Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-433/2023 02.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, X10 qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2- 1(118)-643/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuş, xx.xx.1976-cı il tarixində Ç.İldiırım adına Azərbaycan Plitexnik İnstitununa (indiki Azərbaycan Texniki Universiteti) daxil olaraq, xx.xx.1981-ci ildə "Avtomatika və hesablama texnikası" fakültəsinin "Elektron hesablayıcı maşınları" ixtisası üzrə tam əyani formada bitirmişdir (ЖВ № seriyalı 3762 nömrəli Diplom)
2. İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli, xx.xx.1981-ci il tarixli əmək kitabçasının məlumatlarına əsasən: xx.xx.1981-ci ildən xx.xx.1987-ci ilədək "Azərneftgeofizika" Trestində mühəndis, xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilədək "Giprodənizneftqaz" Dövlət ETLİ-də dənizdə mühəndis tədqiqatları şöbəsinə geofizik, geoloq və aparıcı elektnnçu, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək "Xəzərdənizneftqəz" İstehsalat birliyi, X7-Kəşfiyyat idarəsində mühəndis, geodeziya aparıcı elektronçu, xx.xx.1991-ci ildən xx.xx.2007-ci ilədək "28 May" Neft və Qaz Çıxarma idarəsində sazlayıcı və çilingər peşələrində işləmiş, xx.xx.2007-ci ildən hal-hazıradək BP şirkətində təmirçi-çilingər peşəsində işləyir.
3. İddiaçı xx.xx.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmiş, cavabdehin xx.xx.2021-ci il tarixli güzəştli şərtlərlə pensiya təyinatının təxirə salınması haqqında məktubu ilə bildirilmişdir ki, fərdi hesabın sığorta hissəsində 2021-ci il üzrə sığorta ödənişləri öz əksini tapmadığından (ümumilikdə 8 ay) social sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Həmin məktubda göstərilir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 11 ay 5 gün – xx.xx.2007-xx.xx.2009-cu il və xx.xx.2010-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər) təşkil edir.
4. İddiaçı xx.xx.2022-ci il tarixdə yenidən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.
5. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinad edilməklə göstərilmişdir ki, təqdim edilmiş BP Eksploreyşn LTD şirkətinin 22 iyun 2022-ci il tarixli güzəştli arayışında xx.xx.2009-cu il tarixindən sözügedən müəssisədə müxtəlif vəziflərdə işləməsi qeyd edilmiş, işlədiyi sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Neftin, qazın, qaz kondensatının email (dəniz neftçilərindən başqa) kömürün və şistin email (10.5.1) sahəsinə aid deyil. Bu səbəbdən güzəştli iş stajı 5 il 4 ay 20 gün (xx.xx.1981xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1987-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müracət edərək, ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
7. İddiaçı iddia ərizəsində göstərir ki, o, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair xx.xx.2021-ci il tarixində tələb olunan sənədlərlə birlikdə birbaşa cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla ona pensiya təyinatının təxirə salınmasını bildirmişdir. Təxirə salınmasına səbəb kimi 2021-ci il üzrə sığorta ödənişlərinin edilməməsi və güzəştli iş stajının 12 il, 06 aydan az (11 il, 11 ay) olması göstərilmişdir. Həmin nöqsanları aradan qaldırmaqla, tələb olunan sənədlərlə birlikdə xx.xx.2022-ci il tarixində cavabdehə təkrar müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla pensiya təyin etməkdən imtina etmişdir. İmtinaya səbəb kimi, onun güzəştli iş stajının 12 il 06 aydan az (5 il, 04 ay, 20) olması göstərilmişdir. Halbuki birinci cavabında təkcə BP şirkətinin arayışına əsasən, iddiaçının güzəştli stajının 11 il, 11 ay olmasını qəbul etmişdir. Sonradan digər güzəştli arayışları da alıb cavabdehə təqdim etmişdir. Bu da iddiaçının Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Belə ki, xx.xx.2017-ci il tarixinədək qüvvədə olan Əmək Pensiyaları haqqında Qanuna əsasən, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Çünki iddiaçı tələb olunan ən azı 12 il, 06 ay xüsusi, 25 il ümumi stajı xx.xx.2017-ci il tarixinədək qazanmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, qanunda edilmiş dəyişikliyədək 25 ildən çox ümumi əmək stajına malik olmaqla bərabər 12 il 06 aydan çox əmək şəraiti zərərli işlərdə işlədiyinə görə ona 57 yaşında pensiya təyin edilməlidir. İddiaçı xx.xx.1959cu ildə anadan olmuş, xx.xx.1976-cı il tarixində Ç.İldiırım adına Azərbaycan Plitexnik İnstitununa (indiki Azərbaycan Texniki Universiteti) daxil olaraq, xx.xx.1981-ci ildə "Avtomatika və hesablama texnikası" fakültəsinin "Elektron hesablayıcı maşınları" ixtisası üzrə tam əyani formada bitirmişdir. Dövlət İmtahan Komissiyasının qərarı ilə ona sistemotexnik ixtisası verilərək adına ЖВ № seriyalı 3762 nömrəli Diplom verilmişdir (5 il ümumi staj). İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli, 20 noyabr 1981-ci il tarixli əmək kitabçasının məlumatlarına əsasən: xx.xx.1981-ci ildən xx.xx.1987-ci ilədək "Azərneftgeofizika" Trestində mühəndis işləmişdir. xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilədək "Giprodənizneftqaz" Dövlət ETLİ-də dənizdə mühəndis tədqiqatları şöbəsinə geofizik, geoloq və aparıcı elektronçu peşələrində işləmişdir. xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək "Xəzərdənizneftqəz" İstehsalat birliyi, X7-Kəşfiyyat idarəsində mühəndis geodediziya aparıcı elektronçu peşəsində işləmişdir. xx.xx.1991-ci ildən xx.xx.2007-ci ilədək "28 May" Neft və Qaz Çıxarma idarəsində sazlayıcı və çilingər peşələrində işləmişdir. xx.xx.2007-ci ildən hal-hazıradək BP şirkətində təmirçi-çilingər peşəsində işləyir. Göründüyü kimi, xx.xx.2017-ci il tarixinədək onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çoxdur. Bu da ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. İddiaçı Əmək Pensiyaları haqqında Qanuna edilmiş dəyişikliyədək 25 il ümumi, 12 il 05 ay xüsusi stajı qazandığına görə, mövcud iş üzrə Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş tələbinə uyğun baxılmalıdır. Beləliklə, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin imperativ xarakter daşıyan hüquq norması və Azərbaycan Respublikası Konstitusiyasının normaları və prinsipləri əsas götürülərək zərərli işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olduğundan ona 57 yaşdan pensiya təyin edilməlidir.
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
8. Cavabdeh iddia tələbinə qarşı etirazında xx.xx.2022-ci il tarixli məktuba istinad etməklə göstərmişdir ki, ərizəçinin qanunvericiliklə tələb olunan 12 il 6 ay güzəştli iş stajının mövcud olmaması səbəbindən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. Etirazda “Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan 9.1 və 9.8-ci maddələrinə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə istinad edilərək göstərilir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün Qanunda göstərilmiş 3 şərt ödənilməlidir: qanunvericiliklə nəzərdə tutulmuş yaş həddi; ümumi iş stajının 25 il olması; 2 nömrəli siyahısı üzrə müəyyən edilmiş güzəştli iş stajının 12 il 6 ay olması. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçı tərəfindən Mərkəzi filiala təqdim edilmiş güzəştli arayışlara əsasən onun xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının 12 il 6 aydan az olduğu müəyyən edilmişdir. İddiaçıya Mərkəzi filial tərəfindən ünvanlanan xx.xx.2022-ci il tarixli cavab məktubunda da qeyd olunduğu kimi, onun xx.xx.2006-cı il tarixədək 5 il 4 ay 20 gün (xx.xx.1981- xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1987-ci il tarixləri arasındakı dövrlər)) güzəştli iş stajı mövcud olmuşdur. Belə olan halda İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
9. Sumqayıt İnzibati Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2-1(118)-643/2023 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, lakin xx.xx.2018-ci il tarixdən hesablanaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə uyğun olaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə mübahisəyə “Əmək Pensiyaları haqqında” Qanunun xx.xx.2017-cı il tarixədək qüvvədə olmuş müddəaları tətbiq olunmalıdır. Həmin normalara əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
11. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayətini iddiaya etirtazla eyni məzmunda əsaslandırmışdır.
13. İddiaçı məhkəməyə ünvanladığı apellyasiya şikayətinə etirazında əmək kitabçası üzrə işlədiyi dövrləri sadalamlaqla şikayətin təmin edilməməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
15. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada): Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67.1-ci bənd. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ....İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti…
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”
21. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. İşdən görünür ki, iddiaçı ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ona ödənilməsini istəyir.
25. Cavabdeh isə qeyd etmişdir ki, İddiaçı tərəfindən Mərkəzi filiala təqdim edilmiş güzəştli arayışlara əsasən onun xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının 12 il 6 aydan az olduğu müəyyən edilmişdir. İddiaçıya Mərkəzi filial tərəfindən ünvanlanan xx.xx.2022-ci il tarixli cavab məktubunda da qeyd olunmuşdur ki, onun xx.xx.2006-cı il tarixədək 5 il 4 ay 20 gün (xx.xx.1981- xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1987-ci il tarixləri arasındakı dövrlər)) güzəştli iş stajı mövcud olmuşdur.
26. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və bunu qərarında düzgün olaraq belə əsaslandırmışdır ki, hazırki iş üzrə mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-cı il tarixədək qüvvədə olmuş müddəaları tətbiq olunmalıdır. Həmin normalara əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
27. İddiaçının 57 yaşı tamam olduğu tarixə tələb olunan 25 illik ümumi iş stajının mövcudluğu iş materialları ilə öz təsdiqini tapmış və cavabdeh tərəfindən də mübahisələndirilməmişdir.
28. Cavabdeh eyni zamanda iddiaçının xx.xx.1981- xx.xx.1982-ci il, xx.xx.1983xx.xx.1987-ci il tarixləri arasındakı dövrlər üzrə 5 il 4 ay 20 gün güzəştli iş stajını da qəbul edir və həmin staj SOCAR Geofizika və geologiya İdarəsinin xx.xx.2022-ci il tarixli arxiv arayışı ilə öz təsdiqini tapır.
29. İddiaçının güzəştli iş stajında dair təqdim etdiyi SOCAR Geofizika və geologiya İdarəsinin xx.xx.2022-ci il tarixli arxiv arayışında onun X3 X1 metroloji sahəsində mühəndis, 7/82 saylı Seysmik Partiyada (Çöl mövsümü qurtarana qədər) mühəndis, 16/83 saylı Seysmik Partiyada geofizik operator, 12/84 və 7/84 saylı Seysmik Partiyada mühəndis- elektronçu vəzifəsində çalışması haqqında məlumat vardır. İşə qəbul: xx.xx.1981-ci il tarixli 186 saylı əsasən xx.xx.1981-ci il tarixdən X3 X1 metroloji sahəsinə mühəndis vəzifəsinə işə qəbul olunub. xx.xx.1982-ci il tarixli 146-k saylı əsasən 7/82 saylı Seysmik Partiyasına (Çöl mövsümü qurtarana qədər) mühəndis, xx.xx.1983-cü il tarixli Əmr 93-k saylı əmrə əsasən 16/83 saylı Seysmik Partiyaya operator, xx.xx.1983-cü il tarixli 120-k saylı əmrə əsasən xx.xx.1983-cü il tarixdən X3 X1 metroloji sahəsinə mühəndis, xx.xx.1984-cü il tarixli 62-k saylı əmrə əsasən xx.xx.1984-cü il tarixdən 12/84 saylı Seysmik Partiyaya mühəndis elektronçu vəzifəsinə keçirilib. İşdən azad olma: xx.xx.1987-ci il tarixli 146 saylı əmr. Cəmi iş stajı: 03.11,1981-ci il tarixindən xx.xx.1987-ci il tarixinə qədər 6 il 1ay 8 gündür. Cəmi güzəştli iş stajı: xx.xx.1981-ci il tarixindən xx.xx.1982-ci ci il tarixinə qədər 1 il 6gün, xx.xx.1983-cü il tarixindən xx.xx.1987-ci il tarixinə qədər 3 il 4 ay 16 gün, Cəmi: 4 il 4 ay 22 gündür. İddiaçı çalışdığı mühəndis, mühəndis-elektronçu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı b) rəhbərlər və mütəxəssislər yarımbəndindəki 2130100b—17541 kodunda quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri vəzifəsinə uyğundur.
30. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azneft İstehsalat Birliyinin 28 may Neft və Qazçıxarma İdarəsinin 01-01ink/107 saylı, xx.xx.2022-ci il tarixli arxiv arayışında qeyd edilir ki, 28 May” NQÇİ-nin arxiv fondunda şəxsi heyətə dair əmrlərdə, 1991-2007-ci illər üçün əmək haqlarının şəxsi hesablarında, 2007-ci il üçün T-2 formalı şəxsi kartoçkada, xx.xx.1959-ci il təvəllüdlü, İddiaçı bu müəssisədə işləməsi barədə məlumatlar mövcuddur: xx.xx.1991-xx.xx.2005 İA və NÖÇ-sexi Sazlayıcı 6-cı dərəcəli əmr 27/k xx.xx.1991 xx.xx.2005; xx.xx.2005-xx.xx.2007 QYHN və KTS Nöç üzrə 6-cı dərəcəli çilingər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarındakı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"-na əsasən “28 May” NQÇİ-nin sementləyici aqreqatın motorçusu güzəştli şərtlərlə iş stajı aşağıda göstəriləndir: 1)xx.xx.2005xx.xx.2007 nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər 10.2a 2№li siyahı üzrə 02 il (05 ay 23 gün);
31. Həmçinin iş materiallarında olan BP Eksploreyşn LTD şirkətinin iddiaçıya dair xx.xx.2022-ci il tarixli güzəştli arayışında göstərilir ki, iddiaçı Texniki xidmət üzrə texnik (neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər ) vəzifədə X5 05 noyabr 2007-ci il tarixdən bu günə qədər: xx.xx.2009 - xx.xx.2010 - Əməliyyatlar üzrə texnik (nəzərdə tutulmuş) - (indiki Texniki xidmət üzrə texnik (Neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər) vəzifə adına uyğundur)). xx.xx.2010 - xx.xx.2012 - Cihazlar üzrə texnik - (indiki Texniki xidmət üzrə texnik (Neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər) vəzifə adına uyğundur)). xx.xx.2012 - xx.xx.2013 - Nəzarət-ölçü cihazları üzrə texnik - (indiki Texniki xidmət üzrə texnik (Neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi- çilingər) vəzifə adına uyğundur)). xx.xx.2013 - xx.xx.2021 - Texniki xidmət üzrə texnik (indiki Texniki xidmət üzrə texnik (Neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi çilingər) vəzifə adına uyğundur)). xx.xx.2021- bu günə qədər- Texniki xidmət üzrə texnik (Neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər) tarixləri arasındakı dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 13 il, 2 ay, 24 gün (10,02.2009-cu ildən xx.xx.2022-ci ilədək hesablanıb) təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: A.İddiaçı şirkətdə 10 fevral 2009-cu ildən BP şirkətinin həm quruda olan sahələrində ( Sənqəçal Terminal, ATA Yard ) həmdə "Qərbi Çıraq” platformasında onun tutduğu vəzifə üzrə işləri çətin şəraitində, açıq havada, küləkli, qeyri-sabit, isti və soyuq hava şəraitində növbə metodu ilə (gecə və gündüz vaxtında 12 saat istirahət, 12 saatlıq əmək şəraiti) yerinə yetirir. Bundan başqa o, elektrik generatorlarının, kompressorların və nasosların işə salınması da daxil olmaqla, "Qərbi Çıraq” platformasında elektrik avadanlıqlarının profilaktik təmirini və sazlanmasını yerinə yetirir. Bu vəzifəsini yerinə yetirərkən, İddiaçı kükürd turşusu, silikogel, Chameleon® qranulalar, natrium hipoxlorit (14-16%-lik məhlul) qalıqları və s. kimi kimyəvi maddələr ilə təmasda olub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.5.1(a) bəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.
32. Göründüyü kimi iddiaçının işlədiyi peşə və vəzifələrin, xüsusilə də BP Eksploreyşn LTD şirkətində işlədiyi dövrün güzəştli pensiya hüququna əsas verən peşələrə (vəzifələrə) aid olması ona dair güzəştli arayışlarda ətraflı təsvir olunmuş, cavabdeh isə qeyd edilən arayışları nəzərə almadan, heç bir dəlil irəli sürmədən sadəcə xx.xx.2009-cu il tarixindən BP Eksploreyşn LTD şirkətində işlədiyi sahənin Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Neftin, qazın, qaz kondensatının email (dəniz neftçilərindən başqa) kömürün və şistin email (10.5.1) sahəsinə aid olmadığını göstərmişdir. Halbuki, xx.xx.2022-ci il tarixli güzəştli arayışda iddiaçının gördüyü işlər ətraflı təsvir olunmaqla onun müvafiq siyahının 10.5.1(a) bəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eyni olması qeyd edilmiş, cavabdeh isə iddaçının təqdim etdiyi həmin arayışı təkzib edən hər hansı dəlil irəli sürməmiş, sübut təqdim etməmişdir.
33. Kollegiya qeyd edir ki, iddiaçının güzəştli arayışında qeyd edilən tutduğu vəzifə və gördüyü iş Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş Siyahıda 10.5.1-ci bənddə qeyd edilmiş ... İstehsalatda məşğul olan ...texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri: nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər; texnoloji avadanlıqların təmiri üzrə çilingərlər; təmirçi-çilingərlər peşəsi (vəzifəsi) üzrə uyğunluq təşkil edir.
34. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər sübut hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
35. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı cavabdeh inzibati orqana xx.xx.2021-ci il tarixdə müraciət etdiyindən onun 57 yaşının xx.xx.2016-cı il tarixdən tamam olmasına baxmayaraq “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən ona pensiyanın xx.xx.2018-ci il tarixdən hesablanmalı və ödənilməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə də əsaslıdır. Belə ki, iddiaçı iddia ərizəsində ona pensiya hüququnun yarandığı 57 yaşının tamam olduğu tarixdən əmək pensiyasının təyin olunmasını və həmin tarixdən hesablanaraq ödənilməsi xahiş etsə də, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə iddiaçıya pensiyanın xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi barədə qərar qəbul etmiş, iddiaçı həmin qərarla razılaşaraq qərarı mübahisələndirməmişdir.
36. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2-1(118)-643/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.