Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-44/2021 22.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, X37 oğlunun katibliyi, İddiaçı5, iddiaçıların nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X12 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı JN-00xx xxx 30305058 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilmiş torpaq sahəsinin iddiaçıların adına dövlət reyestrində qeydiyyata alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 206/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 cavabdeh Azərbaycan Respublikası X25 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək JN-00xx xxx 30305058 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilmiş torpaq sahəsinin iddiaçıların adına dövlət reyestrində qeydiyyata alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Quba rayonunda keçirilən Aqrar İslahat zamanı iddiaçılara, yəni İddiaçı1, İddiaçı2 qızma, İddiaçı3 Şadbeg oğluna, İddiaçı4, İddiaçı5, İddiaçı6 qızma, İddiaçı7 qızma Quba rayonu Qrız Dəhnə kəndi ərazisindən Torpağa Mülkiyyət Hüququna dair JN-0003 saylı KOD 30305058 saylı Dövlət Aktına əsasən 7,37 ha torpaq sahəsi verilmişdir. Onlar həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Çıxarışın verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 Xaçmaz Ərazi İdarəsinə xx.xx.2019-cu il tarixdə müraciət etmişlər. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən DT və XK-nın Quba rayon şöbəsi tərəfindən verilmiş JN-00xx xxx 30305058 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktında göstərilən torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərində cizgisinə uyğun sxemin olmaması, bu səbəbdən də müraciətlərinin icrasının mümkün olmaması qeyd olunmuş və onlara çıxarış verilməsindən imtina edilmişdir. Onlara məxsus JN-00xx xxx 30305058 saylı Torpağa Mülkiyyət Hüququna də Dövlət aktında göstərilən torpaq sahəsinin Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərində cizgisinə uyğun sxem olmamasına görə onların heç bir təqsiri yoxdur və onlar buna görə məsuliyyət daşımırlar. Lakin Azərbaycan Respublikası X25 Komitəsinin başqa bir orqanı olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən onlara məxsus torpaq sahəsinin xəritəsi və cizgisi vardır. Bu barədə mütəxəssisi həmin sahəni ölçərkən bunu bir daha təsdiq etmişlər. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunun 4.3-cü maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 286 nömrəli, xx.xx.2005-ci il tarixli Fərmanının 6-cı bəndinə uyğun olaraq Quba rayonu üzrə DT və XK-dən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilən X28, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikası Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş X28 məlumatlarına dair Qrız Dəhnə kəndində pay torpaq torpaqlarının sahibləri və sahəsinə aid cədvəldə 3-cü sırada onların da adları qeyd edilmiş və onlara 7,37 ha torpaq sahəsinin məxsus olması barədə qeyd vardır. Onlara Quba rayonunda keçirilən Aqrar İslahat zamanı Quba rayonu Qrız Dəhnə kəndi ərazisindən Torpağa Mülkiyyət Hüququna dair JN-0003 saylı KOD 30305058 saylı Dövlət Aktına əsasən 7,37 ha torpaq sahəsinin verilməsini Torpağa Mülkiyyət Hüququna dair JN-0003 saylı KOD 30305058 saylı Dövlət Aktının verilməsinə əsas olan sənədlərin surətlərinin verilməsinə dair Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə ünvanlanmış sorğuya verilmiş xx xxxx 2019-cu il tarixli cavabda təsdiq edir. Belə ki, həmin cavabda Torpağa Mülkiyyət Hüququna dair JN-0003 saylı KOD 30305058 saylı Dövlət Aktının verilməsinə əsas olan sənədlər verilmiş, həmin sənədlərə X.Səfərəliyev adına kolxoz aqrar islahat komissiyasının özəlləşdiriləcək torpaq paylarının müəyyənləşdirilməsi haqqında xx xxxxxx 1997-ci il tarixli 12 saylı qərarının müzakirə edilməsi barədə Quba rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarili 18 nömrəli protokolunun surəti və X.Səfərəlyev adına kolxozun aqrar islahatı ilə əlaqədar torpaq payı alan vətəndaşların siyahısından surət əlavə edilmişdir (onların adları 1269-1275 saylarında qeyd edilmişdir). Onlara Quba rayonunda keçirilən Aqrar İslahat zamanı Quba rayonu Qrız Dəhnə kəndi ərazisindən Torpağa Mülkiyyət Hüququna dair JN-0003 saylı KOD 30305058 saylı Dövlət Aktına əsasən 7,37 ha torpaq sahəsinin verilməsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 Xaçmaz Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubu da təsdiq edir. Belə ki, həmin məktubda onların adlarına verilmiş Torpağa Mülkiyyət Hüququna dair JN-0003 saylı KOD 30305058 saylı Dövlət Aktının ləğv edilmiş DT və XK tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət Aktlarının verilməsi kitabında qeydiyyatdan keçməməsi bildirilsə də, həmin məktuba əlavə edilmiş qoşmada onlara aktın surəti əlavə edilmiş və onlara məxsus JN-0003 saylı KOD 30305058 saylı Dövlət Aktı əlavə edilmiş və Arxivdə saxlanılan nüsxəsi ilə eyni olması qeyd edilməsi barədə ştamp vurulmuşur. Onlara Quba rayonunda keçirilən Aqrar İslahat zamanı Quba rayonu Qrız Dəhnə kəndi ərazisindən Torpağa Mülkiyyət Hüququna dair JN-0003 saylı KOD 30305058 saylı Dövlət Aktına əsasən 7,37 ha torpaq sahəsinin verilməsini Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən sorğuya verilmiş xx xxxx 2019-cu il tarixli, 1216 nömrəli arxiv arayışında və ona əlavə edilmiş qoşmada bir daha təsdiq olunur. Belə ki, qeyd edilən arxiv arayışına əsasən Quba RİHB-nın Əlik İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illər üzrə Qırız-Dəhnə kəndinə aid 5 nömrəli təsərrüfatbaşına kitabda vətəndaş X13 204 saylı təsərrüfatın başçısı olub, onun xüsusi mülkiyyətində 1996-1998-ci illərdə 0,20 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Əlik icra nümayəndəliyinin 2001-2005-ci illər üzrə Dəhnə kəndinə aid 07 nömrəli təsərrüfatbaşına kitabında vətəndaş X13 207 saylı təsərrüfatın başçısı olub, onun xüsusi mülkiyyətində 7,37 ha biçənək-örüş sahəsi olduğu qeyd edilmişdir. Əlik icra nümayəndəliyinin 2006-2010-cu illərə aid Qırız-Dəhnə kəndi üzrə 5 nömrəli təsərrüfatbaşına kitabda vətəndaş X13 200 saylı təsərrüfatın başçısı olub, onun xüsusi mülkiyyətində 7,757 ha torpaq sahəsi, o cümlədən 7,37 ha torpağı, 0,17 ha həyətyanı torpaq sahəsi, 0,03 ha digər torpaq sahəsi olduğu qeyd edilmişdir. Onlara Quba rayonunda keçirilən Aqrar İslahat zamanı Quba rayonu Qrız Dəhnə kəndi ərazisindən Torpağa Mülkiyyət Hüququna dair JN-0003 saylı KOD 30305058 saylı Dövlət Aktına əsasən 7,37 ha torpaq sahəsinin verilməsini xx xxxxxx 2006-cı ildə Quba rayon Polis şöbəsinin sahə inspektorunun, DTXK-nın Quba rayon şöbəsinin nümayəndələrinin, Quba rayonu Qrız bələdiyyəsinin sədrinin, onların, Quba rayonu Qrız Dəhnə kənd sakinləri C.Sultanova S.Əskərovun iştirakı ilə Quba rayonu Qrız-Dəhnə kəndində tərtib edilmiş Aktda öz əksini bir daha tapmışdır. Belə ki, həmin aktda qeyd edilmişdir ki, Quba rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli 18 saylı qərarına əsasən Qırız-Dəhnə kənd sakini X7 və 7 nəfər ailə üzvləri ilə birlikdə 7,37 hektar (Dövlət Aktı N003) özəl torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin bir hissəsini 0,90 ha hissəsini Qırız-Dəhnə kənd sakini Camməd Sultanov, digər 1,20 ha hissəsini isə Sabir Sərkərov tərəfindən qeyri-qanuni istifadə edir. Onlara Quba rayonunda keçirilən Aqrar İslahat zamanı Quba rayonu Qrız Dəhnə kəndi ərazisindən Torpağa Mülkiyyət Hüququna dair JN-0003 saylı KOD 30305058 saylı Dövlət Aktına əsasən 7.37 ha torpaq sahəsinin verilməsini Quba Rayon Məhkəməsinin 1-64 nömrəli, xx xxx 2007-ci il tarixli, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli, 1-ci-02/2007 nömrəli qərarı ilə öz təsdiqi tapmışdır. Onlara məxsus torpaq sahəsinin bir hissəsi zəbt olunduqdan sonra, zəbt olunmuş yerin dəqiqləşdirilməsi üçün Quba rayonu Qırız-Dəhnə bələdiyyəsi aktın əslini almış və qaytarmaqdan imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçılar iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-206/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-206/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim C.Məmmədov) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində göstərmişdir ki, İddiaçı1 JN 00xx xxx 30305058 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı barədə məlumatın verilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli ilə Azərbaycan Respublikası X25 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Ərizəyə xx.xx.2018-ci il tarixli **********93 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, JN 00xx xxx 30305058 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, məlumat bazasında öz əksini tapmamışdır. Bundan sonra İddiaçı1 JN 00xx xxx 30305058 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Quba rayonu Qırız-Dəhnə kəndi ərazisində yerləşən torpaq sahəsinə çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikası X25 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Ərizəyə xx.xx.2019-cu il tarixli **********58 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, DT və XK-sinin Quba rayon şöbəsi tərəfindən verilmiş JN 00xx xxx 30305058 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən torpaq sahəsinin X25 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərində cizgisinə uyğun sxem yoxdur. Bundan əlavə araşdırma zamanı müəyyən olunmuşdur ki, JN 00xx xxx 30305058 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən koordinatlara əsasən dövlət aktının 0003 planşet nömrəsi ilə göstərilən 40000.00 kv.metr torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərində meşə fondu torpaqları kimi göstərilmişdir. Dövlət aktında göstərilən koordinatlara əsasən dövlət aktının 003A planşet nömrəsi ilə göstərilən 33697.36 kv.metr ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərində digər şəxslərin mülkiyyətində olan torpaq sahələrin üzərinə düşür. Göründüyü kimi iddia ərizəsində göstərilən daşınmaz əmlak ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza kadastr xəritə materiallarında və arxiv məlumatlarında aşkar edilmədiyindən sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması daşınmaz əmlakın dövlət reyestrində mümkün olmamışdır. Qeyd olunduğu kimi mübahisə predmeti olan JN 00xx xxx 30305058 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, məlumat bazasında öz əksini tapmamışdır, o cümlədən aktda göstərilən koordinatlara əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərində 40000.00 kv.metr torpaq sahəsi meşə fondu torpaqları kimi göstərilmiş, 33697.36 kv.metr ha torpaq sahəsi isə digər şəxslərin mülkiyyətində olan torpaq sahələrin üzərinə düşür. Bununla əlaqədar, icraatda olan iş üzrə Azərbaycan Respublikası X25 Komitəsini və Ekologiya və Təbii Sərvətlər Nazirliyini və Azərbaycan Respublikası X25 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətini üçüncü şəxs qismində işə cəlb olunması zəruridir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X21 apelyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı5 və iddiaçıların nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətinə edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. İşə apelyasiya qaydasında baxılarkən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, İddiaçı1 və qeyriləri JN-00xx xxx 30305058 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilmiş torpaq sahəsinin iddiaçıların adına dövlət reyestrində qeydiyyata alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və öz mövqeyini belə əsaslandırmışdır ki, «Hüquqların dövlət qeydiyyatından imtina»-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Bundan başqa daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Hesab olunur ki, iddiaçıların Quba rayonu Qrız Dəhnə kəndi ərazisində yerləşən, JN00xx xxx 30305058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 7.37 ha torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçıların torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Bundan əlavə, məhkəmə, cavabdehin iddia ərizəsinə etirazda əsaslandığı dəlillərinə münasibətdə qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. İşdən görünür ki, hazırki iş üzrə cavabdehin apelyasiya şikayətinin əsas dəlili mübahisə predmeti olan JN 00xx xxx 30305058 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçmədiyi, məlumat bazasında öz əksini tapmadığı, o cümlədən aktda göstərilən koordinatlara əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərində 40000.00 kv.metr torpaq sahəsi meşə fondu torpaqları kimi göstərildiyi və 33697.36 kv.metr ha torpaq sahəsinin isə digər şəxslərin mülkiyyətində olan torpaq sahələrin üzərinə düşməsi olmuşdur. Məhkəmə kollegiyası tərəfindən mübahisəli torpaq sahəsinin digər şəxslərin faktiki istifadəsində olub-olmadığı, həmçinin torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini və meşə fondu torpaqlarına aid olub-olmamasını müəyyən etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş üzrə keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/2172 nömrəli ekspert rəyindən görünür ki, mütəxəssis rəyinə əlavə edilmiş sxemə əsasən, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə xx.xx.2012-ci il qeydiyyat tarixli, RX seriyalı ******* saylı çıxarışla X2 mülkiyyətinə verilmiş 0.55 ha torpaq sahəsi, xx.xx.2015-ci il qeydiyyat tarixli RX seriyalı ******* saylı çıxarışla X14 mülkiyyətinə verilmiş 0,0791 ha torpaq sahəsi, xx.xx.2014-cü il qeydiyyat tarixli RX seriyalı ******* saylı çıxarışla X11 mülkiyyətinə verilmiş 0.0791 ha torpaq sahəsi, xx.xx.2011-ci il qeydiyyat tarixli MA seriyalı ******* saylı çıxarışla X8 mülkiyyətinə verilmiş 0.04 ha torpaq sahəsi, xx.xx.2011-ci il qeydiyyat tarixli MA seriyalı ******* saylı çıxarışla X6 mülkiyyətinə verilmiş 0.04 ha torpaq sahəsi, xx.xx.2013-cü il qeydiyyat tarixli RX seriyalı ******* saylı çıxarışla X9 mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsi, xx.xx.2009-cu il qeydiyyat tarixli MH seriyalı ******* saylı çıxarışla X3 mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsi, xx.xx.2011-ci il qeydiyyat tarixli MH seriyalı ******* saylı çıxarışla X22 və Sərkərova Həcər islam qızının mülkiyyətinə verilmiş 0.8916 ha torpaq sahəsi, xx.xx.2011-ci il qeydiyyat tarixli MH seriyalı ******* saylı çıxarışla X17 mülkiyyətinə verilmiş 0.07 ha torpaq sahəsi, xx.xx.2014-cü il qeydiyyat tarixli, RX seriyalı ******* saylı çıxarışla X1 mülkiyyətinə verilmiş 0.074 ha torpaq sahəsi, xx.xx.2015-ci il qeydiyyat tarixli, RX seriyalı ******* saylı çıxarışla X15 mülkiyyətinə verilmiş 0.02 ha torpaq sahəsi, xx.xx.2014-cü il qeydiyyat tarixli, RX seriyalı ******* saylı çıxarışla X18 mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahəsi, xx.xx.2015-ci il qeydiyyat tarixli, RX seriyalı ******* saylı çıxarışla X15 mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahəsi, xx.xx.2014-cü il qeydiyyat tarixli RX seriyalı 032Ş067 saylı çıxarışla X4 mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsi, xx.xx.2020-cı il qeydiyyat tarixli **********62 reyestr nömrəli çıxarışla X10 mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsi və xx.xx.2011-ci il qeydiyyat tarixli, MA seriyalı ******* saylı çıxarışla X5 mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsi üst-üstə düşür. Eyni zamanda mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi vahid elektron baza məlumatlarına əsasən JN 003 saylı 30319018 kodlu Dövlət Aktının 6,97 ha hissəsinin cizgisi ilə qismən üst-üstə düşür. Lakin qeyd olunur ki, iş materiallarında olan JN 003 saylı (kod ********) Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında 6,97 ha torpaq sahəsinin cizgisi göstərilməmişdir. İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsində deyilir ki, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). (28.2) Göründüyü kimi qanunverici məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmənin xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini təsbit etmişdir. Hazırki işdən də görünür ki, tərəflər arasında yaranmış mübahisə iddiaçıların iddia etdiyi torpaq sahəsinin hazırki iş üzrə tərəf olmayan ekspert rəyində adı çəkilən şəxslərin adına qeydiyyata alınmış torpaq sahələri ilə üst-üstə düşməsi və Dövlət Aktında göstərilən koordinatlara əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərində 40000.00 kv.metr torpaq sahəsinin meşə fondu torpaqları kimi göstərilməsi ilə bağlı olmuşdur. Belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların iddia etdiyi torpaq sahəsinin digər şəxslərin adına qeydiyyata alınmış torpaq sahələri ilə üst-üstə düşməsi və meşə fondu torpaqlarına aid olması halı hazırki iş üzrə qəbul ediləcək məhkəmə qərarlarının rəydə adı çəkilən şəxslərin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan maraqlarına toxunması ehtimalı istisna olunmur. Odur ki, təkrar işə baxılarkən ekspert rəyində adı çəkilən şəxslərin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi məsələsi müzakirə edilməlidir. İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.7.1-ci maddəsinin tələbinə görə inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.7.1, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası X25 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-206/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Telman Quliyev Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(105)-44/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-44/2021
22.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver