Məhkəmə qərarları › İş №2-1(105)-444/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-444/2022

21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-444/2022 21.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı cavabdehin üzərinə onun işdən çıxarılması ilə bağlı xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə-Azərbaycan Respublikası Cavabdeh Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhər Dövlət X2 yanğınsöndürən vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə ona əmək haqqının verilməsi öhdəliyinin qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2-1(118)-998/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “cavabdehin üzərinə onun işdən çıxarılması ilə bağlı xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə-Azərbaycan Respublikası Cavabdeh Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhər Dövlət X2 yanğınsöndürən vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə ona əmək haqqının verilməsi öhdəliyinin qoyulması” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5108/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2285/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5108/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ləğv olunmuş və müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5108/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə işin aidiyyatı üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1995-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda da yaşayır. Ailəlidir, bir övladı var. Belə ki, o, xx.xx.2018-ci ildə X6 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. O, xx.xx.2019-cu ildə Azərbaycan Respublikası Cavabdeh Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 20 nömrəli X2 yanğınsöndürən vəzifəsində işə qəbul olunmuşdur. xx.xx.2020-ci ildə onu və digər işçiləri Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən FHN-ə məxsus qospitala apardılar. Orada ondan və digər işçilərdən analiz götürdülər. Həmin vaxt ona bildirdilər ki, sidiyində AMP (Metamfetamin) aşkar olunub. Buna etiraz etdi və buna görə də onu Bakı şəhərində yerləşən X3 apardılar. Orada sidik və qan analizi verdi. Bundan sonra işə qayıtdı. xx.xx.2020-ci ildə o, Sumqayıt şəhər Narkoloji Dispanserdə müayinədən keçdi və bu barədə akt tərtib olundu, həmin aktda onun narkotik vasitələrdən istifadə etmədiyi müəyyən olundu. xx.xx.2020-ci ilə kimi işində işləmişdir. Həmin gün işdən çıxıb evə getmişdir. Günorta saatlarında hissə rəisinin müavini Azər Babayev ona zəng edərək işə çağırmış və bildirmişdir ki, onun qanında və sidiyində narkotik vasitə çıxıb, ona görə də ərizəni yaz işdən çıx. Buna etiraz etmiş və xx.xx.2020-ci il tarixli aktı ona göstərərək bildirmişdir ki, narkotik vasitə istifadəçisi deyil. Bundan sonra onu ağ kağıza qol çəkməyə məcbur etdilər, lakin qol çəkmədi. Ona bildirdilər ki, sabahdan işə gəlmə, əmrin verilib və sən işdən çıxarılmısan. Sabahısı gün işə gəlsə də onu işə buraxmadılar. İşdən çıxarılmağı tamamilə əsassızdır. Ona görə hesab edir ki, iş yerinə bərpa olunmalı və ona məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi təmin olunmalıdır.

5. Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2-1(118)-998/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Leyla Mirzəyeva)

6. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun işdən çıxarılmağı ilə bağlı ona rəsmi qaydada heç bir məlumat verilməyib. Bu barədə heç bir rəsmi sənəd yoxdur. Həmçinin işdən çıxarıldığı vaxt ölkədə sərt karantin idi və məhkəmlər işləmirdi. Ona görə də hesab edir ki, müddəti ötürməmişdir. Məhkəmə gedişatında məhkəməyə təqdim olunan sənədlər hamısı formal sənədlərdir və sonradan tərtib olunub. Əgər həmin sənədlər əvvəlcədən mövcud olsaydı o zaman cavabdeh orqan həmin sənədləri Bakı İnzibati Məhkəməsinə və Bakı Apellyasiya Məhkəməsinə təqdim edərdi. Məhkəmənin gəldiyi nəticə ilə qəti şəkildə razılaşmır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Birinci instansiya məhkəməsi qərardadında işdən çıxarılmağı ilə bağlı məlumatı olduğunu bildirsə də, iş materiallarında mübahisələndirilən əmrin ona göndərilməsini, həmin əmrin onun tərəfindən alınmasını təsdiq edən heç bir sənəd mövcud deyildir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh onu işdən çıxarsa da, bu barədə əmri, əmək kitabçasını və son haqq-hesab sənədlərini ona təqdim etməyib. Dəfələrlə cavabdeh orqana müraciət etsə də, onlar buna məhəl qoymamış və işdən çıxma əmrini ona təqdim etməmişlər. Hesab edir ki, bütün bunlar nəzərə alınmalı və qərardad ləğv olunmalıdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdilər.

9. Cavabdeh Azərbaycan Respublikası Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

Maddə 80. Məhkəmə qərardadları 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır... Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

11. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir.

15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

16. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”.

17. İşdən görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən əmr 19 oktyabr 2020-ci il tarixdə qəbul edilmişdir. İddiaçı isə hazırkı iddia ərizəsi ilə 18 mart 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

18. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən xx.xx.2020-ci il tarixli, 1221-ş nömrəli əmrin iddiaçıya təqdim edilməsini sübut edən sənədlərin məhkəməyə təqdim olunması məqsədilə Azərbaycan Respublikası Cavabdehnə sorğu göndərilmiş və həmin sorğuya cavab olaraq məhkəməyə təqdim edilmiş 20 YMH-nin yanğısöndürəni daxili xidmət kiçik çavuşu İddiaçı xidmətdən xaric olunması barədə əmrlə tanış olmamasına dair xx.xx.2020-ci il tarixli aktda qeyd olunmuşdur ki, 22 sentyabr 2020-ci il tarixdə tibbi müayinə zamanı FHN DYMX-nin Sumqayıt şəhər DYMN-nin 20 nömrəli YMHnin yanğınsöndürəni daxili xidmət kiçik çavuşu İddiaçı tərəfindən narkotik vasitədən istifadə olunması aşkarlanmışdır və FHN-nin 19 oktyabr 2020-ci il tarixli 1221/ş nömrəli əmri ilə fövqəladə hallar orqanlarından xaric edilmişdir. Bununla bağlı İddiaçı tərəflərindən xx.xx.2020-ci il tarixdə hissəyə dəvət olunmuş və xidmətdən xaric olunması ilə bağlı əmrlə tanış olması bildirilmişdir. Ancaq buna baxmayaraq 20 nömrəli YMH-nin yanğınsöndürəni daxili xidmət kiçik çavuşu İddiaçı əmrlə tanış olmaqdan imtina etmişdir.

19. Məhkəməyə sorğu əsasında təqdim edilmiş Azərbaycan Respublikası Cavabdeh Dövlət Yanğından Mühafizə Xidmətinin kadrlar şöbəsinin rəis müavini daxili xidmət mayoru X7, həmin şöbənin baş müəxəssisi daxili xidmət polkovnik-leytenantı X1 və inspektoru daxili xidmət baş leytenantı X8 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli digər bir aktda qeyd olunmuşdur ki, İddiaçı 20 oktyabr 2020-ci il tarixdə xidmətdən xaric olunması barədə Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinə xəbər verilmiş, sabiq əməkdaş əmr ilə tanış olması və əmək kitabçasını təhvil alması üçün DYMX-nin Kadrlar şöbəsinə gəlməsi barədə xəbərdar edilmişdir. Dəfələrlə məlumatlandırılmasına baxmayaraq İddiaçı Kadrlar şöbəsinə gəlməmişdir.

20. Bundan başqa, iddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.2020-ci ilə kimi işində işləmişdir. Ona bildirmişlər ki, sabahdan işə gəlməsin, əmri verilib və işdən çıxarılıb. Sabahısı gün işə gəlsə də onu işə buraxmamışlar.

21. Mövcud iddia ərizəsi isə xx.xx.2021-ci il tarixdə tərtib edilərək ilkin olaraq Bakı İnzibati Məhkəməsinə göndərilmiş və məhkəmənin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuşdur.

22. Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi zamanı məhkəmələrin işləməməsi barədə iddiaçı tərəfin dəlili isə əsassızdır. Belə ki, həmin vaxt fiziki və hüquqi şəxslər tərəfindən məhkəmələrə ünvanlanmış ərizələrin, o cümlədən apellyasiya və kassasiya şikayətlərinin poçt vasitəsilə və ya elektron şəkildə qəbulu dayandırılmamışdır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir, “elan olunma” “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır.

24. Göründüyü kimi hazırki iş üzrə isə iddiaçının mübahisələndirdiyi əmrdən xx.xx.2020-ci il tarixdən məlumatlı olması təsdiq olunur. Hazırkı iddianın isə qanunla nəzərdə tutlmuş müddətdə qaldırılması barədə məhkəməyə mötəbər sübut təqdim edilməmişdir.

25. Mübahisələndirilən əmrin iddiaçıya vaxtında təqdim edilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməsə də, iddiaçı xidmətdən xaric edildiyindən xəbərdar olmuşdur və qeyd olunan əmrlə onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.

26. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanunvericilikdə müəyyən olunmuş müddət ərzində xidmətdən xaric olunma barədə əmri mübahisələndirmədiyindən birinci instansiya məhkəməsi müddətin ötürülməsi əsası ilə iddianı mümkün saymayaraq düzgün nəticəyə gəlmişdir.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2-1(118)-998/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar