Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(105)-430/2025 26.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəhid statusuna dair arayışın verilməsi) Sədrlik edən və məruzəçi hakim Cabbarova Gülnar İnqilab qızı, hakimlər Xəlilov Ramin Adilxan oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “şəhid statusu ilə bağlı arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları N saylı hərbi hissə komandirinin # #### 2007-ci il tarixli, *** nömrəli əmrinin çıxarışından görünür ki, İraq dövlətində keçirən Sülhməramlı Əməliyyatlarda iştirak edən şəxsi heyətin qismən əvəz edilməsi haqqındakı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ## #### 2007-ci il tarixli, *** saylı əmrinə əsasən əsgər Ağayev Rəfail Seyidbala oğlu tutduğu vəzifədən azad edilmiş, 2-ci SMQB-də göstərilən vəzifəyə təyin olunmuş, # #### 2007-ci il tarixdən hərbi hissənin qazan təminatından çıxarılmış, 2 günlük quru yeməklə təmin olunaraq, İraq dövlətinə ezam edilmişdir. N saylı hərbi hissə komandirinin ## #### 2008-ci il tarixli, *** nömrəli əmrinin çıxarışından görünür ki, X11 1-ci sülhməramlı qüvvələr bölüyünün 3-cü tağım 3-cü manqasının atıcı-qumbaraatan köməkçisi əsgər Ağayev Rəfail Seyidbala oğlu, Sülhməramlı Qüvvələr taboru tərkibində ezamiyyətdə olduğu İraq dövlətində Sülhməramlı əməliyyatlarda iştirakı zamanı aldığı güllə yarasından vəfat etdiyi üçün ## #### 2008-ci il tarixdən ezamiyyət qrafasından, şəxsi heyətin siyahısından, pul və əşya təminatından çıxarılmış, sənədləri Xaçmaz RHK-nın sərəncamına qeydiyyata alınması üçün göndərilmişdir. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının # ###### 2008-ci il tarixli, *** saylı sərəncamından çıxarışdan görünür ki, Xaçmaz rayonu, Qalağan İƏV-nin İlxıçı-Məmmədxanlı kənd məktəbinə şəhid Ağayev Rəfail Seyidbala oğlunun adı verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Xaçmaz rayon Hərbi Komissarlığının # ###### 2010cu il tarixli, */**** nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının # ######## 1993-cü il tarixli Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1994-cü il ** nömrəli, # #### 1999cu il tarixli ** nömrəli, # #### 2003-cü il ** nömrəli və ## #### 2009-cu il tarixli, *** saylı Qərarlarına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə həlak olan, itkin düşən və ölmüş hesab edilən şəxslər, o cümlədən atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olmuş və Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üçün xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissənin **** saylı, ## ####### 2010cu il tarixli məktubunda X3 Sülhməramlı Qüvvələr bölüyü tərkibində İraq dövlətinə ezam olunmuş və 1 ilə qədər İraq dövlətində xidmət etdikdən sonra döyüş postunda xidmət apararkən aldığı güllə yarasından həlak olduğu göstərilmişdir. Qanunun və qərarların tələbinə, habelə hərbi hissədən daxil olmuş məlumata əsasən X3 şəhid hesab edilməsinə qanuni əsas yoxdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ## ###### 2014-cü il tarixli, *** nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, X# ###### 2007-ci ildə Xaçmaz rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır. N saylı hərbi hissə komandirinin ## #### 2005-ci il tarixli, **** nömrəli bildirişinə əsasən Xaçmaz rayon İlxıçı-Məmmədxanlı kənd sakini X3 Qüvvələr taboru tərkibində ezamiyyətdə olduğu İraq dövlətində aldığı güllə yarasından vəfat etmişdir. Bildirilmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələlərinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2009-cu il tarixli, *** nömrəli Qərarının tələblərinə uyğun olaraq, “Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər” şəhid hesab edilir. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri mərhum X3 “şəhid” adının verilməsinə əsas vermir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin # ##### 2014-cü il tarixli, **** nömrəli məktubu ilə göndərilmiş arayışdan görünür ki, hərbi hissə komandirinin ## #### 2008-ci il tarixli, *** saylı əmrindən çıxarışına əsasən əsgər Ağayev Rəfail Seyidbala oğlu 2007-ci ildə N saylı hərbi hissəyə həqiqi hərbi xidmətə çağırılmış və sonradan xidmətini davam etdirmək üçün İraq Respublikasına göndərilmiş, ## #### 2008-ci il tarixdə orada Sülhməramlı əməliyyatlarda iştirakı zamanı aldığı güllə yarasından həlak olmuşdur. ## #### 2021-ci il tarixli, AZ-II seriyalı, ****** nömrəli “Ölüm haqqında şəhadətnamənin surətin”dən görünür ki, Ağayev Rəfail Seyidbala oğlunun ölüm səbəbi ## #### 2008-ci il tarixdə “başından güllə yarası” göstərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin ## ###### 2021-ci il tarixli, */A-***** nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, zərurətlə əlaqədar R.Ağayevin ölüm şəraitinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna və mərhumun xidmət etdiyi N nömrəli hərbi hissəyə sorğular göndərilmiş və müvafiq cavablar alınmışdır. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda istintaqa nəzarət şöbəsi rəisinin ## ###### 2021-ci il tarixli, HP-**/**-***** nömrəli məktubunda Ağayev Rəfail Seyidbala oğlunun ölümü ilə bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunda və tabe hərbi prokurorluqlarda cinayət işinin istintaq olunmadığı və materialın araşdırılmadığı bildirilmişdir. N nömrəli hərbi hissədən daxil olmuş ## ###### 2021-ci il tarixli məktuba əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin # #### 2007-ci il tarixli əmrinin surətində əsgər Ağayev Rəfail Seyidbala oğlunun Azərbaycan Respublikası müdafiə nazirinin ## #### 2007- ci il tarixli müvafiq əmrinə əsasən İraq Respublikasına ezam edildiyi, ## #### 2008-ci il tarixli əmrinin surətində isə əsgər R.Ağayevin İraq Respublikasında sülhməramlı əməliyyatlarda iştirakı zamanı aldığı güllə yarasından vəfat etdiyi barədə məlumatlar vardır. Qeyd edilənlərdən əlavə R.Ağayevin ölüm şəraiti ilə bağlı digər məlumatlar əldə etmək mümkün olmamışdır. Göründüyü kimi, əsgər Ağayev Rəfail Seyidbala oğlunun ölümü Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyünün qorunması ilə səbəbli əlaqədə olmadığından ona “şəhid” adının verilməsi qanunvericilik tələblərinə uyğun gəlmir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin # ######## 2023-cü il tarixli, **** nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Təkilat Səfərbərlik İdarəsindən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş # ###### 2008 – ## ###### 2008-ci il tarixli “Qaytarılmaz İtkilər haqqında məlumatlar” kitabında (əsas: səh-40, sıra-1, məlumatda subay olması, atası-Seyidbala Ağayevin ünvanı: Xaçmaz rayonu, Qoloqon-İlxıçı kəndi və ## #### 2008-ci il tarixdə Xaçmaz RHK-na bildirişin gəlməsi qeyd olunmuşdur) yazılmış “N saylı hərbi hissənin şəxsi heyətinin qaytarılmaz itginlərin (# #### 2008-ci il tarixdən ## #### 2008-ci il tarixədək) adlı siyahısında” Xaçmaz rayonunda ## ###### 1988-ci il tarixdə anadan olmuş, # ###### 2007-ci il tarixdə Xaçmaz RHK-dan çağırılmış, hərbi hissənin Sülhməramlı Qüvvələr bölüyünün hərbi qulluqçusu, atmı, əsgər Ağayev Rəfail Seyidbala oğlunun X11 tərkibində ezamı olunduğu İraq dövlətində aldığı güllə yarasından vəfat etməsi, Xaçmaz rayonu Qoloqon-İlxıçı kənd qəbirstanlığında dəfn olunması barədə məlumat vardır. Qeyd edilir ki, N nömrəli hərbi hissənin 2007-2008-ci il və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2007-2008-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ## ###### 2024-cü il tarixli, 3-17-1/2- ******/**** nömrəli məktubundan görünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının ## ### 1997-ci il tarixli, ***-IQ nömrəli Qanununun 5-ci maddəsinin “a” bəndinə əsasən sığortaolunanın həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edilməsi sığorta hadisəsi hesab olunur və Qanunun 4.1-ci bəndinə əsasən sığortaolunan 11.000 manat məbləğində sığorta edilir. Bildirilir ki, “xxxx” ASC-nin Nazirliyə ünvanladığı # ###### 2022-ci il tarixli, **/** nömrəli məktubuna əlavə olunmuş rəsmi ödəniş siyahısına əsasən X3 vərəsəsinə (vərəsələrinə) ## ######## 2008-ci il tarixdə 11.000 manat məbləğində dövlət icbari şəxsi sığorta ödənişi verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin ## ####### 2010- cu il tarixli, **** nömrəli məktubundan görünür ki, Xaçmaz RHK tərəfindən 2007-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılmış X3, ## ###### 2007-ci il tarixdən N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, N ay hərbi hissədə xidmət etdikdən sonra Sülhməramlı Əməliyyatlarda iştirak etmək üçün Sülhməramlı Qüvvələr bölüyü tərkibində İraq dövlətinə ezam olunmuş və 1 ilə qədər İraq dövlətində xidmət etdikdən sonra döyüş postunda xidmət apararkən silahla ehtiyatsız davrandığına görə aldığı güllə yarasından həlak olmuşdur. - Azərbaycan Respublikası Hərbi Prokurorluğu Bakı Hərbi Prokurorluğunun ## ####### 2010-cu il tarixli, HP-II/**** nömrəli məktubundan görünür ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissədə xidmət etmiş və Sülhməramlı qüvvələrin taboru tərkibində ezamiyyətdə olduğu İraq dövlətində aldığı güllə yarasından ## #### 2008-ci il tarixdə vəfat etməsi barədə Bakı Hərbi Prokurorluğunda məlumat yoxdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə bu qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilən əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsinin müraciətinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri ilə X7 Sülhməramlıların tərkibində xidmətini davam etdirmək üçün İraq dövlətinə göndərilən və Sülhməramlıların tərkibində bir il xidmət etdiyi zaman Sülhməramlı əməliyyatlarda iştirakı zamanı baş nahiyəsindən aldığı güllə yarasından həlak olmuş oğlu Ağayev Rəfail Seyidbala oğluna şəhid statusunun verilməsi üçün müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehə üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X2 Seyidbala oğlu 2007-ci ilin yanvar ayında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi tərəfindən xidmətə çağırılmış, N saylı hərbi hissədə 6 ay xidmət etdikdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri ilə beynəxalq müqaviləyə əsasən Sülhməramlıların tərkibində xidmətini davam etdirmək üçün İraq dövlətinə göndərilmiş, xidməti dövründə ## #### 2008-ci il il tarixdə baş nahiyəsindən aldığı güllə yarasından həlak olmuşdur. Cənazəsi dəfn olunmaq üçün kəndlərinə gətirildikdən sonra atası Ağayev Seyidbala Ələddin oğlu buna dözə bilməyib həmin gündən iki tərəfli iflic olaraq, birinci qrup əlil olmuşdur. X2 Seyidbala oğlunun dəfnində həm Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, həm X9 səfirliyinin əməkdaşları, həm Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları, həm də hərbçilərin iştirakı ilə Xaçmaz rayonunun İlıxçı-Məmmədxanı kənd qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin qarnizon və qaravul xidmətləri nizamnaməsinə uyğun qaydada dəfn olunmuşdur. Kənd məktəbinə onun adı verilmiş, məktəbin giriş qapısının yaxınlığında adını göstərən lövhə qoyulmuşdur. X2 Seyidbala oğlunun dəfn olunmasından bir neçə ay keçdikdən sonra onlara Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsi tərəfindən lazımi sənədlər verilərək Xaçmaz rayonunda yerləşən DSMF-nin filialına getməli olduqları bildirilmişdir. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında qanunun tələblərinə uyğun olaraq sığorta ödənişi almaq hüququ olan şəxsin vərəsələri qismində ailəyə 11.000 manat sığorta ödənişi edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Xaçmaz rayon Hərbi Komissarlığının 4-cü şöbəsinin məktubundan görünür ki, X2 Seyidbala oğlunun döyüş postunda xidmət apararkən aldığı güllə yarasından həlak olmuşdur. Hazırki tələblə məhkəməyə müraciət etməsində məqsədi dövlətin müstəqil xarici hərbi siyasət yeridilməsi uğrunda həlak olmuş oğlu X2 Seyidbala oğlunun şəhid adının tanıdılmasıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddia tələbinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin cavabdeh qismində göstərilməsi hissəsini qəbul etmir. İddia ərizəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə münasibətdə mümkün hesab edilməməlidir. Ağayev Rəfail Seyidbala oğlunun hərbi qeydiyyatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsində olduğu üçün bu iş üzrə cavabdeh Xidmətin Xaçmaz rayon şöbəsi olmalıdır. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən daxil olmuş **** nömrəli məktubunda qeyd edilmişdir ki, Xaçmaz RHK tərəfindən 2007-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılmış X2 Seyidbala oğlu ## ###### 2007-ci il tarixdən N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, N ay hərbi hissədə xidmət etdikdən sonra Sülhməramlı əməliyyatlarda iştirak etmək üçün Sülhməramlı Qüvvələr bölüyünün tərkibində İraq dövlətinə ezam olunmuş və bir ilə qədər İraq dövlətində xidmət etdikdən sonra döyüş postunda xidmət apararkən silahla ehtiyatsız davrandığına görə aldığı güllə yarasından həlak olmuşdur. Həmçinin, X2 Seyidbala oğlunun vəfatı Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyünün qorunması ilə səbəbli əlaqədar olmadığından ona “şəhid” adının verilməsi qeyd olunan qanunvericilik aktının tələblərinə uyğun gəlmir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktıları Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə iddiaçının ərizəsi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əsl cavabdeh Cavabdeh ilə əvəz edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ## #### 2007-ci il tarixli, *** saylı əmri ilə X7 sülhməramlıların tərkibində xidmətini davam etdirmək üçün İraq dövlətinə göndərilən və sülhməramlı əməliyyatlarda iştirakı zamanı baş nahiyəsindən aldığı güllə yarasından həlak olduğu üçün X2 Seyidbala oğluna şəhid statusu ilə bağlı arayışın verilməsi öhdəliyinin Cavabdeh üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin şəhid statusuna dair arayışın verilməsindən imtinası əsaslı olmamışdır. Çünki, şəhid Azərbaycan Respublikasının: - azadlığı; suverenliyi;-ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Hazırki işdə şəhid statusu ilə bağlı arayışın verilib-verilməməli olmasını araşdırmaqdan ötrü ilk növbədə “suverenlik” məfhumuna aydınlıq gətirmək lazımdır. X2 Seyidbala oğlunun Sülhməramlı Qüvvələr taboru tərkibində ezamiyyətdə olduğu İraq dövlətində Sülhməramlı əməliyyatlarda iştirakı zamanı aldığı güllə yarasından vəfat etməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Milli Məclisinin Aparatı Dövlət Quruculuğu, İnzibati və Hərbi Qanunvericilik Şöbəsinin # ###### 2023-cü il tarixli, *-*/**-*/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, “... Dövlətin suverenliyi dedikdə dövlətin elə bir əlaməti başa düşülür ki, onun köməyilə dövlət öz funksiyalarını hər hansı digər hakimiyyətdən müstəqil və sərbəst olaraq həm öz ərazisi daxilində, həm də digər dövlətlərlə münasibətlərdə həyata keçirir. Ölkəmizin suveren dövlət kimi hüquqi statusu Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmişdir. Konstitusiyanın 11-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir, yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər. Konstitusiyanın 7-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. Həmçinin Azərbaycan Respublikasının ## ####### 1991-ci il tarixli “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın 12-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının suverenliyi şəriksizdir və onun bütün ərazisinə şamildir. Azərbaycan Respublikası öz ərazisində həyata keçirdiyi suveren hüquqları heç bir formada başqa dövlətlərə və ya dövlət ittifaqlarına vermir. Konstitusiyanın 7ci maddəsinin tələblərinə uyğun olaraq, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək xalqın suveren hüququnun tərkib hissələri kimi qeyd edilmişdir. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. Konstitusiyanın 3-cü maddəsinə görə Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər. Həmin maddənin ikinci hissəsilə yalnız referendum ilə həll edilməli olan, üçüncü hissəsilə isə referendum keçirilə bilinməyən məsələlər müəyyən edilmişdir. Qeyd edirik ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən ölkəmizin suverenliyi tanınaraq işğal altında olan torpaqlardan erməni qoşunlarının çıxarılması barədə 1993-cü ildə 822, 853, 874 və *** saylı qətnamələr qəbul edilmişdir. ## ###### 2020ci il tarixli “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı”na əsasən Azərbaycan Respublikası işğal altında olan torpaqların azad edilməsinə və həmin ərazilərdə dövlət suverenliyinin bərpa edilməsinə nail olmuşdur. Əlavə olaraq, ## ###### 2018-ci il tarixli “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” ilə Xəzər dənizinin sahilində yerləşən dövlətlərin yəni Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistanın Xəzər dənizinə və onun resurslarına münasibətdə Xəzər dənizində suverenliklərini, suveren və müstəsna hüquqlarını, eləcə də yurisdiksiyalarını həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bildirilmişdir ki, dövlətlərin suverenliyinin təmin olunmasında sülhməramlı missiyaların əsas rolu münaqişə bölgələrində sülhün və təhlükəsizliyin təmin edilməsinə dəstək verməkdir. Sülhməramlılar münaqişə tərəflərinin hər ikisinin razılığı əsasında müvafiq bölgəyə yerləşdirilir. Əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə dəstək göstərilməsi sülhməramlı missiyanın başlıca vəzifəsi hesab olunur. Yuxarıda qeyd olunanlara əsasən, ## ###### 2020-ci il tarixli “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı”nın 3-cü maddəsinə uyğun olaraq, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilmişdir.” Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin ## ###### 2024-cü il tarixli, 3-25- */*-***/** nömrəli məktubunda göstərilmişdir ki, “... BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qərarın tətbiqi məqsədilə Azərbaycan Ordusunun Sülhməramlı kontingenti X12 tərkibində sülhməramlı əməliyyatlarda iştirak etmişdir.” 49. Azərbaycan Respublikası Milli Məclisinin Aparatı Sosial Qanunvericilik Şöbəsinin ## ######## 2023-cü il tarixli, *-*/**-*/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1994-cü il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na əsasən 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar, ## ###### 1988-ci il tarixdə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər, Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar, Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, X14 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Bildirilir ki, həmin qaydaların 1.2 6-cı bəndinin məzmununa görə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Çoxsaylı müraciətlərinin mövzusuna uyğun olaraq bildirilir ki, suverenlik anlayışı dövlətin öz xarici və daxili siyasətinin aparmasında müstəqil olduğunu ehtiva edir. Azərbaycan Respublikasının beynəlxalq hüquq çərçivəsində xarici dövlətlərin ərazisində müxtəlif əməliyyatlar (antiterror, sülhməramlı, xilasetmə və s.) aparması dövlətlərin ümumqəbulolunmuş suverenlik hüququndan irəli gələn müstəqil xarici siyasətinin aparmasıdır. Hesab edilir ki, Azərbaycan Respublikasının xarici dövlətlərin ərazisində dövlətlərin ümumqəbulolunmuş suverenlik hüququ əsasında xarici siyasətinin aparması uğrunda həyatlarını itirmiş şəxslər şəhid hesab edilirlər.” Göründüyü kimi, BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qərarının tətbiqi məqsədilə Azərbaycan Ordusunun Sülhməramlı kontingentinin X12 tərkibində sülhməramlı əməliyyatlarda iştirak etməsi onun xarici dövlətlərin ərazisində ümumqəbulolunmuş suverenlik hüququ əsasında xarici siyasət aparmasının nəticəsi olması ilə bağlı da hər hansı bir fikir ayrılığı mövcud deyildir. Hazırki iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iş üzrə etirazında həmçinin bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən daxil olmuş **** nömrəli məktubunda qeyd edilmişdir ki, Xaçmaz RHK tərəfindən 2007-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılmış X2 Seyidbala oğlu ## ###### 2007-ci il tarixdən N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, N ay hərbi hissədə xidmət etdikdən sonra Sülhməramlı əməliyyatlarda iştirak etmək üçün Sülhməramlı Qüvvələr bölüyünün tərkibində İraq dövlətinə ezam olunmuş və bir ilə qədər İraq dövlətində xidmət etdikdən sonra döyüş postunda xidmət apararkən silahla ehtiyatsız davrandığına görə aldığı güllə yarasından həlak olmuşdur. Məhkəmə etirazın dəlili ilə razılaşmır. Ona görə ki, yalnız bir məktubda qeyd edilən silahla ehtiyatsız davrandığına görə aldığı güllə yarasından həlak olması halını təsdiq edən sübutu cavabdeh inzibati orqan məhkəməyə təqdim etməmişdir. Əlavə olaraq, iş materialında olan və məhkəmə sorğusu əsasında əldə edilmiş orqanlar tərəfindən təqdim edilmiş digər məktublarda bu hala toxunulmamış, X2 Seyidbala oğlunun Sülhməramlı əməliyyatlarda iştirakı zamanı döyüş postunda xidmət apararkən aldığı güllə yarasından həlak olması qeyd edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Hərbi Prokurorluğu Bakı Hərbi Prokurorluğunun məktubundan görünür ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissədə xidmət etmiş və Sülhməramlı qüvvələrin taboru tərkibində ezamiyyətdə olduğu İraq dövlətində aldığı güllə yarasından ## #### 2008-ci il tarixdə vəfat etməsi barədə Bakı Hərbi Prokurorluğunda məlumat yoxdur.. Eyni zamanda, nəzərə alınmalıdır ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının ## ### 1997-ci il tarixli, ***-IQ nömrəli Qanununun 4.1-ci bəndi (sığortaolunan 11.000 manat məbləğində sığorta edilir) əsasında “xxxx” ASC-nin Nazirliyə ünvanladığı # ###### 2022-ci il tarixli, **/** nömrəli məktubuna əlavə olunmuş rəsmi ödəniş siyahısına əsasən X3 vərəsəsinə (vərəsələrinə) ## ######## 2008-ci il tarixdə 11.000 manat məbləğində dövlət icbari şəxsi sığorta ödənişi verilmişdir. Bu hissədə məhkəmə Azərbaycan Respublikasının Ali Məhkəməsinin ## ######## 2023-cü il tarixli, *-*(***)-****/**** saylı qərarında qeyd edilmiş əsaslara görə araşdırma aparmışdır Habelə, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Xaçmaz rayonu, Qalağan İƏV-nin İlxıçı-Məmmədxanlı kənd məktəbinə şəhid Ağayev Rəfail Seyidbala oğlunun adı verilməsi qərara alınmışdır. Məhkəmə prosesində ifadələri dinlənilmiş şahidlər bildirmişdirlər ki, X2 Seyidbala oğlunun dəfni zamanı komandirlər, rütbəli şəxslər, hərbi komissarlığın nümayəndələri, rayon icra başçısı iştirak etmiş, prezidentin adından baş sağlığı verilmişdir. Bununla da, bütün yuxarıda qeyd edilən halları ümumi şəkildə təhlil edən məhkəmə belə nəticəyə gəlir ki, X2 Seyidbala oğlu Azərbaycan Respublikasının suverenliyi uğrunda həlak omuşdur. Bunun əksini təsdiq edən hər hansı bir sübut cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Yalnız bir məktubu (hansı ki, hər hansı bir sənədlə təsdiq olunmur) isə məhkəmə yetərli, əsaslı dəlil kimi qəbul edə bilmir. Belə olan halda isə Azərbaycan Respublikasının suverenliyi uğrunda həlak omuş şəxs “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəhid sayılır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən və qərar qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış, habelə qəbul etdiyi qərarda maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bütün bunlar da məhkəmə qərarın apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Belə ki, iddiaçı iddia ərizəsində bildirmişdir ki, Bakı şəhərində yerləşən N nömrəli hərbi hissənin sülhməramlı taborunun 1-ci sülhməramlı qüvvələr bölüyünün 3-cü tağım -cü manqasının atıcı-qumbaraatan köməkçisi əsgər Ağayev Rəfail Seyidbala oğlu sülhməramlı qüvvələrin taboru tərkibində ezamiyyətdə olduğu İraq Dövlətində sülhməramlı əməliyyatlarda iştirakı zamanı aldığı güllə yarasından ##.##.2008-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1994-cü il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları “nın 1.2-ci bəndinə əsasən aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. ## ###### 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak.olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlərdövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və informasiya Təhlükəsizliyi Dövlət Xidmətində, X14 Döviət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Qeyd olunan qərarda şəhid statusu verilən şəxslərin dairəsi tam müəyyən edilmişdir. Şəxsin Qanunvericiliklə nəzərdə tutulmuş kateqoriyaya uyğun gəlməməsi səbəbindən tərəflərindən imtina verilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişiklik edilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanunu: Maddə 1.Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə 2. Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1994-cü il tarixli, ** nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları" 1.1-ci bəndinə görə Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. ## ###### 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, X14 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il ## ######## tarixli *** nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin ** saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu R və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, X14 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. 4.2. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı övladının adına şəhid statusuna dair arayışın verilməsinə nail olmağa yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan şəxsin ölkə xaricində xidmət apararkən aldığı güllə yarasından həlak olması və hadisənin ehtiyatsızlıdan olması halına istinad edərək, müraciətdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı ilk növbədə onu qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin halları ətarflı araşdırılaraq, işin hallarına dair qanunvericiliyin tələbləri baxımındən ətraflı hüquqi dəyərləndirmə aparılmış, kollegiya həmin dəyərləndirmə ilə razıdır. Bundan əlavə, kollegiya qeyd edir ki, iş materialları əsasında mərhum şəxsin (iddiaçının övladının) 2007-ci ildə həqiqi hərbi xidmətə çağırıldığı, sonradan xidmətini davam etdirmək və Sülhməramlı əməliyyatlarda iştirak etmək məqsədilə İraq Respublikasına ezam olunduğu, 1 ilə qədər xidmət etdikdən sonra ##.##.2008-ci ildə döyüş postunda xidmət apararkən aldığı güllə yarasından həlak olduğu müəyyən edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq icra hakimiyyəti orqanının ##.##.2008-ci il tarixli sərəncamı ilə Xaçmaz rayonu İlxıçı-Məmmədxanlı kənd orta məktəbinə onun adı verilmişdir, hazırda da həmin məktəb mərhum şəxsin adını daşıyır. Kollegiya hesab edir ki, indiki halda iddianın əsaslılığı baxımından mərhum şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyünün qorunması səbəb əlaqəsi ilə vəfat edibetməməsi halının aydınlaşdırılması zəruridir. Bununla bağlı kollegiya qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının məzmununa əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmçinin, həmin qanunvericilik normasında şəhid hesab edilmənin əsasları konkret, dəqiq və imperativ norma şəklində ehtiva edilmiş, normanın dispozitiv şərtində şəhid statusunun verilməsi üçün əsasın mövcudluğu şəxsin ölüm hadisəsinin baş verməsi ilə yanaşı, onun səbəb əlaqəsi ilə bağlı hallarla şərtləndirilmiş və həmin hallar normanın məzmununda (Qaydaların 1.2-ci bəndində) imperativ şəkildə ifadə edilmişdir. İndiki halda mərhum şəxs məhz xarici ölkədə Azərbaycan Respublikasının hərbi qulluqçusu kimi Sülhməramlı əməliyyatlarda iştirak etmək məqsədilə xidmətdə olmuş, məhz həmin məqsədin icrası çərçivəsində döyüş postunda aldığı güllə yarasından həlak olmuşdur (bu hallar işin mübahisəsiz halıdır). Bu baxımından kollegiya hesab edir ki, qanunvericilik normasında ehtiva edilən əsaslardan məhz müvafiq Qaydaların 1.2.6-ci bəndində ehtiva edilən əsas iddia tələbinin qanuni əsası qismində çıxış etdiyindən, iddianın əsaslılığı məhz həmin normanın dispozitiv şərti əsasında hüquqi dəyərləndirmə aparılmaqla müəyyən edilə bilər. İstinad edilən Qaydaların 1.2.6-cı bəndində əks olunmuş normanın dispozitiv şərtində şəhid hesab edilmənin əsası kimi “Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə”..... həlak olmuş və ya məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər” qeyd edilmişdir. Göründüyü kimi həmin normanın dispoztiv şərtində həlak olmuş şəxsin və ya ölmüş şəxsin şəhid hesab edilməsi üçün ölümün səbəbli əlaqəsi kimi “Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə” əks olunmuşdur. Kollegiya hesab edir ki, mərhum şəxs məhz hərbi xidmət vəzifəsinin icrası ilə bağlı xarici ölkəyə ezam olanaraq, xarici ölkə ərazisində hərbi xidmət vəzifələrinin icrasını həyata keçirdiyindən, nəticə etibarilə onun xarici ölkədə olması hərbi xidmət vəzifəsinin (dövlətin qarşısında duran vəzifələrin) icrası ilə bağlı ortaya çıxmışdır, hansı ki həmin hal özlüyündə bu istiqamətdə aparılmış dövlətin xarici siyasətinin tərkib hissəsi kimi mövcud olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin faktiki halları özlüyündə mərhum şəxsin xarici ölkədə sülhmərmalı əməliyyatlarda iştirak edərkən döyüş postunda aldığı güllə yarasından həlak olması halının məhz “Azərbaycan Respublikasının suverenliyinin qorunması ilə bağlı hadisələrdə həlak olması” kimi dəyərləndirməyə imkan verir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərin məzmunundan görünür ki, “Suverenlik” anlayışı ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsi kimi dövlətin siyasi və hüquqi xüsusiyyəti olub, onun öz daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə dövlətin konstitusiyası və qanunları, beynəlxalq hüququn hamılıqla tanınmış müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququndan ibarətdir. Dövlətin suverenliyi onun zəruri əlamətlərindən biri olmaqla, dövlətin öz funksiyalarını hər hansı digər hakimiyyətdən müstəqil və sərbəst olaraq, həm öz ərazisi daxilində, həm də digər dövlətlərlə münaisbətlərdə həyata keçirməsidir. Suverenliyin daxili və xarici tərəfləri vardır ki, daxili tərəfi dövlətin öz ərazisinə və təbii sərvətlərinə müstəsna hüququn olmasında və onun qanunlarının yurisdiksiyasında olan bütün fiziki və hüquqi şəxslərə şamil olunmasında təzahür edir. Suverenliyin xarici tərəfi isə dövlətin digər dövlətlərlə əməkdaşlıq etməsində,beynəlxalq təşkilatlarlın və müşavirələrin işində iştirak etməsində,beynəlxalq hüquq normalaının yaradılması və tətbiqində iştirak etməsində və bu kimi hüquqlara malik olmasında təzahür edir. Dövlətin suverenliyinin təmin olunmasında sülhmərmalı missiyaların əsas rolu münaqişə bölgələrində sülhün və təhlükəsizliyin təmin edilməsinə dəstək verməkdir. Başaq sözlə desək, sülhməramlı missiya sülhə təhlükə, sülhün pozulması hallarının qarşısının alınması məqsədilə BMT çərçivəsində, o cümlədən NATO kimi digər hərbi-siyasi təşkilatlar çərçivəsində davamlı sülhün təmin olunduğu şəraiti yaratmaq məqsədi daşıyan fəaliyyətdən ibarətdir.Azərbaycan Respublikası beynəlxalq hüququn müstəqil subyekti kimi BMT-nin Nizamnaməsində və digər beynəlxaql hüquqi sənədlərdə təsbit olunan prinsiplərə və normalara əsaslanmaqla sülhməramlı missiyalarda iştirak etmək hüququna malikdir.” Həmçinin,“Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” Azərbaycan Respublikası Qanununda qeyd edilmişdir ki, “bu Qanun lokal və regional münaqişələrin qarşısının alınması, nizamlanması və həll edilməsi ilə bağlı aparılan sülhməramlı əməliyyatlarda Azərbaycan Respublikasının iştirakının əsaslarını, formalarını və qaydasını müəyyən edir.Bu Qanunda sülhməramlı əməliyyatlarda iştirak dünya birliyi, beynəlxalq təşkilatlar, dövlətlərin koalisiyaları, ayrı-ayrı dövlətlər, dövlət orqanları və qeyri-hökumət təşkilatları tərəfindən lokal və regional münaqişələrin qarşısının alınması, həll olunması, nizamlanması və nəticələrinin aradan qaldırılması sahəsində həyata keçirilən kompleks fəaliyyətin tərkib hissəsi kimi müəyyən edilir....Azərbaycan Respublikası sülhməramlı əməliyyatlarda iştirakının məqsədəuyğunluğunu, miqyasını və dərəcəsini müstəqil surətdə müəyyən edir. Qanunun 3.0-cü maddəsinə əsasən bu Qanunda istifadə edilən əsas anlayışların mənası aşağıdakı kimidir:3.0.1. sülhməramlı əməliyyatlar — dövlətlərin və beynəlxalq təşkilatların, o cümlədən hərbi və mülki heyətin iştirakı ilə, BMT-nin Nizamnaməsinə, beynəlxalq regional təşkilatların qərarlarına uyğun olaraq, yaxud beynəlxalq regional təşkilatlar və ya müqavilələr çərçivəsində, yaxud ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələr əsasında lokal və regional münaqişələrin qarşısının alınması və ya onların dayandırılması və nizamlanması məqsədi ilə həmin münaqişələrə müdaxilə üzrə sistemləşdirilmiş mütəşəkkil fəaliyyətidir. Sülhməramlı əməliyyatlar sülhün qorunması, sülhün (məcburi surətdə) bərqərar edilməsi və münaqişədən sonra sülhün bərpası (sülh quruculuğu) üzrə əməliyyatları əhatə edir; 3.0.2. sülhün qorunması üzrə əməliyyatlar — BMT Nizamnaməsinin VI fəslinin müddəalarına əsasən münaqişə edən tərəflərin razılığı ilə, beynəlxalq xarakter daşımayan silahlı münaqişə baş verdikdə isə ərazisində münaqişə gedən dövlətin qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada aparılan sülhməramlı əməliyyatlardır. Bu əməliyyatlar BMT-nin və ya beynəlxalq regional təşkilatların mandatına əsasən, yaxud beynəlxalq regional təşkilatlar və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində, yaxud ərazisində münaqişə gedən dövlətlə Azərbaycan Respublikasının bağladığı ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələr əsasında həyata keçirilir. Sülhün qorunması üzrə əməliyyatlar, bir qayda olaraq atəşkəs, yaxud münaqişə edən tərəflər arasında zorakılıq hərəkətlərinin dayandırılması haqqında beynəlxalq müqavilə mövcud olduqda aparılır və artıq əldə olunmuş sülhün qorunmasına və möhkəmləndirilməsinə və ya gələcək münaqişələrin qarşısının alınmasına xidmət edir;3.0.3. sülhün bərqərar edilməsi üzrə əməliyyatlar — BMT Nizamnaməsinin VII fəslinin müddəalarına əsasən, bir qayda olaraq, məcburi hərəkət elementlərindən istifadə olunmaqla, hər hansı bir dövlətin təcavüzünün və ya beynəlxalq sülhə və təhlükəsizliyə qarşı təhdidedici hərəkətlərinin qarşısını almaq məqsədi ilə, yaxud münaqişə edən tərəflərin və ya ərazisində münaqişə gedən dövlətin müvafiq orqanlarının beynəlxalq birlik tərəfindən müdaxiləyə razılığı olmadan həyata keçirilən sülhməramlı əməliyyatlardır. Bu əməliyyatlar yalnız BMT Təhlükəsizlik Şurasının mandatı (qətnaməsi) əsasında aparılır və beynəlxalq regional təşkilatlar, dövlətlərin koalisiyaları və ya ayrı-ayrı dövlətlər BMT Təhlükəsizlik Şurasından bilavasitə səlahiyyət almadan həmin əməliyyatları müstəqil surətdə apara bilməzlər;3.0.4. münaqişədən sonra sülhün bərpası (sülh quruculuğu) üzrə əməliyyatlar — BMT Təhlükəsizlik Şurasının və ya beynəlxalq regional təşkilatların qərarları əsasında, yaxud beynəlxalq regional təşkilatlar və ya müqavilələr çərçivəsində, yaxud ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələrə əsasən aparılan humanitar və iqtisadi yardım göstərilməsi, seçki və referendumlara hazırlıq və onların keçirilməsi, siyasi və inzibati idarəetmə strukturlarının bərpası, hərbi əməliyyatların sabiq iştirakçılarının demilitarizasiyası və onlara bəraət verilməsi də daxil olmaqla, münaqişənin baş verdiyi regionda dinc həyatın bərpası üzrə əlaqələndirilmiş kompleks tədbirlərin görülməsinə yönəlmiş sülhməramlı əməliyyatlardır;3.0.5. Birləşmiş Millətlər Təşkilatının sülhməramlı əməliyyatları — əməliyyat aparmaq səlahiyyətlərinin BMT tərəfindən bilavasitə verilməsi şərti ilə istər BMT-nin rəhbərliyi və nəzarəti altında çoxtərəfli kontingentlər, istərsə də dövlətlərin koalisiya qüvvələri tərəfindən BMT Təhlükəsizlik Şurasının mandatı (qətnaməsi) əsasında aparılan sülhün qorunması və ya sülhün bərqərar edilməsi üzrə əməliyyatlardır;3.0.6. beynəlxalq regional təşkilatların sülhməramlı əməliyyatları — BMT tərəfindən səlahiyyətləri BMT Nizamnaməsinin VIII fəslinin müddəalarına uyğun hesab edilmiş beynəlxalq regional təşkilatın qərarı ilə aparılan sülhün qorunması üzrə əməliyyatlardır;3.0.7. lokal sülhməramlı əməliyyatlar — BMT və ya beynəlxalq regional təşkilatın mandatı olmadan dövlətlərin ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələri əsasında aparılan sülhün qorunması üzrə əməliyyatlardır.” Göründüyü kimi, Azərbaycan Ordusunun Sülhməramlı Qüvvələr kimi sülhməramlı əməliyyatlarda iştirak etməsi dövlətin həyata keçirdiyi xarici siyasətinin tərkib hissəsi kimi çıxış edir, hansı ki bu istiqamətdə müvafiq tədbirlərin icrası məhz dövlətin maraqlarının və suverenliyinin qorunmasına yönəlməklə, ölkə ərazisinin hüdudları ilə məhdudlaşmamaqla, ölkə xaricində də bu məqsədlə müvafiq tədbirlər həyata keçirilməsini özündə ehtiva edir. Belə ki, dövlətin sülhmərmalı əməliyyatlarda iştirak etməkdə əsas məqsədi dövlətin maraqların naminə lokal və ya regional səviyyədə sülhün qorunması, sülhə təhlükə yarada biləcək halların qarşısının alınması, təhlükəsizliyin təmin edilməsinə nail olmaqdır və bu məqsədə nail olmaq üçün görülmüş tədbirlərin əsas mahiyyəti məhz dövlətin maraqlarının qorunmasına xidmət edir. Nəticə etibarilə dövlət beynəlxalq hüququn subyekti kimi ümumqəbul olunmuş beynəlxalq hüququn norma və prinsipləri əsasında xarici ölkə ərazisində dövlətin maraqların naminə xarici siyasətin tərkib hissəsi kimi müvafiq tədbirlər həyata keçirmək hüququna malik olduğundan, həmin hüququndan istifadə edilməsi çərçivəsində hər hansı tədbirin icrası məhz dövlətin suverenliyinin qorunmasına yönəlməklə, dövlətin maraqlarının qorunmasına xidmət edir. Başqa sözlə desək, dövlətin xarici siyasətinin həyata keçirilməsi ilə bağlı görülmüş tədbirlər dövlətin suverenliyinin qorunmasına xidmət etdiyindən, habelə dövlətin müstəqil xarici siyasət aparmaq hüququ mahiyyət etibarilə “dövlətin suverenlik hüququnun” tərkib hissəsini təşkil edən elementlərdən biri kimi çıxış etdiyindən, həmin hüquuqn realizə edilməsi özlüyündə “suverenlik” məfhumunun təsiri altına düşür. Belə olan halda, kollegiya hesab edir ki, xarici ölkəyə sülhməmalı əməliyyatlarda iştirak etmək məqsədilə ezam olunmuş, həmin əməliyyatlar çərçivəsində hərbi xidmət vəzifəsinin icrası zamanı şəxsin həlak olması halı məhz “dövlətin suverenliyinin qorunması ilə bağlı hadisələrdə həlak olma” kimi dəyərələndirilməlidir. Həmçinin, qeyd edilməlidir ki, beynəlxalq sülhməramlı əməliyyat zamanı həlak olmuş şəxslərə şəhid statusunun verilməsi ilə bağlı xarici ölkələrin (ABŞ, Fransa Respublikası, Almaniya Federativ Respublikası və s.) təcrübəsi də mövcuddur. Belə ki, ABŞ ordusu beynəlxalq komandanlıqlar altında (BMT/NATO/Aİ) və ya ənənəvi olmayan müharibə şəraitində iştirak etdikdə, ABŞ federal qanunları (məsələn, 10 U.S. Code § 1475, Veteranların Asılılıq və İndemnifikasiya Ödənişi qaydaları və Hərbi Xidmətçilərin Qrup Həyat Sığortası müddəaları) təmin edir ki: “Hərbçi xidmətdə ikən vəfat etmiş kimi hüquqi şəkildə tanınsın. ölümü faktlara əsasən döyüşlə əlaqəli döyüşdə həlak olmuş ("Killed in Action") və yaralanmadan vəfat etmiş (“Died of Wounds”) kimi təsnif edilir. Ölümündən sonra şəhid statusunu təsdiqləyən fəxri “Al-qırmızı ürək” (Purple Heart) titulu (medalı) verilir”. Fransa Respublikasında fransız əsgəri beynəlxalq sülhməramlı əməliyyat zamanı (məsələn, BMT, NATO və ya Aİ çərçivəsindəki OPEX əməliyyatlarında) həlak olarsa, hətta bu əməliyyat ənənəvi müharibə olmasa belə, ona şəhid statusunu təsdiqləyən "Fransa uğrunda həlak olub" qeydi verilir (Qanunvericilik : Hərbi Əlillik və Müharibə Qurbanları üçün Pensiya Məcəlləsinin L511-1-ci Maddəsi- “Fransa uğrunda həlak olub” (“Mort pour la France”) qeydi, aşağıda göstərilən hallarda vəfat etmiş şəxsin ölüm haqqında şəhadətnaməsinə, son abzasda göstərilən səlahiyyətli orqanın müsbət rəyi əsasında yazılır:1° Hərbi qulluqçunun: a) Düşmən tərəfindən öldürülməsi və ya döyüş yaralarından vəfat etməsi;b) Müharibə dövründə xidməti vəzifə yerinə yetirərkən yoluxduğu xəstəlik nəticəsində vəfat etməsi;c) Müharibə dövründə xidmət zamanı və ya xidmətlə əlaqədar baş vermiş qəza nəticəsində vəfat etməsi;d) Hərbi əsir olduğu halda, düşmən tərəfindən edam edilməsi və ya əsirlikdə aldığı xəsarətlər, pis rəftar, yoluxduğu və ya ağırlaşmış xəstəliklər, yaxud baş vermiş qəza nəticəsində vəfat etməsi;...11° Xarici ölkələrdə aparılan hərbi əməliyyata cəlb olunmuş hərbi qulluqçu və ya mülki şəxsin, yuxarıda 1-ci bənddə göstərilən hallarda vəfat etməsi). Almaniya Feredativ Respublikasında şəhid üçün “Almaniya üçün həlak olmuş” ifadəsi (“Gefallen für Deutschland”) geniş istifadə olunur, amma şəhid statusunu göstərən xüsusi hüquqi termin yoxdur. Döyüşdə həlak olmuş və ya xidmətdən qaynaqlanan xəsarət və xəstəliklər səbəbindən vəfat etmiş hərbçilər tam hərbi ehtiramla yad olunur və ailələrinə Federal Sosial Təminat Qanunu əsasında pensiya və kompensasiya verilir.Almaniya Silahlı Qüvvələri beynəlxalq missiyalarda əsasən NATO, BMT və ya Avropa İttifaqı mandatı altında iştirak edir. Bu beynəlxalq missiyalar zamanı həyatını itirənlər xidmət zamanı həlak olmuş kimi rəsmi tanınırlar (Hərbçi Qanunu və Federal Sosial Təminat Qanunu hərbçilərin statusu və müavinətləri ilə bağlı tənzimləyici əsas sənədlərdir). İndiki halda da mərhum şəxsin xarici ölkədə sülhməramlı əməliyyatlarda iştirak etməsi ilə bağlı xidməti vəzifələrinin icrası dövlətin bu sahədə apardığı xarici siyasətin tərkib hissəsi kimi ortaya çıxdığından, bu hal isə Azərbaycan Respublikasının suverenliyinin müdafiəsi məsələsini özündə ehtiva etdiyindən, həmin məqsədin həyata keçirilməsi nəticəsində şəxsin həlak olması halı da məhz Azərbaycan Respublikasının suverenliyinin müdafiəsi səbəb əlaqəsi ilə həlak olma kimi çıxış edir. Bu baxımından kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən mərhum şəxsə münasibətdə normanın məzmununa hərfi mənada yanaşmaqla (Azərbaycan Respublikasının suverenliyi anlayışının ölkə ərazisinin hüdudları ilə məhdudlaşdıraraq, xarici ölkə ərazisinin hüdudlarını ehtiva etmədiyini bildirir), mərhum şəxsin həlak olmasının səbəb əlaqəsinə və işin faktiki hallarına əhəmiyyət verməmiş,bununla da mərhum şəxsə münasibətdə formal yanaşma tətbiq etmişdir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, cavabdeh inzibati orqan hadisənin silahla ehtiyatsız davranması nəticəsində baş verdiyini bildirsə də, həmin hala dair heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Bununla bağlı cavabdeh inzibati orqan sübut qismində müvafiq hərbi hissənin təqdim etdiyi oktyabr 2010-cu il tarixli arayışının məzmununda “silahla ehtiyatsız davrandığına görə” aparılmış qeydə istinad etmişdir. Kollegiya cavabdehin istinad etdiyi həmin hallarla bağlı qeyd edir ki, müvafiq hərbi hissə tərəfindən 2025-ci il tarixdə verilmiş məktubun məzmununda 2010-cu il tarixli arayışda istinad edilən “silahla ehtiyatsız davrandığına görə” aparılmış qeydə aydınlıq gətirərək, həmin qeydin hansı hüquqi sənədlər əsasında aparıldığının müəyyən edilmədiyini, bu barədə sənədlərin mövcud olmadığını bildirmişdir. Bundan əlavə, həlak olmuş şəxslə bağlı mövcud olan bütün digər sənədlərin (əmrlər, arayış və s.) məzmununda “silahla ehtiyatsız davrandığına görə” qeydi aparılmamış, onun döyüş postunda güllə yarasından həlak olduğu barədə qeyd aparılmışdır. İndiki halda isə cavabdeh tərəfindən həmin sənədlərin məzmununu təkzib edən heç bir sübut təqdim edilməmiş, habelə istinad etdiyi arayışın məzmunundakı qeydin əsaslılığı müəyyən edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, cavabdeh inzibati orqan hadisənin “silahla ehtiyatsız davrandığına” görə baş verməsi halına istinad etməkdə haqlı olmamışdır. Həmçinin, kollegiya onu qeyd edir ki, iddiaçıya övladının hərbi qulluqçu kimi həlak olması ilə əlaqədar olaraq, 11000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən sığortaolunan on bir min manat məbləğində sığorta edilir, 5-ci maddəsinin məzmununda isə hansı hadisələrin sığorta hadisəsi kimi çıxış etməsi və ödənilməli olan sığorta ödənişinin məbləği dəqiq və birmənalı şəkildə ehtiva edilmişdir. Həmin normanın dispoztiv şərtində sığorta ödənişinin 4.1-ci maddədə ehtiva edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilməsi qeyd edilmişdir. İndiki halda isə iddiaçının övladının həlak olması ilə bağlı məhz a) bəndində əks olunmuş “sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə...” əsası ilə sığorta məbləğinin 100 faizi həcmində (11000 manat məbləğində) sığorta ödənişi həyata keçirilmişdir. Nəticə etibarilə işin müəyyən edilmiş həmin halları da (hərbi xidmətdə olarkən həlak olması səbəbindən sığorta ödənişinin ödənilməsi) özlüyündə iddianın əsaslılığını müəyyən etməyə imkan verən dolayı sübut qismində çıxış etmişdir. Bundan əlavə, kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, indiki halda mərhum şəxsin adının əbədiləşdirilməsi məqsədilə müvafiq kənd orta məktəb təhsil müəssisəsinə onun adı verilmiş, hazırda da həmin təhsil müəssisəsi mərhum şəxsin adını daşıyır. Nəticə etibarilə təhsil müəssisələrinə hərbi qulluqçu kimi həlak olan istənilən şəxslərin adlarının verilməsi mümkün olmadığından, məhz şəhid adının əbədiləşdirilməsi məqsədilə hərbi qulluqçu kimi həlak olmuş şəxslərin adlarının verilməsi mümkün olduğundan, bu hal da özlüyündə iddianın əsaslılığını müəyyən etməyə imkan verən hal kimi dəyərləndirilməlidir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında mərhum şəxsin Azərbaycan Respublikasının suverenliyinin müdafəsi ilə əlaqədar baş vermiş hadisədə həlak olduğundan, bu hal isə yuxarıda istinad edilən Qanunun 1-ci maddəsinin və Qaydaların 1.2.6-cı bəndinin dispoztv şərltəri ilə uzlaşdığından, iddianın əsaslılığ müəyyən edilməklə, iddiaçı belə bir tələb irli sürməkdə haqlı olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddianın əsaslılığı müəyyən edildiyindən və şikayətin dəlilləri təkzib edildiyindən, cavabdehin şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-430/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-430/2025
26.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver