Məhkəmə qərarları › İş №2-1(105)-435/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-435/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-435/2023 30.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər:qərarların ləğv edilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3741 nömrəli Qərarın və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********050400 nömrəli Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-433/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları xx.xx.2021-ci il tarixli 027574 nömrəli EBBP seriyalı elektron qaimədən görünür ki, "xxxx" MMC (VÖEN 1********) "xxxx" MMC-yə bir vahidinin buraxılış qiyməti 1271.186 manat olan 1000 ton armaturu təqdim etmişdir. Elektron qaimənin əməliyyat tarixçəsindən görünürü ki, xx.xx.2021-ci il tarixli 027574 nömrəli EBBP seriyalı elektron qaimə alıcı "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə ləğvə göndərilmiş və xx.xx.2022-ci il tarixdə satıcı "xxxx" MMC tərəfindən ləğv təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli 087322 nömrəli EBBQ seriyalı elektron qaimədən görünür ki, "xxxx" MMC (VÖEN 1********) "xxxx" MMC-yə bir vahidinin buraxılış qiyməti 1271 manat olan 48 ton armaturu təqdim etmişdir. xx.xx.2022-ci il tarixli 001883 nömrəli DVX seriyalı “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitəsilərinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş opeartiv vergi nəzarətinin nəticəsi haqqında” Aktda qeyd edilənlərə əsasən vergi orqanı iddiaçya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 3005-ci məhəllə ünvanında yerləşən anbarda vergi ödəyicisinin fəaliyyət dövründə elektron qaimə faktura tərtib etmədən ümumi dəyəri (ƏDV + ticarət əlavəsi) 1491109.61 manat olan 962.42 ton həcmində olan malları (armaturu) satdığı müəyyən edilmişdir. "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3741 nömrəli Qərara əsasən "xxxx" MMC-yə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 149110.96 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2022-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubda qeyd edilənlərə əsasən iddiaçı tərəfindən 2022-ci ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi üzrə həyata keçirilmiş kameral vergi yoxlaması zamanı aşağıdakı uyğunsuzluq aşkar edilmişdir. "xx.xx.2022-ci il tarixli **********2907 nömrəli OVN qərarına əsasən fəaliyyətiniz dövründə 1491109.61 manat (ƏDV daxil) (ƏDV-siz 1263652.21 manat) dəyərində 962.42 ton armatur təqdim edildiyi aşkar edilmişdir. Dövr ərzində təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən 190913.78 manat daxil olmuş məbləğ üzrə 34364.48 manat ƏDV məbləği nəzərə alınmaqla 1072738.43 manat dövriyyə üzrə 193092.91 manat ƏDV məbləği hesablanmalıdır”. xx.xx.2022-ci il tarixli **********050400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən iddiaçıya 2022-ci ilin yanvar ayına ƏDV üzrə 193092.91 manat əlavə vergi məbləği hesablanmışdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC şirkəti xx.xx.2021-ci il tarixli 22 saylı müqavilə əsasında İddiaçı MMC-yə l tonunun qiyməti 1271,186 AZN olmaqla 1000 ton Tikintidə istifadə olunan dəmir çubuq (armatur) satmışdır. Mal qarşı tərəfə X8 Limanında təhvil verilmişdir. Satılan malın ümumi dəyəri ******* AZN təşkil etmiş və buna uyğun olaraq xx.xx.2021-ci il tarixdə İddiaçı MMC-yə 027574 nömrəli EBBP seriyalı qaimə göndərilmişdir. Qaimə göndəriləndən sonra Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin İdxal-İxrac İdarəsindən şirkətə göndərilən məktubda idxal edilən armaturun Yük gömrük bəyannaməsinin arxivləşdirilmədiyi üçün sistemdə görünmədiyi qeydə olunmuşdu. Bundan sonra Gömrük Komitəsinə müraciətə uyğun olaraq idxal olunan malın Yük-gömrük bəyannaməsi arxivləşdirildi. xx.xx.2022-ci il tarixində 087322 nömrəli EBBQ seriyalı İddiaçı MMC-yə ödədiyi 48 ton mala uyğun dəyərinə uyğun qaimə kəsilmiş, xx.xx.2022-ci il tarixdə isə əvvəl göndərilmiş 027574 nömrəli EBBP seriyalı qaimə ləğv olunmuşdur. Bundan sonra İddiaçı MMC-nin onlardan aldığı malın dəyərini ödəmək qabiliyətində olmadığından faktiki olaraq şirkətə məxsus malı geri qaytarmışdır. “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limam ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limam” ASC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli (bitmə müddəti xx.xx.2022-ci il) HP-027/2021 saylı müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən "Liman" "Yüklərin gəmi və ya vaqonlardan qəbulu/boşaldılması”, “Yüklərin gəmi və ya vaqonlara aşırılması/göndərilməsi” xidmətləri göstərir və bu əməliyyatların yerinə yetirilməsi “Sifarişçi”nin yəni "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı ilə həyata keçirilib. Daşınacaq və ya boşaldılacaq yükün növü, miqdarı, xidmət haqqı Müqavilənin əlavəsi ilə müəyyən olunmuşdur. “Sifarişçi” ilə olan Müqaviləyə əsasən yükün hansı şirkətə təhvil verilməsi, daşıma istiqaməti və bununla bağlı digər məlumatlar “Sifarişçi”nin səlahiyyətindədir. "xxxx" MMC və İddiaçı MMC arasında alqı-satqının predmeti olan dəmir çubuqların Liman ərazisində təhvil verilməsi barədə heç bir məlumat yoxdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,"xxxx" MMC şirkəti xx.xx.2021-ci il tarixli 22 saylı müqavilə əsasında İddiaçı MMC-yə 1 tonunun qiyməti 1271,186 AZN olmaqla 1000 (min) ton Tikintidə istifadə olunan dəmir çubuq (armatur) satmışdır. Mal qarşı tərəfə X9 limanında təhvil verilmişdir. Satılan malın ümumi dəyəri ******* AZN təşkil etmiş və buna uyğun olaraq xx.xx.2021-ci il tarixdə İddiaçı MMC-yə 027574 nömrəli EBBP seriyalı qaimə göndərilmişdir. Qaimə göndəriləndən sonra Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin İdxal-İxrac İdarəsindən şirkətə göndərilən məktubda idxal edilən armaturun Yük gömrük bəyannaməsinin arxivləşdirilmədiyi üçün sistemdə görünmədiyi qeydə olunmuşdu. Bundan sonra Gömrük Komitəsinə müraciətlərinə uyğun olaraq idxal olunan malın Yük-gömrük bəyannaməsi arxivləşdirildi. xx.xx.2022-ci il tarixində 087322 nömrəli EBBQ seriyalı İddiaçı MMC-yə ödədiyi 48 ton mala uyğun qaimə kəsilmiş, xx.xx.2022-ci il tarixdə isə əvvəl göndərilmiş 027574 nömrəli EBBP seriyalı qaimə ləğv olunmuşdur. Bundan sonra İddiaçı MMC onlardan aldığı malın dəyərini ödəmək qabiliyətində olmadığından faktiki olaraq şirkətə məxsus olan 952 ton mal geri qaytarılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3741 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi” məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3741 nömrəli qərarın və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********050400 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********9626 nörnrəli qərara əsasən iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə operativ vergi nəzarəti həyata keçirilmiş və tədbirin nəticəsi olaraq xx.xx.2022-ci il tarixlil DVX seriyalı 001883 nömrəli Akt tərtib edilmişdir. Aktda qeyd edilənlərə əsasən vergi nəzarəti tədbiri nəticəsində iddiaçı tərəfindən ümumi dəyəri 1491109.61 manat olan 962.42 ton malın (armaturun) elektron qaimə faktura təqdim edilmədən satıldığı müəyyən edilmişdir. Qeyd olunan aktın əsasında cavabdeh vergi orqanı 2 saylı Ərazi Veygilər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********3741 nömrəli "Vergi ödəyicisihin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmiş və həmin qərar ilə cəmiyyətə 149 110.96 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərarın ləğv edilməsi ilə bağlı yuxarı orqana müraciət edilsə də, şikayəti təmin edilməmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********3741 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı qanunsuz və əsassız hesab edir. Cavabdeh vergi orqanı tərəfindən cəmiyyətə məxsus obyektdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş və 1491109.61 manat dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən satıldığı aşkar olunmuşdur. Başqa sözlə desək, vergi orqanı cəmiyyətə məxsus obyektdə qəfil reyd zamanı xx.xx.2022-ci il tarixli 1491109.61 manat dəyərində malların satıldığı, lakin həmin təqdim edilmiş mallara görə elektron qaimə-fakturanın təqdim edilmədiyini aşkar etmişdir. Bildirilir ki, cavabdeh vergi orqanı mübahisələndirilən qərarı fakt əsasında deyil, məhz fərziyyə əsasında qəbul etmişdir. Belə ki, satıldığı iddia olunan 962.42 ton mal (armatur) faktiki olaraq, cəmiyyətin sahibliyində, eləcə də sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə mövcud olmamışdır. Belə ki, vergi orqanı operativ vergi nəzarətinin nəticəsinə dair aktı tərtib edərkən 1000 ton armaturun satılmasına dair "xxxx" MMC tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2021-ci il tarixli EBBP seriyalı 027574 nömrəli elektron qaimə fakturanı əsas götürmüşdür. Başqa sözlə desək, cavabdeh vergi orqanı həmin EQF əsasında alınmış 1000 ton armaturun 962.42 ton hissəsinin yoxlama zamanı cəmiyyətin anbarında olmadığını və nəticə etibarilə həmin malların satıldığını, lakin buna dair EQF tərtib edilmədiyini əsas götürərək iddiaçıya VM-nin 58.13- cü maddəsinə əsasən maliyyə sanksiyası tətbiq etmişdir. Halbuki, xx.xx.2021-ci il tarixli EBBP seriyalı 027574 nömrəli elektron qaiməfaktura satıcı "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə ləğv edilmiş, alıcı "xxxx" MMC tərəfindən isə xx.xx.2022-ci il tarixdə təsdiq edilmişdir. Belə ki, tərəflər arasında razılaşma 48 ton armaturun alğı-satqısı ilə bağlı olduğu halda "xxxx" MMC elektron qaiməfakturanı texniki səhv nəticəsində 1000 ton armatur ilə bağlı göndərmiş, daha sonra həmin EQF-m ləğv edərək, 48 ton armaturun satışına dair xx.xx.2022-ci il tarixli EBBQ seriyalı 87322 nömrəli EQF-nı tərtib edərək iddiaçıya göndərmişdir. Göründüyü kimi, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə 48 ton armaturun satılması barədə yeni EBBQ seriyalı 87322 nömrəli EQF-nı tərtib edərək iddiaçıya göndərmiş, səhv tərtib edilmiş xx.xx.2021-ci il tarixli EBBP seriyalı 027574 nömrəli EQF-m ləğv etmişdir. Lakin cavabdeh vergi orqanı bütün bu faktlara baxmayaraq, xx.xx.2022-ci il tarixdə hər hansı faktiki əsas (sübut) olmadığı halda 962.42 ton armaturun EQF tərtib edilmədən satıldığını əsas götürərərk iddiaçını vergi məsuliyyətinə cəlb etmişdir. Beləliklə, 1000 ton armaturun alınmasına dair xx.xx.2021-ci il tarixli EBBP seriyalı 027574 nömrəli EQF xx.xx.2022- ci il tarixdə ləğv edildiyi yə i ddiapmn .sahibliyində, faktiki olaraq 962.42.ton armaturun olmasına, eləcə də hər hansı üçüncü şəxsə satılmasına dair sübut olmadığı halda, cavabdeh vergi orqanı 2 ay sonra-xx.xx.2022-ci il tarixdə iddiaçıya əsassız maliyyə sanksiyası tətbiq etmişdir ki, bu da iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, iddiaçı məhkəmə prosesində iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3741 nömrəli qərarın və “Vergilərin, Sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********050400 nömrəli Qərarın ləğv edilməsi”ni məhkəmədən xahiş etmişdir. İddiaçının iddia ərizəsində qeyd edilən dəliləri vergi qanunvericiliyinin tələblərinə uyğun olmadığına görə əsassız hesab edirlər. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9626 nömrəli qərarına əsasən əsasən iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 3005-ci məhəllə ünvanında yerləşən təsərrüfat subyektində (anbarında) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı ticarət əlavəsi və ƏDV ilə birlikdə elektron qaimə faktura verilmədən 1.491.109,61 manat dəyərində 962,42 ton həcmində malların təqdim edilməsi faktı aşkar edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 001883 nömrəli "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktın tərtib edildiyi, Cəmiyyətin rəhbərinin aktı imza etməkdən imtina etdiyi, aktın bir nüsxəsini qəbul etmədiyi, bu faktın müvafiq aktla rəsmiləşdirildiyi müəyyən edilmişdir. Operativ vergi nəzarəti nəzarətinin nəticələri barədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli DVX seriyalı 001883 nömrəli akt və digər sənədlərin surəti xx.xx.2022-ci il tarixli **********028900 nömrəli bildirişlə Cəmiyyətə göndərilmişdir. Tərtib edilmiş akt əsasında Cəmiyyətə xx.xx.2022-ci il tarixli **********856800 nömrəli bildiriş göndərilərək operativ vergi nəzarətinin nəticələrinə dair qəbul ediləcək qərar üzrə materiallara baxılmada iştirak etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra - Baş idarə) dəvət edilməsinə baxmayaraq, Cəmiyyətin səlahiyyətli nümayəndəsi göstərilən tarixdə vergi orqanına gəlməmiş və gəlmədiyinin səbəbləri barədə məlumat verməmişdir. Baş İdarənin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3741 nömrəli qərarı əsasında Cəmiyyətin barəsində 149.110,96 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 454-VQD nömrəli qanunu ilə Vergi Məcəlləsinə əlavə edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş 13.2.63-cü maddəyə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti hesab edilir. Eyni zamanda həmin qanunla Vergi Məcəlləsinə əlavə edilmiş 71-1-ci maddəyə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir: bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71- 1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda - mallar göndərilən (verilən) vaxt; əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə - malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə - işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71- 1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda - malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edilənlərə əsasən topdansatış fəaliyyəti göstərən iddiaçının pərakəndə satış qaydasında və həmçinin də vergi uçotu olmayan alıçılara ödəniş çeki verilməklə malları təqdim etməsi istinad edilən qanunvericilik normalarının tələblərinin pozulmasıdır və Vergi Məcəlləsinin 58.13cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə iddiaçı qanuni olaraq vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin sanksiyasına görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiqi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən ümumi dəyəri 1.491.109,61 manat dəyərində olan malların elektron qaimə-faktura təqdim edilmədən satışına təqvim ili ərzində belə hala birinci dəfə yol verilməsinə görə təqdim edilmiş malların satış qiymətinin 10 faizi miqdarında 149.110,96 maliyyə sanksiyası tətbiq edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı malların topdansatışı fəaliyyəti ilə məşğuldur və malları təqdim edərkən Vergi Məcəlləsinin 13.2.63- cü və 71-1-ci maddələrinin tələblərinə əməl etməmişdir. Həmçinin, "xxxx" MMC-yə (VÖEN: **********) 2022-ci ilin yanvar ayına əlavə dəyər vergisi bəyannaməsi üzrə 193092,91 manat kameral vergi yoxlaması ilə vergi məbləği hesablanmışdır. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixli **********2907 nömrəli OVN qərarına əsasən fəaliyyəti dövründə 1491109,61 manat (ƏDV daxil) (ƏDV-siz 1263652,21 manat) dəyərində 962,42 ton armatur təqdim edildiyi aşkarlanmışdır. Dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən 190913,78 manat daxil olmuş məbləğ üzrə 34364,48 manat ƏDV məbləği nəzərə alınmaqla 1072738,43 manat dövriyyə üzrə 193092,91 manat ƏDV məbləği hesablanmalıdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********723500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün vergi orqanı tərəfindən 2022-ci ilin yanvar ayına əlavə dəyər vergisi bəyannaməsinə 1072738,43 manat dövriyyə üzrə 193092,91 manat ƏDV məbləği hesablanmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********931400 nömrəli hesablama barədə qərar göndərilmişdir. Sonradan xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilməklə dövriyyə məbləği və hesablanmış vergi məbləği azaldılmışdır.Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********563400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün vergi orqanı tərəfindən 2022-ci ilin yanvar ayına əlavə dəyər vergisi bəyannaməsinə 1072738,43 manat dövriyyə üzrə 193092,91 manat ƏDV məbləği hesablanmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********050400 nömrəli hesablama barədə qərar göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-433/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçı "xxxx" MMC barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********050400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı və "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3741 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi orqanı iddiaçı "xxxx" MMC-nin əskik gələn mal qalığını düzgün müəyyən etmədiyindən, iddiaçıya münasibətdə hesablanmış 193092.91 manat məbləğində Əlavə dəyər vergisi və tətbiq edilmiş 149110.96 manat məbləğində maliyyə sanksiyası qanunvericiliyin tələblərinə zidd olmuşdur. Cavabdeh vergi orqanı iddiaçının əskik gələn mal qalığını ləğv edilmiş elektron qaimə-faktura əsasında 962.42 ton həcmində müəyyən edərkən səhvə yol verdiyindən, həmin malların elektron qaimə-faktura tərtib edilmədən satıldığını görə "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3741 nömrəli Qərara əsasən "xxxx" MMC-yə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən tətbiq edilmiş 149110.96 manat məbləğində maliyyə sanksiyası qanunsuz olmuşdur. Hazırkı iş üzrə 962.42 ton armaturun iddiaçı tərəfindən təqdim edilməsi və həmin malların ƏDV-siz dəyərinin iddiaçıya ödənilməsi iş üzrə sübuta yetirilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ləğv edilmiş elektron qaimə-faktura əsasında müəyyən edilmiş 962.42 ton əskik gələn mal qalığının iddiaçı tərəfindən təqdim edilməsi və malların dəyərinin də ödənilməsinə dair hər hansı sübut olmadığından, vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********050400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən hesablanmış 193092.91 manat ƏDV məbləğinin düzgünlüyü öz təsdiqini tapmır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9626 nömrəli qərarına əsasən iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 3005-ci məhəllə ünvanında yerləşən təsərrüfat subyektində (anbarında) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri sənədlərin təqdim olunması barədə xx.xx.2022-ci il tarixli, **********9645 nömrəli Tələbnamə vergi ödəyicisinə təqdim edilmişdir. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9626 nömrəli qərarına əsasən əsasən iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 3005-ci məhəllə ünvanında yerləşən təsərrüfat subyektində (anbarında) mal-material qalığı aşkar olunmayıb və bu barədə icarədar “İlkin-Mə “ MMC-nin rəhbəri Sadəddin Allahverdiyevin iştirakı 11.01,2022-ci il tarixdə akt tərtib olunmuşdur. Keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı ticarət əlavəsi və ƏDV ilə birlikdə elektron qaimə-faktura verilmədən 1.491.109,61 manat dəyərində 962,42 ton həcmində malların təqdim edilməsi faktı aşkar edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 001883 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktın tərtib edildiyi, Cəmiyyətin rəhbərinin aktı imza etməkdən imtina etdiyi, aktın bir nüsxəsini qəbul etmədiyi, bu faktın müvafiq aktla rəsmiləşdirildiyi müəyyən edilmişdir. Operativ vergi nəzarəti nəzarətinin nəticələri barədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli DVX seriyalı 001883 nömrəli akt və digər sənədlərin surəti xx.xx.2022-ci il tarixli **********028900 nömrəli bildirişlə Cəmiyyətə göndərilmişdir. Tərtib edilmiş akt əsasında Cəmiyyətə xx.xx.2022-ci il tarixli **********856800 nömrəli bildiriş göndərilərək operativ vergi nəzarətinin nəticələrinə dair qəbul ediləcək qərar üzrə materiallara baxılmada iştirak etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra - Baş idarə) dəvət edilməsinə baxmayaraq, Cəmiyyətin səlahiyyətli nümayəndəsi göstərilən tarixdə vergi orqanına gəlməmiş və gəlmədiyinin səbəbləri barədə məlumat verməmişdir. Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3741 nömrəli qərarı əsasında Cəmiyyətin barəsində 149.110,96 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 454-VQD nömrəli qanunu ilə Vergi Məcəlləsinə əlavə edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş 13.2.63-cü maddəyə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti hesab edilir. Eyni zamanda həmin qanunla Vergi Məcəlləsinə əlavə edilmiş 71-1-ci maddəyə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir. Qeyd edilənlərə əsasən topdansatış fəaliyyəti göstərən iddiaçının pərakəndə satış qaydasında və həmçinin də vergi uçotu olmayan alıçılara ödəniş çeki verilməklə malları təqdim etməsi istinad edilən qanunvericilik normalarının tələblərinin pozulmasıdır və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə iddiaçı qanuni olaraq vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin sanksiyasına görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiqi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən ümumi dəyəri 1.491.109,61 manat dəyərində olan malların elektron qaimə-faktura təqdim edilmədən satışına təqvim ili ərzində belə hala birinci dəfə yol verilməsinə görə təqdim edilmiş malların satış qiymətinin 10 faizi miqdarında 149.110,96 maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı malların topdansatışı fəaliyyəti ilə məşğuldur və malları təqdim edərkən Vergi Məcəlləsinin 13.2.63-cü və 71-1-ci maddələrinin tələblərinə əməl etməmişdir. Həmçinin, “Ramin Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 2022-ci ilin yanvar ayına əlavə dəyər vergisi bəyannaməsi üzrə 193092,91 manat kameral vergi yoxlaması ilə vergi məbləği hesablanmışdır. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli **********2907 nömrəli OVN qərarına əsasən fəaliyyəti dövründə 1491109,61 manat (ƏDV daxil) (ƏDV-siz 1263652,21 manat) dəyərində 962,42 ton armatur təqdim edildiyi aşkarlanmışdır. Dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən 190913,78 manat daxil olmuş məbləğ üzrə 34364,48 manat ƏDV məbləği nəzərə alınmaqla 1072738,43 manat dövriyyə üzrə 193092,91 manat ƏDV məbləği hesablanmalıdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********723500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün vergi orqanı tərəfindən 2022-ci ilin yanvar ayına əlavə dəyər vergisi bəyannaməsinə 1072738,43 manat dövriyyə üzrə 193092,91 manat ƏDV məbləği hesablanmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********931400 nömrəli hesablama barədə qərar göndərilmişdir. Sonradan xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilməklə dövriyyə məbləği və hesablanmış vergi məbləği azaldılmışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********563400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün vergi orqanı tərəfindən 2022-ci ilin yanvar ayına əlavə dəyər vergisi bəyannaməsinə 1072738,43 manat dövriyyə üzrə 193092,91 manat ƏDV məbləği hesablanmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********050400 nömrəli hesablama barədə qərar göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9626 nömrəli qərarına əsasən əsasən iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 3005-ci məhəllə ünvanında yerləşən təsərrüfat subyektində (anbarında) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri sənədlərin təqdim olunması barədə xx.xx.2022-ci il tarixli, **********9645 nömrəli Tələbnamə vergi ödəyicisinə təqdim edilmişdir. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9626 nömrəli qərarına əsasən əsasən iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 3005-ci məhəllə ünvanında yerləşən təsərrüfat subyektində (anbarında) mal-material qalığı aşkar olunmayıb və bu barədə icarədar “İlkin-Mə “ MMC-nin rəhbəri Sadəddin Allahverdiyevin iştirakı xx.xx.2022-ci il tarixdə akt tərtib olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə mal qalığı ilə bağlı akt tərtib olunduqdan sonra, yəni xx.xx.2022- ci il tarixdə EBBP seriyalı elektron qaima fakturanı mal qalığı yerində olmadığı üçün məqsədli şəkildə ləğv etmişdir. İşə baxan birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli olan qanunvericilik aktlarının və normalarının tələbləri araşdırmadan qərar qəbul etdirmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollehiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollehiyasının iclasında iştirak etmiş iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 və iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri (maddə 50.1.1-50.1.14) əhatə edən vergi nəzarəti formasıdır. ... 50.1.13. Malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi; ... Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları ... 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Maddə 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; 166.1.2. qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt; 166.1.3. malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt; 166.1.4. natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; 166.1.5. əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt; 166.1.6. tələb hüququ güzəşt edildikdə – güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt. 166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçı cavabdeh inzibati orqan tərəfindən aparılmış operativ vergi nəzarəti tədbiri və kameral vergi yoxlamasının nəticəsində onun barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ”xx.xx.2022-ci tarixli Qərarı və “Vergilərin, sosial sığorta haqqlarının və işsizlik sığorta haqqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli Qərarı mübahisələndirir. Cavabdeh inzibati orqan iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Qərarın qəbul edilməsini onunla əsaslandırmışdır ki, keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı ticarət əlavəsi və ƏDV ilə birlikdə elektron-qaimə faktura təqdim edilmədən 1.491.109,61 manat dəyərində 962,42 ton həcmində malların təqdim edilməsi faktı aşkar edilərək, bu barədə akt tərtib edilmiş, həmin akt əsasında vergi ödəyicisinə qəbul ediləcək qərar üzrə materiallara baxılmasında iştirak etmək məqəsdilə müvafiq bildiriş göndərilməsinə baxmayaraq, nümayəndə vergi orqanına gəlməmiş və heç bir məlumat verməmişdir, nəticə olaraq iddiaçı barəsində müvafiq qərar qəbul edilərək, 149.110,96 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Həmçinin, cavabdeh inzibati orqan iddiaçı barəsində Vergilərin, sosial sığorta haqqlarının və işsizlik sığorta haqqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli Qərarın qəbul edilməsini onunla əsaslandırmışdır ki, iddiaçı malların topdansatış fəaliyyəti ilə məşğuldur və malları təqdim edərkən, vergi qanunvericiliyinin tələblərinə əməl etməmiş, vergi ödəyicisi tərəfindən 1491109,61 manat dəyərində 962,42 ton armatur təqdim edildiyi aşkarlanmışdır, dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən 190913,78 manat daxil olmuş məbləğ üzrə 34364,48 manat ƏDV məbləği nəzərə alınmaqla, 1072738,43 manat dövriyyə üzrə 193092,91 manat ƏDV məbləği hesbalanmış, yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicsinə məktub ünvanlanmış, heç bir münasibət bildirilməmiş,vergi orqanı tərəfindən 2022-ci ilin yanvar ayına əlavə dəyər vergisi bəyannaməsinə 1072738,43 manat dövriyyə üzrə 193092,61 manat ƏDV məbləği hesbalanmış və hesablama barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, vergi və inzibati prosessual qanunvericiliyinin tələbinə əsasən hazırki iş üzrə sübutetmə yükü məhz cavabdeh inzibati orqanın öhdəsinə düşür. Başqa sözlə desək, cavabdeh inzibati orqan mübahisə predmeti olan müvafiq qərarların qəbul edilməsinin əsası kimi istinad etdiyi halları (iddiaçı tərəfindən qeyd edilən məbləğdə malların (armaturun) elektron-qaimə faktura olmadan digər vergi ödəyicilərinə təqdim edilməsi ilə bağlı olan halları) sübut etmək öhdəliyi daşıyır. İndiki halda cavabdeh inzibati orqan bununla bağlı sübut qismində yalnız 1000 ton armaturun satılmasına dair "xxxx" MMC tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2021-ci il tarixli elektron-qaimə fakturaya və həmin qaimə əsasında alınmış 964.42 ton armaturun iddiaçının anbarında aşkar edilməməsi halına istinad edərək, həmin malların satılması qənaətinə gəlmiş və nəticədə iddiaçı barəsində vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası tətbiq etmiş və satılmış mallara müvafiq olaraq əlavə dəyər vergisi hesablamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın istinad etdiyi "xxxx" MMC tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2021-ci il tarixli elektron-qaimə faktura xx.xx.2022-ci il tarixdə ləğv edilmiş və qeyd edilən halı hər iki tərəf təsdiq etməklə, işin mübahisəsiz halı kimi çıxış etmişdir. Həmçinin, iddiaçı iddia tələbinin əsası kimi də məhz həmin elektron-qaimə fakturanın ləğv edilməsi, 1000 ton həcmdə olan maldan, 48 ton malın satılması, ona dair elektron qaimə fakturanın təqdim edilməsi, qalan malın isə elektron-qaimə faktura ləğv edildiyindən, "xxxx" MMC-yə geri qaytarılmaıs halına istinad etmişdir. Bundan əlavə iş materiallarında olan "xxxx" MMC ilə iddiaçı arasında tərtib edilmiş 04 fevral 2022-ci il tarixli təhvil-təslim aktının məzmunundan görünür ki, 02 yanvar 2022-ci il tarixdə iddiaçıya təhvil verilmiş dəmir çubuq (armatur) materialından 121820 kq miqdarda mal ödəniş qabiliyyəti olmadığına görə geri qaytarılması qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun məzmunundan görünür ki, iddiaçıya 1000 ton mal satılmış, satılan mala uyğun xx.xx.2021-ci il tarixli elektron-qaimə faktura tərtib edilmiş, qaimə göndəriləndən sonra yük gömrük bəyannaməsinin arxivləşdirilmədiyi üçün sistemdə görünmədiyi qeyd olunmuş, xx.xx.2022-ci il tarixli elektron qaimə-faktura əsasında 48 ton mala uyğun yeni elektron-qaimə faktura tərtib edilmiş, xx.xx.2022-ci il traixdə isə əvvəlki elektron qaimə-faktura ləğv olunmuş, iddiaçının onlardan aldığı malı ödəmək qabiliyyəti olmadığı üçün faktiki olaraq şirkətə məxsus olan 952 ton mal geri qaytarılmışdır. Göründüyü kimi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qeyd olunan qərarların qəbul edilməsinin əsası qismində çıxış edən xx.xx.2021-ci il tarixli elektron qaimə-faktura ləğv edilmiş, iddiaçıya satılmış 1000 ton armaturdan yalnız 48 tonu iddiaçı tərəfindən üçüncü şəxslərə satılmış, qalan mal isə iddiaçı tərəfindən "xxxx" MMC-yə geri qaytarılmışdır. Nəticə etibarilə indiki halda cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində ƏDV və maliyyə sanksiyası faktiki olaraq geri qaytarıldığından iddiaçının anbarda aşkar edilməmiş mallara, eləcə də ləğv edilmiş elektron qaimə-fakturaya münasibətdə hesablanmışdır ki, bu hal vergi qanunvericiliyinin normalarının tələbinə zidd olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən isə bu halı təkzib edən, habelə müvafiq qərarların qəbul edilməsinin əsası kimi istinad edilən halları sübut edən heç bir dəlilə istinad edilməmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə işin hallarına uyğun olmuş, sübutetmə yükünün məhz cavabdeh inzibati orqanın üzərinə düşməsi ilə bağlı qənaəti düzgün olmuş, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarlar vergi qanunvericiliyi və işin halları baxımından düzgün qiymətləndirilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri iş materialları əsasında təkzib olunmaqla, heç bir dəlilə əsaslanmamış, nəticə etibarilə əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-433/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar