Məhkəmə qərarları › İş №2-1(105)-441/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-441/2022

27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-441/2022 27.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli **********188794 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(118)-13/2022 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı MMC cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli **********188794 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia iddia müddətinin ötürülməsi əsası ilə mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə qaytarılmışdır. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2018ci il tarixli qərarına əsasən İddiaçı MMC-də növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Səyyar vergi yoxlaması aktının 1.1-ci bəndindən göründüyü kimi aparılan yoxlama xx.xx.2018-ci il tarixdə başlamış və xx.xx.2019-cu il tarixdə başa çatmış, yəni 323 təqvim günü davam etmişdir. Eyni zamanda xx.xx.2018-ci il tarixli qərarla 1 dəfə müddət uzadılmış, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli qərarlarla ardıcıl 4 dəfə dayandırılmış, sonradan “Səyyar vergi yoxlaması” aktı tərtib olunaraq onun nəticələrinə baxılarkən xx.xx.2019-cu il tarixli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi” barədə qərar qəbul edilmiş, sonra yenidən 2 dəfə ardıcıl xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli qərarlarla yoxlama dayandırılmış, xx.xx.2019-cu il tarixdə isə mübahisələndirilən qərarın qəbul olunması üzrə təkliflərin əks olunduğu sonuncu yoxlama aktı qəbul olunmuşdur. Yoxlamanın başlamasından sonra göstərilən müddətlərə nəzər yetirdikdə cavabdeh tərəfindən həmin müddətlərin kobud şəkildə pozulduğu müəyyən edilir. Yoxlamanın nəticələri üzrə xx.xx.2019-cu il tarixli akt tərtib olunmuş və həmin akta əsasən xx.xx.2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərar qəbul edilmişdir. Qərar əsasında iddiaçıya 31144,78 manat məbləğində əlavə vergi borcu hesablanmış və 25124,59 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması aktının və mübahisələndirilən qərarın əsasını "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfindən təqdim edilən xx.xx.2019-cu il tarixli rəy təşkil etmişdir. Rəyin 8-ci səhifəsindən göründüyü kimi, mütəxəssis kimi heç bir səlahiyyəti olmayan şəxs tərəfindən istehsal yerində 1 saat üçün enerji sərfiyyatı və istehsal həcmi çıxarılmış və yoxlama dövrünün enerji sərfiyyatı bir saatın enerji sərfiyyatına bölünərək guya ümumi iş vaxtı müəyyən olunmuş və həmin göstərici bir saatın istehsal həcminə vurularaq ümumi istehsal həcmi çıxarılmışdır. Halbuki, qeyd olunan formada istehsal həcminin müəyyən olunmasına dair hər hansı normativə istinad olunmamışdır. Eyni zamanda elektrik enerjisi və qaz sərfiyyatı göstəriciləri əsasında vergilərin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Ekspert və ya mütəxəssis yalnız xüsusi bilik tələb olunan məsələlərə münasibət bildirə, yoxlama zamanı ortaya çıxan suallara aydınlıq gətirə bilər. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, 3 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********160293 nömrəli qərarına əsasən İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətində növbəti səyyar vergi yoxlaması təyin edilmiş və vergi yoxlaması yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində xx.xx.2018-ci il tarixdə KY181259348 nömrə ilə qeydiyyata alınmışdır. Yoxlamanın nəticəsi olaraq xx.xx.2019-cu il tarixli **********162403 nömrəli “Səyyar vergi yoxlaması” aktı tərtib edilmiş və həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********188794 nömrəli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən 2017-ci il üzrə sadələşdirilmiş verginin 2074,90 manat və əlavə dəyər vergisinin 22077,19 manat, ödəmə mənbəyində tutulan verginin 6134,80 manat və əmlak vergisinin 857,89 manat olmaqla, ümumilikdə 31144,78 manat vergi məbləğinin azaldılması müəyyən edilmişdir. Yoxlama zamanı muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan verginin (sadələşdirilmiş vergi bəyannaməsi tərkibində) 537,20 manat, 2018-ci il üzrə sadələşdirilmiş verginin 45,09 manat artıq hesablandığı və muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan verginin (ƏDV bəyannaməsi tərkibində) 537,20 manat azaldıldığı müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə ümumilikdə vergi ödəyicisinə 31144,78 manat məbləğində əlavə vergi hesablanmışdır. Yoxlama ilə azaldılmış vergi məbləğlərinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 4713,61 manat və həmin məcəllənin 58.4-cü maddəsinə əsasən ƏDV üzrə qeydiyyatı Vergi Məcəlləsinə əsasən məcburi olduğu halda, bu cür qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə 11038,60 manat, 58.7-1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmaqla ödənişlər aparıldığına görə 8932,38 manat və 57.1-ci maddəsinə əsasən vergi hesabatlarını əsas olmadan müəyyən edilən müddətdə vergi orqanına təqdim etmədiyinə görə 440,0 manat olmaqla, ümumilikdə 25124,59 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2018-ci il tarixli **********160497 nömrəli tələbnamə verilmiş, sənədlərin təqdim edilməsi xx.xx.2018-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Hesablamanın mahiyyəti ilə bağlı bildirilmişdir ki, yoxlama ilə əhatə olunan dövrdə cəmiyyət tərəfindən təqdim olunmuş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən vergi tutulan əməliyyatların ümumi həcmi, yəni dövriyyəsi 89375,0 manat bəyan etmiş və həmin dövriyyədən 1787,50 manat sadələşdirilmiş vergi hesablanmışdır. Lakin, yoxlama zamanı dəvət edilmiş ekspertin verdiyi rəyinə əsasən yoxlama ilə əhatə olunan dövrdə (aprel 2017- iyun 2018) cəmiyyətin ümumi dövriyyəsinin 337848,45 manat olduğu müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2018-ci ilin 1-ci və 2-ci rübləri üzrə sadələşdirilmiş vergi bəyannamələrində büdcəyə hesablanmış 599,70 manat vergi məbləği xx.xx.2018-ci il tarixdən ƏDV bəyannamələri (qeydiyyatsız) tətbiq edildiyi üçün azaldılmışdır. Vergi ödəyicisinin yoxlanılan dövrdə sadələşdirilmiş vergi üzrə dövriyyəsi ekspert rəyinə əsasən 193120,26 manat müəyyən olmuşdur. Yoxlanılan dövrdə cəmiyyət tərəfindən bəyan edilmiş 1787,50 manat sadələşdirilmiş vergi nəzərə alınmaqla, 2074,91 manat əlavə vergi hesablanmış (3862,40-1787,50=2074,90) və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1217,26 manat maliyyə sanksiyası tətbiq edilmişdir. (hesablama cədvəli əlavə olunur). Həmçinin vergi ödəyicisinə fevral 2018-ci il tarixdən qeydiyyatsız ƏDV bəyannamələri tətbiq edildiyinə görə, sadələşdirilmiş vergi bəyannamələrinin tərkibində muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə 537,20 manat azaldılmışdır. Ekspert rəyinə əsasən vergi ödəyicisinin yanvar 2018-ci il tarixdən ardıcıl olan 12 ay üzrə dövriyyəsinin 200000,0 manatdan artıq olması müəyyən olunmuş və xx.xx.2018-ci il tarixdən ƏDV öhdəliyi yaranmışdır. Vergi ödəyicisinə fevral 2018-ci il tarixdən qeydiyyatsız ƏDV bəyannamələri tərtib edilmişdir. Ekspert rəyinə əsasən ƏDV qeydiyyatı olmadan xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə vergi ödəyicisinin ƏDV-siz dövriyyəsi 122651,0 manat müəyyən olunmuşdur. Vergi ödəyicisinə qeydiyyatsız ƏDV üzrə 22077,19 manat vergi hesablanmış (122651,0x18%=22077,19) və Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında 11038,60 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin, qeydiyyatsız ƏDV bəyannamələrinin tərkibində muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə vergi ödəyicisinə 537,20 manat verginin hesablanması təmin edilmişdir. Cəmiyyət xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 8 ha torpaq sahəsini qum-çınqıl istehsalı məqsədi ilə istifadəsi üçün 3 (üç) il müddətinə X1 icarəyə götürülmüşdür. Müqaviləyə əsasən aylıq icarə haqqı 1000,0 manat müəyyən edilmişdir. Cəmiyyət tərəfindən icarəyə alınmış təsərrüfat subyektinin icarə haqqının bazar qiymətlərinə uyğunluğunun müəyyən edilməsi ilə əlaqədar dəvət edilmiş ekspert rəyinə əsasən aylıq icarə haqqı 2500,0 manat müəyyən olunmuşdur. Ekspert rəyinə əsasən yoxlanılan dövrdə ödəmə mənbəyində vergiyə cəlb olunan icarə haqqının məbləğinin 37500,0 manat (15 ay*2500) olduğu müəyyən olunmuş və həmin icarə haqqı məbləğindən 14% dərəcə ilə 5250,0 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində 32745,0 manat əmək haqqı bəyan edilərək 1842,48 manat vergi hesablanmışdır, lakin ekspert rəyinə əsasən görülmüş işlərin tərkibində əmək tutumu 39000,0 manat müəyyən olunmuşdur. Ekspert rəyində orta aylıq əmək haqqının 2600,0 manat olması qeyd olunmuşdur. 2017-ci ilin aprel ayında vergi ödəyicisinin bəyan etdiyi 2600,0 manat əmək haqqı təsdiq olunmuş, yoxlama ilə əhatə olunan dövrün digər aylarında isə ekspert tərəfindən verilmiş rəydə qeyd olunmuş əmək haqqı məbləğləri əsasında ödəmə mənbəyində tutulan vergilər hesablanmışdır. Vergi ödəyicisi tərəfindən bəyan edilmiş 1842,48 manat vergilər nəzərə alınmaqla, əmək tutumu üzrə əlavə 884,0 manat məbləğində ödəmə mənbəyində tutulan vergilər hesablanmışdır (39000,0- 32745,0=6320,0x14%=884,0). Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisinə ödəmə mənbəyində tutulan vergilər üzrə cəmi 6134,80 manat vergi hesablanmış (5250+884,80=6134,80) və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50% miqdarında 3067,40 manat maliyyə sanksiyası tətbiq edilmişdir (hesablama cədvəli əlavə olunur). Əmlak vergisinin yoxlanılması zamanı vergi ödəyicisi tərəfindən 2013-cü ildə idxal olunmuş 232716,78 manat məbləğində maşın və avadanlıqların olmasına baxmayaraq əmlak vergisinin bəyannaməsinin təqdim edilmədiyi müəyyən olunmuşdur. Vergi ödəyicisinin təqdim etdiyi izahatı da nəzərə alınmaqla, cəmiyyətə məxsus əmlakın qalıq dəyəri hesablanarkən 2013-cü ildən 2017-ci ilədək olan dövrdə əmlakın amortizasiya normaları nəzərə alınmışdır. Belə ki, 2013-cü ilin əvvəlinə əmlakın qalıq dəyəri 232716,78 manat amortizasiya məbləği (232716,78*20%) 46543,35 manat və həmin ilin sonuna əmlakın qalıq dəyəri 186173,43 manat (232716,78-46543,35) olmuşdur. 2014-cü ilin əvvəlinə əmlakın dəyəri 186173,43 manat amortizasiya məbləği (186173,43*20%) 37234,68 manat və həmin ilin sonuna əmlakın qalıq dəyəri 148938,75 manat (186173,43-37234,68) olmuşdur. 2015-ci ilin əvvəlinə əmlakın dəyəri 148938,75 manat amortizasiya məbləği (148938,75*20%) 29787,75 manat və həmin ilin sonuna əmlakın qalıq dəyəri 119151,00 manat (148938,75-29787,75) olmuşdur. 2016-cı ilin əvvəlinə əmlakın dəyəri 119151,00 manat amortizasiya məbləği (119151,0*20%) 23830,20 manat və həmin ilin sonuna əmlakın qalıq dəyəri 95320,80 manat (119151,00-23830,20) olmuşdur. 2017-ci ilin əvvəlinə əmlakın dəyəri 95320,80 manat amortizasiya məbləği (95320,80*20%) 19064,16 manat və həmin ilin sonuna əmlakın qalıq dəyəri 76256,64 manat (95320,80-19064,16) olmuşdur. Qeyd olunanları nəzərə alınmaqla vergi ödəyicisinin 2017-ci il üzrə əmlakın orta illik qalıq dəyəri 85788,72 manat (95320,80+76256,64=171577,44/2=85788,72) müəyyən olunmuşdur. Buna görə də əmlak vergisi üzrə vergi ödəyicisinə (İllər üzrə hesablanmalı amortizasiya ayırmaları nəzərə alınmaqla) 857,89 manat əmlak vergisi hesablanmış (85788,72*1 %=857,89,0) və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 % miqdarında 428,94 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin, vergi ödəyicisi tərəfindən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla əmək haqqı ilə bağlı ödənişlərin nağd qaydada aparıldığı müəyyən olunmuşdur. Buna görə də vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə əmək müqaviləsi ilə çalışan işçilərə nağd qaydada may ayı üzrə 1921,52 manat əmək haqqının ödənilməsinə və belə hala il ərzində birinci dəfə yol verdiyinə görə həmin məbləğin 10% miqdarında, yəni 192,15 manat, iyun ayı üzrə 1921,52 manat əmək haqqının ödənilməsinə və belə hala il ərzində ikinci dəfə yol verildiyinə görə həmin məbləğin 20% miqdarında, yəni 384,30 manat müvafiq olaraq iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə ümumilikdə 11572,80 manat əmək haqqının nağd qaydada ödənilməsinə və belə hala il ərzində üçüncü və daha çox dəfə yol verdiyinə görə hər bir ay üzrə 40% miqdarında cəmi 4629,12 manat olmaqla ümumilikdə 2017-ci ilin 9 ayı üzrə 5205,57 manat, 2018-ci ilin yanvar ayı üzrə 1958,96 manat əmək haqqının ödənilməsinə və belə hala il ərzində birinci dəfə yol verildiyinə görə həmin məbləğin 10% miqdarında, yəni 195,90 manat, fevral ayı üzrə 1958,96 manat əmək haqqının ödənilməsinə və belə hala il ərzində ikinci dəfə yol verdiyinə görə həmin məbləğin 20% miqdarında, yəni 391,79 manat, müvafiq olaraq mart, aprel, may, iyun, ayları üzrə ümumilikdə 7847,84 manat əmək haqqının nağd qaydada ödənilməsinə və belə hala il ərzində üçüncü və daha çox dəfə yol verdiyinə görə hər bir ay üzrə 40% miqdarında cəmi 3139,13 manat olmaqla ümumilikdə 2018-ci ilin 6 ayı üzrə 3726,82 manat olmaqla, yoxlanılan dövr üzrə ümumilikdə 8932,39 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(118)-13/2022 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia qismən təmin edilərək, cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı MMC barəsində xx.xx.2019-cu il tarixli **********188794 saylı qərarının ödəmə mənbəyində tutulan vergi hissəsi istisna olmaqla ləğv edilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarın dəyişdirilməsini, iddia tələbinin təmin edilməyən hissədə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın qismən - iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) iddiaçının apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarın nəticə hissəsində “ödəmə mənbəyində tutulan vergi hissəsi istisna olmaqla” mübahisələndirilən inzibati aktın ləğvini bildirmişdir. Məhkəmə həmin istisnanı aşağıdakı cümlə ilə əsaslandırmışdır: “Məhkəmə ödəmə mənbəyində tutulan vergi məbləği ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı hesab ediiə bilməz. Belə ki, səyyar vergi yoxlaması zamanı görülmüş işlərin tərkibində əmək tutumunun 39000 manat müəyyən olunduğu, vergi ödəyicisi tərəfindən isə yoxlama ilə əhatə olunan dövr ərzində 32745,0 manat əmək haqqı bəyan edildiyi müəyyən edilmişdir. İddiaçının nümayəndəsi bu hissədə verginin iddiaçı tərəfindən düzgün bəyan edilmədiyini etiraf etdi.” Göründüyü kimi, məhkəmə ödəmə mənbəyində vergilər dedikdə elə başa düşmüşdür ki, əmək haqqının ödənilməsi üzrə tutulan vergilər ödəmə mənbəyində tutulan vergilərdir. Halbuki, iş materiallarında olan səyyar vergi yoxlaması aktından da göründüyü kimi, əmək haqqı ödənişlərinə görə bəyannamə forması MÖMV, yəni muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər bəyannaməsidir ki, iddiaçıya o hissədə heç bir əlavə vergi hesablanmayıb, əksinə 537,2 manat artıq hesablandığı müəyyən olunub. Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi (ÖMV) isə yoxlama aktında iki məsələyə görə hesablanıb. 1) Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən guya işlərin görülməsinə cəlb olunmuş şəxslərə (əmək münasibətləri olmadan) ödənilən vəsaitdən tutulmalar - 884,8 manat + 50 faiz maliyyə sanksiyası: 2) fiziki şəxsdən icarəyə götürülmüş əmlaka görə ödənilən vəsaitdən tutulmalar - 5250,0 + 50 faiz maliyyə sanksiyası. Məhkəmə isə ekspert rəyi ilə müəyyən olunan 39000,0 manat əmək tutumuna görə olan məbləğin (ifadə əmək tutumu olsa da, bu əmək münasibətlərinə aid deyil - VM 150.1.7) düzgün olduğunu, cəmiyyətin yoxlama dövründə bəyan etdiyi 32745,0 manat məbləğin az göstərildiyi bildirmiş, hətta bunun əsası kimi yanlış olaraq iddiaçının nümayəndəsinin ifadəsinə istinad etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında cəmiyyət tərəfindən əmək haqqının nağd ödənilməsinə görə cavabdehin tətbiq etdiyi maliyyə sanksiyasını 10, 20 və 40 faiz şəklində deyil, ümumi məbləğə 10 faiz tətbiq edilməli hissədə cəmiyyətin qəbul etdiyini və mövcud məhkəmə təcrübəsinin də bu formada olduğunu qeyd etmişdir. Analoji məsələyə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarı iş materialına əlavə edilmişdir. Göründüyü kimi, məhkəmə qərarın “qət etdi” hissəsində ödəmə mənbəyində tutulan vergiləri istisna etməklə vergi orqanının ekspert olmayan şəxsin rəyi əsasında hesabladığı icarəyə görə 5250,0 manat + 50 faiz maliyyə sanksiyası və guya işlərin görülməsinə cəlb edilmiş şəxslərdən ödəmə mənbəyində tutulmalara görə 884,8 manat + 50 faiz maliyyə sanksiyası məbləğini əsassız olaraq təmin etməmiş, amma bununla bağlı qərarda hər hansı əsaslandırma aparmamışdır. İddiaçının nümayəndəsinin etiraf etdiyi hissə isə əmək haqqının nağd verilməsi ilə maliyyə sanksiyasının tətbiqi ilə əlaqədar olmuşdur ki, məhkəmə həmin hissəni düzgün araşdırmadığı üçün yekun nəticədə iddiaçının lehinə qərar vermişdir. Başqa sözlə, məhkəmə əmək haqqının nağd verilməsi ilə bağlı iddiaçının ziyanına olduğu halda məsələni onun xeyrinə, ÖMV hissəsini isə vergi orqanının ziyanına olduğu halda onun xeyrinə qət etmiş, amma bununla bağlı hər hansı maddi və prosessual hüquq normasına istinad etməmişdir. Bu isə ondan irəli gəlir ki, məhkəmə nəzərdə tutduğu rədd olunmalı hissəni “qət etdi” hissəsində düzgün əks etdirməmişdir. Qeyd olunanların izahı aşağıdakı kimidir: Məhkəmə vergi orqanının istinad etdiyi rəylərin mötəbər mənbə olmadığına və vergilərin hesablanması üçün kifayət etmədiyinə istinad edərək ƏDV və sadələşdirilmiş vergi hissəsində qərarı ləğv edir, lakin ÖMV hissəsində aparılan hesablamanın da məhz rəylər əsasında formalaşdığına diqqət yetirmir. Belə ki, rəy əsasında cavabdeh qeyd etmişdir ki, guya cəmiyyət ayrı-ayrı şəxsləri işlərin görülməsinə cəlb edib və 39000,0 manat məbləğində əmək tutumu yaranıb. Halbuki, iş materiallarından aydın olur ki, belə şəxslər mövcud deyil, hansı işlərin kimlər tərəfindən görüldüyü, hansı məbləğdə xidmət haqqı aldıqlarına dair hər hansı dəlil iş materialında yoxdur. Rəy təqdim edən şəxsin mülahizələrinə əsasən cavabdeh əmək tutumu müəyyən edib. ÖMV hissəsinə aid digər məsələ isə yuxarıda qeyd olunduğu kimi, icarə ilə bağlıdır. Yenə də, cavabdeh icarə qiyməti ilə bağlı ekspert kimi çıxış edən şəxsin rəyinə istinad edib, halbuki rəydə qeyd olunan qiyməti təsdiq edən heç bir araşdırma aparılmayıb. Qeyd olunanlar ÖMV hissəsinddə inzibati aktın ləğv edilməli olduğunu təsdiq edir. b) cavabdehin apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 23.1.14cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək vergi orqanının hüququdur. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Həmin Məcəllənin 67.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Göründüyü kimi məhkəmə tərəfindən maddi hüquq norması yanlış tətbiq edilmiş və tətbiq edilməli olan maddi hüquq normaları tətbiq edilməmişdir. Yuxarıda sadalanan normalardan göründüyü kimi vergi orqanının yoxlama zamanı mütəxəssis cəlb etmək və onun rəyi əsasında vergi ödəyicisinə vergi borcu hesablamaq hüququ vardır. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən qəbul edilmiş bir sıra qərarlarda elekrik enerjisi sərfiyyatı göstəriciləri əsas götürülməklə vergilərin hesablanmasının mümkünlüyü təsdiq edilmişdir. Misal olaraq, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli 2-1(102)-34/18 saylı qərarının 7-ci və 8-ci səhifələrində qeyd olunmuşdur ki, elektrik enerjisi sərfiyyatı göstəricilərinə əsaslanmaqla iddiaçının dövriyyəsinin hesablanması ağlabatandır. Vergi orqanının hesablamaları məhkəmədən fərqli olaraq mülahizəyə deyil, mütəxəssis və ekspert rəylərinə əsaslanmışdır ki, bunun da qanunvericilik baxımından əsasını Vergi Məcəlləsinin 44-cü, 45-ci və məhkəmənin özünün də maddələrini sadalamaqla kifayətləndiyi 67-ci maddələri təşkil etmişdir. Vergi Məcəlləsinin 45.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Həmin Məcəllənin 44.1-ci maddəsinə görə zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Məhkəmə kollegiyasının özünün də qərarında istinad etdiyi Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə görə vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlara görə ödənilməli olan vergini hesablamaq hüququ var. Yuxarıda göstərilənlərdən göründüyü kimi məhkəmə kollegiyasının vergi orqanının gəldiyi nəticə müəyyən ehtimallara əsaslanan mütəxəssis rəyi əsasında hesablanması barədə gəldiyi nəticə tamamilə əsassızdır və iş materialları ilə təkzib olunur. Beləliklə də, məhkəmə kollegiyası tərəfindən Vergi Məcəlləsinin 44-cü, 45-ci maddələri tətbiq edilməməklə və 67.1.9-cu maddəsi düzgün şərh edilməməklə maddi hüquq normalarının tələbləri pozulmuşdur. Bildiririk ki, məhkəmə iddia tələbi üzrə mübahisə olunan məsələlərə tam araşdırma aparmadan və müəyyən məsələləri ümumiyyətlə tədqiq etmədən hüquqi qiymət verməklə düzgün olmayan nəticəyə gəlmiş, iş üzrə əsassız və qanunsuz qərar qəbul etmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçının vergi məsuliyyətə cəlb edilməsini istehsal prosesində sərf edilmiş enerji sərfiyyatına görə mütəxəssis rəyinə əsasən hesablamışdır. Cavabdeh yalnız mütəxəssis rəyinə əsasən iddiaçını əlavə vergi məsuliyyətinə cəlb etmişdir. Göründüyü kimi məhkəmə mübahisə predmetini təşkil edən məsuliyyət qərarını və yoxlama aktını ümumiyyətlə araşdırmamışdır. İşə baxan məhkəmə məlumatsız olmuşdur ki, iddiaçıya vergilər yalnız mütəxəssis rəyinə əsasən hesablanmışdır. İddiaçıya yoxlama ilə 2.074,90 manat sadələşdirilmiş vergi və 22.077,19 manat, 857,89 manat əmlak vergisi olmaqla, 537,20 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi (ƏDV bəyannaməsi tərkibində) məbləği, habelə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla əmək haqqı ilə bağlı ödənişlərin nağd qaydada aparılmasına görə ümumilikdə 8.932,39 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə qərarında qeyd olunan vergi borcunun ləğvi əsasları və dəlilləri göstərilməmişdir. Məhkəmə qərarı bu hissədə əsaslandırılmamışdır. Məhkəmə tərəfindən prosessual hüquq normalarının tələbinə zidd olaraq mütəxəssis rəyinin məzmununa qiymət verilməmiş, məhkəmə bu rəy ilə razı olmadığı halda ekspertiza təyin etməmişdir. c) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı tərəflər yazılı etiraz təqdim etməmişdirlər. ç) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 12. Vergilərin müəyyən edilməsinin əsas şərtləri 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Maddə 49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması (...) 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. 49.3. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir. (...) Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 53.6-cı maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin bir neçə pozuntusuna yol verildikdə, maliyyə sanksiyaları hər pozuntuya münasibətdə ayrıca tətbiq edilir. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.7-1. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir: 58.7-1.1. həmin Qanunun 3.3-cü, 3.4.4-cü və 3.4.7-ci maddələrinin tələblərinin pozulmasına görə ödənişi həyata keçirən vergi ödəyicisinə; 58.7-1.2. həmin Qanunun 3.4.1-ci maddəsinin tələblərini pozmaqla pul vəsaitlərini nağd qaydada qəbul edən lizinq verənə, kreditləri nağd qaydada verən kredit verənə; 58.7-1.3. həmin Qanunun 3.4.2-ci maddəsinin tələblərini pozmaqla nağd qaydada sığorta ödənişlərini edən və sığorta haqlarını nağd qaydada qəbul edən sığortaçıya və ya təkrarsığortaçıya; 58.7-1.4. həmin Qanunun 3.4.3-cü maddəsinin tələblərini pozmaqla xidmət haqlarını və digər yığımları nağd qaydada qəbul edən şəxsə; 58.7-1.5. həmin Qanunun 3.4.5-ci maddəsinin tələblərini pozmaqla stasionar telefon və kommunal xidmətlərin haqqını nağd qaydada qəbul edən şəxsə; 58.7-1.6. həmin Qanunun 3.4.6-cı maddəsinin tələblərini pozmaqla faizsiz pul vəsaitlərini (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaları nağd qaydada ödəyən və qəbul edən şəxsə; 58.7-1.7. həmin Qanunun 3.4.8-ci maddəsinin tələblərini pozmaqla təhsil haqlarını nağd qaydada qəbul edən şəxsə; 58.7-1.8. həmin Qanunun 3.4.9-cu maddəsinin tələblərini pozmaqla nağd qaydada ödəmələri qəbul edən şəxsə; 58.7-1.9. həmin Qanunun 3.4.10-cu və 3.4.11-ci maddələrinin tələblərini pozmaqla, ödənişi nağd qaydada qəbul edən şəxsə; 58.7-1.10. həmin Qanunun 3.4.12-ci maddəsinin tələblərini pozmaqla, tibbi xidmətlərin dəyərini nağd qaydada qəbul edən tibb müəssisəsinə; 58.7-1.11. həmin Qanunun 3.4.13-cü maddəsinin tələblərini pozmaqla, uduşları (mükafatları) nağd qaydada verən və ya oyunlarda iştirakla bağlı pul ödənişlərini (pul qoyuluşlarını) nağd qaydada qəbul edən şəxsə. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Maddə 124. Ödəmə mənbəyində icarə haqlarından və royaltidən vergi tutulması 124.4. Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 108. Prosessual xərclər 108.1. Prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətlərinə əsasən birinci instansiya məhkəməsinin qərarı iddianın həm təmin edilən hissəsində, həm də təmin edilməyən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. İddia tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, İddiaçı MMC-də növbədənkənar səyyar vergi yoxlaması barədə qərar reyestrdə qeydiyyata alınmışdır. 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə istehsal olunmuş məhsulun satış qiymətinin həcminin icarəyə verilmiş təsərrüfat subyektlərinin (obyektlərinin) icarə haqlarının bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi üçün ekspertiza təyin edilmişdir. Vergi orqanının xx.xx.2018-ci il tarixli qərarından görünür ki, qum-çınqıl karxanasında istehsal avadanlıqlarının gücünün, istehsal həcminin istehsal zamanı çalışan işçilərin əmək tutumunun müəyyən edilməsi üçün mütəxəssis dəvət edilməsi qərara alınmışdır. xx.xx.2019-cu il tarixli **********162403 saylı səyyar vergi yoxlaması aktından görünür ki, İddiaçı MMC-də muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi - 2017ci il, əlavə dəyər vergisi fevral 2018-iyun 2018, əmlak vergisi 2017-ci il sadələşdirilmiş vergi 2-ci rüb 2017 - 1-ci rüb 2018, ödəmə mənbəyində tutulan vergi 2- ci rüb 2017-2-ci rüb 2018-ci il dövrlər üzrə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********188794 nömrəl vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərardan görünür ki, İddiaçı MMC-yə 31144,78 manat məbləğində əlavə vergi borcu (2017-ci il əmlak vergisi üzrə - 857,89 manat, sadələşdirilmiş vergi – 2119,99 manat, ödəmə mənbəyində tutulan vergi – 3661,00 manat, 2018-ci il sadələşdirilmiş vergi – 314,51 manat, ödəmə mənbəyində tutulan vergi – 2473,80 manat, Vergi Məcəlləsionin 58.4-cü maddəsinə uyğun olaraq ƏDV – (qeydiyyatsız) – 22077,19 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi – 537,20 manat) hesablanmış və 25124,59 manat maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfindən verilmiş 03 iyul 2019-cu il tarixli MB 12-636 saylı qiymətləndirmə rəylərindən görünür ki, yoxlama dövrü ərzində istehsal həcmi 107253.48 manat, satış qiyməti (ƏDV daxil) 337848,45 manat İddiaçı MMC-nin istifadəsində olan qum-çınqıl istehsal müəssisəsində fəaliyyət göstərən texniki avadanlqıların hazırki durumda bazar qiymətlərinə uyğun olaraq icarə haqqı 2500 manat təşkil edir. İnzibati şikayətin təmin edilməməsi haqqında **********4791100 saylı 28 noyabr 2019-cu il tarixli qərardan görünür ki, İddiaçı MMC-nin rəhbəri X2 cəmiyyətin fəaliyyəti üzrə keçirİlmiş səyyar vergi yoxlamasının nəticələrindən Vergilər Nazirliyinə verdiyi xx.xx.2019-cu il tarixli şikayəti təmin edilməmiş, xx.xx.2019-cu il tarixli **********162403 saylı “Səyyar vergi yoxlaması aktı” etibarlı hesab olunaraq həmin akt əsasında 3 saylı ƏVİ tərəfindən qəbul edilən xx.xx.2019-cu il tarixli **********188794 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır. 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli **********162733 nömrəli qərardan görünür ki, İddiaçı MMC-dən səyyar vergi yoxlaması ilə əlaqədar zəruri sənədlərin nümunə kimi götürülməsi qərara alınmışdır. 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli **********160497 nömrəli tələbnaməsindən görünür ki, İddiaçı MMC-dən səyyar vergi yoxlamasının keçrilməsi ilə əlaqədar zəruri sənədlər tələb edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/3348 saylı xx.xx.2021ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə dövlət büdcəsinə əlavə olaraq hesablanmış sadələşdirilmiş verginin, ÖMV-nin, ƏDV-nin və muzdlu işlə bağlı ödəmə mənbəyində tutulan verginin düzgünlüyü müəyyən olunmur. Əmlak vergisinin isə hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmadı. Bundan başqa qeyd edilir ki, istehsal olunan mallar barədə iş materiallarında hər hansı məlumat olmadığı üçün həmin malların bazar qiymətini müəyyən etmək mümkün olmamış, icarəyə verilmiş təsərrüfat subyektlərinin icarə haqlarının bazar qiymətlərinə uyğunluğunun müəyyən edilməsi isə ekspertizanın predmetinə aid deyildir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin qeyd edilən rəyindən görünür ki, mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyəri yalnız elektrik enerjisinin sərfiyyatından ibarət olmayıb aşağıdakı xərc elementlərindən ibarət olduğu müəyyən edilmişdir: - Xammal və materiallar; - Qaytarılmış tullantılar; - Texniki məqsədlər üçün yanacaq, enerji və su; - istehsal fəhlələrinin əsas əmək haqqı; - İstehsal fəhlələrinin əlavə əmək haqqı; - Sosial sığortaya ayırmalar; - Avadanlığın saxlanması və istismarı xərcləri, o cümlədən amortizasiya; - Ümumi sex xərcləri; - Ümumi zavod xərcləri; - Zay məhsul və itkilər; - Sair istehsalat xərcləri; - Əmtəəlik məhsulun tam maya dəyəri. Məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından göründüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yalnız elektrik enerjisi xərclərindən olmayıb, yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarətdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyi ilə cəlb olunmuş və mütəxəssis tərəfindən müəssisənin fəaliyyəti üzrə faktiki istehsal həcmi müəyyən olunmuş məhsulun faktiki maya dəyərinin yalnız sərf edilmiş elektrik enerjisindən ibarət olduğu müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən cəlb olunmuş qiymətləndirici eksperti tərəfindən faktiki istehsal həcmi müəyyən olunmuş məhsulun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, faktiki enerji sərfiyyatı əsasında istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb edilən dövriyyənin belə qaydada hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Beləliklə, cavabdeh tərəfindən əmlak vergisi istisna olmaqla əlavə olaraq hesablanmış vergilərin düzgünlüyü müəyyən edilməmişdir. Göründüyü kimi, qanunvericilikdə vergidən yayınmanın aşkar olunması üçün vergi orqanına kifayət qədər geniş səlahiyyətlər və imkanlar verildiyi halda, vergi orqanının vergi ödəyicisinin elektrik enerjisinin sərfiyyatına əsasən hər hansı əlavə araşdırma aparılmadan vergi hesablaması ağlabatan deyil, odur ki, məhkəmə kollegiyası Məhkəmə Ekspertizası Mərkəzinin hazırkı iş üzrə ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməsini əsaslı hesab edir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 avqust 2002ci il tarixli qərarında göstərilmişdir ki: “Vergi Məcəlləsində vergi qanunvericiliyinin pozulmasının ayrı-ayrı hallarına görə vergi orqanı rəhbərinin (rəhbərin müavininin) qərarı ilə tənbeh tədbirlərinin növləri kimi çıxış edən maliyyə sanksiyaları və faizlər tətbiq olunur. Vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan maliyyə sanksiyaları və faizlər təqsirli vergi ödəyicilərinə büdcə və büdcədənkənar fondlara vergilərin, məcburi ödənişlərin ödənilməsi ilə bağlı vəzifələri lazımi qaydada icra etmək üçün tətbiq olunan təsir tədbirləridir. Hüquqi məsuliyyətin müstəqil tədbirləri kimi dövlət tərəfindən vergi orqanları vasitəsilə məcburi güc tətbiqi ilə həyata keçirilən bu tədbirlər həm vergi ödəyicilərinin vergilərin ödənilməsi üzrə konstitusiya vəzifələrinin icra olunmasını təmin edən hüquqbərpaedici, həm də cəzaverici xarakterli formalarda olur....Lakin digər növ tədbirlər, xüsusən gizlədilmiş və ya azaldılmış gəlirin tutulması kimi tədbirlər, eləcə də müxtəlif növ cərimələr öz mahiyyətinə görə vergi öhdəliyinin çərçivəsindən kənara çıxır. Onlar bərpaedici deyil, cəzaverici xarakter daşıyır və vergi hüquq pozuntusuna görə, yəni qanunla nəzərdə tutulmuş qəsdən və ya ehtiyatsızlıqdan törədilmiş hüquqazidd təqsirli əmələ görə tətbiq olunur. Buna görə, vergi hüquq pozuntusu haqqında iş üzrə icraatda həm onun törədilməsi faktı, həm də vergi ödəyicisinin təqsirlik dərəcəsi sübut edilməlidir. Belə hallarda Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarının məhkəmə müdafiəsi də təmin edilməlidir (Konstitusiyanın 60-cı maddəsi)”. Məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyası vergi ödəyiciləri barəsində tətdiq edilən məsuliyyət tədbirlərindən biri kimi çıxış edir. Vergi hüquq pozuntusuna yol verildiyi müəyyən edildikdə tətbiq edilən bilən bu tədbir öz mahiyyətinə görə vergi qanunvericiliyinin pozulması zamanı tətbiq edilən digər məsuliyyət tədbirləri ilə eyni hüquqi təbiətə malikdir. Vergi Məcəlləsində qəbul edilmiş hüquqi dövlət prinsipinin tələblərindən irəli gələn əsas yanaşma isə ondan ibarətdir ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Göründüyü kimi vergi qanunvericiliyinin pozuntusunda şəxsi təqsirli hesab edə bilmək üçün iki haldan biri mövcud olmalıdır – 1) şəxs ya Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilmiş olmalıdır və ya 2) şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə vergi pozuntusu törətməkdə təqsirli bilinməlidir. Şəxsin Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi üçün isə səlahiyyətli vergi orqanı tərəfindən bu barədə vergi məsuliyyətinə cəlb edilməyə dair müvafiq məsuliyyət qərarı çıxarılmış olmalıdır (Vergi Məcəlləsinin 49.2-ci maddəsi). Bu qaydada çıxarılmış bir qərar və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan şəxsi hər hansı bir vergi hüquq pozuntusunu törətməkdə təqsirli bilmək yol verilməzdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, vergi ödəyicisi eyni pozuntulara təqvim ili ərzində faktiki olaraq yol vermiş olsa belə, onun barəsində əvvəlki pozuntulara görə maliyyə sanksiyalarının tətbiqi barədə vergi məsuliyyətinə cəlb edilməyə dair qərarlar qəbul edilməmişdirsə, faktiki pozuntunun sayından asılı olmayaraq birinci dəfə qəbul edilən qərarla tətbiq edilən maliyyə sanksiyasının həddi qanunu pozmaqla aparılmış əməliyyatın ümumi məbləğinin 10 faizini aşmamalıdır. Beləliklə, hazırkı mübahisə üzrə vergi orqanı vergi ödəyicisi olan cavabdeh barəsində birinci dəfə maliyyə sanksiyası tətbiq etməsinə baxmayaraq onun məbləğini ikinci əməliyyat üzrə 20, sonrakı əməliyyatlar üzrə 40 faiz müəyyən etməklə, mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İddiaçıya qanunun tələbləri pozulmaqla aparılmış əməliyyatların ümumi məbləğinin 10 faizin miqdarında maliyyə sanksiyası tətbiq edilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar əmək haqqının nağd qaydada ödənilməsinə görə tətbiq edilən maliyyə sanksiyası ilə bağlı hissədə qismən-2718,16 manat hissədə əsaslıdır, qalan hissədə isə ləğv edilməlidir. Belə ki, vergi ödəyicisi olan iddiaçının xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə əmək müqaviləsi ilə çalışan işçilərə nağd qaydada may ayı üzrə 1921,52 manat, iyun ayı üzrə 1921,52 manat, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə ümumilikdə 11572,80 manat, 2017-ci ilin 9 ayı üzrə 5205,57 manat, 2018-ci ilin yanvar ayı üzrə 1958,96 manat, fevral ayı üzrə 1958,96 manat, mart, aprel, may, iyun, ayları üzrə ümumilikdə 7847,84 manat əmək haqqlarının nağd qaydada ödənilməsi halı vergi yoxlaması zamanı aşkar edilmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdehin mübahisələndirilən qərarı əmlak vergisi ilə bağlı olan hissədə də əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, əmlak vergisinin yoxlanılması zamanı vergi ödəyicisi tərəfindən 2013-cü ildə idxal olunmuş 232716,78 manat məbləğində maşın və avadanlıqların olmasına baxmayaraq əmlak vergisinin bəyannaməsinin təqdim edilmədiyi müəyyən olunmuş, vergi ödəyicisinin təqdim etdiyi izahatı da nəzərə alınmaqla, cəmiyyətə məxsus əmlakın qalıq dəyəri hesablanarkən 2013-cü ildən 2017-ci ilədək olan dövrdə əmlakın amortizasiya normaları nəzərə alınmış və 2017-ci il üzrə əmlakın orta illik qalıq dəyəri 85788,72 manat müəyyən olunmuşdur. Buna görə də, əmlak vergisi üzrə vergi ödəyicisinə 857,89 manat əmlak vergisi hesablanmış (85788,72*1 %=857,89) və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 % miqdarında 428,94 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli qərarı ləğv edilərək, yeni qərar qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli **********188794 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı 857,89 manat əmlak vergisi, bununla bağlı 428,94 manat maliyyə sanksiyası və əmək haqqının nağd qaydada ödənilməsinə görə tətbiq edilən 2718,16 (iki min yeddi yüz on səkkiz manat, on altı qəpik) manat məbləğində maliyyə sanksiyası hissələri istisna olmaqla ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi qismən təmin edildiyindən, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın 50 (əlli) manatı iddiaçıdan, 100 (bir yüz) manatı isə cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(118)-13/2022 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli **********188794 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı 857,89 manat əmlak vergisi, bununla bağlı 428,94 manat maliyyə sanksiyası və əmək haqqının nağd qaydada ödənilməsinə görə tətbiq edilən 2718,16 (iki min yeddi yüz on səkkiz manat, on altı qəpik) manat məbləğində maliyyə sanksiyası hissələri istisna olmaqla ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın 50 (əlli) manatı İddiaçı MMC-dən, 100 (bir yüz) manatı isə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar