Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-429/2023 06.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı cavabdeh tərəfindən ona vurulmuş 74050 manat maddi, 20000 manat mənəvi ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)- 14/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları RX № ******* seriyalı xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat bağlar ərazisi 2108 N ünvanda yerləşən 0.07 bağ torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. DTXK-nin Sumqayıt şəhər şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan və ölçünün sörətindən görünür ki, həmin sənəd İddiaçı xüsusi mülkiyyətində olan 0.07 ha torpaq sahəsi barəsindədir. "xxxx" MMC tərəfindən tərtib edilmiş eskiz layihədən görünür ki, həmin sənəd İddiaçı məxsus Sumqayıt şəhəri,Corat bağlar ərazisi 2108 N ünvanda yerləşən bağ evinə dair tərtib edilmişdir. “Hüquq və Torpaq Məsələləri“ MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Sumqayıt şəhəri, Corat bağlan ərazisi 2108 N ünvanında yerləşən və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli çıxarışa əsasən İddiaçı adına qeydə alınmış, mülkiyyətdə olan 0.07 ha torpaq sahəsi və 2015-ci ilin may-dekabr ayları üzrə “Google Yer” proqramının ortofoto görüntülərinin nəticələrinə görə torpaq sahəsinin üzərində inşa edilmiş hasar və fərdi yaşayış evinin mövcudluğu müəyyən olunur. İddiaçı mülkiyyətdə olan 0.07 ha torpaq sahəsi üzərində Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə təsdiqlənmiş eskiz layihə sənədləri üzrə fərdi yaşayış evinin tikilməsi məqsədilə kürsü-betonların tökülməsi, qaldırılmış birinci mərtəbənin divarlarının inşası, həyətyanı sahənin yeddi sot üzrə mişar daşından hasarlanması, həyətyanı tikililərin başa çatdırılması ücün həyətdə qalan 2100,0 ədəd mişar daşı, 5 kub.m taxta, 3000,0 p/m armatur, 90,0 kisə sementi nəzərə almaqla tikinti materialı və əmək haqqı xərcləri təqribən 74050,0 manat (yetmiş dörd min əlli) məbləğində müəyyən edilir. İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətinə ünvanladığı müraciətin surətindən görünür ki, yerli icra hakimiyyəti orqanı tərəfindən əmlakına edilmiş qanunsuz müdaxilə faktını nəzərə alaraq, vurulmuş maddi ziyanın əvəzi qismində 80000 manat məbləğində pul vəsaitinin ona ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanladığı verilmiş xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, müraciətinizdə qeyd edilən torpaq sahəsinə dair (Corat bağları ərazisi,2108N) hüquqmüəyyənedici sənədlər tam tərkibdə Sumqayıt şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsinə təqdim olunduqdan sonra əraziyə iştirakınızla birgə baxış keçirillməsi və bundan irəli gələn məsələlərin həlli istiqamətində lazımi tədbirlərin görüləcəkdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Corat bağlan ərazisi 2108N ünvanında yerləşən 0,07 ha torpaq sahəsi üzərində inşa edilmiş yaşayış evi ilə bağlı 2014-2015-ci illərdə məlumatlandırma icraatının həyata keçirilməsi barədə məlumat Şəhər İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. “B+A Audit Konsaltinq” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı fərdi yaşayış evinin 1-ci mərtəbəsinin tikintisinə, 2-ci mərtəbənin artırılmasına və armatur işlərinin görülməsinə və həmin 0.07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hasarlanmasına istifadə olunmuş tikinti materiallarının, yəni 2100 ədəd mişar daşı, 5 kub metr taxta, 3000p/m armatur, 90 kisə sementin alınmasına və onların istifadə edilməsinə cəlb olunan işçi qüvvəsinə çəkilmiş xərclərin orta hesabla 60.000-62.000 manat hesablana biləcəyi nəzərə alınır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan "xxxx" MN MMC tərətindən tərtib edilmiş eskiz layihəyə və CD disketdə olan məlumatlara əsasən mübahisə predmeti olan tikilidə aparılmış tikinti işlərinin hal-hazırki bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 23021,00 manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/4536 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan "xxxx" MN MMC tərətindən tərtib edilmiş eskiz layihəyə və CD disketdə olan məlumatlara əsasən mübahisə predmeti olan tikilidə aparılmış tikinti işlərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 24054,00 manat məbləğində müəyyən olunur. Həyətdə qalan 2100 ədəd mişar daşının, 5m3 taxtanın, 3000 p/m armaturun, 90 kisə sementin qiymətinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 9067 manat məbləğində müəyyən olunur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona vurulmuş 74050 manat maddi, 20000 manat mənəvi ziyana görə kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi 2108 nömrəli ünvanda yerləşən 0,07 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdən onun mülkiyyətindədir. Torpaq sahəsi üzərində yaşayış evinin tikilməsi məqsədi ilə eskiz layihə hazırlanmış və Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə razılaşdırılaraq təsdiq edilmişdir. Layihəyə uyğun yaşayış evinin tikintisinə başlamış və kürsü, betonlar tökülmüş, birinci mərtəbə qaldırılmış, həyətyanı sahə 0.07 ha üzrə mişar daşından hasarlamışdır. 2015-ci ilin may ayından başladığı tikintiyə 80000 manat pul xərcləmişdir. Lakin 2016-cı ilin mart-aprel aylarında Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları başçının göstərişinə əsasən qanunsuz müdaxilə edilərək tikinti dayandırılmış və heç bir əsas olmadan inşa olunmuş tikililər buldozerlə sökülmüşdür. Hasar və yaşayış evinin mişar daşları həmin əməkdaşlar tərəfinən söküldükdən sonra daşınaraq şəhərin giriş hissəsində abadlaşdırma işlərinə sərf edilmişdir. Dəfələrlə icra hakimiyyəti başçısına edilmiş müraciətlərinə baxmayaraq söküntünün səbəbləri izah edilməmiş və vurulmuş ziyan ödənilməmişdir. Əmlaka vurulmuş ziyanın miqdarı mütəxəssis hesablanmalarına görə 74050 manat məbləğində dəyərləndirilmiş və bu barədə “Hüquq və Torpaq Məsələləri“ MMC-nin xx.xx.2020-ci il tarixli rəyi ilə təsdiqlənmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-14/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətindən İddiaçı mülkiyyətində olan ünvan 8 ünvanda yerləşən 0.07 ha torpaq sahəsinə inşa etdirdiyi fərdi yaşayış evinin sökülməsi ilə bağlı maddi ziyana görə 23021 manat məbləğində kompensasiyanın İddiaçı xeyrinə tutulması, cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətindən 50 manat ekspertiza xərclərinin Dövlət Xəzinədarlığının hesabına tutulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, söküntü cavabdeh tərəfindən aparılmamışdırsa, iddiaçıya barışıqla bağlı hər hansı təkliflər irəli sürməzdi. İddiaçının yarıtikilmiş evinin sökülməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə zidd olaraq həyata keçirilmişdir. Cavabdehin nümayəndəsinin iddiaçının evinin sökülməsi ilə bağlı şəhər icra hakimiyyəti tərəfindən heç kimə yazılı və ya şifahi göstərişlərin verilmədiyi barədə izahatı iş materialları və toplanmış sübutlarla təkzib olunduğu üçün məhkəmə tərəfindən əsassız hesab edilir. İddiaçının əsaslandığı hal məhz onunla bağlı olmuşdur ki, inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində iddiaçıya ziyan dəymişdir. Əgər inzibati orqan hər hansı inzibati aktı qəbul etmiş olsaydı, bu halda iddiaçı məhz həmin inzibati aktın mübahisələndirilməsinə dair iddia irəli sürərdi. Lakin iddia növünün məhz inzibati orqanların qanunsuz hərəkəti nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı olduğu onu ehtiva edir ki, inzibati orqanların hərəkətləri qanunvericiliklə onlara verilmiş səlahiyyətlərindən kənarda olmuşdur. Həmin tikili hər hansı şəhərsalma və tikinti normalarına riayət olunmadan tikilmiş olsa idi belə, məhkəmə qərarı olmadan sökülməsi qanuna zidd olmuşdur. İddiaçı maddi ziyanın 74.050 manat məbləğində olmasını təsdiq edən sübut kimi Hüquq və Torpaq məsələləri” MMCdən rəy təqdim etmişdir. Həmin rəydə göstərilən məbləği bir mərtəbəsi başa çatdırılmış evin söküntüsünə görə şiridilmiş hesab edərək ekspert rəyi ilə razılaşır. İddiaçı tərəfindən maddi və mənəvi ziyanın yetirilməsini təsdiq edə biləcək hər hansı başqa sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın maddi ziyana görə 23021 manat məbləğində kompensasiya hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərarı qismən əsassız hesab edir. Qərar prosessual hüquq normalarının pozulması, maddi hüquq normalarının düzgün tətbiq olunmaması şəraitində qəbul edilmişdir. Belə ki, iddianı məhkəməyə təqdim edərkən sökülmüş tikilinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətimdə olmasım təsdiq edən RX Na ******* seriyalı xx.xx.2014-cü il tarixli daşınmaz əmlakm dövlət reyestrındən çıxarışı, Sumqayıt şəhəri, Corat bağlan ərazisi 2108 N ünvamnda yerləşən və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli çıxarışa əsasən onun adına qeydə alınmış, mülkiyyətdə olan 0.07 ha torpaq sahəsinin 2015-ci ilin maydekabr ayları üzrə “Google Yer” proqramının ortofoto görüntülərinin nəticələrinə görə torpaq sahəsinin üzərində inşa edilmiş hasar və fərdi yaşayış evinin mövcudluğu müəyyən edən “Hüquq və Torpaq Məsələləri“ MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyini təqdim etmişir. Mülkiyyətində olan 0.07 ha torpaq sahəsi üzərində Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən xx.xx.2015-ci ü tarixdə təsdiqlənmiş eskiz layihə sənədləri üzrə fərdi yaşayış evinin tikilməsi məqsədilə kürsü-betonların tökülməsi, qaldırılmış birinci mərtəbənin divarlarının inşası, həyətyanı sahənin yeddi sot üzrə mişar daşından hasarlanması, həyətyanı tikililərin başa çatdırılması ücün həyətdə qalan 2100,0 ədəd mişar daşı, 5 kub.m taxta, 3000,0 p/m armatur, 90,0 kisə sementi nəzərə almaqla tikinti materialı və əmək haqqı xərcləri təqribən 74050,0 manat (yetmiş dörd min əlü) məbləğində müəyyən edilir. Bundan əlavə iş üzrə “B+A Audit Konsaltinq” MMC tərəfındən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə fərdi yaşayış evinin 1-ci mərtəbəsinin tikintisinə, 2-ci mərtəbənin artırılmasına və armatur işlərinin görülməsinə və həmin 0.07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hasarlanmasına istifadə olunmuş tikinti materiallarının, yəni 2100 ədəd mişar daşı, 5 kub metr taxta, 3000p/marmatur, 90 kisə sementin alınmasına və onların istifadə edilməsinə cəlb olunan işçi qvvəsinə çəkilmiş xərclərin orta hesabla 60.000-62.000 manat hesablana biləcəyi göstərilmişdir. Lakin işə baxan məhkəmə nədənsə yenidən ekspertiza tədqiqatı təyin edir və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyini əldə edərək "xxxx" MN MMC tərətindən tərtib edilmiş eskiz layihəyə və CD disketdə olan məlumatlara əsasən mübahisə predmeti olan tikilidə aparılmış tikinti işlərinin hal-hazırki bazar qiymətlərinə uyğun olaraq dəyərinin təqribən 23021,00 manat məbləğində müəyyən olunması barədə sübutu formalaşdırır. Qərarı sonuncunun mövqeyinə istinad etməklə qəbul edir. Halbu ki, məhkəmə özü öz qərarında qeyd edir ki, “Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ona məxsus torpaq sahəsinə tikintisi tam başa çatmayan bir ədəd fərdi yaşayış evi cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin şifahi göstərişi əsasında sökülmüş, cavabdeh tərəfindən həmin evin söküntüsü ilə bağlı texnika və fəhlə qüvvəsi cəlb olunmuş və nəticədə evin sökülməsi ilə ona maddi ziyan vurulmuşdur.” Hətta məhkəmə bu mövqeyini əsaslandırarkən qeyd edir ki, “Cavabdehin göstərilən tikilinin onun tərəflndən sökülməməsi ilə bağlı mövqeyi bir sıra sübutlarla təkzib edilir. Belə ki, onun tərəfindən təqdim edilmiş müraciətlərinə cavab məktublarından görünür ki, cavabdeh inzibati orqan söküntünün onun tərəfındən aparılmanıasını bildirməmiş, əksinə yerinə birgə baxış keçirildikdən sonra lazımi tədbirlərin görüləcəyini bildirmişdir. Bundan başqa məhkəmə araşdırması gedişində də cavabdeh onun ilə barışıq əldə etməyə çalışmış və ona kompensasiya kimi başqa-başqa torpaq sahələri təklif etmişdir. Məhkəmə hesab edir ki, söküntü cavabdeh tərəfindən aparılmamışdırsa, ona barışıqla bağlı hər hansı təkliflər irəli sürməzdi.” Qarşı tərəfın ədalətsiz mövqeyi pozuntunun aradan qaldırılmasında qeyr-dürüst davranmasına şərait yaradır və delikt etməyə, hökmran davranış sərgiləməyə meyillilik instinqləri formalaşdırmışdır. Cavabdehin apellyasiya şikayətinə dair etirazının dəlillər Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasının xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2 Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddəsində tikinti obyektlərinin sökülməsi halları nəzərdə tutulmuşdur. 95.1-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 2 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. Həmin Məcəllənin 95.2-ci maddəsinə görə bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4- cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. 95.3-1. Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.4-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda tikinti obyekti həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, 74.2-ci maddəsinə uyğun olaraq sökülür. 95.5-ci maddəsinə əsasən sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən sökülür. 95.7-ci maddəsinə görə tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-lVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanınnın 4.10-cu bəndinə görəhəmin Məcəllənin ....... 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci (birinci halda) maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.7. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının mübahisələndirildiyi hissəsində hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı maddi ziyanın məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, həmin hissədə iddia qismən təmin edilməli, qalan mübahisələndirilən hissədə qərar dəyişdirilmədən saxlanılmalıdir. Hazırki iş üzrə iddia tələbi cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qərardan cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti verilməmişdir. İndiki halda apellyasiya baxışnın predmetini məhz vurulmuş ziyanın məbləğinin müəyyən eidlməsi təşkil edir. Belə ki, iddiaçı müvafiq məhkəmə qərarı ilə müəyyən edilmiş vurulmuş ziyanın məbləği ilə razı olmayaraq, həmin qərardan apellyasiya şikayəti vermişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən tikilinin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla, bu hüquq dövlət qeydiyyatına alınmışdır. İddiaçı həmin torpaq sahəsində müvafiq icra hakimiyyəti orqanının memarlıq və şəhərsalma idarəsinin razılığı (icazəsi) əsasında yaşayış evinin tikintisinə başladığını, tikintiyə 80000 manat pul vəsaiti xərclədiyini, daha sonra cavabdeh inzibati orqan tərəfindən həmin tikilinin söküldüyünü, söküldükdən sonra qalan mişar daşlarının daşınaraq, istifadə edildiyini, bununla da ona maddi və mənəvi ziyan vurulduğunu əsas gətirərək, qeyd edilən iddia tələbini irəli sürmüşdür. Cavabdeh inzibati orqan məhkəmə araşdırması zamanı mübahisənin məhkəmədənkənar həll edilməsi ilə bağlı təklif etsə də, mübahisənin həllinin iddiaçı tərəfin ziyanın məbləği ilə razı olmadığından mümkün olmadığını, habelə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir ki, bu hal özlüyündə cavabdehin həmin qərarla müəyyən edilmiş işin halları ilə razı olmasını ifadə edir. Bu baxımından qeyd edilməlidir ki, indiki halda cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində iddiaçıya məxsus olan tikilini sökülməsi, bu söküntü nəticəsində iddiaçıya maddi ziyan vurulması və onun hərəkətləri ilə vurulmuş ziyanın arasında səbəbli əlaqənin olması halı işin mübahisəsiz halı kimi çıxış edir. İndiki halda işin mübahisəli halı məhz iddiaçıya vurulmuş ziyanın məbləği ilə bağlı olan hal təşkil edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma çəçivəsində təyin edilmiş müvafiq ekspertizanın nəticəsinə dair “B+A” MMC tərəfindən verilmiş mütəxəssi rəyində müvafiq torpaq sahəsində inşa edilmiş və sonradan sökülmüş fərdi yaşayış evinin inşası üçün istifadə edilmiş tikinti materiallarının və işçi qüvvəsinə çəkilmiş xərclərin orta bazar dəyərinin ümumilik 60000-62000 manat təşkil etdiyini, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyində isə eskiz layihəyə və CD məlumatlarına əsasən tikilidə aparılmış tikinti işlərinin bazar dəyərinin 23021 manat olduğu müəyyən edilmiş, məhkəmə tərəfindən ziyanın məbləği məhz sonuncu ekspert rəyi əsas götürülməklə, müəyyən edilmişdir. Həmçinin, apellyasiya icraatı zamanı iş üzrə yenidən müvafiq məhkəmə ekspertizası təyin edilmiş, həmin ekspert rəyində eskiz layihəyə uyğun tikinti işlərinin mövcud orta bazar dəyərinin 24054 manat olduğu, həyətdə qalan 2100 ədəd mişar daşının, 5 m3 taxtanın, 3000 p/m armaturun, 90 kisə sementin qiymətinin orta bazar dəyərinin təqribən 9067 manat olduğu müəyyən edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində eskiz layihə sənədləri üzrə fərdi yaşayış evinin tikilməsi məqsədilə kürsübetonların tökülməsi, qaldırılmış birinci mərtəbənin inşası, həyətyanı sahənin yeddi sot üzrə mişar daşından hasarlanması, həyətyanı tikililərin başa çatdırılması üçün həyətdə qalan 2100 ədəd mişar daşının, 5 m3 taxtanın, 3000 p/m armaturun,90 kisə sementi nəzərə alınmaqla, tikinti materialı və əmək haqqı xərcləri təqribən 74050 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, hazırki iş üzrə iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olmaqla, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində ona 74050 manat məbləğində ziyan vurulması halına istinad edirsə, qeyd edilən məbləğdə ona ziyan vurulması halını sübut etmək öhdəliyini daşıyır. İndiki halda iddiaçı tərəfindən bununla bağlı yeganə sübut kimi mütəxəssis rəyi təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edilən sübut vasitəsilə bağlı onu qeyd edir ki, həmin mütəxəssis rəyi iddiaçının özü tərəfindən təqdim edildiyindən, bu hal həmin sübutun mötəbərliyini şübhə altına almış olur. Bundan əlavə qeyd edilməlidir ki, həmin sübut vasitəsi məhz iş üzrə mövcud olan digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Bu baxımından məhkəmə araşdırması zamanı ekspertiza təyin edilmiş, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza nəticələrinə dair ekspert rəyində həmin məbləğin 23021 manat olduğu, mütəxəssis rəyində 60000-62000 manat olduğu, apellyasiya icraatı zamanı isə təqdim edilmiş ekspert rəyində həmin məbləğin 24054 manat olduğu qeyd edilmişdir. İddiaçı tərəfindən isə həmin ekspert rəyinin əsassız olmasına, habelə ona vurulmuş ziyanın məbləğinin məhz özünün qeyd etdiyi məbləğdə olmasına dair heç bir dəlilə istinad edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, ekspert məhz bu sahədə xüsusi biliyə malik olan şəxs qismində çıxış etdiyindən, işin halları baxımından vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi üçün məhz xüsusi bilik tələb olunduğundan, həmin halın müəyyən edilməsi məqsədilə məhz ekpert rəyi mötəbər sübut qismində qəbul edilməlidir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə cavabdehin hərəkətləri nəticəsində iddiaçıya vurulmuş ziyanın məbləği məhz sonuncu ekspert rəyi əsas götürülməklə, dəymiş ziyanın məbləği 24054 manat müəyyən edilməli, iddia tələbi bu hissədə təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməlidir. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçı həyətdə qalan mişar daşı (taxta, armatur, qum) cavabdeh tərəfindən sonradan daşınaraq, abadlaşdırma işlərində istifadə edilməsi halına istinad etsə də, qeyd eidlən hallara dair heç bir sübut vasitəsi məhkəməyə təqdim edə bilməmiş, habelə özünün məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində də həmin əmlaklara məhz həyətdə qalan əşyalar kimi dəyərləndirilmiş, onlar nəzərə alınmaqla xərcin məbləği hesablanmışdır. Bununla da, iddiaçıya məxsus həyətdə qalan 2100 ədə mişar daşı, 5 m3 taxtanın, 3000 p/m armaturun,90 kisə sementinin cavabdeh inzibati orqan tərəfindən istifadə edilməklə (daşınmaqla) və ya digər formada (yarasız hala salınması və sair) həmin əşyalarla bağlı iddiaçıya maddi ziyan vurulması halının müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hissədə də işin hallarına düzgün hüquqi qiymət verilmiş, həmin hissədə də iddia tələbi əsaslı olmamışdır. Eyni zamanda məhkəmə kollegiyası iddiaçı apellyasiya şikayətində iddia tələbinin tam təmin edilməsini tələb etdiyindən, habelə məhkəmə iclasında məhkəmə qərarının iddia tələbinin mənəvi ziyanın tutulması ilə bağlı iddia tələbinin rədd edilməsi hissəsində də mübahisələndirdiyini qeyd etdiyindən, iddia tələbinin vurulmuş mənəvi ziyanın məbləğinin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərər vurulduğunu bildrisə də, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar, iztirablar keçirməsini halını müəyyən etmək mümkün olmamış, habelə iddiaçı tərəfindən bu hallara dair heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmidşir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi zərər hissədə təmin olunmaması barədə gəldiyi nəticə düzgün olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin maddi ziyanın məbləğinə aid hissədə dəyişdirilməli, həmin hissədə iddia qismən təmin edilməli, qalan mübahisələndirilən hissədə qərar dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətindən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası İPM-in 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-14/2023 nömrəli qərarı iddia tələbinin vurulmuş maddi ziyanın məbləğinə aid hissədə dəyişdirilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 8 ünvanda yerləşən 0.07 ha torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evinin sökülməsi ilə bağlı vurulmuş maddi ziyanın əvəzi olaraq 24054 (iyirmi dörd min əlli dörd) manat məbləğində pul vəsaiti cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətindən tutularaq İddiaçı ödənilsin. Qərar qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətindən tutularaq dövlət büdcəsinə köçürülsün. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-429/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-429/2023
06.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver