Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-443/2023 09.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X6 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona ikinci dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2-1(118)-137/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ TSEK-in elektron informasiya sistemindən çıxarışa əsasən, İddiaçı ilk dəfə xx.xx.2016-cı il tarixində TSEK-də müayinədən keçmiş və ona həmin tarixdən “Qabarıq asteno-nevrotik sindrom. Kəllədaxili hipertenziya. OS-mürəkkəb hipermetropik astiqmatizm. OS – refraksion ambliopiya. VİSOD-1,0 (vahid), VİSOS-0,03, xroniki dəmir defisitli anemiya” diaqnozu ilə ümumi xəstəlik səbəbindən xx.xx.2021-ci il tarixədək beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Sumqayıt 1 nömrəli şəhər poliklinikası tərəfindən xx.xx.2021-ci il tarixli 0529003AAG75 nömrəli göndəriş verilmişdir. Sumqayıt 1 nömrəli şəhər poliklinikası tərəfindən rəsmiləşdirilən xx.xx.2021-ci il tarixli 0529003AAG75 nömrəli göndəriş cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş, “Göndərişin natamam doldurulması - Səbəb: əsas diagnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin, yanaşı xəstəlik olan göz xəstəliyi qeyd olunsa da Səhiyyə Nazirliyinin reyestrində aşkar olunmadı” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Daha sonra iddiaçıya TSEK-ə göndərilməsi üçün 1 nömrəli X7 tərəfindən xx.xx.2021ci il tarixli 0531003AALSX nömrəli göndəriş verilmişdir. Həmin göndərişə əsasən iddiaçı son 6 ay ərzində - xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində “Astiqmatizm” xəstəliyi ilə ambulator müayinədə, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsində, xx.xx.2016-cı il tarixdə, habelə xx.xx.2021-ci il tarixdə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində, xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Sumqayıt 4 nömrəli şəhər Xəstəxanasında stasionar müalicədə olmuşdur. TSEK-ə göndəriş zamanı əsas diaqnoz “H52.2 Astiqmatİzm OU-mürəkkəb hipermetropik astiqmatizm HM 7.0 dərəcə və 6.0 dərəcə VİZUS OD-1.0 (vahid) VİZUS OS-0,04 k/etmir (yüzdə dörd)” qoyulmuş, ağırlaşmalar “H53.0 Anopsiya nəticəsində ambliopiya, Refraksion ambliopiya”, “H54.4 Monokulyar Korluq VİZUS OD-1.0 (vahid) VİZUS OS – 0.04 k/etmir (yüzdə dörd)”, yanaşı xəstəliklər isə “G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, Neyrorevmatizm. Revmatik ensefalopatiya”, “G93.2 Xoşxassəli kəllədaxili hipertenziya, Kəllə-daxili hipertenziya”, “İ02 Revmatik xoreya, Revmatik xoreya. Geniş həcmli və qısa amplitudla xoreik hiperkinezlərlə”, “G90.8 Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, Qabarıq asteno-nevrotik sindrom, tez-tez baş verən vegetativ-damar krizləri ilə” , “D50.8 Dəmir defisitli anemiya, Xroniki dəmir-defisitli anemiya” kimi müəyyən edilmişdir. Həmin göndəriş cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş, “Şəxsə son 6 ay ərzində 2 fərqli xəstəlik əsasında göndəriş rəsmiləşdirilməsi mümkün deyildir” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona 26 aprel 2021-ci ildən “Qabarıq asteno nevrotik sindrom. Kəllədaxili hipertenziya. OS-mürəkkəb hipermetropik astiqmatizm. OS – refraksion ambliopiya. VİSOD-1,0 (vahid), VİSOS-0,03. Xroniki dəmir defisitli anemiya” diaqnozu ilə ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2016-cı ildən “Astiqmatizm OU-mürəkkəb hipermetropik astiqmatizm HM 7.0 dərəcə və 6.0 dərəcə VİZUS OD-1.0 (vahid) VİZUS OS-0,04 k/etmir (yüzdə dörd)” əsas diaqnozla Sumqayıt şəhər 1 nömrəli X7ndə qeydiyyatdadır. 12 saylı TSEK tərəfindən ona xx.xx.2016-cı ildə “Qabarıq asteno nevrotik sindrom. Kəllə daxili hipertenziya. OS-mürəkkəb hipermetropik astiqmatizm. OSrefraksion ambiolopiya. VİSOD-1,0 (vahid), VİSOS-0,03 (yüzdə üç). Xroniki dəmir defisi anemiya” diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Növbəti müayinə xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Sumqayıt 1 nömrəli X4 əlillik dərəcəsinin təyini məqsədilə xx.xx.2021-ci ildə 0531003AALSX saylı göndərişlə tibbi sənədləri cavabdehə göndərmişdir. Göndərişə qədər xx.xx.2021-ci ildə Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində və xx.xx.2021-ci ildə Sumqayıt 4 nömrəİi şəhər xəstəxanasında stasionar müalicə almışdır. Əsas diaqnozla (Astiqmatİzm OUmürəkkəb hipermetropik astiqmatİzm HM 7.0 dərəcə və 6.0 dərəcə VİZUS OD-1.0 (vahid) VİZUS OS-0,04 k/etmir (yüzdə dörd)) yanaşı göndərişdə yanakı xəstəliklər də qeyd edilmişdir. Həmçinin, göndəriş zamanı onda “Monokulyar Korluq VİZUS OD-1,0 (vahid) VİZUS 05- Q04 k/etmir (yüzdə dörd) ağırlaşma halı” qeyd edilmişdir. TSEK-nin xx.xx.2021-ci il tarixli cavabı ilə əlilliyin təyinindən imtina olunmuşdur. İmtinaya səbəb kimi sənəddə “şəxsin son 6 ay ərzində 2 fərqli xəstəlik əsasında göndərişinin rəsmiləşdirilməsinin mümkün olmaması” göstərilmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmır. Belə ki, o, xx.xx.2016-cı il tarixdən həmin xəstəliyin daşıyıcısıdır. Hal-hazırda səhhətində müsbətə doğru heç bir irəliləyiş yoxdur. Sol gözü görmə qəbilliyətini itirmişdir, cəmi 4% görmə qabiliyyətinin olması təsdiq edilmişdir. O, cavabdehə 28 yanvar 2022-ci il tarixdə ərizə ilə müraciət etmiş, lakin müraciətinə hər hansı cavab verilməmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 1 saylı şəhər poliklinikasının xx.xx.2016-cı il tarixli 052003AADMV saylı göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X5: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni: Ensefalopatiya, Neyrorevmatizm. Revmatik ensefalopatiya., Qabarıq asteno-nevrotik sindrom, tez-tez baş verən vegetativ-damar krizləri ilə. Revmatik xoreya. Geniş həcmli və qısa amplitudla xoreik hiperkinezlərlə. OU-Hipertenzion angiopatiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 saylı şəhər poliklinikasının xx.xx.2016-cı il tarixli 0529003AADX9 saylı göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X5: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H49-H52 - Göz alması əzələlərinin xəstəlikləri, gözlərin müştərək hərəkətinin, akkomodasiya və refraksiyanın pozğunluqları => H52 - Refrak...; Diaqnozun mətni: Qabarıq asteno nevrotik sindrom. Kəllə daxili hipertenziya. OSmürəkkəb hipermetropik astiqmatizm. OS- refraksion ambliopiya. VİSOD- 1,0(vahid),VİSOS-0,03(yüzdə,üc). Xroniki dəmir defisitli anemiya; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 saylı şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 0529003AAG75 saylı göndərişi əsasında baxılmış və “X5: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni: G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, Neyrorevmatizm. Revmatik ensefalopatiya. Ağırlaşma G93.2 Xoşxassəli kəllədaxili hipertenziya, Kəllə-daxili hipertenziya. Ağırlaşma İ02 Revmatik xoreya, Revmatik xoreya. Geniş həcmli və qısa amplitudla xoreik hiperkinezlərlə. Ağırlaşma G90.8 Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, Qabarıq asteno-nevrotik sindrom, tez-tez baş verən vegetativ-damar krizləri ilə. Yanaşı xəstəliklər - G24.8 Digər distoniyalar, NSD hipertonik tipli. Yanaşı xəstəliklər D50 Dəmir defisitli anemiya, Xroniki dəmir-defisitli anemiya; H53.0- Anopsiya nəticəsində ambliopiya, OS-refraksion ambliopiya, H35 - Tor qişanın digər xəstəlikləri, OU Hipertenzion angiopatiya, orta dərəcəli ambliopiya; H50.1 müştərək xarici çəpgözlük, OS Müştərək monolateral xarici çəpgözlük; H52.0 - Hipermetropiya, OS-mürəkkəb hipermetropik astiqmatizm; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: əsas diagnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin, yanaşı xəstəlik göz xəstəliyi qeyd olunsa da Səhiyyə Nazirliyinin reyestrində aşkar olunmadı” səbəbi ilə imtina verilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2-1(118)-137/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 26 aprel 2021-ci ildən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim V. Əzizova). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X10 tərəfindən verilmiş T-464/2022 saylı ekspert rəyindən görünür ki, iddiaçının iş materiallarında əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün 1 nömrəli Sumqayıt şəhər X2 tərtib edilmiş son göndərişdə qeyd edilmiş diaqnozla əlaqədar şəxs ixtisaslaşdırılmış tibb müəssisəsində müayinə və müalicə olunduqdan sonra yeni forma 88 rəsmiləşdirilməlidir ki, xx.xx.2022-ci il tarixli Nazirlər Kabinetinin 187 saylı Qərarına əsasən “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricilərinin və müddəti” nin təyininə baxılsın. Bundan başqa, məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. İddiaçıya əlilliyin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən, “İnzibati icraat haqqında” AR Qanununun tələblərinin pozulmamasına baxmayaraq məhkəmə iddia tələbini təmin etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Hesab edir ki, məhkəmə qərarı ləğv edilməlidir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək izahatında əlavə oloaraq bildirdi ki, onun barəsində Sumqayıt 1 nömrəli şəhər poliklinikası tərəfindən xx.xx.2021-ci il tarixli 0529003AAG75 nömrəli və xx.xx.2021-ci il tarixli 0531003AALSX nömrəli göndərişlər verilənə qədər o, Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinədən keçmişdir, lakin həmin vaxt Oftalmologiya Mərkəzində elektron sistem mövcud deyildi. Barəsində xx.xx.2021-ci il tarixli 0529003AAG75 nömrəli göndəriş verilən zaman iddiaçının G93.4 kodlu xəstəliklə əlaqədar müalicəsi bitdiyindən göndərişdə əsas diaqnozu həmin xəstəlik göstərilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli 595 nömrəli Fərmanı: (-).
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; (-).
“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı: Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1.“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilsin (əlavə olunur). (-).
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir:
(-) 2.5.14. bir gözün olmaması və ya əməli korluğu (görmə itiliyinin korreksiya ilə 0,04 və ondanaz olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54.4); (-).
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnaməsi: 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. (-).
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; (-). 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya ikinci dərəcə əlillik təyin edilməsindən imtinası təşkil edir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya 2016-cı ildə “Qabarıq asteno-nevrotik sindrom, kəllədaxili hipertenziya, OSmürəkkəb hipermetropik astiqmatizm, OS – refraksion ambliopiya, VİSOD-1,0 (vahid), VİSOS-0.03, xroniki dəmir defisitli anemiya” diaqnozu ikinci dərəcəli əlillik təyin edilmişdir. 2021-ci ildə əlilliyin müddəti bitdikdən sonra verilmiş göndərişdə eyni diaqnozlar göstərilsə də, cavabdeh iddiaçıya müxtəlif səbəblərlə imtina cavabı vermişdir. Məhkəmə cavabdehin iddiaçının xəstəliyinin Səhiyyə Nazirliyinin reyestrində qeyd olunmaması dəlilinə münasibətdə qeyd edir ki, məhkəmənin sorğusuna cavab olaraq X12 adına Milli Oftalmologiya Mərkəzi müvafiq məktubla iddiaçının xx.xx.2022-ci il tarixdə həmin mərkəzdə tibbi ekspert komissiyasından müayinədən keçdiyini və tibbi rəyin vətəndaşların elektron sağlamlıq X8 modulu üzrə Oftalmologiya bölməsinə daxil edildiyini bildirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin faktiki hallarından görünür ki, iddiaçıya “Qabarıq asteno-nevrotik sindrom. Kəllədaxili hipertenziya. OS-mürəkkəb hipermetropik astiqmatizm. OS – refraksion ambliopiya. VİSOD-1,0 (vahid), VİSOS-0,03, xroniki dəmir defisitli anemiya” diaqnozu ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək beş il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmişdir. İşin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, əlillik müddəti bitdikdən sonra iddiaçı barəsində Sumqayıt 1 nömrəli şəhər poliklinikası tərəfindən xx.xx.2021-ci il tarixli 0529003AAG75 nömrəli göndəriş rəsmiləşdirilmişdir. (TSEK-ə göndəriş zamanı əsas diaqnoz “G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, Neyrorevmatizm. Revmatik ensefalopatiya”, ağırlaşmalar “G93.2 Xoşxassəli kəllədaxili hipertenziya, Kəllə-daxili hipertenziya”, “İ02 Revmatik xoreya, Revmatik xoreya. Geniş həcmli və qısa amplitudla xoreik hiperkinezlərlə”, “G90.8 Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, Qabarıq asteno-nevrotik sindrom, tez-tez baş verən vegetativ-damar krizləri ilə”, yanaşı xəstəliklər isə “G24.8 Digər distoniyaloar, NSD hipertonik tipli”, “D50 Dəmir defisitli anemiya, Xroniki dəmir-defisitli anemiya”, “H53.0 Anopsiya nəticəsində ambliopiya, Refraksion ambliopiya”, “H35 Tor qişanın digər xəstəlikləri, OU-hipertenzion angiopatiya, orta dərəcəli ambliopiya”, “H50.1 Müştərək xarici çəpgözlük, OS-Müştərək monolateral xarici çəpgözlük”, “H52.0 Hipermetropiya, OS-mürəkkəb hipermetropik astiqmatizm” kimi müəyyən edilmişdir). Cavabdeh tərəfindən qeyd edilən göndəriş xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş, “Göndərişin natamam doldurulması - Səbəb: əsas diagnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin, yanaşı xəstəlik olan göz xəstəliyi qeyd olunsa da Səhiyyə Nazirliyinin reyestrində aşkar olunmadı” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Daha sonra iddiaçı barəsində 1 nömrəli X7 tərəfindən xx.xx.2021-ci il tarixli 0531003AALSX nömrəli göndəriş rəsmiləşdirilmiş, (TSEK-ə göndəriş zamanı əsas diaqnoz “H52.2 Astiqmatizm OU-mürəkkəb hipermetropik astiqmatizm HM 7.0 dərəcə və 6.0 dərəcə VİZUS OD-1.0 (vahid) VİZUS OS-0,04 k/etmir (yüzdə dörd)” qoyulmuş, ağırlaşmalar “H53.0 Anopsiya nəticəsində ambliopiya, Refraksion ambliopiya”, “H54.4 Monokulyar Korluq VİZUS OD-1.0 (vahid) VİZUS OS – 0.04 k/etmir (yüzdə dörd)”, yanaşı xəstəliklər isə “G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, Neyrorevmatizm. Revmatik ensefalopatiya”, “G93.2 Xoşxassəli kəllədaxili hipertenziya, Kəllə-daxili hipertenziya”, “İ02 Revmatik xoreya, Revmatik xoreya. Geniş həcmli və qısa amplitudla xoreik hiperkinezlərlə”, “G90.8 Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, Qabarıq asteno-nevrotik sindrom, tez-tez baş verən vegetativ-damar krizləri ilə” , “D50.8 Dəmir defisitli anemiya, Xroniki dəmir-defisitli anemiya” kimi müəyyən edilmişdir). Həmin göndəriş cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş, “Şəxsə son 6 ay ərzində 2 fərqli xəstəlik əsasında göndəriş rəsmiləşdirilməsi mümkün deyildir” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçı barəsində tibb müəssisəsi tərəfindən sonuncu dəfə xx.xx.2021-ci il tarixli 0531003AALSX nömrəli göndəriş rəsmiləşdirilməsinə, həmin göndərişə müvafiq olaraq “Şəxsə son 6 ay ərzində 2 fərqli xəstəlik əsasında göndəriş rəsmiləşdirilməsi mümkün deyildir” səbəbi ilə iddiaçıya əlilliyin təyinindən imtina cavabı verilməsinə baxmayaraq cavabdeh iddia ərizəsinə etiraz və apellyasiya şikayətində həmin imtinaya münasibətdə öz mövqeyini bildirməmiş, yeganə dəlili xx.xx.2021-ci il tarixli 0529003AAG75 nömrəli göndərişin natamam doldurulması, yanaşı xəstəlik olan göz xəstəliyinin Səhiyyə Nazirliyinin reyestrində aşkar olunmamasıdır. Cavabdehin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşdən görünür ki, birinci instansiya məhkəməsinin iddiaçının göz xəstəliyi ilə bağlı Səhiyyə Nazirliyinin reyestrində qeydiyyata alınıb-alınmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi ilə bağlı sorğusuna cavab olaraq Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi xx.xx.2022-ci il tarixli məktubla iddiaçının xx.xx.2022-ci il tarixdə həmin mərkəzin Tibbi Ekspert Komissiyasında müayinədən keçdiyini və tibbi rəyin Vətəndaşların Elektron Sağlamlıq X8 Modulu üzrə Oftalmologiya bölməsinə daxil edildiyini bildirmişdir. Həmçinin, iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilən Akad.Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən verilmiş 06 yanvar 2023-cü il tarixli tibbi rəydən görünür ki, iddiaçı həmin mərkəzdə tibbi müayinədən keçmiş və ona “H53.0 Anopsiya nəticəsində ambliopiya” və “H52.2 Astiqmatizm” diaqnozu qoyulmuşdur. Göründüyü kimi iddiaçı sözügedən mərkəzdə müayinədən keçmiş, ona xx.xx.2021-ci il tarixli 0529003AAG75 nömrəli göndərişdə yanaşı xəstəlik kimi qeyd edilən H53.0 kodlu, bundan əlavə H52.2 kodlu diaqnozlar qoyulmuş və barəsində tərtib edilmiş tibbi rəy elektron sistemə daxil edilmişdir. Bununla da müəyyən edilir ki, cavabdehin dəlili əsassızdır. Məhkəmə kollegiyası iddiaçı barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0531003AALSX nömrəli göndərişə şəxsə son 6 ay ərzində 2 fərqli xəstəlik əsasında göndərişin rəsmiləşdirilməsinin mümkün olmaması ilə bağlı cavabdehin imtinasına münasibətdə isə aşağıdakıları qeyd edir: İşin müəyyən edilmiş faktiki hallarından görünündüyü kimi cavabdehin həmin imtinasının əsası ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixli 0529003AAG75 nömrəli göndərişdə iddiaçının əsas diaqnozu “G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, Neyrorevmatizm. Revmatik ensefalopatiya” göstərildiyi halda, bundan 6 ay sonra tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0531003AALSX nömrəli göndərişdə əsas diaqnoz “H52.2 Astiqmatizm OU-mürəkkəb hipermetropik astiqmatizm HM 7.0 dərəcə və 6.0 dərəcə VİZUS OD-1.0 (vahid) VİZUS OS-0,04 k/etmir (yüzdə dörd)” göstərilmişdir. xx.xx.2021-ci il tarixli 0529003AAG75 nömrəli göndərişdən görünür ki, iddiaçı son 1 il ərzində - xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində “G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya” xəstəliyi ilə ambulator müayinədə, xx.xx.2015ci il tarixdən xx.xx.2015-ci il tarixədək “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsində, xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Sumqayıt 4 nömrəli şəhər Xəstəxanasında G93.4 kodlu xəstəliyi ilə stasionar müalicədə olmuşdur. Göründüyü kimi iddiaçı 2021-ci ilin fevral, mart və aprel aylarında G93.4 kodlu xəstəliklə bağlı ambulator və stasionar müalicələrdə olmuş, bu səbəbdən, onun barəsində 14 aprel 2021-ci il tarixdə tərtib edilmiş 0529003AAG75 nömrəli göndərişdə əsas diaqnoz kimi həmin xəstəlik qeyd edilmişdir. Həmçinin, iddiaçı da məhkəmə iclasında izahatında barəsində 0529003AAG75 nömrəli göndəriş verilən zaman onun G93.4 kodlu xəstəliklə əlaqədar müalicəsi bitdiyindən göndərişdə əsas diaqnozu kimi həmin xəstəliyin göstərildiyini bildirmişdir. İşdən görünür ki, iddiaçıya 2016-cı il tarixdən 5 il müddətinə əlilliyin təyin edilməsinə əsas olan xəstəliyi H52.2 kodlu xəstəlik olmuş, əlillik müddəti bitdikdən sonra iddiaçı həmin xəstəliklə ambulator və stasionar müalicələrdə olmuş, sonuncu xx.xx.2021-ci il tarixli 0531003AALSX nömrəli göndərişdə də əsas diaqnoz kimi həmin xəstəlik göstərilmişdir. Belə olan halda kollegiya hesab edir ki, cavabdehin imtinasının dəlili əsassızdır. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iddiaçıya təyin edilmiş diaqnozların təsdiq edilib-edilməməsi, diaqnozun təsdiq edildiyi halda həmin diaqnozların, eləcə də iddiaçının səhhətinin ona əlillik dərəcəsinin təyin edilməsinə əsas verib-verməməsi ilə bağlı suallarına məhkəmə tibbi ekspertizası təyin etsə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 publik hüquqi şəxsi tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli T- 464/2022 nömrəli rəyindən görünür ki, məhkəmənin ekspert qarşısına qoyduğu suallara cavab verilməmişdir. Rəydə yalnız 1 nömrəli Sumqayıt şəhər X2 tərtib edilmiş son göndərişdə qeyd edilmiş diaqnozla əlaqədar iddiaçının ixtisaslaşdırılmış tibb müəssisəsində müayinə və müalicə olunduqdan sonra əlilliyin təyini məsələsinə təkrar baxılacağı qeyd edilmişdir. Ekspert rəyindən görünür ki, ekspertiza təkcə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 publik hüquqi şəxsinin məhkəmə-tibb eksperti tərəfindən deyil, həmçinin, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspertinin iştirakı ilə həyata keçirilmişdir. Bununla da rəyin verilməsində işin nəticəsində maraqlı olan şəxsin mövqeyinin nümayiş olunduğu görünür. Bu baxımdan, işə baxan məhkəmə haqlı olaraq qeyd edilən səbəbdən ekspert rəyini mötəbər sübut kimi qiymətləndirməmişdir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt 1 nömrəli X7 tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0531003AALSX nömrəli göndərişdə (Forma 88) qeyd edilən əsas xəstəlik və ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2 və 2.5-ci bəndlərinə əsasən, əlilliyin təyin edilməsinə əsas verir. Belə ki, qeyd edilən Əsasnamənin: - 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); 2.5-ci bəndinə əsasən tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: (-) 2.5.14. bir gözün olmaması və ya əməli korluğu (görmə itiliyinin korreksiya ilə 0,04 və ondan az olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54.4); (-). X1 görünür ki, H52.2 kodlu “Astiqmatizm OU-mürəkkəb hipermetropik astiqmatizm HM 7.0 dərəcə və 6.0 dərəcə VİZUS OD-1.0 (vahid) VİZUS OS-0,04 k/etmir (yüzdə dörd” diaqnozlu xəstəlik Təsnifatın “Göz alması əzələlərinin xəstəlikləri, gözlərin müştərək hərəkətinin, akkomodasiya və refraksiyanın pozğunluqları (H49-H52)” bölməsinə aid olmaqla, bölmənin H52.2 yarımbölməsində “Astiqmatizm” diaqnozlu xəstəliyə, H53.0 kodlu “Anopsiya nəticəsində ambliopiya, Refraksion ambliopiya” diaqnozlu xəstəlik Təsnifatın “Görmə pozğunluqları və korluq (H53–H54)” bölməsinə aid olmaqla, bölmənin H53.0 yarımbölməsində “Anopsiya nəticəsində ambliopiya” diaqnozlu xəstəliyə, H54.4 kodlu “Monokulyar Korluq VİZUS OD-1.0 (vahid) VİZUS OS – 0.04 k/etmir (yüzdə dörd)” diaqnozlu xəstəlik isə Təsnifatın həmin həmin bölməsinin H54.4 yarımbölməsində “Monokulyar korluq” diaqnozlu xəstəliyə aid edilmişdir. Beləliklə, müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli 0531003AALSX nömrəli Forma 88 göndərişdəki əsas xəstəlik və ağırlaşma kimi qeyd edilmiş H52.2 və H53.0 kodlu xəstəliklər Əsasnaməyə əsasən, iddiaçıya ikinci dərəcə əlilliyin, ağırlaşma kimi qeyd edilmiş H54.4 diaqnozlu xəstəlik isə üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsinə əsas verən xəstəliklər siyahısına daxil edilmiş və sözügedən xəstəliklər X3 da daxil edilmişdir. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Bu səbəbdən, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2-1(118)-137/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.