Məhkəmə qərarları › İş №2-1(105)-428/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-428/2022

01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-428/2022 01.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, nümayəndəsi X3, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixli, **********753200 nömrəli, **********818300 nömrəli, **********797500 nömrəli, **********817600 nömrəli, **********821100 nömrəli, **********810700 nömrəli, **********798200 nömrəli, **********819000 nömrəli, **********800000 nömrəli, **********812100 nömrəli, **********806200 nömrəli, **********813800 nömrəli, **********820400 nömrəli, **********799900 nömrəli, **********811400 nömrəli, **********815200 nömrəli və **********814500 nömrəli qərarların və qərarlar əsasında əsassız hesablanmış vergi borclarının ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2-1(118)-85/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçıya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********753200 nömrəli qərarı ilə avqust 2019-cu il üzrə 7227,90 manat, **********818300 nömrəli qərarı ilə iyul 2018-ci il üzrə 8899,56 manat, **********797500 nömrəli qərarı ilə iyul 2019-cu il üzrə 8227,98 manat, **********817600 nömrəli qərarı ilə avqust 2018-ci il üzrə 7802,10 manat, **********821100 nömrəli qərarı ilə aprel 2018-ci il üzrə 8535,06 manat, **********810700 nömrəli qərarı ilə fevral 2019-ci il üzrə 9487,26 manat, **********798200 nömrəli qərarı ilə iyun 2019-cu il üzrə 7662,60 manat, **********819000 nömrəli qərarı ilə iyun 2018-ci il üzrə 8100,18 manat, **********800000 nömrəli qərarı ilə aprel 2019-cu il üzrə 8449,20 manat, **********812100 nömrəli qərarı ilə dekabr 2018-ci il üzrə 5539,32 manat, **********806200 nömrəli qərarı ilə mart 2019-cu il üzrə 8857,62 manat, **********813800 nömrəli qərarı ilə noyabr 2018-ci il üzrə 4959,54 manat, **********820400 nömrəli qərarı ilə may 2018-ci il üzrə 8297,46 manat, **********799900 nömrəli qərarı ilə may 2019-cu il üzrə 8192,88 manat, **********811400 nömrəli qərarı ilə yanvar 2019-cu il üzrə 8707,32 manat, **********815200 nömrəli qərarı ilə sentyabr 2018-ci il üzrə 8819,46 manat və **********814500 nömrəli qərarı ilə oktyabr 2018-ci il üzrə 8960,94 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır.

2. İddiaçı cavabdehə qarşı iddia qaldıraraq xx.xx.2019-cu il tarixli **********575800 nömrəli, **********577200 nömrəli, **********567500 nömrəli, **********582400 nömrəli, **********564400 nömrəli, **********569900 nömrəli, **********579600 nömrəli, **********576500 nömrəli, **********572700 nömrəli, **********573400 nömrəli, **********574100 nömrəli, **********583100 nömrəli, **********581700 nömrəli, **********566800 nömrəli, **********580000 nömrəli, **********578900 nömrəli, **********565100 nömrəli, xx.xx.2020-ci il tarixli **********753200 nömrəli, **********818300 nömrəli, **********797500 nömrəli, **********817600 nömrəli, **********821100 nömrəli, **********810700 nömrəli, **********798200 nömrəli, **********819000 nömrəli, **********800000 nömrəli, **********812100 nömrəli, **********806200 nömrəli, **********813800 nömrəli, **********820400 nömrəli, **********799900 nömrəli, **********811400 nömrəli, **********815200 nömrəli və **********814500 nömrəli qərarların və həmin qərarlar əsasında hesablanmış vergi borclarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirərək xx.xx.2020-ci il tarixli, **********753200 nömrəli, **********818300 nömrəli, **********797500 nömrəli, **********817600 nömrəli, **********821100 nömrəli, **********810700 nömrəli, **********798200 nömrəli, **********819000 nömrəli, **********800000 nömrəli, **********812100 nömrəli, **********806200 nömrəli, **********813800 nömrəli, **********820400 nömrəli, **********799900 nömrəli, **********811400 nömrəli, **********815200 nömrəli və **********814500 nömrəli qərarların və qərarlar əsasında əsassız hesablanmış vergi borclarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən VÖEN********** olan fərdi sahibkar İddiaçı barəsində aparılan kameral vergi yoxlamasının nəticələrinə uyğun olaraq vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə xx.xx.2019-cu il tarixli **********575800 nömrəli, **********577200 nömrəli, **********567500 nömrəli, **********582400 nömrəli. **********564400 nömrəli, **********569900 nömrəli, **********579600 nömrəli. **********576500 nömrəli, **********572700 nömrəli, **********573400 nömrəli, **********574100 nömrəli, **********583100 nömrəli, **********581700 nömrəli, **********566800 nömrəli, **********580000 nömrəli, **********578900 nömrəli, **********565100, xx.xx.2020-ci il tarixli **********753200 nömrəli, **********818300 nömrəli, **********797500 nömrəli, **********817600 nömrəli, **********821100 nömrəli, **********810700 nömrəli, **********798200 nömrəli, **********819000 nömrəli, **********800000 nömrəli, **********812100 nömrəli, **********806200 nömrəli, **********813800 nömrəli, **********820400 nömrəli, **********799900 nömrəli, **********811400 nömrəli. **********815200 nömrəli və **********814500 (bundan sonra qərarlar) nömrəli qərarlar qəbul edilmişdir. Vergi ödəyicisi kimi kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2019-cu il tarixdə Vergilər Nazirliyinin Sənədlərlə iş və müraciətlərə baxılması (Katiblik) baş idarəsinə ünvanladığı şikayətə baxılaraq inzibati şikayətinə baxılmasının nəticəsi üzrə “İnzibati şikayətin təmin edilməməsi haqqında” 13 mart 2020-ci il tarixli **********218200 nömrəli qərar qəbul olunmuşdur. Həmin qərardan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət etmiş və şikayətində ona məxsus fermada iribuynuzlu mal-qaranın böyüdülməsi va südün sağılması ilə məşğul olduğunu, rəsmi xərc sənədlərini təqdim edə bilmədiyinə görə tərəfindən sahibkarlıq fəaliyyətilə bağlı çəkdiyi xərclərin nəzərə alınmadığını, 13 mart 2020-ci il tarixli **********218200 nömrəli "İnzibati şikayətin təmin edilməməsi haqqında" qərarın araşdırılmadan qəbul olunduğunu bildirərək əsassız hesablanılmış vergi məbləğlərinin silinməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 05 mart 2021-ci il tarixli 25 nömrəli qərarı ilə şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 mart 2020-ci il (13 mart 2019-cu il tarixli qərarda qərarın 2019-cu il kimi qeyd edilməsinə aydınlıq gətirilməyib.) tarixli **********218200 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. 2019 və 2020-ci illərdə barəsində qəbul olunmuş bütün Qərarlara (bundan sonra qərarlar) hamısına ona görə istinad etmişdir ki, 13 mart 2020-ci il tarixli **********218200 nömrəli qərarda 2020-ci il tarixdə qəbul olunmuş qərarlara münasibətdə şikayəti təmin edilməmiş, lakin 05 mart 2021-ci il tarixli 25 nömrəli qərarın 2-ci vərəqəsində 2019-cu ildə qəbul edilmiş qərarlara da münasibət bildirilmişdir. Ona görə də barəsində olan qanunsuz qəbul edilən bütün qərarları mübahisələndirir. Aşağıdakılara əsasən hesab edir ki, fərdi sahibkar olaraq barəsində vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə yuxarda qeyd edilən bütün qərarlar əsassız və qanunsuz olduğu üçün tamamilə ləğv edilməlidir. Fərdi sahibkar kimi əsas fəaliyyətini iribuynuzlu mal-qaranın yetişdirilməsi təşkil etmiş, əlavə fəaliyyəti ilə isə iribuynuzlu heyvanlardan sağılan südün və qismən də olsa süddən hazırlanan süd məhsullarının satışı da təşkil etmişdir. Hal-hazırda fəaliyyətini 2 saylı Ərazi Vergilər Baş İdarəsinin qərəzli, qanunsuz mövqeyinə görə və əsassız vergi ödənişinə cəlb edilməsi ilə bağlı dayandırmışdır. Ölkədə fəaliyyət göstərən ən qocaman sahibkarlardan və vergi ödəyicilərindən biridir, artıq 82 yaşın içindədir. Bir sahibkar kimi fəaliyyətinə ulu öndər, müasir Azərbaycanın banisi Heydər Əliyev xeyir dua vermiş və fəaliyyətini yüksək qiymətləndirmişdir. Ulu öndərin köməkliyi və sahibkarlığa böyük dəstəyi nəticəsində sahibkarlıq fəaliyyətini genişləndirmişdir. Möhtərəm Prezidentin, Ali Baş Komandan Müzəffər və X6 X5 də fəaliyyəti ilə bağlı məlumatlı olmuşdur. Ulu öndərlə birlikdə olan çoxsaylı görüşlərdə ona və ailəsinə sahibkarlığın inkişaf etdirilməsində daima böyük dəstək olmuşlar. Fəaliyyətini dayandırmasının əsasını yuxarda qeyd etdiyi kimi 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ona qanunsuz və əsassız hesablanan vergi məbləğlərinin məcburi şəkildə ödətdirilməsi təşkil edir. 2 saylı Ərazi Vergilər Baş İdarəsi yuxarı vergi orqanının yəni, Dövlət Vergi Xidmətinin 13 mart 2020-ci il tarixli **********218200 nömrəli Qərarının nəticə hissəsini qəsdən və bilərəkdən tam icra etməmiş, yəni Qərarın 3.3-cü bəndində göstərilən fermanın və heyvanların saxlanılması üçün tərəfindən çəkilən xərclər vergi orqanı tərəfindən qəsdən aşkar edilməmişdir. Vergi orqanı 03 dekabr 2019-cu il tarixdə onu fərdi sahibkar kimi 01 aprel 2018-ci il tarixdən **********775300 nömrə ilə əlavə dəyər vergisi ödəyicilərinin Dövlət reyestrinə daxil etmişdir. Vergi orqanı onu dərhal ƏDV ödəyicisi kimi qeydiyyata almış, lakin tərəfindən təqdim edilən şikayətlərdə, onlayn iclaslarda və qəbullarda özünün və nümayəndəsinin etdiyi şifahi müraciətlər üzrə hər hansı bir xidməti və inzibati icraat qaydasında araşdırma aparılmamışdır. 2017, 2019 və 2020-ci illər üzrə fermada saxlanılan iri buynuzlu heyvanların normal süd verməsi, saxlanılması və bəslənilməsi üçün hər gün üçün və ilin fəsillərinə (soyuq və isti aylar nəzərə alınmaqla) uyğun gündəlik yem sərfiyyatı ilə bağlı ot və yem məhsullarının alınması, heyvanlara dövrü bayatarlıq və vaksinasiya xidmətlərinin göstərilməsi, inzibati ərazidə komunal xidmətlərdən istifadəyə görə ödənilən məbləğlər, mal damlarının və ətraf ərazinin gündəlik və mövsümi təmiz saxlanlması, cari və əsaslı təmiri ilə bağlı göstərilən xidmətlərə görə çəkilən xərclər, südün saxlanılması ilə bağlı, süd məhsullarının hazırlanması üçün xüsusi maddələrin alınmasına, süd və süd məhsullarının təyinat üzrə daşınması ilə bağlı çəkilən xərclər və digər çoxsaylı istiqamətlər üzrə çəkilən xərclər tamamilə nəzərə alınmamışdır. Tərəfindən çəkilən bütün bu xərclər araşdırıldıqdan sonra onun yaranacaq yekun vergi öhdəliyi haqqında müvafiq qərarlar qəbul edilməli idi. Aşkar olunan 880733,43 manat məbləğində vergi borcu üzrə barəsində birbaşa vergi öhdəliyinin yaranması tam qanunsuzdur. Qeyd etdiyi, sadaladığı və sadalamadığı bütün xərclərin və xidmətlərin haqqının və məbləğinin müəyyən olunması halları vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb etdiyindən, vergi orqanlarının qərarına əsasən araşdırmaya mütəxəssis dəvət olunmalı idi və onun müvafiq rəyi işə əlavə olunduqdan sonra qərarlar qəbul olunmalı idi. Bundan əlavə vergi orqanı və o, fərdi sahibkar mütəxəssis rəyi ilə razılaşmadıqda, ortaya çıxan məsələlərin izah olunması ilə bağlı xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilməsi barədə əsaslandırılmış qərarlar qəbul etməli idi. İddiaçı iddia ərizəsində Vergi Məcəlləsinin 13.2.60, 13.2.61,13.2.61.1, 106.1.14, 199.9-cu maddələrinə istinad etməklə vergi orqanının bu güzəştlər üzrə tətbiqin həyata keçrilməsini təmin etmədiy, sadaladığı halaların araşdırılması və hüquqi qiymət verilməsi bağlı hər hansı qərarlar qəbul etmədiyi, əksinə bilərəkdən bu günə kimi araşdırma aparılmasını qəsdən, onlara məlum olmayan səbəblərdən təmin etməmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.1 və 36.2 ci maddələrinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 2 saylı Ərazi Vergilər Baş İdarəsi və Dövlət Vergi Xidməti bu maddənin tələblərini kobud şəkildə pozmuşlar, bir sözlə vergi ödəyicisi kimi onun barəsində əlverişli olan halları aydınlaşdırmamışlar, əksinə öz mənafelərinə uyğun qərarlar qəbul etmişlər.

5. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, İddiaçı 2018-ci ilin aprel-dekabr ayları üzrə ƏDV bəyənnamələrinə ümumilikdə 69913,62 manat, 2019-cu ilin yanvaravqust ayları üzrə ƏDV bəyənnamələrinə ümumilikdə 66812,76 manat, 2018-ci il üzrə gəlir vergisi bəyannaməsinə 12794,56 manat və 2019-cu il üzrə gəlir vergisi bəyannaməsinə 16599,19 manat vergi məbləği hesablanmışdır. Uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2004-cü il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “südlük iribuynuzlu mal-qaranın yetişdirilməsi”ndən ibarət olduğu, xx.xx.2018-ci il tarixdən əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata alındığı, Abşeron rayonu, Masazır qəsəbəsi, Fatmayı-Görədil yolu ünvanında yerləşən əsas sahəsi 5700,0 kv.metr olan “Ferma” adlı, təsərrüfat subyektinin (obyektinin) vergi orqanında xx.xx.2018-ci il tarixdən, Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov ünvanında yerləşən əsas sahəsi 55,5 kv.metr olan “Nargilə çay evi" adlı, təsərrüfat subyektinin (obyektinin) vergi orqanında xx.xx.2008-ci il tarixdən qeydiyyatda olduğu və xx.xx.2018-ci il tarixdən qeydiyyatdan çıxarıldığı, xx.xx.2017-ci il tarixdən etibarən təsərrüfat subyektində quraşdırılmış nəzarət kassa aparatının qeydiyyatdan çıxarıldığı və xx.xx.2019-cu il tarixli müraciətinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü İl tarixədək fəaliyyətini dayandırdığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ümumilikdə 739381 manat (o cümlədən 2018-ci ilin aprel ayı 50154,21 manat, may ayı 47076 manat, iyun ayı 45790,52 manat, iyul ayı 49553,28 manat, avqust ayı 42802,88 manat, sentyabr ayı 49881,55 manat, oktyabr ayı 48953,39 manat, noyabr ayı 22907,05 manat, dekabr ayı 26717,86 manat; 2019-cu ilin yanvar ayı 48485,63 manat, fevral ayı 53752,39 manat, mart ayı 47608,79 manat, aprel ayı 43744,58 manat, may ayı 42881,29 manat, iyun ayı 40450,88 manat, iyul ayı 42369,46 manatl avqust ayı 36251,31 manat) dəyərində təqdim edilmiş e-QF tərkibi kəsmik, pendir, xama və sterilize olunmuş süd təşkil etmişdir. Bundan başqa vergi ödəyicisi xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 156937 manat (o cümlədən aprel ayı 5797,98 manat, may ayı 7317,89 manat, İyun ayı 7310,42 manat, iyul ayı 8788,76 manat, avqust ayı 8344,61 manat, sentyabr ayı 7935,29 manat, oktyabr ayı 9791,10 manat, noyabr ayı 9605,70 manat, dekabr ayı 9595,31 manat 2019-cu ilin yanvar ayı 8596,16 manat, fevral ayı 8441,90 manat, mart ayı 10457,44 manet, aprel ayı 11644,12 manat, may ayı 10828,02 manat, iyun ayı 9781,57 manat, iyul ayı 11569,04 manat, avqust ayı 11131,50 manat) məbləğdə siqaret almış, lakin dövr ərzində müvafiq dövrlər üzrə ƏDV bəyannamələri vergi orqanına təqdim edilməmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlurnatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2019-cı il tarixli **********197500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Etirazda daha sonar Vergi Məcəlləsinin 37.4, və 67.1-ci maddəsinə istinad edilərək göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir münasibət bildirilmədiyi üçün tərəflərindən kameral vergi yoxlaması aparılaraq 2018-ci ilin aprel-dekabr ayları üzrə ƏDV bəyannamələrinə ümumilikdə 69913,62 manat, 2019-cu ilin yanvar-avqust ayları üzrə ƏDV bəyənnamələrinə ümumilikdə 66812,76 manat vergi hesablanılmış və vergi ödəyicisinə vergi orqarının "Vergilərin hesablanması barədə" **********564400, **********565100, **********566800, **********567500, **********569900, **********572700, **********573400, **********574100, **********575800, **********576500, **********577200, **********580000, **********579600, **********580000, **********581700, **********582400, **********583100 nömrəli Qərarlar göndərilmişdir. Həmçinin, uçot-baza məlumatlarına əsasən fərdi sahibkar tərəfindən 2018-ci ilin yanvar, fevral və mart ayları ərzində elektron qaiməfakturalar əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (VÖEN **********) 141302,36 manat dəyəridə müxtəlif süd məhsullarını (pendir (brınza), xama (15%), kəsmik (yağlı), steril süd, qatıq) təqdim etdiyi, cəmiyyət tərəfindən təqdim edilən məlumatlara əsasən, həmin dövr üçün 125986,56 manat dəyərində ödənişlərin edildiyi, lakin xx.xx.2018-ci il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsində 25000 manat dəyərində dövriyyənin göstərildiyi müəyyən edilmişdir. Həmçinin iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə təqdim etdiyi məlumatlara əsasən 2018-ci və 2019-cu illər ərzində təqdim edilən elektron qaimə-fakturaların adlarını dəyişdirdiyi, yalınz süd və inək südü adı altında elektron qaimə-fakturaların təqdim edildiyini bildirsədə, qarşı tərəf həmin elektron qaiməfakturalardakı dəyişikliyi tam təsdiq etmədiyi, uçot baza məlumatlarına əsasən araşdırma zamanı təqdim edilmiş elektron qaimə-fakturalarında göstərilmiş malların adlarının dəyişiklikdən əvvəl 2018-ci il üzrə (pendir (brınza), xama (15%) kəsmik (yağlı), qatıq) digər süd məhsullarının dəyərinin 220087,70 manat olduğu (steril süd və sterilizə olunmuş inək südü) sterilizə olunmuş inək südünün dəyərinin 304601,40 manat olduğu, 2019-cu il üzrə isə (pendir (brınza), xama (15%),kəsmik (yağlı), qatıq) digər süd məhsullarının dəyərinin 213109,94 manat olduğu (steril süd və sterilizə olunmuş inək südü) sterilizə olunmuş inək südünün dəyərinin 254635,13 manat olduğu, eyni zamanda dəyişiklikdən sonra 2018-ci üzrə (pendir (brınza), xama (15%),kəsmik (yağlı), qatıq) digər süd məhsullarının dəyərinin 179145,40 manat olduğu, (steril süd və sterilizə olunmuş inək südü) sterilizə olunmuş inək südünün dəyərinin 304601,40 manat olduğu, 2019-cu il üzrə isə (pendir (brınza), xama (15%), kəsmik (yağlı), qatıq) digər süd məhsullarının dəyərinin 213109,94 manat olduğu, (steril süd ve sterilizə olunmuş inək südü) sterilizə olunmuş inək südünün dəyərinin 265428,48 manat olduğu və edilmiş dəyişikliklərin təsdiqedici sənədləri olan təhvil-təslim aktları, üzləşmə aktları, bağlanmış müqavilədə edilmiş dəyişiklikləri nəzərədə tutan sənədlərin təqdim edilmədiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təqdim edilən elektron qaimə-fakturaların araşdırılması zamanı steril süd adı altında təqdim edlən məhsulun ********** və ********** kod adı altında təqdim edildiyi, həmin kodların elektron qaimə- fakturanı doldurarkən istifadə olunan malların, iş və xidmətlərin kodları siyahısında ət məhsullarının topdansatışı üzrə xidmətlər (ev quşlarından olan ət məhsulları da daxil edilməklə) və süd məhsullarının topdansatışı üzrə xidmətlər olduğu müəyyən edilmişdir. Həmçinin 2018-ci ilin aprel ayı ərzində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə elektron qaimə-faktura əsasında (pendir (brınza), xama (15%),kəsmik (yağlı), steril süd, qatıq) 50104,21 manat dəyərində, 2018-ci ilin may ayı ərzində 47026,0 manat, 2018-ci ilin iyun ayı ərzində 45790,52 manat, 2018-ci ilin iyul ayı ərzində 49453,28 manat, 2018-ci ilin avqust ayı ərzində 42752,88 manat, 2018-ci ilin sentyabr ayı ərzində 49831,55 manat, 2018-ci ilin oktyabr ayı ərzində 48953,39 manat, 2018-ci ilin noyabr ayı ərzində 22807,05 manat, 2018-ci ilin dekabr ayı ərzində 26667,86 manat olmaqla, ümumilikdə 2018-ci il ərzində 524689,10 manat dəyərində malların təqdim edildiyi, 2018-ci il ərzində "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 475214,20 manat dəyərində vəsaitin daxil olduğu, eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) 2019-cu ilin yanvar ayı ərzində 48485,63 manat, 2019-cu ilin fevral ayı ərzində 53752,39 manat, 2019cu ilin mart ayı ərzində 47608,79 manat, 2019-cu ilin aprel ayı ərzində 43744,58 manat, 2019-cu ilin may ayı ərzində 42881,29 manat, 2019- cu ilin iyun ayı ərzində 40450,88 manat, 2019-cu ilin iyul ayı ərzində 42396,46 manat, 2019-cu ilin avqust ayı ərzində 29753,31 manat, 2019-cu ilin sentyabr ayı ərzində 41820,85 manat, 2019-cu ilin oktyabr ayı ərzində 25961,0 manat və 2019-cu ilin noyabr ayı ərzində 26185,0 manat dəyərində, 2019-cu il ərzində ümumilikdə 178645,40 manat malların təqdim edildiyi, 2019-cu il ərzincə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 257528,08 manat dəyər ndə vəsaitin daxil olduğu, kameral vergi yoxlaması ilə hesablamanın 2019-cu ilin sentyabr ayınadək aparıldığı, 2019-cu ilin sentyabr, oktyabr və noyabr aylarını əhatə etmədiyi və həmin aylarda fərdi sahibkar tərəfindən vergidən yayınmaların olduğu müəyyən edilmişdir. Həmçinin araşdırma zamanı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə fərdi sahibkar tərəfindən xx.xx.2018-ci il tarixədək çəkisi 10000 kq. olan 110000,0 manat dəyərində mal ətinin təqdim etdiyi, lakin həmin mallar üçün elektron qaimə-fakturanın təqdim edilmədiyi müəyyən edilmişdir. Eyni zamanda fərdi sahibkar tərəfindən 2018-ci il ərzində "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 770,34 manat (ƏDV-siz), "X4 (DDG)" Qapalı Səhmdar Cəmiyyətindən 49867,20 manat (ƏDV-siz), "Retail Management" X2 891,0 manat (ƏDVsiz), "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 11735,11 manat (ƏDV-siz), "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 16537,78 manat (ƏDV-siz), 'Vektor" Qapalı Səhmdar Cəmiyyətindən 2209,26 manat (ƏDV-siz) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 14,0 manat (ƏDV-siz) ümumilidə 2018-ci il ərzində 82024,69 manat dəyərində, 2019-cu il ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 99,71 manat (ƏDV-siz), "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 3314,58 manat (ƏDV- siz), "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 4770,09 manat (ƏDV-siz), "Sun Food" Məhdud Məsu iyyətli Cəmiyyətindən 316,12 manat (ƏDV-siz), "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 812,4Э manat (ƏDV-siz), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 60,02 manat (ƏDV- siz) ümumilidə 2019-cu il ərzində 9373,01 manat dəyərində malların təqdim müəyyən edilmişdir. İddiaçı tərəfindən 2018-ci ilin aprel-dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində cəmi 2 (iki) işçi sayının göstərildiyi, lakin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəiindən aparılmış araşdırma zamanı fərdi sahibkarın 5 (beş) nəfər işçinin olduğu, 145 iri buynuzlu və 100-ə yaxın xırda buynuzlu mal qarasının olması faktı aşkarlanmışdır. Eyni zamanda fərdi sahibkarın nümayəndəsinin inzibati araşdırmaya təqdim etdiyi izahatında səhvə yol verdiklərini, yalnız süd (steril süd) məhsulunun satıldığını, digər süd məhsullarının satılmadığını bildirməsinə baxmayaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilmiş müvafiq sorğu və əldə edilmiş məlumata əsasən, Cəmiyyət tərəfindən fərdi sahibkarın bank hesablarına 2018-ci ilin yavar ayından 2019-cu ilin dekabr ayınadək olan dövrlər üzrə ümumilikdə 732742,28 manat dəyərində vergiyə cəlb edilən vəsaitin köçürüldüyü, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş müvafiq sorğunun isə bu günədək Cəmiyyət tərəfindən cavablandırılmadığı müəyyən edilmişdir. İddiaçı sahibkar tərəfindən 2018-ci və 2019-cu illər üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində ümumilikdə 859587,72 manat 1224.8-ci sətrdə “Vergilərdən azad edilən gəlirlər” göstərilməsinə baxmayaraq, araşdırma zamanı 2018-ci və 2019-cu illər üzrə ümumilikdə 703334,50 manat dəyətində vergiyə cəlb edilən təqdim etmə, 157226,68 manat dəyərində vergiyə cəlb edilən malların alındığı və satıldığı müəyyən edilmişdir. Fərdi sahibkarın "xxxx" Açıq Səhmdar Cəmiyyətində (VÖEN **********) mövcud olan AZ64AZEG******************** cari AZN hesabından daxil olmuş məlumatlara əsasən fərdi sahibkar tərəfindən 2018-ci və 2019-cu illər ərzində daxil olmuş vəsaitlərin kənd təsərrüfatı mallarının alınması adı altında nağdlaşdırıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 15 iyul 2009-cu il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı"nın C seksiyasına əsasən "Süd məhsulları” (pendir (brınza), xama (15%),kəsmik (yağlı), steril süd, qatıq) emal sənayesi məhsulları olmaqla kənd təsərrüfatı məhsullarının istehsalı sahəsinə aid edilməmişdir. Etiraz daha sonar onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr - 2014-cü il yanvarın 1-dən 10 il müddətinə azad edildiyi, lakin həmin Məcəllənin 13.2.60-cı maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı - sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşlann yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi və 13.2.61.1-ci maddəsinə əsasən istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməsini nəzərdə tutduğunu, fərdi sahibkar tərəfindən isə ilkin formada məhsulların təqdim edilmədiyi və yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrildiyi müəyyən edilmişdir. Odur ki, Vergi Məcəlləsinin və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 15 iyul 2009-cu il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”nda (pendir (brınza), xama (15%),kəsmik (yağlı), steril süd, qatıq) bu təsnifat üzrə heç-bir azadolma nəzərdə tutulmadığından, müvafiq hesablamanın aparılması qanunamüvafiq hesab edilmişdir. Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə əsasən hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (01.01,2020-ci il tarixədək VHF) dəyərinin və ona mütənasib ƏDV məbləğinin aidiyyəti vergi ödəyicilərinin ƏDV depozit hesablarına məxaric edilməməsi müəyyən edilərək əvəzləşmələr nəzərə alınmamışdır. Vergi ödəyicisi tərəfindən 2018-ci il gəlir vergisi bəyannaməsi boş təqdim edilmişdir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ümumilikdə 383837 manat dəyərində təqdim edilmiş e-QF tərkibi kəsmik, pendir, xama və sterilize olunmuş süd təşkil etmişdir. Eyni zamanda xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ümumilikdə 68821 manat məbləğdə siqaret almış və alınmış malların təyinatı üzrə təsərrüfat subyekti olmamışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2019- cı il arixli **********470000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Vergi ödəyicisi 2018-ci il üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edərək ümumi gəlirləri “vergilərdən azad edilən gəlirlər” (1224.7) sətrində əks etdirilmişdir. Baza üzrə 278405.35 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********515100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məl jmatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba əsaslı münasibət bildirilmədiyi üçün tərəflərindən kameral vergi yoxlaması aparılaraq 2018-ci il gəlir vergisi bəyannaməsinə 12794,56 manat vergi hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin hesablanması barədə" xx.xx.2020-ci il tarixli **********002800 nömrəli Qərarı göndərilmişdir. 383837 (təqdim edilmiş e-qf)+alınmış 68821- (68821+383837/6*5)*20%=12794 Vergi ödəyicisi tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ümumilikdə 383836,74 manat dəyərində təqdim edilmiş e-QF tərkibi kəsmik, pendir, xama və sterilizə olunmuş süd təşkil etmişdir. Eyni zamanda xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ümumilikdə 68821,52 manat məbləğdə siqaret almış və alınmış malların təyinatı üzrə təsərrüfat subyekti olmamışdır. Odur ki, vergi öhdəliyinin yenidən müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarına əsasən 15547,42 manat gəlir vergisi hesablanması nəzərdə tutulmuşdur. ((383336,74+68821,52/5*6)- (383836,74/6*5+68821,52))*20% Bununla bağlı vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********938500 nömrəli vergi orqarına 10 (on) iş günü ərzində dəqiqləşdirilmiş vergi bəyannaməsinin, məcburi dövlət sosial sığorta və işsizlik sığorta hesabatların və ya kənarlaşmaya dair yazılı izahatın təqdim edilməsi barəcə bildiriş göndərilməsinə baxmayaraq bu günə kimi kənarlaşma aradan qaldırılmamışdır. Vergi ödəyicisi 2019-cu il üzrə gəlir vergisi bəyannaməsi təqdim edərək ümumi gəlirləri “vergilərdən azad edilən gəlirlər” (1224.7) sətrində əks etdirilmişdir. Baza üzrə 370318.09 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək ümumilikdə 478738 manat dəyərində təqdim edilmiş e-QF tərkibi kəsmik, pendir, xama və sterilize olunmuş süd təşkil etmişdir. Eyni zamanda xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək ümumilikdə 76888 manat məbləğdə mallar almış (siqaret, pivə, şokolad, kofe, ərzaq, saqqız) və alınmış malların təyinatı üzrə təsərrüfat subyekti olmamışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********507300 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba əsaslı münasibət bildirilmədiyi üçün tərəflərindən kameral vergi yoxlaması aparılaraq 2019-cu il gəlir vergisi bəyənnaməsinə 95747,68 manat vergi hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin hesablanması barədə" xx.xx.2020-ci il tarixli **********004200 nömrəli qərarı göndərilmişdir. ( 478738(təqdim edilmiş e-qf + 76888(alınmış fərqli mallar) - 76888 m. (Xərc))*20% = 95747,68 manat rəy hazırlanarkən vergi ödəyicisinin 2019-cu il üzrə gəlir vergisi bəyannaməsinə dürüstləşımə aparılmasına zərurət yaranmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək ümumilikdə 478738,42 manat dəyərində təqdim edilmiş e-QF tərkibi kəsmik, pendir, xama və sterilizə olunmuş süd təşkil etmişdir. Eyni zamanda xx.xx.2019-cu il tarixdən 31,12.2019-cu il tarixədək ümumilikdə 76887,55 manat məbləğdə siqaret alınmış və alınmış malların təyinatı üzrə təsərrüfat subyekti olmamışdır. Odur ki, vergi öhdəliyinin yenidən müəyyən edilməsi məqsədilə təqdim edilən və əldə edilən mallar arasında çeşid fərqinin olmasını nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarına əsasən 19033,45 manat gəlir vergisi hesablanaraq xx.xx.2020-ci il tarixli **********521300 nömrəli “Vergilərin hesablaması barədə qərar’la 76714,23 manat vergi məbləği azaldılmışdır.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

6. Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2-1(118)-85/2022 nömrəli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

7. Məhkəmə hesab etmişdir ki, "Süd məhsulları” (pendir (brınza), xama (15%),kəsmik (yağlı), steril süd, qatıq) emal sənayesi məhsulları olmaqla kənd təsərrüfatı məhsullarının istehsalı sahəsinə aid edilməmişdir. Birinci instansiya məhkəməsi Vergi Məcəlləsinin 164.1.18, 13.2.60 və 13.2.61.1-ci maddələrinə istinad etməklə göstərmişdir ki, fərdi sahibkar tərəfindən ilkin formada məhsulların təqdim edilmədiyi və yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrildiyi müəyyən edilmişdir. “Məhsul növləri təsnifatı”nda (pendir (brınza), xama (15%),kəsmik (yağlı), steril süd, qatıq) bu təsnifat üzrə heç bir azadolma nəzərdə tutulmamışdır.

8. İddiaçı məhkəmə qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikaytətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış əlavə olaraq göstərmişdir ki, 2017, 2019 və 2020-ci illər üzrə frmada saxlanılan iri buynuzlu heyvanların normal süd verməsi, saxlanılması və bəslənilməsi üçün hər gün üçün və ilin fəsillərinə (xüsusən soyuq və isti aylar nəzərə alınmaqla) uyğun gündəlik yem sərfiyyatı ilə bağlı ot və yem məhsullarının alınması, heyvanlara dövrü bayatarlıq və vaksinasiya xidmətlərinin göstərilməsi, inzibati ərazidə kommunal xidmətlərdən istifadəyə görə ödənilən məbləğlər, mal damlarının və ətraf ərazinin gündəlik və mövsümi təmiz saxlanılması, cari və əsaslı təmiri ilə bağlı göstərilən xidmətlərə görə çəkilən xərclər, südün saxlanılması ilə bağlı, süd məhsullarının hazırlanması üçün xüsusi maddələrin alınmasına, süd və süd məhsullarının təyinat üzrə daşınması ilə bağlı çəkilən xərclər və digər çoxsaylı istiqamətlər üzrə çəkilən xərclər tamamilə nəzərə alınmamışdır. Tərəfindən çəkilən bütün bu xərclər araşdırıldıqdan sonar onun yaranacaq yekun vergi öhdəliyi haqqında məhkəmə müvafiq qərarlar qəbul etməli idi. Aşkar olunan 880733,43 manat pul məbləği üzrə barəsində birbaşa vergi öhdəliyinin yaranması tam qanunsuzdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdilər.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 13.2.60. kənd təsərrüfatı məhsullarının istehsalı – sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsi; 13.2.61. kənd təsərrüfatı məhsullarının satışı – bu Məcəllənin məqsədləri üçün aşağıdakı tələblər çərçivəsində kənd təsərrüfatı məhsullarının təqdim edilməsi: 13.2.61.1. istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməlidir; 13.2.61.2. bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli, konservləşdirilməməlidir; 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 37.4-cü maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.6-cı maddəsinə əsasən, kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. 67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu electron formatda aparıldığı halda, özünün və filiallarının electron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicilərinin vəzifəsi kimi müəyyən edilmişdir. Maddə 164. Vergi ödəməkdən azad edilmə 164.1. Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur: 164.1.18. kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr - 2014-cü il yanvarın 1-dən 10 il müddətinə İnzibati Prosessual Məcəllə:

13. İnzibati Prosessual Məcəllənin 11.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, iş üzrə aparımış aradırma nəticəsində apllyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamış, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən qərarların qəbul edilməsi zamanı qanunvericiliyin tələblərini pozması müəyyən edilməmişdir.

16. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılmasına dair inzibati şikayəti üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********218200, 13 mart 2019-cu il tarixli qərarı ilə inzibati şikyətin təmin edilməməsi qərara alınmış, daha sonra isə onun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 mart 2020-ci il tarixli **********218200 saylı “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarının ləğv edilməsinə dair şikayəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 25 saylı, 05 mart 2021-ci il tarixli qərarı ilə Dövlət Vergi Xidmətinin **********218200 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd edilən 13 mart 2019-cu il tarixli qərardan görünür ki, həmin inzibati araşdırma zamanı iddiaçı özü izahatında ona təqdim edilən mallardan xəbərsiz olduğunu, lakin səlahiyyətli nümayəndəsi A.Sadıqov izahatında həmin malların fərdi sahibkarın oğlu tərəfindən alındığını, iddiaçının adına qeydiyyata alınmış Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov ünvanında yerləşən “Nargilə çay evi" adlı təsərrüfat subyektində nağd qaydada satıldığını, bu barədə fərdi sahibkara oğlu tərəfindən hər-hansı məlumat verilmədiyini bildirmişdir.

17. İşd materiallarından görünür ki, iddiaçının fəaliyyəti “südlük iri buynuzlu mal-qaranın yetişdirilməsi”ndən ibarətdir. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannamələrinin təqdim edilməməsi səbəbindən cavabdeh vergi orqanının xx.xx.2019-cu il tarixli **********197500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir.

18. İddiaçı tərəfindən qeyd olunan müddətdə cavabdeh vergi orqanına hər hansı sənədin təqdim edildiyi, məktuba münasibət bildirildiyi müəyyən edilməmişdir. İddiaçı özü də həmin müddətdə cavabdehə hər hansı bir sənəd təqdim etdiyini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən vergi orqanı tərəfindən kameral vergi yoxlaması aparılaraq 2018-ci ilin aprel-dekabr ayları və 2019-cu ilin yanvar-avqust ayları üzrə ƏDV bəyannamələrinə vergi hesablanmış və “Vergilərin hesablanması barədə” qərarlar qəbul edilmişdir.

19. Daha sonra 2020-ci il tarixdə iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş elektron qaimə-fakturaların adı dəyişdirilərək, süd və inək südü adı altına qaimə fakturalar təqdim edilmişdir. Lakin iddiaçı tərəfindən bu dəyişiklikləri, yəni elektron qaimə fakturalarda məhsulun adı ilə bağlı dəyişiklikləri təsdiq edən sənədlər (təhvil-təslim aktları, bağlanmış müqavilədə edilmiş dəyişikliklər, üzləşmə aktları və.s) cavabdeh vergi orqanına, eyni zamanda məhkəməyə təqdim olunmamışdır.

20. Cavabdeh vergi orqanı tərəfindən inzibati araşdırma zamanı tədqiq edilmiş, habelə iş materiallarına əlavə edilmiş elektron qaimə fakturalardan görünür ki, 2018-ci ilin apreldekabr ayları ərzində "xxxx" ASC-nə ümumilikdə 524689,10 manat dəyərində mallar təqdim edilmiş və həmin müəssisədən iddiaçıya 475214,20 manat dəyərində vəsait daxil olmuş, eyni zamanda 2019-cu ilin yanvar-noyabr ayları ərzində "xxxx" ASC-yə, "xxxx" MMC-yə, "xxxx" MMC-yə ümumilikdə 178645,40 manat malların təqdim edildiyi, 2019- cu il ərzində "xxxx" ASC-dən 257528,08 manat dəyərində vəsait daxil olmuşdur.

21. İddiaçı izahatında tərəfindən yalnız süd məhsullarının satıldığını, səhvə yol verdiklərini, digər süd məhsullarını satmadıqlarını bildirmişdir. Bununla bağlı vergi orqanı tərəfindən "xxxx" ASC-nə verilmiş sorğuya cavab olaraq əldə olunmuş məlumatlar əsasında müəyyən olunmuşdur ki, cəmiyyət tərəfindən fərdi sahibkarın bank hesablarına 2018-ci ilin yanvar ayından 2019-cu ilin dekabr ayınadək ümumilikdə 732742,28 manat dəyərində vergiyə cəlb olunan vəsaitlər köçürülmüşdür.

22. İddiaçı iddia ərizəsində əldə etdiyi gəlirlərin mənfəət vergisindən azad olunduğunu qeyd etmiş, buna əsas kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.14 və 199.9-cu maddələrini qeyd etmişdir. Həmin normaya əsasən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri - 2014-cü il yanvarın 1-dən 10 il müddətinə 199.9- cu maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 10 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar.

23. Bununla bağlı məhkəmə qeyd etmişdirdir ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 15 iyul 2009-cu il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı"nın C seksiyasına əsasən "Süd məhsulları” (pendir (brınza), xama (15%),kəsmik (yağlı), steril süd, qatıq) emal sənayesi məhsulları olmaqla kənd təsərrüfatı məhsullarının istehsalı sahəsinə aid edilməmişdir.

24. İddiaçı apellyasiya şikayətinin müvafiq qərarlar qəbul edilərkən və vergi hesablanarkən çəkilən xərclərin tamamilə nəzərə alınmaması ilə bağlı dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hər-hansı xərclərlə bağlı təsdiqedici sənədləri nə kameral yoxlama zamanı vergi orqanına, nə şikayəti üzrə inzibati araşdırma zamanı yuxarı vergi orqanlarına nə də məhkəməyə təqdim etməmişdir.

25. Bundan əlavə, işə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi qeyd edilən dövrlər üzrə yenidən dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim etdiklərini bildirmiş, bununla əlaqədar olaraq məhkəmə iclasında fasilə elan edilməklə müvafiq dəqiqləşdirilmiş bəyannamələrin və onların vergi orqanına təqdim edilməsini təsdiq edən sənədlərin təqdim olunması üçün iddiaçının nümayəndələrinə şərait yaradılmış, lakin müvafiq sənədlər təqdim edilməmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi iddiaçı tərəfindən müvafiq dövrlər üzrə hər-hansı yeni dəqiqləşdirilmiş bəyannamənin və ya digər sənədlərin təqdim edilmədiyini bildirmişdir.

26. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada dövlətin xəzinəsinə müəyyən pul məbləği şəklində ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur. Əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olar. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011-ci il tarixli, 7 dekabr 2011-ci il tarixli, 12 mart 2012-ci il tarixli, 9 sentyabr 2013-cü il tarixli Qərarları).

27. Məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, vergi orqanın qərarı qanunun tələblərinə uyğun qəbul edildiyindən onun ləğv edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan təmin edilə bilməz.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2-1(118)-85/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar