-ci il tarixli 06 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddia qaldırmışdır. İddiaçı həmin iddia ərizəsində qeyd etmişdir ki, müxtəlif orqanlara müraciətindən sonra bələdiyyə qərarlarını 15 sentyabr 2020-ci il tarixində əldə etmiş və hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2-1(118)-333/2021 nömrəli qərarı ilə Sumqayıt bələdiyyəsinin 07 mart 2008-ci il tarixli 07 saylı qərarının ləğv edilməsinə dair Bələdiyyənin 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarı ləğv edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2-1(118)-333/2021 nömrəli qərardadı ilə isə iddiaçının Sumqayıt Bələdiyyəsinin Amaşova Ayna Məlik qızına torpaq sahəsinin satılması haqqında 24 aprel 2015-ci il tarixli 06 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı mübahisələndirilən qərarı 15 sentyabr 2020-ci il tarixində əldə etdiyini qeyd etsə də, üçüncü şəxs tərəfindən təqdim edilmiş məhkəmə qərarından və elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan görünür ki, iddiaçı ilk dəfə 09 avqust 2019-cu il tarixdə Sumqayıt Bələdiyyəsinin 24 aprel 2015-ci il tarixli 06 saylı qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati İqtisadi Məhkəməsinə müraciət etmiş, 28 noyabr 2019-cu il tarixdə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2-1(085)-1483/2019 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı mübahisələndirilən bələdiyyə qərarından ən azı 2019-cu ilin avqust ayından məlumatlı olmuş, 2019-cu ildə həmin qərarın ləğvinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, sonradan iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş və bundan 10 aya yaxın müddət keçdikdən sonra təkrarən qeyd edilən qərarı məhkəmə qaydasında mübahisələndirmişdir. “İnzibati icraat haqqında” Qanunun 72.1-ci maddəsində deyilir ki, inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Həmin Qanunun 73.1-ci maddəsində qeyd olunub ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi qanunverici inzibati aktın istər inzibati, istərsə də məhkəmə qaydasında mübahisələndirilməsi üçün 30 günlük müddət müəyyən etmişdir. Birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatlarını araşdırmadan iddianı mümkün hesab etmiş və mahiyyəti üzrə baxmışdır. Halbuki, yuxarıda da qeyd edildiyi kimi qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddia da İPM-nin 2.2.1–ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət müəyyən olunmuşdur. Belə olduğu təqdirdə məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin dəlili ilə razılaşaraq hesab edir ki, hazırki iş üzrə iddiaçı qanunvericilikdə müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Bu hal isə qərarın ləğvi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2-1(118)-473/2022 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-427/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-427/2022
24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver