Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-445/2023 09.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X15 və X4 ibarət tərkibdə X34 qızının katibliyi, İddiaçı, onun vəkili Nümayəndə2, cavabdehin nümayəndəsi X16, üçüncü şəxs X17 vəkili Nümayəndə1, üçüncü şəxslər X5, X13, üçüncü şəxs X2 nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Xızı rayon Altıağac Bələdiyyəsinə qarşı Xızı rayon Altıağac Bələdiyyəsinin 28 iyul 2004-cü il tarixli, 11 saylı, 07 iyun 2005-ci il tarixli, 07 saylı və 27 iyul 2007-ci il tarixli, 08 saylı qərarlarının ləğv olunması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2-1(118)-82/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X14 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Xızı rayon Şöbəsi tərəfindən verilmiş JN-784H seriyalı, xx.xx.2006cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab olunması, həmin şəhadətnamə əsasında DƏDRX-də cavabdeh X5 mülkiyyət hüququna dair aparılmış qeydiyyat və xx.xx.2015- ci il tarixli, ********** nömrəli dövlət reyestrindən çıxarışın ləğv olunması, Xızı rayonu Altıağac Bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsinin ayrılması barədə xx.xx.2007-ci il tarixli, 8 nömrəli qərarının, Xızı rayon Altıağac Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 56 nömrəli torpağın alqı-satqısına dair aktın, Altıağac Bələdiyyəsinin yerquruluşu planından çıxarışın etibarsız hesab olunması, həmin sənədlər əsasında DƏDRX-də cavabdeh X2 mülkiyyət hüququna dair aparılmış qeydiyyatın və xx.xx.2016-cı il tarixli, ********** nömrəli reyestrdən çıxarışın ləğv olunması, Xızı rayon dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2008-ci il tarixli, 46-41 reyestr nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilə əsasında DƏDRX-də cavabdeh Qaze Həsənovanın mülkiyyət hüququna dair aparılmış qeydiyyatın və xx.xx.2008-ci il tarixli, ********** nömrəli reyestrdən çıxarışın ləğv olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili X22 məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, iddiaçının əsl İddiaçı ilə, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Xızı rayon Altıağac Bələdiyyəsi ilə əvəz edilməsini, “Xızı rayon Altıağac Bələdiyyəsinin 28 iyul 2004-cü il tarixli, 11 saylı, 07 iyun 2005-ci il tarixli, 07 saylı və 27 iyul 2007-ci il tarixli, 08 saylı qərarlarının ləğv olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anası və atası X18 ailə qurub Xızı rayonu, Altıağac kəndi ərazisində yaşamışlar və Altıağac kənd sovetinin 1969-cu il tarixli qərarı ilə həmin kənd ərazisində 0,14 ha torpaq sahəsi 0,01 ha hissəsində tikinti aparılmaqla həyətyanı sahəsi kimi ailələrinə verilmişdir. Sonradan Altıağac kənd sovetinin müvafiq olaraq 1970 və 1971-ci il tarixli qərarları ilə həyətyanı kimi verilmiş torpaq sahəsinin həcmi dəyişdirilərək, 0,12 ha saxlanılmışdır. Bu barədə Altıağac kənd sovetinin qaytanlanmış təsərrüfatbaşına kitabında bütün ailə üzvlərinin adları qeyd olunmaqla məlumatlar vardır və Xızı rayon İcra Hakimiyyəti Xızı rayon Dövlət Arxivindən verilmiş 04 noyabr 2020-ci il tarixli, 43 saylı arxiv çıxarışı ilə həmin fakt təsdiq olunmuşdur. Həmin torpaq sahəsi ailələri tərəfindən son illərədək fasiləsiz istifadə olunmuşdur. Belə ki, torpaq sahəsi hasara alınmış, orada təsərrüfat işləri aparılmış, ağaclar əkilmiş, yardımçı tikililər tikilmişdir. Lakin, son illərdə(təxminən on ilə yaxın müddətdə) müvəqqəti olaraq həmin torpaq sahəsindən istifadə edilməmişdir. 2020-ci ilin son aylarında yenidən həmin torpaq sahəsindən istifadə etmək istədikdə, həmin torpaq sahəsinin ayrı-ayrı şəxslər tərəfindən zəbt olunduğu məlum olmuşdur. Ona görə də tərəfindən Sumqayıt Regional “ASAN XİDMƏT” Mərkəzindəki Notariat ofisi vasitəsilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilərək, mərhum X11 Xızı rayonu, Altıağac kəndi ərazisində verilmiş torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənəd verilməsi xahiş ounmuşdur. DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi 15 iyul 2021-ci il tarixli **********08 saylı bildirişlə qeyd edilən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmiş və buna əsas kimi həmin torpaq sahəsinə baxış keçirilərkən, qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin vətəndaş X5 adına qeydiyyata alınmış **********50 reyestr nömrəli, vətəndaş X2 adına qeydiyyata alınmış **********91 reyestr nömrəli və vətəndaş X17 adına qeydiyyata alınmış **********43 reyestr nömrəli torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bundan sonra ailəsinə məxsus torpaq sahəsinin adları qeyd olunan şəxslərə hansı sənəd və sübutlar əsasında verilməsinin müəyən edilməsi, həmin sənədin surətlərinin əldə olunması və zərurət olduğu təqdirdə həmin sənədlərin mübahisələndirilməsi məqsədi ilə DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müvafiq sorğu verilmiş, DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi 31 avqust 2021-ci il tarixli, **********47 saylı arayışla sorğuda qeyd olunan sənədlərin verilməsindən imtina etsə də, **********50 reyestr nömrəli, Xızı rayonu, Altıağac qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinin ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Xızı rayon Şöbəsi tərəfindən verilmiş JN-784H seriyalı, xx.xx.2006- cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X5 adına qeydiyyata alınaraq, xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verildiyi, **********91 reyestr nömrəli, Xızı rayonu, Altıağac qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi Xızı rayonu Altıağac Bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsinin ayrılması barədə xx.xx.2007-ci il tarixli, 8 nömrəli qərar, Xızı rayonu Altıağac Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 56 nömrəli torpağın alqı-satqısına dair akt, Altıağac Bələdiyyəsinin yerquruluşu planından çıxarış əsasında X2 mülkiyyət hüququ qeydiyyata alınaraq, xx.xx.2016-cı il tarixli ********* qeydiyyat nömrəli reyestrdən çıxarış verildiyi, **********43 reyestr nömrəli, Xızı rayonu, Altıağac qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi Xızı rayon notariat kontorunun təsdiq etdiyi xx.xx.2008-ci il tarixli, 46-41 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X17 adına qeydiyyata alınaraq, xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verildiyi göstərilmişdir. Göründüyü kimi, Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində Altıağac kənd sovetinin 1969-cu il tarixli qərarı ilə həmin kənd ərazisində tikinti aparılmaqla həyətyanı sahəsi kimi ailələrinə verilmiş torpaq sahəsinə, 3-cü şəxslər Faiq Mərdanov, Elnur Mərdanov və Qaze Həsənova tərəfindən müdaxilə olunaraq torpaq sahəsi zəbt edilmişdir. Ailələrinə ayrılmış torpaq sahəsinin göstərilən şəxslər tərəfindən zəbt olunması DƏDRXnin 2 saylı Sumqayıt Ərazi İdarəsi 15 iyul 2021-ci il tarixli, **********08 saylı məktubu ilə də təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2-1(118)-82/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri Şikayətdə iş materiallarına istinad edilməklə göstərilir ki, Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və xx.xx.2019-cu il tarixli miras payın bağışlanması haqqında şəhadətnamədən görünür ki. mərhum X18nun vərəsələri X14, X25 və İddiaçı mərhum X11 verilmiş seriya nömrəsi JN028A, kod 30602016 olan şəhadətnaməyə əsasən Xızı rayonu, Altıağac qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən hər biri 1/3 hissədə payları müəyyən edilmiş və vərəsələr Rüstə Kərimova və Zöhrə Babayeva həmin paylarını digər varis İddiaçı bağışlamışlar. Bundan başqa Abşeron rayon TİB-nun səlahiyyətli şəxsi T.Məlikəhmədov tərəfindən tərtib edilmiş və TİB rəisi A.Aslanov tərəfindən təsdiq olunmuş iyun 1989-cu il tarixli fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportundan görünür ki, Altı-ağac kəndi Lenin küçəsində yaşamış mərhum X1 üzrə 1400,0 kv.metr torpaq sahəsi üzərində, ümumi sahəsi 37,5 kv.m olan iki otaqlı evi olmuş və həmin torpaq sahəsi və yaşayış evinin ölçüləri, sahənin ümumi planı qonşu sərhədləri müəyyən edilmişdir. Həmçinin Sumqayıt İnzibati Məhkəməsinin sorğusu əsasında AR Milli Arxiv İdarəsinin Xızı RİH Xızı rayon Dövlət Arxivindən verilmiş 02 fevral 2022-ci il tarixli, 12 saylı arayışdan görünür ki, Altıağac qəsəbə İƏD üzrə nümayəndəliyinə aid 1№li və 2№li təsərrüfatbaşına kitablarda mərhum X11 məxsus ümumi sahəsi 0,14 ha torpaq sahəsi və ümumi sahəsi 37,5 kv.m olan yaşayış sahəsinin mövcud olması barədə 2008-ci ilədək qeydiyyat aparılmışdır. DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli, **********08 saylı arayışdan görünür ki, mərhum X11 Xızı rayonu Altıağac qəsəbəsi ərazisində ayrılmış torpaq sahəsi üzrə mülkiyyət hüququnun qeydə alınmasından imtina edilmiş və imtinanın əsası kimi həmin torpaq sahəsinin X10, X8 və X17 adına qeydiyyata alınmış torpaq sahələri ilə üst-üstə düşməsi göstərilmişdir. Məhkəməyə daxil olmuş sənədlərdən məlum olmuşdur ki, mərhum X11 Xızı rayonu. Altıağac qəsəbəsi ərazisində ayrılmış torpaq sahəsi ilkin olaraq vətəndaş X7 Xızı rayon Altıağac Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 11 saylı, X6 Xızı rayon Altıağac Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 8 saylı, X23 isə (ilkin olaraq vətəndaş X19 ayrılmış və hüquqları qeydə alınmış, sonradan isə alqı-satqı yolu ilə q.Həsənovanın adına özgəninkiləşdirilmişdir) Xızı rayon Altıağac Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 07 saylı Qərarları əsasında ayrılmış və həmin bələdiyyə qərarları əsasında müvafiq sənədlər toplanaraq DƏDRX-nə təqdim olunmuş və qeyd olunan şəxslərin mülkiyyət hüquqları qeydə alınmışdır. Hesab edirlər ki. Azərbaycan Respublikası Xızı rayon Altıağac bələdiyyəsinin qeyd olunan 28 iyul 2004-cü il tarixli 11 saylı, 07 iyun 2005-ci il tarixli, 07 saylı və 27 iyul 2007-ci il tarixli 08 saylı qərarları İddiaçı mülkiyyət hüquqlarını və qanunla qorunan mənafelərini pozmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırma aparmadan, ehtimsl və səhv nəticələr əsasında qanunsuz və əsassız qərar çıxarmaqla iddiaçının hüquqları pozulmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X17 vəkili Nümayəndə1, üçüncü şəxslər X10, X26 və üçüncü şəxs X2 nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2-1(118)-82/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən maddəyə əsasən iddiaçının iddia qaldırmağa subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. İşdən görünür ki, iddiaçı tərəfindən sonradan dəyişdirilmiş və məhkəmə tərəfindən icraata qəbul edilmiş hazırkı iş Xızı rayon Altıağac Bələdiyyəsinin 28 iyul 2004-cü il tarixli, 11 saylı, 07 iyun 2005-ci il tarixli, 07 saylı və 27 iyul 2007-ci il tarixli, 08 saylı qərarlarının ləğv olunması tələbinə dair olmaqla mübahisələndirmə barədə iddia növünə aiddir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, atası X11 və onun ailə üzvlərinə Altıağac kənd sovetinin 1969-cu il tarixli qərarı ilə Xızı rayon Altıağac kəndi ərazisindən 0.14 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı atasından miras qalmış torpaq sahəsinin Xızı rayon Altıağac Bələdiyyəsi tərəfindən qəbul edilmiş 28 iyul 2004-cü il tarixli, 11 saylı, 07 iyun 2005-ci il tarixli, 07 saylı və 27 iyul 2007-ci il tarixli, 08 saylı qərarlarla üçüncü şəxslər X6, X7, X19 ayrıldığını iddia etməklə bələdiyyənin qeyd edilən qərarlarının ləğv edilməsini tələb edir. Məhkəmə kollegiyası iddiaçının yuxarıda qeyd edilən tələb üzrə iddiasının mümkün hesab olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. İPM-də iddia növlərindən asılı olaraq müxtəlif iddia müddətləri müəyyən olunmuşdur. Hazırkı iddia mübahisələndirmə haqqında iddiadır və bu növ iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM 32.1, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İlk növbədə, iddiaçının onun atasına məxsus olduğunu iddia etdiyi torpaq sahəsi ilə bağlı cavabdeh inzibati orqanın qərarlarının ləğv olunmasına dair iddianı qaldırmaqda subyektiv hüququnun olmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticədən əlavə, qeyd olunmalıdır ki, iddiaçı apellyasiya baxışı zamanı veridiyi izahatında hələ uşaq olarkən mübahisəli torpaq sahəsində yerləşən yaşayış evinin yararsız hala düşməsi səbəbindən ailələri köçərək həmin kənddə digər ərazidə yerləşən evdə yaşadıqlarını və torpaq islahatı keçirilərkən yaşadığı evin və onun yerləşdiyi torpaq sahəsinin onların mülkiyyətinə verildiyini, bu barədə çıxarış aldığını bildirmişdir. Bundan əlavə, cavabdeh Altıağac Bələdiyyəsinin nümayəndəsi həm birinci instansiya məhkəməsinin iclasında, həm də apellyasiya baxışı zamanı verdiyi izahatında üçüncü şəxslərə müvafiq bələdiyyə qərarları ilə ayrılmış torpaq sahəsinin qanuni əsaslarla bələdiyyənin mülkiyyətində olan torpaq sahələri olduğunu və buna görə də üçüncü şəxslərin müraciətləri əsasında onlara satıldığını, həmin torpaq sahəsinin iddiaçıya hər-hansı aidiyyətinin olmadığını bildirmişdir. İddiaçı tərəf özü də iddia ərizəsində torpaq sahəsinin son illərədək fasiləsiz istifadə olunduğunu, hasara alındığını, təsərrüfat işləri aparıldığını, ağaclar əkildiyini, yardımçı tikililər tikildiyini bildirsə də, son illər – təxminən on ilə yaxın müddətdə həmin torpaq sahəsindən istifadə edilmədiyini göstərmişdir. Belə olan halda iddiaçının konkret koordinatları və naturada quruluşu özünə məlum olmayan bələdiyyə mülkiyyətində olmuş və sonradan üçüncü şəxslərə satılmış torpaq sahəsi ilə bağlı hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olmaması qənaətinə gəlməyə əsas verir. Kollegiya həmçinin qeyd edır kı, üçüncü şəxs X26 apellyasiya baxışı zamanı verdiyi izahatında iddiaçı ilə qohum olduqlarını və mübahisəli torpaq sahəsinin bir hissəsinin onlara satılması barədə iddiaçının məlumatının olduğunu, digər üçüncü şəxs X17 vəkili Nümayəndə1 isə təmsil etdiyi şəxsin torpaq sahəsini digər üçüncü şəxs mülkiyyətçi X12 2008-ci ildən satın alınqdıqdan sonra həmin 0.08 ha torpaq sahəsini hasarlayaraq istifadə etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş mütəxəssis rəyindən də görünür ki, iddiaçının iddia etdiyi (göstərdiyi) torpaq sahəsi faktiki olaraq 0.2047 hektardır və üçüncü şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür. Qeyd olunmalıdır ki, Torpaq Məcəlləsinin torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi adlanan 67-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. Həmin maddənin 4-cü hissəsinə əsasən isə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Kollegiya həmçinin mübahisələndirmə haqqında iddianın xüsusi mümkünlük şərtləri ilə bağlı qeyd edir ki, Bu növ iddialar İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Bununla belə iddia müddətinin tətbiqi üçün ilk növbədə məhkəmə iddiaçının hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu anı müəyyən etməlidir. Kollegiya qeyd edir ki, 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş və mübahisələndirilən qərarların qəbul edildiyi vaxtdan 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Kollegiya həmçinin oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış məhkəmə təcrübəsinə (2-1(102)-1577/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərar; 2-1(102)- 1708/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərar) istinadən qeyd edir ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. İşin sadalanan xüsusatlarını nəzərə alaraq, kollegiya hesab edir ki, iddianı mümkün saymayan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2-1(118)-82/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 6 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-445/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-445/2023
09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver