Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-433/2021 29.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2-1(118)-429/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3900/2020 saylı 14 avqust 2020-ci il tarixli qərardadı ilə ərazi adiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyini əsl cavabdeh Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə onun 12.04.1992- ci il tarixdən 17.05.1992-ci il tarixədək Şuşa şəhərində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi faktı müəyyən edilmişdir. Belə ki, o, könüllü olaraq təhsil aldığı X3 Mexanikləşdirmə və elektrikləşdirmə texnikumundan könüllü olaraq döyüşlərə yollanmışdır. Məhkəmənin qətnaməsi 24.12.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Bundan sonra o, müharibə veteram adı və veteran vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinə müraciətlər etmiş, lakin hər iki qurumdan ona imtina cavabları verilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı Abşeron rayon məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçının Şuşa şəhərində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan doyuş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsi barədə qeyd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019- cu il tarixli, 03 saylı Qərarının 14cü bəndini rəhbər tutaraq müharibə iştirakçısı faktının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. İddiaçı özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi butövluyu uğrunda gedən döyüşlərdə iştirakını subut edən sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı etiraz ərizəsindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin məlumatına əsasən İddiaçı aprel-may 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində N nömrəli hərbi hissəyə daxil olması və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. Vətəndaş İddiaçı «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi» tələbinə dair iddia ərizəsinə əlavə edilmiş Abşeron rayon Məhkəməsinin 28 10.2019-cu ıl tarixli qətnaməsində Müdafiə Nazirliyinin üzərinə icrası məcburi olan öhdəliklər qoyulmamışdır. Həmçinin Abşeron rayon Məhkəməsinin 28.10.2019-cu ıl tarixli qətnaməsində İddiaçı döyüş əməliyyatları aparan hansı hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi müəyyən edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2-1(118)-429/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim V.Əzizova) Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Hesab edir ki, birinci instansiya məhkəməsi məsələyə hədsiz dərəcədə biganə yanaşmış, işin mahiyyətini lazımınca dərk etməmiş, müharibə veteranı adı və vəsiqəsi almaq üçün əsas şərt olan döyüş əməliyyatlarında iştirak etməyinin artıq aksioma kimi çoxdan təsdiqləndiyinə baxmayaraq, məhkəmə məlum qanuni qüvvəyə minmiş qətnaməsini heç sayaraq bəzi hallarda özünü hüquq əhəmiyyətli faktı yenidən müəyyən edirmiş kimi aparmış, şahidləri yenidən dindirmiş, həmin fakt yenidən təsdiq edildiyinə baxmayaraq, guya arxivdə məlumatların olmadığına görə iddia tələbini təmin etməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur, ona görə də artıq birinci instansiya məhkəməsində baxılan iddia ərizəsində və məhkəmə proseslərində verdiyi izahatlarda və vəsatətlərdə qeyd etdiyi kimi onun müharibə zamanı döyüş əməliyyatlarında iştirak etməyi, tam olaraq tərəfindən sübut edilmiş, bunun heç bir tərəfi mübahisəli qalmamışdır. Lakin qanuni əsaslarla xidmətdən təxris olunmağı barədə cavabdeh AR Müdafiə Nazirliyinin Arxivində müvafiq qeydlərin olmaması, iddiaçı və döyüş əməliyyatlarında iştirak etməsi inkar edilə bilməyən şəxs olaraq onun deyil, birbaşa AR Müdafiə Nazirliyinin və sair inzibati orqanların səhvidir. Ona görə ki, o, xidmətin sonunda qanuni əsaslarla təxris olunmuşdur, lakin bu barədə qeydləri aparmalı olan orqan bunu görünür, nədənsə etməmişdir. Bu kimi hallar hansısa qanunda nəzərdə tutulsa da, yəni qanunda şəxsin təxris olunmasının qanuniliyi tələb edilsə də. bunun döyüş əməliyyatlarında iştirak edən şəxsin müharibə veteranı, adı və vəsiqəsi verilməsinə təsiri olmamalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermiş, ona müvafiq vəsatət versə də, nəticədə qanunsuz və əsassız qərar çıxarmışdır. Hesab edir ki, məhkəmənin bu nəticəyə gəlməsi tamamilə yanlışdır. Ona görə ki, o, hərbi hissəni özbaşına olaraq deyil, rəhbərliyin müvafiq əmri və göstərişi ilə tərk etmişdir. Həmin vaxt o, və ya hər hansı döyüşçü hansısa, özü də MN-nin etməli olan hərəkətlərə, yəni həmin qeydlərin aparılıb-aparılmamasma aydın məsələdir ki, nəzarət edə bilməzdi. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (o cümlədən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nomrəli Qərarı ilə təsdiq edilmiş «Muharibə veteranı, silahlı quvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndində əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Sadalanan normaların məzmunundan göründüyü kimi, iddiaçı döyüşlərdə iştirakını sübut edən sənədlərlə birgə yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahıları təqdim etdiyi halda ona müharibə veteranı adı verilə bilər. Lakin hazırki işdə belə hallar mövcud deyildir. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsinin sübutu kimi yalnız Abşeron rayon Məhkəməsinin 28.10.2020-ci il tarixli qətnaməsinə istinad edir. Belə ki, Abşeron rayon Məhkəməsinin 28.10.2020-ci il tarixli 2(012)-3873/2019 saylı qətnaməsindən görünür ki, ərizəçi İddiaçı 12.04.1992-ci il tarixdən 17.05.1992-ci tarixədək Şuşa şəhərində Azərbaycan Respublikasının süverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 12 aprel 2019-cu ıl tarixli, 03 saylı “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Qərarın 14-cü bəndində qeyd olunur ki, müvafiq qanunvericilikdə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kımı tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyinin baş verməli anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Hazırki mübahisənin həlli üçün şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunması və ya yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. İş materiallarında olan Azərbaycan Qarabağ könüllü müdafiə batalyonu tərəfindən verilmiş arayışdan (nömrəsi və tarixi mövcud deyildir) görünür ki, X2 aprelin 12-dən mayın 17-dək həmin batalyonun tərkibində Şuşa şəhərində hərbi əməliyyatlarda iştirak etmişdir. İşə apellyasiya qaydasında baxılarkən kollegiya tərəfindən 18 avqust 2021-ci il tarixdə Şuşa rayon İcra Hakimiyyətinə sorğu verilərək yaranmış zərurətlə əlaqədar İddiaçı 12 aprel 1992-ci il tarixdən 17 may 1992-ci il tarixədək Azərbaycan-Qarabağı könüllü müdafiə batalyonunun tərkibində Şuşa şəhərində hərbi əməliyyatlarda iştirak edibetməməsi barədə məlumat verilməsini, iştirak etdiyi təqdirdə adlı siyahının təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Şuşa Rayon İcra Hakimiyyəti 31 avqust 2021-ci il tarixli məktubla sorğuya cavab olaraq bildirmişdir ki, İddiaçı 12 aprel 1992-ci il tarixdən 17 may 1992-ci il tarixədək könüllü müdafiə batalyonunun tərkibində Şuşa şəhərində hərbi əməliyyatlarda iştirak etməsi haqqında Rayon İcra Hakimiyyətində heç bir məlumat yoxdur. Qanunvericiliyin tələbindən göründüyü kimi, döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı verilməsi üçün onların adı yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarda qeyd edilməli və bu siyahılar döyüşlərdə iştirakı sübut edən digər sənədlərlə birlikdə təqdim edilməlidir. Məhkəmə sorğusu əsasında yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş məktubdan isə görünür ki, siyahıda iddiaçının adı qeyd edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 09.07.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməsi barədə sübutlar mövcud olmadığından inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə də kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2-1(118)-429/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-433/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-433/2021
29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver