Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-433/2025 23.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı “iddiaçıya beynəlxalq yükdaşıma bazarına çıxışını təmin etmək məqsədi ilə operator kimi uçota alınmasının cavabdehə həvalə edilməsi və 2024-cü ilin artıq icra olunmuş icazələrin bölgüsünü-inzibati aktın qanunsuz hesab edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2-1(118)-4651/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünə (buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə) Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X4 Xidmətinə və Nazirliyin tabeliyində Azərbaycan X2rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının xarici ölkələrə beynəlxalq yükdaşımaları həyata keçirmək məqsədilə qanunvericiliyə uyğun olaraq operator kimi uçota alınmasının cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2-1(118)-3169/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(112)-8863/2024 nömrəli qərardadı ilə iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2024-cü il tarixli, 2- 1(103)-2651/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
5. Bundan sonra iddiaçı tərəf məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini cavabdeh qismində, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyini isə üçüncü şəxs qismində qeyd etməklə, iddiaçıya beynəlxalq yükdaşıma bazarına çıxışını təmin etmək məqsədi ilə operator kimi uçota alınmasının cavabdehə həvalə edilməsi və 2024-cü ilin artıq icra olunmuş icazələrin bölgüsünü-inzibati aktın qanunsuz hesab edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Sumqayıt İnzibati Məhkəməsi tərəfindən cavabdehlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X4 Xidməti və Nazirliyin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi əsl cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əvəz edilmiş, həmçinin, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi zəruri qaydada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2-1(118)-4651/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Leyla Mirzəyeva).
8. Məhkəmə qərarı xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış, həmin tarixdə iddiaçıya elektron kabinet vasitəsilə çatdırılmışdır.
9. Qərar xx.xx.2024-cü il tarixdə iddiaçıya təqdim edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi X5 həmin qərardan xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermiş, həmçinin, məhkəməyə ötürülmüş müddətin bərpası barədə ərizə təqdim edərək, müddətin buraxılmasının üzrlü hesab edilməsini xahiş etmişdir.
10. Ərizə onunla əsaslandırmışdır ki, məhkəmə qərarı ona xx.xx.2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında təqdim edilmişdir. Qərarda mümkün hüquqi müdafiə vasitələri barədə məlumat verilsə də, 17 fevral 2022-ci il tarixdən həbs olduğundan bu prosesi ondan asılı olmayan səbəblərdən icra edə bilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 29101)-79/2024 nömrəli hökmünə əsasən 6 il müddətinə azadlıqdan məhrum edilmiş, həmin hökmün icrasına uyğun olaraq 28 sentyabr 2024-cü il tarixdən Umbakı penitensiar müəssisəsinə köçürülmüşdür. Hüquq və azadlıqlarının pozulması penitensiar xidmətin digər müəssisələrində də davam etmiş, göndərəcəyi şikayət və ərizələr müəssisə rəisi tərəfindən bloklanmışdır. Çoxsaylı şikayət və ərizələri gəldiyindən o, 06 noyabr 2024-cü il tarixdən 17 saylı cəzaçəkmə müəssisəsinə köçürülmüşdür. Həmin tarixdə qeyd olunan müəssisəyə daxil olan kimi 7 günlük cərimə təcridxanasına yerləşdirilmiş, 13 noyabr 2024-cü il tarixdə oradan azad olunaraq səhhəti ilə bağlı müəssisənin sanitar tibb hissəsinə yerləşdirilmişdir. Daha sonra 16 dekabr 2024cü il tarixdə 8 günlük cərimə təcridxanasına yerləşdirilmiş, qanunsuz tələbləri icra etmədiyindən cərimə təcridxanasında olduğu zaman 18 dekabr 2024-cü il tarixdən əlavə olaraq 5 gün cəzasına əlavə edilmişdir. Umbakı penitensiar müəssisəsindəki hərəkətlərlə bağlı məhkəmə nəzarəti qaydasında müraciətlər edilmiş, Qaradağ Rayon Məhkəməsi tərəfindən 25 oktyabr 2024-cü il tarixli, 6(002)-32/2024 nömrəli və 28 oktyabr 2024-cü il tarixli, 6(002)-31/2024 nömrəli qərarlar qəbul edilmişdir. Cərimə təcridxanasında olduğu zaman Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına uyğun olaraq Bakı İstintaq Təcridxanasına köçürülmüş, məhkəmə iclasından sonra 01 yanvar 2025-ci il tarixdən 10 saylı cəzaçəkmə müəssisəsinə köçürülmüşdür. Burada da hüquq və azadlıqları pozulmuş, belə ki, 06 yanvar 2025-ci il tarixdə 3 günlük, 10 yanvar 2025-ci il tarixdə isə 5 günlük cərimə təcridxanasına yerləşdirilmişdir. Bununla bağlı qərarları tələb etsə də, verilmədiyindən məhkəməyə şikayət etmək imkanı, eləcə də, müdafiəçisi və yaxın qohumları ilə telefon və digər görüşləri məhdudlaşdırılmışdır. Qeyd edilən hadisələr zamanı səhhəti pisləşmiş, müəssisənin tibb sanitar hissəsi tərəfindən ona tibbi yardım göstərilmişdir. Səhhətində yaranan narahatlıqlar aradan qalxdıqdan sonra məhkəmələrə göndərilməsi üçün 31 yanvar 2025-ci il tarixdə ərizə və şikayətləri tərtib edərək müəssisənin əməkdaşına vermiş, eyni zamanda elektron kabinet vasitəsilə bu barədə məlumat verilməsi üçün etibarnamə üzrə nümayəndəsinə göstəriş vermişdir. Nümayəndəsi digər məhkəmələrə ünvanlanmış ərizə və şikayətlərin elektron kabinetə yerləşdirildiyini görsə də, Sumqayıt İnzibati Məhkəməsinə göndərilənlərin elektron kabinetə yerləşdirilmədiyini ona telefonla bildirmişdir. Həmin məktubların göndərilmədiyini hiss etdiyindən məhkəməni elektron kabinet vasitəsilə məlumatlandırmışdır. Səlahiyyətli şəxsin qəbulunda olarkən ona gah məktubun göndərilməsi üçün göstəriş verildiyi deyilmiş, gah da belə onun tərəfindən belə məktubun verilmədiyi bildirilmişdir. Bundan sonra o, məktublarını yaxın qohumları vasitəsilə göndərmək üçün onları 13 fevral 2025-ci il tarixdə qısamüddətli görüşə çağırmış, lakin, görüş məhdudlaşdırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarına uyğun olaraq 26 fevral 2025-ci il tarixdə saxlanıldığı 10 saylı cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülmüşdür. Bu ərizə və şikayətini göndərilməsi üçün 03 mart 2025-ci il tarixdə müvafiq şöbəyə təqdim etmişdir. Hesab edir ki, məktubu göndərməyə imkan yaradıldığından onun göndərilməsinə mane olan hallar aradan qalxmışdır və şikayətin verilməsi müddəti təqsiri oladan buraxıldığından buraxılmış prosessual müddət bərpa edilməlidir.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi müddətin bərpasına dair ərizə ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçının elektron kabinetindən onun nümayəndəsi istifadə etmiş, lakin nümayəndəsinin hüquqi savadı olmamışdır. Birinci instansiya məhkəməsində icraat zamanı verdiyi iş materialları ilə tanış olma barədə məktubun məzmununu ailə üzvlərinə bildirmiş, ərizə onlar tərəfindən elektron kabinetə yüklənmişdir. Məhkəmə qərarının qəbul edilməsi barədə məlumatı olsa da, elektron sistemdən qərarı görə bilməmiş, apellyasiya şikayətini əsaslandırmaq üçün isə kağız daşıyıcıda qərara ehtiyacı olmuşdur. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi müddətin bərpa edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi müddətin bərpasına dair ərizəyə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı tərəf 2024-cü ilin oktyabr ayında bir neçə dəfə iş materialları ilə tanış olmaq üçün elektron kabinetə ərizə yerləşdirmişdir. Həmin müddət ərzində iddiaçı tərəf qısa şəkildə birinci instansiya məhkəməsinin qərarına münasibətini qeyd edib apellyasiya şikayəti verə və məhkəmə prosesinin gedişatında isə apellyasiya şikayətinin əsaslandırma hissəsini təqdim edə bilərdi. Cavabdehin nümayəndəsi bu səbəbdən müddətin bərpasına dair ərizənin rədd edilməsini xahiş etmişdir.
13. Üçüncü şəxs Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ:
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 9-1. İnzibati məhkəmə icraatının elektron qaydada aparılması 9-1.1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçının (ərizəçinin) seçimi əsasında inzibati məhkəmə icraatı elektron qaydada, bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıla bilər. 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. ... Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
15. Mülki Prosessual Məcəllə: Maddə 133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. ... Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi ... 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet” lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. ...
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:
16. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, prosessual müddətin bərpasına əsaslar olmadığından ərizə rədd edilməli, şikayət üzrə apellyasiya icraatı mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir.
17. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun, həmçinin, apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
18. Lakin, nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilə bilməsi müəyyən olunur.
19. Qeyd edilməlidir ki, İPM-in 9-1.3-cü maddəsi imperativ olaraq müəyyən edir ki, inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda, həmin icraat, o cümlədən, ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
20. İşdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş, həmin sistemdə “elektron kabinet” yaratmışdır.
21. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu Sumqayıt İnzibati Məhkəməsi də mübahisələndirilən məhkəmə qərarını “Elektron məhkəmə” informasiya sistemində xx.xx.2024-cü il tarixdə yerləşdirilməklə imzalanmış, həmçinin, elə həmin tarixdə iddiaçıya elektron kabinet vasitəsilə çatdırılmışdır.
22. Lakin, iddiaçının nümayəndəsi X5 tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 30 günlük müddət ötürüldükdən sonra - xx.xx.2025-ci il tarixdə vermişdir. İPM-nin 85.1-ci maddəsinin tələbinə əsasən iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə qərarından şikayət verilmənin son müddəti xx.xx.2025-ci il tarixdə başa çatmışdır, bununla da şikayətin verilməsi müddəti 04 ay 05 gün ötürülmüşdür.
23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 15 iyul 2019-cu il tarixli, “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 2.3-cü bəndinə əsasən hakimin gücləndirilmiş elektron imzası ilə təsdiq edilmiş bütün məhkəmə sənədləri proses iştirakçılarının informasiya sistemində yaradılmış elektron kabinetində avtomatlaşdırılmış qaydada yerləşdirilir və onlara bu barədə məlumat İnformasiya Sistemi vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
24. İddiaçının nümayəndəsi müddətin bərpasına dair ərizəsinin dəlillərində məhkəmə qərarı xx.xx.2024-cü il tarixdə ona Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında təqdim edildikdən sonra ondan asılı olmayan səbəblərdən apellyasiya şikayətini vaxtında verə bilmədiyini, belə ki, 2022-ci ildə məhkəmə hökmünə əsasən azadlıqdan məhrum edilmə cəzasına məhkum edildiyindən məhkəmə qərarının ona təqdim edildiyi tarixdən sonra tez-tez yeri dəyişdirilərək müxtəlif cəzaçəkmə müəssisələrinə köçürüldüyünü, həmin müəssisələrdə məhkəmələrə ərizə və şikayət vermək imkanlarının məhdudlaşdırıldığını bildirmişdir.
25. Kollegiya iddiaçının dəlillərini əsassız hesab edərək ilk növbədə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı X5 deyil, hüquqi şəxs olan İddiaçı MMCdir. R.Z.Cəfərov isə onun təsisçi-direktorudur.
26. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının təsisçi-direktorunun cəzaçəkmə müəssisəsində olması və ya hər hansı səbəbdən məhkəməyə əlçatımlılıq imkanının məhdud olması hüquqi şəxsin vəkil vasitəsilə təmsil olunaraq məhkəmə qərarından vaxtında apellyasiya şikayəti verməsinə əngəl olan hal deyildir.
27. Kollegiya iddiaçının nümayəndəsinin İddiaçı MMC-nin fəaliyyəti dayandığından onun adından vəkillə müqavilə bağlamaq imkanlarının olmadığına dair dəlillərini də əsassız hesab edərək bildirir ki, hazırkı iş üzrə iddiaçı özü müstəqil şəkildə vəkillə müqavilə bağlayaraq vəkil xidmətlərindən istifadə edə bilmədiyi halda, dövlət hesabına vəkillə təmin edilmə barədə ərizə ilə məhkəməyə müraciət edə bilərdi.
28. Bundan başqa, iddiaçının nümayəndəsi məhkəmə iclasında izahatında iddiaçının elektron kabinetindən nümayəndəsinin istifadə etdiyini, eləcə də, iş materialları ilə tanış olma barədə məktubun məzmununu ailə üzvlərinə bildirdiyini, onlar tərəfindən elektron kabinetə yükləndiyini bildirmiş, bununla da, iddiaçı hüquqi şəxsin elektron kabinetdən istifadə imkanları olduğunu nümayəndəsi də təsdiq etmişdir.
29. Bundan əlavə, iddiaçının nümayəndəsi ərizəsinin dəlillərində 06 noyabr 2024-cü il tarixdən Umbakı penitensiar müəssisəsindən 17 saylı cəzaçəkmə müəssisəsinə köçürüldüyünü və bundan sonra həmin müəssisədə cərimə təcridxanasına yerləşdirildiyini, daha sonra da hadisələrin belə formada davam etdiyini, bu səbəbdən, apellyasiya şikayətini tərtib edərək göndərmək imkanının olmadığını bildirmişdir.
30. Kollegiya ərizənin bu dəlillərinə münasibətdə qeyd edir ki, işin yuxarıda qeyd olunan hallarından göründüyü kimi məhkəmə qərarı xx.xx.2024-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmiş, iddiaçının nümayəndəsinin apellyasiya şikayətini tərtib etməsi üçün həmin tarixdən xx.xx.2024-cü il tarixədək kifayət qədər vaxtı olmuşdur (29 gün).
31. Digər tərəfdən, iddiaçının nümayəndəsi R.Z.Cəfərov iddiaçının elektron kabineti vasitəsilə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə məhkəməyə müxtəlif məzmunlu ərizələrlə müraciətlər etmişdir.
32. Bununla da, bir daha iddiaçının məhkəmə qərarının elektron kabinetə yerləşdirildiyi xx.xx.2024-cü il tarixdən qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti vermək imkanının olduğu təsdiq edilir.
33. Odur ki, kollegiya ərizənin bu dəlillərini də əsassız hesab edir.
34. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahatında müddətin ötürülməsinin digər bir əsası kimi bildirmişdir ki, məhkəmə qərarının qəbul edilməsi barədə məlumatı olsa da, elektron sistemdən qərarı görə bilməmiş, apellyasiya şikayətini əsaslandırmaq üçün isə kağız daşıyıcıda qərara ehtiyacı olmuşdur.
35. Kollegiya bu dəlili də əsassız hesab edərək ilk öncə qeyd edir ki, iş materiallarından göründüyü kimi məhkəmə qərarı onun ərizəsi əsasında iddiaçının nümayəndəsi R.Z.Cəfərova xx.xx.2024-cü il tarixdə kağız daşıyıcıda təqdim edilmiş və həmin gün saat 17:10-a qədər özünün də ərizəsində qeyd etdiyi kimi (iş İ cild, səhifə 238) iclasın audio-video yazı materialları ilə tanış olmuşdur.
36. Bundan əlavə, iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsaslandırmaq zərurəti olduğundan və bunu icra edə bilmədiyindən müddətin yubandığını bildirsə də, onun tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə verilmiş apellyasiya şikayətindən görünür ki, bu şikayətin özü belə əsaslandırılmamışdır.
37. Halbuki, İnzibati Prosessual Məcəllənin 85.2-ci maddəsinə əsasən şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında Plenum məhz qeyd etmişdir ki, “... qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın”.
39. Qeyd edilənlərə əsasən kollegiyası hesab edir ki, iddiaçı tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş, müddətin iddiaçının təqsiri olmadan buraxılmasına dair üzrlü səbəblər müəyyən edilməmişdir.
40. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbayan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarına əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq, onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır.
41. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar.
42. Beləliklə, sadalananları nəzərə alaraq, kollegiya hesab edir ki, prosessual müddətin bərpa edilməsinə dair ərizə rədd edilməli, iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmayaraq şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Prosessual müddətin bərpa edilməsinə dair ərizə rədd edilsin. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3