Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-437/2023 29.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən Misir Parkının qarşısında ona köşk qoyulmasına icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2-1(118)-24/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh başçısının 214 saylı, xx.xx.2003-cü il tarixli sərəncamı ilə Abşeron rayonu, Xırdalan qəsəbəsinin 27-ci məhəlləsində, Ə.Aslanov və 1269-cu keçidin kəsişdiyi ərazidə 2a saylı beşmərtəbə binanın qarşısında 6.0X5.0 ölçüdə torpaq sahəsi İddiaçı mağaza tikintisi üçün ayrılmışdır.
2. Cavabdeh başçısının 279 saylı, xx.xx.2003-cü il tarixli sərəncamı ilə İddiaçı inşa edilmiş mağazanın genişləndirilməsi haqqında xahişi nəzərə alınaraq boş istifadəsiz sahədə genişləndirməyə icazə verilmiş və 27,0 kv.m ölçüdə torpaq sahəsi ayrılmışdır.
3. İddiaçı ilkin olaraq cavabdehin qanunsuz hərəkətlərinə görə məhkəməyə kompensasiya tələbi ilə müraciət etmişdir. Daha sonra məhkəmə icraatı zamanı iddia tələbini dəyişdirərək, ona köşk qoyulmasına icazə verilməsi üçün Cavabdehnə müraciət etmiş və inzibati orqanın xx.xx.2023-cü il tarixli, 5-29/2-İ-11-007/2023 nömrəli məktubu ilə imtina cavabını almışdır.
4. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli əraziyə baxış keçirilmiş və mövcud olmuş tikilinin Xırdalan şəhərinin mərkəzində, 5 mərtəbəli yaşayış binasının qarşısında və ictimai parkla üzbəüz yerləşdiyi məlum olmuşdur. İddiaçı tərəfindən köşk qoyulması tələb edilən ərazi köhnə tikilidən 50 metr məsafədə küçənin əks istiqamətində Misir parkının qarşında yerləşir və həmin köşk qoyulacağı tədqirdə vətəndaşların, o cümlədən nəqliyyat vasitələrinin hərəkətinə məhdiyyət yaranmır.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
5. İddiaçı Cavabdehnə qarşı “dəymiş ziyana görə cavabdehdən 142500 manat kompensasiyanın tutularaq ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia rəzisəi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşlı valideyinlərini, ailə və uşaqlarını dolandırmaq məqsədi ilə Abşeron RİH-nə müraciət edərək biznes fəaliyyəti göstərmək üçün yer almaq istəmişdir. Abşeron RİH-nin 204 saylı, xx.xx.2003-cü il tarixli sərəncamı ilə ona mağaza tikintisi məqsədi ilə torpaq sahəsi ayrılması üçün komissiya yaradılmışdır. Komissiya, Xırdalan qəsəbəsinin 27-ci məhəlləsində, H.Aslanov və 1269-cu keçidin kəsişdiyi ərazidə 2a saylı beşmərtəbə binının qabağında boş, istifadəsiz, ağac olmayan sahədə, cizgiyə uyğun 6x5 m ölçüdə torpaq ayrılması aktla təsdiq etmişdir. İH-nin 214 saylı, xx.xx.2003-cü il tarixli sərəncamı ilə həmin torpaq sahəsi ona ayrılmışdır. İH-nin 279 saylı, xx.xx.2003-cü il tarixli sərəncamı ilə ayrılan 30 m2 sahə, daha 27 m2 genişləndirilmişdir, yəni cəmi 57 m2 ayrılmışdır. İddiaçı həmin sahədə “Abşeron Şirniyyat" adlı istehsal və satış mağazası tikib, fəaliyyət göstərməyə başlamışdır. 2007-ci ilin dekabr ayının 16-da Abşeron RİH-nin göstərişi ilə fəhlələr gələrək texnika və canlı işçi qüvvəsinin köməyi ilə, heç bir səbəb göstərmədən, xəbərdarlıq etmədən kompensasiya ödəmədən, avadanlıqları çıxarmağa imkan vermədən obyekti yerlə yeksan etmişlər. Sonradan ona şifahi olaraq bildirdilər ki, kompensasiya ödəniləcək. Lakin, nə o vaxt, nə də sonralar ona heç bir kompensasiya ödənilməyib, fəaliyyət üçün başqa ərazi təklif edilməyib. Ən son olaraq etdiyi müraciətə İH-nin cavabında bildirilir ki, (2348 saylı, xx.xx.2020-ci tarixli məktub əlavə olunur), obyektin sökülməsi barədə İH-də məlumat yoxdur. Halbuki, Abşeron Rayon İH-nin vəzifəli şəxsləri ANS telekanalının 2008-ci il, 14 fevral tarixli xəbərlər buraxılışında bildirmişdir ki, obyekti İH sökmüşdür. Obyektin sökülməsi və avadanlıqların dağıdılması nəticəsində ona 142 500 manat ziyan dəymişdir. Mövcud tikintilərin sökülməsi nəticəsində mülkiyyətçilərə dəymiş ziyanın hesablanmasına dair ekspert rəyinə əsaslanaraq ona məxsus obyektin hər 1 m2-nin əvəzinə 2500 manat kompensasiya ödənilməlidir. Ümumi sahəsi 57 m2 olan obyektə görə 142 500 manat pul ödəməli olan İH illərdir ki, müxtəlif bəhanələrlə ödənişi yubadır, onu get-gələ salır. Nəhayət, son cavabda bildirilir ki, ümumiyyətlə xəbərləri yoxdur. İH həmin söküntü ilə ona ziyan vurmuş, kompensasiya ödəməmişdir. Belə ki, qeyd olunan tikintinin sökülməsi nəticəsində onun hüquqları pozulmuşdur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddiaçı işin məhkəmədən kənar həlli məqsədilə cavabdehə müraciət edərək əvəzində Xırdalan şəhərində yerləşən Misir parkının qarşısında iddiaçı tərəfindən köşk qoyulmasına razılıq verilməsini xahiş etmiş, lakin cavabdeh bu tələbinə imtina ilə cavab vermişdir.
8. Bu səbəbdən iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən Misir Parkının qarşısında ona köşk qoyulmasına icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. Cavabdeh etirazında qeyd etmişdir ki, iddiaçının rayon İcra Hakimiyyətinə müraciətinə cavab olaraq da bildirilmişdir ki, adı çəkilən obyektin söküntüsü barədə rayon İH-də məlumat yoxdur, yəni birmənalı şəkildə qeyd edilir ki, həmin söküntü Cavabdeh tərəfindən aparılmamış və iddiaçıya heç bir maddi ziyan vurulmamışdır. Lakin iddiaçı iddia tələbini doğruldacaq sübut və faktların mövcud olmadığı halda söküntünün məhz Abşeron rayon İH tərəfindən icra olunduğunu iddia edərək, ona dəymiş maddi ziyana görə rayon İH-dən 142500 (yüz qırx iki min beş yüz) manat kompensasiya tələb edir. İş materiallarindan da aydın olur ki, iddiaçının iddia tələbinin əsası yoxdur və heç bir mötəbər fakta əsaslanmır.
10. Daha sonra cavabdeh təşkilat dəqiqləşdirilmiş iddia tələbinə etiraz edərək bildirmişdir ki, 2007-ci il tarixdə RİH tərəfindən Xırdalan şəhəri ərazisində iddiaçıya məxsus qeyri-yaşayış obyektinin qanunsuz olaraq söküldüyünü, əvəzində heç bir kompensasiya ödənişi həyata keçirilmədiyindən məhkəmədə iddia qaldırdığı bildirilir, lakin mübahisənin məhkəmədən kənar həlli məqsədilə Xırdalan şəhəri ərazisində Misir parkının qarşısında köşk qoyulmasına icazə verilməsini xahiş edir. İddiaçının qeyd etdiyi qeyriyaşayış obyektinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd və həmin obyektin RİH tərəfindən sökülməsinə dair sübutlar ərizəyə əlavə edilmədiyindən müraciətin təmin olunması mümkün deyildir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN GƏLDİYİ NƏTİCƏ:
11. Sumqayıt İnzibati Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2-1(118)-24/2023 nömrəli qərarı ilə iddia təmin edilərək Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən Misir Parkının qarşısında İddiaçı köşk qoyulmasına icazə verilməsi öhdəliyi Cavabdehnə həvalə olunması qərara alınmışdır.
12. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, qərar qəbul edilərkən məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Belə ki, iddiaçının iddia tələbində qeyd olunan qeyriyaşayış obyektinin Cavabdeh (bundan sonra RİH) tərəfindən sökülməsinə dair heç bir sübut olmadığı halda cavabdeh kimi RİH-in üzərinə iddia tələbinə müvafiq olaraq öhdəliyin qoyulması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibatı Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-c-i maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76,3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1 -ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Konstitusiyası Maddə13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Maddə 71. İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
16. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu Maddə 3.1. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 3.3. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. Maddə 3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədilə alınır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 246 bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) qəbul edir Maddə 246.1. Torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Maddə 246.2. Torpaq sahəsinin alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Maddə 246.3. Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi bu Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 90 təqvim günündən tez və 180 təqvim günündən gec olmayaraq bu Məcəllənin 247-ci maddəsinin tələblərinə əməl olunması şərti ilə alınan torpaq sahəsini azad etməlidir. Maddə 246.4. Mülkiyyətçinin müraciəti ilə müvafiq icra hakimiyyəti orqanı bu maddədə göstərilən müddətləri dəyişə bilər. Maddə 246.5 Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil edilir.
18. “İnzibati icraat haqqında” Qanun Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
19. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
20. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.
22. Hazırki işin hallarından görünür ki, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən Misir Parkının qarşısında ona köşk qoyulmasına icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.
23. Qeyd olunmalıdır ki, mülkiyyət hüququnun yuxarıda istinad edilən daxili qanunvericilik aktları ilə müəyyən edilmiş hüquqi rejimi ilə yanaşı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən də, heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Saliba Maltaya qarşı iş üzrə 2005-ci il 8 noyabr və X5rşı iş üzrə 2009-cu il 15 sentyabr tarixli qərarlarında qeyd edilmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ilkin və ən mühüm tələbi ondan ibarətdir ki, dövlət orqanının mülkiyyətdən dinc istifadəyə hər hansı müdaxiləsi qanuni olmalıdır. Qanunun aliliyi demokratik cəmiyyətin təməl prinsiplərindən biri kimi Konvensiyanın bütün maddələrinin ayrılmaz elementi olmaqla dövlətin və ya hər hansı dövlət orqanının ona qarşı qəbul edilmiş məhkəmə əmrlərini və ya qərarlarını yerinə yetirmək vəzifəsini özündə ehtiva edir. Qanuçuluq tələbi onu da ifadə edir ki, daxili hüquq normaları kifayət qədər əlçatan, dəqiq və proqnozlaşdırıla bilən olmalıdır.
24. Oxşar mövqe Avropa Məhkəməsinin Moskal Polşaya qarşı iş üzrə 2009-cu il 15 sentyabr tarixli Qərarında da əks olunmuşdur. Həmin Qərarda qeyd edilmişdir ki, öz əmlakından maneəsiz istifadə hüququna dövlət hakimiyyətinin istənilən müdaxiləsi qanuni olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci abzasının ikinci cümləsi əmlakdan məhrum etməni yalnız “qanunla nəzərdə tutulmuş hallarda” mümkün sayır, ikinci abzas isə dövlətlərin mülkiyyətdən istifadəyə nəzarəti qanunları təmin etməklə həyata keçirilməli olduğunu müəyyən edir.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, həmin qeyri-yaşayış obyektinin iddiaçının xüsusi mülkiyyətində olması və Cavabdeh vəzifəli şəxslərinin göstərişi əsasında sökülməsi işin mübahisəsiz halıdır. Cavabdeh iddia ərizəsinə etirazda və apellyasiya şikayətində qeyd edilən qeyriyaşayış obyektinin icra hakimiyyəti tərəfindən sökülməsini inkar etsə də, kollegiya həmin mövqeni əsaslı hesab etmir.
26. Belə ki, hazırkı işin birinci instansiya məhkəməsinin icraatında olduğu müddətdə məhkəmə iclası xx.xx.2023-cü il tarixdə mübahisənin məhkəmədənkənar qaydada həlli məqsədi ilə təxirə salınmışdır.
27. Cavabdehin nümayəndəsi apellyasiya baxışı zamanı da barışıqla bağlı tərəflər arasında danışıqlar getdiyini, köşk yerinin verilməsinin sadəcə onların səlahiyyətində olmadığını, müvafiq qurumlardan icazə alınmalı olduğunu, köşk qoyulması üçün yerə iddiaçının özü ilə baxacaqlarını bildirmiş, bununla bağlı məhkəmə iclasları bir neçə dəfə təxirə salınmışdır.
28. Kollegiya qeyd edir ki, cavabdehin qeyd edilən davranışı iddiaçıya məxsus qeyriyaşayış obyektinin məhz cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən sökülməsi qənaətinə gəlməyə əsas verir.
29. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını, habelə oxşar iş olan “Məhərrəmov Azərbaycana qarşı” (5046/07 saylı iş) iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 30 mart 2017-ci il tarixli qərarında ( həmin işdə məhkəmə bu qərara gəlmişdir ki, ərizəçi bir dükandan və onun yerləşdiyi torpaqdan ibarət olan mülkiyyətindən qanunun tələbi pozulmaqla məhrum edilmişdir, nəticədə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu baş vermişdir (bax: Məhərrəmov v. Azərbaycan, № 5046/07, 30 Mart 2017§§ 65-66 və əsaslandırıcı müddəaların 2-ci bəndi) və E.Avşarovanın iddia tələbi üzrə X4 kollegiyasının 2-1(102)-1483/2021 saylı xx.xx.2021-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe baxımından hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən qeyri-yaşayış obyektinin icra hakimiyyəti tərəfindən sökülməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur və bu hal iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən mülkiyyət hüququnun aşkar pozuntusu kimi qiymətləndirilməlidir.
30. Eyni zamanda, kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin müddəalarına görə yerli icra hakimiyyəti başçısı müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir (bənd 3.11.1); tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir (bənd 3.11.5).
31. Beləliklə, yerli icra hakimiyyəti orqanlarının vəzifə və səlahiyyətlərini nəzərdə tutan əsasnamədə tikinti norma və qaydalarına riayət olunmadığının aşkar edildiyi təqdirdə, yerli icra hakimiyyəti orqanının başçısının bu barədə ya məhkəməyə, ya da Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etməsı nəzərdə tutulmuşdur. Göründüyü kimi, həmin Əsasnamə ilə yerli icra hakimiyyəti orqanlarına tikinti norma və qaydalarına riayət olunmayan tikililəri sökmək səlahiyyəti verilməmişdir.
32. Hazırki iş üzrə cavabdeh icra hakimiyyəti orqanının iddiaçının mülkiyyətində olan əmlakın sökülməsi ilə bağlı məhkəməyə müraciət etməsi barədə isə iş materiallarında hər hansı məlumat yoxdur. Belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona dəymiş zərərin ödənilməsini cavabdehdən tələb etməkdə haqlı olmuşdur.
33. AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
34. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir.
35. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəmə kollegiyasına ərizə təqdim etmişdir. Ərizədə edilən dəyişikliyin–dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, kollegiya ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.
36. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən Misir Parkına yaxın ərazidə İddiaçı köşk qoyulmasına icazə verilməsi öhdəliyi Cavabdehnə həvalə olunmalıdır.
37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2-1(118)-24/2023 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən Misir Parkına yaxın ərazidə İddiaçı köşk qoyulmasına icazə verilməsi öhdəliyi Cavabdehnə həvalə olunsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.