Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-439/2025 24.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “cavabdehin xx.xx.2023-cü il tarixli, NA 00013443 nömrəli inzibati aktın qanunsuz, əsassız və ədalətsiz olduğu üçün ləğv edilməsi və iddiaçının 130505 ******* saylı diplomunun Azərbaycan Respublikasında tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2-1(118)-534/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İş materiallarından görünür ki, iddiaçı 2011-2016-cı illərdə Rusiya Federasiyasının Mahaçqala şəhərində yerləşən Maliyyə və Hüquq institutunun bakalavriat şöbəsində iqtisadiyyat ixtisası üzrə qiyabi təhsil almışdır. Təhsilin sonunda ona xx.xx.2016-cı il tarixində təhsil və kvalifikasiya haqqında sənəd - **********503 saylı diplom verilmişdir. İddiaçı diplomunun nostrifikasiyası-ölkədə tanınması məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə X4 müraciət etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə X2 xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə X1rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “cavabdehin xx.xx.2023-cü il tarixli, NA 00013443 nömrəli inzibati aktın qanunsuz, əsassız və ədalətsiz olduğu üçün ləğv edilməsi və iddiaçının 130505 ******* saylı diplomunun Azərbaycan Respublikasında tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-2016-cı illərdə Rusiya Federasiyasının Mahaçqala şəhərində yerləşən Maliyyə və Hüquq institutunun bakalavriat şöbəsində iqtisadiyyat ixtisası üzrə qiyabi təhsil almışdır. Hər il tədris dövründə imtahan sessiyalarında lazımi qədər iştirak etmişdir və zaçot-imtahanları müvəffəqiyyətlə vermişdir. İddiaçı həmin təhsil müəssisəsində iqtisadiyyat ixtisası üzrə dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçmişdir və buna dair xx.xx.2016-cı il tarixli 152 saylı protokol əsasında iddiaçıya bakalavr kvalifikasiyası təyin edilmişdir. Təhsilin sonunda ona xx.xx.2016-cı il tarixində təhsil və kvalifikasiya haqqında sənəd - **********503 saylı diplom verilmişdir. İddiaçı 2023-cü ilin iyun ayında diplomunun nostrifikasiyası-ölkədə tanınması məqsədilə aidiyyəti üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə X4 təqdim etmişdir. xx.xx.2023-cü il tarixində oradan iddiaçıya guya il ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmamasının müəyyən edilməsi səbəbilə diplomunun tanınmasından qanunsuz, əsassız və ədalətsiz imtina olunmuşdur. Çünki iddiaçı qiyabi təhsil almışdır, hər il imtahan sessiyalarında iştirak etmişdir, bütün zaçot-imtahanları müvəffəqiyyətlə vermiş, praktikaları müvəffəqiyyətlə keçmiş, yekun dövlət imtahanını belə müvəffəqiyyətlə vermişdir. Bütün bunların əsasında da iddiaçıya iqtisadiyyat ixtisası üzrə bakalavr dərəcəsi üzrə diplom verilmişdir. Həmin diplomun həqiqiliyinin mübahisələndirilməsini absurd, cəfəng, qanunsuz, əsassız, ədalətsiz, haqsız yerə incidilmə və nəsə güdmə təzahürü hesab edir. Cavabdeh orqan iddia tələbinə yazılı etirazında vahid məhkəmə təcrübəsinə istinad etməklə iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2-1(118)-534/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: Leyla Mirzəyeva). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı hal-hazırda mübahisələndirilən - Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, NA 00013443 nömrəli inzibati aktdan 2023-cü ilin iyul ayından məlumatı olmuşdur. Beləliklə, iddiaçı mübahisələndirilən qərarı məhkəmədə xx.xx.2023cü il tarixdə mübahisələndirmiş və bununla da hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması üçün qanunvericilikdə təsbit olunmuş 30 gün müddəti ötürmüşdür. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddia ərizəsinin verildiyi tarixdən 1 il 3 ay sonra iddia tələbini müddətin ötməsi ilə bağlı mümkün sayılmaması ilə bağlı qanunsuz, əsassız və ədalətsiz qərar qəbul etmişdir. Fatiki o diplomunu ölkədə tanıtmaq üçün cavabdehə təqdim etdikdən sonra cavabdeh tərəfindən imtina qərarı ona rəsmən poçt vasitəsi ilə çatdırılmamış, lakin elektron poçt ünvanına yerləşdirilmişdir. O, həmin qərardan yuxarı inzibati orqana 03 sentyabr 2023-cü il tarixdə məktubla müraciət etmişdir. Dəfərlərlə çətinlikdə olsa da, özü və nümayəndəsi vasitəsi ilə cavadeh orqanın rəhbərliyinin qəbulunda olmuş, şikayətini bildirmişdir. Yəni, o, cavabdehin iddia etdiyi kimi və birinci instansiya məhkəməsinin də qənaətə gəldiyi kimi əslində cavabdehin inzibati aktından şikayət müddətini ötürməmiş, ardıcıl və davamlı olaraq müraciətləri təkzibedilməzdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsini xahiş edərək, əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsində ona buraxılmış müddətin üzürlü sayılaraq bərpa olunmasına dair ərizə və buna dair sübutlar təqdim edilməsi təklif edilsə də o, ərizə təqdim etməmişdir. Belə ki, hesab edirlər ki, iddiaçı tərəfindən müddət buraxılmamışdır. Çünki istər iddiaçı, istərsə də nümayəndəsi olaraq o, həmin qərarla razılaşmayaraq yuxarı qrumlara şikayətlər yazmış, rəhbər şəxslərin qəbulunda olmuş lakin onalara müsbət cavab verilmədiyindən sonda məhkəməyə müraciət edtmişdirlər. Hazırda da hesab edir ki, iddiaçı tərəfindən məhkəməyədək digər zəruri hərəkətlər edildiyindən müddəti buraxmamışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi əsası ilə iddianı mümkün hesab etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Hazırda iddiaçı cavabdeh orqan tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2023cü il tarixli, NA 00013443 nömrəli qərarı mübahisələndirir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratsa, sonuncu tərəfindən onun ləğvi (dəyişdirilməsi) ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. İş materiallarında görünür ki, mübahisələndirilən xx.xx.2023-cü il tarixli, NA 00013443 nömrəli qərar cavabdeh orqanı tərəfindən həmin tarixdə iddiaçının poçt ünvanına yerləşdirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2-ci maddədə qeyd edilir ki, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Qeyd olunan maddənin tələblərinə əsasən, mübahisələndirilən inzibati akt iddiaçıya elektron üsulla xx.xx.2023-cü il tarixdə göndərildiyindən həmin akt xx.xx.2023-cü il tarixdən təqdim olunmuş sayılır. Göründüyü kimi iddiaçı mübahisələndirilən qərardan 2023-cü ilin iyul ayından məlumatlı olsa da, məhkəməyə iddia ərizəsi ilə 3 ay sonra sonra, yəni xx.xx.2023-cü il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilk olaraq yuxarı inzibati orqana xx.xx.2023-cü il tarixdə müraciət etdiyini bildirsə də, həmin müraciət də müddət də 30 günlük müddət ötdükdən sonra verilmişdir. Digər tərəfdən İnzibati Prosessual Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq iddiaçıya hüquqi yardım edilmiş və məhkəmədə iddia qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsinin iddianın mümkünsüzlüyünə səbəb olması bildirilmiş, eyni zamanda məhkəməyə buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə təqdim etmək hüquqları izah edilmişdir. Lakin birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbi ilə bağlı müddətin ötürülmədiyini bildirərək, işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Qeyd edilən halı apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi bir daha təsdiq edib, müddət ötürmədiklərini qeyd edərək işə mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Göründüyü kimi iddia tələbinin qaldırılması üçün qanunvericilikdə müəyyən edilən müddətin buraxılmasından 1 ildən artıq keçmişdir, yuxarıda qeyd edilən normada nəzərdə tutulan hallar isə hazırkı işdə mövcud deyildir. Odur ki, işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2-1(118)-534/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3