Məhkəmə qərarları › İş №2-1(105)-433/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-433/2024

30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-433/2024 30.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Quba rayonu “Dalğa” X7 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə (Açar sözlər: vergi orqanında dövlət qeydiyyatına alınması və VÖEN-in verilməsi) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Quba rayonu “Dalğa” X7 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Quba rayonu “Dalğa” kəndli (fermer) təsərrüfatının qeydiyyata alınması və VÖEN verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-804/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdehin xx.xx.2023-cü il tarixli **********960500 nömrəli imtina məktubundan görünür ki, “Dalğa” X11 Quba Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1992-ci il tarixdə 63 nömrəli Sərəncam ilə qeydiyyata alınmış və Ədliyyə Naziri iyinin X15 Qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixdə 4/358 saylı arayışla uçota alınmışdır. Lakin, “Dalğa” X11 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vergi ödəyicilərinin inventarlaşdırılması və onlara yeni vergi ödəyicilərinin eyniləşdirmə nömrələrinin verilməsi işinin yekunlaşdırılması haqqında” xx.xx.2005-ci il tarixli 91 nömrəli qərarına müfaviq olaraq yeni 10 rəqəmli VÖEN-in alınması üçün müraciət edilməmişdir.“Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında Azərbaycan Respublikasi Prezidentinin Sərəncamı”na əsasən 2008-ci il 01 yanvar tarixindən etibarən sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə vahid dövlət qeydiyyatı orqanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi müəyyən edilmişdir.“Dalğa” X7 vergi uçotuna alınması üçün Quba rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1992-ci il tarixdə 63 nömrəli Sərəncam ilə qeydiyyata alınmış nizamnamədə qeyd edilən təsərrüfatın üzvlərinin şəxsiyyət vəsiqələrinin surəti, vəfat etmiş şəxslərin vərəsələri (qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və oruda miras əmlak barədə məlumat qeyd olunmalı), ümumi yığıncağın qərarı, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 oktyabr 2020-ci il tarixli **********069900 nömrəli əmri ilə təsdiq edilmiş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” və “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 1 nömrəli əlavə” ilə səlahiyyətli nümayəndə vasitəsi ilə vergi orqanına müraciət edilməlidir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Quba rayonu “Dalğa” kəndli (fermer) təsərrüfatının qeydiyyata alınması və VÖEN verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 21 yanvar 1992-ci il tarixində Quba rayonunda mərhum atası X2 rəhbərliyilə “Dalğa” kəndli (fermer) təsərrüfatı təsis edilmişdir. Kəndli (fermer) təsərrüfatının Əsasnaməsi Quba Rayon İcra Hakimiyyətində 24 fevral 1992-ci il tarixində 63 saylı Sərəncamla təsdiq edilərək “Dalğa” kəndli (fermer) təsərrüfatı qeydə alınmışdır. Kəndli (fermer) təsərrüfatı 031735 saylı Şəhadətnaməyə əsasən xx.xx.1994-cü il tarixində Azərbaycan Respublikası keçmiş Baş Dövlət Vergi Müfəttişliyində, 19 iyul 1996-cı il tarixində Uçot vahidlərinin Dövlət reyestrinə daxil edilməsi haqqında ******* saylı Şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Statistika Komitəsi yanında dövlət qeydiyyatına alınmış, 17 sentyabr 1999-cu il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X15 qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsində 4/358 saylı arayış əsasında qeydə alınmışdır. Bütün bunlar haqqında cavabdeh məlumatlandırmaqla “Dalğa” kəndli (fermer) təsərrüfatının vergi uçotunun bərpası məqsədilə dəfələrlə, sənədləri ilə müraciət etmişlər. Əvvəl cavabdeh onları əsassız, bürokratcasına get-gələ salmış, müxtəlif bəhanələrlə “Dalğa” kəndli (fermer) təsərrüfatını qeydiyyata almaqdan yayınmışdır. Belə olan təqdirdə onlar 14 fevral 2023-cü il tarixində təsərrüfata aid sənədlərin surətlərini əlavə etməklə cavabdehdən onları rəsmən qeydiyyata almasını rəsmi xahiş etmişlər və imtina cavabı almışlar. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl “Dalğa” X7 qeyd edilmiş məsələ ilə bağlı bir neçə müraciətinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən baxılmış və iddiaçıya qanunvericilin müvafiq müddəaları izah olunmuşdur. Bildirilir ki, “Dalğa” X11 Quba rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1992-ci il tarixdə 63 nömrəli Sərəncam ilə qeydiyyata alınmış və Ədliyyə Naziri iyinin X15 Qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixdə 4/358 saylı arayışla uçota alınmışdır. Lakin, “Dalğa” X11 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vergi ödəyicilərinin inventarlaşdırılması və onlara yeni vergi ödəyicilərinin eyniləşdirmə nömrələrinin verilməsi işinin yekunlaşdırılması haqqında” xx.xx.2005-ci il tarixli 91 nömrəli qərarına müfaviq olaraq yeni 10 rəqəmli VÖEN-in alınması üçün müraciət edilməmişdir.“Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında Azərbaycan Respublikasi Prezidentinin Sərəncamı”na əsasən 2008-ci il 01 yanvar tarixindən etibarən sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə vahid dövlət qeydiyyatı orqanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi müəyyən edilmişdir.“Dalğa” X7 vergi uçotuna alınması üçün Quba rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1992-ci il tarixdə 63 nömrəli Sərəncam ilə qeydiyyata alınmış nizamnamədə qeyd edilən təsərrüfatın üzvlərinin şəxsiyyət vəsiqələrinin surəti, vəfat etmiş şəxslərin vərəsələri (qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və oruda miras əmlak barədə məlumat qeyd olunmalı), ümumi yığıncağın qərarı, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 oktyabr 2020-ci il tarixli **********069900 nömrəli əmri ilə təsdiq edilmiş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” və “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 1 nömrəli əlavə” ilə səlahiyyətli nümayəndə vasitəsi ilə vergi orqanına müraciət edilməlidir.İddiaçı tərəfindən qanunvericiliyin qeyd edilmiş tələblərinə əməl edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-804/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki qanunvericiliyin tələbləri baxımından təsərrüfat cəmiyətləri özü-özlüyündə kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 64.1-ci maddəsinə əsasən təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər. Həmin Məcəllənin 65.1.3-cü maddəsinə əsasən təsərrüfat cəmiyyətinin iştirakçıları mənfəət bölgüsündə iştirak etmək hüquqlarına malikdirlər. Qeyd olunan maddi hüquq normalarından bəlli olur ki, təsərrüfat cəmiyyətinin üzvlərinin hamısının əldə olunan mənfəətin bölgüsündə iştirak edərək həmin mənfəətə mülkiyyət hüququnu əldə edə bilər. Ona görə təsərrüfatın bütün üzvlərinin (vərəsələrinin) razılğı olmadan, təsərrüfatın yenidən qeydiyyata alınaraq müvafiq VÖEN-lə təmin edilməsi mümkün deyil. Belə olan halda cavabdeh təşkilat üzərinə hər hansı öhdəliyin qoyulması yolverilməzdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayətininin dəlilləri iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollehiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 64.1. Təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər. Maddə 65.1. Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları: 65.1.1. bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, ortaqlığın və ya cəmiyyətin işlərinin idarə olunmasında iştirak edə bilər; 65.1.2. nizamnamədə müəyyənləşdirilmiş qaydada ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər və onun mühasibat kitabları və digər sənədləri ilə tanış ola bilər; 65.1.3. mənfəət bölgüsündə iştirak edə bilər; 65.1.4. ortaqlığın və ya cəmiyyətin ləğv edildiyi halda kreditorlar ilə hesablaşmalardan sonra əmlakdan qalan hissəni və ya onun dəyərini ala bilərlər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 33.2. Bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Vergi ödəyicisinin onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması yenidən uçota alınması və uçotdan çıxarılması bu Məcəllənin müddəaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir və bu barədə vergi ödəyicisinə müvafiq arayış verilir. Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərin bu Məcəllənin 13.2.39.3-cü maddəsində göstərilmiş filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri, habelə qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri ayrıca uçota alınır və onlara VÖEN verilir..... Maddə 34. Uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma qaydaları .... Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir..... Maddə 34.3-1. Vergi ödəyicisinin bir təsərrüfat subyekti (obyekti) olduqda və həmin təsərrüfat subyekti (obyekti) vergi ödəyicisinin olduğu yerdən kənarda olduqda vergi ödəyicisi həmin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə yenidən uçota alınır. Vergi ödəyicisinin iki və daha çox təsərrüfat subyekti (obyekti) olduqda həmin vergi ödəyicisi iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır. Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Bu maddənin müddəaları mərkəzləşdirilmiş qaydada uçota alınan vergi ödəyicilərinə şamil edilmir. Maddə 34.6. Hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 20 avqust tarixli **********012100 nömrəli qərarı ilə “Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması Qaydası” təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vergi ödəyicilərinin inventarlaşdırılması və onlara yeni vergi ödəyicilərinin eyniləşdirmə nömrələrinin verilməsi işinin yekunlaşdırılması haqqında” xx.xx.2005-ci il tarixli 91 nömrəli qərarına müfaviq olaraq müəssisələrə yeni 10 rəqəmli vergi ödəyicilərinin eyniləşdirmə nömrəsinin (VÖENin) alınması zəruridir. “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında Azərbaycan Respublikasi Prezidentinin Sərəncamı”na əsasən 2008-ci il 01 yanvar tarixindən etibarən sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə vahid dövlət qeydiyyatı orqanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi “Quba rayonu “Dalğa” kəndli (fermer) təsərrüfatının qeydiyyata alınması və VÖEN verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədədir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, qeyd edilən təsərrüfat subyekti Quba Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1992-ci il tarixdə 63 nömrəli Sərəncam ilə qeydiyyata alınmış və Ədliyyə Naziri iyinin X15 Qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixdə 4/358 saylı arayışla uçota alınmışdır. Dalğa” X11 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vergi ödəyicilərinin inventarlaşdırılması və onlara yeni vergi ödəyicilərinin eyniləşdirmə nömrələrinin verilməsi işinin yekunlaşdırılması haqqında” xx.xx.2005-ci il tarixli 91 nömrəli qərarına müfaviq olaraq yeni 10 rəqəmli VÖEN-in alınması üçün müraciət edilməmişdir. “Dalğa” X7 vergi uçotuna alınması üçün Quba rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1992-ci il tarixdə 63 nömrəli Sərəncam ilə qeydiyyata alınmış nizamnamədə qeyd edilən təsərrüfatın üzvlərinin şəxsiyyət vəsiqələrinin surəti, vəfat etmiş şəxslərin vərəsələri (qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və oruda miras əmlak barədə məlumat qeyd olunmalı), ümumi yığıncağın qərarı, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 oktyabr 2020-ci il tarixli **********069900 nömrəli əmri ilə təsdiq edilmiş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” və “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 1 nömrəli əlavə” ilə səlahiyyətli nümayəndə vasitəsi ilə vergi orqanına müraciət edilməlidir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, “Quva rayonu İcra Hakimiyyəti başçısının 24 fevral 1992-ci il tarixli 63 nömrəli Sərəncamı ilə “Dalğa” kəndli (fermer) təsərrüfatının qeydə alınması və əsasnaməsi təsdiq edilmişdir. Həmin Əsasnamənin məzmunundan görünür ki, qeyd edilən hüquqi şəxs ayrı-ayrı vətəndaşların, ailənin və ya müəyyən qrup vətəndaşların müəyyən əmlakdan istifadə etməsi şərtilə kənd təsərrüfatı məhsulları istehsalı, satışı və emalı işlərini yerinə yetirir, X7 üzvləri qeyd edilmişdir (təsərrüfatın başçısı və 11 nəfər üzv). Həmçinin, Ədliyyə Nazirliyi X15 qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixdə 4/358 saylı arayışla uçota alınmışdır. İş materiallarında olan uçota alınma haqqında arayışın məzmunundan görünür ki, qeyd edilən fermer təsərrüfatı xüsusi mülkiyyət növü, şərikli müəssisə təşkilati hüquqi forması qeyd edilmişdir. İddiaçının təqdim etdiyi yazılı müraciətin məzmunundan görünür ki, fermerin Əsasnaməsində adları keçən Bəylər və Beydulla Abdullayevlər vəfat etmişlər, digər üzvlərin bir çoxu isə 1990-cı illərdə fermer təsərrüfatının üzvliyindən çıxmışlar, hazırda həmin Əsasnamə əsasında X9, X3 və ailə üzvlərindən və digər üzvlərdən ibarət tərkibdə fəaliyyət göstərməkdə qərarlıdır. İş materiallarından görünür ki, X6 xx.xx.1994-cü il tarxdə vəfat etmişdir. “Dalğa” fermer təsərrüfatının ümumi yığıncağının 14 yanvar 2021-ci il tarixli 1 №li protokolunun məzmunundan görünür ki, 11 nəfər üzvin iştirakı ilə ümüumi yığıncaq keçirilmiş və qeyd edilən təsərrüfatın başçısı kimi X1 qərara alınmışdır. İndiki halda iddiaçının hüquqi marağı qeyd edilən təsərrüfat subyektinin vergi orqanında dövlət qeydiyyatının bərpa edilməsi və VÖEN alınmasından ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçı tərəfindən VÖEN almaq üçün müraciət etmədiyindən, habelə iddiaçıdan həmin təsərrüfat subyektinin üzvlərinə və təsərrüfat başçısına aid sənədlər (şəxsiyyət vəsiqəsi, vəfat etdikləri halda ölüm haqqında şəhadətnamə, qanun üzrə vərəslərinin vərəsəlik hüququ haqqında şəhadətnaməsi, ümumi yığıncağın qərarı, nizamnaməyə edilmiş dəyişiklik layihəsi) təqdim edilməli olduğundan, müraciəti təmin edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd edilən təsərrüfat subyekti 1992-ci il tarixdə qanunla müəyyən edilmiş qaydada uçota alındığı və qeydiyyata alındığı, habelə onun fəaliyyətinə dair əsasnaməsi təsdiq edildiyi vaxta həmin fermer təsərrüfatının üzvləri mövcud olmuş, habelə həmin şəxslərin adları qeyd edilmişdir. İndiki halda qeyd edilən təsərrüfat subyektinin ümumi yığıncağı keçirilərək, təsərrüfat başçısının X1 qərara alınmış, buna dair iclas protokolu tərtib edilmişdir. Həmçinin, iddiaçının qeydiyyata alındığı vaxtda seçilmiş təsərrüfat başçısının vəfat etməsi halına dair sənəd (ölüm haqqında şəhadətnamə) təqdim edilmişdir. Digər üzvlərə aid heç bir sənəd təqdim edilməmişdir. Halbuki, həmin fermer təsərrüfatı dövlət qeydiyyatına alındığı vaxt onun iştirakçıları qismində üzvləri də qeyd edilmiş və bu hal təsdiq edilmiş əsasnamənin məzmununda öz əksini tapmışdır. Bu halda məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin tələbinə əsasən təsərrüfatın üzvləri həmin hüquqi şəxsin iştirakçıları olmaqla, hüquqi şəxsə münasibətdə mülki hüquq və öhdəliklərin daşıyıcıları qismində çıxış edirlər. Belə olan halda, həmin şəxslərə aid müvafiq şəxsiyyəti təsdiq edən sənədlərin, üzvlərin tərkibində dəyişiklik olduğu halda, ona dair sənədlərin, habelə əsasnamədə dəyişiklik edilməsi ilə bağlı sənədlərin təqdim edilməsi ilk növbədə hüquqi şəxsin iştirakçılarının hüquq və qanunla qorunan maraqlarının müdafiəsi üçün zəruri olmuşdur. İndiki halda həmin sənədlərin təqdim edilməməsi halı özlüyündə hüquqi şəxsin iştirakçılarının hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına gətirib çıxarda bilər. İndiki halda isə iddiaçı digər üzvlərinin bir qisminin vəfat etdiyini, bir qisminin isə üzvlükdən çıxdığını, qeyd etsə də, həmin hala dair heç bir sənədi (əsasnaməyə dəyişiklik edilməsi, üzvlərin tərkibinin dəyişdirilməsi, vəfat etmiş şəxslərə dair ölüm haqqında şəhadətnamə və s.) cavabdeh inzibati orqana, o cümlədən məhkəməyə təqdim etməmişdir. Halbuki, kommersiya qurumlarının dövlət qeydiyyatı haqqında ərizədə məhz onun iştirakçıları barədə məlumatların qeyd edilməsi tələb olunmuş, habelə mülki qanunvericilik normalarının tələbi baxımından hüquqi şəxsin iştirakçılarının əmlak hüquqlarının və digər mülki hüquqlarının müdafiəsi baxımından həmin sənədlərin tələb edilməsi zəruri olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaçı tərəfindən məhz hüquqi şəxsin iştirakçılarına aid sənədlərin, o cümlədən təsis sənədlərində dəyişiklik edilməsi ilə bağlı sənədlərin təqdim edilməsini tələb etməkdə haqlı olmuşdur. Qeyd edilən hallara əsaəsn məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iddiaçının şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-804/2024 nömrəli qərarı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar