Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-445/2020 05.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər X15 və X5 ibarət tərkibdə, X21 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X10 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Xızı rayon Şuraabad bələdiyyəsinə qarşı Xızı rayonu Şuraabad Bələdiyyə sədrinin 10 saylı, xx.xx.2003-cü il tarixli qərarının və Xızı rayon Dövlət Texniki İntervallaşdırma, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı X1 adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-615/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə və Xızı rayon Şuraabad bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Xızı rayonu Şuraabad Bələdiyyə sədrinin 10 saylı, xx.xx.2003-cü il tarixli qərarının və Xızı rayon Dövlət Texniki İntervallaşdırma, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı X1 adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-615/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İ.Quliyev) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində göstərmişdir ki, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndəsinin səlahiyyətini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Halbuki iddiaçının nümayəndəsinin səlahiyyətlərini təsdiq edən etibarnamə mövcuddur. Bundan başqa, məhkəmə qərardadında göstərilmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin mülki məhkəmə icraatı qaydasında X6 qarşı mülkiyyətin boşaldılması iddiası qaldırmaq hüququ vardır. Bununla da, məhkəmə hesab etmişdir ki, hazırki iddia tələbi inzibati qaydada deyil, mülki məhkəmə qaydasında baxılmalı olan iddiadır. Bununla da, məhkəmələrə təqdim etdikləri iddia tələbi ilə bağlı Xızı rayon Məhkəməsinin və Sumqayıt İnzibati Məhkəməsinin qərardadlarında göstərilən dəlillər bir-biri ilə ziddiyyət təşkil edir və nəticə etibarı ilə məhkəməyə təqdim etdikləri iddia ərizəsi baxılmamış vəziyyətdə qalır. Belə ki, ümumi məhkəmə mübahisənin inzibati məhkəməyə aid olduğunu bildirdiyi halda, inzibati məhkəmə də mübahisənin ümumi məhkəməyə aid olmasını qeyd etmiş və nəticədə pozulmuş hüquqlarının bərpası ilə məhkəməyə müraciət etmək hüquqları məhdudlaşdırılmışdır. Bu səbəbdən qeyd edilən ziddiyyətli halın və mübahisənin aradan qaldırılması məqsədilə Sumqayıt İnzibati Məhkəməsinin qərardadı ləğv edilməli və məhkəməyə təqdim etdikləri iddia ərizəsi mümkün sayılmaqla mahiyyəti üzrə baxılmalıdır. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X14 apelyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 2 saylı X18 və Xızı rayon Şuraabad bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti Xızı rayonu Şuraabad Bələdiyyə sədrinin 10 saylı, xx.xx.2003-cü il tarixli qərarının və Xızı rayon Dövlət Texniki İntervallaşdırma, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı X1 adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və bu zaman ona istinad etmişdir ki, iddia “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti adından qaldırılmış və iddia ərizəsi X14 tərəfindən imzalanmış, həmin şəxsin iddiaçının nümayəndəsi olduğu qeyd edilmişdir. Lakin bununla bağlı sübut iş materiallarına əlavə edilməmişdir. Məhkəmə iclasına X14 gəlmiş, lakin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətini təmsil edib, onun adından iddia qaldırmaq hüququ verən sənədi məhkəməyə təqdim edə bilməmiş, X17 İdarəsini məhkəmədə təmsil etmək səlahiyyəti verilən sənədi məhkəməyə təqdim etmişdir və nəticədə X10 “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti adından iddia qaldırmaq səlahiyyətinin olmadığı müəyyən edilmişdir. Bu səbəbdəndə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 09/4-232 nömrəli etibarnamədən görünür ki, X12 hazırki mübahisə ilə bağlı iddia ərizəsini imzalamaq səlahiyyəti verilmişdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X14 izahat verərək bildirmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən ondan qeyd olunan etibarnamə tələb edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadı qəbul edərkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinin tələbi baxımından iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə nümayəndəsinin iddia ərizəsini imzalamağa səlahiyyətinin olması barədə etibarnaməni məhkəməyə təqdim etməsi barədə hüquqi yardım edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 saylı Qərarında məhkəmələrin diqqətinə çatdırılmışdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək 4 vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Bundan başqa birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “bu halda “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin qanunvericiliyin tələblərinə cavab verəcək formada iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi istisna edilmir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görsənir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti iddia edir ki, üçüncü şəxs X3 bələdiyyəsinin qərarı əsasında verilmiş mülkiyyət sənədini hüquqi əsas göstərərək, onların mülkiyyətindən istifadə edir. Şurabad bələdiyyəsi isə öz səfliyini etiraf edərək bununla bağlı xx xxxxxx 2015-ci ildə müvafiq qərar qəbul etmişdir. Məhkəmə qeyd etmişdir ki, bu halda “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin mülki məhkəmə icraatı qaydasında X6 qarşı mülkiyyətin boşaldılması iddiası qaldırmaq hüququ vardır. Həmin iddia ilə birlikdə inzibati aktları mübahisələndirmək hüququ olmasa da, Şurabad bələdiyyəsinin xx xxxxxx 2015-ci il tarixli qərarını əsas gətirərək, X4 mülkiyyət sənədlərinin müəyyən hissəsini mübahisələndirmək hüququ vardır. X4 isə Şurabad bələdiyyəsinin xx xxxxxx 2015-ci il tarixli qərarını inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək hüququ vardır”. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Xızı rayonu Şuraabad Bələdiyyə sədrinin 10 saylı, xx.xx.2003-cü il tarixli qərarı hal-hazırda qüvvədədir. Belə ki, Şurabad bələdiyyəsinin xx xxxxxx 2015-ci il tarixli 01 saylı iclas protokolundan görünür ki, Şuraabad bələdiyyə sakini X2 0.12 ha həyətyanı torpaq sahəsinə görə DT və XK-nin Xızı rayon şöbəsinin mütəxəssisi tərəfindən xx xxxxxxx 2003-cü il tarixdə torpaq sahəsinin yerqurluşu planı barədə sxem şəkilişində texniki səhv olduğuna görə təsdiq edilmiş yerqurluşu planı ləğv edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qüvvədə ola-ola “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin mülki məhkəmə icraatı qaydasında X6 qarşı mülkiyyətin boşaldılması barədə iddianın uğurluluğu ehtimalı olmayacaqdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına səbəb olan halları iddiaçının diqqətinə çatdırmamış, onunla müzakirə etməmiş, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmamış və bunun üçün ağlabatan vaxt təyin etməmiş, iddianın mümkünlük şərtlərini iddiaçı ilə müzakirə etmədən iddianın mümkün sayılmaması qənaətinə gəlmiş, bununla da, İPM-nin 13-cü maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinin tələbinə görə inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, işə yenidən baxılarkən iddianın mümkünlüyünə səbəb ola biləcək digər əsaslar üzrə mümkünlük şərtləri (iddia tələblərinə bir icraatda baxılıb-baxılmamasına mümkünlüyü və s.) yoxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin göstərilən qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv olunmalı, iş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.7.1, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-615/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Telman Quliyev Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2-1(105)-445/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-445/2020
05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver