Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-442/2021 15.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Günay Firdovsi qızının katibliyi ilə, iddiaçı X10 və onun nümayəndəsi X11, üçüncü şəxs X5 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Cavabdeh Başçısının 02 mart 2020-ci il tarixlı, 45 saylı sərəncamının ləğv edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2-1(118)-221/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh Başçısının 02 mart 2020-ci il tarixli, 45 saylı sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi 5 saylı evdə yerləşən 43,62 kv.m. sahəyə malik 3 otaqlı, 29 saylı mənzil iddiaçının mərhum atası X2 məxsus olmuşdur. Atası vəfat edəndən sonra o, həmin mənzili faktiki olaraq vərəsəlik qaydasında qəbul etmiş və müvəqqəti olaraq mərhum bacısının qızı X5 istifadəsinə vermişdir. Lakin iddianı qaldırmamışdan bir neçə gün əvvəl ona məlum olmuşdur ki, Cavabdeh başçısının 02 mart 2020-ci il tarixli, 45 nömrəli sərəncamına əsasən həmin mənzilin şəxsi hesab vərəqəsi X5 adına dəyişdirilmişdir. O, cavabdeh orqana rəsmi ərizə ilə müraciət edərək həmin sərəncamın surətinin ona təqdim olunmasını xahiş etmişdir. Hüquq şöbəsinin müdirinin 08.07.2020-ci il tarixli, 1258 nömrəli məktubu ilə sərəncam ona göndərilmişdir. Sərəncamla mənzilin icarə müqaviləsinin mərhumun bir nəfərdən ibarət ailə üzvü olan Səmayə Məmmədovanın adına dəyişdirilməsi qərara alınmışdır. Belə ki, icra hakimiyyəti orqanının iddiaçının vərəsə kimi mövcudluğundan xəbəri olmamış, Səmayə Məmmədova özünü mərhumun yeganə vərəsəsi kimi təqdim etmişdir. Halbuki, mərhum İnqilab Şahsuvarovun yeganə və birinci növbəli vərəsəsi iddiaçı olmuşdur. Səmayə Məmmədova iddiaçının bacısı qızı olmaqla beşinci növbə vərəsələr sırasına aiddir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-221/2021 saylı, 12 mart 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Vəfa Əzizova) Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və Cavabdeh başçısının 02 mart 2020-ci il tarixli, 445 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-221/2021 saylı, 12 mart 2021-ci il tarixli qərarı ilə Cavabdehnə qarşı qaldırdığı icra başçısının 02 mart 2020-ci il tarixli, 45 saylı sərəncamının ləğv edilməsi barədə iddiası təmin edilməmişdir. Məhkəmənin qərarı ləğv olunmalı və iddia təmin edilməlidir. Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 yanvar küçəsi, 5 saylı evin 43,62 kv metrlik 3 (üç) otaqlı, 29 saylı mənzil mərhum atası X2 məxsus olmuşdur. Atası vəfat edəndən sonra həmin mənzili faktiki olaraq vərəsəlik qaydasında o, qəbul etmiş və müvəqqəti olaraq bacısı qızı X5 istifadəsinə vermişdir. Lakin, sonradan məlum olmuşdur ki, Cavabdeh başçısının 02 mart 2020-ci il tarixli, 45 nömrəli sərəncamına əsasən həmin mənzilin şəxsi hesab vərəqəsi X5 adına dəyişdirilmişdir. İcra hakimiyyətinə rəsmi ərizə ilə müraciət etmişdir ki, həmin sərəncamın surətini ona təqdim etsin. Hüquq Şöbəsinin müdirinin 08 iyul 2020-ci il tarixli, 1258 nömrəli məktubu ilə sərəncam ona göndərilmişdir. Sərəncamda qeyd olunmuşdur ki, mənzilin icarə müqaviləsi mərhumun 1 nəfərdən ibarət ailə üzvü olan Səmayə Məmmədovanın adına dəyişdirilsin. İcra hakimiyyətinin nümayəndələri bildirirlər ki, onların onun mövcudluğundan məlumatı olmamışdır. Səmayə Məmmədova özünü mərhum atasının vərəsəsi kimi qəbul etmiş və inam yaratmışdır ki, ondan başqa vərəsəsi yoxdur. Halbu ki, mərhum atası İnqilab Şahsuvarovun yeganə olaraq birinci növbəli vərəsəsi o olmuşdur. Səmayə Məmmədova bacısı qızı olmaqla beşinci növ vərəsələr sırasına aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Qeyd olunan hüquq normasının tələbinə əsasən o atasının birinci növbəli vərəsəsi sayılır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Atası öldüyü məqamədək Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 yanvar küçəsi, 5 saylı evin 43,62 kv metrlik 3 (üç) otaqlı 29 saylı mənzil mərhum atası X2 məxsus olmuşdur. Deməli yuxarıda qeyd olunan hüquq normalarının tələblərinə əsasən mənzilin şəxsi hesab vərəqəsi onun adına dəyişdirilməli idi. Atası həmin miras əmlak barəsində hər hansı bir şəxsin adına hər hansı bir vəsiyyətnamə qoymadığı üçün miras əmlak Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik yolu ilə onun mülkiyyətinə keçməli idi. Lakin, cavabdeh İcra hakimiyyəti tərəfindən mənzilin şəxsi hesab vərəqəsi yalnız Səmayə Məmmədovanın adına dəyişdirilmişdir ki, bununla da onun mülkiyyət hüququ pozulmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X15 və onun nümayəndəsi X16 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və Cavabdeh başçısının 02 mart 2020-ci il tarixli, 445 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Üçüncü şəxs X5 nümayəndəsi və vəkili X6 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçı X12, onun nümayəndəsi X13 və üçüncü şəxs X5 nümayəndəsi və vəkili X3 dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apeylasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilmiş 1258 saylı, 08 iyul 2020ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi 5 saylı evdə yerləşən 29 saylı mənzilin şəxsi hesabı həmin mənzildə pasport qeydiyyatında yaşayan yeganə şəxs X5 cavabdehə ünvanladığı müraciət əsasında onun adına dəyişdirilmişdir. Abşeron rayonu Ceyranbatan qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 466497 saylı, 17 may 2011-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 26.04.2011-ci il tarixdə vəfat etmişdir. Cavabdeh başçısının 02 mart 2020-ci il tarixli, 45 saylı sərəncamından görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi 5 saylı evin 29 saylı mənzilin əsas icarədarı – mərhum babası X7 bəfat etdiyi üçün icarə müqaviləsi X5 adına bağlanmaqla mənzilin şəxsi hesabı 1 nəfər ailə üzvü ilə onun adına dəyişdirilmişdir. Ceyranbatan qəsəbəsi MTİİTS tərəfindən verilmiş 04 sentyabr 2020-ci il tarixli, 08 saylı arayışdan görünür ki, ünvan 2 ünvanında yaşayan İddiaçı yaşadığı mənzilə 21 dekabr 1990-cı ildə 882 saylı Ceyranbatan qəsəbə X22 İcra Komitəsi tərəfindən order verilmişdir. Ceyranbatan qəsəbə X22 İcra Komitəsi tərəfindən verilmiş 882 saylı orderdən görünür ki, Quliyeva X4 qəsəbəsi, ünvan 3 ünvanında qeydiyyatdadır və orda yaşayır. Ceyranbatan qəsəbəsi MTİİTS tərəfindən verilmiş 21.01.2020-ci il tarixli 114 saylı arayışdan görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi 5 saylı evin 29 saylı mənzilində həmin ünvana 20.06.2001-ci il tarixdən X14 qeydiyyatdadır, X7 26 aprel 2011-ci il tarixdə Şahsuvarova Yekaterina 02 fevral 1996-cı il tarixdə vəfat etmişlər, X8 29 yanvar 1990-cı il tarixdə, X9 isə 24 iyun 1991-ci ildə qeydiyyatdan çıxmışlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllnin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəlləsinin 81.2-ci maddəsinə görə kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 695.1-ci maddəsinə əsasən kirayəçinin öldüyü halda kirayə müqaviləsi üzrə hüquq münasibətləri, əgər başqa kirayəçilər varsa, onlarla davam etdirilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Cavabdeh mənizlin icarədarının vəfatından sonra mənzilin icarə müqaviləsinin onun ailə üzvü olan və onunla birgə yaşayan nəvəsi X5 adına dəyişdirərkən hər hansı qanun pozuntusuna yol verməmişdir. Mənzil dövlət mənzil fonduna aid olmaqla icarədarı mərhum İ.Şahsuvarov olmuş və onun vəfatından sonra mənzil icarə müqaviləsi onunla birgə yaşamış və mənzildə qeydiyyatda olan nəvəsi Səmayə Məmmədovanın adında dəyişdirilmişdir. Cavabdeh tərəfindən mənzil icarə müqaviləsinin və şəxsi hesab vərəqəsinin üçüncü şəxs Səmayə Məmmədovanın adına dəyişdirilməsinə dair sərəncamının qanunsuz hesab edilməsi üçün hər hansı əsas müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2-1(118)-221/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-442/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-442/2021
15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver