Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-441/2021 10.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş müvəqqəti nəzarətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2- 1(118)-478/2021 saylı qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən “Qarant” Kompleksindəki “Real” market qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş müvəqqəti nəzarətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına və vurulmuş maddi zərərə görə 242.80 manat pulun tutulmasına” dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən “Qarant” Kompleksindəki “Real” market qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş müvəqqəti nəzarətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Mehdiabad qəsəbəsində 0.04 ha torpaq sahəsində yerləşən, sahəsi 374.4 kv/m olan “Qarant” kompleksində yerləşən “Real” market qeyri-yaşayış sahəsi AR ƏMDK yanınnda DƏDRX-nin HDQ haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 19.03.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən iddiaçının şəxsi mülkiyyətindədir. Çıxarışda qeyri-yaşayış binası üzərində hüquq növü mülkiyyət, binanın mülkiyyət növü 0.04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olması göstərilir. Buna müvafiq olaraq həmin orqanın 4 saylı Ərazi İdarəsi tərəfindən texniki pasportu tərtib edilmiş və qeyriyaşayış sahəsinin texniki ölçüləri, nədən inşa edilməsi göstərilmişdir. O vaxtdan indiyə qədər əmlak iddiaçının mülkiyyətindədir. Əmlakını kirayə vermək istəyərkən 6 saylı notariat ofisi tərəfindən imtina edilmiş və əsas kimi 24.09.2019-cu ildə əmlakımın üzərinə müvəqqəti nəzarətin qoyulması göstərilmişdir. Hansı səbəbə və hansı əsasla əmlakımın üzərinə müvəqqəti nəzarətin qoyulması barədə AR Vəkillər Kollegiyasının 4 saylı Vəkil Bürosu vasitəsilə 28 avqust 2020-ci il tarixdə 4 saylı Ərazi İdarəsinə sorğu verilmiş və sorğu həmin tarixdə idarənin əməkdaşı A.Cəlilova tərəfindən qeydə alınmışdır. O vaxtdan indiyə qədər iki aydan çox vaxt keçməsinə baxmayaraq cavabdeh təşkilat nə şifahi nə də rəsmi qaydada sorğuya cavab vermir. İddiaçı dəfələrlə cavabdeh təşkilatda olmuş hər dəfə də araşdırılır deyilmişdir. Axırıncı dəfə Təşkilatın hüquqşünası ilə görüşərkən təsadüf nəticəsində səhv olduğunu demiş, əmlak barəsində məhkəmə mübahisəsi olmaması barədə ərizə alınmış və qeyd etmişdir ki, tezliklə bu anlaşılmamazlıq aradan qaldırılacaq. Buna baxmayaraq indiyə kimi hər hansı bir cavab verilməyib və əmlak üzərindən müvəqqəti nəzarət götürülməmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış binasının üzərinə Qaçqınların və X2 Üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 27.08.2019-cu il tarixli RR/02-815 saylı məktubuna əsasən məhdudiyyət qoyulmuşdur. Qaçqınların və X2 Üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 27.08.2019-cu il tarixli RR/02- 815 saylı məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin balansında - dövlət mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən strateji əhəmiyyətli içməli su anbarının üzərində kənar fiziki şəxs tərəfindən 2014-cu ilin əvvəlində daşınmaz əmlak—ticarət obyekti inşa edilmişdir. Həmin qəsəbədə strateji əhəmiyyətli su anbarının üzərində qeyri-yaşayış sahəsinin tikilməsi içməli su anbarınının fəaliyyətinə və insanlara veriləcək suyun təmizliyinə ciddi təhlükə yaratması qeyd edilib. Sumqayıt İnzibati Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2-1(118)-478/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim İ.Quliyev). Sumqayıt İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(118)-478/2021 saylı qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2-1(118)-478/2021 saylı qərardadı ləğv edilərək işə mahiyyəti üzrə baxılması üçün təzələnmişdir. Eyni zamanda Sumqayıt İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(118)- 478/2021 saylı qərardadı ilə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(118)-478/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan 3-cü şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Eləcə də qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(118)-478/2021 saylı qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri 3-cü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə əsasən, Azərbaycan Respublikası Qaçqınların və X2 Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi məqsədilə zəruri tədbirlər həyata keçirilir. Komitə tərəfindən məcburi köçkünlərin müvəqqəti yaşayış sahələri ilə təmin olunmaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə müvafiq olaraq, xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında həyata keçirilir. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə “Qarant” yaşayış kompleksi Azərbaycan Respublikası Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi tərəfindən alınaraq məcburi köçkün ailələrinin müvəqqəti istifadəsinə təqdim edilmişdir. “Qarant” yaşayış kompleksinin ərazisində yerləşən, əhalini içməli su ilə təmin edən su anbarının üzərində “Real” market adlanan qeyri-yaşayış sahəsi inşa olunmuşdur. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, “Qarant” yaşayış kompleksindəki 938 mənzilli binalarda 4127 məcburi köçkün məskunlaşmışdır. “Real” market adlanan qeyri-yaşayış obyektinin məcburi köçkünlərin sudan istifadəsinin təmin edilməsi üçün nəzərdə tutulmuş içməli su anbarının üzərində şəhərsalma və tikinti norma və qaydalarını pozmaqla inşa edilməsi, içməli su anbarının fəaliyyətinə və içməli suyun təmizliyinə böyük təhlükə yaradır. Müvafiq ticarət obyektinin məhz strateji əhəmiyyətli içməli su anbarının üzərində yerləşməsi amili, həmin anbarla içməli suya olan tələbatını ödəyən, ərazidə müvəqqəti məskunlaşmış minlərlə məcburi köçkünün həyat və sağlamlığına zərər vurulması ilə nəticələnə biləcək bədbəxt hadisələrin baş vermə ehtimalını yüksəldir. Göründüyü kimi Respublika ərazisində inşa edilmiş bütün tikinti obyektləri və qurğular yanğın təhlükəsizliyi, sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, insanların həyat və sağlamlığı üçün təhlükəli mühit formalaşdırmamalıdır. Lakin, İddiaçı mülkiyyətində olan “Real market” adlanan qeyri-yaşayış sahəsi “Qarant” yaşayış kompleksindəki içməli su anbarının üzərində yerləşməklə, minlərlə insanın həyat və sağlamlığı üçün böyük təhlükə yaradır, bədbəxt hadisələrin baş vermə ehtimalının yüksəlməsinə səbəb olur. Qeyd olunanlara əsasən, “Real market” adlanan qeyri-yaşayış sahəsinin həmin ərazidə məskunlaşmış insanların həyat və sağlamlığı üçün böyük təhlükə törətməsi, habelə bununla əlaqədar bədbəxt hadisələrin baş vermə ehtimalının mövcudluğu faktı aradan qalxmadan və müvafiq məsələ ilə bağlı zəruri tədbirlər həyata keçirilmədən, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, “Qarant” kompleksindəki “Real” market qeyri-yaşayış sahəsinin üzərindən müvafiq nəzarətin götürülməsi mövcud qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlər tərəflərindən araşdırılan zaman İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış binasının üzərinə Qaçqınların və X2 Üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 27.08.2019cu il tarixli RR/02-815 saylı məktubuna əsasən məhdudiyyət qoyulmuşdur. Sözügedən əmlak üzərinə Qaçqınların və X2 Üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 27.08.2019-cu il tarixli RR/02-815 saylı məktubunda Azərbaycan Respublikası Qaçqınların və X2 Üzrə Dövlət Komitəsinin balansında-dövlət mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən strateji əhəmiyyətli içməli su anbarının üzərində kənar fiziki şəxs tərəfindən 2014-cü ilin əvvəlində daşınmaz əmlakticarət obyekti inşa edilmişdir. Həmin qəsəbədə strateji əhəmiyyətli su anbarının üzərində qeyri-yaşayış sahəsinin tikilməsi içməli su anbarının fəaliyyətinə və insanlara veriləcək suyun təmizliyinə ciddi təhlükə yaratması qeyd edilib. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində aparılan daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətlərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, apellyasiya şikayətləri isə qismən təmin edilməlidir. Hər şeydən öncə qeyd edilməlidir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Başqa sözlə iddianın mümkünlüyünü yoxlayarkən məhkəmə, mübahisəni mahiyyəti üzrə araşdırmır, həmin mübahisəyə mahiyyəti üzrə baxılması üçün qaldırılmış iddianın növündən asılı olaraq ümumi və xüsusi mümkünlük şərtlərinin mövcudluğunu yoxlayır. Əgər qaldırılmış iddia qanunvericilikdə nəzərdə tutulmuş şərtlərə uyğun gəlirsə, digər sözlə hüquqi şərait məhkəməyə bu formada işə baxmağa imkan verirsə, bu zaman məhkəmənin araşdırması yeni mərhələyə qədəm qoyur. Məhkəmə mübahisənin məğzi üzrə araşdırma aparır və bu fəaliyyət işə mahiyyəti üzrə baxılmanı ehtiva edir. Bütün prosessual qanunvericiliklərdə - istər mülki, istər cinayət, istərsə də inzibati prosessual məcəllələrində qanunverici işə mahiyyəti üzrə baxılarkən qəbul olunan və mahiyyəti üzrə həll edilməyən məhkəmə aktlarını bir-birindən ayırmışdır. İnzibati prosessual məcəlləsinə əsasən məhkəmə işə mahiyyəti üzrə baxıb mübahisəni həll edərkən qərar, digər hallarda isə qərardad qəbul edir.(İPM 4.1, 68.1, 80) İddianın mümkün sayılmaması da işi mahiyyəti üzrə həll etməyən məhkəmə aktı olduğundan, məhkəmənin qəbul etdiyi məhkəmə aktı qərardad formasında çıxarılır. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.(İPM 35.3) Söz yox ki, iddia qaldırmış hər bir iddiaçı müəyyən marağa sahib olur. Bu maraq məhkəmə müdafiəsi hüququndan istifadə etməklə pozulmuş və ya pozulması ehtimal olunan hüququn bərpasına yönəlir. Yəni ki, inzibati məhkəmə icraatında iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçının istəyi əlbəttə ki, ən birinci növbədə iddiasının mümkün sayılaraq təmin olunmasıdır. Prosessual nəzəriyyədən məlumdur ki, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. Üçüncü şəxs isə mübahisə predmeti barədə hər hansı marağı olan şəxsdir. Mübahisə predmeti barədə hər hansı marağı olan üçüncü şəxslər isə müəyyən – mühüm və mühüm olmayan mənafeləri təmsil edə bilərlər. Demək ki, iddianın mümkün sayılmaması üçüncü şəxsin hər hansı mənafeyinə toxunmamış olacaqdır. İddianın mümkün sayılmaması yalnız bir prosessual fiqurun-bu iddianı qaldırmış iddiaçının marağını pozmuş olur. Ona görə ki, məhkəmə mübahisəsi növbəti mərhələyə keçmədən-işə mahiyyəti üzrə baxılıb həll edilmədən başa çatır. Həm də bu cür yekun iddiaçı üçün heç bir mənfəət vəd etmir. İddiaçı istəyinə nail ola bilmir, məhkəmə müdafiəsi vasitəsi ilə istəyini reallaşdıra bilmir. Təcrübədə bəzən rast gəlinir ki, işə məhkəmə tərəfindən mahiyyəti üzrə baxılarkən məhkəmə, digər şəxslərin hüquqlarının pozulması ilə nəticələnən qərar qəbul edir. Belə halda, yəni məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda inzibati prosessual qanunvericilik, işə baxan məhkəməyə həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi səlahiyyətini vermişdir. Belə ki, İPM-in 28-ci maddəsinde deyilir ki, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. İstinad olunan normadan göründüyü kimi işə baxılmasının təzələnməsi yalnız iki halda mümkündür: 1) Məhkəmə işə mahiyyəti üzrə baxmalıdır; 2) Qəbul olunmuş qərar işə cəlb olunmamış digər şəxslərin qanunla qorunan maraqlarına toxunmalıdır. Bu qiymətləndirmə isə o nəticəyə gətirib çıxarır ki, məhkəmə işə mahiyyəti üzrə baxıb həll etməmişdirsə və yaxud mahiyyəti üzrə baxsa da qəbul olunmuş qərar işə cəlb olunmamış digər şəxslərin qanuni marağına toxunmursa, işə baxan məhkəmə üçüncü şəxsin cəlb edilməsi əsası ilə öz qərarını ləğv etməyə və icraatı təzələməyə haqlı deyildir. Hazırki işin hallarından isə görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş müvəqqəti nəzarətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İşə baxan məhkəmə ilk öncə iddianın mümkün sayılmaması nəticəsinə gəlmiş və bu barədə 14 aprel 2021-ci il tarixli, 2-1(118)-478/2021 saylı qərardad qəbul olunmuşdur. Yuxarıda qeyd edildiyi kimi iddianın mümkün sayılmaması yalnız iddiaçının marağına toxuna biləcək bir nəticədir. Eləcə də iddianın mümkünlüyünə qiymət verən məhkəmə işi mahiyyəti üzrə həll etmiş olmur. Lakin işdən görünür ki, həmin tarixdən bir gün sonra, yəni 15 aprel 2021-ci il tarixdə, məhkəmə özünün 14 aprel 2021-ci il tarixli, 2-1(118)-478/2021 saylı qərardadını (yəni, iddianın mümkün sayılmaması barədə qərardad) ləğv edərək işə mahiyyəti üzrə baxılmasını təzələnmiş və bu barədə qərardad qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin nümayəndələrinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsinə dair ərizəsi məhkəməyə daxil olduğundan qərardad ləğv edilərək işə mahiyyəti üzrə baxılması təzələnməlidir. Eyni zamanda məhkəmə 15 aprel 2021-ci il tarixli, 2-1(118)-478/2021 saylı qərardadı ilə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi və məhkəmə iclasına üçüncü şəxs qismində dəvət olunması qərara alınmışdır. Bundan sonra isə iddianın təmin edilməsi nəticəsinə gələrək, işə mahiyyəti üzrə baxmışdır. Beləliklə də müəyyən olunur ki, məhkəmə məlum qərardadını ləğv edərək, işə baxılmasının təzələnməsini, qəbul olunmuş qərardadla üçüncü şəxs olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin qanunla qorunan maraqlarına toxunmağı ilə əlaqələndirmişdir. Halbuki, yuxarıda aparılan təhlillə iddianın mümkün sayılmaması barədə qərardadının üçüncü şəxsin hər hansı marağına toxunması mümkün deyil. Digər tərəfdən, məhkəmə işə mahiyyəti üzrə baxıb işə cəlb olunmamış üçüncü şəxslərin hüquqlarının pozulması ilə nəticələnən qərar qəbul etməmişdir ki, sonradan da vəziyyətə düzəliş etmək zəruriyyəti yaranmış olsun. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar işə baxan məhkəmə tərəfindən inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan tələbləri kobud şəkildə pozulmuşdur. Buna qanuni əsas rəvac vermədiyi halda, işə baxan məhkəmə öz qərardadını ləğv etmiş və işə mahiyyəti üzrə baxmışdır ki, bu da yolverilməzdir. Məhkəmənin bu hərəkəti fundamental səhv kimi qiymətləndirilir və aparılmış sonrakı prosessual hərəkətlərin əhəmiyyətini heçə endirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Bu səbəbdən də kollegiya hesab edir ki, apellyasiya şikayətləri qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(118)-478/2021 saylı qərarı ləğv edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-441/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-441/2021
10.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver