Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-431/2022 07.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçıların qəyyumu İddiaçı4 Məcid oğlunun, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “İddiaçı4 qəyyumu olduğu şəxslər - İddiaçı1, İddiaçı3 və İddiaçı2 məxsus olan və Siyəzən rayonu, Dağ Quşçu kəndi ərazisində yerləşən 31399 kv.m, 16000 kv.m, 51106 kv.m və 44701 kv.m torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilərək müəyyən edilməsinin cavabdehin bir vəzifə olaraq öhdəsinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2-1(118)-221/2022 nömrəli qərarından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə
1. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “İddiaçı4 qəyyumu olduğu şəxslər - İddiaçı1, İddiaçı3 və İddiaçı2 məxsus olan və Siyəzən rayonu Dağ Quşçu kəndi ərazisində yerləşən 31399 kv.m, 16000 kv.m, 51106 kv.m və 44701 kv.m torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilərək müəyyən edilməsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin bir vəzifə olaraq öhdəsinə qoyulması”na dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Məhkəmənin 17.03.2021-ci il tarixli, 2-1(118)-357/2021 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.
3. Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)-333/2021 saylı, 16.06.2021-ci il tarixli Qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-1(118)- 357/2021 saylı qərardadı ləğv edilmiş, iş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
4. İş Sumqayıt İnzibati Məhkəməsinin icraatında olarkən Siyəzən Rayon İcra Hakimiyyəti və Siyəzən rayon Dağ-Quşçu bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
5. Sumqayıt İnzibati Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2-1(118)-221/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı4 qəyyumu olduğu şəxslər - İddiaçı1, İddiaçı3 və İddiaçı2 məxsus olan və Siyəzən rayonu Dağ Quşçu kəndi ərazisində yerləşən 31399 kv.m, 16000 kv.m, 51106 kv.m və 44701 kv.m torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilərək müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır. (hakim İsmayıl Quliyev)
6. Qərardan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi apellyasiya şikayəti vermişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən apellyasiya şikayəti verən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X2 ərazi aidiyyəti üzrə qərardan apellyasiya şikayəti verdiklərini və apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların qəyyumu İddiaçı4 Məcid oğlu apellyasiya şikayətinin mümkün hesab edilməməsini xahiş etdi.
9. Məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 27. İnzibati məhkəmə icraatının iştirakçıları
27.0. Aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: 27.0.1. iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi); 27.0.2. cavabdeh; 27.0.3. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər.
Maddə 81. Apellyasiya şikayəti vermək hüququ
81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
Maddə 86. Şikayət daxil olduqdan sonra birinci instansiya məhkəməsinin hərəkətləri
86.1. Şikayət daxil olduqdan sonra inzibati məhkəmə şikayətlə bağlı aşağıdakı formal tələblərə apellyasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: 86.1.1. şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmasını; 86.1.2. apellyasiya şikayəti verən şəxsin adının, soyadının, atasının adının və ünvanının göstərilməsini; 86.1.3. barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini; 86.1.5. şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin göstərilməsini; 86.1.6. şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını. 86.2. Bu Məcəllənin 86.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə apellyasiya şikayəti verən şəxsə yardım etməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti mümkün sayılmamalıdır.
12. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən məhkəmə qərarlarından yalnız işdə iştirak edən tərəflər və məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər şikayət vermək hüququna malik olmaqla onu mübahisələndirə bilərlər.
13. Hazırki halda isə iş üzrə şikayət vermiş şəxs - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi nə iş üzrə tərəf olmuş, nə də məhkəmə tərəfindən üçüncü şəxs qismində cəlb edilmişdir.
14. İnzibati Prosessual Məcəllədə qanuni qüvvəyə minmiş məhkəmə qərarından işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayət vermək hüququ nəzərdə tutulmamışdır.
15. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə mindikdən sonra qəbul edilmiş qərarın onun maraqlarına toxunduğunu güman edən şəxsin icraata qoşulması birinci instansiya məhkəməsinə ərizə verməklə üçüncü şəxs qismində icraata cəlb edilmə qaydasında həll olunmalıdır.
16. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə icraatının iştirakçısı olmayan və icraata cəlb olunmayan şəxs tərəfindən şikayət verilməsi qanunvericilikdə nəzərdə tutulmadığından, verilmiş şikayət mümkün sayılmamalı və bununla da аpellyasiya şikayətinin qəbulundan imtina edilməlidir.
17. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq,
qərara aldı:
Sumqayıt İnzibati Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2-1(118)-221/2022 nömrəli qərarından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 1