Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-428/2021 28.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı “ Tolf ” şirkətinə aid Ticarət obyektinin tərkibinə daxil olan qeyri-yaşayış obyektlərinin və istifadədə olan 1.000 kv.m torpaq sahəsinin dövlət ehtiyacları üçün sökülməsi ilə bağlı, habelə 13 il ərzində şirkətə dəymiş ziyana görə 894.000 (səkkiz yüz doxsan dörd min) manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2-1(118)-37/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Tolf ” şirkətinə aid Ticarət obyektinin tərkibinə daxil olan qeyri-yaşayış obyektlərinin və istifadədə olan 1.000 kv.m. torpaq sahəsinin dövlət ehtiyatları üçün sökülməsi ilə bağlı, habelə 13 il ərzində şirkətə dəymiş ziyana görə 894.000 (səkkiz yüz doxsan dörd min) manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçınə məxsus Abşeron rayonu, Bakı Sumqayıt yolunun 36-cı kilometrliyində yerləşən sahəsi 50.4 kv.metr olan ticarət obyekti şirkətə məxsus olmuşdur. Elə həmin ticarət obyektində iddiaçı ticarətlə məşğul olmuşdur. Həmin ticarət obyektinin yerləşdiyi 1000 kv.m. torpaq sahəsi də iddiaçının aşkar istifadəsində olmuşdur. İddiaçı həmin torpaq sahəsini dəmir məftildən toxunmuş torla hasara almış, çoxlu ağaclar əkmiş və həmin sahəni piltə ilə döşəyib ticarət meydançası qurmuş, dəmir konstruksiyadan çətin inşa etmiş, orada Almaniyadan gətirilmiş ikinci əl avtomobil təkərlərinin topdan və pərakəndə satışı, avtomobillərin motor yağlarının topdan və pərakəndə satışı, yağdəyişmə və xırdabuynuzlu heyvanların satışı ilə məşğul olmuşdur. Sözügedən tikililərə və infrastrukturların yaradılmasına iddiaçı 582000 (beş yüz səksən iki min) manat investisiya qoymuşdur. Möhtərəm Prezident "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam vermişdir. Bu Sərəncam əsasında aparılan yol tikintisi İlə bağlı sözügedən, yəni onların birgə vəsaitləri ilə inşa edilmiş və genişləndirilmiş ticarət mağazaları və iaşə obyektləri sökülmüşdür. Yeni sahə ayrılması və tikililərin dəyərinin ödənilməsi, dövlət tərəfindən bu işlər üçün ayrılmış maliyyə vəsaitinin hesabına kompensasiya veriləcəyi bildirilsə də, bu günə qədər heç bir kompensasiya verilməmişdir. İddiaçının qanunla qorunan hüquqları və maraqları pozulmuşdur. Azərbaycan Respublikasının Kontstusiyasında dövlət tərəfindən ictimai ehtiyaclar çərçivəsində alınan, verilən, sökülən əmlaklar üçün əmlak sahiblərinə qabaqcadan ədalətli kompensasiya verilməsi nəzərdə tutulmuşdur. Sahibliyində olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Mənzil Kommunal Təsərrüfatı Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 04 iyun 2001-ci il tarixli, 298 saylı "Qeydiyyat vəsiqəsi ilə mülkiyyət hüququ qeydiyyata alınmış əmlakın sökülməsi və istifadədə olan torpaq sahəsinin dövlət ehtiyacları üçün ayrılması nəticəsində firmaya kompensasiya ödənilməsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi imtina etmişdir. Hesab olunur ki, bu imtina əsassızdır və onlara məxsus ticarət obyektinin sökülməsi, ticarət sahəsinin dövlət ehtiyaclarına ayrılması nəticəsində firma zərərə məruz qalmışdır. Buna görə də bu zərər cavabdehlər tərəfindən tam ödənilməlidir. Şirkət əl dükanı, yağ dəyişmə və təkərlərin satışı ilə məşğul olub hər ayda 2000 manat gəlir əldə edib. Qeyd edilən şirkət cavabdeh AAYDA-yi tərəfindən dövlət ehtiyacları üçün 2005-2007-ci il tarixində söküldüyündən, şirkət hər ayda əldə edilən gəlir mənbəyindən məhrum edilmişdir. Bu ziyan 2005-ci il tarixdən 2018-cı il tarixədək hesablandıqda, 13 il ərzində 312.000 (üç yüz on iki min) manat məbləğində faydanı şirkət əldən çıxarmış olur. Buna, görə də şirkətə dəymiş 312.000 (üç yüz on iki min) manat məbləğində əldən çıxmış fayda da şirkətə ödənilməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-37/2021 saylı, 26 aprel 2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Bakı-Quba magistral yolunun 16-cı kilometrliyində yerləşmiş 50,4 kv.m qeyri-yaşayış obyektinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 50.000 manat məbləğində kompensasiyanın İddiaçınə ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil X5 üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). Qərardan narazı qalan cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi apelyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2- 1(118)-37/2021 saylı qərarını ləğv edərək, apelyasiya şikayətinin təmin edilməsi və iddanın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçıya məxsus əmlak kompleksinin yerləşdiyi torpağın alınması, habelə həmin kompleksin sökülməsi müvafiq qanunvericiliyə uyğun olaraq dövlət ehtiyacı sayılan “dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması” zərurəti ilə bağlı olmasını heç bir sənədlə təhlil etməmiş, heç bir fotoşəkil olmadan müəyyən etməmiş, habelə mübahisəli ərazinin yerinə baxış keçirmədən qərar qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinin tələbinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bundan əlavə, birinci instansiya məhkəməsində işə baxılarkən dövlət orqanlarının iddiaçıya ünvanladığı məktublardan söküntünün icraçısı dəqiqliklə müəyyən edilməmişdir. Əksinə həmin məktubların məzmunu bu faktın aşkar edilməsində qeyri-müəyyənlik yaratmışdır. Belə ki, müvafiq dövlət orqanı Abşeron Rayon İcra Hakimiyyəti söküntünün aparılmasını göstərsə də, məhkəmə xidməti vəzifəsinə görə bu halları araşdırmamışdır. Həmçinin məhkəmə qərarını məhz iddiaçıya məxsus həmin daşınmaz əmlakın yerləşdiyi ərazidə Abşeron Rayon İcra Hakimiyyətinin 20.07.2007-ci il tarixli 543 saylı sərəncamına əsasən Abşeron rayonunun inzibati ərazisində Bakı-Rusiya Federasiyası Dövlət sərhədi avtomobil yolunun mühafizə və daimi təhkim zolağına düşən maneələrin sənədləşdirilməsi məqsədilə komissiya yaradılması haqqında sərəncamın mahiyyətini araşdırmamış və əlaqələndirməmişdir. Abşeron rayon İcra Hakimiyyətinin 213 nömrəli 18.04.1994-cü il tarixli sərancamına əsasən İddiaçınə Bakı-Sumqayıt yolunun 16-cı km-də, şimal-şərq tərəfində sahəsi komission mağaza və avtobus dayanacığının tikilməsinə icazə verilməsi üçün 32 kv.m. torpaq sahəsi ayrılmışdır. Sərancamda xüsusən vurğulanmışdır ki, 1-ci Avtomobil Yolları idarəsinin məktubunu nəzərə alaraq icazə verilmişdir. Həmin sərəncamın əsasında komissiya tərtib edilmiş və komisiyanın protokolunda da qeyd olunmuşdur ki, 1-ci Avtomobil Yolları idarəsinin məktubunun razılıq əsasında torpaq sahəsi ayrılmışdır. "xxxx" Dövlət Şirkətinin 1-ci Avtomobil Yolları idarəsinin İddiaçınə icazə məktubunun 4-cü bəndində xüsusən vurğulanmışdır ki, ğələcəkdə yolda ğenişləndirmə işləri aparılsa obyekt sahibi tərəfindən lazımı məsafəyə çəkilməlidir. Bununla da birinci instansiya məhkəməsi işin hallarının tam, hərtərəfli, obyektiv araşdırılması prinsipinin tələblərini pozmuşdur. TƏRƏFLƏRİN İZAHATİ İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edib hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Apellyasiya Məhkəməsinin araşdırması zamanı müəyyən olundu ki, birinci instansiya məhkəməsində İddiaçı nümayəndəsi X6 olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər. Lakin həmin maddənin tələbinə zidd olaraq X6 iddiaçı olan hüquqi şəxsi təmsil etmişdir. Bundan əlavə məhkəmə araşdırılması zamanı həmçinin müəyyən olundu ki, X6 tərəfindən Sumqayıt İnzibati Məhkəməsində İddiaçı adından vəkil və nümayəndə qismində çıxış edən X4 etibarnamə verilmişdir. Yuxarıda qeyd olunan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən isə Rafiq Rəsulovun qeyd olunan etibarnaməni vermək səlahiyyəti olmamışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçının səlahiyyəti olmayan nümayəndəsi kimi göstərilən şəxslərin iştirakı ilə işə yuxarıda qeyd olunan prosessual hüquq normasının pozulması ilə qərar qəbul etmişdir. Bundan əlavə DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin 03.11.2020-ci il tarixli **********87 saylı birinci instansiya məhkəməsinin sorğuya cavab məktubundan görünür ki, keçmiş Abşeron rayonu X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən “Tolf ” şirkətinin adına Abşeron rayonu, Xirdalan şəhəri, Bakı-Sumqayıt yolunun 16-cı kilometri ünvanında yerləşən qeyri- yaşayış binası üzərində mülküyyət hüququ reyestr kitabında 298 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar iddiaçının iddia ərizəsində qeyd etdiyi tiklillərin dəqiq nə vaxt, kim tərəfindən sökülməsinə, iddaçının göstərdiyi yolun qeyd olunan obyektə aid torpaq sahəsinə düşüb-düşməməsinə dair cavabdehin etirazının əsaslı dəlilləri araşlırılmamış, bununla əlaqədar nəticədə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinin tələbinə görə inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Avtomobil X5 apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2-1(118)-37/2021 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan X1rşı "Tolf' şirkətinə aid Ticarət obyektinin tərkibinə daxil olan qeyri-yaşayış obyektlərinin və istifadəsində olan 1.000 kv.m torpaq sahəsinin dövlət ehtiyacları üçün sökülməsi ilə bağlı, habelə 13 il ərzində şirkətə dəymiş ziyana görə 894.000 (səkkiz yüz doxsan dörd min) manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş yenidən baxılması üçün Sumqayft İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 2 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-428/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-428/2021
28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver