Məhkəmə qərarları › İş №2-1(105)-432/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-432/2021

23.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-432/2021 23.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə açar sözlər: müharibə veteranı vəsiqəsinin verilməsi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2-N(NN8)-726/2020 saylı qərarından cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: N. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.N975-ci ildə Xaçmaz şəhərində anadan olmuş və 03.0N.N993-cu tarixdə hərbi xidmətə çağırılmış və N saylı hərbi hissənin tərkibində bir sıra qaynar döyüş əməliyyatlarında, o cümlədən N7.04.N994-cü ildən N2.02.N995-ci il tarixinə kimi döyüş əməliyyatlarında iştrak etmiş və 05.NN.N997-ci il tarixində qanuni əsaslarla tərxis olunmuşdur. Müharibə veteranı adı və vəsiqəsini almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də 28.09.20N9-cu il tarixli imtina məktubu ilə ona bildirilmişdir ki, Müdafiə Nazirliyi arxiv sənədlərində N7.04.N994-cü ildən N2.02.N995-ci il tarixinə kimi N saylı hərbi hissədə may-iyun N994-cü il tarixdə pul təminatı cədvəlində pul təminatı ilə təmin olunmağı barədə məlumat olmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab etməmişdir. Bildirmək istəyir ki, müharibədə iştrakı, düşmənlə üz-üzə müxtəlif döyüş əməliyyatlarında iştrakı danılmaz faktdır və haqqı olan müharibə veteranı adını hələ də ala bilməmişdir. Cavabdeh təqdim etdiyi sənədlərə istinad etməklə onun müraciətini müsbət həll etməli idi. Hesab edir ki, cavabdehin bu hərəkətləri qanunsuz hesab edilməli və müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulmalıdır.

Cavabdehin etirazları:

3. Cavabdehin iddiaya etirazında qeyd edilir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №-li Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı (sonrakı əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin N-ci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - (müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin dördüncü bəndinin birinci abzasında qeyd edilir ki, Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünmüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqalədə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqlara müvafiq komissiyaların rəyinə əsasən verilir. Əsasnamənin mətnindən aydın olur ki, Müdafiə Nazirliyi döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara müharibə veteranı adı verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı (sonrakı əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş Əsasnamənin müddəalarına görə Müdafiə Nazirliyinin onunla xidməti münasibətdə olmuş o kateqoriya şəxslərə müharibə veteranı adı və vəsiqəsi vermə öhdəliyi yaranmışdır ki, həmin şəxslər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçısı olmaqla yanaşı cəlb olunduqları hərbi xidmətdən əvvəllər ehtiyata və istefaya buraxılmış olsunlar. İddiaçının N7.04.N994-cü ildən N2 may N994-cu ilə kimi N saylı hərbi hissədə döyüş əməliyyatlarında iştrak etməsinə sübutlar toplanmaqla, araşdırılmaqla və tədqiq olunmaqla baxıla bilər. İş materiallarına əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, İddiaçı Mudafiə Nazirinin 29.N2.N994-cü il tarixli əmrinə əsasən N saylı hərbi hissə komandirinin N5 fevral N995-ci il tarixli 27 nömrəli əmri ilə şəxsi heyyətin siyahısından çıxarılmışdır. Mudafiə Nazirinin qeyd olunan qərarı hərbi hissəni özbaşına tərk edən şəxslərə aid edilir. Bu isə İddiaçı müharibə veteranı statusunun verilməsinə yol vermir. Qeyd edilənlərə əsasən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmasını, qanuni və əsaslı qərar qəbul edilməsini xahiş edirlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsindəki icraat

4. Sumqayıt İnzibati Məhkəməsinin 26 avqust 2020-ci il tarixli 2-N(NN8)-726/2020 saylı qərarı (hakim C.B.Məmmədov) ilə iddia təmin edilərək İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.

5. Qərardan narazı qalan cavabdehin səlahiyyətli nümayəndəsi apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 26 avqust 2020-ci il tarixli 2-N(NN8)-726/2020 saylı qərarının ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər F.Ə.Məmmədov - sədrlik edən və məruzəçi, Z.İ.Məmmədov və H.Ç.Babayeva, 2-N(N05)- 70/202N saylı iş) 22 fevral 202N-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək Sumqayıt İnzibati Məhkəməsinin 2-N(NN8)-726/2020 saylı, 26 avqust 2020-ci il tarixli qərarı ləğv edilərək iş üzrə yeni qərarın qəbul edilməsi və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

7. Qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2(N05)-70/202N saylı 22 fevral 202N-ci il tarixli qərarının ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Z.Quliyev - sədrlik edən və məruzəçi, R.Nəbizadə və İ.Şəfiyev, 2-N(N02)-906/202N saylı iş) N9 may 202N-ci il tarixli qərarı ilə iddiaçının kasasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.202N-ci il tarixli, 2- N(N05)-70/202N nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi, kasasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apelyasiya şikayətinin dəlilləri:

9. Cavabdehin səlahiyyətli nümayəndəsi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ərizəsində N7.04.N994-cü ildən N2.02.N995-ci il tarixinə kimi N saylı hərbi hissədə döyüş əməliyyatlarında iştirak etdiyini göstərsə də, atəşkəs barədə razılıq olduğundan N994-cü il N2 may tarixindən sonra döyüş əməliyyatları aparılmamışdır. Əsasnaməyə əsasən N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilə bilər. İddiaçı N994-cü il N2 may tarixindən sonra döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almasını göstərmir. İddiaçının N7.04.N994-cü ildən N2 may N994-cü ilə kimi N saylı hərbi hissədə döyüş əməliyyatlarında iştirak etməsinə sübutlar toplanmaqla, araşdırılmaqla və tədqiq olunmaqla baxıla bilər. İddia ərizəsində göstərilir ki, Müdafiə Nazirliyinin müvafiq komissiyası arxiv sənədlərində N saylı hərbi hissədə may-iyun N994-cü il tarixdə pul təminatı cədvəlində pul təminatı ilə təmin olunmağı barədə məlumat olmadığına görə iddiaçıya müharibə veteranı adı verilməsini məqsədəuyğun hesab etməmişdir. Məhkəmə qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, məhkəmə iddianın təmin edilməsinin əsası kimi iddiaçının xidmət etdiyi N saylı və N saylı hərbi hissələrin döyüş əməliyyatlarında iştirak etməsini, onun hərbi xidmətini N və N saylı hərbi hissələrdə davam etdirməklə müdafiə nazirinin 26.09.N997-ci il tarixli əmrinə əsasən ordu sıralarından tərxis olunmasını göstərir. İddiaçının N2 yanvar N994-cü ildən N6 aprel N994-cü ilə kimi xidmət keçdiyi N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. İddiaçı döyüş əməliyyatları aparmış N90 nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına N7 aprel N994-cü ildə daxil edilmişdir. Deməli, iddiaçı ancaq N7 aprel N994-cü ildən N2 may N994cü ilədək, yəni atəşkəs elan olunan dövrədək döyüşlərdə iştirak etməsini iddia edə bilər. Çünki “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müharibə veteranı adının verilməsi nəzərdə tutulur. Şəxsi heyətin siyahısına daxil edilməsi heç də iddiaçının N90 nömrəli hərbi hissədə xidmət keçməsi və döyüşlərdə iştirak etməsi demək deyildir. İddiaçının N90 nömrəli hərbi hissənin may-iyun N994-cü il tarixdə pul təminatı cədvəlində pul təminatı ilə təmin olunmağı barədə məlumat yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin “Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasının katibinə ünvanladığı N4.06.20N9-cu il tarixli 9/2- 8NN0 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, sıravi İddiaçı N90 №-li hərbi hissə komandirinin N7 aprel N994-cü il tarixli N07 №-li əmrilə N9 aprel N994-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N90 №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında iddiaçının müdafiə nazirinin 29.N2.N994-cü il tarixli 4N6 №-li əmrinə əsasən komandirin N5.02.N995-ci il tarixli 27 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. İddiaçının xidmət yerini özbaşına tərk etməsinin başlanığıc anı məlum deyildir. “Azərbaycan Respublikası müdafiə nazirinin 29.N2.N994-cü il tarixli 4N6 №-li əmrindən çıxarışdan” görünür ki, həmin əmr Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradıldığı vaxtdan xidmət yerlərini özbaşına tərk etmiş hərbi qulluqçulara verilmiş geyim əşyalarının “Forma-İl” aktı üzrə silinməsi ilə əlaqədardır. Əmrdə göstərilir ki, aktlara onların (hərbi hissəsini özbaşına tərk etmiş hərbi qulluqçuların) hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə hərbi hissə komandirinin əmrinin surəti əlavə edilməlidir. Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin N4.06.20N9-cu il tarixli 9/2-8NN0 nömrəli məktubunda göstərilir ki, Ş.H.Q.M-dən gəlmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N2 fevral N995-ci il tarixli 43 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək 2-ci MAT-da atıcı vəzifəsinə təyin olunmuşdur. Ş.H.Q.M - XN Məntəqəsi idi və hərbi hissəni, xidmət yerini özbaşına tərk etmiş, xidmət yerinə qayıtmamış hərbi qulluqçuların yenidən hərbi xidmətə göndərilməsi məqsədi ilə yaradılırdı. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №-li Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №-li Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin müvafiq normalarının tələblərini nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, bunun nəticəsində isə prosessual normalar pozulmuşdur.

b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

N0. Apelyasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

NN. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin dəlillərini müdafiə etməklə şikayətdə qeyd edilənlərə əlavə olaraq qeyd etdi ki, iddiaçı N №-li hərbi hissədə xidmətə başlayıb, sonra N90 №-li hərbi hissəyə təhvil verilib, N №-li hərbi hissə döyüşlərdə iştirak etməyibdir. N90 №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabinda müdafiə nazirinin 29.N2.N994-cü il tarixli 4N6 №-li əmrinə əsasən komandirin N5.02.N995-ci il tarixli 27 №-li əmri ilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat var, lakin iddiaçının xidmət yerini özbaşına tərk etməsinin başlanğıc anı məlum deyildir. İddiaçı N90 №-li hərbi hissəyə getmə və çıxma əmri var, amma o X2 Məntəqəsindən N saylı hərbi hissəyə göndərildiyi üçün həmin əmrlər verilib. Ş.H.Q.M-dən gəlmiş sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N2.02.N995-ci il tarixli 43 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək 2-ci MAT-da atıcı vəzifəsinə təyin olunmuşdur. Ş.H.Q.M - XN məntəqəsi idi və hərbi hissəni xidmət yerini özbaşına tərk etmiş, xidmət yerinə qayıtmamış hərbi qulluqçuların yenidən hərbi xidmətə göndərilməsi məqsədi ilə yaradılırdı. Yəni, polis tərəfindən hərbi hissəni özbaşına buraxıb getdiyi üçün saxlanılan hərbi qulluqçular həmin məntəqələrə təhvil verilirdi və oradan da müvafiq hərbi hissələrə göndərilirdilər. Hesab edirlər ki, Sumqayıt İnzibati Məhkəməsinin 26.08.2020-ci il tarixli qərarı əsassız və qanunsuzdur. Odur ki, həmin qərarı ləğv edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edirlər. N2. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin dəlillərilə razı olmadığını bildirərək onu da göstərdi ki, 03.0N.N994-cü il tarixdə hərbi xidmətə çağırılmış və N saylı hərbı hıssədə təlim kecəndən sonra ordan Ağdama N saylı hərbı hissəyə aparılmış və hərbı hissə komandirinin əmri ilə N995-ci ilin fevral ayında o, N saylı hərbi hissəyə, oradan isə N saylı hərbı hissəyə köçürülmüşdür. N7.04.N994-cü ildən N2.02.N995-ci il tarixədək N90 sayli hərbi hissədə bir sıra qaynar döyüş əməliyyatlarında iştirak etmişdir. Cavabdehin nümayəndəsinin dediklərilə razı deyil, o, döyüşlərdə iştirak etmiş, hərbi hissəni özbaşına buraxıb getməmişdir. N997-ci ilin oktyabrında N №-li hərbi hissədən tərxis olunmuş və məhkumluğu olmamışdır. Cavabdeh inzibati orqan qeyd edir ki, o, bütün təminatlarla təmin edilmiş, halbuki ordudan tərxis olunanda hec bir təminat almamış və müharibə veteranı adı hələ də verilməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, apelyasiya şikayətınin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. N3. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil qeyd etdi ki, apelyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, ləğv edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, İddiaçı həqiqətən də Müdafiə nazirinin 29.N2.N994-cü il tarixli əmrinə əsasən N saylı hərbi hissə komandirinin N2 fevral N995-ci il tarixli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmış, lakin sonradan iddiaçı xoidmətini N və N saylı hərbi hissələrdə davam etdirməklə, müdafiə nazirinin 26.09.N997-ci il tarixli əmrinə əsasən ordu sıralarından tərxis olunub. Həmin dövrə İddiaçı xidmət etdiyi N saylı və N saylı hərbi hissələr döyüş əməliyatlarında iştrak etmişdirlər. Həmçinin iddiaçının hərbi hissəni özbaşına tərk etməsi ilə gətirilən arqumentə münasibətdə qeyd etmək istəyir ki, İddiaçı bu əməlinə görə cinayət təqibinə cəlb edilmədiyinə görə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin qeyd hissəsinin bu mübahisəyə tətbiq edilməsi düzgün deyil. Çünki “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş şəxslərə müharibə veteranı statusu verilə bilməz. Göründüyü kimi, İddiaçı döyüş əməliyyatlarında iştrak edən qanunun qeyd hissəsində göstərilən əməllərə görə məsuliyyətə cəlb edilməyib, əksinə xidmətini digər döyüşən hərbi hissədə davam etdirməklə müdafiə nazirinin 26.09.N997-ci il tarixli əmrinə əsasən ordu sıralarından tərxis olunub. Beləliklə, iddiaçının döyüşlərdə iştirak etməsi danılmaz faktdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. N4. Məhkəmənin növbəti iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. N5. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədbiq edilən hüquq

N6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N2.N-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. N7. Həmin Məcəllənin N2.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. N8. Həmin Məcəllənin N2.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. N9. Həmin Məcəllənin N4.N-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

20. Həmin Məcəllənin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 2N. Həmin Məcəllənin 58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

22. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

23. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

24. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

25. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

26. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.N-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə N0 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

27. Həmin Məcəllənin 90.N-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

28. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

29. Həmin Məcəllənin 94.N-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

30. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.N-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən N ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir. 3N. Azərbaycan Respublikasının “Veteranlar haqqında” Qanunu: Maddə 3. N-ci hissə, 3-cü abzas: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. N-ci hissə: Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 7. 3-cü hissə: Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

26. Azərbaycan Respublikasının Hərbi qulluqcuların statusu haqqında Qanununun 3cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

32. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” N0.06.N992-ci il tarixli Qanun: Maddə 24. Səfərbərlik elan olunarkən həqiqi hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, hərbi vəzifəlilər isə hərbi xidmətə çağırılır. Maddə 26. Səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə həyata keçirilir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.

34. Azərbaycan Respublikası müdafiə nazirinin N998-ci il 06 yanvar tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı”adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndinə əsasən “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərdən çıxarışın mütləq təqdim edilməsi müəyyən edilmişdir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hazırkı qərarın N6-25-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq, tərəflərin izahatlarındakı halları, Ali Məhkəmənin hazırkı iş üzrə qərarında qeyd edilən hüquqi mövqeyini əsas tutaraq, apelyasiya şikayətinin dəlillərilə əlaqəli şəkildə araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh təşkilatın iddia tələbinin təmin edilməməsinə dair gətirdiyi əsas arqument ondan ibarətdir ki, İddiaçı Mudafiə Nazirinin 29.N2.N994-cü il tarixli əmrinə əsasən N saylı hərbi hissə komandirinin N5 fevral N995-ci il tarixli 27 nömrəli əmri ilə şəxsi heyyətin siyahısından çıxarılmışdır. Mudafiə Nazirinin qeyd olunan qərarı hərbi hissəni özbaşına tərk edən şəxslərə aid edilir. Bu isə İddiaçı müharibə veteranı statusunun verilməsinə yol vermir. Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı həqiqətəndə Mudafiə Nazirinin 29.N2.N994-cü il tarixli əmrinə əsasən N saylı hərbi hissə komandirinin N5 fevral N995-ci il tarixli 27 nömrəli əmri ilə şəxsi heyyətin siyahısından çıxarılmış, lakin sonradan İddiaçı N və N saylı hərbi hissələrdə davam etdirməklə, Müdafiə Nazirinin 26.09.N997-ci il tarixli əmrinə əsasən ordu sıralarından tərxis olunub. Nəzərə alınmalıdır ki, həmin dövrə İddiaçı xidmət etdiyi N saylı və N saylı hərbi hissələr döyüş əməliyatlarında iştrak etmişdirlər. İddiaçı hərbi hissəni özbaşına tərk etməsi ilə gətirilən arqumentə münasibətdə hesab edilir ki, İddiaçı bu əməlinə görə cinayət təqibinə cəlb edilmədiyinə görə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin qeyd hissəsinin bu mübahisəyə tətbiq edilməsi düzgün deyil. Çünki “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş şəxslərə müharibə veteranı statusu verilə bilməz. Göründüyü kimi İddiaçı döyüş əməliyyatlarında iştrak edən zamanı yuxarıda qeyd olunan Qanunun qeyd hissəsində göstərilən əməllərə görə məsuliyyətə cəlb edilməyib, əksinə xidmətini digər döyüşən hərbi hissədə davam etdirməklə Müdafiə Nazirinin 26.09.N997-cı il tarixli əmrinə əsasən ordu sıralarında tərxis olunub. Beləliklə iddiaçının işdə olan sənədlərlə döyüş bölgəsində iştirakı öz təsdiqini tapmış və ona müharibə veteranı statusu verilməsini istisna edəcək hal müəyyən olunmamışdır. Belə olan halda cavabdeh inzibati orqanın iddiaçıya müharibə veteranı statusunun və vəsiqəsinin verilməsindən imtinası əsassız olmuşdur. Qeyd olunanlara əsasən İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

37. İşdə olan Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilən N4.06.20N9-cu il tarixli 9/2-8NN0 №-li arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin N2.0N.N994-cü il tarixli N0 №-li əmrilə (əsas: §N0, səh.N, sıra-N32) İddiaçı şəxsi heyətin sırasına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək “sıravi” hərbi rütbəsi verilməklə kursant vəzifəsinə təyin olunmuşdur. Xidmətini davam etdirmək üçün N90 №-li hərbi hissə komandirinin sərəncamına göndərildiyindən sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N6 aprel N994-cü il tarixli 93 №-li əmrilə (əsas: §8, səh.N5, sıra-NNN) N7 aprel N994-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, sıravi İddiaçı N90 №-li hərbi hissə komandirinin N7 aprel N994-cü il tarixli N07 №-li əmrilə (əsas: §5, səh.NN, sıra 2N3) N9 aprel N994-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N90 №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: əlifba kitabı: “NN.N0.N993-03.04.N999”. səh.7N, sıra N62) 3N.08.N975-ci il təvəllüdlü İddiaçı Xaçmaz RHK-dan çağırılması, N №-li hərbi hissədən gəlməsi, komandiri N7 aprel N994-cü il tarixli N07 №-li əmrilə şəxsi heyətin siyahısına daxil olunması və Müdafiə Nazirinin 29.N2.N994cü il tarixli müvafiq əmrinə əsasən komandirin N5.02.N995-ci il tarixli 27 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. XN Məntəqəsindən gəlmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N2 fevral N995-ci il tarixli 43 №-li əmrilə (əsas: §N, səh.NN6, sıra N08) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin 3N avqust N997-ci il tarixli 227 №-li əmrilə (əsas: §6, səh.N5, sıra N06) 5-ci MAT-un şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. Azərbaycan Respublikası müdafiə nazirinin 26.09.N997-ci il tarixli müvafiq əmrinə əsasən 5-ci MAT-un hərbi qulluqçusu, sıravi İddiaçı ehtiyata tərxis olunduğu üçün N №-li hərbi hissə komandirinin N noyabr N997-ci il tarixli 293 №-li əmrilə (əsas: §3, səh.8, sıra 5) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Xaçmaz RHK-na göndərilmişdir(i.v.6).

38. İşdə olan Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanin katibinin sorğusuna verilən 09.09.20N9-cu il tarixli 9/2-N276N №-li cavab məktubundan görünür ki, N90 №-li hərbi hissənin may-iyun N994-cü il tarixli əsgər heyətinə pul təminatının ödənilməsi cədvəllərində İddiaçı pul təminatı ilə təmin olunması barədə məlumat aşkar olunmamışdır(i.v.5).

39. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xaçmaz rayon şöbəsinin sorğuya cavab olaraq məhkəməyə göndərdiyi 3N.08.2020-ci il tarixli məktuba qoşma edilmiş xx.xx.N975-ci il təvəllüdlü İddiaçı uçot kartasından görünür ki, sonuncu 3N.07.N997-ci ildən 05.NN.N997-ci ilədək N saylı hərbi hissədə xidmət etdikdən sonra AR MN-nin 26.09.N997-ci il tarixli N60 saylı əmrilə ehtiyata buraxılmış və N0.NN.N997-ci ildə Xaçmaz rayon şöbəsində qeydiyyata götürülmüşdür(i.v.60-6N).

40. Məhkəmə kollegiyası hazırki qərarın 9-cu bəndində qeyd edilən cavabdeh nazirliyin apelyasiya şikayətinin dəlillərilə bağlı qeyd edir ki, həmin dəlillər əsassızdır ona görə ki, həmin dəlillərlə əsasən qanun normaları və direktiv sənədlər sadalanmış, eyni zamanda yalnız İddiaçı hərbi xidmətdən boyun qaçırmış şəxs olmaqla Ş.H.Q.M - XN Məntəqəsindən N №-li hərbi hissə komandirinin sərəncamına göndərilməsinə istinad edilmiş və bu hal onunla əsaslandırılmışdır ki, Ş.H.Q.M-ri - hərbi hissəni, xidmət yerini özbaşına tərk etmiş, xidmət yerinə qayıtmamış hərbi qulluqçuların yenidən hərbi xidmətə göndərilməsi məqsədi ilə yaradılırdı. Cavabdehin bu dəlili aşağıdakı əsaslara görə qəbul edilə bilməz. 4N. Belə ki, məhkəmə kollegiyasının İddiaçı hərbi xidmət üzrə qulluq etdiyi hərbi hissələrin yerləşdiyi ərazi üzrə Tərtər və Qarabağ hərbi prokurorluqlarına edilən sorğulara cavab olaraq Tərtər hərbi prokurorunun N7 iyun 202N-ci il tarixli 22HP3N45 saylı məktubu ilə müəyyən olunur ki, İddiaçı barəsində Tərtər hərbi prokurorluğunda heç bir təqsirləndirici material və cinayət işi olmamış, həmçinin Qarabağ hərbi prokurorunun 0N iyul 202N-ci il tarixli N8/3228 saylı məktubu ilə müəyyən olunur ki, İddiaçı barəsində Qarabağ hərbi prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. Eyni zamanda AR Daxili İşlər Nazirliyinin 05.07.202N-ci il tarixli 356- N326C-322N saylı arayışı ilə də müəyyən olunur ki, DİN-nin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx.xx.N975-ci il təvəllüdlü İddiaçı məhkumluğu barədə məlumat – Xaçmaz Rayon Məhkəməsinin N0.N2.20N5-ci il tarixli hökmü ilə AR CM-nin 263.N maddəsinə əsasən 0N il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə islah işləri cəzasına məhkum olmasından ibarətdir(i.v.N47, N53, N56).

42. Göründüyü kimi, cavabdehin istinad etdiyi yeganə hal hazırkı qərarın 37 və 38-ci bəndlərində istinad edilən arxiv arayışlarındakı qeydlərdən ibarətdir, lakin iddiaçının xidmət etdiyi hərbi hissələri özbaşına tərk etməsilə bağlı cavabdeh tərəfindən heç bir mötəbər sübut təqdim edilməmiş, əksinə hazırkı qərarın 4N-ci bəndində qeyd edilən rəsmi sənədlərdən müəyyən olunur ki, iddiaçı cavabdeh tərəfindən istinad edilən halla bağlı məsuliyyətə cəlb edilməmişdir.

43. Eyni zamanda Ali Məhkəmənin hazırkı iş üzrə qərarında – “AR MN-nin İşlər İdarəsi Mərkəzi Arxivinin N4.06.20N9-cu il tarixli məktubu və 09.09.20N9-cu il tarixli arayışa istinad edilməklə iddiaçının N7.04.N994-cü ildən N2.05.N994-cü ilədək olan müddət ərzində döyüş əməliyyatlarında iştirak etməməsi faktı kimi qəbul edilə bilməz, belə ki, həmin sənədlərdə iddiaçının döyüş əməliyyatlarında iştirak etməməsini təsdiq edən hər hansı bir konkret mötəbər məlumat öz əksini tapmamışdır, yəni başqa sözlə apelyasiya məhkəməsi həmin sənədlərlə kifayətlənməyərək sözügedən məsələni tam və hərtərəfli araşdırmayaraq iş üzrə yanlış nəticəyə gəlmişdir” qeyd edildiyindən məhkəmə kollegiyası tərəfindən edilən sorğulara cavab olaraq hazırkı qərarın 4N-ci bəndində istinad edilən hallarla bağlı məlumatlar alınmış, həmçinin MN-nin katibliyindən verilmiş 0N.NN.202N-ci il tarixli 4N3-930 saylı məktubla da təsdiq edilmişdir ki, N90 nömrəli hərbi hissə 06.08.N993- N2.05.N994-cü il tarixlərdə döyüş əməliyyatlarında iştirak etmişdir(i.v.N9N).

44. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 3N və 32-ci bəndlərində istinad edilən qanun normalarının tələbləri baxımından iddiaçının hərbi xidmət keçdiyi dövrlərdə xidmətə başlama və xidmətdən tərxis olunma anları işdəki sənədlərlə təsdiq edilir, eyni zamanda həmin müddətlər hazırkı qərarın 33-34-cü bəndlərində istinad edilən direktiv sənədlərin müəyyən etdiyi qaydalara uyğun olduğundan iddiaçının döyüş əməliyyatlarında iştirak etmiş N saylı hərbi hissədə qulluq etdiyi N7.04.N994-N2.05.N994-cü il tarixləri arxiv sənədlərilə təsdiq edilməklə, sonradan hərbi hissələri dəyişdirilməklə müdafiə nazirinin 26.09.N997-ci il tarixli müvafiq əmrinə əsasən 5-ci MAT-un hərbi qulluqçusu, sıravi İddiaçı ehtiyata tərxis olunduğu üçün N №-li hərbi hissə komandirinin N noyabr N997-ci il tarixli 293 №-li əmrilə (əsas: §3, səh.8, sıra 5) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Xaçmaz RHK-na göndərilmiş və İddiaçı N0.NN.N997-ci ildə Xaçmaz rayon şöbəsində qeydiyyata götürülmüşdür.

45. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab edərək qeyd edir ki, iddiçının iddiasının təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə düzgün olmaqla işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Apelyasiya şikayətində irəli sürülmüş dəlillər birinci instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, apelyasiya şikayəti təmin edilmədən, Sumqayıt İnzibati Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2-N(NN8)-726/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2-N(NN8)-726/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ N025, Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar