Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-43/2021 19.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “İddiaçı2 İddiaçı1 MMC-nin, “xxxx” MMC-nin, “xxxx” MMC-nin, “xxxx” MMC-nin, “xxxx” MMC-nin qanuni təmsilçisi kimi qeydiyyatının etibarsız hesab edilməsi" tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-58/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 MMC-nin (VÖEN: **********), “xxxx” MMC-nin (VÖEN: **********), “xxxx” MMC-nin (VÖEN: **********), “xxxx” MMC-nin (VÖEN: **********), “xxxx” MMC-nin (VÖEN: **********) qanuni təmsilçisi (direktoru, rəhbəri) kimi qeydiyyatının etibarsız hesab edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə hüquqi ünvanı AZ5002, ünvan 1miş İddiaçı1 MMC (VÖEN: **********) adlı müəssisənin icra orqanının rəhbəri qismində dövlət reyestrinə daxil edilmişdir. İddiaçı1 MMC Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Sumqayıt Ərazi Vergilər Departamenti tərəfindən bir pəncərə sistemi şəklində qeydiyyata alınmışdır. Vergi ödəyicisi olan İddiaçı1 MMC vergi borcunu Vergilər Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyinə görə 2 saylı Sumqayıt Ərazi Vergilər Departamentinin ərizəsinə əsasən Balakən Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(019)-1782/2018 saylı qətnaməsi ilə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İddiaçı1 MMC-nin xx.xx.2019-cu il tarixə 706,44 manat məbləğdə vergi borcu vardır. Balakən Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(019)-1782/2018 saylı iş üzrə bildirişini aldıqdan sonra ona məlum olmuşdur ki, o, “İddiaçı1" MMC-nin icra orqanının rəhbəridir. O, belə bir cəmiyyət tanımır və həmin MMC-nin icra orqanının rəhbəri olmağından xəbərsizdir. Məsələ ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokuroruna, X8, Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət edərək, heç bir müəssisə açmadığı, adına müəssisə və VÖEN almadığını bildirmişdir. Həmin müraciətinə cavab olaraq Vergilər Nazirliyi özünün xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, AR Vergilər Nazirliyinin Sumqayıt Ərazi Vergilər Departamentinin xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli məktubları ilə bildirilmişdir ki, o, xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmiş “xxxx” MMC-nin (VÖEN: 2********), "xxxx” MMC-nin (VÖEN **********), “xxxx” MMC-nin (VÖEN: **********), ”xxxx” MMC-nin (VÖEN: **********) də icra orqanlarının rəhbəridir. Bildirmişdir ki, o, heç bir müəssisə açdırmamışdır, adına müəssisə və VÖEN açılmağından xəbəri olmamışdır. Cavabdeh heç bir əsas olmadan həmin cəmiyyətləri və onu icra orqanının rəhbəri kimi qeydiyyatdan keçirmişdir. Dövlət qeydiyyatına alınarkən cavabdeh həmin cəmiyyətin təsisçisinin təqdim etdiyi saxta sənədləri araşdırmadan onu icra orqanının rəhbəri kimi qeydə almışdır. 2 saylı Ərazi Vergilər Departamentinin məlumatına görə icra orqanının rəhbəri kimi təyin olunduğu cəmiyyətlərin təsisçisi X3 adlı şəxsdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-58/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “İddiaçı2 İddiaçı1 (VÖEN **********) qeydə alındığı tarixdən, xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmiş “xxxx” MMC-nin (VÖEN **********), “xxxx” MMC-nin (VÖEN **********), “xxxx” MMC-nin (VÖEN **********), “xxxx” MMC-nin (VÖEN **********) qanuni təmsilçisi kimi qeydiyyatının etibarsız hesab edilməsi" tələbinə dair iddiası təmin edilmişdir. (hakim Ceyhun Məmmədov) Qərardan cavabdeh apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının xx xxxxxx 2020-ci il tarixli və xx xxxxxx 2021-ci il tarixli qərardadları ilə X3, “xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC və “xxxx” MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının razılığı olmadan onun qanuni təmsilçi təyin edilməsi nəticəsinə gələrkən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətinin təsisçisi X1 məhkəməyə çağrılaraq bununla bağlı müvafiq izahat alınmasını təmin etməmiş, iş üzrə müstəsna əhəmiyyət kəsb edən həmin sübutun araşdırılmasını, iddiaçıya məxsus şəxsiyyət məlumatlarının, həmçinin də mobil telefon nömrəsi məlumatlarının necə əldə edilməsini aydınlaşdırmamışdır. Halbuki, inzibati prosesin gedişində təsisçisi X1 məhkəməyə çağırılmasını təklif edilmişdir. Məhkəmənin “iş materiallarına əlavə edilmiş heç bir sənəddə iddiaçı ilə həmin hüquqi şəxslərin təsisçisi X4 arasında hər hansı hüquq münasibətlərinin mövcud olması, onunla əmək müqaviləsi bağlanılması və ya xidməti münasibətlərin yaranması faktı öz təsdiqini tapmamışdır” dəlilinə gəldikdə, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətinin elektron dövlət qeydiyyatı təsisçi tərəfindən elektron ərizə, elektron ərizəyə əlavə edilən nizamnamə təqdim edilməklə, xx.xx.2018-ci il tarixli 1303-VQD nömrəli qanunla “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-1.1ci maddəsinə edilmiş dəyişikliyə əsasən isə həmin cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın internet informasiya ehtiyatında müvafiq autentifikasiyadan keçməklə elektron ərizə formasını doldurmaqla, elektron dövlət qeydiyyatı zamanı təsisçi və qanuni təmsilçi eyni şəxs olmadıqda, ərizə həm təsisçi, həm də qanuni təmsilçi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə həyata keçirilir. Qanuni təmsilçi ilə əmək müqaviləsinin bağlanması və təsisçi və qanuni təmsilçi arasında xidməti münasibətlərin yaranması cəmiyyət daxili məsələlərdir və cəmiyyətin dövlət qeydiyyatına alınmasını zəruri edən hallar kimi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin iş üzrə gəldiyi nəticə əsaslı hesab edilə bilməz və məhkəmə mübahisəli məsələyə dair qərar qəbul edərkən qanunvericiliyin tələblərini düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı2 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə üçüncü şəxslər X2, “xxxx” MMC-yə, “xxxx” MMC-yə, “xxxx” MMC-yə, “xxxx” MMC-yə və “xxxx” MMC-yə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin İddiaçı2 ünvanlanmış xx.xx.2019-cu il tarixli **********557800 nömrəli məktubuna əsasən iddiaçının xx.xx.2017-ci il tarixdə hüquqi ünvanı AZ5002, ünvan 1miş İddiaçı1 (VÖEN: **********) məhdud məsuliyyətli cəmiyyətinin, xx.xx.2018-ci il tarixli **********85600 nömrəli, xx.xx.2019-cu il tarixli **********015200 nömrəli, xx.xx.2019-cu il tarixli **********444300 nömrəli və xx.xx.2019-cu il tarixli **********887400 nömrəli məktublarına əsasən isə xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmiş “xxxx” (VÖEN: 2********), “xxxx” (VÖEN **********), “xxxx” (VÖEN: **********), “xxxx” (VÖEN: **********) adlı məhdud məsuliyyətli cəmiyyətlərinin və İddiaçı1 MMC-nin rəhbəri qismində dövlət reyestrinə daxil edildiyi, yuxarıda adları qeyd olunmuş cəmiyyətlərin rəhbərinin dəyişdirilməsi ilə bağlı hal-hazıradək qeydiyyat orqanına müraciət olunmadığı və qanunvericiliklə Vergilər Nazirliyinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün iddiaçı barəsində dövlət reyestrində qeydiyyata alınmış faktların dəyişdirilməsinin mümkün olmaması şəklində imtina edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər departamentinin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli **********970300 nömrəli məktubuna əsasən müəyyən edilir ki, vergi ödəyicisi İddiaçı1 MMC vergi borcunu Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyinə görə 2 saylı Ərazi Vergilər Departamentinin ərizəsinə əsasən Balakən Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(019)-1782/2018 nömrəli qətnaməsi ilə iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İddiaçı1 MMC-nin xx.xx.2019-cu il tarixə 706,44 manat məbləğdə (o cümlədən, vergilər üzrə 609 manat, faizlər üzrə 97,44 manat, maliyyə sanksiyası üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) vergi borcu vardır. Cavabdehin məhkəmənin xx.xx.2020-ci il tarixli sorğusuna cavabından müəyyən edilir ki, təsisçisi X1 asan imzası vasitəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmiş “xxxx”, “xxxx”, “xxxx”, ”xxxx” və İddiaçı1 adlı məhdud məsuliyyətli cəmiyyətlərinin rəhbəri qismində İddiaçı2 dövlət reyestrinə daxil edilmişdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Qanunun 5.2-ci maddəsinə (xx xxxxxxx 2018-ci il tarixli 1303- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiya) əsasən, ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. Qanunun hazırda qüvvədə olan 5.2-ci maddəsinə əsasən, ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. Birinci instansiya məhkəməsi qərarında göstərmişdir ki, cavabdeh etirazında X1 asan imzası vasitəsi ilə xx.xx.2017-ci il tarixdə elektron qaydada təqdim edilən “Hüquqi şəxsin onlayn qeydiyyat” ərizələrinə həmin tarixə qüvvədə olan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarına uyğun olduğundan Cəmiyyətlərin Dövlət qeydiyyatına alınmasını və həmin “Hüquqi şəxsin onlayn qeydiyyat” ərizələrinin sonunda “Ərizəyə daxil edilmiş məlumatların doğruluğunu təsdiq edirəm. Yanlış məlumatların və sənədlərin təqdim edilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətdən xəbərdaram. Təsisçisi olduğum yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatına alınmasını xahiş edirəm” ifadəsinin qeyd edildiyini bildirsə də, R.Məmmədxanovun belə bir ərizə ilə müraciət etməsi İddiaçı2 iradəsinin həmin ərizədə ifadə olunması anlamına gəlməməkdədir. İddiaçı1, “xxxx”, “xxxx”, “xxxx” və “xxxx” məhdud məsuliyyətli cəmiyyətlərinin qeydiyyat və təsis sənədlərində iddiaçının adının qanuni təmsilçi olaraq qeyd edilməsi onun iradə ifadəsi kimi qiymətləndirilə bilməz. Şəxsin razılığı və ya hər-hansı iradə ifadəsi olmadan onun hansısa hüquqi şəxsə qanuni təmsilçi qismində təyin edilməsi birbaşa olaraq qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, hazırda qanunverici belə bir iradə ifadəsinin mövcud olmasını müəyyən etmək məqsədilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” xx.xx.2003-cü il tarixli 560-İİQ nömrəli Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunan ərizənin təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanması və notariat qaydasında təsdiqlənməsi tələbini qoymuşdur. Həmin Qanunun 5-1.1-ci maddəsinə əsasən isə təsisçinin (təsisçilərin) istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı (yenidən təşkil nəticəsində yaranma halları istisna olmaqla) elektron qaydada həyata keçirilməsi, elektron dövlət qeydiyyatının adi (yəni bu Qanunun 7-1-ci maddəsi ilə müəyyən edilmiş müddətdə) və ya sürətli qaydada həyata keçirildiyi, həmin cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) internet informasiya ehtiyatında müvafiq autentifikasiyadan keçməklə elektron ərizə formasının doldurulması, elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) və qanuni təmsilçi (qanuni təmsilçilər) eyni şəxs olmadıqda, ərizənin həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçi (qanuni təmsilçilər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilməli olması kimi tələb müəyyən etmişdir. “Elektron imza və elektron sənəd haqqında” xx.xx.2004-cü il tarixli 602-İİQ nömrəli Azərbaycan Respublikası Qanununun 1.1.5-ci maddəsinə əsasən, gücləndirilmiş elektron imza - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imzadır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı2 ilə yuxarıda adları çəkilən hüquqi şəxslərin təsisçisi X4 arasında hər hansı hüquqi və ya xidməti münasibətlərin olması, İddiaçı2 həmin hüquqi şəxslərin qanuni təmsilçisi təyin edilməsinə dair sərbəst iradə ifadəsi bildirməsi iş materialları ilə təsdiqini tapmadığından, o cümlədən hüquqi şəxslərin elektron dövlət qeydiyyatı zamanı ərizənin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi təsisçi R.Məmmədxanovun sərbəst iradə ifadəsini əks etdirdiyindən, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-58/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti vərilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-43/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-43/2021
19.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver