Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-432/2022 07.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2-1(118)- 362/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1963-cü il tarixdə Azərbaycan Respublikası, Kürdəmir rayonu, Şahbəyli kəndində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsi). İddiaçının təqdim etdiyi ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1983-cü il tarixdən xx.xx.2002-ci il tarixədək Sumqayıt “Üzvi Sintez” İstehsalat birliyində (xx.xx.1997-ci il tarixində İstehsalat birliyinin adı dəyişdirilərək “Üzvi Sintez” zavodu adlandırılmışdır) elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru, xx.xx.2002-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Azfen birgə müəssisəsində elektrik peşəsində işləmiş, xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək işsizlik müavinəti almış, xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək “X1 Ticaret A.Ş”- də elektrik peşəsində işləmiş, xx.xx.2008-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-də elektrik peşəsində işləyir. İddiaçı ilk dəfə xx.xx.2020-ci il tarixində olmaqla bir neçə dəfə cavabdeh inzibati orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli, **********0 nömrəli və xx.xx.2020-ci il tarixli, **********7 nömrəli məktubları ilə iddiaçının müraciətinin icrasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim edilən sənədlərdən göründüyü kimi iddiaçının 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 11 ay 25 gün) təşkil edir. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********3 nömrəli və xx.xx.2021-ci il tarixli, **********9 nömrəli imtina məktublarında isə qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə iddiaçının xx.xx.1983-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində Xalq istehlakı malları sexində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən sənədlərdə qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1999-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində, ümumilikdə, 1 il 3 ay 7 gün haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin olunarkən sığorta stajına daxil edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyil. Bu fakt “Etilen-Polietilen” zavodunun 15 fevral 2021-ci il tarixli Aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də İddiaçı ümumi iş stajı 1 yanvar 2006-cı il tarixədək 25 ildən az (23 il 9 ay 21 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981- xx.xx.1983-cü il, xx.xx.1983xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat Verilən cavab ilə razılaşmayan iddiaçı Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müaciət edərək, 57 yaşı tamam olan tarixdən pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 57 yaşı tamam olduğuna və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən ağır və zərərli olan işdə işlədiyinə görə ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, 13 avqust 2020-ci ildə cavabdehdən imtina məktubu almışdır. Orta məktəbi bitirdikdən sonra yaşadığı kənddə kolxozda 2 ay çalışmışdır və həmin arayışı da cavabdehə təqdim etmişdir. xx.xx.2020-ci ildə göndərilən məktubda isə bildirilmişdir ki, əmək stajı 24 il 11 ay 25 gün təşkil edir, yəni 5 gün çatışmır. Qeyd edir ki, xx.xx.1999-cu il tarixlərində zavod işləmədiyinə görə onlara öz hesablarına ərizə yazdırmışlar və həmin tarixdən də yaxşı ixtisasçı olduğuna görə AZFEN adlanan şirkətdə işləməyə başlamışdır. Zavodda iş yenidən bərpa olunana qədər həmin təşkilatda işləmişdir və bunu şirkətin verdiyi arayış da təsdiq edir. O, yenidən müraciət etdikdə imtinaya cavab olaraq bir məktubda stajının 24 il 11 ay 5 gün, digərində 23 il 9 ay 21 gün olduğu qeyd edilmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli imtina məktubları ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2-1(118)-362/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya 57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim L.Mirzəyeva). Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mərkəzi Filiala təqdim edilən “Üzvi Sintez” zavodunun iddiaçıya dair 18 oktyabr 2013-cü il tarixli xx/xx-1481, xx/xx-1482 və xx/xx-1483 nömrəli arayışlarında xx.xx.1983-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən zavodun Kimyəvi məhsulların boşaldılması, qarışdırılması və qablaşdırılması sexində elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru, xx.xx.1997-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində istilik üsulu ilə plastik kütlələrin emalı və məişət kimyası sexində elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru, xx.xx.1998-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində Xalq istehlakı malları sexində elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən sənədlərdə qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1999-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində, ümumilikdə, 1 il 3 ay 7 gün haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin olunarkən sığorta stajına daxil edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyil. Bu fakt “Etilen-Polietilen” zavodunun 15 fevral 2021-ci il tarixli Aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də İddiaçı ümumi iş stajı 1 yanvar 2006-cı il tarixədək 25 ildən az (23 il 9 ay 21 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq qeyd etdi ki, o, xx.xx.1999-xx.xx.2002-ci illər ərzində 1 il 3 ay 7 gün müəssisə işləmədiyindən öz hesabına məzuniyyətdə olmuşdur. Lakin, həmin dövrdə Azfen birgə müəssisəsində işləmiş, bununla bağlı arayışı cavabdeh orqana təqdim etmişdir. İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin "b" bəndi əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı” İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş 1 oktyabr 1956-cı il tarixli “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanun: 1-ci maddənin v) yarımbəndi. Ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları” 109-cu bəndinin z) yarımbəndi: Kadr hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda təhsil müddəti ümumi əmək stajına aid edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”: İİ. Əmək stajını təsdiq edən sənədlər
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. (-). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hazırkı mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını belə əsaslandırmışdır ki, hazırki işdə iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün xx.xx.2006-cı ilədək 25 ildən artıq ümumi stajı vardır. Belə ki, iddiaçının təhsil aldığı dövr, əmək kitabçasında qeyd edilmiş xx.xx.2006-cı il tarixə qədər işlədiyi dövrlər, hərbi xidmət dövrü nəzərə alındıqda onun 25 il ümumi iş stajı tamamlanmış olur. İddiaçının 1 il 3 ay 7 gün ödənişsiz məzuniyyətdə olmasına dair cavabdehin dəlillərinə gəldikdə isə məhkəmə qeyd edir ki, həmin məzuniyyət dövrü qeydə alınmadıqda belə iddiaçı ona “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan ümumi iş stajına malikdir. İddiaçının “Azərikimya” İstehsalat birliyi “Üzvi Sintez” zavodunda işlədiyi el. avadanlığı təmiri üzrə el.montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 10-cu bölməsinin 2110A010 kodunda qeyd edilmişdir. Beləliklə, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün həm ümumi, həm də xüsusi iş stajına malik olduğundan məhkəmə hesab edir ki, cavabdehin onun müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 57 yaşının tamam olduğu 10 fevral 2020-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 1 yanvar 2006-cı il tarixədək azı 25 il ümumi iş stajının mövcud olması; 2) 1 yanvar 2006-cı il tarixədək azı 12,5 il güzəştli iş stajının mövcud olması. Ümumi iş stajı ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan SSR X3 Təhsil Komitəsi tərəfindən verilmiş № 0094 saylı, 14 aprel 1981-ci il tarixli attestata əsasən, iddiaçı 01 sentyabr 1980-ci il tarixdən 10 aprel 1981-ci il tarixədək elektromontyor peşəsi üzrə təhsil almış, H3 seriyalı, ******* nömrəli hərbi biletə əsasən, xx.xx.1981-ci il tarixdən xx.xx.1983cü tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Həmçinin, iddiaçıya məxsus əmək kitabçasına əsasən, xx.xx.1983-cü il tarixdən xx.xx.2002-ci il tarixədək Sumqayıt “Üzvi Sintez” İstehsalat birliyində elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru, xx.xx.2002-ci il tarixdən xx.xx.2007-ci il tarixədək isə Azfen birgə müəssisəsində elektrik peşəsində işləmişdir. Beləliklə, iddiaçının 1 yanvar 2006-cı il tarixədək təhsil, hərbi xidmət və əmək fəaliyyəti dövrü ilə birlikdə 25 ildən artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Cavabdeh iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərində iddiaçının xx.xx.1999-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində, ümumilikdə, 1 il 3 ay 7 gün ödənişsiz məzuniyyətdə olması səbəbindən, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az (23 il 9 ay 21 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983cü il, xx.xx.1983-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) olduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən “Etilen-Polietilen” zavodunun arxivçisinin iştirakı ilə tərtib edilmiş 15 fevral 2021-ci il tarixli aktdan görünür ki, iddiaçının keçmiş “Üzvi Sintez” zavodunda xx.xx.1983-xx.xx.2002-ci illəri əhatə edən dövr ərzində sığorta stajına daxil edilən ümumi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusi iş stajı yerində əsaslı sənədlərlə qarşılıqlı araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1999-xx.xx.2002-ci illər ərzində 1 il 3 ay 7 gün öz hesabına məzuniyyətdə olmuşdur. İddiaçı da məhkəmə iclasında verdiyi izahatında həqiqətən də, “Üzvi Sintez” İstehsalat birliyində işlədiyi müddət ərzində öz hesabına ödənişsiz məzuniyyətdə olduğunu etiraf etmiş, lakin, həmin dövrdə ödənişsiz məzuniyyətdə olduğundan Azfen birgə müəssisəsində işlədiyini və bununla bağlı arayışı cavabdeh orqana təqdim etdiyini bildirmişdir. Belə ki, iş materiallarında olan Azfen B.M. tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZF-K/25 nömrəli arayışdan görünür ki, iddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək elektrik, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək 5-ci dərəcəli elektrik, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək elektrik və xx.xx.2002-ci il tarixdən xx.xx.2007-ci il tarixədək 5-ci dərəcəli elektrik peşəsində işləmişdir. Eyni zamanda birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq, Azfen B.M. tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli, AZF-2022/094/L nömrəli məktuba əlavə edilən əmrlərdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdən elektrik peşəsinə işə qəbul edilmiş, xx.xx.1998-ci il tarixindən əmək müqaviləsinə xitam verilmiş, Çıraq-1 platformasında çalışmaq üçün xx.xx.1999-cu il tarixdən elektrik peşəsinə işə qəbul edilmiş, xx.xx.2000-ci il tarixindən əmək müqaviləsinə xitam verilmiş, X4 Gürcüstan sahəsində təmir işlərinin başlanması ilə əlaqədar xx.xx.2000-ci il tarixdən elektrik peşəsinə işə qəbul edilmiş, xx.xx.2001-ci il tarixindən əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2002-ci il tarixdən elektrik peşəsinə işə qəbul edilmiş, xx.xx.2007-ci il tarixindən əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin, sorğuya cavaba əlavə edilən əmək haqqı cədvəllərindən də məlum olur ki, iddiaçıya 1999-cu ilin oktyabr ayından 2000-ci ilin may ayınadək, 2001-ci ilin avqust, sentyabr ayları, 2002-ci ilin iyun ayından 2007-ci ilin iyul ayınadək əmək haqqı ödənilmiş və məcburi dövlər sosial sığorta haqlarına cəlb edilmişdir. Beləliklə, müəyyən olunur ki, iddiaçı xx.xx.1999-cu il tarixindən xx.xx.2002-ci il tarixədək 1 il 3 ay 7 gün ödənişsiz məzuniyyətdə olsa da, həmin ərəfədə (xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək) 1 il 9 ay 27 gün əmək stajına malik olmaqla Azfen B.M-də işlədiyindən 1 yanvar 2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına malik olmuşdur. Güzəştli iş stajı ilə bağlı isə kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının xx.xx.2006cı il tarixədək 12.6 ildən artıq güzəştli is stajına malik olması işin mübahisə edilməyən halıdır. Belə ki, cavabdeh apellyasiya şikayətində və iddiaçıya verilən imtinada yalnız iddiaçının ümumi iş stajını mübahisələndirmişdir. Bununla yanaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərikimya” İstehsalat birliyi “Etilen Polietilen” zavodu Kadrlar şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli güzəştli arayışlardan görünür ki, iddiaçı 04 avqust 1983-cü il tarixdən 07 oktyabr 1985-ci il tarixədək keçmiş “Üzvi Sintez” zavodunun yüngül yanan və tezalışan mayelər sexində elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru, 08 oktyabr 1985-ci il tarixdən 31 avqust 1997-ci il tarixədək kimyəvi məhsulların boşaldılması, qarışdırılması və qablaşdırılması sexində elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru peşəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 10-cu bölməsinin 3-cü bəndinin 2110A030-17531 şifrinə əsasən 2 saylı siyahıda sadalanan kimyəvi məhsulların yüklənməsi, qablaşdırılması və tökülməsi istehsalatında güzəştli şərtlərlə pensiya hüququ verir; Həmçinin, 223 saylı arayışa əsasən iddiaçı 01 sentyabr 1997-ci il tarixdən 12 noyabr 1998-ci il tarixədək keçmiş xalq istehlakı malları istehsalatı istilik üsulu ilə plastik kütlələrin emalı və məişət kimyası sexində elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 10-cu bölməsinin 1-ci bəndinin 2110A010 şifrinə əsasən 2 saylı siyahıda sadalanan isti üsul ilə məmulatlar istehsalatında güzəştli şərtlərlə pensiya hüququ verir. Beləliklə, həm iddiaçıya məxsus əmək kitabçasından, həm də yuxarıda qeyd olunan arayışlardan göründüyü kimi, iddiaçı 04 avqust 1983-cü il tarixdən 07 oktyabr 1985-ci il tarixədək “Üzvi Sintez” zavodunun yüngül yanan və tezalışan mayelər sexində, 08 oktyabr 1985-ci il tarixdən 31 avqust 1997-ci il tarixədək kimyəvi məhsulların boşaldılması, qarışdırılması və qablaşdırılması sexində, 01 sentyabr 1997-ci il tarixdən 12 noyabr 1998ci il tarixədək Xalq İstehlakı malları istehsalatı istilik üsulu ilə plastik kütlələrin emalı və məişət kimyası sexində elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru peşəsində işləmişdir. İddiaçının bu vəzifədəki sığorta stajı 12 il 6 aydan artıqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahıdan görünür ki, iddiaçının “Üzvi Sintez” zavodunun yüngül yanan və tezalışan mayelər sexi və kimyəvi məhsulların boşaldılması, qarışdırılması və qablaşdırılması sexində işlədiyi elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru peşəsi Siyahının 2110A030 kodlu X bölməsinin 2110A030—17531 şifrinə, xalq istehlakı malları istehsalatı istilik üsulu ilə plastik kütlələrin emalı və məişət kimyası sexində işlədiyi elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru peşəsi Siyahının 2110A00 kodlu X bölməsinin 2110A010 şifrinə uyğun gəlir. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixədək 2 nömrəli siyahı üzrə 12,5 ildən artıq güzəştli iş stajına malik olduğu müəyyən edilir. Qeyd edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçının 57 yaşının tamam olduğu 10 fevral 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğundan birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2-1(118)-362/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.