Məhkəmə qərarları › İş №2-1(105)-439/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-439/2023

19.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-439/2023 19.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2001-xx.xx.2004-cü il tarixlərdə “Sabina” firmasında işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-914/2023 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun BB–İ № 024565 seriyalı diplomun surətindən görünür ki, İddiaçı 1977-1981-cu illərdə həmin institutun “iqtisadçı” ixtisası üzrə tam kursu bitirmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, 1956-ci il təvəllüdlü İddiaçı xx.xx.1974-cu il tarixdən xx.xx.1976-cı il tarixədək SSRİ Silahlı Qüvvələrində zabit kimi xidmət etmişdir. İddiaçının adına açılmış AT-İİİ № ******* seriyalı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1981-xx.xx.1981-ci il tarixlərdə Bakı Tikiş Fabrikində, xx.xx.1981-ci ildən xx.xx.1985-ci ilə qədər Neft və Kimya Nazirliyində, 13.11.85-ci ildən xx.xx.1989-cu illərdə ət kombinanatında; xx.xx.1989-xx.xx.1990-cı illərdə "xxxx" MMC-də; xx.xx.1990-xx.xx.1991-ci ilə qədər Abşeron 2 saylı savxozunda; xx.xx.1991-xx.xx.1996-cı ilə qədər “Cavid” firmasında; xx.xx.2000- xx.xx.2001-ci ilə qədər “İskra” (indiki Alov) zavodunda; xx.xx.2001-xx.xx.2004-cü illərdə “Sabina” firmasında işləmişdir. xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X4, əvvəllər KDM “Nigar” adlanan, sonrada özəlləşdirilib “İslam” adlanan firmasının Müdiri vəzifəsində çalışan, təsdiq edirəm ki, həqiqətən İddiaçı bu firmada xx.xx.1996-cı il tarixindən, xx.xx.1999-cu il tarixinə qədər, müdir müavini vəzifəsində işləyib. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il məktubdan görünür ki, “Sabina” və “Nigar” firmalarının fəaliyyəti ilə bağlı məlumatların təqdim olunması barədə Səbail Rayon İcra Hakimiyyətinə ünvanlanmış 2-1(105)-439/2023, xx.xx.2023-cü il tarixli müraciətə baxılmışdır. Qaldırılan məsələnin araşdırılması məqsədilə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir. Qaldırılan məsələ ilə əlaqədar Rayon İcra Hakimiyyətinin arxivində hər-hansı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X1 İlqar Şəbib oğluna ünvanladığı yaşa görə əmək pensiyasının təyin ediiməsindən imtina olunması haqqında xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, təqdim etdiyiniz əmək kitabçanıza, təhsil haqqında arayışa və hərbi xidmət haqqında arayışa əsasən sığorta stajınız (xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğunuz illər və xx.xx.1977-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək əyani təhsil aldığınız illər) 24 il 9 ay təşkil etməklə tələb olunan müddətdən (25 ildən) azdır. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən 01,07.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə sığorta stajınız qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinizə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Sizə xx.xx.2022-ci il tarixindən 180 manat məbləğindö yaşa görə sosial müavinət təyin edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 7 sentyabr 2022-ci il tarixli aktının əsassız hesab edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2001-xx.xx.2004-cü il tarixlərdə “Sabina” firmasında işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1956-cı ildə anadan olmuşdur. xx.xx.1974-cu ildən xx.xx.1976-cı ilə kimi hərbi xidmətdə olmuşdur. Təyinata əsasən xx.xx.1976-cı ildə 490 №1İ əmrlə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstutunun hazırlıq bölməsinin əyani şöbəsinə qəbul edilmişdir. xx.xx.1977-ci il tarixli 267 №-li əmrlə hazırlıq bölməsindən əyani şöbənin birinci kursuna qəbul edilmiş və xx.xx.1981-ci ildə əyani şöbənin tam kursunu bitirmişdir. İlk əmək fəaliyyətinə Bakı Tikiş Fabrikində başlamışdır. Həmin fabrikdə xx.xx.1981-xx.xx.1981-ci illərdə işləmişdir. Bundan sonra xx.xx.1981-ci ildən xx.xx.1985-ci ilə qədər Neft və Kimya Nazirliyində, xx.xx.1985-ci ildən xx.xx.1989-cu ilə qədər ət kombinanatında, xx.xx.1989-xx.xx.1990-cı ilə qədər "xxxx" MMC-də; xx.xx.1990xx.xx.1991-ci ilə qədər Abşeron 2 saylı sovxozunda, xx.xx.1991-xx.xx.1996-cı ilə qədər “Cavid” firmasında, xx.xx.2000- xx.xx.2001-ci ilə qədər “İskra” (indiki Alov) zavodunda, xx.xx.2001-xx.xx.2004-cü illərdə “Sabina” firmasında işləmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergİ Xidməti 2 saylı Ərazi vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli arayışında göstərildiyi kimi, “4x4” avtosalonda mart 2010-cu ildən oktyabr 2010-cu ilə qədər işləmiş və qanunla müəyyən edilmiş qaydada vergi ödəyicisi kimi vergiləri ödəmişdir. xx.xx.2006- cı ilə qədər 25 il 8 ay, 2006-cı ildən sonra isə 8 ay əmək stajına malikdir. Buna baxmayaraq iş üzrə cavabdeh mənə xx.xx.2021-ci ildə yaşa görə əmək pensiyası yox, yaşa görə sosial müavinət təyin etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə pensiya yaşına çatmışdır. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin xx.xx.2021-ci il tarixii 362 nömrəli arayışına əsasən onun xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək 1 il 11 ay 19 gün hərbi xidmət dövrü, Azərbaycan Dövlət İqtisad Universitetinin xx.xx.2021-ci il tarixli 249 nömrəli arxiv arayışına əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək 7 ay 13 gün hazırlıq dövrü, diplomun surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1981-ci il tarixədək 3 il 9 ay 18 gün təhsil dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1989- cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan 15 il 9 ay 27 gün əmək fəaliyyəti dövrü nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumi 22 il 2 ay 17 gün mübahisələndirilməyən sığorta stajı təşkil edir. Adıçəkilən şəxsin 22 il 2 ay 17 gün sığorta stajına uyğun olaraq 16928,53 manat pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitaldan azdır. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasında xx.xx.1996-cı il tarixdə “Nigar” firmasına işə qəbul olması ilə bağlı qeyd olsa da, işdən çıxması ilə bağlı heç bir məlumat olmadığından həmin müəssisədəki əmək fəaliyyəti dövrü sığorta stajına daxil edilməmişdir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3-cü maddəsinə uyğun olaraq xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına riayət olunmamış və bu səbəbdən 3 il 2 ay 11 gün mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-914/2023 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddianın təmin edilməsi, İddiaçı xx.xx.2001-xx.xx.2004-cü il tarixlərdə “Sabina” firmasında işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab məktublarında onun mübahisələndirilməyən sığorta stajının əvvəlcə 15 il 05 ay 15 gün olmasını, daha sonra 24 il 9 ay olduğunu göstərmişdir. Əmək kitabçasının düzgün doldurulması işə götürənin vəzifələriə aid edildiyindən iddiaçı hər hansı pozuntuya görə cavabdehlik daşımamalı və buna görə onun sosial təminat hüququ pozulmamalıdır. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) … Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət… Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçının xx.xx.2001-1712.2004-cü il tarixlərdə “Sabina firmasında” işlədiyi dövləri sosial sığorta stajına daxil edilməklə, ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh inzibati orqanın imtinasının əsasını iddiaçnın 25 ildən az iş satjına malik olması halı təşkil edir. Belə ki, cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasında qeyd edilən sosial sığorta stajlarını nəzərə alsa da, xx.xx.1996-cı il tarixdən “Nigar” firmasında və xx.xx.2001-1712.2004-cü il tarixlərdə “Sabina firmasında” işlədiyi dövləri sosial sığorta stajına daxil etməmişdir. “Nigar” firmasında işlədiyi dövrün sosial sığorta stajına daxil edilməməsinin səbəbi kimi iddiaçının əmək kitabçasında həmin firmada işə daxilolma barədə əmri ilə bağlı qeyd olsa da, işdən çıxma barədə qeyd edilməməsi halına istinad etmiş, “Sabina” firmasında işlədiyi dövrün daxil edilməməsinin səbəbi kimi əmək kitabçasının doldurulma qaydasına riayət edilməməsi (həm işə daxil olma barədə qeyd hissəsində, həm də işdən çıxma barədə qeyd hissəsində işəgötürənin möhürü ilə təsdiq edildiyindən) halına istinad edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının pensiya yaşına-65 yaş çatması işin mübahisəsiz haldır. İşin mübahisəli halını məhz iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına malik olub-olmaması halı təşkil edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus olan əmək kitabçasında aparılmış qeydlər əsasında onun 01 yanvar 2006-cı il tarixədək olan dövrə qədər 25 ildən artıq iş stajına malik olması halı müəyyən edilir. Yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən isə xx.xx.2006-cı il tarixədək sığorta stajını müəyyən edən əsas sənəd qismində məhz əmək kitabçası çıxış edir. Bu halda məhkəmə kollegiyası cavabdeh inzibati orqanının mübahisələndirdiyi dövrlərlə bağlı qeyd edir ki, iddiaçının xx.xx.2001-xx.xx.2004-cü il tarixlərdə “Sabina” firmasında işləməsi barədə qeyd əmək kitabçasında yazılmış, cavabdeh inzibati orqan tərəfindən isə həmin qeydin mötəbərliyini şübhə altına alan heç bir dəlilə istinad edilməmişdir. Bundan əlavə, qeyd olunmalıdır ki, əmək kitabçasının doldurulma qaydalarına riayət etmək öhədliyi işçinin deyil, məhz işəgötürənin vəzifəsi olmuşdur. İndiki halda iddiaçının öhdəlik daşımadığı hala istinad edərək, onun hüququnun məhdudlaşıdırlması, iddiaçının hüquqlarının pzoulmasına səbəb olmaqla, qanunvericiliyin tələbinə zidd olmuşdur. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən həmin dövrün sosial sığorta staj kimi nəzərə alınmaması halı əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası iddiaçının işlədiyi “Nigar” firması ilə bağlı dövrlə əlaqədar qeyd edir ki, bu barədə də iddiaçıya məxsus əmək kitabçasında işə daxil olma barədə qeyd aparılmış, lakin işdənçıxma barədə qeyd aparılmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi işəgötürən tərəfindən tərtib edilmiş arayışın məzmunundan görünür ki, X4, əvvəllər KDM “Nigar" adlanan, sonrada özəlləşdirilib "İslam” adlanan firmasının Müdiri vəzifəsində çalışan, təsdiq edirəm ki, həqiqətən İddiaçı bu firmada xx.xx.1996-cı il tarixindən, xx.xx.1999-cu il tarixinə qədər müdir müavini vəzifəsində işləyib.Cavabdeh inzibati orqan tərəfindən isə həmin halları təkzib edən heç bir dəlil təqdim edilməmişdir. Nəticə etibarilə, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən iş stajına aid dövrlər iddiaçının müvafiq dövrlərdə işlədiyi əmək kitabçasında qeyd olunmuş müəssisənin mövcud olması və müvafiq dövrlərdə fəaliyyət göstərməsi işə əlavə olunmuş sənədlərlə öz təsdiqini tapmışdır. Həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Beləliklə, hazırki iş üzrə iş materialları əsasında iddiaçının 25 ildən artıq sosial sığorta stajına malik olması öz təsdiqini tapmışdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt ödənildiyindən (həm yaş həddi, həm də 25 ildən artıq sosial sığorta stajına malik olması halı), cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-914/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar